sag
line decor
  MUZEY HAQQINDA   ::   STENDLƏR  ::   Heydər ƏLİYEV və AZƏRBAYCAN PARLAMENTİ   ::   SƏNƏDLƏR  ::   FƏXRİ QONAQLAR 
line decor
   
 
SƏNƏDLƏR

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında 1993-cü il avqustun 29-da keçirilmiş ümumxalq səsverməsinin referendumun) yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Referendum
Komissiyasının məlumatına dair
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında 1993-cü il avqustun 29-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Referendum Komissiyasının məlumatını dinləyərək qeyd edir ki, referendum respublikanın bütün bölgələrində tam demokratik şəkildə, vətəndaşların xüsusi fəallığı, vətəndaşlıq şüurunun nümayiş etdirilməsi şəraitində, olduqca yüksək səviyyədə keçmişdir. Bununla da referendum Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşların yekdilliyini, demokratiyaya sadiq olduqlarını bir daha təsdiq etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında 1993-cü il avqustun 29-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları barədə Azərbaycan Respublikası Mərkəzi Referendum Komissiyasının məlumatı nəzərə alınsın.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 1 sentyabr 1993-cü il
№ 673