sag
line decor
  MUZEY HAQQINDA   ::   STENDLƏR  ::   Heydər ƏLİYEV və AZƏRBAYCAN PARLAMENTİ   ::   SƏNƏDLƏR  ::   FƏXRİ QONAQLAR 
line decor
   
 
SƏNƏDLƏR

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında sazişə Azərbaycan Respublikası Milli Məclisinin qoşulması barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Milli Məclisi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında sazişə qoşulsun.

2. Azərbaycan Respublikası Milli Məclisinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında sazişə qoşulması barədə bildiriş Parlamentlərarası Assambleyanın Katibliyinə (Sankt-Peterburq şəhəri) göndərilsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 20 sentyabr 1993-cü il

№ 710