2016-ci il 17 may tarixli iclasın stenoqramı

 

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

 

PROTOKOLU № 18

 

Milli Məclisin iclas salonu.
17 may 2016-cı il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

 

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 100
Yetərsay 83

 

İclasa dəvət olunmuşlar:

 

Telman Məmmədhəsənov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru.
Kamran İmanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri.
Ceyhun Bayramov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.
Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademik.
Fəxrəddin Qədirov, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik.
Vəli Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini.
Miryaqub Seyidov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin direktoru.
Mətin Eynullayev, Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri.
Xəqani Rzayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  şöbə müdiri.
Əminağa Sadıqov, AMEA Rəyasət Heyətinin Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru.
Vüqar Babayev, AMEA-nın İnnovasiya şöbəsinin  rəisi.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin tərkibində dəyişikliklər edilməsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tar-ixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələ-diyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr  tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miq-rasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişik-liklər edilməsi barədə Azərbaycan Respublikası qanu-nunun layihəsi haqqında.
12. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Miqrasiya Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Narkotik vasitələrin, psixotrop maddələrin və on-ların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mən-sub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların  siyahısı  haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. “Dövlət rüsumu haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. Elm haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə (ikinci oxunuş).

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

 

Çıxış etmişdir:  Oqtay Əsədov
Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

1. Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin tərkibində dəyişikliklər edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

2. “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

3. “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

 

4. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Tahir Kərimli, Siyavuş Novruzov, Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.28 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

5. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əhliman Əmiraslanov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

 

6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

7. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.33 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

 

8. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

 

9. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

10. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr  tarixli  930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsas-namə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

11. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

12. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

13. Azərbaycan Respublikasının Miqrasiya Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

14. Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov, Elmira Axundova

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

 

15. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Çingiz Qənizadə

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

17. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

 

18. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
 
19. Azərbaycan Respublikasının Cinayət Məcəlləsin-də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Tahir Mirkişili

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

20. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

 

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

22. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

23. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı-ları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Vahid Əhmədov, Araz Əlizadə

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

 

25. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Vahid Əhmədov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

27. Elm haqqında Azərbaycan Respublikası qanunu-nun layihəsi  barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, İsa Həbibbəyli, Zahid Oruc, Fazil Mustafa, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Elmira Axundova, Vahid Əhmədov, Əli Məsimli, Qənirə Paşayeva, Valeh Ələsgərov, Siyavuş Novruzov, Bahar Muradova, Eldar İbrahimov, Aytən Mustafayeva, Tahir Kərimli, Aydın Mirzəzadə, Fəzail Ağamalı, Hikmət Məmmədov, Elman Nəsirov, Astan Şahverdiyev, Fəzail İbrahimli, Şəmsəddin Hacıyev, Fuad Muradov, Əhliman Əmiraslanov, Rəşad Mahmudov

 

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

 

 


Təklif: Layihənin adı, preambulası, 1–31-ci  maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.36 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

 

 

Təklif: 32–41-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.37 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

 

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.37 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

 


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 


MİLLİ MƏCLİSİN İCLASI

 

17 may 2016-cı il. Saat 12.

 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri 
O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

 

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 100
Yetərsay 83

 

 

Yetərsay var, iclasa başlaya bilərik. 
Xahiş edirəm, gündəliyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

 

Gündəlik təsdiq edildi, sağ olun. 
Gündəlikdə 27 məsələ var. Hesab edirəm ki, işimiz çoxdur. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Yoxdur. Bir nəfərdir, o da çıxış edən zaman fikirlərini deyə bilər. 
Gündəliyin 1-ci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin komitələrinin tərkibində dəyişikliklər edilməsi haqqındadır. Gündəlik sizdə var. Sona Sakit qızı Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsindən İnsan hüquqları komitəsinə keçir. Etiraz edən yoxdur ki? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qəbul edildi. 
Gündəliyin 2-ci məsələsi “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətən-daşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsidir.  Buyursun Səməd Seyidov. 
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Parlamentimizdə bu cür qanun layihələri tez-tez müzakirə olunur. Bu da ona dəlalət edir ki, Azərbaycanın beynəlxalq əlaqələri hər gün öz coğrafiyasını genişləndirir. 
Biz əslində, Qətər Dövləti Hökuməti ilə diplomatik və xüsusi pasportlarla bağlı belə bir sazişi imzalamışıq, təsdiq etmişik. Bu dəyişiklik çox zəruridir. Ona görə ki, xüsusi pasportlarla yanaşı, diplomatik və xidməti pasportlarla maneəsiz həmin dövlətə vizasız getmək mümkün olacaqdır. 
Deməliyəm ki, Beynəlxalq münasibətlər və parlament-lərarası əlaqələr komitəsində bu kimi sazişlər müzakirə olunaraq, belə deyək, onların xəritəsi təşkil olunmuşdur. Yəni həm Avropaya, həm Asiyaya, həm də başqa qitələrdə yerləşən ölkələrə diplomatik və xidməti pasportlarla sərbəst gedişlə bağlı millət vəkilləri bizə və hörmətli Səfa müəllimə müraciət edə bilərlər. Bizdə belə bir xəritə var və onlar öz işçi səfərlərini təşkil etmək üçün əvvəlcədən vizanın tələb olunması və ya olunmaması məsələsini aydınlaşdıra bilərlər. Təbii ki, biz belə bir sənədin qəbul olunmasına tərəfdarıq və millət vəkillərindən müsbət münasibət bildirmələrini xahiş edirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Səməd Seyidov. 
S.Seyidov. Çox sağ olun, hörmətli Oqtay müəllim. Biz bir dövlət olaraq bütün beynəlxalq təşkilatlarla əlaqə-lərimizi genişləndiririk. Azərbaycanın beynəlxalq münasibətləri bu gün müxtəlif ölkələr üçün nümunə ola bilər. Bu münasibətlər hər bir ölkədə, hər bir beynəlxalq təşkilatda Azərbaycanın maraqlarını ən yüksək səviyyədə təmsil etməkdir. Biz hər hansı bir əməkdaşlıqdan heç vaxt imtina etməmişik, əksinə, hər bir əməkdaşlığı qəbul etmişik. Bu isə Azərbaycanın maraqları çərçivəsində həyata keçirilir. 
2001-ci ildən beynəlxalq təşkilat kimi təsdiq olunan, Çin-Rusiya-Qazaxıstan-Tacikistan-Qırğızıstan-Özbəkistan kimi ölkələri əhatə edən bu təşkilatda Azərbaycan da öz maraqlarını təmsil və təqdim etmək niyyətində olmuşdur.  Mən vaxtınızı almaq fikrində deyiləm, bu sənədi diqqətlə oxusanız, görərsiniz ki, ticari əlaqələr, Azərbaycanın maraqlarını əks etdirən bütün müddəalar memorandumda öz əksini tapmışdır. 
Biz bütün müddəaları komitəmizdə ciddi şəkildə müzakirə etmişik. Mən bunların hamısını təzədən oxuyub sizə təqdim etmək fikrində deyiləm. Hesab edirəm ki, bu təşkilatda dialoq üçün tərəfdaş statusuna malik olmaq bu gün Azərbaycanın maraqlarına uyğundur. Bir də təkrar edirəm, söhbət dialoq üzrə tərəfdaşlıq statusundan gedir. Əminəm ki, Azərbaycanın bu istiqamətdə atdığı addım həm ticari, həm mədəni, həm də başqa maraqları təmin etmək üçün çox zəruridir. Ona görə ki, bu təşkilatın içərisində bu gün elə güclər formalaşır ki, onlarla əlaqələri yüksək səviyyədə təşkil etmək zəruridir. 
Nəhayət, onu da deyim ki, Azərbaycan öz tarixi boyu körpü rolunu oynamış, əlaqələndirici bir statusa malik olmuşdur. Belə bir statusa malik olan Azərbaycan bu gün Avropanın maraqlarını Asiyada, Asiyanın maraqlarını isə Avropada təqdim və təmsil etməyə qadirdir. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, millət vəkilləri memorandumun dəstəklənməsinə səs verəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çox vacib bir memoran-dumdur. Xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
Gündəliyin 5–13-cü məsələləri “İnzibati icraat haq-qında” Qanuna edilən dəyişikliklə bağlıdır, bir çox qa-nunun ona uyğunlaşdırılmasıdır. 
Üzr istəyirəm, 4-cü məsələ var, o, “Azərbaycan Res-publikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Höku-məti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikası ilə ABŞ Hökuməti arasında iqtisadi əlaqələr bütün istiqamətlərdə inkişaf edir. Son illərdə bu istiqamətdə aparılan tədbirlər ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da təkmilləşməsinə xidmət edir. 
Saziş 2016-cı ilin aprel ayında Bakıda imzalanmışdır. Bu sazişin məqsədi hər iki ölkə arasında hava nəqliyyatı imkanlarını daha da reallaşdırmaq, beynəlxalq aviasiya təhlükəsizliyini təmin etmək, minimal hökumətin minimal müdaxiləsi və tənzimləməsi ilə bazarda aviasiya şirkətləri arasında sağlam rəqabət yaratmaqdır. Bu sazişin maddələri digər sazişlərlə eyni xarakter daşıyır. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli sədarət, hörmətli deputatlar! Komitə sədrlərinə də təşək-kür edirəm. Bu qanunun digər analoji qanunlardan fərqi var, ona görə də deputatlıq vəzifəsi qarşısında məsuliyyət məni məcbur edir ki, bununla bağlı bir sıra mülahizələrimi deyim. 
Sazişin 4-cü maddəsində göstərilir ki, həmin aviasiya şirkəti 1(4) maddəyə uyğun olaraq digər tərəfin aviasiya şirkəti olmadıqda. Bu nə maddədir bura düşüb? Bu nə deməkdir? Mən bir məsələni deyim. Çin də böyük dünya dövlətidir. Biz onunla belə analoji saziş imzalamışıq və bir neçə ay əvvəl təsdiq eləmişik. Hər iki sazişdə “səlahiyyətlərin ləğv edilməsi” məsələsi 4-cü maddədir. Deyək ki, Çin ilə sazişdə və digərlərində bu məsələ yoxdur. 
Ən dəhşətli maddə isə 6-cı maddədir. Başqa analoji sazişlərdən, o cümlədən Çin ilə olan sazişdən fərqli olaraq, – Çini ona görə deyirəm ki, həm Amerika kimi böyük dövlətdir, həm də bir neçə ay əvvəl özümüz təsdiq eləmişik, – bura “təhlükəsizlik” maddəsi əlavə olunub. Halbuki hər ikisində “Aviasiya təhlükəsizliyi” maddəsi var. Burada yazılıb ki, hər bir tərəf bu sazişdə nəzərdə tutulan hava daşımalarının yerinə yetirilməsi məqsədi ilə digər tərəfin verdiyi və ya etibarlı hesab etdiyi və qüvvədə olan uçuşa yararlılıq sertifikatını, səlahiyyətlilik sertifikatlarını, habelə lisenziyalarını etibarlı hesab edəcəkdir, bir şərtlə ki, belə sertifikatlar və lisenziyalar üzrə tələblər  ən azı konvensiyaya əsasən müəyyən edilə biləcək minimal standartlara uyğun olsun. Arxasına baxın: “Buna baxmayaraq, hər bir tərəf öz ərazisi üzərindən uçub geçmək məqsədi ilə digər tərəfin öz vətəndaşları üçün verdiyi səlahiyyətlilik sertifikatlarını və lisenziyaları tanımaqdan imtina edə bilər”.
Əvvəla, digər analoji sazişlərdə belə şey yoxdur. İkin-cisi, necə ola bilir, deyəsən ki, bir adam yaxşıdır, amma deyirəm ki, pisdir? Necə ola bilir ki, sertifikatlar, lisen-ziyalar konvensiyaya uyğun olaraq tanınır, ancaq bir tərəf digər tərəfin lisenziyalarını, sertifikatlarını tanımaqdan imtina edir? Bizi də inandırmaq olmaz ki, bu, eyni dərəcədə Azərbaycana da aiddir, Amerikaya da. Məcmu daxili məhsulu 20 trilyon dollar olan bir ölkəni Azərbaycanla müqayisə eləsək, bilərik ki, bu elə deyil. Hətta hər ikisinə aid olsa belə, bir hüquqi norma kimi bu, düzgün deyil. Yəni biz təsdiqedici bir norma olan 6-cı maddəyə qadağanedici, məhdudlaşdırıcı bir norma əlavə edirik. 
Mən 14-cü maddənin “b” bəndinə diqqəti cəlb eləmək istərdim: “Əgər hər hansı bir tərəf hakim təyin edə bilməzsə və ya bu bəndin “a” yarımbəndinə əsasən üçüncü hakim təyin olunmazsa, hər bir tərəf Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının sədrindən 30 gün müddətində lazım olan hakimi və ya hakimləri təyin etməyi xahiş edə bilər. Əgər şuranın sədri bu tərəflərdən birinin ölkəsinin vətəndaşıdırsa, bu əsasla təyinatı həyata keçirmək hüququndan məhrum edilməyən ən yüksək rütbəli vitse-prezident təyinatı yerinə yetirəcəkdir”. Birincisi, elə 8-ci maddədə də sədrdən söhbət gedir. Əgər bu sədrdirsə, kollegial orqanın rəhbəridir. Əgər söhbət Prezidentdən gedirsə, bu seçkilik ola bilər, amma icraedici funksiyaları daşıyır. 
Təsəvvür edin, 8-ci bənddə yazılır ki, Beynəlxalq Mül-ki Aviasiya Təşkilatı Şurası sədrinin bu maddənin 2-ci bəndində göstərilən prosedurla əlaqədar çəkdiyi hər hansı xərc arbitraj məhkəməsinin xərclərinin tərkib hissəsi hesab olunacaqdır. Biz burada qeyd edirik ki, əgər şuranın sədri bu tərəflərdən birinin ölkəsinin vətəndaşıdırsa, bu əsasla təyinatı həyata keçirmək hüququndan məhrum edilməyən ən yüksək rütbəli vitse-prezident təyinatı yerinə yetirəcəkdir. Yaxşı, əgər bunu sədr deyil, vitse-prezident təyin eləsə, nə üçün sədrin xərci olur? Ümumiyyətlə, “sədrin xərci” və ya “vitse- prezidentin xərci” nə deməkdir? Yəqin ki, “Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının xərci” yazılmalıdır.
Mən yenə deyirəm, misal üçün, Çinlə bağlı sazişdə bu məsələlər diplomatik yolla, qarşılıqlı anlaşma ilə həll olunur. Bu məsələ maddələrdə oturub. Mən onu idealizə eləmək istəmirəm. Açığını deyim, onda da çıxış eləmək istəyirdim, amma kimisə narahat eləmək, çox danışmaq fikrindən uzağam. Misal üçün, Çində bağlı protokolun 3-cü maddəsi məni narahat edirdi. Deyək ki, Tayvana, Honkonqa bizim uçuşlar qadağan olunub. Amma  burada diskriminasiya yox idi. Ona görə ki, Çin dövlətinin özünün məhdudiyyətləri var idi. Misal üçün, Azərbaycan tərəfinin Tayvanı Çinin daxili hissəsi hesab etməsinə baxmayaraq, Tayvan müstəqildir və digərlərinin də xüsusi statusu var. Orada diskriminasiya yoxdur. Amma burada başdan aşağı diskriminasiya var. Mən xahiş edirəm ki, əgər mümkündürsə, sazişin 4-cü və 6-cı maddələrində, 14-cü maddənin 2-ci bəndinin “b” yarımbəndində, 8-ci bəndində ya düzəlişlər edilsin, ya da layihə bunlarsız qəbul olunsun. Mən inanıram ki, cənab Prezidentə birtərəfli məruzə ediblər. Burada bir-birinə ziddiyyət təşkil eləyən məsələlər var. Misal üçün, 8-ci bənddə “sədrin xərcləri”nin düzəlişlərə ehtiyacı varsa, biz nə üçün bunu təsdiq eləməliyik? Ya bütövlükdə bu sazişdən imtina olunmalıdır, ya da onu ziddiyyət təşkil edən hissələrsiz qəbul etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hesab edirəm ki, bu sazişə qoşulmaq hər iki ölkənin iradəsindən irəli gələn bir məsələdir. Burada sırf siyasi iradədən söhbət gedir. Birinci, biz hava nəqliyyatı ilə əlaqədar birtərəfli qaydada buna icazə vermişik. Yada salaq, 2001-ci ildə terror hadisələri baş verəndə Azərbaycan antiterror koalisiyasına qoşulduqdan sonra Amerika Birləşmiş Ştatlarının hərbi və digər aviasiyası Azərbaycan ərazisindən keçməklə müəyyən yüklərin, əsgərlərin daşınması prosesini yerinə yetirmişdir. İndi belə bir sazişin bağlanması həm bizim üçün, həm də Amerika Birləşmiş Ştatları üçün çox əhəmiyyətlidir. 
Hörmətli Tahir müəllim bir neçə məsələyə toxundu. Bu, beynəlxalq sazişdir, beynəlxalq müqavilədir. Bu, hər hansı bir qanun layihəsi və yaxud da hər hansı bir düzəliş, əlavə deyil. Bu, ölçülüb-biçilmiş şəkildə təqdim olunmuş bir layihədir və biz də bunu təsdiq etməliyik. Hər bir sazişə birtərəfli qaydada etiraz etmək və ya hər hansı bir şərt qoymaq olar. Bu, iki dövlət arasında olan sazişdir. Hesab edirəm ki, burada ya bizim tərəfimizdən, ya da Amerika Birləşmiş Ştatları tərəfindən hər  hansı bir məsələyə şərt qoyulursa, təbii ki, bu nəzərə alınmalıdır. Tutaq ki, hava nəqliyyatında iki nəfər terrorçu gedir. Bu, dərhal başa düşür, deyir ki, mən indiki halda öz ərazimdən keçməyə imkan vermirəm. Müqavilədə öz əksini tapıb ki, buna birtərəfli qaydada qadağa qoyula və imkan verilməyə bilər. 
Biz bir sıra beynəlxalq sazişlərdə Ermənistanla əlaqədar bəzi maddələrə ya qoşulmuruq, ya da şərt qoyuruq ki, bu məsələlər yerinə yetirilməsə, bu müqavilədə iştirak etməyəcəyik. İndi Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoqa qoşuluruq, ümumi proseslərin hamısına qoşulmuruq. Orada da istənilən anda müxtəlif məsələlərə birtərəfli qaydada öz münasibətimizi bildirməliyik. 
Hesab edirəm ki, Amerika ilə əlaqədar Ziyad müəllim çox düzgün dedi. Bizim istər siyasi-iqtisadi əlaqələrimiz, istərsə də strateji müttəfiqliyimiz bundan sonra da davam etməlidir. Biz əlaqələrimizi daha da genişləndirməliyik. Bu, atılan ilk addımdır və hesab edirəm ki, bu ölkə ilə digər sahələrdə də müxtəlif müqavilələr, sazişlər imzala-malıyıq. Mən deputat həmkarlarımı bu sazişin təsdiq olunmasına səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən çıxış eləmək istəmirəm, Səməd müəllim izahatda yazıb. Ziyafət müəllim də söz istədi, buyursun. Bu, beynəlxalq sazişdir. 
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Burada Tahir müəllim bir neçə maddə ilə əlaqədar fikrini bildirdi. Əslində, bu maddələrin toxunduğu məsələlərin əksəriyyəti təhlükəsizlik problemi ilə bağlıdır. Xüsusilə mən 6-cı maddəyə diqqəti cəlb eləmək istəyirəm. 
Tahir müəllim, 6-cı maddənin axırıncı cümləsində söh-bət nədən gedir? Buna hüquqda istinadedici norma deyir-lər. Yəni bəli, biz bu sahədə konvensiyanın tələblərini qəbul edirik. Amma axırıncı cümlə sertifikat və səlahiyyət verilən şəxsin şəxsiyyəti ilə bağlı məsələdir. Ola bilsin, biz elə bir şəxsə, elə bir insana sertifikat, yaxud lisenziya verə bilərik ki, sonradan onun hansısa terrorçu təşkilatın üzvü olduğu məlum olar. Belə hallardan qaçmaq üçündür. Müqavilə bizim əl-qolumuzu bağlamır, əksinə, əl-qolumuzu açır. Belə hallar ya Amerika Birləşmiş Ştatları tərəfində, ya da Azərbaycan tərəfində olduqda siz ondan imtina edə bilərsiniz. Məq-səd budur, burada başqa bir şey yoxdur. Təşəkkür edirəm. 
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.28 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
5–13-cü məsələlər haqqında sizə dedim. 5-ci məsələ “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Təklif edilən dəyişiklik “Sanitariya-epi-demioloji salamatlıq haqqında” Qanunun 36-cı maddəsinə aiddir. Bu qanunun 36-cı maddəsinin dördüncü hissəsi aşağıdakı variantda təklif olunur: “Şikayət verildiyi hallarda barəsində şikayət olunan hərəkətin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir”. Bu dəyişiklik “İnzibati icraat haqqında” Qanuna edilmiş dəyişikliyə uyğunlaşdırma məqsədi daşıyır.  Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

 

 

Çox sağ olun, qəbul edildi. 
Növbəti məsələ “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.  
Hörmətli Oqtay müəllim, 6–13-cü məsələlər eyni ilə hörmətli Əhliman müəllimin məruzə etdiyi dəyişikliklə bağlıdır. İcazə verin, qısaca mahiyyətini deyim. 
2014-cü ildə “İnzibati icraat haqqında” Qanuna dəyi-şikliklər edildi. Qanunun 5-ci maddəsində belə bir dəyiş-iklik olmuşdu: “Şikayət verildiyi hallarda barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir”. Bu dəyişikliyin mahiyyəti müraciətə dərhal baxılması ilə bağlıdır.

 

 

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin 
birinci müavini Z.Əsgərov sədrlik edir

 

 

“İnzibati icraat haqqında” Qanunda qəbul olunmuş və artıq qüvvədə olan bu müddəa Cəzaların İcrası Mə-cəlləsində, “Prokurorluq orqanlarında qulluqkeçmə haq-qında” Qanunda, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunda, “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”də, “Həbs yerlərində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda və Miqrasiya Məcəlləsində eynilə öz əksini tapmış olur. Çünki bunlar inzibati məsələlərdir, dövlət orqanlarında vətəndaş və dövlət məmuru münasibətlərini tənzimləyir və sadaladığım qanunlarda olduğu kimi uyğunlaşdırılır. Ona görə, Ziyafət müəllim, hesab edirəm ki, bu məsələləri, sadəcə, səs verib qəbul etmək lazımdır. Digər həmkarlarımın da məruzə edəcəkləri məsələlər tamamilə eynidir. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Əli müəllim. Başqa çıxış eləmək istəyən yoxdur. Xahiş  edirəm, 6-cı məsələyə münasibət bildirək. 
 
Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Xahiş edirəm, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.33 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

 

 

Qəbul  edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun  tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasna-mə”də dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Xahiş edirəm, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi də bu qəbildən olan məsələlərdəndir. Bilirsiniz ki, biz “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda 2014-cü il 28 oktyabr tarixində dəyişikliklər eləmişik. Bu qanun layihəsi də o qanuna uyğunlaşdırmaq zərurətindən irəli gəlir. Ona görə xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

 

 

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Nəhayət, Azərbaycan Respublikasının Miqrasiya Mə-cəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsinə xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verəcək. Buyurun, Eldar müəllim. 
E.İbrahimov, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli de-putat həmkarlarım! Meşə Məcəlləsinin 79-cu maddəsində meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Bu maddənin ikinci bəndində qeyd olunur ki, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər. Təklif olunur ki, buradan “inzibati və” sözləri çıxarılsın. Bu dəyişiklik Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədilə edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbiri müəyyən edilmişdir. Ona görə xahiş  edirəm, qanun layihəsinə  səs verək. Sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Meşə Məcəlləsinin 79-cu maddəsinin ikinci hissəsində qeyd olunur ki, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər. Təklif edilən dəyişikliyə görə isə “inzibati” sözü bu bənddən çıxarılır. Bu da onunla izah olunur ki, Meşə Məcəlləsində dəyişiklik İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılma məqsədi daşıyır. 
İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə sırf cərimələr nəzərdə tutulur. Sözün düzü, bu əsaslandırma mənim üçün anlaşılan deyil, çünki qanunsuz əmələ görə hər halda cəza tədbiri olmalıdır, ardınca isə qanun pozuntusunu yaradan və ona səbəb olan hallar aradan qaldırılmalıdır. Bu baxımdan, meşə sahəsinin özbaşına tutulması qanun pozuntusudur və İnzibati Xətalar Məcəlləsinə görə cəzalandırılır. Həmin sahənin zəbtdən azad olunması isə Meşə Məcəlləsində qüvvədə olan bu maddənin tələbinə görə təmin olunurdu. 
Təklif olunan dəyişiklikdən isə belə çıxır ki, meşə fon-du sahələrini özbaşına zəbt edən şəxs inzibati qaydada cərimə olunacaq, lakin sonra həmin torpaqlar zəbtdən azad edilməyəcək. Bax bu məndə sual doğurur. Ona görə də mən “inzibati” sözünün məcəllədən çıxarılmasını məqsədəuyğun hesab etmirəm. Əgər yanılıramsa, xahiş edirəm, Eldar müəllim, məsələyə aydınlıq gətirəsiniz. Sağ olun. 
Sədrlik edən. Elmira xanım, icazə verin, məsələyə mən aydınlıq gətirim. Məsələ, üzr istəyirəm, Sizin başa düş-düyünüz kimi deyil. Bəli, əgər vətəndaş qanunsuz olaraq meşə torpağını tutubsa, o cərimə olunacaq. Cərimə olu-nandan sonra o yeri boşaltmırsa, artıq Cinayət Məcəlləsi işə düşəcək. Onda vətəndaşın ağlı başına gələcək. Başqa sual yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Hesablama Palatası haqqında” Azər-baycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. İqtisadi siyasət, sənaye və sahibkarlıq komi-təsinin sədri Ziyad Səmədzadə, buyurun. 
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, dəyişiklik texniki xarakter daşıyır. “Hesablama Palatası haqqında” Qanunda “iqtisadi siyasət” sözləri “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi” sözləri ilə əvəz edilir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi                          0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda də-yişikliklər edilməsi barədə Azərbaycan Respublikası qa-nununun layihəsi haqqındadır. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Təklif edilən dəyişiklik texniki xarakter daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci mad-dəsində mötərizədə olan “qeyri-yaşayış sahəsinin” sözləri “və ya qeyri-yaşayış sahəsinin” sözləri ilə əvəz edilir. Xahiş edirik ki, bu qanun layihəsinə də müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə. 
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən 17-ci maddə ilə bağlı gələn təklifi görəndə sevindim. Xatırlayırsınızsa, keçən il mən “Daşınmaz əmlakın dövlət reyestri haq-qında” Qanunun məhz bu maddəsi ilə bağlı məsələ qaldırmışdım. Bu məsələ nədən ibarət idi? O vaxt Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyinin təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini və hüquqşünası ilə bu qanunun işləməsi ilə bağlı bir neçə görüş keçirdik. Bu nə deməkdir? Yəni bu gün hər hansı bir MMC, MTK və sair yaşayış binasını və ya qeyri-yaşayış binasını inşa edirsə, onun tam şəkildə layihəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xid-mətində qeydiyyata aldırır. Sonra o binadan bir-bir satıl-mış mənzillər də həmin layihədə olan və qeydiyyata alınan sahədən çıxarılır və onun üzərinə işarə qoyulur ki, bu, yüklüdür. Yəni sahibkar artıq bir mənzili bir neçə adama sata bilmir. Ofisində oturur, gələndən pulu alır, möhür vurur və yüzlərlə adam məhkəmə çəkişməsindədir. Bütün bunların qarşısını almaq üçün yeganə variant 17-ci maddənin işləməsidir. 
İndi Ziyad müəllim qeyd elədi ki, bu, texniki xarakter daşıyır, əslində, qeyri-yaşayış sahələrinin də ipotekası və qeydiyyatı texniki xarakter deyil, çox böyük bir haldır. Yəni mülkiyyətin yaşayış və qeyri-yaşayış forması varsa və qanunda qeyri-yaşayışla bağlı boşluq doldurulursa, bu qanunu təklif eləyənlərə təşəkkür edirəm. Burada müəy-yən məsələ həll olunub. 
Bir daha qeyd edirəm ki, Əmlak Məsələləri Dövlət Ko-mitəsinin də mövqeyi belədir ki, bu cür qanunazidd hal-ların, bir mənzilin müxtəlif insanlara satılmasının qarşı-sının alınması üçün yeganə variant 17-ci maddənin tam işləməsidir. Ona görə xahiş edərdim ki, layihənin üzərində işləyən qanunvericilik subyekti bu məsələyə kompleks şəkildə yanaşsın. Orada xırda düzəlişlər etməklə bu mexanizmi işlətmək mümkündür və bununla da alıcılarımızın aldadılması hallarının qarşısını birdəfəlik almış olarıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir.  Komitə sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, 17 və 18-ci məsələlər eynilik təşkil edir, icazə versəydiniz, onları birgə məruzə edərdim. 
2015-ci ildə Cəzaların İcrası Məcəlləsinə dəyişiklik olunub. Həmin dəyişikliyin mahiyyətinə görə alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmurları nəzarət edir. Yəni artıq Cəzaların İcrası Məcəlləsinin qüvvədə olan normasına görə icra məmurlarının bir səlahiyyəti var və bu nəzarət funksiyasını onlar həyata keçirirlər. 
Məhz qanunvericiliyə uyğunlaşdırılma məqsədi ilə “İcra məmurları haqqında” Qanuna və “Narkotik vasi-tələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna  bu müddəa köçürülmüş olur və beləliklə, qanunlar uyğunlaşdırılır. Burada söhbət icra məmurlarının funksiyalarından və səlahiyyətindən gedir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdur? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Xahiş edirəm, 17-ci məsələyə – “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişiklik edilməsi barədə qanun layihəsinə mü-nasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. 18-ci məsələ də eyni ilə həmin dəyişiklikdir. Xahiş edirəm, “Narkotik vasitələrin, psixo-trop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda də-yişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

 

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti iki məsələ – 19 və 20-ci məsələlər cənab Prezidentin bir məktubu ilə daxil olub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə komitə sədri Əli Hüseynli məlumat verəcək. Buyurun, Əli müəllim. 
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Sizin söylədiyiniz kimi hər iki məsələ mahiyyətcə eynilik təşkil edir. Burada söhbət məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə qaydasından gedir. Cinayət Məcəlləsinin “Şəxsi həyatın toxunulmazlığını pozma” adlı 156-cı maddəsinin dispozisiyasına yeni müddəalar əlavə olunur. 
Hesab edirəm, bu, çox ciddi məsələdir və düzgün yanaşmadır. Belə ki, birinci, şəxsi həyatın toxunulmaz-lığının pozulması vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə həyata keçirilirsə, buna daha ağır cəza tətbiq olunmalıdır. İkincisi, bu əməl məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə edilməklə törədildikdə bu da ciddi cəzalandırılmalıdır. 156.2-ci maddədə təklif olunan  cəza da 3 ilədək müəyyən vəzifə tutmamaqdan başlayır və sonda iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Digər hallarda pilotsuz uçan aparatlardan istifadə etmək bir məsuliyyət yaratmır. Bunu xüsusi vurğulamaq istəyirəm. 
Belə bir əməl artıq cinayət məsuliyyəti yaratdığına görə həm də təklif olunur ki, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısına da bu məsafədən idarə edilən pilotsuz uçan aparatlar əlavə olunsun. Yəni faktiki olaraq o aparatlardan istifadə, onunla müdaxilə artıq məsuliyyət yaratdığına görə, təbii ki, 20-ci məsələdə təklif olunan qanunla artıq xüsusi icazə ilə dövriyyəsinə yolverilən əşyalar siyahısına əlavə olunur. Bu da məntiqlidir. Çox sağ olun, Ziyafət müəllim. 
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Fazil Mustafa. 
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Əslində, normal bir qanundur, şəxsi həyatın müdafiəsi baxımından normal bir dəyişiklikdir. Amma burada bizim üçün aydın olmayan nədir? Pilotsuz uçan aparatlar. Burada bunun açılışına, məncə, bir ehtiyac var. Sabah pilotlu uçan aparat hansı isə formada tətbiq olundu, yüngül konstruksiyalı təyyarələrdə yenə də şəxsi həyatın hansı isə bir epizodları videoya alındı, yaxud da başqa bir yol izləndi. Onda biz onu da daxil edəcəyik? 
Məncə, burada bütövlükdə məsafədən idarə edilən, yaxud da uçan aparatlar vasitəsi ilə şəxsi həyata mü-daxiləni birlikdə götürməyimiz daha məqsədəuyğundur. Çünki müxtəlif texnoloji vasitələr tətbiq oluna bilər. Biz ancaq pilotsuz uçaqlara konsentrasiya olunsaq, bu kifayət etməyəcək. Burada obyekt olaraq söhbət şəxsi həyatın toxunulmazlığından gedirsə, müxtəlif texnoloji vasitələrlə bunu etmək imkanı vardır. 
Bir də, hərbi təyinatlı pilotsuz uçaqlar da bura daxil-dirmi? Yəni bunu da araşdırmaq lazımdır. Başqa ölkənin pilotsuz uçaqları, yaxud da bizim ölkənin pilotsuz uçaqları bu məsələdə hansı statusa malikdirlər? Onlar bir yaşayış məntəqəsində, ya da başqa bir yerdə uçarkən şübhə doğurarsa, onlara qarşı da bunu tətbiq eləmək mümkündürmü? Yəni çox mürəkkəb məsələlər ortaya çıxa bilər. Hesab edirəm ki, burada əgər məsafədən idarə olunan mülki təyinatlı pilotsuz uçaqlardan söhbət gedirsə, bunun bir az dəqiq izahını vermək yerində olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Mirkişili. 
T.Mirkişili. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. İlk öncə, qeyd etmək istəyirəm ki, kifayət qədər maraqlı və müsbət dəyişiklikdir. Mən bütün həmkarlarımı buna səs verməyə çağırıram. Amma bunlarla yanaşı, bir neçə məsələni diqqətinizə çatdırmaq istəyərdim. 
Əvvəla, qeyd edim ki, bu gün pilotsuz uçan aparatlar o qədər inkişaf edib ki, həyatın bütün sahələrində artıq tətbiq olunurlar. Amma bu tətbiqlə yanaşı, pilotsuz uçan aparatın artıq texniki imkanları var ki, hətta bomba qaldıra bilsin. Ona silah bərkidib atəş açmaq mümkündür. Pilotsuz uçan aparatlarla uzaqdan hər hansı bir obyekti yandırmaq belə mümkündür. Yəni şəxsi həyata, əmlaka və digər məsələlərə pilotsuz uçan aparatlar vasitəsi ilə ciddi ziyan vurmaq mümkündür. Ona görə bu texnologiyanın inkişafı, tənzimlənməsi bu gün həddindən artıq diskussiya və mübahisə yaradan məsələlərdən biridir.
Mən bir kiçik araşdırma apardım. Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Avropanın bir çox ölkələrində artıq məhdudiyyətlər qoyulmuşdur. Misal üçün, çəkisi 250 qramdan yuxarı olan pilotsuz uçan aparatlar hökmən xüsusi qeydiyyat və icazə tələb edir. Böyük Britaniyada pilotsuz uçan aparatların hər hansı binaya və yaxud da avtomobilə 150 metrdən daha az yaxınlaşmaq ixtiyarı belə yoxdur. 
Bütün bunları nəzərə alaraq mən bir araşdırma apardım. Bizdə “Aviasiya haqqında” Qanun və Nazirlər Kabinetinin Azərbaycanın hava məkanından istifadə qaydaları var. Hər iki sənəddə pilotsuz uçan aparatlar ümumi şəkildə qeyd olunsa da, onların dəqiq təsviri mövcud deyildir. Mən təklif edərdim ki, ya bununla bağlı ayrıca bir qanun qəbul edilsin, ya da mövcud qanun layihələrinə düzəlişlər olunsun.
Bu düzəlişlərə də 3 istiqamətdə təklifim var idi. Birin-cisi, pilotsuz uçan aparatların dəqiq məfhumunu müəyyən etmək lazımdır ki, onların hansından söhbət gedir. Çəkisi, uçuş məsafəsi və yükqaldırma qabiliyyəti nəzərə alınmalıdır.
İkinci təklifim ondan ibarətdir ki, qanuna “xarici pilot” anlayışını gətirmək lazımdır, çünki pilotsuz uçan aparatların, əslində, hər birinin pilotu var. Bu pilot yerdə durur və yaxud da pultun arxasındadır. Belə ki, hər bir insan hüquqi cəhətdən, hesab edirəm, məsuliyyət daşımalıdır. 
Üçüncü, dünyanın bir çox ölkələrində artıq pilotsuz uçan aparatların pilotlarına məhdudiyyətlər qoyulur. Məsələn, 13 yaşından yuxarı ola bilər və yaxud ona dövlət tərəfindən hökmən sertifikat verilməlidir və sair. Hesab edirəm ki, bunları nəzərə almaqla pilotsuz uçan aparatların daha geniş tətbiqinin tənzimlənməsinə ehtiyac vardır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim, buyurun. 
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu məsələ niyə belə marağa səbəb olur? Ona görə ki, 5 il bundan əvvəl məsafədən idarə olunan pilotsuz uçan aparatlar başqa ölkələrdə mövcud idi, amma hələ Azər-baycana gəlməmişdi. Əlbəttə ki, alıcılar da bunu xarici ölkələrdən əldə edirdilər. Demək istəyirəm ki, bu məsələ indi aktuallaşıb. Hörmətli həmkarlarımın qeyd etdiyi kimi, bundan istifadə artıq bir sıra mübahisələrə, narahat-çılıqlara səbəb olduğuna görə qanunverici olaraq müdaxilə etmək məcburiyyətindəyik. Biz, təbii ki, ancaq mülki dövriyyənin iştirakçılarına mənsub olan aparatlardan danışdığımıza görə burada söhbət, ümumiyyətlə, hərbi məqsədlə istifadə olunan uçaq vasitələrindən getmir. Ona görə də biz məhz mülki dövriyyədə istifadə olunan qanuna istinad edirik. Yəni onu demək istəyirəm ki, hərblə bağlı olan məsələlər bu qanunvericiliklə  tənzimlənmir.
İkincisi, əgər şəxsi həyata bir müdaxilə varsa o zaman məsuliyyət yaranır. Biz bu məsələni araşdıranda, təbii ki, tənzimlənmə ilə bağlı çoxlu suallar meydana çıxırdı. Artıq burada o məsələyə toxundular, çünki müxtəlif vasitələr var, müxtəlif məqsədlərlə istifadə olunur. Hətta deyə bilərəm ki, çox vaxt, sadəcə, əyləncə məqsədi ilə istifadə olunur. Bundan çox zaman uşaqlar da istifadə edə bilirlər. Qeyd etdiyim kimi, şəxsi həyatın toxunulmazlığına müdaxilə yoxdursa, heç bir məsuliyyət yaranmır. Deməli, bundan sonra onu əldə etməkdən ötrü xüsusi icazəyə ehtiyac var. Deyək ki, əldə olundu, istifadə olunur, amma şəxsi həyata müdaxilə etmək olmaz. Belə hal olarsa, məsuliyyətə səbəb olacaq. 
Ziyafət müəllim, digər məsələləri tənzimləməkdən ötrü araşdırdıq və artıq burada səsləndiyi kimi, məlum oldu ki, Nazirlər Kabinetinin xüsusi bir qərarı var. Bu, hava məkanından istifadə qaydalarıdır. Bu qanunun qüvvəyə minməsi ilə bağlı cənab Prezidentin müvafiq fərmanı olanda həmin qaydalarda bu məhdudiyyətlər əksini tapacaq. Yəni uçaq vasitələrinin çəkisi, həcmi, bəzi normalar mütləq o qaydalarda əksini tapmalıdır. Amma bu məsələni tənzimləməkdən ötrü xüsusi qanuna ehtiyac olduğunu düşünmürəm. Məncə, bu, o qədər də geniş bir predmetə malik deyil ki, ona görə xüsusi qanun qəbul edək, çünki aviasiya ilə bağlı qanunvericiliyimiz var. Nazirlər Kabinetinin qərarında bu məsələlər öz əksini tapacaqdır. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Əli müəllim. Başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, 19-cu məsələyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Xahiş edirəm, “Mülki dövriyyənin müəyyən iştirakçı-larına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

 

 

Səsvermənin nəticələri (saat 13.01 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyu-run.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin əsaslandırılması çox geniş şəkildə, yazılı surətdə sizə təqdim olunmuşdur. Onun hansı beynəlxalq öhdəliklərimizdən irəli gəldiyini təkrarlamaq istəmirəm, amma qısaca demək istəyirəm ki, çox mütərəqqi bir dəyişiklikdir. Bu, həm ailə öhdəlik-lərinin yerinə yetirilməsi üçün vacibdir, həm də ailədə uşaqlara daha yaxşı qulluq etmək məqsədi daşıyır. 
Dəyişiklik Əmək Məcəlləsinin “Qısaldılmış iş vaxtı” adlı 91-ci maddəsinə təklif olunur. Yəni hansı hallarda qısaldılmış iş vaxtı ola bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində müxtəlif kateqoriya insanlar üçün fərqlidir. Əlavə ondan ibarətdir ki, hamilə və yaşyarıma-dək uşağı olan qadınlar və üstəgəl 3 yaşınadək uşağı böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı bundan sonra 36 saatdan artıq olmamalıdır. Əlavənin mahiyyəti bundan ibarətdir. Bir daha vurğulayıram ki, əlbəttə ki, ailə münasibətləri və uşaqlara daha yaxşı qulluq etmək baxımından bu, əhəmiyyətli bir dəyişiklikdir. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Fazil Mustafa, buyurun.
F.Mustafa. Ziyafət müəllim, mən 3 yaşınadək uşağı təkbaşına böyüdən valideynlərin məsələsini gündəmə gətirmək istəyirəm. Burada 3 yaş ilə 5 yaşın, məncə, ciddi bir fərqi yoxdur. Elə olur ki, valideyn uşağı bağçaya qoya bilmir. Himayəsiz də uşaqdır. 4 yaşı, ya 5 yaşı olsun, ona mütləq qayğı lazımdır. Məncə, yaxşı olar ki, o ailələrin vəziyyətini nəzərə alaraq bunun məktəbəqədərki dövrə, yəni o yaşa çatmamış uşaqların hamısına şamil edilməsi vacibdir. Çünki xeyli adam var ki, yaşayış yeri bağçadan uzaqda yerləşir, bağça təminatı da kifayət qədər yetərli səviyyədə deyil. Məsələn, bağça yaşayış yerindən 1 kilometr uzaqdadır. Kasıb adamdır, uşağı ancaq avtobusla ora aparmaq imkanı var. Onu da həyata keçirmək mümkün deyil, çünki bir neçə uşağı var. Bu insanlar çox böyük çətinliklərlə qarşılaşırlar. Deyək ki, tək qadındır, bunu necə saxlamalıdır? Ona görə də biz burada 3 yaşı artırmalıyıq. 
Burada deputat həmkarım Rəfael müəllim də mənə çox yerində bir məsələni xatırlatdı. Məsələn, 8 yaşınadək uşağı olan şəxslərin cinayət məsuliyyəti ilə bağlı məsələ müzakirə olunanda onu təxirə salırlar. Uşağa görə valideynin məhkumluğu məsələsində təxirəsalma variantı var. Eyni qaydada biz bunu güzəştli bir variant olaraq daha böyük kateqoriya uşaqlara tətbiq etsək, məncə, ədalətli bir addım atmış olarıq. Bizdə məktəbəqədər yaş 6 götürülür. Burada söhbət 5 saat artıq iş vaxtından, yəni 36 saat qısaldılmış iş vaxtından gedir. Bu, ölkəyə böyük bir ziyan vurmur. Sadəcə, insanların vəziyyətini yüngülləşdirmək baxımından bu faydalı olar. Hər halda qanunvericilik təşəbbüsü subyekti bu məsələyə bir də baxsa, məntiqli qərar qəbul etmək olar. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, mən bir neçə kəlmə demək istəyirəm. Fazil müəllim, bu gün hələlik imkanımız buna çatır. İndi 3 yaş-dan 5 yaşa qədəri də hesablamaq lazımdır. Siz dediniz ki, o qədər xərc tələb etmir, amma hər halda bunu hesabla-maq lazımdır. Əgər gələcəkdə imkanımız olsa, bunu mü-zakirə etmək olar. Hələlik bu gün imkanımız buna çatır.
Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Əli Hüseynli, buyurun. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, gündəliyin 22 və 23-cü məsələləri eynilik təşkil edir. Birində dediyiniz siyahılardır, digərində qanunla təsdiq edilmiş və istehlak miqdarı ilə bağlı siyahılardır. 
Hörmətli həmkarlar, sizə də əsaslandırma təqdim olunub, biz bu məsələni komitədə geniş müzakirə etdik. Məsələ bundadır ki, müasir dövrdə bir çox ölkələrdə “spays” və “bonzai” kimi tanınan, – bu, onların ümumi istifadə adıdır, elmi adı deyil, – bir sıra yeni narkotik vasitələr yayılıb. Bu yeni narkotik vasitələrin ölkəmizə gətirilməsi cəhdləri də olur.  Bu cür halların qarşısını almaq məqsədi ilə  yeni siyahı tərtib olunub. Təbii ki, bu daha çox mütəxəssis rəyi tələb edən bir siyahıdır. Biz  ona görə də komitənin iclasına müvafiq qurumun rəhbərini  dəvət etmişdik, o, bu gün Milli Məclisin iclasında da iştirak edir. Yəni birinci layihədə əsas etibarı ilə siyahı dəqiqləşdirilib və ora yeniləri əlavə olunub. 
23-cü məsələdə isə “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün  kifayət edən narkotik vasitələrin və psixo-trop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik olunub. Artıq elə narkotik vasitələr var ki, onlar çox cüzi miqdarda belə təsir edirlər.  Ona görə də bu siyahı dəqiqləşdirilib və siyahıya  21-30-cu yeni maddələr əlavə olunub. Bunlar indiyə qədər yox idi. Onların çəkisi və miqdarı da əlavə olunub. Gördüyünüz kimi, çox cüzi miqdarda olan bu cür narkotik və psixotrop maddələrdən istifadə məsuliyyət yarada bilər. 
Hesab edirəm ki, ölkəmizin coğrafi mövqeyindən bəzən mütəşəkkil cinayətkarlığın və narkotik vasitələrin yayılması üçün istifadə etmək cəhdləri olur. Onu da qeyd etməliyəm ki, həm polis orqanları, həm  də sərhədçilər bu cür halların qarşısını almaq üçün çox ciddi fəaliyyət göstərirlər. Qanunvericilikdə zaman-zaman bu cür yeni yaranan narkotik vasitələrlə bağlı dəyişiklik etmək bütövlükdə ölkəmizdə narkomaniyaya qarşı mübarizənin ayrılmaz tərkib hissəsidir. Əminəm ki, millət vəkilləri bu yeni siyahıları dəstəkləyəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış etmək istəyən varmı? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Yoxdur. Xahiş edirəm, 22-ci məsələyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Xahiş edirəm, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miq-darına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirək. Əli müəllim artıq bunu da məruzə etdi.

 

 

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, İnzi-bati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər əhəmiyyətlidir. Belə ki,  iqtisadi sahədə əqdlər bağlanar-kən, təəssüf olsun ki, bir sıra hallarda onlar hüquqi şəxs-lərə aidiyyəti olan şəxslər tərəfindən həyata keçirilir. Əslində, bu, ciddi  şəkildə maraqların toqquşması deməkdir. 
Ona görə təklif olunur ki,  İnzibati Xətalar Məcəlləsinin 438-ci maddəsi yeni redaksiyada verilsin. Banklara və bank olmayan kredit  təşkilatlarına aidiyyəti olan şəxslərlə əqdlərin  bağlanması qaydalarının pozulması, səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması və digər hüquqi şəxslərlə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması kifayət qədər ciddi cərimə sanksiyaları ilə cəzalandırılacaqdır. Bilirik ki, bir sıra hallarda belə pozuntular mövcud olur və bunlar, əslində, mülki münasibətlərə və hüquqi şəxslərin fəaliyyətinin qanuni əsaslarına ziddir. Ümidvarıq ki, bu cür cəza sanksiyaları həm səhmdar cəmiyyətlərin, həm bankların, həm də bütövlükdə hüquqi şəxslərin fəaliyyətini tənzimləyəcəkdir. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun, Əli müəllim. Fazil Mustafa.
F.Mustafa. Ziyafət müəllim, bu məsələdə, təbii ki, müəyyən inzibati məsuliyyətin müəyyən olunması vacib-dir. Amma bir çox hallarda buna səbəb olaraq daha çox vətəndaşların bilgisizliyini və bankların izahat işi aparmadan əqdlərin bağlanması prosesini təşkil etməsini də diqqətə almalıyıq. Bir çox hallarda vətəndaş tələm-tələsik formada bankdan götürdüyü kreditin xarici, yaxud da milli valyuta olduğu barədə dəqiq  məlumat  almadan sənədə imza atır və sonradan da onun problemini yaşayır. 
Ümumiyyətlə, mütəxəssislərin hesablamasına görə devalvasiyadan sonra istehlak kreditləri üçün vətəndaşlar banklara əlavə 1,6 milyard manat pul ödəməlidirlər. Banklar haqlıdırlar, öz pullarını tələb edirlər. Vətəndaş da müəyyən dərəcədə haqlıdır ki, baş verən devalvasiyanı proqnozlaşdırma imkanı olmadığına görə belə bir vəziyyətə düşübdür. 
Amma bu vəziyyətdən çıxış yolu üçün faktiki olaraq ciddi addımların atıldığını müşahidə edə bilmirik. Diqqət edirsinizsə, Mərkəzi Bank kredit vermək üçün cəmi 3 banka vəsaitlərinin 71 faizini, səhv etmirəmsə,  6 milyard verib. Amma ölkədə 37 bank var. Bunların da böyük əksəriyyətinin – 50 faizinin kredit borclarının qaytarılması ilə bağlı problemləri var. Bu məsələdə onlara dəstək verilməsi vacib idi ki, vətəndaşlar 2 milyard yarıma yaxınlaşan borclarının heç olmasa 1 milyardını hansısa formada ödəsinlər. Həm 0,78 manata, həm də ikinci devalvasiyadan sonrakı 1,5 manat civarına uyğun olaraq vətəndaşın vəziyyətini yüngülləşdirmək üçün addımlar atılmalıdır. 
İndi biz burada banklara bu əqdlər məsələsini qoyuruq, hər iki tərəfin vəzifəli, hüquqi şəxslərinin müəyyən cəriməsini nəzərdə tuturuq. Bu, yaxşı haldır. Amma problem yenə də həll olunmur. Yəni bu gün əsas olan sıravi vətəndaşı narahat edən məsələni həll etməkdir. İntiharların sayı artır. Bu adamların böyük əksəriyyəti artıq ailə problemləri ilə rastlaşırlar, iş yerlərini bağlamağa məcbur olurlar. Ona görə də bu istiqamətdə, məncə, Milli Məclisin təşəbbüs göstərməsi vacibdir ki, vətəndaşları bu acınacaqlı vəziyyətdən çıxara bilək.
Ola bilsin ki, banklarla bağlı məsələlərin bir qismində hökumət banklara daha çox dəstək verməklə problemi həll etdi. Amma vətəndaşa dəstək vermək məsələsində hər hansı bir addımın atıldığını müşahidə etmək, açığı, çətin olur. Çünki xeyli insan müraciət edir və hələ də bu problemin həllini gözləyir. Ona görə də mən yaxın zamanlarda vətəndaşların devalvasiyadan sonra yaranmış kredit borclarının həlli üçün Milli Məclisə müvafiq qurumlar tərəfindən ən azı qanunvericilik təşəbbüsü qaydasında layihələrin təqdim olunmasını gözləyirəm. Ümid edirəm ki, heç olmasa, bu ərəfədə bunu edəcəyik. 
Baxın, suyun qiyməti qalxdı. Mətbuatda məlumatlar gedir ki, “Azərişıq”, “Azəriqaz” da  işığın və qazın qalxması ilə bağlı təkliflər veribdir. Təsəvvür edin ki, bu qədər borcu olan insanlar qiymət artımından sonra hansı vəziyyətə düşəcəklər. Dövlətin təzədən sosial müavinət, yaxud da yardım formasında vətəndaşlara həmin pulu ödəyəcəyini proqnozlaşdırsaq, elə indidən insanlara şərait yaratmaq lazımdır ki, müəyyən sıxıntılı vəziyyətdən çıxa bilsin. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov. 
V.Əhmədov. Ziyafət müəllim, çox sağ olun. Fazil  müəllim bu məsələyə toxundu, mən də İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi və cərimələrin yüksəldil-məsinin tərəfdarıyam, çünki banklarla əhali arasında olan münasibətlər bu iki devalvasiyadan sonra gərginləşib və çox ciddi problemlər yaşanmaqdadır. Bütün bunları nəzərə alaraq bir neçə dəfə mən və həmkarım Əli Məsimli bu məsələyə toxunmuşuq və demişik ki, banklarda yaranmış problemi bank sistemini ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə dəvət edib müzakirə etməliyik, ya da məsələ plenar iclasın gündəliyinə salınmalıdır. Uzun müddət keçməsinə baxmayaraq, bu məsələ Milli Məclis rəhbərliyi tərəfindən qəbul edilmədi və bizim məsələmizin ətrafında çox ciddi müzakirələrə başladılar. 
Bütün bunları nəzərə alaraq mən və həmkarım Əli Mə-simli  xüsusi təklif paketi ilə Prezidentin İqtisadi islahatlar üzrə köməkçisinə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinə və Milli Məclisin Sədri Oqtay Əsədova öz təkliflərimizi vermişik. 14 səhifəlik təklif paketi 8 maddədən ibarətdir. Həmin təkliflərin nəticələri barədə o qurumlardan cavab gözləyirik. 
Ümumi götürəndə mən öz təklifimdə qalıram, Ziyafət müəllim, cənab Sədr də bunu bilir. Bank sistemində yaranmış çox ağır, gərgin vəziyyətlə əlaqədar olaraq bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Ya komitədə, ya da plenar iclasda indi burada açıqlaya bil-mədiyimiz bir sıra məsələləri həll etmək lazımdır. Çünki hazırda faktiki olaraq bank sistemi dayanıb, heç bir hüquqi və fiziki şəxslərə kreditlər verilmir. Bank sisteminin likvidi, kredit portfeli və digər çox müəmmalı məsələlər hələlik öz həllini tapmayıb. Mən öz təklifimdə qalıram, amma bu məcəllənin qəbul edilməsinin tərəfdarıyam. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Araz Əlizadə. 
A.Əlizadə. Hörmətli həmkarlarım, mən bir  söz demək istəyirəm. Artıq biz neçə dəfədir deyirik, amma yenə sözlərimiz bu zalda qalır.  Baxın, dedilər ki, banklara yardım etmək, bankların dərdli gününə ağlamaq lazımdır. Bəs insanların  gününə kim ağlayacaq? Biz nə üçün banklar üçün ağlamalıyıq, insanlar üçün ağlamamalıyıq? Vaxtı ilə dolların qiyməti 78 qəpik olanda onlara kredit verirdilər. Sonra oldu 1,05 manat. O da yaxşı. 1.50 manat olandan sonra baxın, görün banklar nə qədər faiz götürüblər. Banklar o zaman valyutanı Mərkəzi Bankdan 3,5 faizlə alırdılar, insanlara 20-25 faiz arasında verirdilər. Artıq o zaman 20 faizdən çox gəlir götürürdülər. İndi 45 faiz devalvasiya olub, bunu da onun üstünə gəlin. Bizim Mərkəzi Bankımız və banklarımız narkotik satırlar ki, bu qədər gəlir götürürlər? Mən Vahid müəllimlə tamamilə razıyam, bir günümüzü banklara həsr edib məsələləri müzakirə etməliyik. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yox-dursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.
 
Növbəti məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Ziyad müəl-lim, buyurun. 
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli mil-lət vəkilləri! Məlumat vermək istəyirəm ki,  hörmətli Vahid müəllimin, Əli Məsimlinin  Milli Məclisə ünvan-ladığı təkliflər bu günlərdə komitədə müzakirə olunacaq və bankların nümayəndələrini də dəvət edəcəyik. Eyni zamanda, həmin təkliflər mənim imzamla Maliyyə Bazar-larına Nəzarət Palatasına ünvanlanıb. Bütövlükdə bank sektorunda yaranmış vəziyyət dərindən araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. 
Mən rəqəmləri xatırlatmaq istəmirəm. Banklar son illərdə faizlərin yüksək olması ilə əlaqədar olaraq xeyli gəlir əldə ediblər. Hörmətli həmkarlarım haqlı olaraq bildirirlər ki, onun bir hissəsindən devalvasiya ilə əlaqədar zərər çəkmiş insanların vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edə bilərdik. Dünya praktikasında da bu var. Təkliflər, həqiqətən də, dəyərli təkliflərdir, maraq doğurur. Əminəm ki, biz bu məsələdə də Milli Məclisdə konsensusa nail olacağıq.   
Azərbaycan Respublikasının Vergi Məcəlləsindəki növbəti dəyişikliklər, heç şübhəsiz ki, cənab Prezident İlham Əliyevin yeni iqtisadi siyasətinə uyğun olaraq Azərbaycanda iqtisadiyyatın dinamik inkişafını təmin etmək məqsədi ilə hazırlanmışdır. Azərbaycan Respubli-kasının Vergi Məcəlləsinə əsasən  Azərbaycan Respubli-kasının ərazisinə daxil olan və Azərbaycan Respublika-sının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələrinə tətbiq edilən yol vergisinin dərəcəsi aşağıdakı 4 amildən asılıdır: avtonəqliyyat vasitəsinin texniki göstəriciləri, avtonəqliyyat vasitəsinin ölkə ərazisində qaldığı müddət, avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisi 37 tondan artıq olduqda çəkisi və Azərbaycan Respublikasının ərazisində qət etdiyi məsafə, təhlükəli yük olduqda onun təhlükəlilik dərəcəsi. Layihəyə əsasən yol vergisindən azadolma bütün bu amilləri ehtiva etməlidir. 
Qanun layihəsində dövlət rüsumundan müvəqqəti azadolma iki halda – birinci, dəmir yolu vasitəsi ilə Azər-baycan Respublikası  ərazisində son məntəqəyədək daşınmış tranzit yükün İran İslam Respublikası ilə sərhədədək daşınması üzrə, ikinci, dəmir yolu vasitəsi ilə Azərbaycan Respublikası ərazisində ilk məntəqədən daşınmaq üçün tranzit yükün İran İslam Respublikası ilə  sərhəddən daşınması üzrə nəzərdə tutulur. 
Layihənin qəbul edilməsi dəmir yolu ilə daşınan tranzit yüklərin həcmini artırmaqla yanaşı, dövlət büdcəsinin itirəcəyi dövlət rüsumu müqabilində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar  Cəmiyyətinin gəlirlərini xeyli artıracaq və bu nəinki dövlət büdcəsinin itkisini artıqlaması ilə kompensasiya edəcək, həmçinin ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafına, ölkəmizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat  Dəhlizində rolunun artırılmasına böyük töhfə verəcəkdir. 
Hörmətli Ziyafət müəllim, keçən dəfə hörmətli millət vəkili Cavid Qurbanov dəmir yolunun iqtisadi göstəriciləri barədə kifayət qədər ətraflı məlumat verdi və konkret təkliflər irəli sürdü. Həqiqətən də, Azərbaycan Dəmir Yolunun maliyyə vəziyyəti kifayət qədər yetərli deyil və son illərdə dəmir yolu vasitəsi ilə daşınan yüklərin miqdarında da azalma meyli müşahidə olunur. Təklif olunan layihə, şübhəsiz ki, bu vəziyyətin aradan qaldırılmasına, Azərbaycanın iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir. Ona görə millət vəkillərindən xahiş edərdim ki, cənab Prezident  tərəfindən təklif edilən qanun layihəsinə müsbət münasibət bildirsinlər.  Sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə bağlı Vahid müəllim çıxış etmək istəyir. Buyurun, Vahid Əhmədov. 
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Çox ciddi bir dəyişiklikdir. Bilirsiniz ki, son vaxtlar Azərbaycan-İran arasında münasibətlər həddən artıq istiləşib və iqtisadi əlaqələr çox geniş vüsət alıb. Həm Azərbaycandan İrana, həm də İrandan Azərbaycana çoxlu yük daşınır. Amma dəmir yolu ilə əlaqəsi olmadığı üçün həmin yüklərin daşınmasından müəyyən vergi tutulur. Yüklərin avtomobillərlə daşınmasından tutulan verginin miqdarı çox böyükdür. Təsəvvür edin, İrandan Azərbaycana bir vaqon yükü daşımaq üçün 3 maşın işləyir və hər maşından da təxminən 300 dollara yaxın vergi tutulur. Yəni bir vaqonun İran ərazisindən Azərbaycana, o cümlədən Azərbaycan ərazisindən İrana keçməsi üçün təxminən 1000 dollara yaxın vergi ödə-məlidirlər. Həm də bilirsiniz ki, son vaxtlar Türkiyədən gələn bəzi yüklər də Azərbaycan ərazisi ilə İrana ötürülür. Bu məbləğ həddindən artıq çox olduğu üçün cənab Prezident tərəfindən belə bir qanun layihəsi Milli Məclisə göndərilib. Mən bunun tərəfdarıyam və millət vəkillərini də bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bil-dirin.

 

 

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Komitə sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, mən artıq bu qanun layihəsi haqqında bayaq vergilərlə əlaqədar danış-dım. İstəməzdim ki, eyni fikirləri təkrar edim. “Dövlət rüsumu haqqında” Qanunda da həmin dəyişiklik nəzərdə tutulur. Sağ olun.
Sədrlik edən. Şərait yaradaq, Fazil müəllim opponent-lik eləsin. Buyurun, Fazil Mustafa.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

 

 

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Nəhayət, çoxdan gözlədiyimiz Elm haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Komitə sədri İsa Hə-bibbəyli məlumat verəcək. Buyurun.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli sədarət, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, 2009-cu ildə Azərbaycan Respublikasının Milli Məclisində “Təhsil haqqında” Qanun qəbul ediləndən sonra Elm haqqında qanun layihəsinin hazırlanmasına start verilib. Bu istiqa-mətdə xeyli işlər görülüb, təcrübə öyrənilib. Nəhayət, 2013–2014-cü illərdə Elm haqqında qanun layihəsi aktiv olaraq cəmiyyətin müxtəlif qurumlarında müzakirə olu-nub. Elm haqqında qanun layihəsi 2015-ci ilin 24 fev-ralında Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb, konsepsiya olaraq qəbul olunması məqsədəmüvafiq hesab edilib. 
Elm haqqında qanun layihəsinin hazırlanmasından və birinci oxunuşdan keçən dövr ərzində dünya elmi mə-kanında və Azərbaycan elmi mühitində gedən proseslər, baş verən dəyişikliklər, yeniliklər qanun layihəsinə yeni-dən baxılmasını və onun təkmilləşdirilməsi zərurətini meydana çıxarıb. Xüsusi ilə ölkəmizin Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin 9 noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyindəki proqram xarakterli çıxışında irəli sürdüyü çağırışlar, verdiyi tapşırıq və tövsiyələr, müəyyən etdiyi istiqamətlər Elm haqqında qanun layihəsinin bu istiqamətdə təkmilləşdirilməsi zərurətini meydana çıxarmışdır. 
Bundan başqa, ölkəmizdə imzalanmış elm və təhsil yönlü sərəncamların, fərmanların, qəbul olunmuş qərar-ların, xüsusi ilə iqtisadi islahatlara dair son vaxtlarda ardıcıl olaraq həyata keçirilən tədbirlərin bir çox cəhətdən elm tutumlu olması məsələsi də Elm haqqında qanun layihəsinə baxılmanın zərurətini daha da aktuallaşdırır. Bütün bunlara görə Elm haqqında qanun layihəsi Elm və təhsil komitəsində komitə üzvləri, aidiyyəti qurumun ekspertləri, mütəxəssisləri tərəfindən bir neçə dəfə oxunub müzakirə olunub və nəhayət, bu gün ikinci oxunuşda sizin müzakirənizə təqdim olunub.
İlk növbədə, Elm haqqında qanun layihəsinin dövlətin elm siyasətinin həyata keçirilməsindəki əsas funksiyası, rolu, xidməti önə çəkilərək qanunun siyasi-ideoloji baza-sının daha da möhkəmləndirilməsinə ciddi fikir verilib. Bütövlükdə Elm haqqında qanun layihəsinin məntiqində azərbaycançılıq məfkurəsi, dövlətin azərbaycançılıq ide-ologiyası və azərbaycançılıq ideologiyasının elmi şəkildə öyrənilib araşdırılması kimi məsələlər prioritet istiqamət-lərdən biri kimi müəyyən olunub. Cənab Prezidentin nitqlərində və çıxışlarında müasir dünyada gedən proseslər, onun Azərbaycandakı əks-sədası ilə bağlı məsələlər şərh olunarkən diqqət mərkəzinə çəkilən multikulturalizm, – bu il ölkəmizin Prezidenti tərəfindən “multikulturalizm ili” elan edilib, – istiqamətində aparılan təhqiqatların, tolerantlıq istiqamətində aparılacaq araşdırmaların, eyni zamanda, demoqrafik proseslər və miqrasiyaya dair həm ölkə, həm dünya ölkələri üçün əhəmiyyət kəsb edən araşdırmaların prioritetliyi də Elm haqqında qanun layihəsində xüsusi olaraq ayrıca məntiqlə diqqət mərkəzinə çatdırılıb. 
Birinci oxunuş üçün təqdim olunan qanun layihəsinin “Elmi fəaliyyətin bəzi növlərinə məhdudiyyətlər qoyul-ması” adlı 28-ci maddəsinin 5 bəndindən 4-ü bugünkü reallığa uyğun gəlmədiyi, ölkədə Prezidentimizin apardığı siyasətə səs vermədiyi üçün tamamilə çıxarılıb. Yalnız ölkəmizin milli təhlükəsizliyinin qorunub saxlanması, onun möhkəmləndirilməsindən ibarət olan müddəanın bu maddədə saxlanması vacib sayılıb. 
Eyni zamanda, qanun layihəsinin “Elmi məhsullar və xidmətlər” adlanan 45-ci maddəsi qanunvericilik baxımından ciddi əhəmiyyət kəsb etmədiyi üçün tam mətni ilə layihədən çıxarılması məqsədəmüvafiq hesab edilib. 
Bundan başqa, qanun layihəsinin 32.2 və 32.3-cü maddələrində öz əksini tapmış Dövlət Elmi Ekspertiza Şurası kimi paralel qurumun yaradılmasına cəmiyyətdə ciddi bir ehtiyac olmadığı aşkar olunduğu üçün bu müd-dəanın da qanun layihəsindən çıxarılması məqsədəmü-vafiq hesab edilib. 
Qanun layihəsinin strukturunun təkmilləşdirilməsi zamanı bəzi zəruri dəyişikliklərin aparılması lazım olub. Komitə üzvləri və ekspertlərlə birlikdə qanun layihəsinin “Elmi işçilər, onların tutduğu vəzifələr və ixtisas səviyyələri” adlı 9-cu maddəsi ilə “Elmi işçinin işə qəbul qaydası” adlı 10-cu maddəsinin funksiya etibarı ilı bir-birinə çox yaxın olduğunu nəzərə alıb birləşdirmişik. Bu zaman düzəlişlər və uyğunlaşdırmaq məsələlərinə də diqqət yetirilib. 
Eyni zamanda, qanun layihəsinin 17-18-ci maddələri funksiyaca yaxın olduğundan bir maddədə öz əksini tapıb. Xeyli yığcamlaşdırma işi aparılıb. Hüquqi cəhətdən dəqiqləşdirmə və uyğunlaşdırma işlərinə də diqqət yetirilib. 
Beləliklə, birinci oxunuşda 8 fəsildən və 48 maddədən ibarət olan qanun layihəsi ikinci oxunuşda sizin müzakirənizə 7 fəsildən və 45 maddədən ibarət olaraq təqdim olunub. Təqdim olunan qanun layihəsində bir sıra yeniliklər, əlavələr öz əksini tapıb. Mən onların içərisindən 39-cu maddəni ayrıca qeyd eləmək istəyirəm. Elm haqqında qanun layihəsinə ilk dəfə olaraq “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti” adlı ayrıca maddə daxil edilib. Bu bizim möhtərəm Prezidentimizin rəhbərliyi ilə son illərdə aparılan islahatların elmdəki əks-sədasından doğan və reallıqları ifadə edən bir maddədir. Elm sahəsində innovasiyaların tətbiq olunmasını, səmərəli təkliflərin və ixtiraların meydanının genişləndirilməsini, elmin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını müəyyən etmədən onun bundan sonrakı inkişafını təmin etmək mümkün deyildir. Bu cəhətdən dünyanın qabaqcıl ölkələrində olan təcrübə öyrənilir. Azərbaycan Milli Elmlər Akademiyasında, ali məktəblərin elmi qurumlarında artıq bu istiqamətdə proseslər gedir və  təcrübə-sınaq zavodunda 32 addan çox məhsul istehsal edilir. Ali məktəblərin elmi qurumlarının impakt faktorlu jurnalları xüsusi mülkiyyət subyekti kimi artıq dünyada qəbul olunub. Belə bir şəraitdə elmdə innovasiyalar, sahibkarlıq fəaliyyətinin meydanını genişləndirmək cəmiyyətdə var, qanunda da öz əksini tapmalıdır. Mən hətta düşünürəm ki, Elm haqqında qanun çərçivə qanundur, gələcəkdə Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti haqqında ayrıca qanun layihəsi hazırlamaq mümkündür, ona ehtiyac vardır. 
İkinci oxunuşa təqdim olunan yeniliklərdən biri də “elmi rütbə” anlayışı ilə əlaqədardır. Məlum olduğu kimi, elmdə artıq fəlsəfə doktoru  və elmlər doktorlarına bir ad tapılıb, o, elmi dərəcə adlanır. Dosentlər və professorlar elmi ad kimi qəbul olunub. Bəs akademiyanın həqiqi üzvləri və müxbir üzvlərini necə adlandırmaq lazımdır? Burada bir boşluq var idi. Biz dünya təcrübəsini öyrənərək bunu elmi rütbə adlandırmağı məqsədəuyğun saymışıq və qanun layihəsində bu barədə ayrıca maddə öz əksini tapmışdır. 
“Əsas anlayışlar və istifadə edilən terminlər” maddə-sində keçən dövr ərzində meydana çıxan proseslərdən doğan “impakt faktor”, “istinad indeksi”, “elmi eks-pertiza” və sair kimi yeni anlayışlar da qanun layihəsində öz əksini tapıb və onların müvafiq izahları verilib. Bir ay bundan əvvəl Milli Məclisdə inkişafın müasir tələblərin-dən doğan “Publik hüquqi şəxs haqqında” Qanun qəbul elədik. Artıq ölkəmizdə publik hüquqi müəssisələrin adlandırılması, onlara statusun verilməsi prosesi gedir. Düşünürük ki, publik hüquqi şəxs elmi müəssisələr sferasını da əhatə edir. Ona görə ilk dəfə olaraq müstəqil fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsini qanun-vericiliklə tənzimləmək üçün qanun layihəsinə ayrıca bir maddə daxil elədik. 
Uzun zamandır ki, cəmiyyətimizdə təhsil kreditləri haqqında söhbətlər gedir. Bu, dünyada çox geniş yayılmış bir prosesdir. Elm haqqında qanunda biz elmi müəssisələrin fəaliyyətinə onların çərçivəsində olan təhsil qurumlarında, yəni doktoranturada təhsil kreditlərinin verilməsini və təhsil alanın bu borcu əmək fəaliyyətinə başlayarkən əldə etdiyi gəlirlər hesabına sonradan ödəməsi mexanizminin tapılmasını və bu işin təşkil olunmasını vacib saymışıq. Bu, 34.10-cu maddədə öz əksini tapıb. Düşünürəm ki, doktorantura üzrə təklif olunan bu model gələcəkdə magistr və bakalavrlara da tətbiq oluna və ölkəyə fayda gətirə bilər. Bu cəhətdən cəmiyyətdə çağırışlar səslənir. 
İki məsələyə də öz münasibətimi bildirmək istəyirəm. Elm haqqında qanun layihəsi ikinci oxunuş üçün müza-kirəyə tövsiyə olunarkən birinci oxunuşda mətndə olan, ancaq ikinci oxunuşda çıxarılan 2 maddə kütləvi infor-masiya vasitələrində, cəmiyyətin müxtəlif qütblərində müəyyən fikir müxtəlifliyinə səbəb olub. Onlardan biri magistraturada hərbi möhlətin verilməsi məsələsidir. Əvvəlcə onu demək istəyirəm ki, magistrlara hərbi möh-lətin verilməsi məsələsi 2006-cı ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundan çıxarılıb. Əslində, hərbi möhlətlə bağlı məsələ Elm haqqında qanundan çox “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun subyektidir. Düşünürəm ki, ölkəmizdə hərbi siyasi vəziyyət düzələcək, –ölkəmizin Prezidenti bu istiqamətdə ciddi iş aparır, – Azərbaycan öz ədalətli mübarizəsində qalib gələcək, ondan sonra bu məsələyə yenidən baxılma zərurəti yaranacaq və o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əlavə olunacaqdır. 
İşimlə bağlı olaraq gənclərlə daha çox işlədiyim üçün əlavə olaraq demək istəyirəm ki, Azərbaycan gəncliyi, magistrlərimiz ölkəmizdə gedən vətənpərvərlik proses-lərindən kənarda qalmaq istəmirlər. Magistraturanın 2 istiqamətdə formalaşması barədə maddənin çıxarılması məqsədəuyğun sayılır. Bu, çox aktual məsələdir. Magistr-lərin böyük əksəriyyəti magistraturanı bitirəndən sonra elm sahəsinə və ali məktəblərə işləməyə gəlmirlər. Onlar daha yüksək əmək haqqı almaq üçün dövlət qulluğunda çalışmağa üstünlük verirlər. Milli Elmlər Akademiyasında və ali məktəblərdə onların sayı son dərəcə azdır. Bunun üçün biz magistraturanın iki istiqamətdə – təhqiqat magistrı və peşəkar magistr istiqamətində qurulmasını təklif edirdik. Nəzərdə tutulur ki, peşəkar magistr bakalavr pilləsində ixtisas biliklərini dərinləşdirəcək, tamamlayacaq və bir il təhsil alacaq. Təhqiqat magistrı isə 2 il təhsil alacaq, dissertasiya müdafiə edəcək və o, elmi-tədqiqat institutunda və ali məktəbdə doktoranturaya qəbul olmaq üçün üstünlük qazanacaqdır. 
Bu məsələ qanun layihəsindən çıxarılsa da, gündəlikdə qalır. Müzakirə zamanı belə hesab elədik ki, həmin məsələ Elm haqqında qanundan çox “Təhsil haqqında” Qanunun predmetidir. Biz bu məsələnin “Təhsil haqqında” Qanuna əlavə kimi daxil edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə müraciət etməyi məqsədəuyğun saymışıq. 
Ümumiyyətlə, müzakirəmizə təqdim olunan Elm haqqında qanun layihəsi təkcə elm sahəsində islahatların aparılması, elmi qurumlarda yeniləşmələrin, yenidənqur-maların baş verməsi yox, bütövlükdə möhtərəm Prezid-entimiz cənab İlham Əliyevin Azərbaycan cəmiyyətinin daha böyük hədəflərə doğru inkişafında elm faktorunun artırılması siyasətinə uyğun olaraq qurulub. Düşünürəm ki, təqdim olunan Elm haqqında qanun layihəsinə səs verərsinizsə, layihədəki müddəalar ölkəmizdə dövlət ideologiyasının elmi əsaslarının möhkəmlənməsinə, cə-miyyət həyatının bütün sahələrinin elmi əsaslarla inki-şafının təmin edilməsinə, müasir tipli elmi məktəblərin yaranmasına, yeni elmi nəslin hazırlanmasına öz tövfəsini verə bilər. 
Sonda Elm haqqında qanun layihəsini birinci oxunuş üçün hazırlamış IV çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədrinə və üzvlərinə minnətdarlığımı bil-dirirəm, çəkdikləri zəhməti qeyd eləmək istəyirəm. Eyni zamanda, Elm haqqında qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmasında yaxından iştirak eləmiş Elm və təhsil komitəsinin üzvlərinə, Təhsil Nazirliyinin, Milli Elmlər Akademiyasının, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Müəllif Hüquqları Agentliyinin və digər qurumların ekspertlərinə minnətdarlığımı bildirməyi özü-mə borc bilirəm. Bundan başqa, Elm haqqında qanun layihəsinə rəy vermiş nazirliklərin rəhbərlərinə, elmi təşkilatların başçılarına da təşəkkür edirəm. Bu gün burada çıxış edib Elm haqqında qanun layihəsini zənginləşdirmək üçün faydalı təkliflər irəli sürəcək deputatlarımıza da əvvəlcədən minnətdarlığımı bildirməyi özümə borc bilirəm. Diqqətinizə görə çox sağ olun.  
Sədrlik edən. İsa müəllim, çox geniş və məzmunlu çıxışınıza görə çox sağ olun, təşəkkür edirəm. Buyurun, əyləşin. Hörmətli deputatlar, nizamnamənin tələblərinə görə Elm haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsinə başlamazdan əvvəl onu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, əsas kimi qəbul olunmasına səs verək.

 

 

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. Hörmətli deputatlar, mən bir məsələni də sizinlə müzakirə eləmək istəyirəm. Nizam-namənin tələbinə görə biz qanun layihəsini fəsil-fəsil də müzakirə eləyə bilərik, bir yerdə də.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda bir yerdə müzakirə eləyək, amma səsverməni fəsil-fəsil apararıq. Müzakirəyə başlayırıq. Zahid Oruc. 
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən hörmətli İsa müəllimə təşəkkür edirəm ki, keçmişdə komitə səviyyəsində olan müzakirə-ləri bizə xatırlatdı. Bu bizə imkan verir ki, yenə konseptual fikirlərimizi müəyyən qədər bölüşək. Əlbəttə, elmin inkişafı təkcə qanunun qəbulundan asılı deyil, ötən dövr ərzində Azərbaycanda elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib. Elm və təhsil bir-birindən ayrılmazdır. Hər bir ölkənin səviyyəsi o ölkədəki elmin səviyyəsi ilə müəyyənləşir. Biz də bu cəhətdən müstəqil dövlət olaraq müasir dövrün çağırışları qarşısındayıq. 
Mənim aləmimdə elm, təhsil uşaq bağçasından başlayır. Gələcək akademiklər ilk addımlarını orada atırlar. Keçən dəfə də qanunun müzakirəsində Milli Elmlər Akademiyası ilə bağlı, “bu ideoloji qurumdur”, “bunu sovet dövləti ixtira eləyib”, “akademiklər ora toplaşsınlar, onlar təhsildən ayrılırlar” və sair kimi fikirlərə geniş yer verildi. Mən düşünürəm ki, bundan sonrakı müzakirələrdə də Milli Elmlər Akademiyasını bu qanunun baş problemi, nüvə problemi kimi götürmək çox yanlışdır. Elmlər akademiyaları sovet dövrünün ixtirası deyil, Pyotr onu 1724-cü ildə Rusiyada, Kromvel 1600-cü illərdə Britaniyada sair yaratmışdır. 
Mən uşaq bağçalarından ona görə başladım ki, bağ-çalarımız bu gün uşaqlarımızın 3-5 faizi üçün də əlçatan deyil. Əksər hallarda bağçalar dövlətin və icra qurum-larının nəzarətindədir. Özəl bağçalar kifayət qədər azdır. Bu prosesi isə stimullaşdıra bilmirik. Kimsə sual etsə ki, bağçanın Bakı Şəhər İcra Hakimiyyətinə nə aidiyyəti var, mənə elə gəlir, bunu Hacıbala müəllimdən başqa heç kim cavablandıra bilməz. Bağçanın, həqiqətən də, icra hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Bağça, sadəcə, inventar alınması, gətirilməsi prosesi deyil, o, elmin sirlərinin ilk üsullarla öyrədilməsi yeridir. Parlament üzvləri olaraq cəmiyyətdə bu fikri möhkəmləndirməliyik ki, nəhayət, bağçalar Təhsil Nazirliyinə qayıtsın və  onlar müxtəlif  rayonlarda icra hakimiyyətləri üçün yem yeri olmaqdan çıxsınlar. Uşağın əmziyinə göz dikənlər varsa, onlar gələcəkdə onu daha nələrdən məhrum edə biləcəklərini hesablayırlar. Birinci, mən bundan başlamaq istədim. 
İkinci, gördüyünüz kimi, mən elmə hərbi təhlükəsizlik qədər önəm verməyə çalışdım. Bu bizim düşüncəmiz deyil, dünyada belədir. Amerika ona görə güclüdür ki, ağıllı, təfəkkürlü, intellektual insanları özünə cəlb eləyə bilib. Beyin axını 90-cı illərin bir yaşantısı idi, hər bir ölkədə bu proses gedirdi. Azərbaycanda da bu proses getdi, amma hər halda bu tendensiya müəyyən qədər azalıb. Hər bir ölkə çalışır ki, alimlərini ayaqda saxlaya bilsin. Dövləti sadəcə, ordu ilə, iqtisadiyyatla qaldırmaq çox çətindir. Biz ölkənin iqtisadiyyatını daha güclü bir şəkildə elm relsinə transfer etməyi bacarmalıyıq. Azərbaycan Respublikasının Prezidenti məhz bu siyasəti həyata keçirmək üçün addımlar atır. Xaricdə təhsil proqramından tutmuş elm sferasındakı islahatlar, Elm fondunun yaradılması və sair addımlar dediyimizə misaldır. Azərbaycanda alimlərin sayı 10 minə qədərdir. Əhalinin 100 min nəfərinə düşən alimlərin sayı bir nəfərdir. Bu o deməkdir ki, biz bütün parametrlər üzrə regionda başqa dövlətlərdən güclü olduğumuz halda, Ermənistan bu göstəriciyə görə bizdən qabaqdadır. Bu rəqəmi demək mənə asan deyil, bu rəqəmdən mən hansısa düşmən dövlətin mövqeyini irəli etmirəm. İddia etmirəm ki, bizim alimlərimiz onlardan zəifdir, gücsüzdür və sair. Amma demək istəyirəm ki, onlarda ümumi alimlərin sayı 8400 olduğuna görə əhalinin 10 min nəfərinə 3 alim düşür, bizdə isə bu rəqəm aşağıdır. 
Alimə çəkilən xərc hər bir ölkənin prioriteti olmalıdır. Biz bir vaxtlar parlament üzvlərinin maaşını məhkəmə sisteminə bağlamışdıq. Mənə elə gəlir ki, alimin maaşı əsas meyar olmalıdır. Alimin təminatı birinci olmalıdır. Bu halda ölkənin inkişafı üçün mühüm addımlar atmaq mümkün olacaq. Büdcə vəsaitləri sırasında elmə yönələn ayırmalar bizdə 1 faizin altındadır. Bu, nəhayət, 3-5 faiz olmalıdır. 
Mən burada yenə də bir məsələni ayrıca vurğulamaq istəyirəm. Mənim mövqeyimdən o nəticə çıxmır ki, Amerikadakı kimi olsun. Orada bu rəqəm 35 faizdir, Avropa Birliyində 24 faizdir. Əlbəttə, biz zamanla bu rəqəmlərə çatacağıq. Elm sahəsi bizneslə əlaqəli olmalıdır, elm iqtisadiyyatlaşmalıdır – bu doğru, amma elmin ən böyük vəzifəsi cəmiyyət, yaxşı insan yetişdirməkdir. Sadəcə, elmi hansısa kapitalın yeminə çevirmək olmaz. Əlbəttə, etiraf eləmək lazımdır ki, uzun illərdir, dünyada elmin özəl qurumlar vasitəsilə maliyyələşməsi kimi güclü bir tendensiya gedir. “Microsoft”un ən yüksək ixtiralarını, sadəcə, dövlət sifarişi hesabına əldə etmək mümkün olmadığını bilirik, dərk edirik. Ancaq dövlət elmə böyük vəsait qoymasa, ölkəni inkişaf etdirmək çətindir. Ona görə düşünürəm ki, bundan sonrakı dövrdə bizim ən böyük vəzifəmiz Elm haqqında Qanun, “Təhsil haqqında” Qanun, bilmirəm, hansınınsa...
Elm və təhsil sözlərini yanaşı dedim. Xatirinizdədir, biz Elm komitəsi yaratdıq, sonra onu Elm-Texnika komitəsinə çevirdik, daha sonra da ümumiyyətlə, ləğv elədik. Mən düşünürəm ki, Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılmalıdır. Bu ikisi paralel şəkildə bir adda ifadə olunmalıdır. 
İndoneziyanı misal gətirmək istəyirəm. Onların proqramı belə adlanır: “Bir ömür boyu təhsil”. Hörmətli Siyavuş müəllimin sözü ilə desək, biz birtəhər bir diplom alırıq, ömrümüzün sonuna qədər də onu yastığımızın altında saxlayıb istəyirik ki, əmək bazarında mühüm yer tutaq. Amma “Bir ömür boyu təhsil” modeli odur ki, İndoneziyada əhalinin 90 faizini ali təhsilli eləmək vəzifəsini qarşıya qoyublar. Avropa Birliyində bu rəqəm 50-dir. Biz isə 23 yaşımızdan sonra deyirik ki, daha əmək bazarının təminatına, dəyişikliklərinə uyğun diplomumuzu dəyişməyək, yeni təhsil, yeni ixtisaslar almayaq və sair. Dövlət stimullaşdırmalıdır ki, əmək bazarına uyğun ikinci, üçüncü təhsil də baş versin, proses dərinləşsin.
Bütün hallarda elm kənardan gətirilən cihazlardan, texnoloji avadanlıqlardan, qurğulardan asılı olacaq. Bu qurğuların hamısından gömrük rüsumlarını ləğv eləmək lazımdır. İsa müəllim də dedi, layihənin birinci oxunuşu ilə ikinci oxunuşu arasındakı dövrdə elmdə yeniliklər baş verir. Biz də deməliyik ki, bu cihazlar, qurğular dəyişir, onlardan o rüsumları ləğv eləməliyik. 
Mən dövlət sifarişi ilə bağlı bir məsələni vurğulamaq istəyirəm. Əlbəttə, mən düşünürəm ki, zamanla Azərbaycan universitetləri də elmin inkişafına görə reytinq cədvəllərində ön yerlərdə olacaqlar. Mən düşün-mürəm ki, 10 universitet arasında yer almadığımıza, yaxud yüzlükdə olmadığımıza görə faciə düzəltməliyik. Ancaq Azərbaycanda dövlət sifarişində dövlətin pulunu qazanmaq üçün universitetlər yarışmalıdırlar. Onların reytinqi bununla müəyyənləşməlidir. Universitet bil-məlidir ki, onu formalaşdırmağın dünyada qanuni, opti-mal, obyektiv yolları var. Bu vasitə ilə o pulu qazana bilər. Amma hər bir universitet istehsal elədiyi məhsuldan, tələbənin durumundan asılı olmayaraq vəsaiti ala bilir. Mən bu universitetlərin bir neçəsinin adını çəkərdim, amma antitəbliğat, antireklam eləmək istəmirəm. Elələri var ki, 3-5 tələbədən başqa orada heç kim oxumur. Amma niyə dövlət sifarişində onların adı yer alır? Mən bu layihəyə səs verəcəyəm və düşünürəm ki, bu fikirlərimiz də gələcəkdə nəzərə alınacaq. Sağ olun. 
Sədrlik edən. Hörmətli deputat həmkarlarım, iki məsələni sizdən rica edirəm. Gəlin, çıxış xatirinə çıxış eləməyək, qanunun mahiyyəti üzrə danışaq. Bu məsələnin birinci tərəfi. İkinci, 26 nəfər yazılıb, əgər etiraz yoxdursa, 5 dəqiqəyə keçək. 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Etiraz yoxdur. Fazil Mustafa, buyurun.
F.Mustafa. Ziyafət müəllim, 5 dəqiqəni məndən başladığınıza görə təşəkkür edirəm. Qanun layihəsi ikinci oxunuşda olduğuna görə konseptual yox, daha çox mad-dələr üzrə münasibət bildirməyə çalışacağam. Mən əvvəla komitənin keçmiş sədri Şəmsəddin müəllimə və yeni sədri hörmətli İsa müəllimə təşəkkür edirəm ki, – bu qanun layihəsi onların və komitə üzvlərinin zəhmətinin nəticəsidir – nəhayət, bu gün qanun layihəsi müzakirəyə çıxarıldı. Ən vacib qanun layihələrindən biridir. Təbii ki, bunun təkmilləşdirilməsi istiqamətində hər birimiz öz töhfəmizi verməliyik, çünki hamımızı maraqlandıran məsələdir. Mən qanunun adı ilə bağlı yenə də prinsipial olaraq o fikirdəyəm ki, “elm haqqında qanun” ifadəsini doğru hesab eləmirəm. Daha yaxşı olar ki, “elmi fəaliyyət haqqında qanun” olsun, çünki elmin özü təbiət qanun-larının hamısını müəyyən elədiyinə görə “elm haqqında qanun” həddən artıq mücərrəd bir ifadə olaraq diqqətimizə gətirilir. 
İkinci, 1.0.1-ci maddədə yazılır: “alim – elmi dərəcə və əsərləri olan tədqiqatçı”. Təklif edirəm ki, elmi dərəcə və elmi əsərləri olan tədqiqatçı yazılsın, çünki yüzlərcə pub-lisistik, bədii əsəri ola bilər və onun alim kateqoriyasına daxil edilməsi doğru olmaz. 
1.0.5-ci maddədə “elmi işçilərin” sözlərindən sonra “müstəqil və elmi çalışmalarla məşğul olan digər şəxslərin tarix boyu elmi ictimaiyyət tərəfindən qəbul edilmiş davranış normalarının məcmusu” yazılsın. Çünki elə alimlər var ki, elmi diplomları, dərəcələri yox, tarix boyu bəlli davranış normalarının “elmi etika”da yer alması vacibdir. “Elmi fəaliyyət” anlayışına isə, məncə, “elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə” ifadəsi əlavə edilməlidir. Ona yönəlmiş elmi fəaliyyət və yaradıcılıq prosesi kimi nəzərdə tutulmalıdır.
“Fundamental elmi tədqiqatlar” anlayışında qeyd olu-nur ki, təbiətin, insanın və cəmiyyətin quruluşunun və inkişafının əsas qanunauyğunluqları haqqında yeni biliklərin əldə edilməsi…”. Məncə, “Təbiətin,  cəmiyyətin quruluşu və inkişafı haqqında yeni biliklərin əldə edilməsinə yönəlmiş nəzəri və təcrübi elmi tədqiqatlar” nəzərdə tutulsa, daha doğru olar. 
Plagiatla bağlı 1.0.31-ci maddəni tam oxumuram, yazılır ki, “incəsənət əsərini köçürmək”. Təklif edirəm, yazılsın ki, “incəsənət əsərini və ya onun bir hissəsini köçürmək”. Əsəri köçürmür ki. Dissertasiyada elə 20 səhifəni oradan köçürürsə, bir hissəsidir. Bu da plagiat sayılmalıdır və onun burada dəqiq göstərilməsi vacibdir.
Burada tez-tez azərbaycanşünaslıq, azərbaycançılıq və başqa məsələlərə diqqət yönəldilir. Biz əgər ideologiyasız dövlət modelindən danışırıqsa, yaxşı olar ki, azərbaycanşünaslıq, azərbaycançılıq əvəzinə “Azərbaycan xalqının və ayrıca Azərbaycan vətəndaşlarının maraq və mənafeyinin təmin olunması istiqamətində aparılan tədqiqatların prioritetliyi” yazılsın. Çünki “azərbaycanşünaslıq” deyilən məsələnin açığı elmi izahını tətbiq etmək özü müəyyən problem yarada bilər. 
Burada Azərbaycan elminin dünya məkanında layiqli təmsil olunması qeyd olundu. Çexovun yaxşı sözü var, deyir ki, milli vurma cədvəli olmadığı kimi, milli elm də ola bilməz. Tez-tez “Azərbaycan elmi”, “elmin Azərbay-can modeli” və sair deyirik. Hesab edirəm ki, bunlar xeyli məsuliyyətsiz ifadələrdir. Yəni dünyada bir elm var və ayrı-ayrı sahələr, ayrı-ayrı məkanlar üzrə həmin elmin müxtəlif qollarının inkişafından söhbət gedə bilər. Mənim çoxlu təkliflərim var, vaxtın çatmayacağını nəzərə alaraq bunları hörmətli İsa müəllimə təqdim eləyəcəm. 
Magistratura təhsili ilə bağlı məsələyə də münasibət bildirmək istəyirəm. Mən hesab edirəm ki, bu maddənin çıxarılması yanlış bir addımdır. Son hərbi əməliyyatlar da göstərdi ki, biz peşəkar ordu ilə Qarabağ problemini həll edə biləcəyik. Belə bir vəziyyətdə oxumaq istəyənlərin təhsildən uzaqlaşdırılaraq hərbi xidmətə aparılması doğru deyil. Hamı hərbi xidmət keçməlidir, bunun tərəfdarıyam, amma onların təhsildən fasilə verərək getməsini yanlış hesab edirəm və bu müddəanın bura daxil edilməsini vacib sayıram. Sağ olun.
Sədrlik edən. Musa Qasımlı.
M.Qasımlı. Çox hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Elm və təhsil komitəsinin sədri hörmətli akademikimiz İsa Həbibbəylinin  təqdim etdiyi qanun layihəsi həm fəlsəfəsi, konsepsiyası, həm də dil üslub baxımından mükəmməl tərtib edildiyi, elmimizin inkişa-fında yeni bir mərhələ açdığı və eyni zamanda, ölkəmizdə ilk dəfə qəbul edildiyi üçün əhəmiyyətlidir. Mən bu qanun layihəsinin lehinə səs verəcəyəm. Hesab edirəm ki, bu qanun layihəsi ölkəmizdə elm adamları arasında bir rəqabət yaradacaq, elmimizə yeni keyfiyyət gətirəcək, elmi tədqiqatların nəticələrinin istehsalatda tətbiqində tamamilə yeni bir mərhələ olacaqdır. Eyni zamanda, bu qanun alimlərimizin sosial şəraitinin yaxşılaşdırılmasına təkan verəcək. İndiyə qədər dövlətimiz elm adamlarına nə qədər yaxşı münasibət bəsləmişdisə, bu qanun layihəsinin qəbulundan sonra alimlərin sosial vəziyyəti daha da yaxşılaşdırılacaq və bundan ötrü dövlətimiz yeni addımlar atacaq. 
Hesab edirəm ki, bu qanun layihəsi elmimizə gənclərin gəlməsini stimullaşdıracaq. Mənim əvvəldən magistratura ilə bağlı məsələdə mövqeyim ondan ibarət olub ki, bu məsələdə qərarlar qəbul edilərkən dövlətimizin müdafiəsi və təhlükəsizliyi ilə elmimizin inkişafının ortaq nisbəti tapılmalıdır və hər bir Azərbaycan vətəndaşı vətən qarşısında öz borcunu verməli, hərbi xidmətə getməlidir. 
Bu qanun layihəsi Azərbaycanın beynəlxalq elm məkanında mövqelərini möhkəmləndirəcək, Azərbaycan elminin beynəlxalq əlaqələri artacaq, Azərbaycan elminin elmi nəticələri dünya miqyasına daha sürətlə çıxacaq və beləliklə, ölkəmizin mövqeləri möhkəmlənəcəkdir. Hörmətli Ziyafət müəllim, hesab edirəm ki, bu qanun layihəsi mükəmməl hazırlanıb. Mən öz fikrimi söyləyim, bəlkə bunu indi səs verməklə qəbul etmək olar. Qanun layihəsinin hazırlanmasında əməyi keçən hər bir şəxsə təşəkkür edirəm və hesab edirəm ki, bu, bizim dövlətimiz və alimlər üçün çox faydalı bir qanundur. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev. 
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, media nümayəndələri! Biz bu qanun layihəsini birinci oxunuşda qəbul edərkən mən Şəmsəddin müəllimə öz dərin minnətdarlığımı bildirmiş-dim, böyük iş görülmüşdü. İndi də hörmətli akademikimiz İsa Həbibbəyliyə minnətdarlığımı bildirirəm. Doğrudan da, qanun layihəsi ikinci oxunuşda tamamilə yenidən işlənib. Əksər normalar yeni redaksiyada verilib, çoxlu əlavə və dəyişikliklər edilib. Mən də bir neçə təklif verəcəyəm. O təkliflər də qəbul olunsa, bu qanun layihəsi Azərbaycanda elmin inkişafına öz töhfəsini vermiş olacaq. 
Birinci, 7-ci maddədən başlamaq istəyirəm. Qanunun 7-ci maddəsi “Elmi fəaliyyət sahəsində dövlətin vəzifələri” adlanır. Mən hesab edirəm ki, dövlətin əsas vəzifələrindən biri də təhsildə olduğu kimi elmi fəaliyyətdə fasiləsiz iş prinsipini təmin etmək olmalıdır. Burada başqa həmkarlarım da söylədilər, bunun üçün magistratura və doktoranturaya daxil olan şəxslərə hərbi möhlət hüququ verilməlidir. 
Bilirsiniz ki, aprel ayının 1 və 2-də ordumuz erməni işğalçılarına ağır zərbə endirərkən mətbuatdan öyrəndik ki, 700 bal toplamış bir azərbaycanlı gənc də şəhid olmuşdur. Əlbəttə, vətəni qorumaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir, borcudur. Amma vətəni təkcə əlinə avtomat alıb yox, bəzən hərə öz sahəsində də ciddi müdafiə edə bilər. Düşünürəm ki, həmin gənc elm sahəsində ölkənin müdafiəsi üçün daha böyük xidmətlər göstərə bilərdi. Əlbəttə, hər bir şəhid, hər bir itki bizim üçün ağırdır, amma bu cür istedadların itirilməsi ikiqat ağırdır.
Ona görə də biz mütləq və mütləq peşəkar orduya keçməliyik və elmi fəaliyyəti davam etdirmək üçün ma-gistraturaya və doktoranturaya daxil olmuş şəxslər, ümu-miyyətlə, hərbi çağırışdan azad olunmalıdırlar. Artıq fəlsəfə doktoru adı alan şəxslər, ümumiyyətlə, orduya çağırılmamalıdırlar. Hələ XII əsrdə bizim dahi şairimiz böyük Nizami belə demişdir: 
“Alimdir gözümdə ən əziz insan!
Elmlə, hünərlə! – Başqa cür heç kəs
Heç kəsə üstünlük eləyə bilməz!”. 
Bizim elə ermənilərə üstün gəlməyimizin bir yolu da elmimizin inkişaf etdirilməsindən keçir. Ona görə mən hesab edirəm, bu fasiləsizlik prinsipi ilə yanaşı,7-ci maddəyə başqa bir norma da əlavə olunmalıdır. Həm də dövlət büdcəsinin xərcləri ilə bağlı hissədə qeyd olunmalıdır ki, büdcə xərclərinin ən azı, – indi ilkin dövr üçün 3 faiz götürülə bilər, – 4 faizi elmə sərf olunur. Yəni necə ki, iqtisadiyyata investisiya qoyulmasa, iqtisadiyyat kreditləşməsə, onun inkişafından söhbət gedə bilməzsə, eyni ilə elmə vəsait qoyulmasa, düşünürəm, nə qədər mükəmməl qanunlar qəbul etsək də, elmin sürətli inkişafına nail ola bilməyəcəyik. 
Mənim digər təkliflərim 34-cü maddəyədir. Bu, elmi işlərin sosial müdafiəsi və elmi fəaliyyətin stimullaş-dırılması ilə bağlıdır. 34.3-cü maddədə qeyd olunmalıdır ki, elmi işçilərin əmək haqları müəyyən olunarkən minimum əmək haqqı ehtiyat meyarının ən azı 5 mislindən az olmamalıdır. Yəni elmi fəaliyyətlə məşğul olan insanlar üçün bu minimum hədd müəyyən olunmalıdır. Bilirsiniz ki, hətta elmlə məşğul olan şəxslərin orta aylıq əmək haqqı, ümumiyyətlə, respublika üzrə göstəricidən xeyli aşağıdır. Mən düşünürəm ki, bu problem öz həllini tapmalıdır. 
İkincisi, gənc alimlərin mənzil problemlərinin həlli üçün qanunun 34.9-cu maddəsində qeyd olunmalıdır ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərə sosial ipotekanın verilməsi təmin olunur. Yəni bu bir imperativ norma kimi qanunvericiliyə daxil edilsə, biz digər qanunlara da dəyişiklik etməklə bu problemi həll etmiş olarıq. Sonda mən bir daha bu layihənin hazırlanmasında zəhməti olan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm və bu qanun layihəsinə səs verəcəyəm. Sağ olun. 
Sədrlik edən. Fasilədir, amma təklif var ki, fasiləsiz işləyə bilərik. Fasilə ilə də işləyə bilərik. Fasiləsiz işləyək?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Yaxşı, onda davam edək. Buyurun, Elmira Axundova. 
E.Axundova. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün biz son dövrlərin bəlkə də ən əhəmiyyətli və sanballı qanunlarından birini müzakirə edirik. Həm də bu qanunun mühüm özəlliyindən biri budur ki, o, sırf Milli Məclisin, daha dəqiq desək, Elm və təhsil komitəsinin məhsuludur. Bu baxımdan onun əhəmiyyətini xüsusilə vurğulamaq istəyirəm. Qanun mövzu və predmet əhatəliyi, genişliyi ilə mənə hətta məcəlləni xatırladır. 
Qanun layihəsinin ilkin variantı ötən dönəmdə Milli Məclisin Elm və təhsil komitəsinə sədrlik edən Şəmsəddin Hacıyevin vaxtında hazırlanmışdır. İndiki sədr, hörmətli akademik İsa Həbibbəyli tərəfindən isə qanun layihəsi əsaslı işlənmiş, yenilənmiş, daha konkret müddəaları ehtiva etmişdir. Buna görə mən hər iki şəxsin zəhmətini yüksək qiymətləndirirəm və onlara təşəkkürümü bildirmək istəyirəm. 
Burada mən xeyli təqdirəlayiq maddələri yada sala bilərdim, ancaq vaxtın məhdudluğunu nəzərə alaraq yalnız 39-cu maddənin üzərində dayanmaq istəyirəm. Bu da elmdə innovasiya və sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yerli və xarici investisiyaların elmə cəlb edilməsi, elmi müəssisələrin və ali təhsil müəssisələrinin işçilərinin sahibkarlıqla məşğul olmaq hüququna malik olması, innovasiya və elmə dəstək fondlarının yaradılması və sair bu kimi müddəalar çox vacib və prinsipialdır. Hesab edirəm ki, bütün bu müddəalar cavan və perspektivli alimlər üçün yeni imkanlar və üfüqlər açır. Təzə innovativ yanaşmalar, müasir baxışlar yeni qanun layihəsində kifayət qədərdir. 
Bütün bunlarla yanaşı, ilkin variantda olan bəzi müddəalar və bəndlərin qanun layihəsindən çıxarılması məndə sual doğurur. Məsələn, mən yeni qanunun “Əsas anlayışlar və istifadə edilən terminlər” maddəsində qrant, müəlliflik hüququ, patent və sair bu kimi anlayışları saxlayardım. Əfsuslar olsun ki, təzə layihədə onlar yoxdur. 
Yeni layihədə “Elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri” adlanan 3-cü maddəyə 2-ci bənd əlavə olunur. Bu da azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatların prioritetliyi prinsipidir. Məncə, bu bənd 3-cü maddənin digər bəndlərinə nisbətən daha sahəvidir. Yəni onu sırf humanitar sahəyə aid etmək olar, çünki kimya, fizika, riyaziyyat kimi dəqiq elmlərə azərbaycanşünaslığı o qədər də aid etmək olmaz. Belə çıxır ki, dəqiq elmlərin tədqiqatları bizim üçün prioritet deyil. 
4-cü maddədə dövlət siyasətinin əsas məqsədləri və prioritetləri müəyyən edilərkən 8-ci bənddən “neft-kimya sahələrinin inkişafı” anlayışı çıxarılıb, ancaq “qeyri-neft sahələrinin inkişafı” sözləri saxlanılıb. Bizdə neft və kimya həmişə prioritet olub və buna ən bariz nümunə kimi hazırda Sumqayıtda həyata keçirilən iri elmi-texniki layihələri göstərmək olar. Buna görə mən “neft və neft-kimya sahələrinin inkişafı” anlayışını qanunda saxlayardım. 
Fazil müəllim də bu məsələyə toxundu, mən də onunla şərikəm. Bu, 7.0.34-cü maddəyə aiddir. Orada qeyd olunur ki, dövlətin vəzifələrindən biri elmi fəaliyyətin Azərbaycan modelinin formalaşdırılmasıdır. Fikrimcə, bu, müəyyən mənada humanitar sahəyə aid edilə bilsə də, ümumi şəkildə elmə aid edilə bilməz, çünki elm milli sərhədlər tanımır. Heç bir ölkədə elmin fransız, alman və ya ingilis modelinə rast gələ bilmərik. Ona görə elmi milli modellərə bölmək, məncə, arxaik üsuldur. Bu baxımdan mənə elə gəlir ki, bu bənd artıqdır. 
Köhnə variantda “Ali təhsil müəssisəsi” adlanan maddənin 14.5-ci bəndini mən mütləq saxlayardım, çünki burada ali təhsil müəssisələrinin tərkibi konkretləşdirilir və genişləndirilir. Yeni layihədə bu müddəa tamamilə yoxdur və ali təhsil müəssisəsinin tərkibi barədə məlumata da rast gəlinmir. 
Ümumiyyətlə, belə qeydlərim çoxdur, lakin vaxtımızı almaq istəmirəm. Qeyd etdiklərim, əlbəttə ki, mənim subyektiv fikirlərimdir. Bəlkə hörmətli həmkarım akademik İsa Həbibbəyli mənimlə razılaşmaz, amma təklif edərdim ki, layihədəki sağlam bəndlər bir də nəzərdən keçirilsin və yeni layihədə öz əksini tapsın. Ümumiyyətlə, hesab edirəm ki, cənab İsa Həbibbəyli başda olmaqla yeni layihənin müəllifləri çox böyük bir işin öhdəsindən layiqincə gəliblər. Bu qanun layihəsi müasir tələblərə, beynəlxalq standartlara tam uyğundur və inanıram ki, Milli Məclis bu qanunu qəbul etməklə Azərbaycan elminin rolunu və nüfuzunu xeyli artıracaqdır. Buna görə də qanunun tezliklə qəbul edilməsinə tərəfdaram və məmnuniyyətlə onun lehinə səs verəcəyəm. Sağ olun. 
Sədrlik edən. Vahid Əhmədov. 
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, birinci oxunuşla müqayisədə qanun layihəsində zəruri dəyişikliklər edilib və o, daha təkmil vəziyyətə gətirilib. Burada elmi potensialdan istifadənin səmərəliyinin artırılması, akademiya və ali məktəblərdə elmi-tədqiqat işinin əlaqələndirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası, elmi fəaliyyətin nəticəsindən istifadə, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi fəaliyyətin maliyyələşdirilməsi mənbələrinin genişləndirilməsi, elmdə innovasiya və sahibkarlıq və sair bu kimi məsələlər öz əksini tapıb. 
Birinci oxunuşda ən ciddi nöqsanlardan biri elmin maliyyələşdirilməsi ilə əlaqədar məsələ idi. İkinci oxunuşda elmin maliyyələşdirilməsinə yeni baxış ortaya qoyulub. Elm haqqında qanun layihəsinə əsasən Azərbaycan Milli Elmlər Akademiyası elmin maliyyələşdirilməsi məqsədi ilə büdcə vəsaitindən istifadə etməklə yanaşı, həm də Azərbaycanın qanunvericiliyi ilə qadağan olunmayan digər fəaliyyət növlərindən də daha geniş şəkildə faydalana bilər. Elmi fəaliyyətin maliyyələşdirilməsi, elmi müəssisə və təşkilatların baza xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi, maliyyələşmənin çoxmənbəli olması, maliyyələşmənin elmi fəaliyyətin nəticələrinə istiqamət-lənməsi, elmi fəaliyyətin kommersiyalaşması əsasında tədricən elmin özünün maliyyələşdirmə sisteminə keçiril-məsi istiqamətində şaxələndirmə prosesi burada öz əksini tapmışdır. Bir sözlə, bu qanun layihəsinin qəbulu həm elmin maliyyələşdirilməsi, elmi işçilərin sosial vəziyyət-lərinin yaxşılaşdırılması istiqamətində, həm də elmin iqtisadiyyatda rolunun artırılmasında əhəmiyyətli rol oynayacaqdır. 
Bununla yanaşı, bəzi məqamlara da münasibət bildir-mək istərdim. Birinci oxunuşda qanun layihəsinin 2.3-cü maddəsində qeyd olunmuşdu ki, bu qanun dini münasi-bətlərə şamil edilmir. Amma indiki variantın 4.2.5-ci maddəsində göstərilir ki, dövlət siyasətində dini-mənəvi dəyərlərin dinlərarası dialoq və tolerantlıq təcrübəsinin mahiyyətinin və əhəmiyyətinin tətbiq edilməsi və icti-maiyyətə çatdırılması prioritet sayılır. Bu, çox vacib məsələdir. Qanunda azərbaycanşünaslıq elmi istiqa-mətində aparılan tədqiqatların prioritetliyi də çox mühüm məsələdir. Bununla bərabər, 3, 4 və 5-ci maddələrdə dövlət siyasətinin əsas istiqamətləri çox geniş verilmiş və bir sıra təkrarlamalar olmuşdur. Təklif edərdim ki, bu 3 maddə “elmdə dövlət siyasətinin məqsəd və prinsipləri” adı altında bir maddədə birləşdirilsin. 
Maddə 23.1-də deyilir ki, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək funksiyasını Milli Elmlər Akademiyası həyata keçirəcək. Bu məqsədlə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması nəzərdə tutulur. Bir məqamı əlavə etməyi zəruri hesab edirəm ki, ali məktəblər yeni maliyyələşmə üsuluna keçdikdən sonra orada elmi tədqiqatların maliyyələşdirilməsi məsələsinə da aydınlıq gətirilsin. 31.1-ci maddədə göstərilib ki, dövlət elmi müəssisələri yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilməyə açıq elan oluna bilər. Bura mütləq əlavə olunmalıdır ki, dövlət elmi müəssisələri yalnız öz təyinatına müvafiq istifadə olunmaq şərti ilə özəlləşdirilə bilər. Əks halda bu sahədə sui-istifadə halları baş verə bilər. 
Ən çox mübahisə doğuran məsələlərdən biri magistr-lərin orduya çağırılması ilə bağlıdır. Bu məsələ həm cəmiyyət, həm də ordu üçün böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycan elminin inkişafını və tərəqqisini istə-yiriksə, əlbəttə, tam təhsil üçün şərait yaratmalı və möhlət hüququnu təmin etməliyik. Əsas məsələ ordunun formalaşdırılmasına, yəni onun komplektləşdirilməsinə problem yaratmamaq şərti ilə bunu etməkdir. Yəni bu məsələ ordu rəhbərliyi ilə razılaşdırılmalıdır. Ola bilsin, yaş həddinin dəyişdirilməsi məsələsinə də baxıla bilər. 
Sonda qeyd edirəm ki, qanun layihəsi çox mükəmməl hazırlanıb. Bu qanunun hazırlanmasında əziyyəti olan keçmiş komitə sədri Şəmsəddin Hacıyevə, indiki sədr akademik İsa Həbibbəyliyə öz dərin minnətdarlığımı bildirirəm. Qanun layihəsinə səs verəcəyəm və həmkar-larımı da ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, bir məsələ barədə arayış vermək istəyirəm. Azərbaycan Milli Elmlər Akademiyasının hörmətli akademikləri, akademik katibləri və elmlə bağlı olan dövlət orqanlarının rəhbərləri qanun layihəsinin müzakirəsində iştirak edirlər. Əvvəla, onları sizin adınızdan salamlayıram və xoş gəlmisiniz deyirəm. Əgər suallarınız olsa, onlara da müraciət edə bilərsiniz. Əli Məsimli, buyurun. 
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Elm haq-qında qanunun ikinci oxunuşa məhz bu yaz sessiyasında çıxarılmasını müsbət qiymətləndirirəm. Eyni zamanda, bu qanun layihəsinin hazırlanması, təkmilləşdirilməsi və mükəmməl şəkildə müzakirəyə çıxarılmasında xidməti olan hər kəsə, xüsusən də İsa Həbibbəyliyə minnət-darlığımı bildirirəm. Qanun layihəsi, doğrudan da, həm ümumi tələbatdan çıxan dəyişikliklər kontekstində, həm də deputatların irəli sürdüyü bir sıra təklifləri nəzərə almaq baxımından xeyli dərəcədə təkmilləşdirilib. Eyni zamanda, qeyd etmək lazımdır Elm haqqında qanun həmişə təkmilləşdirilməyə ehtiyacı olan, daha mükəmməl bir səviyyəyə çatdırılması vacib olan qanunlardandır. Bu nöqteyi-nəzərdən bəzi məqamlara münasibət bildirmək istəyərdim. 
Əgər bu, Elm haqqında qanundursa, elmin tərifindən başlamaq lazımdır. Hesab edirəm ki, elmə verilən tərif ensiklopediyalarda olan tərifin bir balaca çevrilmiş formasıdır. Amma bu, daha çox elm fəaliyyəti haqqında məfhuma daha çox uyğun gəlir. Eyni zamanda, həmin tərifin sonunda olan “sosial institut” ifadəsinin çıxarıl-masını təklif edirəm. Çünki sosial instituta təkcə elm yox, çox şeylər daxildir. İkinci tərəfdən isə elm təbiət, cəmiyyət və idrakın inkişaf qanunauyğunluqları barəsində biliklər sistemidir. Düşünürəm ki, “biliklərin sistemi” ifadəsinin önə çıxarılması həmin tərifin sanbalını xeyli artırmış olardı. 
İkinci vacib hesab etdiyim məsələ Milli Elmlər Akademiyası ilə ali təhsil sistemində elmi tədqiqatların qarşılıqlı əlaqəsini təmin etmək baxımından atılan addımlardır. Həm də burada bir məsələ var ki, ali təhsil müəssisələrinin işçilərinin statusu Milli Elmlər Aka-demiyasınn müəssisə və təşkilatlarında çalışan işçilərin statusuna bərabər tutulacaq. Amma 13.3-cü maddə ilə bağlı bir sual ortaya çıxır. Bu gün ali məktəblərdə elmlə məşğul olurlar, müxtəlif fondlardan da əlavələr alırlar və orada maaşlar yüksəkdir. Amma Milli Elmlər Akademiyasında kiçik elmi işçidən  başlasaq, əmək haqları 200 manatın aşağısındadır. 100 manat əlavəni də qəbul etsək, elmlər doktoru da 510 manat alır. Əslində isə 100 manatı çıxırlar, 410 manat alır. Onda məntiqi bir sual əmələ gəlir ki, bu statuslar bərabərləşəndə həmin işçilərin maaşları universitetlərdə olan səviyyəyə qalxacaq, yoxsa Milli Elmlər Akademiyasında olduğu kimi aşağı düşəcək? Bu məsələyə xeyli aydınlıq gətirmək lazımdır. Məndən soruşulsa, deyərdim ki,  universitetlər əsas götürülməklə qaldırılmalıdır. Alimlərin maaşlarının qaldırılması istiqa-mətində bu maddənin inkişaf etdirilməsinin tərəfdarıyam.
Qanun layihəsində diqqət çəkən məsələlərdən biri də ondan ibarətdir ki, elmi tədqiqatların istehsala tətbiqində və gəlirlərin diferensiallaşdırılmasında müəyyən addımlar atılıb. Amma bir şeyi də nəzərə alaq. Şəxsən 10 ildən artıq Milli Elmlər Akademiyasında işləyən bir şəxs kimi qeyd etmək istəyirəm ki, şərait yaradılanda qeyri-hökumət təşkilatları  modeli və digər təsərrüfat hesablı işlərin görülməsi vasitəsi ilə akademiyada ayda elmi işçinin aldığı maaşdan 20 dəfə artıq gəlir əldə etmək olur. Bu şansı qiymətləndirmək və hər şeyi dövlətin üzərinə atmaq praktikasından bu istiqamətə getmək lazımdır.
Azərbaycanda elmə ayrılan vəsait ümumi daxili məhsulun 0,2 faizini təşkil edir ki, bu da, inciməyin məndən, Burkina Faso ilə eyni səviyyədədir. Hesab edirəm ki, bu qəbuledilməz bir şeydir. Elmə ayrılan vəsaitin 90 faizindən çoxu büdcədən ayrılır. Çalışmaq lazımdır ki, Azərbaycan 91 ölkənin içərisində 72-ci yox, heç olmasa, 20-ci, 25-ci yerə gəlsin. Ona görə də elmin maliyyələşdirilməsi istiqamətində atılan addımları sürətləndirmək lazımdır. Sağ olun. 
Sədrlik edən. Sağ olun, Əli  müəllim. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də Elm haqqında qanunu dəstəkləyəcəyəm və  həm  Şəmsəddin  müəllimə,  həm də İsa müəllimə çox təşəkkür edirəm. Cəmiyyət üçün  çox önəmli bir qanun layihəsini müzakirə edirik. Mən İsa müəllimin çıxışında toxunduğu ən önəmli bir məqamdan başlayaraq bəzi fikirlərimi söyləmək istəyirəm. 
İsa müəllim çox böyük narahatlıqla söylədi ki, magistraturadan elmə gələn gənclərin sayı  getdikcə azalır. Bu bizi ciddi şəkildə narahat edən məqamlardan biridir. Təbii ki, qanun layihəsinin də bu istiqamətdə müəyyən məsələlərə öz töhfəsini verməsi çox önəmlidir. Əgər magistraturadan elmə gedən gənclərin sayı getdikcə azalırsa, bu, gələcəyə doğru ancaq mənfi proqnozlar vəd edə bilər. Amma araşdırılmalıdır ki, nədən bu say azalır? Bunun müxtəlif səbəblərinin içərisində bir məsələ qanun layihəsində öz əksini tapır ki, mən bunu alqışlayıram. Bu, doktorantura üçün təhsil kreditlərin məsələsidir. Bu, çox vacib məsələdir və biz bunu çox geniş şəkildə yaymalıyıq. 
Mən bu gün cari məsələlərin müzakirəsi zamanı bunu söyləyəcəkdim. Sessiyamız başa çatdığı üçün bu məsələni xüsusi diqqətə çatdırmaq istəyirəm. Bu qanun layihəsi ilə bərabər, mütləq həmkarlarımız Əli müəllimlə Vahid müəllimin hazırladığı Təhsil kreditləri haqqında qanun layihəsinin müzakirəyə çıxarılmasına ciddi ehtiyac var. Universitet rektorlarımız məsələni daha yaxşı bilirlər. İnsanlar millət vəkillərinin qəbullarına gəlir, təhsil haqlarını ödəyə bilmirlər. Elə insanlar var ki, 2-ci, 3-cü kursdadırlar, ödənişlərində ciddi problemlər var. Düşünün ki, kəndlərdən, rayonlardan gələn istedadlı gənclər üçün bu, ikiqat ciddi məsələdir. Çünki bizdə ali təhsil alan hər üç gəncdən ikisi ödənişli təhsil alır. Ona görə də təhsil kreditləri məsələsi öz həllini tapmalıdır ki, kasıb, imkansız ailələrin uşaqları və istedadlı gənclər sabah təhsillərini davam etdirə bilsinlər. Bu həm təhsilimizin, həm də elmimizin gələcəyi ilə bağlı məsələdir.
Deyəsən, mikrofonda  problem oldu. Mən xahiş edirəm ki, təhsil kreditləri məsələsini müzakirəyə çıxaraq. Qarşıdan yeni təhsil ili gəlir və ailələr təhsil kreditləri ilə bağlı yeniliklər gözləyirlər. Bankların verdiyi kommersiya kreditləri ilə isə təhsillə bağlı hər hansı bir məsələni həll etmək mümkün deyil. 
Burada həmkarlarım vurğuladılar, məncə, bunu Mü-dafiə Nazirliyi və Təhsil Nazirliyi – müvafiq qurumlar bir də müzakirə etsələr yaxşı olar. Magistratura təhsili  üçün möhlət verməkmi məqbuldur, möhlət verməməkmi? Çünki təhsil pillələri arasındakı bu fasilə onların təhsilinə öz təsirini göstərə bilir. Biz gəncləri xarici ölkələrə daha yaxşı kadrlar olsun deyə göndəririk. Amma sonra onlara deyirik ki, gəlin, fasilə verin, sonra yenidən gedərsiniz. Bəlkə biz bu fasiləni verək? Onsuz da hamımız razıyıq və hamımız bunu dəstəkləyirik ki, hər kəs hərbi xidməti yerinə yetirməlidir. 
Sonda mən bir xahiş etmək istəyirəm. Qanun layi-həsinin 34-cü maddəsində göstərilir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan gənc mütəxəssislərə dövlət tərəfindən dəstəklənən güzəştlərdən istifadə edil-məsi üçün şərait yaradılır. Mənzil məsələsi ən ciddi problemlərdən biridir. Mənzil şəraiti çətin olan insanlar elm dalınca getmir, digər işlərdə işləyirlər ki, maaş alsınlar, bu problemin həllinə dəstək ola bilsinlər. “Dövlət tərəfindən dəstəklənən güzəştlərdən” sözlərindən sonra dövlətin sosial ipoteka mexanizmi var, onu yaza bilərik. Nəticədə belə gənclər sosial ipotekadan birbaşa yararlana və bu problemi müəyyən dərəcədə həll edə biləcəklər.  Ona görə  34-cü maddədə “sosial ipoteka” ifadəsinin yazılması yaxşı olardı. Doktorantura üçün təhsil kreditləri çox önəmli məsələdir. Bunun, ümumiyyətlə, bütün ali təhsil pillələrinə də tətbiqi istiqamətində addımların atılması çox önəmlidir. Mən bu istiqamətdə hazır qanun layihəsinin yaxın günlərdə müzakirəyə çıxarılmasını təklif edərdim. Sağ olun.

 

 

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin 
müavini V.Ələsgərov sədrlik edir

 

 

Sədrlik edən. Sağ olun. Siyavuş müəllim, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Valeh müəl-lim. İlk növbədə mən də Şəmsəddin müəllimə, hörmətli akademikimiz İsa müəllimə dərin təşəkkürümü bildirirəm ki, belə mükəmməl bir qanunu ortaya çıxarıblar. Doğrudan da, İsa müəllim fəaliyyətə başladığı dövrdən bu qanunun üzərində çox gərgin şəkildə işləyib. Ayrı-ayrı strukturlarla məsləhətləşmələr aparmaq, götür-qoy etmək, hər bir ideyanın, fikrin burada əksini tapmasına çalışmaq nəticəsində biz bu gün bu qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarmışıq. Mən bu qanun layihəsinə səs verəcəyəm, deputat həmkarlarımı da buna çağırıram. Bir neçə məsələyə toxunmaq istəyirəm.
Birinci növbədə, bilirsiniz ki, heç bir elm, heç bir təhsil maliyyəsiz inkişaf edə bilməz. Elmin maliyyə tutumu, maliyyə imkanları olmadıqda bu, çox çətin bir məsələdir. Qanun layihəsində çox gözəl şəkildə həm büdcə, həm də büdcədənkənar vəsaitlər məsələsi öz əksini tapıb.
Humanitar elmləri kənara qoysaq, dəqiq elmlərlə məş-ğul olan institutlar ən azından 50 faizdən yuxarı özünün maliyyə təminatını həyata keçirməlidir. Biz tez-tez Milli Elmlər Akademiyasının hesabatları ilə rastlaşırıq. Mən təklif edərdim ki, İsa müəllim, gələcəkdə o hesabatlara bir əlavə də verəsiniz ki, hansı institut öz elmi tədqiqatlarının nəticəsində nə qədər büdcədənkənar vəsait cəlb edibdir. Bəzən oturub gözləyirik ki, hansısa idarə sifariş və yaxud da tapşırıq verəcək. Biz özümüz qapı-qapı gəzib təkliflərimizi verməliyik. Adi bir sutəmizləyici qurğu satan insanlara zəng edir, təkliflərini bildirir. Onundan heç olmasa üçü bu işə yarayır, uyğun gəlir və o da öz aparatını sata bilir. Belə olan halda, humanitar elmlərdən başqa elmin ayrı-ayrı sahələri də özlərinin maliyyələşmələrini təmin etməlidirlər. 
Burada magistratura məsələsinə çox geniş şəkildə toxunuldu. Birinci qeyd etmək istəyirəm ki, magistratura məsələsi  bu qanunun deyil, “Hərbi səfərbərlik haqqında” Qanunun predmetidir. Orada kimlər hərbi xidmətə çağırılmalıdırsa, birbaşa göstərilib. Orada hər hansı bir dəyişiklik olmadan biz onu bu qanuna sala bilmərik. Yaxud da burada qəbul etsək, dərhal o biri qanundan çıxarmalıyıq. Ona görə də  bu, razılıqlı şəkildə olmalıdır. 
İkinci bir tərəfdən, bilirsiniz ki, Azərbaycanın ərazi-sinin 20 faizi işğal altındadır və hər gün də atəşkəs po-zulur. Bu proseslər gedir. Orduda xidmət etmək hər bir vətəndaşın borcudur və gördünüz ki, 2 aprel hadisələri zamanı hər bir gənc ordu sıralarında xidmət etməkdən ötrü  müraciət etdi. 
Bir şeyi də qeyd etmək istəyirəm ki, bu maddə avtomatik olaraq özü əhəmiyyətini itirəcəkdir. Bilirsiniz ki, cənab Prezidentin tapşırığı və Hərbi Səfərbərlik İdarə-sinin elanı nəticəsində artıq 40 yaşından aşağı insanlar müqavilə əsasında əmək haqqı almaqla ordu sıralarına yazıla bilərlər. Bundan sonra, hesab edirəm ki, digərlərinə o qədər ehtiyac qalmayacaq. Həmçinin bilirsiniz ki, cənab Prezidentin, Ali Baş Komandanın tapşırığı əsasında orduda xidmət sahələrində işləri mülki vətəndaşlar həyata keçirir. O da insanların sayını xeyli azaltmış olur. 
Ümumilikdə, doğrudan da, biz elmə çox geniş fikir verməliyik. Son dövrlər Milli Elmlər Akademiyasının fəaliyyətindəki canlanmanın nəticəsi onu göstərir ki, əgər iş düzgün qurularsa, düzgün aparılarsa, orada hər bir şeyi həyata keçirmək olar. 
İkinci, bu qanunun predmeti olmasa da, mən bir təklif vermək istəyirəm. Müəyyən institutların tərkiblərinə baxılmalıdır, kəmiyyətdən çox keyfiyyətə üstünlük veril-məlidir. Az sayla, çox iş görməklə, yaxşı əmək haqqı almaqla gələcək elmimizin inkişafı təmin edilməlidir. Mən bu qanun layihəsinə səs verəcəyəm və zəhmət çəkənlərin hər birinə öz təşəkkürümü bildirirəm. Sağ olun.

 

 

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin 
müavini B.Muradova sədrlik edir

 

 

Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Tahir  Rzayevlə Eldar İbrahimov razılaşıblar, ona görə Eldar İbrahimova söz verirəm. Buyurun.
E.İbrahimov. Çox sağ olun. Hörmətli Bahar xanım, hörmətli deputat həmkarlarım! Mən də onu qeyd etmək istəyirəm ki, bu qanunu Azərbaycan cəmiyyəti, ölkəmizin elmi əsaslarla dinamik inkişafını dəstəkləyən hər bir vətəndaş böyük səbirsizliklə gözləyir. Çünki elmi olmayan ölkənin gələcəyi yoxdur. Digər sahələrdə olduğu kimi, elmin inkişafının da bütün məsələləri hüquqi müstəvidə həll olunmalıdır və bu qanunun qəbul edilməsi respublikamızın hüquqi dövlət quruculuğunda növbəti addımı kimi qiymətləndirilməlidir. 
Məlumdur ki, bütün inkişaf etmiş ölkələrdə dövlət büdcəsinin vəsaitləri ilk növbədə üç sahəyə - elm, müdafiə və kənd təsərrüfatının tələbatının ödənilməsinə yönəlir. Bu sahələrin inkişafı ölkənin milli  və ərzaq təhlükəsizliyini və bununla da siyasi sabitliyi  təmin edir, sosial-iqtisadi inkişafa möhkəm zəmin yaradır. Bunu təbii sərvətləri məhdud olan, ancaq yüksək elmi nəticələr əldə edib onu kommersiyalaşdırmaqla dünyanın inkişaf etmiş ölkələri sırasına çıxan Yaponiya və digər ölkələrin təcrübəsi də təsdiq edir. 
Layihə ilə tanışlıq onu deməyə əsas verir ki, o,  yüksək intellektə malik, bu sahədə böyük təcrübəsi olan, elmin inkişafını özünün həyat amalı hesab edən peşəkar  mütəxəssislər tərəfindən hazırlanaraq birinci oxunuşdan sonra xeyli təkmilləşdirilmişdir. Şübhəsiz ki, layihədə əks olunan maddələr və onlarda nəzərdə tutulan müddəalar Azərbaycan elminin inkişafına möhkəm təkan verməklə onun müasir dünya elmində özünə layiqli yer tutmasına imkan yaradacaqdır. 
Layihədə ən çox diqqət çəkən məqamlardan biri də elmi işçilərin hüquq və vəzifələri, sosial müdafiəsi, əməyinin stimullaşdırılması və digər məsələlərin çox əhatəli və dəqiq formada əks olunmasıdır. Açıq demək lazımdır ki, elmi işçilərin hazırkı maddi və sosial durumu onların məhsuldar işləmələrinə imkan vermir. Bu da yüksək bilik və müasir texnologiyalarla işləmək bacarığı olan gənclərimizin elmi işlərlə məşğul olmasına marağı azaldır və onlar ya ölkədən getməyə, ya da digər sahələrdə işləməyə üstünlük verirlər. Bu səbəbdən də ölkəmizdə elmi işçilərin qocalması baş verir ki, bu da elmin gələcək inkişafına böyük zərbədir. Hesab edirəm ki, bu qanunun qəbul edilməsi tezliklə elmə olan marağı kökündən dəyişdirəcək və biz vaxtilə vətənini tərk edib başqa ölkələrə gedən gənc elmi işçilərin respublikamıza qayıtmasının, həmçinin orta və ali məktəblərdə təhsilin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinin və müasir dünya elminin tələblərinə uyğun cavan və perspektivli  mütəxəssislərin elmə  böyük axınının şahidi olacağıq. 
Onu da bildirmək istəyirəm ki, qanun layihəsində nəzərdə tutulan məsələlərin həlli üçün ölkəmizdə ali siyasi iradə, müvafiq iqtisadi və maliyyə resursları mövcuddur və onların yerinə yetirilməsi heç bir şübhə doğurmur. Bununla əlaqədar hörmətli Prezidentimiz cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin qarşısında duran əsas prioritet məsələ neft kapitalını insan kapitalına çevirməkdir. Bu mənada, Elm haqqında qanunun hazırlanması və qəbulunu möhtərəm Prezidentimizin ideyasının həyata keçirilməsi istiqamətində atılan real addım kimi dəyərləndirirəm və hesab edirəm ki, layihə bütün deputat həmkarlarım tərəfindən dəstəklənəcəkdir. 
Bununla yanaşı, qanun layihəsi barədə bəzi irad və təkliflərimi də bildirmək istəyirəm. Təklif edirəm ki, layi-hənin preambulasında qanun layihəsinin Azərbaycan Respublikası Konstitusiyasının hansı maddəsinə və ya maddələrinə uyğun olaraq hazırlanması göstərilsin. Bunu “Normativ hüquqi aktlar haqqında” Qanunun 17.3-cü maddəsi tələb edir və 2012-ci ildən başlayaraq qəbul etdiyimiz  bütün qanunlarda bu öz əksini tapıb. 
Digər bir məsələ onunla əlaqədardır ki, bildiyiniz kimi, əvvəllər elmi dərəcələr sahələr üzrə elmlər namizədi və elmlər doktoru kimi qeyd olunurdu. Hazırda isə elmlər namizədi əvəzinə sahələr üzrə fəlsəfə elmləri doktoru kimi qeyd olunur və bu layihədə də əks olunub. Lakin elmlər namizədi və fəlsəfə elmləri doktoru diplomlarının eyni hüquqi qüvvəyə malik olması layihədə qeyd olunmayıb və bu həmin diplomun sahiblərini layihənin 34.8-ci maddəsində nəzərdə tutulan əmək haqqına  əlavədən məhrum edə bilər. Ona görə hesab edirəm ki, elmlər namizədlərinin fəlsəfə elmləri doktorları ilə eyni statusa malik olması layihədə əks olunsun ki, kimlərsə bu boşluqdan istifadə edib narazılıq və sosial ədalətsizlik yaratmasınlar.
Mən bir daha Elm və təhsil komitəsinin sədri hörmətli İsa müəllimə,  hörmətli həmkarım Şəmsəddin müəllimə, – çünki bu qanunun əvvəldən əsasını qoyan Şəmsəddin müəllim olubdur, – komitənin üzvlərinə, işçi qrupuna, bu   layihənin ərsəyə gəlməsində əməyi  olan   bütün    insan-lara öz dərin   təşəkkürümü  və minnətdarlığımı bildirərək   bu gün müzakirə etdiyimiz qanun layihəsinin ölkəmiz və elm adamları üçün çox vacib və böyük əhəmiyyəti olduğunu vurğulamaq istəyirəm. Mən qanun layihəsini dəstəkləyirəm, ona səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə çağırıram. Sağ olun. 
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Aytən Musta-fayeva.
A.Mustafayeva. Sağ olun, təşəkkür edirəm. Bu gün müzakirəyə təqdim olunan Elm haqqında qanun layihəsini çoxdan gözləyirdik. Bir neçə dəfə müzakirəyə çıxarılmışdı, çoxsaylı təkliflər də vermişik. Bu gün müzakirəyə təqdim edilən qanun layihəsinə çox sayda müsbət əlavə və dəyişikliklər edilmiş və nəticədə layihə sistemli, dolğun və bitkin bir sənədə çevrilmişdir. Bu gün səslənən təkliflərin bir çoxu ilə razıyam və onları, xüsusilə də davamlı təhsil məsələsini dəstəkləyirəm. Zahid müəllim uşaq bağçaları və məktəblərin eyni icra strukturunun tabeliyinə  verilməsi məsələsini qaldırdı. Təbii ki, uşaq bağçasında bünövrəsi qoyulan təhsili uşaqlar sonra sistemli, proqram şəklində məktəbdə davam etdirsəydilər, daha yaxşı olardı və nəticələri də görünərdi. 
Başqa bir təklifim təhsil kreditləri ilə bağlıdır. Mən bununla bağlı çox sayda müraciətlər alıram. Təbii ki, imkan yoxdur, onlara heç bir köməklik edə bilmirik. Bəli, təhsillərini yarımçıq qoyan gənclərin sayı artıb.
Məndən qabaq Eldar müəllim də elmin  yaşlanması məsələsini söylədi. Gənclərin elmə cəlb olunması üçün, təbii ki, bu sahədə  işləyənlərin maaşları qaldırılmalıdır. Əvvəlki variantda 38.7-ci maddədə göstərilirdi ki, elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan fəlsəfə və elmlər doktorlarının elmi dərəcələrinə görə əmək haqlarına müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydada minimum əmək haqqının 3 və 5 misli  həcmində – 300 manat, 500 manat əlavələr ödənilir. Hazırkı redaksiyada bu norma çıxarılıb. Biz ölkə, cəmiyyət, mədəniyyətimiz – gələcəyimiz üçün elmin əhəmiyyətindən danışdıq. Ancaq biz elmi dərəcələrə görə əlavələrin səviyyəsini qaldırmasaq, gəncləri elmə cəlb etmək qeyri-mümkün olacaq. İndi də çox böyük çətinlik çəkirik. Ona görə ki, insanlar bir neçə yerdə işləməyə məcburdurlar.  
Çox vacib bir məsələyə də toxunmaq istərdim. Son zamanlar bilirsiniz ki, ölkə başçısı bu məsələyə böyük diqqət yetirir və bu, proqram şəklində də irəli sürülüb. Sosial hüquqlara çox böyük əhəmiyyət verilir və maraq göstərilir. Son zamanlar şəhərsalmaya, nəqliyyat vasitə-lərinin alınmasına və fiziki imkanları məhdud insanların ehtiyaclarının ödənməsinə diqqət yetirilir. Ancaq təəssüflər olsun ki, bizim elm və təhsil müəssisələrimizdə imkan yoxdur ki, fiziki imkanları məhdud olan gənclər orada ya təhsilini, ya da işini davam etdirsinlər. Mən fiziki imkanları məhdud gənclərlə ünsiyyətdəyəm. Bir neçəsini tanıyıram ki, çox uğurla xaricdə, xüsusən də Moskvada universitetlərə daxil olublar. İmkanları var, hətta sessiyalara da gedirlər. Bizdə də gənc alimlər üçün belə imkanların yaradılması vacibdir.

 

 

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin 
birinci müavini Z.Əsgərov sədrlik edir

 

 

Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmət-li sədarət, hörmətli deputatlar! Doğrudan da, İsa müəllim burada çox gözəl, dolğun məruzə elədi. Xüsusən mənə çox xoş oldu ki, əvvəlki komitə sədri Şəmsəddin müəllimə təşəkkürünü bildirdi. Mənə elə gəlir ki, bu, parlament etikasının gözəl nümunəsi oldu. 
Qanun layihəsi ilə bağlı demək istərdim ki, lap elə birinci cümlədə, preambulaya giriş hissəsində “elmin təşkili” deyil, “elmi işin təşkili” ifadəsi yazılsa, daha yaxşı olardı. “Elmin təşkili” bir qədər doğru alınmır. 
Sonra, ikinci təklifim bundan ibarətdir ki, 1-ci, 3-cü və 7-ci maddələrdə sıfırlar yazılıb: 1.01, 1.02. Mən çox düşündüm ki, bu sıfırların bir əhəmiyyəti varmı? Gördüm ki, heç bir əhəmiyyəti yoxdur. Həm mətni ağırlaşdırır, həm sistemi pozur. Mənim düşüncəmə görə1-ci, 3-cü və 7-ci maddələrdə o sıfırları ixtisar eləmək lazımdır.
Sonra, 1.0.36-cı maddədə yazılır ki, təhqiqatçı-elmi nəzəri və elmi-texniki tədqiqatlar aparan, bilikləri inkişaf etdirən və elmi tədqiqat layihələrində iştirak eləyən ali təhsilli şəxsdir. Biz əgər 10-cu maddəyə baxsaq, görərik ki, elmi müəssisə və təşkilatın mütəxəssisi ali və ya orta ixtisas təhsilinə malik şəxslərdir yazılıb. Gördüyünüz kimi burada orta ixtisas təhsilli şəxslər də tədqiqatçı ola bilərlər. Ümumiyyətlə “ali təhsilli” ifadəsinin çıxarılma-sını çox arzu edərdim. 
Digər bir məsələ. Mən də burada azərbaycanşünaslıqla bağlı məsələni başa düşürəm. Amma təklif olunan variantı belə qəbul edirəm ki, bu, azərbaycançılıq ideologiyasına deyil, azərbaycanşünaslıq elminə bir işarədir və bir neçə yerdə var. Ona görə hesab edirəm ki, 7.7-ci maddədə Azərbaycan dövlətinin vəzifələri sırasında sıralandığına görə, mənə elə gəlir ki, azərbaycanşünaslıq elminin bir sahəsini prinsip kimi qeyd eləmək düzgün olmazdı. 
Dediyim kimi, digər maddədə də bu öz əksini tapır. Ümumiyyətlə, bir sıra maddələrdə var. Xüsusən, 6.3-cü və 11.3-cü maddələrdə var. Bu da elmin inkişafı üçün məqsədli dövlət proqramının hazırlanmasının və sairənin icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməsidir.
Bir misal deyək. 11.3-cü maddədə qeyd olunub ki, Azərbaycan Respublikasında dövlət və bələdiyyə elmi müəssisə və təşkilatları publik hüquqi şəxsdir. Belə olan təqdirdə icra hakimiyyətləri yalnız bunun proqramları və digər məsələləri, yəni hamısını müəyyən qədər təmin eləmir. Ola bilər ki, publik hüquqi şəxs kimi elmin inkişafı ilə bağlı təsərrüfat hesabını, qanunverici orqanlarda müəyyən proqramları təsdiq eləyə bilərdi. 
Qanun layihəsində xırda məsələlər də var. Deyək ki, 7.0.12-ci və ya 7.0.22-ci maddələrdə “elmi işçilərin sosial müdafiəsinin təmin edilməsi” və sair kimi təkrarlar var. Bunlar qanun layihəsinin dilini bir qədər ağırlaşdırır və gözəl bir qanuna xələl gətirir.
9-8-ci maddədə qeyd olunub ki, doktoranturanı və magistraturanı müvəffəqiyyətlə bitirən istedadlı gənclər müvafiq elmi vəzifəyə müsabiqədənkənar (sonradan müsabiqədə iştirak etmək şərtilə) təyin oluna bilərlər. Mən bunu başa düşə bilmirəm. Qəbul oluna bilər deyir, amma sonra mötərizədə yazılır ki, sonradan müsabiqədə iştirak etmək şərti ilə. Bu nə deməkdir? Qanunda bu ifadəni nə isə qəbul edə bilmirəm. Necə yəni qəbul edək, sonra da müsabiqəyə buraxarıq. Bu, qanun layihəsinə yox, adi bir söhbətə oxşadı. Ona görə mən arzu edərdim ki, bu da nəzərə alınsın. 
12.7-ci maddədə Milli Elmlər Akademiyasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş nizamnaməsi məsələsi nəzərdə tutulur. Mən əvvəlki fikrimdə qalıram.
Ali təhsil müəssisələrinə müstəqillik verilməsi məsələ-sinin də 13.1-ci maddədə qeyd olunmasına tərəfdaram. 13.5-ci maddədə dediyim hallar olduğuna görə. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Bizə təqdim edilmiş qanun layihəsinin yüksək səviyyədə hazırlandığını qeyd etmək istəyirəm. Bu qanun layihəsinin hazırlanmasında əvvəlki çağırış Elm və təhsil komitəsinin sədri hörmətli Şəmsəddin Hacıyev və indiki çağırış Elm və təhsil komitəsinin sədri hörmətli İsa Həbibbəyli çox böyük işlər görüblər. Biz bu gün, həqiqətən də, elmin inkişafının tələblərinə cavab verən bir layihə ilə tanış oluruq. 
Mənim səsləndirmək istədiyim məsələlərin bir qismini məndən əvvəl deputat həmkarlarım qaldırdığına görə on-ları təkrarlamaq istəmirəm. Deyilən fikirlərin bir çoxunu dəstəkləyirəm, amma 3 məsələ ilə bağlı təklif vermək istəyirəm. 
Birincisi, elmin maliyyələşmə məsələsidir. Bu, ümumi şəkildə ayrı-ayrı maddələrdə özünü göstərib. Amma mən çox istərdim ki, burada konkret bir maddə də yazılsın ki, hər il büdcədən elmə ayrılan vəsait əvvəlki ildən aşağı ola bilməz və azı 10 faiz artıq olmalıdır. İş burasındadır ki, ildən-ilə elmə ayrılan vəsait artırılır, amma bu artım faizi bizim istədiyimiz səviyyədə olmur. Bu isə ona gətirib çıxarır ki, elmə gəncləri cəlb etmək çox çətin olur. Bir çox gənclər maaşın və maddi imkanların aşağı olduğuna görə elmlə birbaşa məşğul olmaq istəmirlər. Mən hesab edirəm ki, bu problemi aradan qaldırmaq üçün mütləq elmə dövlət tərəfindən ayrılan vəsaitin həcmini artırmaq lazımdır. Buna görə də birinci təklifim hər il büdcədən elmə ayrılan vəsaitin əvvəlki ildən azı 10 faiz artıq olması ilə bağlıdır. 
İkinci təklifim bundan ibarətdir ki, həmkarlarım da bildirdilər, bir neçə yerdə azərbaycanşünaslıq, azərbay-cançılıq və sair qeyd olunub. Mən hesab edirəm ki, bunun hüquqi dili “Azərbaycanın milli maraqları”dır. Çünki Azərbaycanda təkcə azərbaycanlılar deyil, qeyri millətlər də yaşayır. Azərbaycançılıq Azərbaycan daxilində qəbul olunandır və başa düşüləndir. Amma biz elmin dünya səviyyəsinə çıxmasını istəyiriksə, onda azərbaycançılıq ideologiyasını əvvəl izah edib ondan sonra ona gəlməliyik. Bunun üçün çox sadə bir çıxış yolu var. Hər bir dövlətin milli maraqları var və Azərbaycan da milli maraqlarına xidmət edən prinsiplərin işlənməsi və sairə məsələsi... 
Sonda bildirmək istəyirəm ki, qanun layihəsi ilə bağlı texniki xarakterli düzəlişlərim var. Bunları komitəyə təqdim edərək baxılmasını xahiş edəcəyəm. Layihəni səs vermək üçün hazır hesab edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail müəllim, sualınız var? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Buyurun.
F.Ağamalı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən hər bir millət vəkilinin təklifinə, çıxışına çox hörmətlə yanaşan insanam. Bundan sonra da kim çıxış üçün təkid eləsə, bu da onun hüququdur. 
Demək istərdim ki, qanun layihəsi kifayət qədər mü-kəmməl hazırlanıb. Buna görə mən də bunun ilk təşəb-büskarı olan Şəmsəddin müəllimə təşəkkürümü bildirirəm. Lakin təbiət etibarı ilə çox yaradıcı və yenilikçi bir alim olan İsa Həbibbəylinin qələmindən çıxan bu qanun o qədər mükəmməldir ki, ona peşəkar baxımdan hər hansı bir təklif vermək mümkün deyil. Buradakı çıxışlar da,  millət vəkillərinin söyləmiş olduğu fikirlər də qanun layihəsinin təkmilləşməsinə kifayət qədər yük gətirən təkliflər deyil. Dəyərli həmkarlarım məni üzrlü hesab etsinlər, bu, İsa Həbibbəylinin peşəkarlığından, çox yüksək yaradıcılığından və məsuliyyətindən irəli gələn bir yanaşmadır. Ona görə mən də İsa Həbibbəyliyə və burada əməyi olan hər bir insana təşəkkürümü bildirirəm. Hörmətli Ziyafət müəllim, əgər mümkündürsə, bunu ikinci oxunuşda qəbul edək. Digər tərəfdən də çalışaq ki, elmimizin daha yüksək səviyyəyə qalxması üçün qanun layihəsini sessiyanın sonuna qədər üçüncü oxunuşda qəbul edək. Sağ olun.
Sədrlik edən. Nə təklifiniz var, hörmətli deputatlar? Mən də hesab edirəm ki, doğrudan da, çox mükəmməl bir qanun layihəsidir.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Darıxmayın, kim təkid edirsə, söz verə-cəyəm. Burada artıq 15-ə yaxın hörmətli həmkarım çıxış etdi. Bütün çıxışlarda qanun layihəsinin mükəmməl hazı-rlandığı və innovativ bir qanun layihəsi olduğu qeyd olundu. Yazılı təkliflər də yəqin, İsa müəllimə təqdim olunacaq. Məncə müzakirəni uzatmağın elə bir önəmi yoxdur. Amma kim təkid edirsə, söz verəcəm. Təkid edən varmı? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Hikmət müəllim, buyurun.
H.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, qanun layihəsi yüksək səviyyədə hazırlanıb. Ancaq bəzi məsələlər var, mütləq onlara münasibət bildirmək lazımdır. 
Qanunun 4.2.4-cü maddəsində belə bir cümlə var: “multikulturalizm ideyasının elmi əsaslarının formalaş-dırılması və cəmiyyət həyatındakı rolunun və əhəmiy-yətinin tədqiqi və təbliğ edilməsi”. Biz bu gün multi-kulturalizmdən danışanda onu Azərbaycanda həyat tərzi kimi səciyyələndiririk. İdeya o deməkdir ki, hələ beyinlərdə mövcuddur. Lakin onun təbliğ olunması üçün ehtiyac var ki, nəhayət, biz multikultural cəmiyyət formalaşdıra bilək. Əslində isə belə deyil. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda da cənab Prezident dedi ki, bəlkə hələ tarixin müəyyən dövrlərində, ümumiyyətlə, “multikulturalizm” termini yox idi, amma Azərbaycan cəmiyyətində multikulturalizm var idi. Belə olan halda multikulturalizmi ideya kimi səciyyələndirmək doğru deyildir. Ona görə təklif edirəm yazaq ki, multikulturalizmin əsaslarının öyrənilməsi. Yəni bunun həm tarixinin, həm də mövcud əsaslarının öyrənilməsi Azərbaycanın siyasi ideologiyasına uyğun olar. 
Yenə qanunun 4.2.12-ci maddəsində qeyd olunur ki, biliklərə əsaslanan innovativ xarakterli cəmiyyətin və iqtisadiyyatın formalaşdırılması problemlərinin tədqiqi. “İnnovativ” anlayışı texniki termindir. Elmi ixtiraların tətbiq olunduğu sahələr haqqında danışanda biz “innovativ” deyə bilərik. Biz cəmiyyəti “innovativ” adlandıra bilmərik, çünki onu səciyyələndirmək üçün xüsusi siyasi, sosial terminlər var. Açıq cəmiyyət, qapalı cəmiyyət, liberal cəmiyyət, demokratik cəmiyyət və sair. Hesab edirəm ki, “innovativ” sözü yerinə düşmür, çünki burada canlı insanlardan söhbət gedir. Amma burada hansısa bir ixtiranı cəmiyyətə tətbiq edə bilmərik. Ona görə də təklif edirəm ki, burada “intellektual cəmiyyət” yazaq, amma iqtisadiyyatdan danışanda “innovativ iqtisadiyyat” yaza bilərik.
7.0.8-ci maddədə qeyd olunur ki, Azərbaycan tarixinin, milli mədəniyyətinin, mədəni irsinin, abidələrin və etnogenezin öyrənilməsi. Bax burada həm üslub pozulur, həm də “abidələr” və “etnogenez” sözlərinin kimə aid olması itir, çünki mənsubiyyət şəkilçisi yoxdur. Ona görə hesab edirəm ki, burada mütləq Azərbaycan xalqının etnogenezinin öyrənilməsindən söhbət getməlidir. “Mədəni irs” yazanda abidələri mücərrəd şəkildə bura qoymaq olmaz. Bura “maddi irs” yazmaqla problemi həll eləmək olar. Yəni biz bilirik ki, abidə maddi irsdir. Burada da bu düzəlişi eləmək lazımdır. 
7.0.10-cu maddədə isə elmin səmərəli təşkilindən söhbət gedir. Elm səmərəli təşkil oluna bilməz. Elmi siz necə səmərəli təşkil edə bilərsiniz? Elmi fəaliyyəti səmə-rəli təşkil etmək olar. Burada elmi fəaliyyətin səmərəli təşkilindən söhbət gedə bilər. 
Burada xaricdə çıxan əsərlərə daha çox xarici istinadlar olan alimin mükafatlandırılmasından söhbət gedir və bu, rəğbətləndirilmə kimi səciyyələndirilir. “Rəğbət” sözü mənəvi kateqoriyaya aiddir. Biz mənəvi münasibətlərdə rəğbətdən danışırıq. Qanun hüquqi əsas yaratdığı üçün burada terminlərə diqqət eləmək lazımdır. Ona görə müxtəlif qaydada mükafatlandırılsın, bu, maddi də ola bilər, mənəvi də.
Qısaca bir məsələyə də toxunmaq istəyirəm. 4.1.1-ci maddədə yazırıq ki, Azərbaycan dövləti elmin davamlı və sistemli inkişafının təmin edilməsini prioritet hesab edir. Bəlkə bu başqa cür başa düşülür. Hesab edirəm ki, davamlılıq deyəndə magistratura və doktorantura təh-silinin fasiləsiz olmağını düşünməliyik. Çünki bağça yaşındakı uşaqlar da bu və ya digər şəkildə təlimə, tədrisə cəlb olunurlar. Orta məktəbdə müəllimlərin 90 faizə qədəri qadınlardan ibarətdir. Belə getsə, yəni magistratura pilləsində təhsil qırılsa, bir müddətdən sonra ali təhsil müəssisələrində də professor-müəllim heyətinin 80-90 faizi qadınlardan ibarət olacaq. Beləliklə, biz cəmiyyətdə xarakter və şəxsiyyət formalaşdıra bilməyəcəyik, çünki yetişdirdiyimiz yeni nəsil təhsil prosesində ancaq qadınlarla ünsiyyətdə olacaq. Ona görə hesab edirəm ki, burada bir körpü olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Elman Nəsirov.
E.Nəsirov. Hörmətli Ziyafət müəllim, hörmətli həm-karlar! Mən də hesab edirəm ki, kifayət qədər mükəmməl bir qanun layihəsidir və bütün məqamlar burada öz əksini tapıb. Mən də bu qanunla bağlı fikirlərimi sizinlə paylaşmaq istəyirəm. 
Həqiqətən, qanunda elmin maliyyələşdirilməsi məsə-ləsinə xüsusi əhəmiyyət verilməlidi. Bu çox vacibdir. Hikmət müəllimin o fikri ilə tam şərikəm ki, bir çox hal-larda məhz maddi çətinliklər ucbatından gənclər elmə gəlmək istəmirlər. Doktoranturaya qəbul imtahanları zamanı belə bir mənzərənin şahidi oluruq ki, əksər halda doktorant olmaq istəyənlər xanımlardır. Bir müddət sonra isə ailə həyatı qururlar və nəticədə biz gələcək alimi itirmiş oluruq və elmi fəaliyyətdə bir fasilə əmələ gəlmiş olur. 
İkinci, yenə də bir məsələyə toxunmaq istəyirəm. Mən Ali Attestasiya Komissiyasının üzvü olaraq dəfələrlə dissertasiyalarda plagiatlıq hallarının şahidi olmuşam. Mübahisə yaranır ki, neçə səhifə köçürülmüş olanda plagiat sayılır. Qanunun 1.0.31-ci maddəsində yazılıb ki, tam və qismən mənimsəmə. Tam aydındır. Yəni 150 səhifəlik dissertasiya tamamilə köçürülüb. Bəs qismən mənimsəmək nədir? Yəni dəfələrlə Ali Attestasiya Komissiyasında mübahisə yaranır ki, bu 5 min səhifədir, 10 min səhifədir. Tutaq ki, 15 səhifə köçürmə halı qeydə alınmış bir iddiaçı deyir ki, çox azdır, bunu köçürmə hesab etmək olmaz. Başqa halda isə tutaq ki, iki səhifə köçürmə halı var, onu da plagiatda ittiham edirlər. Belə anlaşılmazlıqlar yaranır. Ona görə hesab edirəm, bu məsələyə bir aydınlıq gətirilməlidir. 
Nəhayət, impakt jurnallarla bağlı məsələyə toxunmaq istəyirəm. Müdafiə prosesində əsas tələblərdən biri də odur ki, elmə gələn iddiaçının belə jurnallarda mütləq məqaləsi çap olunmalıdır. Bu özü-özlüyündə gözəldir, amma burada bir xoşagəlməz tendensiyanın şahidi oluruq. Siz təsəvvür edin, həmin o çox nüfuzlu jurnallar bir məqalə üçün 800-1000 dollar vəsait ödəyəndə səviyyəsindən asılı olmayaraq dərhal onu çap edirlər. Biz dəfələrlə bunun şahidi olmuşuq. Bu, xarici ölkələrdə yaxşı bir qazanc mənbəyinə çevrilib. Yəni elmi keyfiyyəti olmayan məqalə üçün vəsait ödə, o çap olunacaq. Nəticədə bizim valyutamız bu şəkildə xaricə çıxmış olur. 
Mən də fürsətdən istifadə edib belə mükəmməl bir qanun layihəsinin hazırlanmasında xidmətləri olmuş Şəmsəddin Hacıyeva və İsa Həbibbəyliyə öz təşəkkürümü bildirirəm. Onların birgə fəaliyyəti ilə belə mükəmməl bir qanun layihəsi ortaya çıxıb. Mən də qanun layihəsinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Ziyafət müəllim, mənə şərait yaratdığınız üçün çox sağ olun. Baxıram ki, zalın əhvali-ruhiyyəsi bir az başqa cürdür, amma mən bir neçə fikrimi söyləməliyəm. Əsas müddəalar hissəsində verilən “impakt faktoru” heç kimə sirr deyil ki, Azərbaycan elmi üçün ağrılı bir yerdir. Çünki Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda dərc olunan məqalələrinin sayı çox azdır. Bir misal deyim. İstər Gürcüstanın, istərsə də bədnam qonşularımızın bu sahədə göstəriciləri bizdən on dəfə çoxdur. Bunu gərək Milli Elmlər Akademiyasının və ali təhsil müəssisələrinin alimləri nəzərə alsınlar. İmpakt faktorlu jurnallar da müxtəlif əmsalları  olan jurnallardır. Məsələn, hirş əmsalı var. Bu gün Azərbaycanda çox alimin hirş əmsalı aşağı səviyyədədir. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul olunması elmimizin yeni bir mərhələyə addım atmasına şərait yaradacaqdır. 
1.0.31-ci maddədə “elmi plagiat” məsələsində hesab edirəm ki, nə isə çatmır. Burada yazılır ki, “müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının elmi kəşf və ixtirasını, innovasiya məhsulları və sairəni”. Heç də elmi əsərlərin, elmi işlərin nəticələri kəşf və ixtira ilə tamamlanmır. Müxtəlif xarici jurnallarda dərc  olunmuş məqalələr var, onların da adı bura salınmalıdır. 
Hörmətli Elman müəllimin dediyi bir fikirlə razı  deyiləm. Dünyada təxminən 10 mindən yuxarı elmi nəşr var və onların əksəriyyəti pulsuzdur. Haradan pul köçürürlər, mən bilmirəm. Ola bilsin ki, müəyyən özəl jurnallar bu cür tələb edirlər. 
Bundan başqa, əsas məsələlərdən biri də maliyyə ilə bağlıdır. Həmkarım Qüdrət Həsənquliyev tamamilə doğru buyurdu. O, 4 faiz dedi, mən isə deyirəm ki, büdcə xər-clərinin ən azı 5 faizi elmə ayrılmalıdır. Elm maliyyəsiz inkişaf etməyəcək, bunu birdəfəlik bilin. Mən də Şəmsəddin müəllimə və İsa müəllimə dərin minnətdarlığımı bildirirəm və hesab edirəm ki, bu qanunu qəbul etmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Təşəkkür edirəm. Ziyafət müəllim, nə yaxşı ki, müzakirəni davam elətdirdiniz. Siz ora – siyahıya fikir verin: Şəmsəddin – professor, Eldar – professor, Əhliman – professor, Jalə – professor, Gövhər – professor və sair. Yəni qeyri-peşə sahibləri kifayət qədər danışdı, siyahı gəlib professorlara, bilavasitə ali məktəblə əlaqəsi olanlara çatanda az qaldı ki, müzakirə dayansın. Mane olmayın. 
Bu qanunla bağlı kifayət qədər fikirlər söylənildi. Bu qanunun mahiyyətini, fəlsəfəsini əks etdirən bir sual meydana çıxır. Bu qanun qarşısında duran tələblərə cavab verir, ya yox? Bu tələblər nədən ibarətdir, digər qanunlardan bu qanunun fərqi nədir? 
Birinci, onu demək istərdim ki, əgər digər qanunlar cəmiyyət həyatının müəyyən sahələrini əhatə edirsə, bu, siyasi, iqtisadi, mədəni və mənəvi sahəni əhatə edən bir qanundur. Burada məsələ belə qoyulur; dövlət siyasətinin əsas istiqamətləri nədən ibarətdir? Bu istiqamətlər qanunda otuz bəndlə ifadə olunur və kifayət qədər elmi cəhətdən əsaslandırılıb. 
Dövlət siyasətinin prinsipləri qanunda çox düzgün ifadə olunub, elmi cəhətdən tam aydınlaşdırılıb və 12 bənddən ibarətdir. Dövlət siyasətinin prinsiplərini reallaşdırmaq və onun məqsədlərini müəyyən etmək üçün mütləq onun əsas istiqamətləri müəyyən olunmalıdır. Bu istiqamətlər də qanun layihəsində öz əksini tapıb. 
Bu qanun layihəsinin qarşısında duran ən vacib və prinsipial məsələlərdən biri nədən ibarətdir? Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yeri, sözü olan bir dövlətdir. Bu dövlətin elm sahəsindəki rolunu, obrazını müəyyən edən qanunlar hazırlamalıyıq. Bu qanun bu öh-dəliyi, bu yeri, bu durumu ödəyirmi? Birmənalı şəkildə “bəli” cavabı verə bilərik. 
Qanunun ən böyük üstünlüyü ondan ibarətdir ki, İsa Həbibbəyli dil və ədəbiyyat  sahəsində mütəxəssis olduğu üçün burada redaktəyə xüsusi ehtiyac yoxdur. Fikirlər tam əsaslandırılıb. Bəzən qanun layihələri qəbul olunur və qanunun icrası müddətində onu istəyinə uyğun formada əsaslandırmağa bir boşluq yaranır. Burada sərrastlıq o qədər vacib və düzgün qoyulub ki, artıq qanunda hər hansı bir boşluğun olduğu güman edilə bilməz. 
Ümumiyyətlə, bu qanun bütövlükdə hazırdır, böyük elmi tutumludur. Bütün deyilən fikir və mülahizələri yekunlaşdırsaq, deyə bilərik ki, qanun müzakirə üçün hazırdır. 
Bununla yanaşı, mən bir məsələni demək istəyirəm. Birinci, İsa müəllim, burada “alim” ifadəsinə toxunuldu. “Alim – elmi dərəcəsi və əsərləri olan tədqiqatçıdır”. Yəni əgər alimdirsə, onun mütləq əsərləri olur. Əsərləri olmadan alim ola bilmir. Yəni elmlər namizədi dərəcəsi almaq üçün 6 elmi iş, elmlər doktoru dərəcəsi almaq üçün monoqrafiya və 20-yə qədər elmi iş gərəkdir. Deməli, o vaxt alim ola bilir ki, onun əsərləri olsun. İkincisi isə “tədqiqatçıdır” ifadəsi, əsərlərinin orada olub-olmaması mənim düşüncəmdir, ola bilsin, bəlkə də yanlış deyirəm, yaxud məntiqi nöqteyi-nəzərdən bunu fikirləşə bilərik. 
Nəhayət, İsa müəllim, Dissertasiya şuraları haqqında, opponentlik haqqında və bir sıra digər məsələlər barədə təkliflərim var, sizə verəcəyəm. Ümumiyyətlə, Şəmsəddin müəllimə də, Sizə də kifayət qədər “sağ ol” düşür, çünki böyük zəhmət çəkmisiniz və bu, gərgin əməyin bəhrəsidir. Güman edirəm ki, bu qanunu qəbul etdikdən sonra əldə etdiyimiz uğurlar daha çox olacaq. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Şəmsəddin Hacıyev.
Ş.Hacıyev. Çox sağ olun. Ziyafət müəllim, yaxşı ki, söz verdiniz və bu qanunun ərsəyə gəlməsində az da olsa əməyim olduğuna görə səhərdən ünvanıma deyilən xoş sözlər üçün hörmətli millət vəkillərimizə öz təşəkkürümü və minnətdarlığımı bildirməyə imkan yaratdınız. Təbii ki, Elm haqqında qanunu digər qanunlardan fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, bu qanun istisnasız olaraq cəmiyyət həyatının bütün sahələrini özündə ehtiva edir. Hər hansı bir cəmiyyətin, millətin, ölkənin gələcəyini elmsiz təsəvvür etmək mümkün deyil. Ona görə təsadüfi deyil ki, konstitusiyadan sonra təhsil və elm qanunlarını cəmiyyətin ən mühüm qanunları hesab edirlər. Bu da bəllidir ki, istənilən ölkənin bünövrəsini, əsasını iqtisadiyyat təşkil edir, amma onu irəli aparan elmdir və təhsildir. Ona görə hesab edirəm ki, bu gün bu qanunun müzakirəyə çıxarılması yalnız elmi ictimaiyyət üçün yox, bütövlükdə cəmiyyətimiz üçün böyük bir hadisədir. 
Çox düzgün olaraq qeyd elədilər ki, qanunun böyük elmi çəkisi var, yükü çox ağırdır. Amma bir şeyi unutma-yaq ki, biz bu gün elm sahəsində qarşıda duran hər hansı bir problemi müzakirə eləmirik və onun həll olunması üçün hansısa konkret tədbirlərin hazırlanmasından söhbət getmir. Söhbət ondan gedir ki, elmi fəaliyyət sahəsinin qanunvericilik bazasını yaradırıq. Xüsusilə də elm sahəsində baş verən bütün proseslərin və subyektlər arasında olan münasibətlərin hüquqi müstəvidə tənzimlənməsinə imkan yaradan bir qanunvericilik aktı yaradırıq. Mən hesab edirəm ki, qanun bu tələblərə tamamilə cavab verir. 
Qeyd olundu, qanun layihəsi birinci oxunuşda qəbul olunandan sonra onun üzərində müəyyən işlər görülüb. Bəziləri təqdirəlayiqdir, amma bəziləri barədə düşünməyə dəyər ki, saxlanılsın, ya saxlanılmasın. Təbii ki, biz İsa müəllimlə bu məsələ ilə bağlı hələ işçi qaydada çox görüşəcəyik və mənim xeyli təkliflərim var. Qarşıda üçüncü oxunuşdur, yəqin ki, millət vəkillərinin dəyərli təklifləri də nəzərə alınmaqla sonda çox təkmil bir qanun layihəsi qəbul edəcəyik. 
Onu da qeyd edim ki, birinci oxunuşdan sonra 35 millət vəkilinin təklif və tövsiyələrini mümkün olduğu qədər nəzərə almışıq və qanun layihəsi həm hüquqi, həm də maliyyə ekspertizasından keçmişdir. 
Burada bəzi maddələrin qanundan çıxarılmasını doğru bulmuram, çünki bunlar artıq razılaşdırılmışdır. O cümlə-dən də magistraturada əyani təhsil alanlara möhlət hüqu-qunun verilməsi. Məsələ burasındadır ki, bir tərəfdən magistraturaya gələnlərin və sonradan doktoranturaya daxil olanların içərisində kişilərin sayı kəskin surətdə aşağı düşür, o biri tərəfdən də elmi işçilərin qocalma pro-sesi gedir. Ona görə də mən hesab edirəm ki, bu məsələyə qayıtmaq lazımdır. Ziyafət müəllim, qanunvericilik təşəbbüsü subyektləri ilə bir daha müvafiq danışıqlar aparmaq lazımdır və bu maddə qanunda saxlanılmalıdır. 
Prinsiplər barəsində. Azərbaycançılıq ideyası çox gözəldir, amma onu prinsiplər səviyyəsinə qaldırmaq lazım deyil. İnnovasiya və sahibkarlıq fəaliyyətini eyniləşdirmək olmaz. İnnovasiya yenilikdir, yeni sistemlərdir, amma sahibkarlıq tamamilə başqa bir şeydir. Hərdən adamda elə bir təsəvvür yaranır ki, elmin gələcək inkişafı yalnız sahibkarlıqla bağlıdır. Əksinə, elm, təhsil və iqtisadiyyatın inteqrasiyası ilə bağlıdır. Bir daha mən millət vəkillərinə...
Sədrlik edən. Şəmsəddin müəllimə bir dəqiqə vaxt verin.
Ş.Hacıyev. Təşəkkürümü bildirirəm. İsa müəllimə təşəkkürümü bildirirəm, doğrudan da, çox əziyyət çəkdilər və qanunun bu səviyyəyə gəlməsi üçün ciddi işlər apardılar. Amma cəmiyyət çox ciddi surətdə, dinamik olaraq dəyişir. Elm sahəsi də dinamik olaraq dəyişir, bəzən yazılanları oxuyub çatdırmaq da mümkün olmur. Ona görə bir nöqtə qoymaq və qanunu qəbul etmək lazımdır. Bunu çoxdan etmək lazım idi. 
Bir daha hamınıza təşəkkürümü bildirirəm. Mən dedim ki, bütün təklifləri, təbii ki, Səfa müəllimlə və İsa müəl-limlə birlikdə götür-qoy edəcəyik, araşdıracağıq. Hesab edirəm ki, bu qanun millət vəkillərinin birgə əməyinin nəticəsidir və mükəmməl bir qanun kimi təsdiq olunmaq üçün cənab Prezidentə təqdim olunacaq. Çox sağ olun, minnətdaram. 
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, nə təklif edirsiniz, artıq 20 nəfər millət vəkili çıxış elədi.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Fuad Muradov, buyurun.
F.Muradov. Çox sağ olun, Ziyafət müəllim. Başa düşürəm, vacib qanundur. Mən ilk növbədə həm Elm və təhsil komitəsinə, həm də Milli Məclisin Aparatına bu qədər mükəmməl bir qanun layihəsi hazırladıqlarına görə öz dərin təşəkkürümü bildirirəm. Heç şübhəsiz ki, möhtərəm cənab Prezidentin təhsilə, elmə verdiyi qiymət son nəticədə bizim qanunvericiliyimizdə yeniliklərin tətbiq olunması ilə bağlıdır. 
Mən bilirəm ki, bu qanun cəmiyyətdə çox müzakirə olunub. Ona görə çox qısa olaraq bir neçə fikrimi bild-irmək istəyirəm. Birinci, burada hər çıxış eləyən vurğuladı ki, gənclərimizin elm sahəsinə gəlməsinə, elmlə məşğul olmasına şərait yaratmalıyıq. Çox təəssüf ki, bu gün elmimiz yaşlanır, amma bütün dünyada əks proses gedir. Bu gün reallıq ondan ibarətdir ki, dünya elmində bütün yeniliklər gənc nəsildən gəlir. 
Mən bilirəm ki, İsa müəllim həmişə təkliflərimizə diqqətlə yanaşır, ona görə ondan konkret xahişim var.  9.2.1-ci maddədə elmi işçilərin vəzifələri göstərilib. Burada kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi qeyd olunub. Bu gənc gəlib baş elmi işçi olanda onun artıq 75-80 yaşı olur. Mən başa düşürəm, biz müəyyən qədər gəncləri stimullaşdırmalıyıq, amma imkan yaradaq ki, əlində bir az səlahiyyət olsun. Bu məsələni dəfələrlə burada qaldırmışıq, birinci oxunuşda da demişik. Dünya elmində belə bir şey, yəni kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi və sair yoxdur. Ona görə çox xahiş edirəm, bu, nəzərə alınsın. 
Burada vurğulandı, 7.0.34-cü maddədə “elmi fəaliy-yətin Azərbaycan modelinin formalaşdırılması” qeyd olunub. Yəni bu gün artıq dünyada bu sərhədlər yoxdur, elm onları aşıb. Mən başa düşürəm, yaxşı olar ki, elmin Azərbaycan modelinin formalaşdırılması olsun, amma reallıq onu göstərir ki, bu gün o mümkün deyil. Biz dünyada gedən elmi proseslərin iştirakçısıyıq, bunu ayrıca istiqamətdə inkişaf etdirə bilmərik. 
Eyni zamanda, gənc elmi işçilərin iş məsələsi burada qeyd olundu. Biz də reallıqları bilirik ki, mən özüm 7 il elmi işimi müdafiə etmişəm. Mən onu başa düşürəm ki, bir elmi işlə gənc insan özünü dolandıra bilməz. Burada hamı söyləyir ki, biz büdcəni qaldırmalıyıq. Mən başa düşürəm, büdcəni qaldırmaq olar, amma nəticəsi də olmalıdır. Biz başa düşməliyik ki, elmə qoyulan vəsait nə vaxtsa geri qayıtmalıdır. Bu gün hələlik bu proses getmir. Düzdür, Milli Elmlər Akademiyasında canlanma var. Bilirəm ki, orada çoxlu işlər həyata keçirilir, İsa müəllim də bizi çox gözəl təmsil edir. Amma reallıq ondan ibarətdir ki, təkcə büdcənin qaldırılması ilə nailiyyətlər əldə olunmayacaq, Milli Elmlər Akademiyasının institut-larında çox ciddi şəkildə islahatlar aparılmalıdır. Bu gün institutların sayı bəlkə də elmi işçilərin sayından çoxdur. Ona görə də çox istərdim ki, biz buna xüsusi diqqət edək. 
Ziyafət müəllim, digər bir məsələ də daha çox Sizin komitə ilə bağlıdır. Bu, təhsildə  davamlılıq məsələsidir. Hamımız bilirik ki, müharibə şəraitində yaşayırıq və son hadisələr onu göstərdi ki, peşəkar ordunun yaranması çox vacibdir. Eyni zamanda, gənclərimiz də hərbi xidmətə hazır olmalı, müəyyən bacarıq əldə etməlidirlər. Ona görə təklif edirəm ki, orta məktəbi bitirəndən sonra hamı hərbi xidmətə getsin. İnsan ali məktəbə daxil olandan sonra əsgərliyə gedir, təzədən magistraturaya gəlir və sair. Elmin davamlılığı olmasa, heç bir nailiyyət əldə olunmayacaq. Yəni insan bilməlidir ki, onun proqramı hansı istiqamətdə gedir. Ona görə bir qayda olaraq orta məktəbi qurtardı, əsgərliyə getsin. 
Eyni zamanda, burada 7.0.24-cü maddədə xarici ölk-ələrin elmi dərəcə və elmi adları haqqında sənədlərinin tanınması verilib. Bəs tanınmaması? Əgər biz hamısını tanıyırıqsa, bu qanuna da yazırıqsa, deməli, bu proses haradasa pozula bilər. Bu ifadə “baxılması” olmalıdır. Yoxsa müxtəlif institutlardan elmi dərəcə alırlar və tələb edirlər ki, biz onu tanıyaq. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Mən qanun layihəsini səsə qoymazdan əvvəl iki nəfərə də söz vermək istəyirəm. Hörmətli akademikimiz Əhliman müəllimə və Rəşad həkimə söz vermək istəyirəm. Bu çıxışlardan sonra yekunlaşdırarıq. Buyurun, Əhliman müəllim.
Ə.Əmiraslanov. Çox təşəkkür edirəm, Ziyafət müəl-lim. Mən də hesab edirəm, Elm haqqında qanunun qəbu-lunu təkcə ölkəmizin elm ictimaiyyəti yox, bütövlükdə cəmiyyət gözləyirdi. Mənə belə gəlir ki, bu qanunun üzərində istər Şəmsəddin müəllimin, istərsə də İsa müəllimin rəhbərliyi altında çox geniş miqyaslı iş aparılıb. Bu gün, doğrudan da, bütün tələblərə cavab verən bir qanun meydana çıxıbdır. Mən çox danışmayacağam, çünki hamı yorulubdur. Mənə belə gəlir, bu qanunun əsas istiqaməti, ən müsbət cəhəti ondan ibarətdir ki, bu, gələcəkdə  elmi tədqiqatların fundamental səviyyəsinin yüksəldilməsinə, aparılan fundamental və tətbiqi-elmi işlərin təcrübəyə tətbiqinə yaxından kömək edəcəkdir. 
Burada mən həmişə ağrılı olan qrantlar məsələsini qeyd etmək istəyirəm. Doğrudan da, elmimizin, bütövlükdə dünya elminin inkişafında qrantların çox böyük rolu var. Xüsusilə beynəlxalq qrantların, dövlət səviyyəsində olan qrantların orada öz əksini tapması, mənə belə gəlir ki, çox müsbət bir hadisədir. 
Burada elmlə təhsilin inteqrasiyası istiqamətində də çox uğurlu addım atılıbdır və bu istiqamətdə gələcəkdə bizi çox böyük işlər gözləyir.
Nəhayət, Milli Elmlər Akademiyasının funksiyalarının artırılması və bütövlükdə ölkəmizdə elmin koordinasiyası sahəsində fəaliyyətinin burada təsbit olunması da elmimizin gələcək inkişafı üçün böyük zəmin yaradacaq. Mən bu müsbət cəhətləri nəzərə alaraq belə bir qanunun bu gün ikinci oxunuşda qəbul olunmasına səs verəcəyəm. 
Ancaq mənə belə gəlir ki, Elm haqqında qanunun çatışmayan əsas cəhəti maliyyə tutumunun aşağı olmasıdır. Biz dəfələrlə burada demişik, bu gün elmi dərəcələrə görə verilən vəsait son dərəcə azdır. Qonşu ölkələrlə, keçmiş SSRİ məkanındakı respublikalarla müqayisə etsək, görərik ki, fəlsəfə doktoruna və elmlər doktoruna verilən vəsait həddindən artıq azdır. Mənə belə gəlir ki, buna fikir vermək lazımdır. Düzdür, biz qanunda bunu dəqiq göstərə bilmərik, ancaq burada yazılıb ki, bunu icra hakimiyyətləri həll edəcək. Neçə illərdir, bu məsələ müzakirə olunur, ancaq hələlik bir nəticə yoxdur. 
Mənə belə gəlir ki, Elm haqqında qanunun qəbul olunması bu gün elmimizin qarşısında duran bir çox problemlərin həll olunmasına kömək edəcəkdir. Xüsusilə də elmi müəssisələrin sahibkarlıq fəaliyyəti ilə məşğul olması, vəsait əldə etmək hüququnu əldə etməsi də bu qanunun ən üstün cəhətlərindən biridir. 
Bu gün burada büdcədən vəsait ayrılması məsələsinə toxunuldu. Mənə belə gəlir ki, elm büdcədən maliyyələş-dirilməlidir, elmi müəssisələr özləri də vəsait əldə etməyi öyrənməlidir. Ancaq bu gün büdcədən elmə ayrılan vəsait ilbəil artmasa, elmimizin böyük perspektivindən danışmaq olmaz. Bu gün elmi müəssisələrin, elmi tədqiqatla məşğul olan insanların istər maddi-texniki bazanın möhkəmləndirilməsi, istərsə də əmək haqlarının  artırılması istiqamətində dövlətin qayğısına çox böyük ehtiyacı var. Ona görə də dövlət bu gün elm müəssislərinə qayğı və diqqət yetirməlidir. Mən də bu qanuna səs verəcəyəm. Sağ olun. 
Sədrlik edən. Sağ olun, Əhliman müəllim, təşəkkür edirəm. Rəşad Mahmudov, buyurun.
R.Mahmudov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İlk öncə fürsət yaratdığınıza görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən, bu gün çox önəmli bir qanun layihəsi müzakirə olunur. Hər şeyin təməlində elm durduğu üçün bu gün müzakirəyə çıxarılan qanun layi-həsinin də ölkəmizin gələcəyi üçün çox vacib olduğunu bir daha xatırlatmaq istəyirəm. Mən mükəmməl hazırlan-mış bu qanun layihəsinə səs verəcəyəm. Sadəcə, bir məsələni ikinci oxunuş olduğuna görə bir daha gündəmə gətirmək istəyirəm. 
Bildiyiniz kimi, hər bir sənətin təməlində elm durduğu kimi səhiyyə və tibb təhsilində də elmi məsələlər çox vacib və aktualdır. Bu gün postsovet məkanında olan ölkələrin səhiyyə səviyyəsini Avropa və inkişaf etmiş Amerika səhiyyəsi ilə müqayisə etdiyimiz zaman bir neçə məqama diqqət yetirmək gərəkdir. Bu, sadəcə, Azərbay-canın deyil, postsovet məkanında olan bir çox ölkənin problemidir və hələ də davam edir.  
Bir az əvvəl Əhliman müəllimin çıxışında da eşitdik, dövlətimizin tibb təhsilində ən böyük uğurlarından biri rezidentura proqramının başlanmasıdır. Amma diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün Türkiyənin və eləcə də Avropanın rezidentura proqramına daxil olan hər bir insan rezidentura proqramını bitirdiyi zaman mütləq bir şəkildə bir mövzunu müdafiə edir və sonra da bizim bugünkü standartlarımızla qarşılaşdırdığımız zaman uzman ixtisasçı xaricində həm də doktorluq işini bitirmiş kimi qəbul olunur. Bu gün əfsuslar olsun ki, rezidentura proqramında bu öz əksini tapmayıb və rezidentura təhsili alan gənc ixtisasçılarımzın qarşısında belə bir məsələ qoyulmayıb. Mən çox arzu edərəm ki, bu məsələ əlaqədar qurumlarda müzakirəyə çıxarılsın. Bu, tibb elminin inkişafında çox vacib bir məsələdir. 
Mən sizə misallar gətirə bilərəm. Bugünkü sistemdə ixtisasçı rezidenturanı bitirdikdən sonra bunun təhsilinin ortalama 12 il olduğunu nəzərə alsaq, arxasınca tibb elmləri namizədliyi və doktorantura üçün yenidən 6 il, 8 il zaman xərcləməsi lazımdır. 47 yaşına qədər keçən bir müddətdən söhbət gedir. 
İkinci məqam budur ki, hər hansı bir ixtisas üzrə rezidentura təhsili almış insana heç bir əngəl yoxdur. İstənilən başqa sahə üzrə elmi fəaliyyətini davam etdirə bilər. Bu da tibbdə çox böyük problemlər yaradır və ölkəmizdə də bununla əlaqədar kifayət qədər hadisələrdən danışmaq olar. Çünki uzun illər anesteziologiya sahəsində işləmiş bir insan 42 yaşından sonra bir anda qərar verir və elmi iş yazaraq kardioloq, tibb elmləri doktoru adını alır. Bu da tibbin inkişafına ciddi əngəllər yaradır. Ona görə düşünürəm ki, bu məsələnin komitədə bir daha nəzərdən keçirilməsi gələcəkdə səhiyyəmizin inkişafına böyük xidmət göstərəcək. Mən bir daha bu mükəmməl qanunu hazırlayan hər bir insana öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Rəşad müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, etdiyiniz çıxışlara, verdiyiniz çox maraqlı təkliflərə görə hamınıza minnətdaram, təşəkkür edirəm. Adları monitorda olan, lakin təkid etməyən yoldaşlara da minnətdarlığımı bildirirəm. Çox sağ olun. Qeydlərinizi, lazım olsa, İsa müəllimə təqdim edərsiniz. İndi Daxili Nizamnamənin tələbinə görə səsvermə keçirməliyik. İsa müəllim qeyd etdi, qanun layihəsi 7 fəsil və 41 maddədən ibarətdir. Biz belə edək, 4 fəsli bir, 3 fəsli bir səsə qoyaq. Etiraz yoxdur? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda I, II, III və IV fəsillərə münasibət bildirməyinizi xahiş edirəm.

 

 

Səsvermənin nəticələri (saat 15.36 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
V, VI və VII fəsillərə münasibət bildirməyinizi xahiş edirəm.

 

 

Səsvermənin nəticələri (saat 15.37 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Xahiş edirəm, bütövlükdə qanun layihəsinə münasibət bildirəsiniz.

 

 

Səsvermənin nəticələri (saat 15.37 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

 

 

Qəbul edildi, sağ olun. 
Bununla da Elm haqqında qanun layihəsi ikinci oxunuşda qəbul olundu. 
Hörmətli deputat həmkarlarım, sizə, eyni zamanda, xalqımıza bir şad xəbər vermək istəyirəm. Bizim hörmətli həmkarımız, çox hörmətli Mehriban xanım 28 May – Respublika günü münasibəti ilə amnistiya aktının layihəsini Milli Məclisə təqdim etmişdir. Bu, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın Milli Məclisə amnistiya aktı ilə bağlı dördüncü müraciətidir. Nəzərdə tutulur ki, bu amnistiya aktının təsir dairəsinə 10 min nəfər düşəcək. (Alqışlar.) 
Bu 10 min nəfərin 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad olunacaq. Belə proqnozlaşdırılıb. Buna görə gəlin, sizin hamınızın adından Mehriban xanıma bir daha təşəkkürümüzü və minnətdarlığımızı bildirək. (Alqışlar.) 
Sağ olun. Bununla əlaqədar növbəti iclasımız ayın 20-də olacaq. Sağ olun, təşəkkür edirəm.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi