Sənədlər

710

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında
sazişə Azərbaycan Respublikası Milli Məclisinin qoşulması barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Milli Məclisi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında sazişə qoşulsun.

2. Azərbaycan Respublikası Milli Məclisinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası haqqında sazişə qoşulması barədə bildiriş Parlamentlərarası Assambleyanın Katibliyinə (Sankt-Peterburq şəhəri) göndərilsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 20 sentyabr 1993-cü il

№ 710

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi