sag
line decor
  MUZEY HAQQINDA   ::   STENDLƏR  ::   Heydər ƏLİYEV və AZƏRBAYCAN PARLAMENTİ   ::   SƏNƏDLƏR  ::   FƏXRİ QONAQLAR 
line decor
   
 
SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri S. Talbotla danışıqları və Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klintonun Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə məktubu haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev bu il sentyabr ayının 11-də Azərbaycanda rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin xüsusi tapşırıqlar üzrə səfiri S. Talbotla danışıqlar aparmışdır.

S. Talbot Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə Amerika Birləşmiş Ştatlarının Prezidenti B. Klintonun məktubunu təqdim etmişdir.

Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması barədə Amerika Birləşmiş Ştatlarının mövqeyi bir daha təsdiq edilmiş, bölgədə sülhü və əmin-amanlığı bərpa etmək işində Amerika Birləşmiş Ştatlarının vasitəçilik rolunun və ATƏM çərçivəsində irəli sürülən təşəbbüslərin əhəmiyyəti qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin məlumatını dinləyərək qərara alır:

Danışıqlarda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin mövqeyi bəyənilsin.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə xidmət etmiş bu danışıqlar Azərbaycan Respublikası üçün faydalı hesab edilsin.

Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klintonun Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə məktubu nəzərə alınsın.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klintonun Heydər Əliyevə təqdim olunmuş məktubu Azərbaycanla bağlı problem məsələlərin bəzi məqamlarını birtərəfli əks etdirsə də, bütövlükdə bu mühüm sənəd Azərbaycan Respublikasına müsbət münasibət kimi qiymətləndirilsin.


Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 14 sentyabr 1993-cü il

№ 708