2016-ci il 14 iyun tarixli iclasın stenoqramı

 

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IV SESSİYASI İCLASININ

 

PROTOKOLU № 21

 

Milli Məclisin iclas salonu.
14 iyun 2016-cı il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

 

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 99
Yetərsay 83

 

İclasa dəvət olunmuşdur:

Sahib Ələkbərov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  barədə (üçüncü oxunuş).
2. Elm haqqında  Azərbaycan Respublikası qanununun layihəsi  barədə (üçüncü oxunuş).
3. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında”  Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında  fövqəladə halların nəti-cələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında”  Çərçivə Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikasının Dövlət Dəniz Admi-nistrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın  (əlavələrlə) I∕10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Prokurorluq haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
20. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Dövlət rüsumu haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

 

1. “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Tahir Kərimli
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

2. “Elm haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, İsa Həbibbəyli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

3. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov
 
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

4. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında  fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaş-dırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

5. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

6. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

 

7. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 
Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Astan Şahverdiyev, Valeh Ələsgərov, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Fəzail Ağamalı, Siyavuş Novruzov, Elman Nəsirov, Qənirə Paşayeva, Sahib Alıyev

 

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

8. “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın  (əlavələrlə) I∕10-cu qaydasına əsasən sertifikatların (diplomların)  tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Ziyad  Səmədzadə,  Ziyafət  Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

9. Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Valeh Ələsgərov, Çingiz Qənizadə

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

10. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Zahid Oruc, Astan Şahverdiyev, İsa Həbibbəyli, Vüsal Hüseynov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.38 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

 

11. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Sədaqət Vəliyeva, Vüsal Hüseynov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

 

12. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında də-yişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Bahar Muradova
 
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

 

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

15. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.54 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

 

16. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov, Əli Məsimli, Aqil Abbas

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.05 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

17. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.06 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

18. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.06 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

19. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.07 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

20. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.07 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

21. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.09 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.11 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi
 
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Əli Hüseynli, Siyavuş Novruzov, Fəzail Ağamalı,  Sahib Ələkbərov, Araz Əlizadə

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.38 dəq.)
Lehinə 87
Əleyhinə 5
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

25. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Tahir Kərimli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.47 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

26. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.48 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

 

27. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
 
Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Fuad Muradov

 

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.55 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.56 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 


MİLLİ MƏCLİSİN İCLASI

 

14  iyun  2016-cı  il. Saat 12.

 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri 
O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

 

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 99
Yetərsay 83

 

 

Yetərsay var, çox sağ olun. 
Hörmətli millət vəkilləri, 2016-cı il Milli Məclisin növbədənkənar sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Çox sağ olun, iclasımıza başlaya bilərik. 
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb, xahiş edirəm münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 106
Nəticə: Qəbul edildi

 

 

Gündəlik təsdiq edildi, sağ olun.  
Bu, növbədənkənar iclasdır, müzakirələrə ehtiyac var-mı? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Sənin sözün olmayan vaxt olub, ay Zahid? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Gündəliyin 1-ci məsələsi Kənd təsərrüfatı koope-rasiyası haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Eldar İbrahimov buyursun.
E.İbrahimov, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri. 
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Məlumat vermək istəyirəm ki, Kənd təsərrüfatı koopera-siyası haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə edilərkən çıxış edən deputat həmkarlarım Elmira Axun-dova, Tahir Rzayev, Azər Badamov, Muxtar Babayev, Aqil Abbas, Kamran Nəbizadə, Mirzəcan Xəlilov, Şəm-səddin Hacıyev layihənin üzərində xeyli iş aparıldığını və ikinci oxunuş üçün daha təkmil layihə hazırlandığını qeyd edərək öz irad və təkliflərini bildirmişdilər. Bildirirəm ki, bu irad və təkliflər qanun layihəsinin müəllifi olan Prezident Administrasiyasının müvafiq şöbələri və komitəmizin işçi qrupu tərəfindən birlikdə araşdırılıb və onların bir çoxu nəzərə alınaraq üçüncü oxunuş üçün müzakirənizə təqdim olunmuş layihədə qara hərflərlə göstərilmişdir. 
Bəzi məsələlərə dair təkliflər isə qəbul edilməmiş, ol-duğu kimi saxlanılmışdır. Belə ki, deputatlar Elmira Axundova, Tahir Rzayev və Azər Badamov layihənin 6.1-ci maddəsində istehsal kooperativində görülən işlərin ən azı 70 faizinin kooperativ üzvləri tərəfindən yerinə yetirilməsi və 6.3-cü maddəsində isə kooperativdə muzdla işləyən işçilərin kooperativ üzvlərinin sayının 30 faizdən çox olmaması fikri ilə razılaşmadıqlarını və bu faizlərin kooperativlərin fəaliyyətini məhdudlaşdıracağını, habelə yeni iş yerlərinin açılmasına mane olacağını bildirmişdilər. Bununla əlaqədar aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm. 
Əvvəla, onu bildirirəm ki,  ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən torpaq islahatında əsas məqsəd torpağı onu becərənə, yəni torpaqdan işləyənə vermək, onu həm torpağın, həm də bu torpaqda yetişən məhsulun sahibi etmək idi. Kolxoz və sovxozlarda da işləyirdilər, ancaq onlar torpağın və məhsulun sahibi olmadıqlarına görə məhsuldarlıq aşağı idi. İşlər keyfiyyətsiz görülürdü, son nəticə onları maraqlandırmırdı. İstehsal kooperativləri yaratmaqda məqsəd torpaq sahiblərini könüllü birləşdirib onların şəxsi əməyindən istifadə etməklə işin keyfiyyətini və istehsalın rentabelliyini yüksəltmək, əmək məhsuldarlığını artırmaq və üzvlərin maddi və sosial vəziyyətini yaxşılaşdırmaqdır. 
Aydın məsələdir ki, təşkilatın qədrini onun sahibi kənardan cəlb olunan işçidən yaxşı biləcək. Çünki kooperativin üzvü kooperativdə yerinə yetirdiyi işə görə əmək haqqı və əldə edilən gəlirdən divident aldığı üçün o, muzdla işləyən işçidən fərqli olaraq maddi ehtiyatlardan qənaətlə və səmərəli istifadə etməyə, məhsulun maya dəyərini azaltmağa daha çox maraq göstərəcək. Ona görə də hər bir istehsal kooperativi səmərəli fəaliyyət göstərmək üçün görülən işlərin böyük əksəriyyətini öz üzvləri vasitəsi ilə həyata keçirməyə çalışmalıdır ki, yüksək rentabellik əldə etsin. Bu səbəbdən hesab edirik ki, bu göstərici kooperativin fəaliyyətini qiymətləndirmədə əsas amil kimi qəbul ediləcək. Digər tərəfdən, istehsal kooperativi ilk növbədə öz üzvlərini işlə təmin etməli, yalnız müəyyən prosesləri yerinə yetirmək üçün ixtisaslı işçilərə ehtiyac olduqda onları kənardan cəlb etməlidir. Bu da həmin 30 faiz hesabına təmin ediləcəkdir.
Bütün bu deyilənlər onu deməyə əsas verir ki, həmin faizlərin layihədə əks olunması istehsal kooperativinin mahiyyətindən irəli gəlir. Belə ki, istehsal kooperativinin üzvü qanunun 1.1.3-cü maddəsində göstərildiyi kimi, kooperativin fəaliyyətində öz şəxsi əməyi ilə iştirak etməlidir. Muzdla işləyənlərin sayına hədd qoyulmaması isə kooperativ üzvlərinin işsiz qalmasına və hüquqlarının pozulmasına səbəb ola bilər. 
O ki qaldı istehsal kooperativinin işçisinin, eyni zamanda, həmin kooperativin və eyni fəaliyyət növü ilə məşğul olan digər istehsal kooperativinin üzvü ola bilməməsinə, qeyd eləmək istəyirəm ki, əgər işçi kooperativə üzv olmaq istəyirsə, o istədiyi vaxt ərizə verib üzv ola bilər. Belə olan halda kooperativdə muzdlu işçi statusunda yox, üzv statusunda fəaliyyət göstərə bilər. İşçinin eyni fəaliyyət növü ilə məşğul olan digər istehsal kooperativinin üzvü ola bilməməsi isə yuxarıda qeyd etdiyimiz kimi hər bir kəsin üzv olduğu istehsal kooperativində öz şəxsi əməyi ilə fəaliyyət göstərməsi ilə əlaqədardır. Digər tərəfdən, eyni fəaliyyət növü ilə məşğul olan istehsal kooperativləri bir-biri ilə rəqabət apardığı halda, eyni şəxsin hər iki kooperativdə işləməsi və ya üzv olması rəqabətin bunlardan birinin xeyrinə nəticələnməsinə səbəb ola bilər. Ona görə də layihədə buna yol verilmir. Yüksək ixtisaslı mütəxəssislərdən isə bir neçə kooperativ daimi işçi kimi yox, işin görülməsi üçün müddətli əmək müqaviləsi bağlamaqla istifadə edə bilərlər. 
Deputat həmkarım Elmira xanım çıxışında istehlak kooperativinin nə üçün ən azı 5 fiziki və hüquqi şəxs tərəfindən yaradılmasını, yəni bu rəqəmin 3–4 və ya 7 olmamasına aydınlıq gətirilməsini xahiş etmişdi. Bildirirəm ki, 5 rəqəmi Mülki Məcəllənin kooperativlərlə bağlı 109.1.1-ci maddəsində əks olunduğundan bu qanunla məcəllənin ziddiyyət təşkil etməməsi məqsədi ilə həmin rəqəmdən istifadə olunmuşdur. 
Deputat həmkarım Kamran Nəbizadə qanun layihəsinin 11-ci maddəsinə kooperativlərə vaxtında kommunal xidmətlər göstərilməsinə dair əlavə müddəanın daxil edilməsini təklif etmişdir. İşçi qrupu təklifi araşdıraraq müəyyən etmişdir ki, başqa istehlakçılar kimi kooperativlər  də yarandıqdan sonra bu məsələni müvafiq icra qurumlarına müraciət etməklə həll edə bilərlər. Ona görə də bu məsələyə dair ayrıca bəndin layihəyə daxil edilməsinə ehtiyac yoxdur. Bu həm də “Normativ hüquqi aktlar haqqında” Qanunun 64-cü maddəsinin tələblərinə ziddir. Elə bilirəm ki, qanun üçüncü oxunuşun tələblərinə tam cavab verir. Ona görə də hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu qanun layihəsinə səs versinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tahir Kərimli.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Üçüncü oxunuşdur, bilirik. Tahir Kərimli buyursun.
T.Kərimli. Təşəkkür edirəm. Eldar müəllimə təşəkkür edirəm ki, “Normativ hüquqi aktlar haqqında” Qanunu xatırlatdı. Elə bu yerdə demək istəyirəm ki, 2.1-ci maddədə Azərbaycan Respublikası Konstitusiyasının adı ümumi göstərilir və giriş hissəsində isə 94-cü maddənin I hissəsinin 1-ci bəndinə istinad olunur ki, bu da Milli Məclisin müəyyən etdiyi ümumi qaydalara aiddir. Bilirik ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 17.3-cü maddəsinə əsasən normativ hüquqi akt qəbul olunan zaman onun istinad etdiyi Azərbaycan Respublikası Konstitusiyasının maddəsi göstərilməlidir və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd olunmalıdır. Ona görə də Konstitusiyanın 15, 29, 58 və 59-cu maddələrində kifayət qədər  istinad olunan maddələr var. Misal üçün, deyək ki, başqaları ilə birlikdə assosiasiyalara birləşmək, mülkiyyət hüququnu idarə eləmək və sair var ki, mən elə hesab edirəm, həmin maddəyə istinad olunmalıdır. 
İkinci, mən hörmətli Eldar müəllimə dedim. Burada yazılır ki, istehlak kooperasiyaları qeyri-kommersiya hüquqi şəxsdir. Ancaq 7-ci maddədə istehlak kooperasi-yalarının tədarük, satış, xidmət, təchizat, kredit, sığorta ilə məşğul olduğu göstərilir. Belə olan halda, mən bilmirəm, bu necə qeyri-hüquqi kommersiya orqanı kimi fəaliyyət göstərəcək? Onu başa düşə bilmirəm. Onsuz da qarışıb, yəni istehlak, istehsal kooperativləri qanunun özündə qeyri-kommersiya orqanı kimi göstərilib. 
10-cu maddədə kooperativlərin torpaqları göstərilir. Burada qeyd olunub ki, icarəyə götürülən torpaqlar kooperativin torpaqlarıdır. Başqalarının torpaqları icarəyə götürülürsə, bu necə onun torpaqları olur? 
11.1.9-cu maddədə dövlətin sifarişi nəzərdə tutulur. Amma mən arzu edirəm ki, ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının birdəfəlik tədarükü təşkil olunsun. 
Eyni zamanda, fürsətdən istifadə edib deyim ki, mənim seçildiyim Ağsu-İsmayıllı seçki dairəsində fəlakət baş verib, yüzlərcə ev dağılıb. Hörmətli Oqtay müəllim, hörmətli deputatlar, dövlətimiz insanlara kifayət qədər qayğı göstərir. Mən, xüsusilə cənab Ə.Əhmədzadənin köməyini qeyd eləmək istəyirəm. “Azərişıq”, “Azərqaz” – bütün orqanlar, rayon icra hakimiyyəti tərəfindən və hörmətli deputatımız Novruz müəllimin özünün xətti ilə kifayət qədər köməklik olunur. Yəni böyük işlər görüldü. Amma deyəcəyim ondan ibarətdir ki, insanlar vaxtında mallarını sığorta eləyə bilməyiblər. Deyək ki, tövlə ilə birlikdə 5 mal aparıb və yaxud da evləri sığorta eləyə bilməyiblər. Bu, Azərbaycanda o qədər də inkişaf eləməyib. Mənim xahişim bundan ibarətdir ki, dövlət yardım eləsin, bunların sığorta məsələləri qaydaya salınsın. Dəymiş ziyan ödənilsə, çox məmnun olaram. 
Bu gün son zəngdir. Fürsətdən istifadə eləyib bütün məzunları və müəllimləri təbrik edirəm. O gün olsun ki, uşaqlarımız arzu elədikləri ali məktəbə qəbul olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Eldar müəllim, baxmayaraq üçüncü oxunuşdur, sual oldu. Xahiş edirəm, qısa şəkildə cavablandırın.
E.İbrahimov. Mən istəyirəm, hörmətli deputat həm-karım Tahir müəllimə deyim ki, mən qanunun müəllifi – Prezident Administrasiyasının şöbələri ilə razılaşdırmışıq fikrini nahaq yerə vurğulamadım. Əlbəttə, məndən olsa idi, burada Siz deyən o aktlardan o qədər misal gətirərdim ki. Amma qanunun sahibi deyir ki, qardaş, bu qanun belə olmalıdır, bunu müvafiq icra hakimiyyəti həyata keçirir. Ona görə hörmətli həmkarlarım, xahiş edirəm ki, gəlin, hamımız bunu bilək və qanuna əməl edək. Xahiş edirəm, qanun  layihəsini səsə qoyaq. Çox sağ olun.
Sədrlik edən. Yox, söhbət ondan gedir ki, qanun layihəsinin üçüncü oxunuşudur. Bu, ikinci oxunuşun predmeti idi. İndi nə edək, həmkarımızın sualı oldu, Siz də cavab verdiniz, çox sağ olun. 
Xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Elm haqqında qanun layihəsinin üçün-cü oxunuşudur. Biz ikinci oxunuşda bütün məsələləri qeyd eləmişdik. Buyursun İsa Həbibbəyli. 
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, mən Elm haqqında qanun layihəsini üçüncü oxunuşda mü-zakirəyə təqdim etməzdən əvvəl özümə borc bilirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan, dövlət başçısı olaraq magistr və doktorantlarla bağlı təqdim etdiyi qanun layihəsini yüksək qiymətləndirdiyimi bildirim. Bu, Azərbaycanda yeni elmi nəsillərin, yeni elmi məktəblərin, ümumiyyətlə, elmdə fəallığın artmasına kömək edəcək və fasiləsiz təhsilə tam təminat verəcəkdir. Ona görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk. 
Elm haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsində deputat həmkarlarımdan 22 nəfər çıxış etmişdir. Eyni zamanda, Elm və təhsil komitəsinin 2 iyunda keçirilən iclasında 8 nəfər deputat həmkarımın rəy və təklifləri dinlənilmişdir. Bütün bunları ümumiləş-dirərək diqqətinizə çatdırmaq istəyirik. Deputat həm-karlarım həm Milli Məclisin plenar iclasında, həm də komitənin iclasında əsas anlayışların bəzilərinin daha da dəqiq ifadə olunmasını nəzərə çatdırdılar. “Alim”, “kommersiya”, “plagiat”, “elmi etika” ilə bağlı anlayışlara aydınlıq gətirilməsini  qeyd etdilər. Bütün bunlar incə, kiçik düzəlişlər tələb edirdi, təklifləri nəzərə almışıq. 
Lakin deyim ki, plagiatla bağlı hissədə plagiatın bütövlükdə əsərin köçürülməsinə və ya bir qisminə aid olması məsələsini biz bu qanunun predmeti yox, müvafiq icra hakimiyyəti orqanının əsasnaməsinin predmeti hesab edirik. Eyni zamanda, burada impakt faktorlu jurnallar haqqında deyilənləri də qanunda onun yerini tapıb-tapmaması kimi yox, elmi ictimaiyyətin və yaxud da onun təəssübünü çəkən deputatların bu tip jurnalların Azərbaycanda nəşr edilməsi arzusunun ifadəsi kimi başa düşürük. Məlumat üçün deyim ki, Azərbaycanda indiyə qədər yalnız Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat yönlü impakt faktorlu jurnal  fəaliyyət göstərirdi. Bu ildən etibarən Xəzər Universiteti impakt faktorlu jurnal sahibidir. Bu günlərdə isə AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunun jurnalına impakt faktorlu jurnal statusu verildi. Proses davam edir və bu, elmimizin inkişafına öz töhfəsini verəcəkdir. 
Elm haqqında qanun layihəsinin müzakirəsində elmin ideoloji bazası məsələsinə ciddi şəkildə toxunuldu, azərbaycançılıq haqqında müxtəlif mülahizələr söylənildi. Mən deputat həmkarlarımın fikirləri ilə tam şərikəm, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində olan müddəaları çıxarmağa ehtiyac vardır. Bu cəhətdən deputat həmkarlarımdan azərbaycançılıq modelini çıxarmaq barədə təkliflər aldıq. Yeni modellər üzrə inkişaf edən elmdə nə qədər zəruri olsa da, bu modelin birtərəfli olduğunu görüb çıxarmağı zəruri saydıq. Amma azərbaycançılıq elmin prioritet istiqamətlərindən və Azərbaycan elminin prinsiplərindən biri olması məsələsində biz israrlıyıq. 
Azərbaycan elminin prioritet istiqaməti azərbaycan-çılıqdır. Azərbaycançılıq ölkənin dövlət ideologiyasıdır, ulu öndərimiz Heydər Əliyevin kəşfidir. Möhtərəm Prezi-dentimiz İlham Əliyev azərbaycançılığı hər dəfə yeni müddəalarla zənginləşdirir. Azərbaycançılığın dövlət ideologiyası kimi elmi-nəzəri əsaslarının öyrənilməsinin təmin edilməsi alimin vətəndaşlıq borcudur, elmi missiyasıdır. Bu Elm haqqında qanunun ana maddəsidir. 
Eyni zamanda, “prioritet istiqamət kimi saxlayıb, prin-sip kimi çıxarılması” fikri ilə razı deyiləm, çünki hər hansı bir qəbul olunmuş elmi istiqamət mütləq müəyyən prinsiplərə, meyarlara söykənməlidir. Nəinki azərbay-cançılıq, etnik istiqamətlər də prinsipsiz yaşaya bilməz. Bu, elmin inkişafı ilə bağlı məntiqli səslənməyən fikirdir. Ona görə biz prinsip olaraq da, prioritet olaraq da azər-baycançılığın qorunub saxlanmasını vacib sayırıq. 
Bayaq belə bir fikir səsləndi ki, biz azərbaycançılığı qəbul ediriksə, bəs onda ölkədə yaşayan digər xalqların ideologiyası necə olsun? Mən deyərdim ki, ulu öndərimiz Heydər Əliyevin dahiyanə şəkildə kəşf elədiyi “Azər-baycan xalqı”, ”azərbaycançılıq ideologiyası” anlayışları etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkədə yaşayan bütün xalqları özündə birləşdirir. Azərbaycançılıq geniş anlayışdır. Etnik zənginliyə malik ölkəmizdə xalqların hamısının mənafeyini ifadə elədiyi üçün biz “azərbaycançılıq” anlayışını həm Elm haqqında qanununun mükəmməl ideoloji əsası kimi, həm də alimin dövlət qarşısında mühüm vəzifəsi kimi saxlanmasını vacib hesab edirik. Sizə təqdim olunan variantda o qalmışdır. Orada yalnız təbliğat və modellərlə bağlı məsələləri çıxmaqla dəqiqləşdirmə apardıq. 
Elm haqqında qanun layihəsinin maliyyə miqyası və ona aid məsələlər barədə həm komitədənin iclasında, həm də plenar iclasda fikirlər söylənmişdir. Mən deyim ki, qanun layihəsində maliyyə məsələləri geniş yer tutur. Diqqətlə baxın, VI fəsil 5 maddədən ibarətdir. Hər mad-dədə 9, 10 bənd vardır. Bir fəsil bütövlükdə maliyyə məsələlərinə həsr olunmuşdur. Bundan başqa, Milli Elmlər Akademiyasına ayrılan bənddə 12-ci maddədə də maliyyələşmə məsələlərinə aid müddəa vardır. Ali mək-təbə aid müddəalarda da maliyyə ilə bağlı fikirlər vardır. Elm haqqında qanun layihəsinə əlavə olunan sahibkarlıq və innovasiya fəaliyyəti də maliyyə tutumlu məsələdir. 
Heç bir qanun layihəsi, o cümlədən də Elm haqqında qanun layihəsi konkret olaraq hansısa təşkilatın büdcəsini artırmır, kiminsə əmək haqqını artırmağa xidmət etmir. Əksinə, bu istiqamətdə yeni maliyyə mənbələri, gəlirlər əldə etmək üçün mövcud mənbələri göstərir. Bu qanun layihəsinin birinci oxunuşunda “yalnız dövlət büdcəsindən və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələrdən maliyyə əldə oluna bilər” fikri yazılmışdı. Sizə təqdim olunan qanun layihəsində isə proqram məqsədli maliyyələşdirmə, qrant maliyyələşdirilməsi, baza maliyyələşdirilməsi, kreditlə bağlı ödənişlər və bir çox maliyyə mənbələri qeyd olunmuş, onların hüquqi tənzimlənməsi diqqətə çatdırılmışdır. 
Millət vəkillərinin özünümaliyyələşdirmə imkanlarının elmdə genişləndirirlməsi haqqında təkliflərini tamamilə dəstəkləyirəm. Məncə, bu, irad yox, qanunun mahiyyətini ifadə edir. Çünki özünü maliyyələşdirmə yalnız sahibkarlıq olan yerdə ola bilər. Büdcədən maliyyələşən təşkilatın özünü maliyyələşdirməsindən danışmaq olmayan bir şey haqqında arzu diləməkdən başqa bir şey deyildir. Amma bayaq dediyim maliyyə mənbələri, o cümlədən sa-hibkarlıq və innovasiya haqqındakı maddələr məhz akad-emiyada, ali məktəb elmində, sahə elmində bütövlükdə özünümaliyyələşdirməyə geniş imkanlar açır. Bu olmasa, müasir elm mümkün deyildir. 
Mən bu il Çində olmuşam. Çin Akademiyasının bir neçə zavodu vardır. Bəlkə demək doğru deyil, amma özümə borc bilirəm deyim ki, Belarus Akademiyasındakı zavodların içərisində hərbi təyinatlı zavod da vardır. Mən bazar günü Türkmənistandan qayıtmışam. Azərbaycanın inkişafını Türkmənistanla müqayisə eləmək doğru olmazdı, amma Türkmənistan Akademiyasının tərkibində Texnopark adı ilə ikinci elmi birliklər, istehsalat birlikləri yaradılıb. Bu dünyada gedən prosesdir. Sahibkarlıq, innovasiya, özünümaliyyələşdirmə, hətta cəlb olunmuş investisiya seçimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü məsələlər elmə gəlməsə, biz ancaq klassik bir akademiya, fundamental olaraq keçmişdə olan elm haqqında danışa bilərik, bugünkü elmdən danışa bilmərik. Məncə, Elm haqqında qanun layihəsindəki özünümaliyyələşdirmə, sahibkarlıq və innovasiya ilə bağlı müddəalar müasir dövrdə Azərbaycan Milli Elmlər Akademiyasında yaşanan prosesləri özündə əks etdirir. Akademiyada təcrübə-sınaq zavodu fəaliyyət göstərir, digər yeni birliklər yaranır. Hazırda AMEA-nın prezidenti Kürdəmir şəhərindədir. Akademiyanın böyük torpaq sahələri var, ondan həm elm, həm də sahibkarlıq yönündə istifadə etmək üçün mənbələr axtarılır. Bunlar qanun layihəsində olmasa, biz bu mülkiyyəti idarə edə, irəli apara bilməyəcəyik. İnanıram ki, millət vəkilləri bizi dəstəkləyəcəklər. 
Bir neçə həmkarımın qanun layihəsinə əlavə və düzəlişləri olmuşdur. Məsələn, “neft-kimya” sözü unudulmuşdu, “elmi” sözündən sonra “fəaliyyət” sözünə ehtiyac var idi, “maddi-mənəvi” anlayışı çox zəruri idi və sair. Bunlar nəzərə alındı və burada öz əksini tapdı. Bir sıra redaktə xarakterli məsələlər vardı ki, bunlar da nəzərə alındı. 
Biz müzakirədən sonra qanun layihəsinə yenidən baxdıq. Qanunvericilik prosesi ilə daim məşğul olandan sonra görürsən ki, bu özünəməxsus yaradıcılıq sahəsidir. Nə zaman buna qayıtsan, yeni məsələlər tapıla bilər. Hətta sizin əlinizdə olan qanun layihəsinə bizim elədiyimiz kiçik düzəlişlər də vardır. İnanıram ki, bu gün danışanlar olarsa, biz onların da yaxşı fikirlərini qəbul edəcəyik. 
Bir məsələni deməklə kifayətlənirəm. Biz qanunun 3-cü və 4-cü maddələrini birləşdirdik, çünki onların funksi-yaları bir-birinə çox yaxın idi. Amma sadəcə birləşdir-mədik, ixtisarlar, ümumiləşdirmələr, düzəlişlər aparıb onları uyğunlaşdırdıq. Düşünürəm ki, indiki halda qanun layihəsi Azərbaycan elminin cəmiyyətdə aparıcı mövqe tutması, bütövlükdə cəmiyyətin inkişafına xidmət etməsi, ölkəmizin Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu elm siyasətinin həyata keçməsi üçün əsas verir. Diqqətinizə görə minnətdaram. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qəbul edildi. 
Hörmətli millət vəkilləri, növbəti beş məsələ – üç saziş və iki çərçivə sazişi İran İslam Respublikası Hökuməti ilə əlaqədardır. Əgər etiraz eləmirsinizsə, bu sazişləri bir-bir dinləyəndən sonra birgə müzakirə edək və səsə qoyaq. Etiraz yoxdur ki? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Birinci sənəd “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidro-qovşaqlarının və su  elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyurun, Valeh Ələsgərov. 
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri. 
Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/307 saylı 2016-cı il 20 may tarixli məktubu ilə Milli Məclisin müzakirəsinə Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bağlanan bayaq adı çəkilən sazişlə bağlı qanun layihəsi təqdim edilmişdir. Adı çəkilən saziş 2016-cı ilin 23 fevral tarixində Tehran şəhərində imzalanmışdır. 
Qısa tarixi arayış verim. 1988-ci il dekabrın 6-da SSRİ və İran İslam Respublikası arasında iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq haqqında Saziş imzalanmışdır. Bu sazişin müvafiq hissəsində sazişin tərəfləri razılaş-mışlar ki, Araz çayının üzərində “Xudafərin” su anbarı və “Qız qalası” su qovşağı inşa ediləcək. Nəticə olaraq inşa edilmiş obyektlər işə başlayandan sonra hər iki tərəf üçün ildə 400 milyon kilovat saat elektrik enerjisi istehsal edilməli, Azərbaycanda 8 min hektar, İranda isə 80 min hektar yeni əkin sahələri dayanıqlı su ilə təmin edilməli idi. Eləcə də əlavə olaraq Azərbaycanda 252 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılmalı və su ilə dayanıqlı təmin edilməli idi. 
1989-cu ildə hər iki tərəfdən “Xudafərin və “Qız qalası” hidroqovşaqlarının tikintisinə başlanılmışdır. Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindın işğal olunandan sonra Azərbaycan tərəfində aparılan işlər dayandırılmışdı. Son illər ərzində aparılan danışıqlar nəticəsində, nəhayət, bu saziş hazırlanıb imzalanmışdır. 
Həm iqtisadi, həm də siyasi cəhətdən çox önəmli bir sazişdir. Bu sənədi Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında qarşılıqlı dostluq, hörmət və mehriban qonşuluq münasibətlərinin, iqtisadi, mədəni və başqa sahələrdə uğurla inkişaf edən, ildən-ilə möhkəmlənən əlaqələrin növbəti göstəricisi kimi də qəbul etmək olar. 
Çox önəmli məsələlərə diqqətinizi yetirim. Giriş his-səsində bəyan edilir ki, hər iki hökumət bərabərlik, hər iki dövlətin daxili işlərinə qarışmamaq, suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsipləri və qarşılıqlı faydaya əsaslanan iqtisadi və texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönələn qarşılıqlı səyləri rəhbər tutaraq bu iki layihənin həyata keçirilməsini nəzərdə tutur. 
“BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azər-baycan Respublikasının ərazi bütövlüyünün bərpa olun-masının əhəmiyyətini nəzərə alaraq”. Sazişin birinci maddəsinin birinci cümləsi də əminəm ki, hər kəsin diqqətini cəlb edib: “Tərəflər hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdiril-məsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcək-lər”. Təbii ki, bu işləri tənzimləmək üçün birgə işçi komissiya yaradılacaq və işlər aparılan müddətdə yaranan problemlər birgə komissiya çərçivəsində həll olunacaq. 
Əminəm ki, sazişi diqqətlə oxumusunuz. Mənim üçün önəmlisi budur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, bu hidroqovşaqlar yerləşən ərazilərdə su-verenliyi tanınır. Bu qovşaqlarda istifadə edilən sular və elektrik enerjisi tərəflərin razılığı ilə istifadə ediləcək və üçüncü tərəfin istifadəsinə imkan verilməyəcəkdir. Nəticə olaraq əminəm ki, bu sazişin qüvvəyə minməsindən sonra hər iki tərəf bu layihələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq işləri həyata keçirəcək və bu su qovşaqları, su elektrik stansiyaları inşa ediləndən sonra iki xalq, iki dövlət üçün əhəmiyyətli iqtisadi mənfəət verəcəkdir. Yəqin ki, bu sazişin siyasi tərəfini çatdıra bildim. Əminəm ki, sazişə səs verib qəbul edəcəksiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İkinci məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hö-kuməti arasında fövqəladə  halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişdir. Buyurun, Ziyafət müəllim. 
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Mü-dafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Möhtərəm cənab Prezident tərəfindən daxil olmuş bu saziş İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında fövqəladə halların aradan qaldırıl-ması, məhdudlaşdırılması və nəticələrinin minimuma endirilməsi ilə bağlıdır. Bilirsiniz ki, bizim qonşu İranla münasibətlərimizin beynəlxalq hüquqi səviyyəsi getdikcə genişlənir. Xüsusilə son vaxtlar imzalanan sazişlərə, müqavilələrə diqqət yetirsək, görürük ki, doğrudan da, hər iki dövlət arasında münasibətlər həm hüquqi müstəvidə, həm də digər müstəvidə daha da yaxınlaşmaqdadır. 
Sazişin mətni ilə tanışsınız. Sazişin əhatə dairəsi, yardımın forması, texniki və hüquqi məsələlər və sair bu sənəddə öz həllini tapır. Hesab edirəm ki, Azərbaycanın dövlət və milli maraqlarına uyğun sazişdir. Bir məsələni də yadınıza salmaq istəyirəm ki, biz digər dövlətlərlə bu qəbildən olan bir çox sənəd qəbul eləmişik. Həmin mü-qavilələr çox səmərəli işləyir və hesab edirəm ki, bu sənəd də belə işləyəcək. Ona görə də xahiş edirəm, bu sənədə müsbət münasibət bildirəsiniz. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Beşinci məsələ “Azər-baycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Valeh müəllim və Ziyafət müəllim İran-Azərbaycan münasibətləri haqqında kifayət qədər ətraflı danışdılar. Həqiqətən, son illərdə bu istiqamətdə atılan addımlar hər iki ölkənin milli maraqlarına cavab verir. Sizə təqdim edilən qanun layihəsi də gömrük münasibətlərinin  tən-zimlənməsi məsələsini özündə ehtiva edir. Ona görə də millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisi satışı haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədədir. Buyurun, Valeh Ələsgərov. 
V.Ələsgərov. Azərbaycan Respublikası Prezidentinin məktubu ilə  Milli Məclisin müzakirəsinə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Höku-məti arasında elektrik enerjisi satışı haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə qanun layihəsi təqdim edilmişdir. Çərçivə sazişinin imzalanmasında məqsəd Azərbaycan Respublikası və İran İslam Respublikası ara-sında elektroenergetika sahəsində qarşılıqlı faydalılıq prinsipinə əsaslanaraq əməkdaşlığı genişləndirməkdən ibarətdir. 
Bununla əlaqədar tərəflər bir tərəfin enerji sistemindən o biri tərəfin enerji sisteminə verilən elektrik enerjisinin həcmini, qiymətini və müddətini, enerji sistemləri arasında elektrik enerjisinin təhlükəsiz və etibarlı formada ötürülməsinin texniki, ticari, inzibati qaydalarını və digər təşkilati məsələləri müəyyən edəcəklər. Eyni zamanda, gələcəkdə tərəflərin müvafiq qurumlarının qarşılıqlı razılığı olarsa, müvafiq müqavilə və kontraktlar əsasında elektrik enerjisinin üçüncü ölkələrə tranzitlə ötürülməsini həyata keçirə biləcəklər. 
Bu sazişin yerinə yetirilməsini təmin etmək üçün tərəflər aidiyyəti qurumların nümayəndələrindən ibarət birgə işçi qrupu yaratmalıdırlar. Eyni zamanda, yara-dılması nəzərdə tutulan birgə işçi qrupu hər iki ölkənin elektrik enerjisi şəbəkələri arasında əlaqələndirməni, elektrik enerjisi mübadiləsi ilə bağlı ümumi şərtlərin və xüsusi prosedurların müəyyən edilməsini təmin edəcəkdir. Qanun layihəsi ilə tanış olduğunuz üçün çərçivə sazişinin standart müddəalarını təkrar etməyə, yəqin ki, ehtiyac yoxdur. Əminəm ki, qanun layihəsinə səs verib qəbul edəcəyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sonuncu məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Çərçivə Sazişinin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin keçən iclasında Azərbaycan və İran arasında dəmir yolu tikintisi ilə əlaqədar olaraq kifayət qədər ətraflı məlumat verildi. Hörmətli Cavid Qurbanovun da həm mətbuatdakı, həm də keçən dəfə Milli Məclisin iclasındakı çıxışında bu barədə ətraflı məlumat açıqlandı. 
Həqiqətən də, bu dəmir yolunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi təhlükəsizliyi, Azərbaycanın müs-təqilliyinin qorunması, Azərbaycanın Şimal–Cənub dəh-lizində fəal iştirakı üçün kifayət qədər müstəsna əhəmiyyət kəsb edir və bu çərçivə sazişi də birmənalı şəkildə Azərbaycan dövlətinin iqtisadi inkişafına, milli maraqlarına xidmət edir. Kifayət qədər əsaslı bir sazişdir. Millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş  edərdim. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən demişdim ki, 5 sazişdir. İndi görürəm, 10 nəfər çıxışa yazılıb, yəqin təzə saziş verəcəklər. 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Bir dəqiqə, mənə maraqlıdır. Bu çərçivə sazişləridir, sazişdir – bunlar bəyəm İran–Azərbaycan münasibətləri deyil? Bunlar bəlkə nə isə deyəcəklər? Astan Şahverdiyevin sualı var idi. Buyurun, nə sualınız var? 
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mənim, həqiqətən, sualım var, çıxışa yazılmamışam. Məsələ belədir, Araz çayı üzərində iki Xudafərin körpüsü var. Söhbət hansı Xudafərin körpüsündən gedir? Yəni ehtimal olunur ki, bunlardan biri su anbarının altında qalacaq. İki körpü, biri eramızdan əvvəl III əsrdə, ikincisi bizim erada tikilib. Bunların hansı su altında qalacaq? Elektrik enerji-sini başa düşdük, İranın ərazisindən gələcək, Füzulidən, Horadizdən keçərək Azərbaycan ərazisinə çatacaq. Bəs bu su ehtiyatı kanallamı, yoxsa nə ilə gələcək? Bax bu məni maraqlandırır. Diqqətinizə görə çox sağ olun. 
V.Ələsgərov. Astan müəllim, sazişi diqqətlə oxusanız, görərsiniz, iki tərəf öhdəlik götürür ki, Xudafərin körpü-lərini bərpa edəcək və onları müvafiq qaydada BMT-nin Dünya İrs Siyahısına salacaqdır. Maddə var, orada yazılıb, baxın.
Yerdən. (Eşidilmir.) 
V.Ələsgərov. Çox sağ olun. “Xudafərin” simvolik olaraq su qovşağının, elektrik stansiyasının adıdır, amma körpülər nə bu su qovşağının, nə də su anbarının altında qalmayacaq. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, gündəlikdəki məsələ ilə bağlı danışın. Zahid Oruc. 
Z.Oruc. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həm-karlar! Mən hesab edirəm ki, bu sazişlər Azərbaycanın və İranın dövlət maraqlarına, milli maraqlarına uyğun sənədlərdir. Əslində, hörmətli Valeh müəllimin qeyd etdiyi kimi, bununla bağlı işlər çoxdan görülə bilərdi, lakin təəssüf olsun ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi bu prosesə mane oldu. 
Digər tərəfdən, çox açıq demək lazımdır ki, 90-cı illərin ortalarında İranın o dövrkü rəhbərliyi bu məsələ ilə bağlı fərqli bir mövqeyə gəlmişdi, onlar hətta bunu Ermənistanla birgə həyata keçirmək istəyirdilər. O dövrdə ulu öndər bu məsələyə çox kəskin etirazını bildirmişdi. İndi Valeh müəllim çox yaxşı xatırlatdı ki, 1988-ci ildə hələ SSRİ iflasa uğramamış bu işin əsası qoyulmuşdu, amma sonrakı dövr Azərbaycan ərazilərinin təcavüzə məruz qalması buna təsir etdi. İndiki reallıqda dəmir yollarının əlaqələndirilməsi, böyük bir Şimal–Cənub tranzit məkanının yaranması, o cümlədən  elektrik enerjisinin birgə istehsalı hər iki ölkənin xalqlarının manafelərinə uyğun bir siyasətdir. Xüsusilə də bu artıq İranda  hakimiyyətə Həsən Ruhaninin gəlməsi ilə siyasəti yeni bir mərhələyə daşıması hesabına baş verdi. Çox açıq demək lazımdır ki, keçmişdə təəssüflər olsun, İranın Azərbaycana münasibətində bir sıra yanlış saydığımız məqamlar vardı və biz onu qeyd etdiyimiz indiki hakimiyyətin dövründə aradan qaldırıldığını zənn edirdik. 
Lakin cənab Sədr, mən hesab edirəm ki, biz bu sözləri söyləsək parlament üzvlərimiz darıxmayacaqlar və qətiy-yən narahat olmayacaqlar. Ümumiyyətlə, dünya müsəl-manları Ramazan ayının hansı gün, hansı saat başlanması üzərində diskussiyalar etdiyi zamanda İran Prezidenti Ermənistanın xarici işlər naziri Nalbandyanı qəbul edirdi. Bu, əlbəttə ki, bizdə xüsusi bir narahatlıq doğurmur, çünki ötən illər ərzində İran Ermənistanla elektrik enerjisi və qaz nəqli, yolların tikintisi və başqa sahələrdə əməkdaşlıq etmişdir. Biz düşünürdük ki, bu, sadəcə, dövləti əlaqələrdir, amma Həsən Ruhani tərəfindən Ermənistan prezidentinə xüsusi salam göndərilməsini də diplomatik bir etiket saymaq mümkün deyil. Çünki sonra deyilən mətləb ondan ibarətdir ki, İran Prezidenti Ermənistana, İrəvana səfər edəcək. 
Biz 90-cı illərdən bu yana İranın nüvə qalmaqalı məsələsində beynəlxalq sanksiyalara məruz qalmış bu mürəkkəb dövründə Azərbaycandan İran əleyhinə bir hərəkət  etmədik. Qərbin burada plasdarmı olmadıq. Azərbaycan tarixi iddialarını kənara qoydu, İranla münasibətlərə yüksək önəm verdiyini hər zaman ifadə etdi. Beynəlxalq təzyiqlərin qarşısında regionda sülhün və təhlükəsizliyin qorunmasında marağımızı ifadə etdik. 
Mən bir parlament üzvü kimi çağırış etmirəm ki, Həsən Ruhani İrəvana getsin, ya getməsin. Amma görünür ki, gerçəkdən də İran Prezidentinin məsləhətçiləri bu mə-sələlərdə yanlışlıqlara yol verirlər və xüsusilə də aprel ayının 4 günlük döyüşlərindən sonra bu, İranda yeni bir siyasət kimi daha çox özünü göstərməyə başlayıb. İran Azərbaycanın ərazi bütövlüyünün təminatından narahat deyil ki? Bu, guya Azərbaycanın iddialarınımı artıracaq? İran Ermənistandan Azərbaycan və ya Türkiyə əleyhinə istifadə etmək istəyirmi? İran dünyada müsəlmanların, hamısı kimi çıxış edir, Fələstinə uzun illər ərzində yardım göstərdiyini qeyd edir, amma bu siyasətin yüzdən birini Qarabağ məsələsində Azərbaycana göstərmək istəmir. İran Türkiyənin məlum sərhəd bağlama əməliyyatını Ermənistan üçün həyata keçirmiş olsaydı, bu, heç şübhəsiz, Qarabağ məsələsinin həllini daha da yaxınlaşdırmış olardı. 
Cənab Sədr, bu sözləri söyləməklə düşünürəm, həm İranın mediasına, həm də siyasi dairələrinə bir daha da özümüzün mövqeyimizi göstərmiş oluruq ki, Azərbaycanda kimsə İrana qarşı fobiya ilə, xüsusilə tarixi xəyallarla yaşamır. Amma yetər ki, İrandan da eyni münasibətin şahidi olaq. Mən düşünürəm ki, Azərbaycan dövləti də İranın bu siyasətini çox dərindən izləyir. Biz uzun illər ərzində İsraillə münasibətlərimizdə İran amilini nəzərə almışıq. Amma İsrail İran ərazisini işğal etməyib, bir milyon İran vətəndaşının köçkün düşməsində rol oynamayıb. Ona görə də mən hesab edirəm ki, İran Ermənistan və Azərbaycan arasında bərabərlik işarəsi qoymamalıdır.
Bu sazişləri, təbii ki, parlament ratifikasiya edəcək. Amma Azərbaycan tərəfindən edilən çağırışları İranın siyasi, dini elitası nəzərə almalı, qəbul etməlidir. Bir daha söyləyirəm, bu dövr ərazində Azərbaycan tərəfindən İrana münasibətdə yalnız dostluq özünü göstərib. İran bunun əksinə edəcəksə, düşünürəm ki, bu bölgədə İranın özünün ziyanına olacaq. Mən bunu söyləmək istədim və amma sənədə səs verəcəyəm. Dinlədiyiniz üçün təşəkkür edirəm. 
Sədrlik edən. Zahid Oruc, “sözümü yenə kəsdi” deyə-cəksən deyə sözünü kəsmədim. Mən dedim ki, bu sazişlər barədə danışın. Sən sazişdən bir kəlmə danışmadın. 
İkinci, hər yazılan yazıya da inanma. Azərbaycan dövləti var, dövlət də izləyir, hamı da görür. Hər yazılana da inanmayın. Mən inanmıram ki, Ruhani İrandan səfər etsin. Sən inanırsan. Xahiş edirəm, çıxış edənlər yalnız sazişlər ətrafında danışsınlar. Fazil Mustafa. 
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, mən indiyə  qədər İranla bağlanmış bir çox sazişlərlə, müqavilələrlə tanışam və hesab etmirəm ki, “Xudafərin”, “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi barədə bu sənəd qədər tarixi əhəmiyyətə malik olan ikinci bir sənəd olsun. Digər sənədlər, təbii ki, ümumi prosedurla qəbul olunan sənədlərdir və qonşu ölkələrlə əməkdaşlıq kontekstində baxılmalıdır. Amma biz burada sadəlövh deyilik və bilirik ki, bu gün qəbul olunan sazişin icra mexanizmi hələlik yoxdur. Birinci növbədə qonşu İranın, özünün İslam prinsiplərinə zidd olaraq Ermənistana dəstək verən, öz din qardaşlarını deyil, başqa bir dövlətin maraqlarını daha üstün tutan bir ölkənin Azərbaycanın ərazi bütövlüyünə münasibəti ortaya qoyulur. Bu sazişdən sonra biz hər dəfə İran rəsmiləri ilə görüşdə bu tələbi qoya bilərik ki, buyurun, saziş bağlamısınız, gəlin, bir yerdə bu əraziləri azad edək. Artıq bu sazişin gerçəkləşməsi üçün sizin də üzərinizə məsuliyyət düşür. Siz bizə irad bildirirsiniz ki, biz İsraillə, başqaları ilə yaxınlıq edirik. Biz sizin də, bizim də tarixi düşmənlərimizə İsraildən aldığımız silahlarla zərbə endiririk. Siz də Rusiyanın Ermənistana verdiyi qədər bizə silah verin, biz də din qardaşınız kimi erməniləri sizin silahlarla vuraq və sizin də ürəyiniz sakit olsun, sizin də ürəyinizə bir az su səpilsin. 
Demək istədiyim odur ki, biz bu gün, həqiqətən də, bu sazişə istinad edərək İranla yeni münasibətlər qurmaq imkanları əldə edirik. Biz çalışmalıyıq ki, İranla, bu gün Ermənistanla viza rejimini ortadan qaldıran bir ölkə ilə dostluq, qarşılıqlı əməkdaşlıq münasibətlərini inkişaf et-dirməklə yanaşı, bu kimi məsələlərdə ortaq maralqlarımız olduğunu da diqqətə çatdıraq. 
“Xudafərin”in tarixi abidə kimi qorunması məsələsi, təbii ki, 30 ildən artıqdır gündəmdədir. Amma bu gün bizə daha çox tarixi abidələrsiz belə torpağın azad olunması və Azərbaycana qaytarılması vacibdir. Ona görə də bu kimi variantlardan istifadə edərək buna ən azı bir siyasi sənəd olaraq sabah istinad edə bilməyimiz öz qabiliyyətimizdən çox asılı olacaqdır. 
Mən hesab edirəm ki, bu kimi məsələlərdə biz həm də İranla gələcək münasibətlərdə onun Azərbaycan siya-sətinin dəyişməsinə təsir edən müəyyən istiqamətləri də formalaşdıra bilərik. Mən də anlayıram, bu bir az çətindir, çünki İranın tarixi ənənələrində bütövlükdə Azərbaycanın güclənməsinə, onun müstəqil dövlət kimi mövcudluğuna çox da maraqlı olmayıblar. Xatırlayırsınızsa, 1918-ci ildə dövlət qurulanda da “Azərbaycan” adının götürülməsinə etiraz etdiklərinə görə Azərbaycanın müstəqilliyini tanımayıblar. Amma biz sübut etdik ki, müstəqil olma haqqına sahib olan millətik və torpaqlarımızı da azad edəcəyik. İransız da azad edəcəyik, amma yaxşı olar ki, bu İranın tarixində bir qara ləkə kimi görünməsin. Müsəlmanları qoyub ermənilərə dəstək verməsi və onlara silahdan tutmuş hər cür yardım göstərməsi İranının tarixində bir qara ləkə olaraq qalacaqdır. Biz dostluğun tərəfdarı olsaq da, çalışmalıyıq ki, İranın da siyasətində korrektələr olsun.
Mən fürsətdən istifadə edib onu da qeyd etmək istəyirəm ki, İranla, Türkiyə ilə viza məsələsinə biz əvvəl-axır baxmalıyıq. Ermənistana bu avantajı verə bilmərik. Oqtay müəllim, Siz çox doğru qeyd edirsiniz ki, biz mövzu ilə əlaqədar danışmalıyıq. Amma parlament tribunasından bu cür məsələlərin səsləndirilməsi bizim özümüzə də vacibdir. 
Baxın, burada hörmətli İsa müəllim çıxış edəndə dedi ki, Elm haqqında qanunda magistrlərlə bağlı məsələni ölkə Prezidenti həll etdi. Amma buradakı çıxışları Siz diqqətlə izləsəniz, görərsiniz ki, burada böyük əksəriyyət magistrlərin möhlət yükü almasının əleyhinə idi. Çıxışların protokoluna baxsanız, görərsiniz. Bu o deməkdir, yaxşı ki, ölkənin uzaqgörən, aydın düşünən, problemləri görən və təhsilin mahiyyətini dərindən bilən Prezidenti var. O, qərar qəbul etməsə idi, bu məsələlər bizim ümidimizə qalsa idi, heç həllini tapmayacaqdı. Mən belə görürəm. Ona görə çalışmalıyıq, burada fikirlər səsləndirək ki, onların ümumi faydası olsun. Ölkə Prezidenti də burada səslənən fikirlərdən, müəyyən məqamlardan ictimai rəyi öyrənsin, müəyyən qərarlar verməyə çalışsın. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Hörmətli Fazil müəllim, bu məsələdən hamı çox istifadə edir. Bu, Elm haqqında qanunun predmeti deyildi. Bu qanun layihəsi bugünkü gündəlikdə var. Bunu yalnız cənab Prezidentin özü bilər ki, nə vaxt, hansı dövrdə magistr və doktorantlara möhlət hüququ verilə bilər. Bunun hər birinin vaxtı var. Sizdən qabaq o hamısını hesablayıb, bilir. Biz bu qanunu qəbul edəndə Ermənistanda bakalavrların möhlət hüququnu kəsdilər. Yəni heç kim sinəsinə vurmasın ki, bunu demişdik, deməmişdik. Hər şeyin ölçüsü-biçisi var. 
Eləcə də, İranla bağlı çıxış etdiniz. Mən də razıyam. Orada məsələlər var, həllini  tapmalıdır. Ancaq qəzetdə təxribat xarakterli 3–4 yazı gedən kimi hamımız qızışırıq, çıxırıq ortaya. Bir az siyasətimiz də olmalıdır. Bu sazişlər nəyə görə lazımdır? Sazişlər də ona görə lazımdır. Mən çox məsələlərlə razıyam, ancaq bunu etməyin bir təhəri var. İran parlamentində Azərbaycana qarşı belə çıxış etmirlər. Bəli, məsələlər var, onların çözümünün başqa yolları var. Diplomatik yollar var, dəqiqləşdirilmə var və sair. Buyursun Qüdrət Həsənquliyev. 
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Çıxışıma ilk öncə onunla başlamaq istəyirəm ki, cənab Prezident magistrlərə və doktorantlara möhlət hüquqi verərkən, yəqin ki, millət vəkillərinin parlamentdəki çıxışlarını də nəzərə alıb. Ona görə çoxlu sayda millət vəkili çıxış etdi, bunun vacibliyi barədə fikirlərini söylədi. 
Oqtay müəllim, sazişlə bağlı onu qeyd etmək istəyirəm ki, doğrudan da, bu sənəd Azərbaycanın milli və dövlət maraqlarına cavab verir. Ona görə mən də buna səs verəcəyəm. Oqtay müəllim, mən şəxsən Sizin və iqtidar təmsilçilərinin narahatlığını başa düşürəm. İqtidar bu illər ərzində həmişə çalışıb ki, İranla dostluq münasibətlərini qorusun və inkişaf elətdirsin. Amma bizim el məsələsi var, deyir, belə olmur da, yəni “səni sevəcəyəm, sən sevməsən də”. Çox təəssüf ki, biz bunun qarşılığını İran tərəfindən görməmişik və bu sazişin də tərəfi İran olduğuna görə onu  müzakirə edərkən bəzi məsələlərə münasibətimizi bildirməliyik. Xahiş edirəm, Siz də bizim narahatçılığımızı bölüşəsiniz və qəbul edəsiniz. 
Əvvəla, bu sazişin preambulasında qeyd olunur ki, tərəflər bu sazişi imzalayarkən, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” 2002-ci il 20 may tarixli Müqaviləni, o cümlədən BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alırlar. Bu, çox önəmli bir məsələdir. Digər önəmli bir məsələni Valeh müəllim burada qeyd etdi. Sazişin 11-ci maddəsində qeyd olunur ki, tərəflər tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planı hazırlayacaqlar. O cümlədən tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər. Amma buradan ortaya suallar çıxır. 
Birincisi, Oqtay müəllim, biz İranın rəsmilərindən və İranın din xadimlərindən soruşmalıyıq ki, islamda, ümumiyyətlə, Şərqdə necə belə dostluq ola bilər? Eyni dinin daşıyıcılarıyıq, eyni təriqətin daşıyıcılarıyıq və İranda öz tarixi dədə-baba torpaqlarında 30 milyon azərbaycanlı yaşayır. İran da qəbul edir ki, bizim torpaqlarımız işğal olunub, amma İran rəsmiləri deyir ki, bu torpaqları işğal edən Ermənistan bizim ən yaxın siyasi müttəfiqimizdir.  Sanki bizə acıq verirlər və qeyri-rəsmi söhbətlərdə deyirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz? Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, onlardan müasir silahlar alaq və müsəlman torpaqlarını – Qarabağı işğaldan azad edək. Bəs İran niyə Ermənistanla əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Azərbaycan torpaqlarının işğalda qalması daha çox davam etsin? 
Bu gün xarici mətbuatdan oxudum, Seyid Əli Xamneyi parlamentarilərlə görüşündə deyib ki, İranda etnik, milli, tektonik xətlər var və onu aktivləşdirmək istəyən düşmən qüvvələr səylər göstərir.  Bu səyi İran hakimiyyəti, İran rəhbərliyinin özü göstərir. Allah rəhmət eləsin,  bizim Çingiz Mustafayev Xocalı soyqırımından sonra orada erməni canilərinin törətdiyi cinayətlərin bir qismini lentə almışdı. Orada Sarkisyanın başçılığı ilə ermənilər azərbaycanlıları, qadınları və uşaqları qətlə yetiriblər. Hələ bununla kifayətlənməyib, sonra 3–5 yaşındakı qız uşaqlarını soyundurub təhqir ediblər. Həmin o azərbay-canlıların soyundurulmuş şəkilləri var, dəfələrlə bu kadrlar televiziyada nümayiş etdirilib. Ola bilməz ki, İran rəsmləri  bunu görməsinlər. Axı onlar müsəlman uşaqları idilər. Onlar İranda yaşayan 30 milyon azərbaycanlının bacı-qardaşlarıdır. 
Tektonik xətləri bax bu cür ədalətsiz yanaşma aktivləşdirir. Aparılan bu siyasət aktivləşdirir, biz aktivləşdirmirik. Ona görə ki, o həm də Cənubda yaşayan 30 milyon azərbaycanlının namusudur. Qarabağ həm də onların torpaqlarıdır. Qüds günü keçirilir. Qarabağ elə bizim üçün Qüdsdür. Biz də Qarabağı azad etmək istəyirik. Ona görə mən hesab edirəm ki, Azərbaycan hökuməti, Azərbaycanın din xadimləri bu məsələlərdə susmamalıdırlar. Hörmətli Şeyximiz Allahşükür Paşazadə kifayət qədər cəsarətli adamdır, Azərbaycan tarixinin keşməkeşli dövrlərində öz cəsarətli mövqeyi ilə həmişə seçilib. Hesab edirəm ki, indi də İranın din xadimlərinə, İran rəsmilərinə, Seyid Əli Xamneyiyə rəsmi müraciət etməlidir. Bizim hökumətimiz rəsmi şəkildə müraciət etməlidir ki, bu nə davranışdır? Bizə sanki acıq vermək üçün Nalbandyan Tehranda az qala dünya lideri səviy-yəsində qəbul olunur. Axı dediyim kimi, Sarkisyanın Xo-calıda əli qana batıb. Bu həmin cinayətlərə şərik olmaq deməkdir. Bu necə dostluqdur? Biz bu barədə açıq danışmalıyıq.
Düşünürəm ki, bundan başqa  Azərbaycan İslam Əməkdaşlığı Təşkilatında da bu məsələni qaldırmalıdır. İranın bu davranışına, bu fəaliyyətinə həm mənəvi, həm siyasi qiymət verilsin ki, bu necə müsəlmançılıqdır? İndi biz burada Xudafərindən danışırıq, YUNESKO-ya mü-raciət edirik ki, Dünya İrs Siyahısına salınsın. O biri tərəfdən, işğal olunmuş ərazilərdə minlərlə məscid dağıdılıb. İslam mədəniyyətinə,  islam  tarixinə məxsus nə qədər eksponatlar, muzeylər dağıdılıb, məscidlərimizin çoxu donuzxanaya çevrilib. Onlar bunu necə qəbul edirlər? Biz niyə buna susmalıyıq? 
Ona görə də mən düşünürəm ki, İranın bugünkü rəh-bərliyinin yürütdüyü  siyasət, çox təəssüf ki, Azərbaycana dost siyasət deyil. Onlar Azərbaycanın inkişaf edən, öz ərazi bütövlüyünü bərpa edən dünyəvi bir dövlət olmasına yanlış olaraq həyəcanlanırlar. Amma onları burada narahat edəcək heç nə olmamalıdır. Əslində, biz əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycanla dostluq münasibətləri İranın sabitliyinə, regionun inkişafına xidmət edən faktordur. 
Amma dediyim kimi, əgər onlar orada 30 milyon azərbaycanlının, – hələ müsəlmançılığı qırağa qoyuram, – milli kimliklərinə xidmət etməyəcəklərsə, bu formada həqarət edəcəklərsə, əlbəttə, İran bu siyasətin acı nəticələrini dadacaq. Ona görə mən həm də buradan Cənubdakı azərbaycanlı qardaşlarımıza müraciət edirəm, onlar da öz səslərini qaldırmalıdırlar. Dediyim kimi, vaxtilə Rusiya ilə İran Azərbaycanı iki yerə bölüblər, Azərbaycanın bir hissəsində – Şimali Azərbaycanda biz  öz dövlətimizi qurmuşuq. Oqtay müəllim, hesab edirəm ki, bu torpaqlar həm də onların torpaqlarıdır, burada baş verənlərə onlar da biganə qalmamalıdırlar. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən. İran müstəqil bir dövlətdir. Necə siyasət aparacaqsa,  gələcəkdə ona uyğun cavabını da alacaq. Biz nə üçün bunun üzərində belə çox dayanırıq? Azərbaycanın öz daxili siyasəti var. Azərbaycan görəndə ki, nə isə başqa cür inkişaf yoxdur, öz siyasətini aparacaq. Biz nəyə görə belə narahatıq? Dövlət var, işləyirlər. Bunu hər dəfə səsləndirmək, qıcıqlandırmaq hesab edirəm, lazım deyil.  Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də bu sazişin indiyə qədər bağlanmış sazişlər arasında çox əhəmiyyətli olduğunu hesab edirəm. Çox gözəl işlənibdir. Bayaq Valeh müəllim də, digər yoldaşlar da qeyd etdilər, həm tarixi abidələr, həm ekoloji məsələlər, həm də istehsal olunacaq enerji və su ehtiyatlarından düşmən dövlətin istifadə etməsinin qarşısının alınması ilə bağlı müddəalar çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu sənəd son zamanlar imzalanmış sazişlər arasında xüsusi bir yer tutur. 
Azərbaycan tərəfi həmişə İranla dostluq münasibəti saxlayıb, ümumiyyətlə, sıfır problemli  qonşuluq siyasət yürüdüb. Bir neçə layihəni, xüsusilə də Cənub–Şimal layihəsinin həyata keçirilməsində Azərbaycanın atdığı addımları qeyd etmək istəyirəm. Bizim hörmətli həmkarımız Cavid müəllim dəmir yolları ilə bağlı bu layihəyə xüsusi bir nəfəs verməyə başladı. Hesab edirəm, başqa məmurlar da bu cür davransalar, biz iqtisadi layihələr sayəsində yaxın zamanlarda neftin qiymətindən qətiyyən asılı  olmayan bir dövlətə çevrilə bilərik. Amma bütün bunlarla bərabər, mən də razılaşıram ki, bu ərəfədə İranın bəzi qəribə davranışları tamamilə yanlışdır. Azərbaycan tərəfi İranın ən pis vaxtında belə risk alaraq bir çox məsələlərdə fərqli mövqe nümayiş etdirdi. 
Xatırlayırsınızsa, Azərbaycanın o zamanlar sanksiyaya qoşulması, İranın Azərbaycanda olan banklardan istifadə etməməsi üçün  çox böyük təzyiqlər var idi. Azərbaycan onların qarşısında dayandı. Hətta İran tərəfindən narahatlıq var idi ki, Azərbaycan ərazilərindən İrana qarşı istifadə olunacaq. Azərbaycan tərəfi açıq şəkildə bəyan etdi ki, bizim ərazilərimizdən üçüncü dövlətin istifadə etməsinə icazə verilməyəcəkdir. Bu, açıq şəkildə bildirilmişdir. 
Başqa məsələlərdə Azərbaycan tərəfi həmişə İrana xoş mövqe nümayiş etdirib. Ancaq indi İranın Nalbandyanı dəvət etməsi, viza rejiminin aradan qaldırılması, Ruhani-nin Ermənistana gözlənilən səfəri, təbii ki, haqlı narazılıq doğurur və mən hesab edirəm ki, belə narazılıqları bildir-məliyik. 
İndi bəzi məsələlərə toxunmadan birbaşa müqaviləyə qayıtmaq istəyirəm. Tutaq ki, İran ümumi islam priz-masından yanaşaraq Qüdsin işğalına görə İsraili düşmən, amma Qarabağı işğal edən Ermənistanı isə dost elan edib.  Bu, ikili yanaşmadır. Tam seleksiyalı bir yanaşmadır. Bu necə ola bilər? Bu məsələlərdə İrana haqq qazandırmaq, təbii ki, qətiyyən mümkün deyil. Amma mən hesab edirəm ki,  Tehranla iqtisadi əlaqələri davam etdirməliyik. 
Konstruktiv olaraq təklif vermək istəyirəm. 2-ci mad-dədə göstərilir ki, birgə texniki komissiya yaradılacaqdır. Bu texniki  komissiya müəyyən dəyişikliklər, çağırışlar,  müəyyən məsələlərə düzəlişlər və sair edə bilər. İranın yanlışlarının aradan qaldırılması üçün şans var. Yəni göründüyü qədər bu məsələyə bizim ciddi şəkildə etirazımız var idi və təbii ki, Güney Azərbaycanda  da 30 milyon Azərbaycan xalqının etirazı olacaqdır. İranın şansıdır ki, bu maddələrə istinad edib bəzi yanlışlıqları aradan qaldırsın. Məsələn, preambula hissəsində göstərilir ki, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü tanınır, hər iki dövlətin suverenliyinə və  mənafelərinə uyğun olaraq davranışlar nəzərə alınaraq hidroqovşaqların və su elektrik stansiyalarının tikintisində bu müddəalara əsasən addımlar atılır. Mən təklif edirəm, İran tərəfi Azərbaycan tərəfi ilə birlikdə həmin birgə texniki komissiyada Ermənistana müraciət etsin. Ora hücum etməsi, filan – bunlar deyək ki, bir az utopik məsələlərdir, ancaq müraciət edə bilər ki, Ermənistan dərhal qoşunlarını həmin ərazilərdən geri çağırsın. Bunu biz təklif kimi verə bilərik ki, həmin komissiya məsələyə baxsın. 
İkinci deyəcəyim məsələ, 13-cü maddədə göstərilən ətraf mühitin qorunması üçün maksimum səy göstərilməsi ilə bağlıdır. Yenə həmin texniki komissiya birgə müraciət edə bilər. Araz çayının suyunu zəhərləyən molibden zavodları və başqa zavodlar vardır. Bu sudan hər iki tərəf – İran tərəfi də, Azərbaycan tərəfi də istifadə edir. Dərhal orada monitorinqlər təşkil olunsun, beynəlxalq qurumlar burada səy göstərsinlər və nəticə etibarilə suyun təmizliyinin təmin edilməsi ilə bağlı işlər görülsün. Biz heç olmasa, görək ki, İran tərəfi burada imza qoyduğu müddəalardan çıxış edərək bəzi məsələlərə əməl edəcək və Ermənistan tərəfinin  pozucu əməllərinə, işğal məsələlərinə, suyun çirklənməsinə münasibətini bildirəcəkdir. 
Başqa məsələlərə də çox geniş toxunmaq mümkündür, amma mən  sazişdən kənara çıxmaq istəmirəm. Hesab edirəm ki, İran tərəfi mütləq siyasi hərəkətlərində redaktələr etməlidir. Bu cür qeyri-səmimi münasibətlərlə belə sazişləri həyata keçirmək doğru olmaz. Təşəkkür edirəm. 
Sədrlik edən. İndi sözün nədir, sazişə səs verməyək? Belə çıxdı. Bu texniki komissiya tamam başqa məsələdir. Siz siyasi məsələdən danışırsınız. Bu texniki komissiya  sazişə aid məsələdir. Bu saziş Azərbaycanın xeyrinə olan sənəddir. 
Bayaq hörmətli Fazil müəllim   də bir səhv buraxdı. Deyir, İran bizə kömək etməlidir ki, torpaqlarımızı geri qaytaraq. Bizə özümüzdən başqa heç kim kömək etməyə-cək. Bizə heç kimin müraciəti də lazım deyil. Kimin qabiliyyəti var, o, müraciətini edib. Qurtarın bu məsələlə-ri. Biz texniki məsələni siyasətə çeviririk. 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Nə isə yeni şey deyəcəksiniz? Onda saat 6-ya kimi oturaq. Fəzail Ağamalı. 
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mediya təmsilçiləri! Bu müzakirələrin mahiyyəti onu sübut edir ki, ortada İranın Ermənistana münasibəti var və bu, Azərbaycanın dövlət və   milli maraqlarına tamamilə ziddir. Bu, başa düşülən-dir. Lakin mən düşünürəm ki, Həsən Ruhani prezident seçildikdən sonra Azərbaycanla İran arasındakı münasi-bətlər özünün yeni mərhələsinə qədəm qoyub. Biz bu münasibətlərin daha yüksək inkişafına nail olmalıyıq və eyni zamanda, bu çağırışlarımızı İran tərəfinə də bildir-məliyik. Bildirməliyik ki, İran bizim din qardaşımızdır, qonşu dövlətdir. Azərbaycan ən çətin vaxtlarda İranın yanında olub. 
Biz indi gözləyirik ki, İran sözdə olduğu kimi, əməldə də Azərbaycanın yanında olsun. Ermənistanı işğalçı dövlət kimi sözdə tanıdığı kimi, münasibətlərində də məhdudiyyətlər qoysun ki, Azərbaycan cəmiyyəti qıcıqlanmasın. Ona görə də biz bu çağırışı edə bilərik. Bizim İran dövlətini ittiham etməyə, mənə elə gəlir ki, haqqımız çatmır, çünki İran müstəqil dövlətdir, onun öz siyasəti, öz maraqları var. Bizim də öz siyasətimiz, öz maraqlarımız var. Hər hansı bir ölkə Azərbaycanın dövlət maraqları ilə bağlı bu və ya digər şəkildə zidd fikir söyləyəndə biz ona biganə yanaşırıqmı? Düşünürəm ki, yox. 
Ona görə də mən İranla Azərbaycan arasında bağlanmış olan 5 sazişi, su elektrik stansiyası və dəmir yolu ilə bağlı çərçivə sazişlərini xüsusi olaraq qeyd etmək istərdim. Bunlar Azərbaycanın dövlət və milli maraqlarına tamamilə uyğundur və uzun illərdən bəri Azərbaycanın İrana qarşı aparmış olduğu səmimi, düzgün siyasətin məntiqinə söykənir. Mənə elə gəlir ki, bu sazişlər alqışlanmalıdır. Biz bunu qəbul etməliyik.
İran dövlətinə də çağırış edirik ki, bir müsəlman  ölkəsi olaraq milli dəyərlərə söykənərək Ermənistanla münasibətlərində düzəlişlər etsin və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində  bir islam ölkəsi kimi, bir qonşu ölkə kimi öz töhfəsini versin. 
Oqtay müəllim, mən Sizdən çox üzr istəyirəm, vacib bildiyim bir məsələyə də fikrimi bildirmək istəyirəm. Bu yaxınlarda Almaniya parlamenti qondarma erməni soyqı-rımı ilə bağlı qətnamə qəbul etdi. Ölkə Prezidentinin Al-maniyanın özündə buna özünün sərt münasibətinin şahidi olduq. Dünya da buna şahid oldu. Ancaq parlamentdə bu məsələnin  qaldırılmaması düşünürəm ki, düzgün olmadı. Mən təklif edirəm ki, ya dostluq qrupu səviyyəsində, ya da Milli Məclisin ümumi plenar iclasında millət vəkillərinin adından bu qondarma soyqırımının qəbul edilməsi ilə bağlı Almaniya parlamentinə etirazımızı bildirək. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Oqtay müəl-lim.  Mən də deputat həmkarlarımın fikirlərinin bir qismi ilə razılaşıram, bir qismi ilə razılaşmıram. Oqtay müəllim, mənim İrana olan münasibətimi həmkarlarım da bilir, Siz də bilirsiniz. İran parlamentinin bəzi üzvləri ilə bizim dəfələrlə Azərbaycan–İran münasibətləri ilə əlaqədar ciddi müzakirələrimiz olub. Amma bununla yanaşı, qeyd etmək istəyirəm ki,  təqdim olunan sazişlər, doğrudan da, bu gün çox zəruri və vacibdir. Bu, qarşılıqlı münasibətlərin yaxşılaşmasına xidmət edir. 
Ümumilikdə mən çıxışlara qulaq asanda 1992-ci il yadıma düşdü. Fikirləşdim ki, elə bil həmin ildəyik və hər bir ölkənin fəaliyyətinə elə bir nöqteyi-nəzərdən baxırıq ki, sanki hamı bizə borcludur və bizim dediklərimizi yerinə yetirməlidir. 
Siz də dediniz, Fəzail müəllim də qeyd etdi, təbii ki, İranın Ermənistana olan münasibəti aydın məsələdir. Amma ümumilikdə götürəndə hər bir müstəqil dövlətin özünün xarici siyasəti və bu istiqamətdə prioritetləri var. Bunun nəticəsi olaraq da o addımları atır. İndi bizə hansı ölkə deyə bilər ki, Amerika ilə münasibəti düzgün qurmamısan? Vaxtilə bizə deyirdilər ki, siz də Rusiyaya qarşı embarqoya qoşulun. Biz buna etiraz etdik və bildirdik ki, Rusiya bizim qonşumuzdur, bizim çox gözəl münasibətlərimiz var. Yaxud da başqa bir dövlətlə mü-nasibətlərimizin qurulmasına da göstərişləri də qəbul etmirik, çünki hər bir ölkə ilə bərabər şəkildə münasibətlər qurmağın tərəfdarıyıq. 
Çox uzağa getməyək, bu yaxınlarda cənab Prezidentin İrana səfəri oldu. Çox yüksək səviyyədə görüşlər keçirildi, böyük müqavilələr bağlandı, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox geniş bəyanatlar verildi. Həm prezident, həm də din xadimləri Azərbaycanla bağlı hətta Azərbaycan dilində  öz fikirlərini bildirdilər. Hesab edirəm ki, bu, vacib olan şərtlərdən biridir. 
Müəyyən məsələləri biz yaddan çıxarmamalıyıq. İranın da vaxtilə Azərbaycanla bağlı müəyyən addımları olubdur. Mənim xatirimdədir, ulu öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işləyəndə buradakı Mütəllibov hakimiyyəti, AXCP – Müsavat hakimiyyəti ermənilərlə birlikdə Naxçıvanı blokadaya alanda Naxçıvana köməklik edən İran İslam Respublikası oldu. Sonradan “Ümid körpüsü” açılanda xilaskar Türkiyə oldu. Yəni bu halları da biz yaddan çıxarmamalıyıq və qiymətləndirməliyik. 350 minlik əhalinin saxlanılmasında müəyyən köməkliklər oldu. 
Digər deyəcəyim məsələ viza ilə bağlıdır. Siz bilirsiniz ki, burada ciddi problemlər var. Keçən dəfə də biz burada həm İranla, həm də Türkiyə ilə bağlı məsələ qaldırdıq. İran təklifini irəli sürür, bu gün biz  onu qəbul etmirik. Bu gün nə Türkiyə ilə, nə İranla bu addımları atmaq fikrindəyik. Hələlik bu məsələ hazır deyil, müzakirələr gedir. Hətta bizə ən yaxın olan qardaş, dost Türkiyə ilə də əlaqədar bu məsələ hələlik gündəmdə deyil. 
Təbii ki, burada həmkarlarımın Ermənistanla bağlı qeyd etdiyi məsələləri qəbul edirəm. Amma buna xristian-müsəlman nöqteyi-nəzərindən yanaşmaq düzgün deyil. Məsələn, Ermənistan məsələ qaldırdı ki, niyə Rusiya Azərbaycana silah satır? Hamı etiraz etdi ki, Rusiya müstəqil dövlətdir, istənilən ölkəyə silah sata bilər. Biz də həmin nöqteyi-nəzərdən yanaşırıq ki, bu, müsəlman dövlətidir. Burada söhbət müsəlmançılıqdan və yaxud da başqa məsələlərdən getmir, müttəfiqlikdən gedir. 
Məsələn, Pakistan da müsəlman dövlətidir. Bizdən nə qədər uzaq məsafədə yerləşir. Heç ərazisində 3 nəfər azərbaycanlı da yaşamır. Amma bununla yanaşı, Azərbaycanın strateji müttəfiqidir və istənilən an Azərbaycana hərbi və digər dəstək göstərəcəyini bəyan edib. O baxımdan da biz yanaşma tərzimizi başqa cür qurmalıyıq.  
Burada hörmətli Qüdrət müəllim qeyd etdi. Bizim atalar misalımız var: “Kəsək oturub daşın gününə ağlayır”. 37 milyon azərbaycanlı İranda yaşayır, 9 milyon yarım isə Azərbaycanda. 37 milyon öz haqqını tələb edə bilmir, amma 9 milyon o 37 milyonun haqqını tələb etməyə gedir. Təbii ki, biz istənilən dəstəyi, köməyi göstərə bilərik. Amma Oqtay müəllim, Sizin, cənab Prezidentin, bizim nümayəndə heyətinin səfərlərində orada yaşayan azərbaycanlılar, parlamentdə, dövlət strukturlarında, orduda, biznes sahəsində çalışan insanlar deyirlər ki, qardaş, siz niyə bizim işimizə qarışırsınız? Biz İranı öz dövlətimiz hesab edirik. Haqları da çatır. Təbii ki, İran orada yaşayan xalqların dövlətidir. O baxımdan da biz indi onların məsələsinə qarışırıq ki, bunların torpağıdır. 5-i də gəlib Azərbaycanın ərazisində vuruşaydı da. 1994-cü ilə qədər müharibə getdi, bir 300 nəfər oradan keçəydi. İran–İraq müharibəsində iştirak etmiş, bir milyondan artıq silahlı təcrübəli insan var idi, heç olmasa, bir 20 mini gələrdi döyüş təcrübəsini bizimkilərə də öyrədərdi və vuruşub çıxıb gedərdi.  Torpaqlarımız da işğal olmazdı. İndi biz burada oturub elə məsələlərə münasibət bildiririk ki, halbuki biz bunun köklərini diqqətlə araşdırmalıyıq. 
Mən yenə də deyirəm, Ermənistana dəstək verilmə-sinin, Ermənistana dəmir yolu çəkilməsinin və ya ərzaqla təchiz edilməsinin əleyhinəyəm. Bu, qəti şəkildə ola bilməz, çünki Ermənistan işğalçı bir dövlətdir. Amma qalan digər məsələlər, – kim-kimi dəvət elədi, dəvət et-mədi, – bunlar hər bir ölkənin daxili işidir. Biz hər hansı bir ölkənin daxili işlərinə qarışa bilmərik. İrana qarşı sanksiya tətbiq olunanda, İrana qarşı hücum taktikası həyata keçiriləndə cənab Prezidentimiz bəyanat verdi ki, Azərbaycanın ərazisindən İrana qarşı heç bir hərbi əməliyyat həyata keçirilə bilməz. Bununla da nöqtə qoydu və olmadı da. Təbii ki, digər tərəf də məsələlərə bu cür səmimiyyətlə yanaşmalıdır. Yanaşmırsa, indi əlimizə ağac alıb gedib onlarla vuruşan, savaşan deyilik. Bu da onun münasibətidir. Münasibəti bilməliyik və gələcək planlarımızı da ona uyğunlaşdırmalıyq. 
Hər bir məsələnin sonu müqavilələrlə, dostluqla, sülhlə bitməlidir. Əgər biz müqavilələr bağlayırıqsa, onu bir az da yaxınlaşdırırıq, bir az da özümüzə bağlayırıq. Müxtəlif iqtisadi əlaqələr qururuq ki, digər məsələlərdən bunu çəkindirək. Bunun nəyi pisdir? Bu cür məsələlərə, hesab edirəm ki, çox diqqətli yanaşmalıyıq. Ümumiyyətlə, Ermənistanı çıxmaq şərti ilə qonşularımız haqqında hər hansı bir fikir ifadə edəndə dediklərimizə nəzarət etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ ol. Sözü ürəyində qalanlar varsa, buyursunlar. Elman Nəsirov. 
E.Nəsirov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli həmkarlar! Hesab edirəm ki, bu gün müzakirəyə çıxarılan 5 saziş Azərbaycan–İran münasibətlərinin inkişafında çox mühüm rol oynayacaq sənədlərdir. Onlar ilk baxışdan iqtisadi sənədlər kimi görünsə də, əslində, siyasi münasibətlərimizin inkişafına da töhfə verə biləcəklər. 
Mən də Siyavuş müəllimin o fikri ilə tam şərikəm ki, İranla bağlı məsələlərdə mövqe bildirərkən ehtiyatlı olmalıyıq. Unutmamalıyıq ki, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunda, təbii ki, Ermənistan istisna olmaqla qonşu dövlətlərlə münasibətlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman İranla – bu qonşu dövlətlə münasibətlərin inkişafında maraqlı olub və bu xəttə sadiqdir. Hesab edirəm ki, İranla münasibətlərə qiymət verərkən bir məsələni qətiyyən yaddan çıxarmaq olmaz. 2012-ci ildə İranda Həsən Ruhani Prezident seçilib. Düz 4 ildir, Ermənistan tərəfi ciddi cəhdlə çalışır ki, heç olmasa, bir dəfə Həsən Ruhaninin Ermənistana səfəri reallaşsın. Çox ciddi cəhdlə çalışırlar ki, Ermənistan–İran sammiti keçirilsin. Lakin bu günə kimi onların heç biri baş tutmayıb. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bizim indi İranla 5 sənəd, sonra da yeni-yeni sənədlər imzalamağımız nəticə etibarı ilə ona gətirəcək ki, İran–Ermənistan münasibətlərinin inkişaf tempi aşağı ensin,  Azərbaycan–İran münasibətlərinin inkişafı isə keyfiyyətcə yeni mərhələyə daxil olsun. Hesab edirəm, məsələyə bu kontekstdən qiymət vermək düzgün olardı. 
Onu da xatırladım ki, cənab Prezident dəfələrlə qeyd edib ki, bizim ikitərəfli münasibətlərimizin, xüsusilə qon-şularla münasibətlərimizin inkişafı ona gətirib ki, bu gün həm Şərq–Qərb Dəhlizi layihəsi, həm də Şimal–Cənub Dəhlizi layihəsi reallaşmaqdadır. Siz təsəvvür edin, biz İranla münasibətləri gərginləşdirmək xətti ilə getsəydik Şimal–Cənub Dəhlizi layihəsi də baş tutmazdı. 
Mən bu düşüncədəyəm ki, İrandakı müəyyən qüvvələrə görə bütövlükdə İranı ittiham etmək düzgün deyil. İranda müəyyən qüvvələr var ki, birtərəfli münasibətlərə kölgə salmaq istəyirlər. Lakin onlar İranın xarici siyasətini mütləq müəyyən eləyən tərəflər deyil. Əslində, bu gün 2500 illik dövlətçilik tarixi olan İran İslam Dövləti çox gözəl fərqindədir ki, onun üçün Azərbaycanın faydalılıq əmsalı ilə cırtdan Ermənistanın faydalılıq əmsalı arasında fərq nədir. Mən də o fikirdəyəm ki, biz İranla münasibətlərin inkişafı xəttinə sadiq qalmalıyıq. Əgər bu günlərdə İran Prezidentinin Ermənistana səfəri planlaşdırılırsa, bu səfərin qarşısı bizim daha da yaxınlaşmağımız hesabına alınsın. 
Sonda onu qeyd eləyim ki, əgər belə bir səfər realla-şarsa və İran dövləti Ermənistanla münasibətdə inkişaf xəttini seçərsə, bu ilk növbədə onun özünün siyasi kursuna uyğun olmaz. Bizim ideologiyamız azərbaycançılıqdır, İranın ideologiyası xomeynizmdir. Xomeynizmin ən mühüm şüarı ondan ibarətdir ki, müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Məsələyə bu məntiqlə yanaşdıqda hesab edirəm ki, İranda da bunu çox gözəl dərk edirlər. Ən azı özlərinin ideoloji xəttinə uyğun olaraq müsəlman ölkəsi olan Azərbaycanla əlaqələrin inkişafında daha çox maraqlı olacaqlar. Mən də bu 5 sənədin lehinə səsə verəcəyəm və hesab edirəm ki, bu sənədləri təsdiqləməklə biz Azərbaycan–İran münasibətlərinin inkişafına təkan veririk. Əslində, İran–Ermənistan münasibərlərinin zəifləməsi üçün də biz müəyyən mənada çox vacib addımlar atmış oluruq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən səhərdən qulaq asıram və eşidirəm ki, burada daha çox təkrarlanan məsələ Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlıdır. Amma mə-sələyə ayrı-ayrı mənbələrdən baxırıq. Mən də oxuyuram ki, avqust ayında Ruhaninin Azərbaycana səfəri olacaq. Heç bu haqda danışan yoxdur. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu sənədləri çox diqqətlə oxudum və hörmətli Valeh müəllimin də vurğuladığı kimi, burada Azərbaycan–İran münasibətlərinə dair çox ciddi məsələlər var. Məsələnin iqtisadi tərəfləri ilə bərabər, ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızla bağlı çox mühüm məqamlar var. Təbii ki, biz bu sənədlərin hamısını dəstəkləyirik. Xüsusi ilə mən ümummilli liderimizin İranın işğal altında olan Azərbaycan torpaqları üzərində Ermənistanla əməkdaşlıq məsələlərinə görə İrandan gələn nümayəndə heyəti ilə görüşü tərk etdiyini və bu məsələlərə etiraz etdiyini görmüş jurnalistlərdən biri kimi o dövrdən bu dövrə qədər gələn yolu gördüyüm üçün, təbii ki, bu sənədləri dəstəkləyirəm. Bu əməkdaşlığın inkişafına ehtiyac var. Bu sənədlərdə nəzərdə tutulan məsələlər Azərbaycan dövlətinin maraqları çərçivəsində çox önəmlidir.
Amma təbii ki, həmkarlarımızın qaldırdığı bəzi məsələləri də qiymətləndiririk. Söhbət ondan getmir ki, biz Azərbaycan–İran münasibətlərinə mənfi çalar gətirən bir düşüncədən çıxış edirik. Sadəcə, İranla bağlı düşüncələrimiz ondan ibarətdir ki, bu ölkənin əhalisinin təxminən yarısı azərbaycanlıdır. Təbii ki, belə bir ölkədən Azərbaycanın işğal altında olan torpaqları və o torpaqları işğal edən ölkə ilə münasibətləri məsələsində daha həssas münasibət gözləyirik. Burada vurğulandı, cənab Prezident Qərb ölkələrində, NATO-dan tutmuş digər beynəlxalq təşkilatlara qədər ən yüksək tribunalarda İranla bağlı məsələlərdə birmənalı şəkildə söylədi ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək. Təbii ki, bizim bu cür açıqlamaları yüksək səviyyədə digər tərəfdən də gözləmək haqqımız var. 
Əlbəttə ki, Azərbaycan mətbuatı, digər qurumlarımız bu mövzulara daha diqqətlə yanaşırlar, amma bunu parlamentdə səsləndirməyimizin səbəbi odur ki, İran səfirliyi, digər orqanları bu çıxışları eşidirlər. Biz İran mətbuatından da bəzi dini liderlərin, deputatların çıxışla-rını oxuyuruq, görürük, eşidirik. Televiziyada bunları izləyirik. Azərbaycanla bağlı açıqlamalarda eyni həssaslığı gözləyirik. Azərbaycanın daxili işlərinə qarışmaqdan tutmuş digər məsələlərə qədər bu cür açıqlamalara yol verilməməlidir. Təbii ki, Ermənistanla bağlı məsələlərdə də ciddi şəkildə İran tərəfindən başqa addımları gözləyirik. 
Qonşuluq münasibətlərinin daha da istiləşməsi üçün İranın Ermənistana münasibətində daha fərqli yanaşma sərgiləməsini tələb etmə haqqımızın olduğunu düşünürəm. İranın müsəlman dünyası ilə bağlı düşüncə və çağırışlarını bilirik. İran dövləti siyasi xətt olaraq çağırış edir. Bu çağırışlar fonunda da, təbii ki, daha diqqətli olmalıyıq. Biz də o səfərlərlə bağlı oxuyuruq. Təbii ki, Azərbaycana səfər çox önəmlidir. Biz inanırıq, bu səfər iki tərəfli münasibətlərimizə çox böyük töhfələr verəcək. Amma təbii ki, biz parlament səviyyəsində səsləndirməliyik ki, İran tərəfi də bunu eşitsin. Bilsinlər ki, insanlarımızın çox ciddi gözləntiləri var. Əhalisinin əksəriyyətinin müsəlman olması ilə bərabər, İranın daxilindəki əhalinin mənsub olduğu etnik mənsubiyyəti daşıyan bir ölkənin torpaqlarını işğal edən belə bir dövlətlə isti əməkdaşlığı, təbii ki, biz qəbul edə bilmərik. Bu gözləntimizi burada səsləndirməyimiz, sadəcə, bu məqsədi daşıyır. Yoxsa qonşu ölkə ilə münasibətlərin istiləşməsini kim istəməz ki?
Sonda cənab Sədr, Fəzail müəllimin səsləndirdiyi təklifi dəstəkləyirəm. Türkiyə parlamentində də partiyalar tərəfindən ortaq bir müraciət Almaniya parlamentinə göndərilib. Yaxşı olardı ki, bizim dostluq qrupu tərəfindən də belə bir müraciət göndərilsin, çünki Almaniya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Belə yalanların qəbul olunması, təbii ki, bizi çox narahat etməklə bərabər, Almaniyanın özünün neytral və obyektiv siyasətinə də zərbə vura bilər. Bu məsələ ilə bağlı müraciətin göndərilməsinin müsbət olacağını düşünürəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən-dən öncə çıxış edən həmkarlarımın sazişlər haqqında fi-kirlərini tamamilə bölüşürəm. Mənə belə gəlir ki, Azər-baycan müstəqillik əldə edəndən indiyədək iki ölkə arasında imzalanan sənədlər içərisində ən mühüm olan-lardan ikisini bu gün təsdiqləməliyik. Onlardan birinin üzərində hörmətli Valeh müəllim dayandı, bu, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının yaradılması ilə bağlıdır. Biz  bu anlaşmada açıq şəkildə görürük ki, İran İslam Respub-likası Azərbaycanın torpaq bütövlüyü məsələsində artıq sözdən əmələ keçmək istədiyini ortaya qoyur. Dəmir yol-larının əlaqələndirilməsi məsələsinə gəldikdə isə biz bu məsələdə də Azərbaycanın həm regionda oynadığı rol, həm də İran üçün nə demək olduğunu açıq şəkildə görürük. 
İran böyük büdcəsi olan dövlətdir və gələcəkdə böyük gəlirləri olacaq. Amma bu dəmiryolu layihəsinin real-laşdırılmasında Azərbaycan özü bir növ yatırmaçı kimi iştirak edir. Azərbaycan necə ki qardaş Türkiyəni enerji daşıyıcılarının tranzit ölkəsinə çevirirsə, bu dəmir yolu xətti məsələsində də İranı cənubla şimal arasındakı nəqliyyat qovşağı mərkəzinə, tranzit ölkəsinə çevirir. Azərbaycanın regionda oynadığı müsbət rol və Azərbaycanın İrana yanaşması məhz bunda görünür. 
Ümumiyyətlə, qeyd etməliyik ki, əgər Azərbaycan hakimiyyətinin indiyədək yeritdiyi bu siyasət, həmişə müsbət prizmadan, qonşuluq prizmasından yanaşaraq atdığı addımlar olmasa idi bugünkü layihələrin heç biri olmayacaqdı.
Az öncə həmkarlarım İran–Ermənistan əlaqələri ilə bağlı danışdılar. Ümumiyyətlə, Ermənistanın həm keçmiş prezidenti Levon Ter-Petrosyanın, həm də indiki prezi-denti Sarkisyanın İranın ölkələrinin varlığı, bugünkü mövcudluğu üçün oynadığı rol haqqında fikirləri var. Amma tam məsuliyyətlə onu deyə bilərik ki, bu gün İranın nüvə proqramının bu cür, İranın öz istəklərinə uyğun şəkildə çözülməsində, İranda sabitlik və əmin-amanlığın yaradılmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri var. Əgər bu ölkənin başında başqa bir iradəsiz dövlət xadimi, burnundan uzağı görməyən bir siyasətçi durmuş olsa idi, Azərbaycan ərazisindən İrana qarşı platsdarm kimi istifadə etmək istəyən böyük güclər var idi. Biz bunu unutmamalıyıq. O da yadınızdadır ki, cənab Prezident məhz Amerika Birləşmiş Ştatlarının özündə çıxış edərək bildirdi ki, Azərbaycan öz ərazisindən İrana qarşı platsdarm kimi istifadə olunmasına heç zaman imkan verməyəcək. O zaman bilirik ki, qlobal mediada da Azərbaycan hansı təzyiqlərlə, hansı tənqidlərlə üzləşdi. Amma Azərbaycan buna getmədi. 
Az öncə bu münaqişə ilə bağlı danışanda dedik ki, bəli, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından İranın həm də bir töhfəsi, əsl prinsipial mövqeyi kimi qiymətləndirilməlidir. Bu münaqişə haqqında danışanda həmkarlarım bəzi məsələlərə toxundular. Bilirsiniz, bu dini  münaqişə deyil. Belə götürəndə heç etnik münaqişə də deyil. Bunun arxasında çox böyük geosiyasi faktor var. Bunu hər kəs görür və hər kəs aydın dərk edir. Azərbaycan da din dövləti deyil. Sadəcə, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada bəzi Qərb dövlətlərinin məhz xristian təəssübkeşliyindən çıxış etdiyini görürük. Biz bu ikili standartların bundan qaynaqlandığını görürük. Eyni zamanda, İranın ayrı-ayrı xadimlərinin məhz Azərbay-canla bağlı çıxışlarında din faktorunu qabartıqlarını görürük. Yəni bizim bu din məsələsini deməyimizin arxasında o durur ki, əgər bu faktorlar varsa, nəzərə alınmalıdır. Mənə elə gəlir ki, bu, nəzərə də alınacaq. Hazırda İran dövlətinin başında praqmatik bir lider dayanır. Ən azı İran rəhbərliyi də aydın görür ki, Ermənistanda Rusiya əleyhinə hansı proseslər gedir. İran dövlətinin başında duranlar çox gözəl bilirlər ki, Ermənistan dövləti məhz Rusiyanın sayəsində yaradılmış dövlətdir. Amma indi Rusiyaya qarşı hansı naşükürlüklər edilir, hansı həqarətlərə əl atılır, bu, təbii ki, rəsmi Tehranda da izlənilir və mənə elə gəlir ki, bundan da nəticə çıxarılacaq.
Sonda bir cümlə ilə demək istəyirəm ki, hazırda səs verəcəyimiz sazişlərdən biri elektrik enerjisi satışı haq-qındadır. İran və Azərbaycan bir- birinə enerji verməlidir, bir-birinin enerjisini tükətməməlidirlər. Biz bilirik, bu iki ölkənin bir-birinin enerjisini tükətməsini istəyən çox böyük güclər var. Açığını deməliyik, bizdə də bunu istəyən bəzi qüvvələr var. Amma mənə elə gəlir ki, praqmatizm, qonşuluq siyasəti və Azərbaycan hakimiyyətinin indiyədək yeritdiyi siyasət üstün gələcək. Biz gələcəkdə iki qonşu dövlət arasında əlaqələrin daha geniş və daha dərin inkişaf etdiyini görəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, hörməti həmkarlar. Mən heç kimi incitmək istəmirəm. Çox diqqətlə qulaq asdım, sözümün əvvəlində də  dedim ki, bu, İran–Azərbaycan münasibətləri deyil, beynəlxalq sazişdir. Çox təəssüf ki, bəziləri bu sazişi axıra kimi oxumayıblar. Hamımız – mən də, siz də bildiyimiz şeyi dedik, amma yeni bir fikrə gələ bilmədik, çünki bunun hamısını biz bilirik. 
Mən də çox şeyi xırdalaya bilmərəm. İndi keçdi, ancaq xahiş edirəm, növbəti sessiyada gündəlik təsdiq olunandan sonra mövzu ətrafında danışasınız. Bu yaxınlarda Nizamnaməni təzələdik. Nizamnaməyə baxın, heç olmasa, gündəlik ətrafında danışın. Saat yarımdan çoxdur ki, əzbər bildiyimiz məsələ üzərində fikir mübadiləsi apardıq. Bunu kimə, nəyə göstərirdik? Bunu bizdən də yaxşı bilirlər. Əgər səhv deyirəmsə, üzr istəyirəm. Amma mən hesab edirəm ki, düz deyirəm. Bəhsə girib bildiyimiz məsələdən danışdıq. Bu nəyə lazımdır? 
Beş məsələdir. Xahiş edirəm, gündəliyin 3-cü məsə-ləsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 4-cü məsələsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 5-ci məsələyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

 

Sağ olun, qəbul edildi. 
Xahiş edirəm, 6-cı məsələyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 7-ci məsələyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, beş saziş də qəbul edildi. 
Növbəti məsələ “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Oke-anlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatlarının (diplomların) tanınması haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad Səmədzadə. 
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq adından məlum olduğu kimi, saziş çox lakonik sazişdir. Anlaşma tərəflər arasında dəniz nəqliy-yatı sahəsində təhsil və təlimin, habelə dənizçilərə verilən ixtisas sertifikatlarının qarşılıqlı tanınması məqsədini daşıyır. Azərbaycan–Koreya əlaqələri dinamik inkişaf edir və şübhəsiz ki, saziş də bu münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcəkdir. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm.

 

 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

 

Sədrlik edən. Başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
                 
Qəbul edildi, sağ olun. 
9-cu məsələ Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil  Company  Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır.  Valeh müəllim, buyurun.  
V.Ələsgərov. Təşəkkür edirəm, Ziyafət müəllim. Milli Məclis deputatlarının yadlarına salım ki, bu salonda biz 34 neft sazişini təsdiq eləmişik və bu 34 neft sazişinin arasında fərq həddindən artıq az olduğuna görə, yəqin, icazə verərsiniz, mən ancaq sazişləri bir-birindən fərqləndirən məqamlara toxunum. Yəni ümumi müddəalardır, bunlar haqqında sizə məlumat verərək vaxtınızı almaq istəmirəm. Ona görə, icazənizlə, bu sazişi başqalarından  fərqli eləyən məqamlara toxunacağam. Qanun layihəsi  Milli Məclisin müzakirəsinə, – hər zaman olduğu kimi, – Azərbaycan Respublikası Prezidentinin məktubu ilə təqdim edilib. Tərəflər arasında aparılan danışıqlar nəticəsində öncə Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü barədə sazişin əsas kommersiya prinsipləri və müddəalarına dair müqavilə razılaşdırılmış və imzalanmışdır ki, həmin prinsiplər və müddəalar da bu sazişin əsasını təşkil edir. 
Azərbaycan  Respublikası  Prezidentinin   2015-ci   il   7 oktyabr  tarixli 1439 saylı Sərəncamı ilə SOCAR-a bu sazişi hazırlamaq və onu Azərbaycan Respublikasının adından imzalamaq, həmçinin qüvvədə olduğu bütün müddət ərzində ona aid olan bütün məsələlər üzrə sazişin tərəfi kimi Azərbaycan Respublikasını təmsil etmək səla-hiyyəti verilmişdir. Xahiş edirəm, buna bir də diqqət yeti-rin. Bu sazişdə  SOCAR ancaq Azərbaycan Respublika-sını təmsil edən bir qurum kimi çıxış edir. Sazişin tərəflə-ri, bayaq dediyim kimi, dövləti təmsil edən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, digər tərəfdə isə podratçı qismində  Britaniyanın Virciniya adalarının qanunlarına əsasən hazırlanmış bu layihə üçün xüsusi yaradılmış Zenit Aran Oil Company Limited Şirkətidir. Təbii ki, Zenit Aran Oil Company Limited Şirkətini bu məqsədlə yaradan ana şirkət, yəni Zenit Şirkəti Kanadanın Alberta əyalətinin Kalqari şəhərində qeydiyyatdan keçmiş və bu sahədə təcrübəsi olan şirkətdir. Argentina da neft sahələrinin istismarında iştirak edir. İtaliyada qaz sahəsində istismar işləri aparır və başqa işlərlə də məşğuldur. Kontrakt sahəsi təxminən 642 kvadrat-kilometrdir. Bu sahələr şərti olaraq kontrakt bərpa sahəsi, – yəni elə bir sahə ki, orada bu gün artıq neft hasil edilir, – və kontrakt kəşfiyyat sahəsi, – o sahə ki, orada əlavə kəşfiyyat işləri aparılmalıdır, – adlandırılır. Əgər neft-qaz əməliyyatları zamanı podratçı tərəfindən yeni yataq kəşf olunarsa və bu yataq kontrakt bərpa sahəsinin hüdudlarından kənara çıxarsa, podratçının həmin bu sahənin kontrakt bərpa sahəsinə salınması üçün Dövlət Neft Şirkətinə müraciət etmək hüququ vardır və Dövlət Neft Şirkəti həmin əlavə sahələri podratçıya vermək hüququna malikdir. Borclu deyil, amma belə bir hüququ var. Onlar verildiyi halda, həmin əlavə sahələr də bu sazişin predmeti olur. 
İştirak payı. Podratçı tərəflərin bu saziş üzrə hüquq və öhdəlikləri 1-ci maddədə göstərilmiş müvafiq iştirak paylarında öz əksini tapır. Zenit Aran Oil Company  Limited 80 faiz, SOCAR-ın Ortaq Neft Şirkəti 20 faiz. Sazişin şərtlərinə uyğun olaraq podratçı neft-qaz əməliyyatlarını Beynəlxalq Neft-Qaz Sənayesində qəbul və tətbiq edilən prinsiplərə və standartlara uyğun olaraq işgüzarlıqla, təhlükəsiz və səmərəli şəkildə aparmağı öhdəsinə götürür. Bununla bərabər, podratçı həm də zəmanət verir ki, bu sazişi icra etmək üçün tələb olunan inzibatçılıq və idarəetməyə, texniki və texnoloji biliklərə və təcrübəyə, müvafiq maliyyə ehtiyatlarına malikdir. Bu sazişin şərtlərinə uyğun olaraq podratçıya sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarını aparmaq üçün vahid və müstəsna hüquq verilir. Bununla bərabər saziş pordratçıya karbohidrogen ehtiyatları və bunlarla bağlı neft-qaz əməliyyatlarından başqa hər hansı təbii ehtiyatlarla, başqa fəaliyyət növləri ilə məşğul olmaq hüququ vermir. Bundan başqa bir önəmli məhdudiyyəti də yada salım. Əgər sazişin qüvvədə olduğu müddət ərzində hasil edilmiş xam neftin və təbii sərbəst qazın podratçının əməliyyat məsrəflərinin və əsaslı məsrəflərin ödənilməsi üçün nəzərdə tutulmuş həcmləri bu məsrəflərin ödənilməsini təmin etmirsə, podratçı əvəzi ödənilməmiş məsrəflərinin hər hansı bir şəkildə və ya hər hansı başqa bir mənbədən ödənilməsini təmin etmək hüququna malik deyil və dövlətin də belə bir öhdəliyi yoxdur.   
Neft-qaz əməliyyatlarının maliyyə təminatı. Podratçı tərəflər bu sazişdə müəyyən olunmuş şərtlərə uyğun olar-aq neft-qaz əməliyyatlarının aparılması üçün maliyyə vəsaitini  təmin edirlər. Xarici podratçı tərəf Ortaq Neft Şirkətinin iştirak payına düşən neft-qaz əməliyyatları məsrəflərinin əvəzini aşağıda göstərəcəyim qaydada maliyyələşdirmək öhdəliyini götürür. Kontrakt bərpa sa-həsində neft-qaz əməliyyatları üzrə qüvvəyə minmə tar-ixindən etibarən burada xam neft hasilatının gündəlik səviyyəsi 2015-ci il üçün kontrakt bərpa sahəsində gün-dəlik xam neft hasilatının orta səviyyəsindən ən azı iki dəfə çox olacağı 4 ardıcıl təqvim rübündən ibarət dövr başa çatanadək, yəni əgər hər hansı 4 təqvim rübündə digər podratçı tərəf, yəni xarici podratçı tərəf hasil edilən neftin səviyyəsini iki dəfə artıra bilməsə, bu müddət ər-zində Ortaq Neft Şirkətinin heç bir maliyyə öhdəliyi yox-dur, heç bir məsrəf ödəmir və bu öhdəliklər ancaq xarici podratçı tərəfindir. Əgər belə bir hal baş versə, belə maliyyələşdirmənin əvəzini Ortaq Neft Şirkəti digər po-dratçı tərəfə, yəni xarici podratçı tərəfə Ortaq Neft Şirkətinin öz iştirak payına düşən və həmin işlənmə sa-həsindən hasil edilmiş məsrəflərin əvəzinin ödənilməsi üçün ayrılmış həcmlərin bir hissəsi ilə və yaxud da öz mənfəət karbohidrogenlərinin payı hesabına bu və ya digər qaydada bütövlükdə,  ya da qismən vaxtından əvvəl ödəyə bilər. Bu, Ortaq Neft Şirkətinin ixtiyarına buraxılan bir məsələdir. 
Kontrakt kəşfiyyat sahəsində neft-qaz əməliyyatları ilə bağlı qüvvəyə minmə tarixindən işlənmə proqramının təsdiq edilməsi tarixinədək əgər kontrakt kəşfiyyat sa-həsində işlər aparılırsa da, məsrəflər çəkilirsə də, Ortaq Neft Şirkəti kontrakt kəşfiyyat sahəsinə neft-qaz əməliyyatları ilə bağlı qüvvəyə minmə tarixindən işlənmə proqramının təsdiq edilməsi təmin edilməyənə qədər bu məsrəflərdə iştirak etməyəcək. Yəni riskli müddətlər ər-zində həm bərpa sahəsində, həm də kəşfiyyat sahəsində Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti heç bir maliyyə məsuliyyəti daşımır. Belə maliyyələşdirmənin əvəzi yalnız Ortaq Neft Şirkətinin iştirak payına düşən məsrəflərin əvəzinin ödənilməsi üçün ayrılmış həcmdən ödənilir. Qüvvəyəminmə tarixindən sonrakı 150 gün ərzində podratçı blokun bərpası və hasilatı planının layihəsini (“Bərpa və hasilat proqramı”) hazırlayır və SOCAR-ın təsdiqinə təqdim edir. Bu planda podratçının  Bərpa və hasilat proqramının SOCAR tərəfindən təsdiqi tarixindən ən gec iki (2) il müddətində 90 ardıcıl gün ərzində kontrakt bərpa sahəsindən xam neft hasilatının 2015-ci ilin xam neft hasilatının orta sutkalıq səviyyəsini ən azı 1,5 dəfə ötməsi öhdəliyi vardır. Kontrakt bərpa sahəsi üçün işləmə və hasilat dövrü bərpa və hasilat proqramının təsdiqi tarixindən başlayır və 25 il davam edir. Bu dövr lazım olarsa,  5 il də uzadıla bilər. Kontrakt kəşfiyyat sahəsi üçün isə işlənmə və hasilat dövrü işlənmə proqramının təsdiqi tarixindən başlayır və 25 il davam edir. Bu işləmə və hasilat dövrü də lazım olarsa, əlavə 5 il uzadıla bilər. 
Podratçının kəşfiyyat işlərinə dair öhdəlikləri. Kəşfiy-yat dövrünün müddəti qüvvəyə minmə tarixindən etibarən 4 ildir. Podratçı bu 4 il ərzində təhlükəsiz və ekoloji təmiz qazmanı təmin etmək üçün kontrakt kəşfiyyat sahəsində ikiölçülü seysmik kəşfiyyat və ya minimum 60 kvadrat-kilometrlik sahədə üçölçülü seysmik kəşfiyyat aparmalı, onun göstəricilərini təhlil və təfsir etməli, qazma işləri gözlənilən sahələrin mühəndis-geoloji tədqiqatını aparmalıdır. Podratçı bu müddət ərzində ən azı bir kəşfiyyat quyusunu qazır və lazım olarsa, bir il əlavə kəşfiyyat dövrü ərzində bir dənə də kəşfiyyat quyusu qaza bilər. 
Görülən işlər, çəkilən xərclərin ödənilməsinə dair kompensasiya karbohidrogenləri. Podratçının kontrakt bərpa sahəsindən indi sadalayacağım iki mərhələdə təmənnasız olaraq SOCAR-a 45 min ton xam neft ötürmək öhdəliyi var.  Qüvvəyəminmə tarixindən bir il ərzində hər təqvim rübündə  ümumi hasilatın 5 faizini, qüvvəyəminmə tarixindən etibarən ikinci ildən başlayaraq hər təqvim rübündə ümumi hasilatın 15 faizini. Əməliyyat şirkətində və işçi heyətində bütün kontraktlarda olduğu kimi, Azərbaycan vətəndaşlarının hüquqları qorunub saxlanılır. Əməliyyat şirkətinin tərkibində  qüvvəyəminmə tarixindən mühəndis-texniki işçilər 70 faiz, fəhlə heyəti 90 faiz Azərbaycan vətəndaşları olmalıdırlar. Qüvvəyəminmə tarixindən 5 il sonra mühəndis-texniki işçilər ən azı 90 faiz, fəhlə heyəti isə ən azı 95 faiz Azərbaycan vətəndaşları olurlar. Təcrübə göstərir ki, əslində, Azərbaycan vətəndaşları kontraktda göstərilən rəqəmlərdən də artıq əməliyyat şirkətində təmsil olunurlar. Podratçı tərəf öhdəlik götürür ki, Azərbaycan Respublikası vətəndaşlarının peşə təhsilinə, o cümlədən təkrar peşə təhsilinə hər il aşağısı 200 min dollar vəsait sərf edəcəkdir. Bu vəsait 200 min dollardan aşağı olsa, bunların əvəzi ödənilmir. İl ərzində 200 min dollardan artıq olan xərclər neft-qaz əməliyyatları məsrəflərinə daxil edilir və onların əvəzi ödənilir. Məqsəd də ondan ibarətdir ki, podratçı tərəf, xa-rici tərəfdaş Azərbaycan vətəndaşlarının təhsilinə,  o cümlədən təkrar peşə təhsilinə vəsait sərf etməkdə maraqlı olsun. 
Məsrəflərin əvəzinin ödənilməsi və mənfəət karbohid-rogenlərinin bölüşdürülməsi. Ümumi kontrakt bərpa sahəsi üçün ümumi hasilat həcmindən birinci növbədə kompensasiya karbohidrogenləri SOCAR-a ötürülür. Yəni bayaq dediyim o 45 min ton pulsuz-parasız çatdırılma nöqtəsində ödənilənə qədər birinci növbədə kompensasiya karbohidrogenləri Dövlət Neft Şirkətinə ötürülməlidir. İkinci növbədə bütün əməliyyat məsrəflərinin əvəzi ödənilməlidir. Bundan sonra bütün əsaslı məsrəflərin əvəzi müvafiq işlənmə sahəsindən istənilən təqvim rübündə kompensasiya və podratçının əməliyyat məsrəflərinin ödənilməsi üçün tələb olunan xam neftin həcmi çıxıldıqdan sonra qalan və həmin işlənmə sahəsindən çıxarılan ümumi hasilat həcminin maksimum 50 faizi ödənilir. Layihənin mənfəətli olub-olmamasından asılı olmayaraq, qalan 50 faiz işlər başlanandan sonra tərəflər arasında mənfəətli neft kimi bölünəcəkdir. Məsrəflərin əvəzinin ödənilməsi hesabı təqvim rübü əsasında aparılır. Əsaslı məsrəflərin əvəzi  ödənilməmiş hissəsinə faiz dərəcəsi tətbiq edilir, əsaslı məsrəflərin saldosu ilə toplanılır və nəticədə əsaslı məsrəflər kimi əvəzi ödənilir. Kontrakt kəşfiyyat sahəsi üçün də məsrəflərin ödənilməsi bu şəkildə davam edəcəkdir. Yeganə fərq ondan ibarətdir ki, o 45 min ton Dövlət Neft Şirkətinə ödənilmir, qalan müddəalar eyni şəkildə göstərilibdir. 
Mənfəət karbohidrogenlərinin bölgüsü. Sazişdə gös-tərildiyi kimi, mənfəət karbohidrogenləri R əmsalı əsa-sında bölünür, 34 dəfə izah olunub ki, bu R əmsalı nədir. Ona görə, yəqin ki, 35-ci dəfə izah etməyə ehtiyac yoxdur. R əmsalı 1,25-ə qədər olan müddətdə dövlətin payına  mənfəətli karbohidrogenlərin 45 faizi, podratçının payına 55 faizi düşür. Dövlətin payı 45 faizdən başlayaraq 80 faizə qədər artır, podratçının payı isə 55 faizdən 20 faizə qədər azalır. Ancaq nəzərə alsaq ki, bu podratçı tərəfin bir hissəsi də SOCAR-ın Ortaq Neft Şirkətidir, onun da hissəsini nəzərə alsaq, dövlətin payı 45 faizdən 80 faizə qədər artır, Zenit Aran xarici podratçı tərəfin mənfəətli karbohidrogenlərdə payı 44 faizdən 16 faizə qədər azalır.  SOCAR-ın Ortaq Neft Şirkətinin payı 11 faizdən 4 faizə qədər azalır və Azərbaycan tərəfinin payına düşən mənfəətli karbohidrogeni nəzərə alsaq, onda görərik ki, dövlətin payına düşən və SOCAR-ın Ortaq Neft Şirkətinin payına düşən mənfəətli karbohidrogenləri bir yerdə toplasaq, Azərbaycan tərəfinin payı 60 faizdən başlayaraq 84 faizə qədər artır, xarici podratçı tərəfin isə payı 40 faizdən başlayaraq 16 faizə qədər azalır. Hər hansı bir kəşf nəticəsində hasil edilən təbii səmt qazının təbii qazın emalı üçün istifadə edilməyən hissəsi Dövlət Neft Şirkə-tinin çatdırılma məntəqəsinə pulsuz çatdırılır. Başqa sa-zişlərdə olduğu kimi, burada da bu nəzərdə tutulub və bu günə kimi Dövlət Neft Şirkətinə çatdırılma məntəqələrin-dən pulsuz-parasız milyardlarla kubmetr təbii qaz çatdı-rılıb. Əsas məqamlar bunlardır. Yəqin ki, qalan məqam-lara da diqqət yetirərək vaxtınızı almağa ehtiyac yoxdur. Mən 35-ci dəfədir, bu müddəaları təkrar edirəm. Ehtiyac olarsa, lazım olarsa, daha dəqiq, daha geniş məlumat verə bilərəm. Əminəm ki, lehinə səs verib, qəbul edəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Çingiz Qənizadə. 
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən ən çoxu, 1–2 də-qiqə ərzində fikrimi bildirəcəyəm. Mən komitə iclasında sözümü dedim və müsbət cavab aldım. Ondan sonra İmişlidə yerləşən Muradxanlı və Cəfərli yataqları əra-zisində olan kənddəki seçicilərə, kənd icra nümayən-dələrinə bu haqda məlumat verdim və bir daha bildirmək istəyirəm ki, onları maraqlandıran iş yerləri məsələsi idi. İndi də Valeh müəllim, həm Sizə, həm də Rövnəq müəllim başda olmaqla Azərbaycan tərəfindən bu layi-hənin hazırlanmasında iştirak edən şəxslərə onların təşəkkürünü çatdırmaq istəyirəm. Ona görə ki, Siz bu gün komitədə də aydınlıq gətirdiniz ki, Azərbaycan tərəfindən bir nəfər də olsun ixtisara düşməyəcək və buna görə  seçicilərin  təşəkkürünü Sizə  və Rövnəq müəllimə çatdırmaq istəyirəm. 
Orada digər narahatlıq doğuran məqamlar müəyyən sosial layihələrlə bağlıdır, o ərazidə çirklənmiş sular var, Valeh müəllim, Siz yaxşı tanıyırsınız oraları, müəyyən eroziyaya uğramış torpaq sahələri var. Mən ümid edirəm ki, gələcəkdə bu layihə uğurlu olacaqsa, iqtisadi gəliri olacaqsa, yəqin ki, o xırda problemlərin həllində yerli insanlara dəstək olunacaq. Mən öz adımdan artıq onlara bu istiqamətdə söz də vermişəm ki, gələcəkdə mən vasitəçi rolunda Sizinlə, Rövnəq müəllimlə və digər tərəflərlə bu xırda məsələləri həll edə bilərik. Eyni zamanda, iqtisadi uğurlar olacaq, yeni iş yerləri açılacaq və insanlar bunu da ümidlə  gözləyirlər. Belə hesab edirəm, Sizin təqdim etdiyiniz  layihədə  göstərilən dəqiq məlumatlar, təbii ki, Azərbaycanın iqtisadi marağına uy-ğundur və digər tərəfdən də bu, vətəndaşlarımızın da, Siz qeyd etdiyiniz kimi, hüquqlarını qoruyan bir layihədir. Ona görə də mən bu layihəni, təbii ki, həmkarlarım kimi dəstəkləyirəm, səs verəcəyəm və eyni zamanda, Azər-baycan vətəndaşlarının marağını qoruduğunuz üçün bir daha hamınıza təşəkkür edirəm. Sağ olun. 
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Buyurun, Valeh müəllim. 
V.Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. Çingiz müəllim, bəzi məsələlərə mən toxunmaq istəmirdim, çünki bizim komitənin iclasında komitə üzvlərindən başqa 38 deputat da iştirak etmişdi, hamısına da minnətdarlığımı bildirirəm. Mən xahiş etmişdim ki, bu məsələ ilə əlaqədar marağı olan, sualı olan kim varsa, komitənin iclasına gəlsin ki, burada vaxt sərf etməyək. Ancaq komitənin iclasında dediyim bəzi şeyləri təkrar edim, hamı eşitsin. Bu gün 3 yataqda cəmisi 44 tona yaxın neft hasil edilir. Quyulardan hasil edilən məhsulun 90 faizindən artığı sudur, siz də bunu bilirsiniz.  40 tonun ətrafında 177 nəfər aylıq olaraq 800 manatdan artıq maaş alır. Təkrarən təsdiq edirəm ki, Azərbaycan Respublikasının vətəndaşı olan heç bir işçi ixtisar edilməyəcəkdir. İşçilərin sayı arta bilər, azala bilməz. Təbii ki, sosial proqramlardır, yollardır, başqa işlərdir, əgər inşaallah, orada əlavə neft aşkar edilsə, hasil edilən neft əlverişli olsa, iqtisadi cəhətdən təbii ki, kontraktda nəzərdə tutulan bütün proqramlar həyata keçiriləcəkdir. Təşəkkür edirəm, sağ olun. 
Sədrlik edən. Sağ olun, Valeh müəllim, təşəkkür edirəm. Məsələni səsə qoymazdan əvvəl istəyirəm, bir məsələni sizinlə məsləhətləşəm. Bəlkə tənəffüssüz işləyək, çünki bizim qalan məsələlərin əksəriyyəti texniki xarakterli əlavə və dəyişikliklərdir. Ona görə, əgər etiraz etmirsinizsə, biz tənəffüssüz işləyək və tez də qurtaraq. Etiraz yoxdur? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, 9-cu məsələyə mü-nasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Hərbi vəzifə və hərbi xidmət haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişik-liklər edilməsi barədə qanun layihəsidir. Məlumat verim ki, bu qanun layihəsi ilə bağlı iyun ayının 7-də iki komitənin – Elm və təhsil komitəsinin və bizim  komi-tənin iclasları olubdur. Bu dəyişikliklərin mahiyyəti nədən ibarətdir? Mahiyyət, əsasən, bir maddə üzərində qurulub. Yəni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21.1, 21.1.4 və 21.1.5-ci maddələrində söhbət bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan şəxslərin hərbi çağırışdan möhlət hüququndan gedir. Bilirsiniz ki,  hazırkı qanunvericiliyə görə yalnız bakalavr pilləsində təhsil alan  tələbələr bu hüquqdan istifadə edirlər. Cənab Prezident belə hesab edir ki, – yeri gəlmişkən, bu, cənab Prezidentin təklifidir, – ölkədə təhsilin fasiləsizliyini tam təmin etmək və daha yüksək potensiallı kadrların hazırlanması üçün  həm bakalavriatda, həm magistraturada, həm də doktoranturada oxuyan şəxslər birdəfəlik möhlət hüququndan istifadə etsinlər. Söhbət 21.1-ci maddədə nədən gedir? Burada “filiallarında” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri əlavə edilsin. 
Elmi təşkilat dedikdə, yəqin, siz başa düşdünüz, söhbət Elmlər Akademiyasından gedir, çünki Elmlər Akademiyasında həm doktorantura, eyni zamanda, magistratura təhsili də var. 21.1.4-cü maddədə “ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat)” sözləri “əyani təhsilalma formasında bakalavriatda, magistraturada,  doktoranturada” sözləri ilə əvəz olunur. Nəhayət,  21.5.5-ci maddədə də “bakalavriat” sözü yenə də “bakalavriat, magistratura, doktorantura səviyyələrində” sözləri ilə əvəz edilib. Hesab edirəm ki, bu, hamının ürəyindən olan bir məsələdir və  xüsusi müzakirəyə də ehtiyac yoxdur. Çünki bilirəm, hamı bunu artıq çoxdan gözləyirdi. Sadəcə olaraq, indi bu məsələnin vaxtı yetişib və  bunun qəbuluna ehtiyac var. Nə məsləhətdir, səsə qoyaq, təkid edən yoxdur? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid müəllim təkid edir. Buyursun. 
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Parlamentdə müzakirələr hər kəsin xeyrinədir, hər bir parlament üzvünün özünü yaxşı formada hiss etməsinə imkan verir. Habelə parlamentə dövlət quruculuğunda iştirak etməyə imkan verir. Parla-mentin mövcudluğu cəmiyyətdəki müxtəlif mübahisələrin daha sivil çözüm yoludur və sair. Mən sizi anlayıram,  keçmişdə də bunu söyləmişik ki, mədələr danışanda bəlkə dillər susmalıdır. Amma bizim günahımız deyil, iclas saat 12-də başlayır, 3-də qurtarır. İki hissəli modeldən xeyli müddətdir, imtina etmişik və burada da hər dəfə daxili nizamnamə xatırladılır. Amma gəlin, müzakirələrdən qaçmayaq, bu, hamımızın faydasınadır və mənim söyləyəcəyim fikirlər bu məsələni əsaslandırmaq üçün çox qısa və sürətli olacaq, narahat olmayın. 
Hörmətli dostlar, magistrlərə və doktorantlara möhlət hüququnun verilməsinə görə cənab Prezidentə hamı, hər kəs təşəkkür edir. Niyə? Çünki səngərdə əsgərin, zabitin yerinə yetirdiyi funksiyanı elm səngərində alimlər yerinə yetirirlər. Biz, əlbəttə, 2008-ci ildə bu möhlət hüququnun ləğvi ilə bağlı addım atarkən o dövrün zərurəti var idi. Onu istəyirəm, xatırladım. 1988–1994-cü illərdəki bəlli işğal reallıqlarına, Ermənistanın təcavüzünə görə Azərbaycanda bir tərəfdən şəhidlərimizin sayı çoxalmış, ikinci tərəfdən ailə quranların sayı xeyli azalmışdı. Bu, 18 il sonra, 2006–2012-ci illərdə öz nəticəsini göstərəcəkdi və göstərməkdə idi. Çağırışçıların sayı müəyyən qədər azalırdı. Ona görə də o dövrdə elə bir qərar verildi. Lakin təbii ki, dövlət əhalinin artması, həmçinin elmin, təhsilin gələcək qayğıları fonunda, – elm özü də təhlükəsizliyin  mühüm bir hissəsidir, sadəcə, silahla vətəni qorumaq olmur, alimlərin də fədakarlığı burada bir silahdır, bu da dövlətin mənafeyi üçün çalışan ən mühüm bir qüvvədir, – hər kəs ölkə başçısı tərəfindən belə bir addım atılacağını gözləyirdi. Mən istəyirəm deyəm ki, çağırışçılarımızın sayı son 7 ildə 121 mindən, – daha doğrusu, orta məktəblərimizi qurtaranların sayını mən səsləndirirəm, nəzərə alın ki, onların sayında oğlanlar və qızlar paritetdir, 50 faiz təşkil edirlər, – 137 minə qalxıb. Deməli, Azərbaycanda çağırışçı problemimiz yoxdur. 
İkinci, ordu ilə bağlı məsələ də hər zaman deyilirdi. Mən düşünürəm, əlbəttə, hamı da başa düşür ki, müharibə şəraitində yaşayan bir ölkə üçün hamının mükəlləfiyyətini yerinə yetirməsi mühüm bir vəzifədir. Lakin bir daha söyləyirəm ki, müharibə mövzusu ilə həddindən artıq möhtəkirlik etmək olmaz. Ona görə ki, o 4 günlük hərbi döyüşlər də sübut etdi ki, Azərbaycana peşəkar ordu daha çox lazımdır və ölkə başçısının ordunun modernləşməsi, silahlı qüvvələrin resurs bazasının, həm də insan bazasının formalaşdırılmasında atdığı addımlar buna xidmət edir. Ona görə də kim isə əgər bir alim hərbi xidmətdə olmayacaqsa, onun yeri boş qalacaq və ermənilər orada güclənəcək deyə düşünməsin. Çağırışçıların sayını dedim, yəni biz nəinki gələn ilin çağırışçılarının, 11 il bundan sonra orta məktəbi qurtaracaq çağırışçıların sayını, hətta bir yaşında olan uşaqlarımızın sayından çıxış edib 18 il sonrakı çağırışçılarımızın da sayını rahat söyləyə bilərik. 
Başqa bir məsələ alimlərimizin sayı ilə bağlıdır. Mən bunu keçmişdə parlamentdə səsləndirmişdim. İstəyirəm, yenə deyim. Əhalimizin sayı təxminən 10 milyona bəra-bərdir. 10004 alimimiz var.  Deməli, 100 min nəfərə 10 alim düşür, 10000 nəfərə bir alim düşür.  Alimlərimizin orta yaş həddi 57-dir, bunu biləsiniz. 30 yaşında alim tapmaq çətindir. Elmi müəssisələrimiz, təhsil müəssisələrimiz gənc kadrlardan həm də ona görə məhrum oldu ki, bu qeyd etdiyimiz magistrlərin möhlət hüququnun ləğvi  buna təsir etdi. Keçmişdə də bunu səsləndirmişdik ki, orta məktəblərimizdə müəllimlərimizin 93 faizi, – bunlar rəsmi rəqəmlərdir, – biləsiniz, xanımlardır. Biz deyirdik ki, kişi obrazları orta məktəblərdən çıxıbdır. Axı, şagirdlərin gələcəkdə elə hərbi xidmətə hazırlanması üçün  orta məktəblərdə kişi xarakteri çox önəmlidir. Amma ali məktəblərimizdə də magistrlərin tərkibində oğlanlarımızn sayı azalmaqda idi. 
Bakı Dövlət Universitetinin statistikasını səsləndirirəm. 83 faiz xanımlardır, 17 faiz oğlanlardır. Amma Allah da cəmi bəşəriyyəti elə xəlq edib ki, son 100 ildə siz müxtəlif ölkələrin statistikasına baxsanız, elmdə gender bərabərliyini təmin etmək mümkün deyil. Allah kişinin böyüklüyünü fundamental elmlər sahəsində daha yüksək yaradıb, ona görə də müxtəlif ölkələrin həyatına baxsanız, görəcəksiniz ki, orada alimlərin sayında 60–65 faizi kişilər təşkil edir. Biz zor ilə bu xanımların  zərif çiyinlərinə  elmin bütün yükünü qoya bilmərik. Ona görə də düşünürəm ki, ölkə başçısı tərəfindən atılan bu addım elmdə, həqiqətən də, fasiləsizlik yaradacaq. 
Biləsiniz, çoxları deyir, Kurçatovu Stalin sürgün etmişdi. O dövrdə  çoxlu alimlər hərbin ən ağır vəzifələ-rini öz üzərlərinə götürmüşdülər və sair. Bilirsiniz, alimi sürgün etmək olmaz, alimə qayğı göstərmək lazımdır. Onlar çox həssas təbəqədirlər və mən düşünürəm ki, elm, təhsil müəssisələrində  həyatı məhv edilmiş xeyli  gənc alimlər olubdur. Təkcə səngərdə itki verməmişik, elm səngərində də itkilərimiz olub. Ona görə də, mən hesab edirəm, cənab Prezidentin bu addımı imkan verəcək ki, Azərbaycan elmi cavanlaşsın, alimləri cavanlaşsın, elmə investisiya daha çox qoyula bilsin. Elmdə kişi sifətləri daha da çoxalsın. Xanımlarımız əbədi, əzəli missiyalarını yüksək səviyyədə yerinə yetirirlər. Mənim  başqa məsələ ilə bağlı fikirlərim yoxdur. Bir daha söyləmək istəyirəm ki, elm hərəkatının bərqərar olması üçün bu möhlət hüququ çox zəruri idi və mən çox şadam ki, bu məsələ, nəhayət, parlamentə gəldi. Həm ölkəmizdə, həm də xaricdə təhsil alanlarımız bu hüquqlarından bəhrələnə biləcəklər. 
Amma hörmətli Ziyafət müəllim, Siz peşəkar, kifayət qədər qabiliyyətli bir hüquqşünassınız. Mən çox arzu-layardım, bu məsələdə fasiləsizliyin  zaman diapazonunu təyin edək. Yəni magistr artıq elmi müdafiəyə buraxıldığı təqdirdə müdafiə edirsə, alim adını qazanırsa,  hərbi mükəlləfiyyətdən tamamilə azad olunurmu sualına bu müddəalar tam cavab verə bilmir. Mən bu gün bu sənədə səs verməyimlə bərabər, gələcək alimlərimizi təbrik et-məklə bərabər, cəmi 4700 magistrimizin sayında 1700 oğlanımızı göz önünə gətirərək, 1 illik xidmətdən sonra  onların çox az hissəsinin evə qayıtdığını nəzərə alaraq, layihəni yeni bir mərhələ kimi dəyərləndirirəm. Mən buna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid müəllim, mən Sizin sualınıza cavab verəcəyəm. Amma magistr pilləsi alimlik dərəcəsi deyil, o, ali təhsilin üçüncü pilləsidir. Astan  Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən  vaxtınızı çox almayacağam. Bunlar vaxtında təqdim olunmuş aktual  dəyişikliklərdir. Bəlkə də Azərbaycan cəmiyyəti çoxdan bu dəyişiklikləri gözləyirdi, çünki ictimai fikir də artıq formalaşmışdı. Burada, müəyyən maddələrdə yaş senzi də nəzərə alınıb. Mən bir şeyi nəzərinizə çatdırmaq istəyirəm, bir sıra Avropa ölkələrində, xüsusilə də Almaniyada oğlan tələbələrin orta yaşı 23–25-dir. Bunun səbəbi bilirsiniz nədir? Onlar orta məktəbi bitirəndən sonra hərbi qulluğa gedirlər, sonra gəlib universitetlərə daxil olurlar. Hələlik bizim mentalitetimiz bu məsələyə yol vermir. Mən bir daha möhtərəm Prezidentimizə bir ziyalı kimi, uzun müddət ali məktəbdə çalışan bir insan kimi minnətdarlığımı bildirirəm. 
Bir faktı da deyim. Bizdə magistraturada, doktoranturada təhsil alanlara möhlət verilir. Azərbaycanda təxminən 2500-ə yaxın magistr,   500-ə də yaxın doktorant var. Bu, 3000 edir.  Zahid müəllim dedi,  dövlət universitetində ola bilsin ki, bu rəqəm bir az fərqlidir. Demək olar ki, 50 faizi qızdır. Qalır yerdə 1500. Bunların içərisində 100–200 nəfər də xəstə olur, 1300 qalır. Bu 1300 nəfərlə bugünkü Azərbaycan ordusu, mükəmməl və möhtəşəm bir ordu heç  nə udmur, amma Azərbaycan elmi, həqiqətən, çox şey uduzur. Burada Zahid müəllim rəqəmləri bir az kiçiltdi. Məndə olan məlumata görə Azərbaycan elminin orta yaşı 65-dir.  Yəni elə olurdu ki, uşaqlar bakalavrı qurtarıb, magistraturaya daxil olur və sonra  əsgərliyə gedirdilər. Xidmət edəndən sonra onlarda geri qayıtmağa həvəs qalmırdı. Bu, Azərbaycan cəmiyyətində elmin, təhsilin gələcək inkişafına böyük bir təkandır. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli Ziyafət müəllim, Sizin də geniş şəkildə məlumat verdiyiniz kimi, ölkəmizin Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan kimi qəbul etdiyi bu qərar, yəni əyani təhsil pilləsində magistratura və doktoranturada  hərbi möhlətin verilməsi son dərəcə müstəsna  əhəmiyyətə malik olan, ölkədə  fasiləsiz təhsili təmin  etməyə meydan açan, eyni zamanda, elmi müəs-sisələrin, məktəblərin yaranmasına kömək edən əhəmiyyətli bir qərardır. Şübhəsiz ki, bu möhlətin verilməsi, bu müddəanın burada öz əksini tapması ilə Azərbaycan elminin cəmiyyətdəki rolu, nüfuzu, yeri daha da  artacaqdır. 
Burada qeyd etmək istədiyim məqamlar var. Cənab Prezidentin atdığı bu addım əyani təhsil müəssisələrində  əyani təhsil alan magistrlərə və doktorantlara aid olduğu qədər də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kimi, Elmlər Akademiyasında təhsil alan magistr və doktorantlara da aiddir. Eyni zamanda, rezidenturada ali tibb təhsili  alanlara da tamamilə şamil edilir. Burada sual qalxdı ki, müddəti nə vaxta qədərdir?  Bu qanunun  21.1.4-cü maddəsində  aydın şəkildə göstərilib ki, təhsili bitənədək təhsil alanlar bu hüquqdan bütün formalarda istifadə edə bilərlər. Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, ikinci təhsil alanlara bu qanun şamil edilmir. Qanunda göstərilir ki, 35 yaşına qədər Azərbaycan gənc-ləri həmin möhlət hüququndan istifadə etmək hüququna malikdirlər və eyni zamanda, həmin yaşadək hərbi borclarını yerinə yetirməlidirlər. Bütün bunlar bütövlükdə  təhsilin fasiləsizliyinin təmin olunması ilə bərabər, elmin də inkişafında yeni bir dalğa yaradacaq,  cəmiyyətə böyük fayda gətirə biləcəkdir. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Təşəkkür edirəm, İsa müəllim. Bir məsələyə aydınlıq gətirim. Burada ola bilsin, bir sıra həmkarlarımda sual meydana çıxsın. 21-ci maddənin birinci hissəsində, yəni 21.1-də deyilir: “Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qey-diyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanı-nın müəyyən etdiyi elmi təşkilatda, – bayaq mən qeyd etdim, yəqin, Elmlər Akademiyası nəzərdə tutulur, bu-nunla bağlı cənab Prezident xüsusi fərman  verəcək, – təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir”. Biz artıq o çağırışçıların adlarını çəkdik. 
Söhbət nədən gedir, təcrübədə bu nə deməkdir? Azər-baycan vətəndaşı 11-ci sinfi qurtardı, gəldi, ali məktəbə daxil oldu. O, artıq bir dəfə  ali məktəbdə təhsil almaq hüququndan istifadə etdi. İndi bunun növbəti mərhələsi gəlir, yəni bakalavriat bitdi, magistratura gəlir. Dördüncü kursu qurtardı, magistratura gəlir. İndi qayda belədir, bakalavriatı qurtardı, 4 il təhsili başa vurdu, ali təhsil aldı, əsgəri xidmətə gedir. Yeni qanunla isə bakalavriat pilləsini qurtaran şəxsə imkan verilir ki, o artıq magistraturaya daxil ola bilsin. Ondan sonra magistraturanı müvəffəqiyyətlə başa vurursa, fəlsəfə doktoru adını almaq üçün doktoranturaya daxil olmalıdır. Yəni bu faziləsizlik prinsipi davam edir. 
Eyni zamanda, mən bayaq qeyd etdim, sözsüz ki, bu məsələ həm də  yüksək ixtisaslı kadrların yetişdirilməsinə yönəlib. Bakalavriatı qurtardı, bakalavr pilləsinə çatdı. Magistraturaya daxil ola bilmədisə, artıq möhlət hüququnu itirir. Niyə? Çünki 20.1-ci maddədə göstərilir ki, söhbət yalnız bir dəfə verilən möhlət hüququndan gedir. Həmin maddənin ikinci hissəsində 20 yaşadək olan çağırışçılardan söhbət gedir. Bəzi vətəndaşlarda belə bir təsəvvür yarana bilər ki, uşaq 16–17 yaşında məktəbi qurtarır. 16 yaşında daxil olmadı, 17 yaşında daxil olmadı, 18 yaşında daxil olmadı, 19 yaşında da elə. Həmin maddənin ikinci hissəsinə görə 20 yaşadək çağırış vaxtı var. Qətiyyən belə başa düşülməli deyil. Möhlət hüququndan bir dəfə istifadə edilə bilər. İstəyirəm, bunu hamı bilsin. Bu maddənin, bu dəyişikliyin mənası bundan ibarətdir.  Yenə deyirəm, təhsildə fasiləsizliyin tərəfdarıyıq. Yüksək ixtisaslı kadr-ların daha çox olmasının tərəfdarıyıq və elmə gələnlərin istər  magistraturaya, istərsə də doktoranturaya gələnlərin tərəfdarıyıq. Sözsüz ki, bayaq Zahid müəllim də qeyd etdi, yaş məsələsi  və digər məsələlər də var. Amma eyni zamanda, qanun qanundur və ona  olduğu kimi yanaşmaq lazımdır.  Vüsal Hüseynov.
V.Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də, təbii, bu qanun layihəsini dəstəkləyirəm və hesab edirəm ki, çox zəruri və lazımlı qanundur. Mən Zahid müəllimin sualı ilə bağlı qeyd etmək istəyirəm. Bəli, bu qanunun 27-ci  maddəsinə əsasən fəlsəfə doktorları və elmlər doktorları hərbi xidmətdən azad  edilirlər. Burada, əslində, narahat edən məqam nədən ibarətdir? Ziyafət müəllim,  komitə iclasında da bu fikri bildirmişdim. 21-ci maddədə biz ölkə daxilində doktorantura təhsili almaq üçün müvafiq elmi təşkilat müəyyən edirik. Amma nəzərə alsaq ki, burada söhbət möhlətdən deyil, sadəcə, azad etməkdən gedir, xaricə münasibətdə bu açıq qalır. Bu o deməkdir ki, vətəndaş xaricdə, yəni Ukrayna, Gürcüstan və Orta Asiyada təhsil ala bilər və doktoranturanı bitirən hərbi xidmətdən tam azad olunur. Belə hesab edirəm ki, bu, gələcəkdə hərbi xidmətdən yayınmaq üçün imkan yarada bilər. Hesab edirəm, gələcəkdə bu maddədə biz təzədən dəyişiklik etməliyik. Xaricdə doktorantura təhsilinə münasibətdə də bizdə tətbiq olunan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təhsil müəssisələri olmalıdır. Çünki  ölkə daxilində möhlət verdikdə  dövlət heç nə itirmir. İndi getmir, 2 il sonra gedir. Ancaq əgər mən səni azad edirəmsə, mən sənə deyə bilərəm ki, mənim prioritet hesab etdiyim elmi təhsil müəssisələri bunlardır. Bu təhsil müəssislərində təhsil alsan, mən səni hərbi xidmətdən azad edərəm. Ancaq biz əgər bu formada  versək, mən hesab edirəm ki, doktorantura təhsili ilə bağlı tələbələr müxtəlif ölkələrə gedəcək və bu, təcrübədə, yəni yayınma mərhələsində yenidən sıxıntılar yaradacaq. Mən hesab edirəm ki, gələcəkdə biz bu məsələyə baxa bilərik. Təşəkkürlər. 
Sədrlik edən. Sağ olun. Mənim yadıma düşür, Siz o məsələni komitə iclasında qaldırdınız, mən də cavab verdim. Biz hələlik cənab Prezidentin göndərdiyi məsələni müzakirə edirik. Qalan məsələlər gələcəkdə necə olacaq, ona baxmaq olar. Başqa sual yoxdur? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 14.38 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim. 
Ə.Hüseynli,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu məsələni biz komitədə həm Miqrasiya Xidmətinin, həm də “ASAN Xidmət”in nümayəndələri ilə bir yerdə çox geniş müzakirə etmişik. Məlum olduğu kimi, iyun ayının 1-də cənab Prezident tərəfindən elektron vizaların verilməsi prosedurlarının sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalanmışdı. Fərmana əsasən Azərbaycan Respublikasına gələn əcnəbilər üçün viza verilməsi prosedurlarının sadələşdirilməsi məqsədi ilə “ASAN Viza” sistemi yaradılmışdır. Sizin diqqətinizə təqdim olunmuş qanun layihəsi elektron vizaların verilməsinin mövcud qaydalarını  dəyişdirməklə bu proseduru daha da sadələşdirir. 
Yeni qaydalara əsasən, yəni qanunun müddəalarına əsasən əcnəbi elektron viza almaq üçün artıq birbaşa “ASAN Viza” sistemi vasitəsi ilə müraciət edə biləcək. Yəni hansısa bir şirkətə, turizm şirkətinə, ümumiyyətlə, hansısa dövlət orqanına müraciət etməyə ehtiyac ol-mayacaq. İkincisi, elektron vizanın alınması üçün zəruri olan məlumatlar heç bir sənəd təqdim etmədən bilavasitə “ASAN Viza” sisteminə daxil ediləcək. Üçüncüsü, elektron vizanın verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumu da “ASAN Viza” sistemi vasitəsi ilə elektron qaydada ödənilə biləcək. Bir sıra hallarda rüsumun ödənilməsi üçün şirkətlər tərəfindən daha çox məbləğ istənilirdi. Amma artıq bunu vətəndaş, əcnəbi özü edə biləcək. Burada müddət qısaldılıb. Yəni elektron viza üçün artıq 3 iş günü müddəti müəyyən edilibdir. Nəhayət, elektron vizaya müraciət edən şəxsin  elektron ünvanına həmin sənəd, yəni vizanı əldə etməsi ilə bağlı sənəd daxil olacaq və artıq özü sərhəd-keçid məntəqəsində bunu təqdim edə biləcəkdir. 
Ziyafət müəllim, biz, ümumiyyətlə, bu layihə müzakirə olunarkən mövcud olan bir sıra məsələləri də araşdırdıq. Misal üçün, bir sıra hallarda əcnəbilər hansısa bir qaydanı pozublarsa, sərhədi keçərkən cəriməni ödəməklə bağlı mütləq miqrasiyanın müvafiq bölməsinə getməli idilər, yəni sərhəddə ödəməli deyildilər.  Millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, yaxın zamanda artıq istənilən sərhəd-keçid məntəqəsində  cəriməni elə orada elektron formada ödəmək mümkün olacaq. Bizə məlumat verildi ki, cənab Prezidentin fərmanına müvafiq olaraq “ASAN Viza” sisteminin qısa bir zaman çərçivəsində, yəni artıq bu yay dövründə işə salınması nəzərdə tutulur. Qanun, inşallah, yəqin, bu gün qəbul olunacaq və onun  işləməsi ilə bağlı qısa zaman çərçivəsində tədbirlər görülməsi planlaşdırılır. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Biz komitədə bu məsələni müzakirə etdik və yekdilliklə parlamentin plenar iclasının müzakirəsinə təqdim etdik. Çox mütərəqqi bir qanun layihəsidir. Azərbaycana turist cəlb etmək baxımından son dərəcə əhəmiyyətlidir.  Hazırda biz bilirik ki,  dövlətimiz Azərbaycana turist cəlb etmək, onu bir turizm ölkəsinə çevirmək üçün çox bahalı idman oyunları təşkil edir. Yeri gəlmişkən, qeyd edim ki, 1–2 gündən sonra Bakıda çox mötəbər bir idman yarışı, Formula 1 yarışları keçiriləcək. Mən buradan vətəndaşlarımıza müraciət edirəm ki, turistlərə münasibətdə son dərəcə diqqətli olsunlar. Turistlərlə təmasda olarkən xalqımızın ən müsbət  xüsusiyyətlərini, keyfiyyətlərini nümayiş etdirsinlər. Həmin oyunların əleyhinə aparılan kampaniyaya əhəmiyyət verməsinlər, öz övladları ilə birlikdə çalışsınlar ki, bu idman yarışlarından ləzzət alsınlar, istirahət etsinlər. Biz ölkəyə turist cəlb etmək üçün regionda olan dövlətlərə daha çox diqqət yönəltməliyik. Bu istiqamətdə günün birinci yarısında  İranla sazişləri təsdiqlədik. Fazil bəy də söylədi, doğrudan da, bizim İranda, Cənubi Azərbaycanda  milyonlarla soydaşımız yaşayır və bu il də Novruz bayramı ərəfəsində səhv etmirəmsə, rəsmi statistikaya görə 25 mindən çox azərbaycanlı İrandan Azərbaycana gəlmişdi, Novruz bayramını məhz burada, dünyəvi ölkə olan Azərbaycan Respublikasında qeyd etdilər. O baxımdan da Ziyafət müəllim, bu məsələləri, hesab edirəm, müzakirə etmək lazımdır. Əlbəttə, “ASAN Viza” bu işi, viza alınmasını xeyli yüngülləşdirir. Amma İran bizimlə birtərəfli qaydada vizanı aradan qaldırıb. Düşünürəm, zamanı çatıb ki, biz də vizanı aradan qaldıraq. Biz bilirik ki,  MDB-də olan türk dövlətlərinin vətəndaşları Azərbaycana vizasız gəlib-gedirlər. Eyni ilə Türkiyə  türklərinin, yəni Anadolu türklərinin də Azərbaycana vizasız gəlmək hüquqları təmin olunmalı, viza rejimi aradan qaldırılmalıdır. Bu, dövlətimizin milli maraqları baxımından da son dərəcə önəmli bir məsələdir.  Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Söz verdiyinizə görə çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu qanun çox mütərəqqi bir qanundur və qanuna səs verəcəyəm. Bir məqamı qeyd etmək istəyirəm. Daxil olan müraciətləri, eyni zamanda, qəbul prosesində təqdim olunan sənədləri ümumiləşdirərək bildirmək istəyirəm ki, hazırda respublikamızda vaxtilə Gürcüstandan gəlmiş, burada ailə qurmuş, 10–15 il müddətində burada yaşayan insanlar var ki, onlara vətəndaşlıq vəsiqəsi verilməyib. Müraciətlərə əsasən aparılan araşdırmalardan bəlli olur ki, həmin insanların uşaqları Azərbaycanın təhsil ocaqlarında oxuyurlar, hərbi xidmətə gedirlər və sair. Lakin bu insanlar vətəndaşlıq almaq üçün hər addımda  problemlə üzləşirlər. Mən inanıram ki, bu yaxın zamanlarda Miqrasiya Xidməti  yəqin, bu məsələyə diq-qəti artıracaq. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Vüsal Hüseynov.
V.Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də bu mütərəqqi qanun layihəsi ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Təbii ki, bu sistemin adında “asan” sözünün olması təkcə o demək deyil ki, bu proses asanlaşacaq. Bu hamı tərəfindən qəbul olunan “ASAN Xidmət”in, bizim milli  brendin gətirdiyi yeniliklərdəndir ki, bu da müştəri məmnunluğu,  vətəndaş məmnunluğu, şəffaflıq, rahat xidmət deməkdir və bütün bunlar həm də  beynəlxalq səviyyədə qəbul edilir. Bildiyiniz kimi,  BMT-nin dövlət xidmətləri üzrə  mükafatını da bizim “ASAN Xidmət” qurumu almışdı. Mən, sadəcə, yeni sistemin bir neçə əhəmiyyətli yeniliyini qeyd etmək istəyirəm. Əli müəllim qeyd etdi, bu tam elektron sistem olacaq və imkan verəcək ki, bizim diplomatik nümayəndələrin,  konsulluqların olmadığı ölkələrin də vətəndaşları belə  viza əldə edə bilsinlər. Artıq bunun üçün bir yerə getmək lazım deyil. 
İkinci bir tərəfdən, elektron sistem həmçinin elektron nəzarət imkanlarını təmin edəcək. Azərbaycan Respubli-kasının Xarici İşlər Nazirliyinin, eyni zamanda, Azərbay-can Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  nəzarət imkanları olacaq ki, burada hər hansı bir neqativ hal, ləngimə və sair baş verməsin. Ümumi olaraq, hesab edirəm ki, bu sistemin tətbiqi ölkəmiz üçün tək turizm baxımından deyil, eyni zamanda, sahibkarlığın inkişafı, ölkəmiz  barədə məlumatların artması, ölkəmizin, ümu-miyyətlə, viza sistemində mütərəqqi bir islahat tətbiq etməsi baxımından çox əhəmiyyətlidir. Mən həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm. Təşəkkürlər.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yox-dursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

 

 

Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqındadır. Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova. Bahar xanım, buyurun.
B.Muradova, Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2015-ci il sentyabrın 30-da “Vətəndaşların müraciətləri haqqında” Qanun qəbul edilmişdir. Bu yeni qanunun qüvvəyə minməsi, tətbiqi ilə əlaqədar, əlbəttə, bu gün müzakirəmizə təqdim olunan qanunlara bir sıra dəyişikliklər edilməsi zərurəti yaranmışdır. Bunlar “Ətraf mühitə dair informasiya almaq haqqında”, “İnformasiya əldə etmək haqqında” və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarıdır. Müzakirəyə təqdim olunan bu üç layihədə müvafiq maddələrdə mövcud olan “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” sözlərinin “Vətəndaşların müraciətləri haqqında” sözləri ilə əvəz edilməsidir. Dəyişikliklərin mahiyyəti budur və bu da  aktlar arasında olan hüquqi uyğunluğu təmin etmək məqsədi daşıyır. Bu səbəbdən də hesab edirəm ki, geniş müzakirə açmadan təklif olunan dəyişikliklərin qəbul edilməsi məqsədəuyğundur və müvafiq komitədə biz məhz belə bir qərar qəbul etmişik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlıdır. Burada da elə  bayaq Bahar xanımın məruzə elədiyi məsələ ilə bağlı məsələdir. Yəni bu, 2015-ci il 30 sentyabr tarixli qanunun tələbindən irəli gəlir. Bilirsiniz ki, həmin qanunun tələbinə görə “15 gün” sözləri “15 iş günü” sözləri ilə əvəz edilir. Yəni bu, redaktə xarakterli bir məsələdir, qanunların bir-birinə uyğunlaşdırılması ilə bağlıdır. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Üzr istəyirəm, 13-cü məsələ qalıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Əslində, bu 4 məsələ bir zərfdə gəlib. Ona görə, icazə versəniz, mən 13-cü və 15-ci, yəni bizim komitəyə aid olan mə-sələlərlə bağlı məlumat verərdim, Ziyafət müəllim. 13-cü məsələ İnzibati Xətalar Məcəlləsinə edilən əlavədir. Artıq hörmətli Bahar xanım qeyd etdi, “Vətəndaşların müraciəti haqqında” 2015-ci il 30 sentyabr tarixli qanun var. Bu da həmin qanunun müddəalarından irəli gələn, bizim qanunvericiliyə etdiyimiz əlavə və dəyişikliklərdir. Belə ki, vətəndaşların müraciətləri haqqında qanunveri-ciliyin pozulması cərimə formasında məsuliyyət yaradır və məhz buna görə də İnzibati Xətalar Məcəlləsinə 594-1-ci maddə əlavə olunmalıdır. 
Ziyafət müəllim, bu layihədə kiçik bir texniki səhvə də yol verilib və bu, stenoqramda öz əksini tapsın deyə, məlumat  verməliyəm.  Qeyd  hissəsində  göstərilir ki, 594-1.1.3-cü maddədə nəzərdə tutulan əməllərdə cinayət tərkibi olarsa, onda İnzibati Xətalar Məcəlləsinə deyil, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən mə-suliyyətə  səbəb  olur.  Amma,  əslində, burada söhbət 594-1.1.4-cü maddədən gedir. Yəni o haldan gedir ki, hər hansı bir müraciət ilə bağlı vətəndaş təqib olunarsa. 
Digər bir məsələ isə bizim gündəliyin 15-ci məsələsidir. “Prokurorluq haqqında” Qanundan söhbət gedir. Belə ki, “Prokurorluq haqqında” Qanunun 20-ci maddəsi prokurorluqda ərizə, şikayət və müraciətlərə baxılması qaydasını müəyyənləşdirir. Amma “Vətəndaşların müraciətləri haqqında” Qanun bir qədər genişdir. Məhz buna görə də “Prokurorluq haqqında” Qanun “Vətəndaşların müraciətləri haqqında” Qanuna uyğunlaşdırılır. Burada  yenilik ondan ibarətdir ki, Azərbaycan Respublikasının Baş prokuroru “Vətəndaşların müraciətləri haqqında” Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına  məlumat verməlidir. Bu da, təbii ki, nəzarət funksiyasıdır və əhəmiyyətlidir. Çox sağ olun.
Sədrlik edən. Buyurun, xahiş edirəm, 13-cü məsələyə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
14-cü məsələni artıq sizə məruzə elədim. Yəni “15 gün” “15 iş günü” ilə əvəz olunur. Buyurun, xahiş edirəm, münasibət bildirin.

 

 

Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
15-ci məsələni, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsini Əli müəllim məruzə etdi. Xahiş edirəm, münasibət bildirin.

 

 

Səsvermənin nəticələri (saat 14.54 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
16-cı məsələ “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqındadır. Eldar müəllim, buyurun.
E.İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu beş qanun layihəsi, – 16, 17, 18, 19 və 20-ci məsələlər, – bir zərfdə olan qanun layihələridir və eyni mənanın yükünü daşıyır. 
Sədrlik edən. Siz, buyurun, məruzə edin, amma səsverməni ayrıca keçirərik.
E.İbrahimov.  Arayışlar sizə paylanmışdır. Layihədə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanuna 7.0.8-ci maddə əlavə edilir. “Mədəni bitkilərin genetik ehtiyat-larının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunun 21.1-ci maddəsi yeni redaksiyada verilir. “Toxumçuluq haqqında” Qanunun 26-cı maddəsinə yeni hissə əlavə edilir. “Taxıl haqqında” Qanuna 6.8-ci və 11.5-ci maddələr əlavə edilir. “Çayçılıq haqqında” Qanuna 10.3-cü maddə və 18.3-cü maddəyə ikinci cümlə əlavə edilir. 
Bu qanun layihələri İnzibati Xətalar Məcəlləsinin 449-cu maddəsinin tələblərindən irəli gələrək hazırlanmışdır. Belə ki, bu dəyişikliklər ilə yuxarıda adı çəkilən qanun-larda Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərin və ya müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalının, dövriyyəsinin və uyğunlaşdırılmasının, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsinin qadağan olunması təsbit olunur. Layihələrin lehinə səs verməyinizi xahiş edirəm. Həmkarlarım fikirlərini bildirsinlər.
Sədrlik edən. Qanun layihəsi ilə bağlı Əli müəllim çıxış eləmək istəyir. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Bu gün hesab edirəm ki, kənd təsərrüfatına aid çox vacib qanunvericilik sənədləri qəbul olundu. Kənd təsərrüfatı kooperasiyası haqqında, Ekoloji təmiz məhsul haqqında və bundan sonrakı qanun layihələrini də vacib hesab edirəm. Neft hasilatının azalması, neftin qiymətinin aşağı düşməsi fonunda kənd təsərrüfatı artıq önə çıxır. Həm əhalinin təminatı nöqteyi-nəzərindən, həm də eksport potensialımızın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də hesab edirəm ki, indi Eldar müəllimin təqdim etdiyi qanun layihəsi çox mühüm əhəmiyyət kəsb edir. Çünki ekoloji təmiz məhsul birinci, islahatların yeni mərhələsi kimi yeni istiqamət yarada bilər, ikinci, ekoloji təmiz məhsul kənd təsərrüfatında baha satıldığına görə əlavə gəlirdir. İndiki dövrdə xaricdə də çox tələbat olduğuna görə, bu, gəlirlərin qat-qat artırılması deməkdir. Ekoloji təmiz məhsul həm də ekvaturizmin inkişafı nöqteyi-nəzərindən hesab edirəm ki, ciddi təkanverici amildir. Ən vacibi ondan ibarətdir ki, ekoloji təmiz məhsul istehsalını genişləndirməklə biz geni modifikasiya olunmuş məhsulları sıxışdırmaq imkanı əldə edirik. Beləliklə, bunu gənc nəslin sağlamlığının qorunması baxımından da çox vacib hesab edirəm. Bu, sağlamlığın qorunması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir və nəhayət, ekoloji təmiz məhsul məsələsi Ümumdünya Ticarət Təşkilatına daxil olduğumuz zaman kənd təsər-rüfatına subsidiyaları məhdudlaşdıran amillərin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Ona görə ki, orada yaşıl zənbil məsələsi var. Yaşıl zənbil məsələsində isə ekoloji təmiz məhsul istehsalına subsidiyaya heç bir məhdudiyyət qoyulmur. Deməli, Azərbaycan yenə də kənd təsərrüfatı məhsullarına subsidiyaları artırmaqla xeyli dərəcədə uda bilər. 
Ziyafət müəllim, hesab edək ki, vəsaitlər qoyuldu, biz kənd təsərrüfatı istehsalını artırdıq. Amma iyun ayının birinci on günlüyündə olduğu kimi, təbii fəlakət bir neçə saatın ərzində həmin məhsulları heçə çevirə bilər. Ona görə də hesab edirəm ki, lazımsa, qanunvericilik sənəd-lərində, habelə təşkilati məsələlərdə də bir neçə məqamı nəzərə alaq. Birinci, Azərbaycanda obyektiv və subyektiv səbəblərə görə kənd təsərrüfatında ümumi sığorta, haradasa kənd təsərrüfatı torpaqlarının, məhsulun sığortası 5 faizin altındadır. Bu çox kiçik bir rəqəmdir. Kiçik təsərrüfatların sığorta imkanları da məhduddur. Ona görə də təbiət etibarilə hər şeyin dövlətin üzərinə atılması prinsipinin tərəfdarı olmasam da,  indiki şəraitdə dövlət bu prosesə təkan verməsə, qoşulmasa, o məhsullar xeyli dərəcədə bata bilər. Mənə olan müraciətlərdən də görünür, məsələn, tutaq ki, Şəkidir, İsmayıllıdır, Şamaxıdır, Tovuzdur, Göyçaydır və digər  rayonlarda əkin sahələri xeyli dərəcədə ziyan çəkib.  Şəkinin özündə 2050 hektar sahə ziyan çəkib. Əgər həmin insanlar oraya vəsait qoyublarsa, məhsul istehsal ediblərsə, bir günün ərzində də həmin məhsulu itiriblərsə, biz yüzlərlə, minlərlə fermeri itirmiş oluruq. Çünki gələn ildən onlar həmin məhsulları bir daha istehsal eləyə bilməyəcəklər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, birinci, obyektiv monitorinqlər aparılsın və dəyən ziyan düzgün hesablansın,  dövlət də müəyyən də-rəcədə buna dəstək versin. Beynəlxalq təcrübədə də var ki, dövlətin dəstəyi ilə sığorta mexanizmini inkişaf etdirmək olar və bu nöqteyi-nəzərdən də sığortanı  inkişaf etdirək. 
Bir də, Ziyafət müəllim, bilirsiniz ki, bu hidro-meteoroloji stansiyaların yanında doluya qarşı mübarizə sistemləri var idi. Obyektiv və subyektiv səbəblərdən onların işi dayanıb. Amma indi müasir texnikadan istifadə eləməklə onların fəaliyyətini  bərpa eləsək, xeyli dərəcədə məhsulu  təbiətin şıltaqlığından xilas etmiş olarıq. Bunlar o qədər də böyük xərc tələb edən məsələlər deyil. 
Üçüncü toxunmaq istədiyim məsələ isə kənd təsərrüfatı sahələrinin  genişləndirilməsi ilə bağlıdır. Xüsusən bələdiyyə torpaqlarının icarəyə verilməsi istiqamətində yaxşı addımlar atılır. Amma çox təəssüflər olsun,  bürokratik amillər imkan vermir ki, həmin sahələrdə subsidiya mexanizmi tətbiq olunsun. Düzdür, mən  Nazirlər Kabinetinin bələdiyyə torpaqlarına subsidiya verilməsi mexanizminin müəyyənləşdirilməsi haqqındakı 2015-ci il 15 avqust tarixli 283 saylı qərarını müsbət qiymətləndirirəm. Amma bu zaman müəyyən sənədlər tələb olunur ki, həmin sənədləri də vaxtında verməyən zaman bir sıra problemlər əmələ gəlir. Bunun nəticəsində, Ziyafət müəllim, təkcə Şəkidə səkkiz min bir yüz səksən dörd hektar sahənin subsidiyası verilməyəcək. Bu da əgər taxıl əkinidirsə, haradasa, 700 min manata qədərdir. Orta hesabla götürəndə isə həmin kənd təsərrüfatı işçilərinə 500 min manata qədər ziyan gəlməsi deməkdir. Ona görə, biz təklif edirik ki, həmin şəhadətnamələrin verilmə mexanizmi sadələşdirilsin, bürokratik əngəllər aradan qaldırılsın. Bu il artıq gecikdiyinə görə, əgər mümkünsə, Nazirlər Kabinetinin 2015-ci il 15 avqust tarixli 283 saylı qərarı ertələnsin. Kim real məhsul əkibsə, həmin əkin sahələrinə subsidiyaların verilməsi təmin olunsun ki, o insanlar gələn il də həvəslə bu kənd təsərrüfatı məhsullarının istehsalını artırsınlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Qaldır-dığı məsələlərə görə Əli müəllimə təşəkkür edirəm. Mən də bircə məsələyə toxunmaq istəyirəm. Aprel döyüşlərin-də, yəni həm əvvəl,  həm də 17-dən sonra olan döyüşlərdə ermənilərin qrad qurğusundan, – onun adı Azərbaycan dilində bilmirəm nədir, – Ağcabədi və Ağdam ərazilərində yerləşən 12–14 kənd  dağıntıya məruz qalıb. Yəni bizim Prezidentimiz də həmin kəndlərdə olub. Kəndlər tamamilə dağıdılıb və 6 nəfər mülki vətəndaş öldürülüb. Eyni zamanda, sahələr də dağılıb. Qurban olduğum Allah da erməni dolusundan sonra öz dolusu ilə təzə bəla yağdırdı. Həmin o ərazilərdə, 15 kəndin ərazisində əkin sahələri dar-madağın oldu.  
Əli müəllimin dediyi kimi, hələ bizdə müsəlmançılıq-dır, sığortanı, vallah, yalvarırsan da eləmirlər. Özü də deyirsən ki, qardaş, torpağı  sığorta etdirin ki, davasını apara bilək. Yəni o məsələdə onlara dövlət köməklik eləməsə, Əli müəllim, gələn il onlar məhsul əkə bilmə-yəcəklər. Yəni çox çətin bir şey deyil, böyük bir pul deyil. Amma Allaha şükür, dövlət enerji pulu, yanacaq pulu almır, əkin sahələrinə 40 manat subsidiya verir. Əlavə gübrələri də pulsuz verir və sair. Yəni dövlətin bunu eləməyə gücü çatarsa,  Şəkidə, İsmayıllıda, o cümlədən Ağdamda  olan dağıntılara da müəyyən qədər pul ayıra bilər. İnsanları həmin vəziyyətdən çıxara bilər, onlar da öz əkin sahələrini yararlı hala gətirə bilərlər.  Çox təşəkkür edirəm ki, mənə şərait yaratdınız. Sağ olun.
Sədrlik edən. Aydındır. Başqa sual yoxdursa, onda xa-hiş edirəm, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edil-məsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.05 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.06 dəq.)
Lehinə 90
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.06 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.07 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Nəhayət, bu zərfə daxil olan axırıncı məsələni səsə qo-yuram. “Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.07 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
21-ci məsələ “Fitosanitar nəzarəti haqqında” Azərbay-can Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Eldar müəllim, buyurun. 
E.İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Sizə paylanmış layihədə “Fitosanitar nəzarəti haqqında” Qanuna təklif olunan dəyişikliklər və əlavələr barədə ətraflı məlumat verilmiş-dir. Bildirirəm ki, layihədə “Fitosanitar nəzarəti haqqında” Qanunun 19 maddəsində əlavə və dəyişikliklər edilməsi, 9 maddənin yeni redaksiyada verilməsi, 3 yeni maddənin əlavə edilməsi, 3 maddənin isə ləğv edilməsi təklif olunur. Eyni zamanda, qanunun 20-yə yaxın maddəsində müəyyən sözlərin, məsələn, “xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının” sözlərinin “xidmətinin” sözü ilə, “öz səlahiyyətləri daxilində müvafiq tədbirlər” sözlərinin “müvafiq tədbirlər” sözləri ilə əvəz edilməsi təklif olunur. 
Texniki dəyişikliklər də var. Bu da “Normativ hüquqi aktlar haqqında” Qanunun 64-cü maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin maddəyə görə normativ hüquqi aktda dövlət orqanı səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsinə və qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir. Layihə “Fitosanitar nəzarəti haqqında” Qanunu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Normativ hüquqi aktlar haqqında” qanunlara uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır. Həmkarlarımdan xahiş edirəm, səsə qoyaq. 
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Nə təklif olacaq? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.09 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, qanun layi-həsində edilən dəyişikliklər Azərbaycan Respublikasına əcnəbilərin turizm məqsədi ilə gəlişini asanlaşdırmaq, ölkəmizin ərazisini tranzit daşımaları üçün əlverişli etmək və xarici ölkə vətəndaşlarının tranzit nöqtəsi kimi ölkəmizi seçməkdə marağını gücləndirməkdir. Bu məq-sədlə “Dövlət rüsumu haqqında” Qanunun 16-cı maddəsində birdəfəlik giriş vizalarının və tranzit vizalarının rəsmiləşdirilməsi üçün əvvəl müəyyən edilmiş 50 ABŞ dolları əvəzinə 20 ABŞ dolları nəzərdə tutulmuşdur. Eyni zamanda, 16.1.8, 16.1.9 və 17.8-ci maddələr ləğv edilir.  Bütövlükdə hamısı üçün 20 ABŞ dolları nəzərdə tutulur. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Aydındır. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.11 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Prezident tərəfindən təqdim olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilk növbədə vergi orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və maddi həvəsləndirilməsi məqsədi daşıyır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə cari ilin yanvar  ayının  26-da keçirilən “Regionların 2014–2018-ci illərdə sosial iqtisadi inkişafı” Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda cənab Prezident tərəfindən iqtisadi maliyyə sektorlarının, vergi-gömrük orqanlarının fəaliyyətinin tam şəffaflaşdırılması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha geniş miqyasda aparılması, bu sahədə institusional tədbirlərin və əhalinin maddi rifahının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi müəyyənləş-dirilmişdir. Bunlarla yanaşı, qanunvericiliyə uyğun olaraq vergi orqanları işçilərinin sosial müdafiəsi məq-sədi ilə bu orqanların büdcədənkənar fondunun yaradıl-ması və büdcədənkənar fonddan təyinatı üzrə istifadə edilməsi Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi Məcəlləsinin 22.2-ci maddəsinin qüvvədə olan redaksi-yasına əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məblə-ğinin 25 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır.  
Göründüyü kimi, Vergi Məcəlləsinin mövcud redaksi-yada olan 22.2-ci maddəsi yalnız işçilərin sosial müdafiəsi məqsədi ilə yaradılır, inzibati və təsərrüfat təyinatlı binaların tikintisini, onların əsaslı və cari təmirini, habelə informasiya-texnologiya sistemlərinin qurulması və tətbiqinə imkan verən maddi-texniki bazanın genişləndirilməsini nəzərdə tutmur. Bildiyiniz kimi, vergi ödəyicilərinin xidmət sisteminin, o cümlədən elektron xidmətlərin təkmilləşdirilməsi və bununla da könüllü əməletmə səviyyəsinin artırılmasına nail olunması, habelə vergi orqanı və vergi ödəyicisi arasında birbaşa əlaqələrin minimuma endirilməsi aparılan vergi siyasətinin əsas səbəblərindən biridir. Bu məqsədlə respublika ərazisində 56 vergi ödəyicisinə xidmət mərkəzi yaradılmışdır. Eyni zamanda, elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədi ilə informasiya texnologiyaları sisteminin yenilənməsi və genişləndirilməsi istiqamətində daimi işlər həyata keçirilir. 
Məlumat üçün bildiririk ki, hazırda Vergilər Nazirliyi-nin inzibati binasının, 5 və 11 saylı ərazi vergi orqanları-nın, yeni və müasir inzibati binaların tikintisi həyata keçirilir. Bütün layihələrin, o cümlədən xidmət mərkəz-lərinin tikilməsi, informasiya-texnologiya sistemlərinin yenilənməsi və genişləndirilməsi, habelə Vergilər Nazir-liyinin və ərazi vergi orqanlarının inzibati binalarının ti-kintisinin maliyyələşdirilməsi vergi orqanlarının büdcədənkənar fondu və büdcədən ayrılmış vəsaitlərin xərclənməsinə qənaət edilməsi hesabına təmin edilir. Bu məqsədlə Vergi Məcəlləsinin 22.2-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur. “22.2. Vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Vergi orqanlarının büdcədənkənar fondunun  formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Cənab Prezident tərəfindən təqdim edilmiş bu qanun layihəsinin mahiyyəti dediklərimdən ibarətdir. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edərdim. 
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə bağlı çıxış eləmək istəyənlər var. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Mən buna səs verəcəyəm, amma bir məsələ ilə bağlı narahatlığımı sizinlə bölüşmək istəyirəm. Ziyafət müəllim, Siz də hüquqşünassınız. Biz hamımız hüquq fakültəsində oxu-yanda kriminologiya elmini öyrənmişik və bilirik ki, cinayətkarlığa qarşı mübarizədə cəzanın labüdlüyü prinsipi çox önəmli amildir. Elə nazirliklər var ki, onlar öz işlərini yaxşı qurublar və həmin nazirliyin nəzarət elədiyi sahələrdə fəaliyyət göstərən iş adamları, yaxud da vətəndaşlar başa düşürlər ki, qanunu pozacaqları təqdirdə mütləq  inzibati qaydada ya maliyyə məsuliyyətinə, ya da cinayət məsuliyyətinə  cəlb olunacaqlar. Ona görə də qanunları pozmurlar. Amma biz indi bəzi nazirliklərə, o cümlədən Vergilər Nazirliyinə, bundan öncə də müvafiq maliyyə sanksiyaları tətbiq etmək səlahiyyəti olan digər nazirliklərə belə bir səlahiyyət vermişik ki, maliyyə sanksiyaları nəticəsində toplanmış vəsaitin 20 faizini öz əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sərf eləsinlər. Bu halda onlar maraqlı olacaqlar ki, daha çox maliyyə sanksiyaları tətbiq eləsinlər. Bu, iki yolla ola bilər. Birinci halda çalışacaqlar ki, daha çox hallarda əsassız maliyyə sanksiyaları tətbiq olunsun. Ona görə ki, burada onların marağı var. 
İkinci halda çalışacaqlar ki, ümumiyyətlə, maliyyə intizamı pozulsun. Yəni cəzanın labüdlüyü prinsipi aradan qalxanda insanlar fikirləşməyə başlayırlar ki, hansı formada qanunu pozacaqları halda məsuliyyətdən yayınacaqlar. Yəni xüsusi şərait yaradıldıqda bu tipli qanun pozuntularının sayının artmasında maraqlı olacaqlar. Bu məsələnin neqativ tərəflərini mən qeyd elədim. Bundan başqa elə nazirliklər var ki, onların maliyyə sanksiyaları tətbiq etmək səlahiyyətləri yoxdur. Bəs o nazirliklərin əməkdaşlarının sosial müdafiəsini necə gücləndirək? Ona görə də əmək qanunvericiliyinə görə düşünürəm ki, əmək haqqı siyasəti elə qurulmalıdır ki, yəni məmurların, belə deyək, aldıqları əmək haqqı onların daşıdığı, yəni məsul olduqları işin ağırlığına görə, stresinə görə, çətinliyinə görə,  xüsusən də intellektual yükünə görə müəyyənləşsin. Amma bu halda, yalnız  maliyyə sanksiyası tətbiq eləməyə kimin imkanı varsa, daha çox maliyyə sanksiyası tətbiq eləyirsə, çox da yüksək maaş alır. Misal üçün, Təhsil Nazirliyinin əməkdaşları, yaxud sadalamadığım xeyli nazirliklər var ki, biz  sadalaya bilərik. Ona görə də əmək haqqı siyasəti məncə, bu prinsip üzərində  qurulmamalıdır və biz gələcəkdə mütləq buna qayıtmalıyıq. O halda düşünürəm ki, cəmiyyətdə sosial ədaləti daha yaxşı bərpa eləmiş olarıq. 
Mən bir cümlə ilə fikrimi yekunlaşdırım. Vaxtilə Dövlət Yol Polisi əməkdaşlarının, bilirsiniz, əmək haqları kəskin artırıldı. O zaman Yeni Azərbaycan Partiyasının yüksək çinli şəxslərindən biri söyləmişdi ki, biz  əmək haqlarını ona görə artırırıq ki, bu, korrupsiyaya qarşı mübarizədə  effektli bir vasitədir. Onların sosial müda-fiəsini gücləndiririk ki, rüşvət almasınlar. Həqiqətən də, burada müsbət məqamlar var. Kim rüşvət ala bilirsə, o rüşvət almasın deyə, onun əmək haqqını artırırıq, amma Tərtərdə, səngərdə dayanan zabitin rüşvət almaq imkanı yoxdur deyə, onun əmək haqqını artırmırıq. Mən hesab edirəm ki, bu düşüncə bir az yanlışdır. Bir daha söy-ləyirəm ki, əmək haqqının ödənilməsində ədalət prinsipi pozulmamalıdır. Ona görə, düşünürəm ki,  Ziyad müəllim, Siz iqtidar partiyası olaraq məsələni müzakirə eləsəniz, daha düzgün olardı. 
Sədrlik edən. Sağ olun. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Ziyafət müəllim, Siz də yəqin, xatırlayırsınız, təxminən 10 il bundan əvvəl bir sıra orqanlarla bağlı, xüsusən də hüquq-mühafizə statusu olan güc strukturları ilə bağlı qanunvericiliyə buna oxşar müddəalar əlavə eləmişik, hamısında 25 faiz idi və o zaman biz bunu müvəqqəti tədbir kimi gördük. Ona görə, düşünürəm ki, əgər bu siyasət davam edirsə, onda digər orqanlar üçün də, hüquq-mühafizə orqanları, daxili işlər orqanları, artıq özünü doğrultmuş “ASAN Xidmət” üçün də bu faizlər artırılsın. Təklifim bundan ibarətdir. 
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov.  Təşəkkür edirəm. Hörmətli Ziyafət müəl-lim, mən də baxıram, müxtəlif vaxtlarda müxtəlif qanunlar qəbul edirik və bunların hamısı da pretedent xarakteri daşıyır. Vaxtilə mən burada məsələ qaldırmışdım ki, 95 illiklə bağlı medal vermək olmaz. Çox həmkarım təkid elədi ki, bu ancaq bir orqan üçündür, bunu qəbul eləyən gün bütün orqanlar öz 95 illiklərini Milli Məclisdə təsdiq etdirdilər. İndi də bu qərarı biz qəbul etsək, kimin ki pul almaq imkanı var, cərimə tətbiq etmək imkanı var, ardıcıl şəkildə gələcək ki, mənə də verin. Mən indidən deyirəm, deməyin ki, filan vaxt demədi, tətbiq edəcəklər. 
İkinci bir anlayışı mən başa düşə bilmirəm. Biz şəffaflıqdan danışırıq, düzlükdən danışırıq, yoxlayıcı orqanların fəaliyyətindən danışırıq, çox yaxşı, mən tək bir vergi orqanına tətbiq eləmirəm. Bu büdcədənkənar vəsait anlayışı nədir? Ziyad müəllim bunu mənə başa sala bilərmi, niyə bu, büdcədənkənar olmalıdır? İşçinin sosial təminatını yaxşılaşdırmaq istəyirsən, sal büdcəyə, büdcəni artır, təklif ver.  Vergilər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, digər nazirliklərin büdcəsi artsın,  orada əmək haqqı fonduna ayrılan vəsait artsın, sonra istəyirsən, onun sosial təminatını yaxşılaşdır, ya da istəyirsən, səhhəti ilə bağlı problemlərini həll elə. Ortada bir şəffaflıq olsun. Büdcədənkənar vəsaiti sabah nə Hesablama Palatası yoxlaya bilirlər, nə də digər orqanlar yoxlaya bilirlər, yoxlamaq imkanları da məhduddur. Mən haradan bilim ki, mənim qəbul elədiyim qanunun sayəsində orada kimlər mənfəət götürməyib? Bunu kim izah eləyə bilər, buna kim zəmanət verə bilər? Ziyad müəllim buna zəmanət verə bilərmi? Hansı formada xərclənir? Orada tərəfkeşlik necə olacaq, ayrı-seçkilik necə olacaq? Hansı qaydada müəyyənləşəcək? 
Digər tərəfdən, 25 faiz müəyyənləşdirilir, biz bir az da artırırıq, 50 eləyirik, bir azdan olacaq 100 faiz. Camaat elə qazandığını aparsın versin, onların əmək haqları yaxşılaşsın. Digərləri almasa da heç nə olmaz, dünya dağılmaz. Bu cür yanaşma prinsipi olmaz. Rayonlarda da eşidirik, büdcədənkənar vəsait hesabına bu qədər abadlıq işləri aparmışıq. Göydən dollar yağır, ya manat yağır? Büdcədənkənar necə ola bilər?  Prezidentin fondu var, Prezident bu fonddan  müxtəlif sahələrə vəsait ayırır, harada yol təmir eləmək lazımdır, harada nə tikilməlidir. O aydındır, çünki büdcədə nəzərdə tutulub, Prezidentin fondudur, bunun hesabı var, kitabı var. Bu büdcədənkənar vəsaitlər toplanır. Bunun hesab-kitabını kim müəyyənləşdirir, hansı qərar əsasında olur? Bu səlahiyyəti o struktura kim verir? O baxımdan da, məncə, bu məsələyə kompleks şəkildə  yanaşılmalıdır. Ümumiyyətlə, bu məsələlər ləğv olunmalıdır, daxil olan cərimələr hamısı büdcəyə daxil olmalıdır, Qüdrət müəllim yaxşı dedi, müəllim niyə almasın ki, onun sosial təminatı yaxşıdır? Bütün xalqın övladlarını müəllim oxudur, təhsil verir. Yaxud da həkim niyə almasın bunu, hamının sağlamlığı ilə, səhhəti ilə məşğul olur. Cəbhə bölgəsində vuruşan əsgər niyə almasın, çünki onun maliyyə sanksiyası tətbiq etmək ixtiyarı yoxdur, yağışın, qarın altında əlində avtomat durub gözləyir, düşmənə qarşı mübarizə aparır, amma maliyyə sanksiyası tətbiq eləyə bilmədiyinə görə onun sosial təminatı yaxşılaşa bilmir. Ona görə də bu cür qanunlar gələndə aidiyyəti orqanlarla razılaşdırın, sonra tətbiq eləyin. 
O vaxt dedilər ki, Gürcüstanda, başqa-başqa yerlərdə belə şey tətbiq olunub. Mənim xatirimdədir, elə bunu götürək ki, Dövlət Avtomobil Müfəttişliyindən vətən-daşlar narazılıq edirdilər, onlar isə deyirdilər ki,  bizim əmək haqqımız azdır, əgər gələn cərimələrdən müəyyən faiz maaşa keçəcəksə, bu həll olunar. Bunu sonra keçidə də tətbiq elədilər. Kim keçiddən keçmirsə, cərimələnirsə, onun 20 faizi polisin xeyrinə gedir. Bu sistem harada var? Amerika Birləşmiş Ştatlarında belə bir şey varmı, Böyük Britaniyada, Türkiyədə, Rusiyada varmı, hansı ölkəni misal göstərə bilərsiniz, Ziyad müəllim? Biz özümüzdən yeni Amerika kəşf etməyəcəyik ki. Ona görə, mən hesab edirəm, bu məsələyə bir də baxılmalıdır, ümumilikdə baxılmalıdır. Mən konkret hər hansı bir strukturun adını çəkmirəm. Bütün strukturlar ki maliyyə sanksiyası tətbiq edirlər, eləyək 75 faiz alsınlar. Amma bu, büdcəyə daxil olmalıdır ondan sonra sosial təminat təmin olunmalıdır. Budur şəffaflıq, düzlük, rüşvətxorluğun qarşısını almaq. Əksinə, biz rüşvətxorluq mənbəyi yaradırıq. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış eləmək istəyən yoxdursa… Hörmətli deputatlar, bir dəqiqə. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail Ağamalı, buyurun.
F.Ağamalı. Mən çıxış eləmək istəmirdim, hörmətli Ziyafət müəllim. Amma Siyavuş müəllim o qədər ciddi məsələyə toxundu ki, düşünürəm, Milli Məclisin digər deputatları da buna dəstək verməlidirlər. Həqiqətən, büd-cədənkənar vəsait çox qaranlıq və kifayət qədər mübahisə doğuran anlayışdır. Onun arxasında nələr yatır, heç kimə bəlli deyil. Doğru deyir, onu necə xərcləyirlər, haradan gəlir, hara gedir? Ona hər hansı bir müdaxilə mümkün deyil. Dünya təcrübəsində də bu yoxdur. Ona görə, mən təşəkkür edirəm ki, bizim hörmətli həmkarımız Siyavuş Novruzov bu məsələyə toxundu. Təkcə vergilərlə bağlı deyil, bu, digər sahələrə də aiddir. Onu düşünməsinlər ki, Siyavuş müəllim ancaq Vergilər Nazirliyi ilə bağlı qərarın üzərinə gedir, xeyr, ümumiyyətlə, məsələyə konseptual baxımdan  yanaşır. Ona görə də bu məsələyə ciddi fikir vermək lazımdır, ümumiyyətlə, bu anlayışı Azərbaycan qanunvericiliyindən çıxarmaq lazımdır. 
İkinci, hörmətli Ziyafət müəllim, bu gün Azərbaycan xalqının istər əmək haqqı alanını, istərsə də iş adamını ən çox narahat edən əlavə dəyər vergisidir. Bu əlavə dəyər vergisinin vahid bir rəqəmlə ifadə olunmasıdır. Qiymətindən asılı olmayaraq istər ölkəyə gələn xammala,  məhsula, istərsə də ölkə ilə bağlı və ya sahibkarlarla bağlı bütün  maliyyə fəaliyyətlərinə 18 faiz əlavə dəyər vergisi tətbiq olunur. Həmin sahibkar isə 18 faiz əlavə dəyər vergisinin əvəzini ala bilmir.  Mənə elə gəlir ki, bu məsələ çox ciddi məsələdir. Bu məsələyə baxmaq lazımdır. Bizim vergi qanunvericiliyində ciddi dəyişikliklərə ehtiyac var. Çox sağ olun. 
Sədrlik edən. Başqa çıxış etmək istəyən yoxdursa, vergilər nazirinin müavini Sahib Ələkbərov buradadır, indi sizin suallarınızı Sahib müəllimə yönəldərik və o sizə cavab verər. Buyurun, Sahib müəllim.
S.Ələkbərov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli mil-lət vəkilləri! Mən söylədiyiniz fikirlərə görə sizə təşəkkür edirəm. Çünki onların əksəriyyəti Azərbaycan vətəndaşlarının, Azərbaycanda işləyən hər bir insanın sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş təkliflərdir. Amma burada bir məsələni qeyd etmək istəyirəm. İstərdim ki, hörmətli Siyavuş müəllimin çıxışına toxunum. Bu büdcədənkənar fond məsələsi əlbəttə, tək Azərbaycana aid olan bir şey deyil. Bu bir çox yerlərdə var. Söhbət Vergilər Nazirliyindən gedirsə, Vergilər Nazirliyinin büdcədənkənar fondu mütləq qaydada, – əvvəla, bu, büdcədə nəzərdə tutulur, büdcəni siz təsdiq edirsiniz, ondan sonra büdcədənkənar fond formalaşır, –  ancaq və ancaq Maliyyə Nazirliyinin ciddi nəzarəti altında formalaşır və xərclənir. Digər bir tərəfdən Maliyyə Nazirliyi limit qoyubdur. Ümumiyyətlə, ölkədə büdcədənkənar fondların hamısına büdcə təsdiq olunanda limit qoyulur ki, onun maksimum həddi nə qədər ola bilər. Orada xərclənən hər bir manat, hər bir qəpik ciddi nəzarət altındadır və buna da burada bir şübhə yeri qalmamalıdır. 
İkinci bir tərəfdən bir məsələ var, – hörmətli Qüdrət müəllim Həsənquliyev də çıxışında qeyd etdi, – ona da toxunmalıyam. Adətən, bu məsələdən danışanda bir şeyi nəzərdə tuturuq ki, bunların hamısı maaşa əlavə  kimi və yaxud mükafat kimi gedir. Siz bilirsiniz ki, bu belə deyil. Hörmətli Ziyad müəllim də öz çıxışında qeyd etdi və cənab Prezident tərəfindən təklif olunan bu layihədə də o əksini tapıb. Vergilər Nazirliyi, bilirsiniz ki, bu gün Azərbaycanın dövlət orqanları içərisində kifayət qədər  elektronlaşma səviyyəsinə malik olan nazirlikdir, dövlət qurumudur. O avadanlıqların alınması, proqram təmina-tının əldə olunması kifayət qədər bahalı layihələrdir və onları əldə etmək üçün böyük vəsait lazımdır. Bunların hamısını dövlət büdcəsi hesabına etmək bir çox hallarda mümkün olmur, çünki büdcə ilin əvvəlində təsdiqlənir və orada müəyyən çətinliklər yaranır. Biz də istəyirik, bu işlərin hesabına vergi sistemini, vergi inzibatçılığını daha da təkmilləşdirək ki, siz deyən neqativ hallar qalmasın və ya aradan qaldırılsın. Əmək haqqına əlavə və yaxud da, mükafat  məsələsinə aydınlıq gətirim ki, bu gün Azərbaycanın Vergilər Nazirliyində əlavə əmək haqqı məsələsi yoxdur, bunlar ancaq mükafat qaydasında  verilir. Amma vergi işçilərinin sosial müdafiəsini təmin etmək üçün buna kifayət qədər ciddi ehtiyac var. 
Sanksiyaların çoxalması məsələsi. Bəli, belə bir sual var, təbiidir və bu təbii sualı biz yaxşı başa düşürük və düzgün  qəbul edirik. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin xüsusi fərmanı ilə əksər dövlət qurumlarında yoxlamalar 2 illiyə dayandırılıb.  Bu, Vergilər Nazirliyinə  şamil edilməyib, çünki Vergilər Nazirliyinin işi elə nəzarəti həyata keçir-məkdir,  yoxlamaqdır, onun başqa bir işi yoxdur, bunun da hesabına dövlət büdcəsi dolmalıdır. Bu gün biz bir şeyi aydın dərk etməliyik ki, könüllü vergi ödəmə məsələsi Azərbaycan reallığında istənilən səviyyədə deyil. Büdcəyə daxil olan vəsaitin əksər hissəsi güclü vergi inzibatçılığının hesabına formalaşır. Lakin buna baxmayaraq, Vergilər Nazirliyinin özünün kollegiya qərarı ilə vergi yoxlamaları, səyyar vergi yoxlamaları, operativ nəzarət tədbirləri və digər tədbirlər ciddi şəkildə azaldılıb. Təkcə səyyar vergi yoxlamaları ötən müddət  ərzində üç dəfədən çox azaldılıb. Başqa sahələrdə də, demək olar ki, dayandırılıbdır, burada hansı sanksiyaların artırılmasından söhbət gedə bilər? Yenə də təkrar etməyə məcburam, çünki sanksiyalardan söhbət gedəndə onlardan daxil olan məbləğin də yuxarı limiti Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir, biz onu keçə bilmərik. Hətta bizə ayrılan məbləği, – tutaq ki, orada 100 manat nəzərdə tutulub, – bir qayda olaraq  Vergilər Nazirliyinə vermirlər. Amma Vergilər Nazirliyində qayda belədir ki, sanksiyalar tətbiq olunanda o məbləğlər büdcəyə daxil olur, ondan sonra Vergilər Nazirliyi Maliyyə Nazirliyinə müraciət edir ki, həmin məbləği Vergilər Nazirliyinin hesabına keçirsinlər. Yalnız bundan sonra  smeta tərtib olunur, o smetaya uyğun  xərclər  müdafiə olunur və bundan sonra  vəsait xərclənir. Çox ciddi maliyyə nəzarəti mövcuddur. Bunun başqa cür olması da mümkün deyil. 
Qaldı digər məsələlər. İndi hörmətli Fəzail müəllim burada bir məsələyə toxundu. Bəli,  son vaxtlar əlavə dəyər vergisi məsələsi çox müzakirə olunan bir məsələdir. Bu məsələdə mən hörmətli  deputatlarımızdan çox xahiş edərdim, bir qədər ehtiyatlı olaq. Sizin təsdiq etdiyiniz dövlət büdcəsində 2016-cı ilin əlavə dəyər vergisindən daxil olan məbləğ 3,3 milyarddan artıqdır. Bunun 1,1 milyardı Azərbaycan Respublikasının ərazisindən malların idxalına görə əlavə dəyər vergisidir, qalan 2,2 milyarddan artığı isə vergi orqanlarının topladığı əlavə dəyər vergisidir. Vergi orqanlarının xətti ilə büdcəyə daxilolmaların 33 faizini əlavə dəyər vergisi təşkil edir. Ona görə burada çox ehtiyatlı olmaq lazımdır. Söhbətlər var, müəyyən fikirlər var. Ola bilsin, hansısa neqativ hallar da var. Biz onları istisna etmirik. Amma bir şeyi bilmək lazımdır ki, əlavə dəyər vergisinin geri qaytarılması yalnız o halda mümkündür ki, şəffaflıq olsun və sənədləşmə düzgün aparılsın. 
Siz, yəqin, dəfələrlə gömrük orqanları işçilərinin dilin-dən eşitmisiniz  ki, siqareti Gürcüstandan, İrandan qaçaq-malçılıq yolu ilə gətirir,  satandan sonra da onun əlavə dəyər vergisinin əvəzləşdirilməsini tələb edirlərsə, bu mümkün olan şey deyil. Amma qanuni yolla  bütün mərhələlərdə, həm istehsalda, həm ticarətdə, həm də digər mərhələlərdə şəffaflıq təmin olunacaqsa, əlavə dəyər vergisində heç bir problem yoxdur. Amma əlavə dəyər vergisindən söhbət gedəndə mən bir şeyi də hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, nəinki Azərbaycanda, hətta bir çox ölkələrdə bu, yeganə vergi növüdür ki, onun inzibatçılığı tam elektronlaşdırılıb. Bizim reallığımızda Azərbaycanda oraya insan müdaxiləsi mümkün deyil. Tam yüzdə-yüz elektronlaşdırılıb. Hər şey sübut olunandır, hər şey görünəndir. Düzdür, mətbuatda da deyirlər, başqa yerlərdə də çıxışlar edirlər ki, belədir, elədir. Onların əsası yoxdur. Əgər haradasa belə sual yaranırsa, biz onları qəbul etməyə, görüşməyə, onlarla bir sıra məsələləri müzakirə etməyə hazırıq. Əlavə dəyər vergisi, dediyim kimi, ciddi bir vergi növüdür. Dünyanın əksər ölkələrində bu istifadə olunur  və büdcənin forma-laşmasında da çox mühüm yerə malikdir. Ona görə belə şeylərlə, mən xahiş edirəm, bir az danışanda ehtiyatlı olaq. Çünki əgər burada tutaq ki, biz əlavə dəyər vergisini azaltmağa getdik, nəyisə ləğv etdik, sıfır dərəcə ilə tətbiq etdik, onun əvəzini büdcə nə ilə alacaq, haradan alacaq? Yəni təklif vermək, müəyyən sözlər söyləmək olar. 
Bu məsələlərə, nə vaxtsa, əlbəttə, yəqin ki, baxılacaq. Vahid dərəcə, 18 dərəcə söhbəti oldu. Əlavə dəyər vergisinin inzibatçılığı kifayət qədər  mürəkkəb bir inzibatçılıqdır. Bu gün biz deyə bilərik ki, bu və ya digər verginin dərəcəsini dəyişdirək. Dəyişdirməyə nə var ki, bəs onun  inzibatçılığı necə təmin olunacaq? Bu gün bizdə elə məsələlər var ki, onun inzibatçılığı oradan daxil olan verginin məbləğindən baha başa gəlir. Son vaxtlar mətbuatda çox yazılır, söyləyirlər. Dayələr, repetitorlar, mühafizəçilər, sürücülər və sair fərdi qaydada xidmət göstərən adamların vergiyə cəlb olunması məsələsi. Bu, düşünülən qədər də sadə məsələ deyil. Məsələn, ən sadə yolu patent üsuludur və biz onun üzərində işləyirik, yəqin ki, yaxın vaxtlarda bununla bağlı təkliflər olacaqdır, biz burada təkliflərimizi təqdim edəcəyik. Amma burada əlavə dəyər vergisindən söhbət gedirsə, mən xahiş edirəm, buna çox ciddi və ehtiyatla yanaşaq.  Təşəkkür edirəm, çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Sahib müəllim, təşəkkür edirəm.  Mənə elə gəlir, səsə qoymaq olar. Buyurun, xahiş edirəm, münasibət bildirək. 

 

 

Səsvermənin nəticələri (saat 15.38 dəq.)
Lehinə 87
Əleyhinə 5
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Araz müəllim, sual vermək istəyirdiniz? Buyurun. 
A.Əlizadə. Çox sağ olun, Ziyafət müəllim. Möhtərəm Sahib müəllim, Vergi Məcəlləsində müəyyən dəyişikliklər oldu. 164-cü maddə ləğv edildi, müəyyən şeylər ƏDV-dən azad olundu və müəyyən şeylər ƏDV-yə qaytarıldı. Lakin nəyə görə mətbuata gələn kağızlar və sair ƏDV-yə daxil edilib? Hələ heç kəs bu suala cavab verə bilmir, bu, 167-ci maddədə öz əksini tapıb. 164-ü ləğv etmisiniz, 167-də  gedən əmtəəni götürüb salmısınız ƏDV-yə. Ümummilli liderimiz Heydər Əliyev mətbuatın milyonlarla borcunu silib. Cənab Prezident İlham Əliyev milyonlarla borcu silib. Buna görə yenidən ƏDV-ni tətbiq edib, mətbuatdan 150 min ƏDV götürmək nə qədər məqsədə və məntiqə uyğundur? Çox sağ olun. 
Sədrlik edən. Araz müəllim, mən Sizin sualınıza etiraz etmirəm. Siz bu məsələni 2-ci və ya 3-cü dəfədir qal-dırırsınız. Amma Sizin bu sualınızın bugünkü müzakirə olunan məsələyə aidiyyəti yoxdur. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz də həmişə demişik ki, Siz sualı müzakirə olunan məsələ üzrə verin, predmeti üzrə  verin. Siz məsələni yeri gəldi-gəlmədi, həmişə qaldırırsınız. O zaman ki, mətbuatla bağlı məsələ müzakirə olunacaq, sualınızı verərsiniz.  Bu məsələ bitdi, qurtardı. 
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli müəllim, buyurun. 
Ə.Hüseynli.  Çox sağ olun. Hörmətli Ziyafət müəllim, 2015-ci ilin 30 sentyabrında biz Azərbaycan Respublika-sında “Vətəndaşlıq haqqında” Qanuna əlavə və dəyişik-liklər  etmişik, həmin əlavə və dəyişikliklərə görə vətən-daşlığın itirilməsi proseduru müəyyənləşdirilib. Təbii ki, həmin qayda Mülki-Prosessual Məcəllədə də öz əksini tapmalıdır. Ona görə tapmalıdır ki, məhkəmələr məhz Mülki-Prosessual Məcəlləyə istinad edərək həmin işlərə baxmalıdırlar. Bu gün də diqqətinizə təqdim olunan mə-sələ Mülki-Prosessual Məcəlləni bizim zamanında qəbul etdiyimiz “Vətəndaşlıq haqqında” Qanuna uyğunlaşdır-maqdan ibarətdir. Millət vəkillərindən səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.41 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli.  Çox sağ olun. Ziyafət müəllim, həm 25, həm də 26-cı məsələ eyni bir məktubla gəlib. İcazə ver-səniz, məlumat verərdim. Avropa Şurasının QREQO təş-kilatının  bir sıra tövsiyələri mövcuddur və  həmin tövsi-yələr, eyni zamanda, hüquq-mühafizə orqanlarında, məh-kəmə orqanlarında insan məsuliyyəti ilə bağlıdır. Məhz buna görə də “Prokurorluq haqqında” Qanunda və “Pro-kurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda insan məsuliyyətini yaradan hallar sırasında həm də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl olunmaması göstərilir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, reallıqda Baş prokurorun əmri ilə kodeksin tələblərinin pozulması, təbii ki, insan məsuliyyəti yaradır.  Həmin kodeks 2008-ci il 8 fevral tarixində qəbul olunub. 
Eyni zamanda, QREQO-nun tələblərindən biri də insan xətasının törədildiyi gündən müəyyən müddət keçdikdə prokurorluq işçilərinə insan tənbehinin verilə bilməməsi ilə bağlı müddəadır. Belə ki, hazırda bu müddət bir ildir. Amma təklif üç ildir. Digər orqanlarda, o cümlədən “Məhkəmələr və hakimlər haqqında” Qanunda da, bir sıra Avropa ölkələrinin təcrübəsində də bu müddət məhz üç ildir. Ona görə təklif olunur ki, “Prokurorluq işçisinin insan məsuliyyətinə cəlb edilməsi qaydası” adlanan 27-ci maddədə bir il müddəti üç il müddəti ilə əvəz olunsun. Hörmətli millət vəkillərindən bu layihəyə səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Tahir Kərimli, buyurun.
T.Kərimli. Təşəkkür edirəm. Biz indicə “Fitosanitar nəzarəti haqqında” Qanunda  gərəkli dəyişikliklər etdik. İzah olundu ki, bu dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya  Qanununun 64.4-cü maddəsinə uyğun olub. Həqiqətən də, həmin qanuna əsasən qeyri-müəyyən ifadələr və ümumiləşdirilmiş ifadələr işlətməyə yol verilmir. Bu qanunda da xüsusi olaraq göstərilir ki, konkret icraçının mülahizələrindən asılı olan hərəkətlərin edilməsi dispozitiv imkan kimi müəyyənləşdirilə bilməz. Eyni zamanda, həm Prokurorluq haqqında, həm də Prokurorluq orqanlarında qulluq keçmə haqqında qanun layihələrində bizə təklif olunan mətnlərdə xidməti intizamı pozduqda, vəzifəsini layiqincə yerinə yetirmədikdə intizam tənbehinin tətbiq edilməsi barədə müddəalar öz əksini tapıb. Biz “müstəsna hallarda”, “lazımi hallarda”, “zəruri hallarda”, “müvafiq hallarda”, “zəruriyyət yarananda” və sair sözləri digər qanunun mətnindən elə indicə çıxartdıq. Amma burada “layiqincə” sözü məhz elə subyektiv mülahizəyə səbəb olan, konkret icraçının iradəsindən asılı olan bir qiymətləndirmədir və hər iki qanun layihəsində bu cür də ola bilər. Ona görə də mən hesab edirəm, necə ki digər qanunlarda da dəyişiklik olanda ümumi ifadələr daha konkret qanunların, normativ aktların adı ilə əvəz olunurdu, bu da nə ilə isə əvəz olunmalıdır.  Prokurorluq orqanlarında “layiqincə qulluq etmək” nədir? O hansı meyarla ölçülür, onu hansı qanunvericilik bazasında göstərmək lazımdır? Yoxsa belə bir məsələ yuxarı prokurorların aşağı prokuror və işçilərə insan tənbehini subyektiv yolla tətbiq etməsinə gətirib çıxara bilər. Təşəkkür edirəm. 
Sədrlik edən. Mən səsə qoymazdan əvvəl bir söz demək istəyirəm. Tahir müəllim, əslində, məsələni düzgün qaldırıbdır. Sadəcə olaraq, Tahir müəllim, “layiqincə” sözünü, əlbəttə, müxtəlif cür yozmaq olar. Konkret olaraq burada söhbət, əlbəttə, prokurorluq işçisinin yüksək insani keyfiyyətlərindən gedir. Amma, ümumiyyətlə, soruşula bilər ki, “layiqincə” sözünün hüquqi anlayışı nədir? İş burasındadır ki, Tahir müəllim, lap  əvvəllər qəbul etdiyimiz  bəzi qanunlarda bu ifadə getdiyinə görə, biz bunu buraya yazmağa məcburuq. Əlbəttə, əgər o, prokurorluq işçisidirsə, məhkəmə işçisidirsə, yaxud digər dövlət orqanının işçisidirsə, sözsüz ki,  ən yüksək insani keyfiyyətlərə malik olmalıdır və əxlaq kodeksinin tələblərinə əməl etməlidir.  Bax budur, başqa bir səbəb yoxdur. Əgər  başqa sual yox-dursa, xahiş edirəm, 25-ci məsələyə, “Prokurorluq haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 15.47 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
26-cı məsələyə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək, xahiş edirəm. 

 

 

Səsvermənin nəticələri (saat 15.48 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Nəhayət, Əli müəllim, səhv eləmirəmsə, axırıncı iki məsələ də bir məktubla daxil olub. Buyurun. 
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Həm “Notariat haqqında” Qanun, həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun bir-biri ilə bağlıdır. Bilirsiniz ki, “Notariat haqqında” Qanunun 18-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən aparılan notariat hərəkətlərinin siyahısını müəyyən edir. Yəni hansı hallarda müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi, – onlar müxtəlif şəxslər ola bilərlər, – notariat hərəkəti aparmaq hüququna malikdir. Təklif olunan layihədə belə  hərəkətlərin sırasına yenisi əlavə olunur. Belə ki, sahəsi beş hektardan çox təşkil etməyən xüsusi  mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnaməni təsdiq etmək hüququ da müvafiq icra hakimiyyəti orqanına verilir. 
Birincisi, qeyd etmək istəyirəm ki, burada konkret göstərilir hansı hallar, yəni bir ildən artıq olmayan, iki ildən artıq olmayan müddətə icarədən söhbət gedir və belə bir layihənin meydana çıxmasının əsas səbəbi, zərurəti kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yaxın yerlərdə notariat orqanlarının, kontorlarının olmamasıdır. Kənd təsərrüfatının inkişafı ilə bağlı aparılmış müzakirələr və bu müzakirələr nəticəsində  kənd zəhmətkeşlərinin, insanların, vətəndaşların müraciəti nəzərə alınaraq belə bir təklif irəli sürülmüşdür. Biz bu məsələni də geniş müzakirə etmişik. 
Əlbəttə, ümumi yanaşma ondan ibarətdir ki, müqavi-lələrin notariat kontorunda qeydə alınması daha düzgün formadır. Amma bizim qanunvericilik onsuz da nəzərdə tutur ki, bir sıra hallarda müvafiq icra hakimiyyəti orqanı bunu həyata keçirə bilər və hazırda belə bir hüquq mü-vafiq icra hakimiyyəti orqanlarında, daha konkret desək, kənd icra nümayəndələrində olarsa, onda insanların tor-paqla bağlı bağladıqları müqavilələr çox rahat həyata keçirilə bilər. Çox sağ olun. 
Sədrlik edən. Mənim yadımdadır, bir müddət öncə, – Əli müəllim imkan verməz, yalan danışım, – hətta uzaq dağ kəndlərində icra orqanlarının nümayəndələri kəbin kəsmək səlahiyyətinə malik idilər. Çünki həmin yerlərdə, doğrudan da, VVAQ orqanları və onların şöbələri yoxdur, bu indi də qüvvədədir. Ona görə də bu cür yanaşma tamamilə məntiqidir. Fuad Muradov, buyurun.
F.Muradov. Təşəkkür edirəm. Hörmətli millət vəkil-ləri! Ziyafət müəllim,  mən bilmirəm,  gətirdiyiniz misalın  kənd təsərrüfatı torpaqlarına nə qədər aidiyyəti var, amma ümumi yanaşma, məncə, belə olmalıdır ki, biz torpağın istifadəsində dövlətin məsuliyyətini yüksək şəkildə hiss etdirməliyik. Yəni icra başçısının, kənd nümayəndəsinin torpaqla bağlı müqaviləyə qol çəkməsi və bir neçə vaxtdan sonra həmin kənd icra nümayəndəsinin işdə olub-olmaması, onun hansı əsasla işə qəbul olunması çox mübahisəli məsələlərdir, yəni bu, dövlət qulluğu deyil, sadəcə olaraq, yerli icra hakimiyyətinin öz istəyi ilə və onun bildiyi insanın həmin yerə təyinatıdır. Sabah, Ziyafət müəllim, bu məsələdə məhkəmə predmetləri çox olacaq, yəni kim zəmanət verəcək, kim təminat verəcək ki, həmin şəxs kənd təsərrüfatı torpağını eyni şəkildə, müqaviləni öz imzası ilə təsdiq edərək bir neçə insana verməyəcək. Bu, məsələnin bir tərəfi. 
Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, “Notariat haqqında” Qanunda biz imkanlar yaratmışdıq, yəni şəxsi fərdi notarius da var, bu məsələni Siz bilirsiniz. İstənilən halda notarius özü maraqlıdır ki, müqavilələrin sayı çox olsun. Yəni o müqavilədən həm dövlət büdcəsinə,  eyni zamanda, digər istiqamətlərə də həmin maliyyə xərclənir. Burada məni notariusun tərəfində olduğum kimi  qəbul eləməyin. Sadəcə olaraq, bu halda notarius daha ciddi qurum olaraq, Ədliyyə Nazirliyinin nəzarətində olan bir qurum olaraq  özü də maraqlı olmalıdır ki,  ucqar kənd yerlərində bu sistem qurulsun. Bu gün ölkəmizdə islahatlar gedir, biz ən ucqar yerlərə yol çəkirik, qaz çəkirik, su çəkirik. Bu baxımdan notariusun həmin icra nümayəndəsinin ya binasında, ya da icra hakimiyyətinin mərkəzində ayda bir dəfə, iki ayda bir dəfə, həftədə bir dəfə bunu etməsində nə problem var ki, axı, bu torpaq məsələsidir. Bunlar sabah məhkəmə predmeti olandan sonra kim buna cavab verəcək? 
Bu gün o, icra nümayəndəsi təyin olunub, sabah o icra nümayəndəsi yoxdur. Özü də bizdə indiki təcrübə göstərir ki, icra nümayəndəsinin təyin olunması və çıxarılması üçün heç xüsusi prosedura ehtiyac olmur. Eyni zamanda, əgər biz buna gediriksə, burada digər hallar göstərilib. Birinci, ikinci, üçüncü, dördüncü, yəni miras əmlakı, vəsiyyətnamələr, Siz dediyiniz o kəbin məsələləri, burada, təbii ki, məntiqli ola bilər. Amma altıncı məsələ tamamilə bu məsələlərdən fərqlənən bir məsələdir, burada insanların torpaq məsələsindən söhbət gedir. Eyni zamanda, əgər biz istəyiriksə ki, bu gün bu sistem işləsin, cənab Prezident tərəfindən “ASAN Xidmət”lər yaradılıb. Burada heç bir problem yoxdur. Bu səlahiyyəti “ASAN Xidmət”ə vermək olar, onların səyyar məntəqələri, xüsusi avtobusları var. Necə ki bu gün həmin kəndlərə gedib özəlləşmə proseslərini aparırlar, gedərlər, ayda bir dəfə bu sənədləri imzalatdırıb gələrlər. Ona görə mən düşünürəm ki, həmin o məsələlərə  yenə qayıdıla bilər və çox xahiş edirəm ki, buna diqqətlə baxaq. Çünki burada artıq xüsusi mülkiyyət məsələsi var. Kənd təsərrüfatının torpaq məsələsi var. Məsuliyyət məsələsi var. Yəni dövlət mütləq şəkildə o məsuliyyəti orada hiss etdirməlidir. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Fuad müəllim, haradan seçilmisiniz? Hansı dairədən seçilmisiniz?
F.Muradov. Milli Məclisin saytında var, Siz də, yəqin, bilirsiniz.
Sədrlik edən. Milli Məclisin saytında var, lap yaxşı. Demək istəmirsiniz. Siz əgər Lerikdən və ya Yardımlının dağ kəndindən seçilsəydiniz, belə danışmazdınız. Problem var ki, bu məsələ qoyulub. Olmasa, qoyulmaz axı. Siz, ümumiyyətlə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə danışmazdınız. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

 

 

Səsvermənin nəticələri (saat 15.55 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. Burada, Əli müəllim, iki məsələ idi? Biz 21-ci məsələni səsə qoyuruq? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 28-ci məsələyə, xahiş edirəm, münasibət bildirək. 

 

 

Səsvermənin nəticələri (saat 15.56 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti iclas haqqında sizə məlumat verəcəklər. Sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi