sag
line decor
  MUZEY HAQQINDA   ::   STENDLƏR  ::   Heydər ƏLİYEV və AZƏRBAYCAN PARLAMENTİ   ::   SƏNƏDLƏR  ::   FƏXRİ QONAQLAR 
line decor
   
 
SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevlə ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının sədri Mario Raffaelli arasında danışıqların yekunları, döyüş bölgələrində son vaxtlar yaranmış vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin işğalı ilə əlaqədar görülən tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevlə ATƏM-in Dağlıq Qarabağ üzrə Minsk konfransının sədri Mario Raffaelli arasında danışıqların yekunları, döyüş bölgələrində son vaxtlar yaranmış vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin işğalı ilə əlaqədar görülən tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin məlumatını dinləyərək qərara alır:

1. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin məlumatı nəzərə alınsın.

2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Qarabağda və respublikanın digər sərhəd bölgələrində yaranmış ağır vəziyyətlə əlaqədar siyasi, diplomatik və hərbi quruculuq sahəsində, BMT, ATƏM çərçivəsində, beynəlxalq aləmdə apardığı işlər təqdirəlayiq və məqsədəmüvafiq hesab edilsin və bu istiqamətdə işlər davam etdirilsin.

3. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının Baş naziri Surət Hüseynov və respublikanın digər rəhbər vəzifəli şəxsləri Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar 1993-cü il iyulun 25-də hadisə yerlərində olmuş, köçkünlərlə, həmçinin Bərdə və Ağcabədi rayonlarının sakinləri ilə çoxsaylı görüşlər keçirmişlər; yaranmış vəziyyət yerindəcə hərtərəfli təhlil edilmiş, köçkünlərin müvəqqəti yerləşdirilməsi, bölgədə müdafiə tədbirlərinin gücləndirilməsi üçün Bərdə və Gəncə şəhərlərində aparılan müşavirələrdə konkret tədbirlər müəyyən olunmuşdur.

4. Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tapşırılsın ki, Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar geniş təhqiqat və istintaq aparsın və müqəssirlərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üçün qəti tədbirlər görsün.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 28 iyul 1993-cü il
№ 649