VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

Sənədlər
694
Azərbaycan Respublikasının dövlət nümayəndələrinin
yaranmış vəziyyəti sülh yolu ilə nizama salmaq
sahəsində fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi respublikamıza qarşı ermənilərin genişlənən hərbi müdaxiləsi nəticəsində yaranmış vəziyyəti sülh yolu ilə nizama salmaq üçün Azərbaycan Respublikasının dövlət nümayəndələrinin silahlı münaqişədə bilavasitə iştirak edən tərəflərlə aparılan danışıqları haqqında məlumatı dinləyərək qərara alır:
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət nümayəndələrinin yaranmış vəziyyəti sülh yolu ilə nizama salmaq üçün silahlı münaqişədə bilavasitə iştirak edən tərəflərlə apardıqları danışıqlar bəyənilsin və onlara bu sahədə öz fəaliyyətini davam etdirmək tövsiyə edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV
Bakı şəhəri, 3 sentyabr 1993-cü il
№ 694