2016-ci il 4 mart tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 11

Milli Məclisin iclas salonu.
4 mart 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.


İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 106
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Seyfəddin Talıbov, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.

*     *    *


Müseyib Hüseynov, Bakı Apellyasiya Məhkəməsinin hakimliyinə namizəd.
İslam Əliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.

 

*     *    *

 


Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Banklar haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
8. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Poçt haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respubli-kasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “İnvestisiya fondları haqqında” Azərbaycan Res-publikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14.  “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliy-yələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respubli-kasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.
16. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının  Qa-nununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
18. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyi-şikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyi-şiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Valyuta tənzimi haqqında” Azərbaycan Res-publikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Dövlət satınalmaları haqqında” Azərbaycan Res-publikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
28. M.A.Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
29. İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəmə-sinin hakimi vəzifəsindən azad edilməsi haqqında.
30. Azərbaycan Respublikası Milli Məclisinin par-lamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında.
31. “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 20 oktyabr tarixli 1382-IVQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə.
32. “Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” Azərbaycan Res-publikası Milli Məclisinin 2015-ci il 20 oktyabr tarixli 1383-IVQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə.
33. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən  2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə.
34. “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
35. “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
36. Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
37. Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
38. “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
40. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
42. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
43. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Ziyad Səmədzadə, Rüfət Aslanlı, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Əli Məsimli, Vahid Əhmədov, Fəzail Ağamalı, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

7. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

8. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

9. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azər-baycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

10. “Poçt haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

11. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

12. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

13. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

14.  “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

16. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

17. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

18. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

19. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

20. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

21. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fuad Muradov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 105
Nəticə: Qəbul edildi

22. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

23. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

24. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

25. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

26. “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Kamran Nəbizadə, Siyavuş Novruzov, Fərəc Quliyev, Əli Məsimli, Valeh Ələsgərov, Fuad Muradov, Sona Əliyeva, Hüseynbala Mirələmov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

27. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

28. M.A.Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

29. İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

31. “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 20 oktyabr tarixli 1382-IVQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Firudin Hacıyev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

31. “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 20 oktyabr tarixli 1382-IVQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə.

Çıxış etmişdir:  Oqtay ƏsədovQərarında dəyişikliklər edilməsi barədə.

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

33. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.27 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

34. “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

35. “Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

36. Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Fərəc Quliyev, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

37. Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

38. “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

39. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

40. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

42. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.58 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

43. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rafael Hüseynov, Tahir Kərimli, Novruzəli Aslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.09 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

4 mart  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xa-hiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 106
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Hörmətli millət vəkilləri, gördüyünüz kimi, bugünkü gündəlikdə bəzi dəyişikliklər olub. Gündəliyin ilk 24 məsələsi cənab Prezident tərəfindən bir zərfdə göndərilib. Bu, iqtisadi islahatlar ilə əlaqədardır.
Bildiyiniz kimi, fevralın 3-də cənab Prezident maliyyə bazarlarında nəzarət palatasının yaradılması haqqında fərman imzalamışdı. Göndərilən qanun layihələrinə dəyişikliklər də palatanın yaradılması ilə bağlı məsələləri əhatə edəcək. Ona görə, xahiş edirəm, qanun layihələrində diqqətli olaq. Palatanın fəaliyyətinin təmin edilməsi üçün təqdim olunmuş qanunlar yüksək səviyyədə hazırlanmış qanunlardır və komitə iclaslarında müzakirə edilib. Ona görə, mən təklif edirəm, bu 24 qanun layihəsinin  hesabatını versinlər, sonra mü-zakirələri bir yerdə keçirək, çünki bir-birlərinə yaxın qanunlardır. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, qanunları Hüquq komitəsi, İqtisadiyyat komitəsi, Səhiyyə komitəsi, Gənclər və idman komitəsi şərh eləyəcək. İlk məsələmiz “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının  Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir, 95 səs ilə qəbul olunmalıdır. Xahiş edirəm, birinci bu qanuna baxaq, sonra digər qanunlara keçərik. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Artıq Oqtay müəllim qeyd etdi ki, möhtərəm cənab Prezi-dentin müvafiq fərmanı ilə maliyyə bazarlarını tənzimləyən yeni bir qurum yaradılıb. Əlbəttə, bu qurumun qəbul edəcəyi qərarların müəyyən bir normativ hüquqi qüvvəsi olmalıdır. Məhz buna görə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda təklif olunur ki, 4-cü və 80-ci maddələrə “maliyyə bazarları tənzimləyicisinin qərarları” sözləri əlavə olunsun. Beləliklə, həmin qurumun qərarlarının normativ hüquqi akt qüvvəsində olacağı məlum olur. Bilirsiniz ki, cənab Sədrin də söylədiyi kimi, biz vaxtilə, yəni 2011-ci ildə “Normativ hüquqi aktlar haqqında”  Konstitusiya Qanunu qəbul etmişdik, ona görə də ona edilən dəyişikliklər cənab Sədrin dediyi kimi, 95 səs çoxluğu ilə qəbul olunmalıdır.  6 aydan sonra biz bunu yenə də səsə qoyacağıq. Çox sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Oqtay müəllim, mən təklif edirəm ki, 5 dəqiqə müddətinə hamısı təqdim olunsun, ondan sonra biz əgər mümkündürsə, hamısı haqqında birlikdə danışaq.
Sədrlik edən. Siyavuş müəllim, mən xahiş elədim ki, bi-rinci qanun Konstitusiya qanunu olduğu üçün onu ayrıca qəbul edək, qalanlarını elə edəcəyik. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyi-şikliklər edilməsi barədə buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Mülki Məcəllədə edilən dəyişikliklər də, qeyd olunduğu kimi, yeni yaradılmış qurumun səlahiyyətləri ilə bağlıdır. Məhz buna görə də təklif olunur ki, Mülki Məcəllənin müvafiq maddələrində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına  nəzarət orqanı” sözləri ilə əvəz olunsun. “Sığorta nəzarəti” sözləri “maliyyə bazarlarına nəzarət”, “Azərbaycan Respublikasının  Mərkəzi Bankına” sözləri “maliyyə bazarlarına nəzarət orqanına” sözləri ilə əvəz olunsun. Bir daha vurğulamaq istəyirəm ki, bu dəyişikliklər artıq yaradılmış yeni qurumun səlahiyyətləri ilə bağlıdır. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, gəlin, belə edək. Sizin 3 məsələniz də var. Xahiş edirəm, onları da deyin, sonra iqtisadi bloka keçək. “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Publik hüquqi şəxslər haqqında” Qanunu biz bu yaxınlarda  qəbul etmişdik. Amma bir daha vurğulamaq istəyirəm, yeni yaranmış qurumun  səlahiyyətləri ilə bağlı təklif olunur ki, bu qanunun 1.2-ci, 5.3-cü və 7.6-cı maddələri ləğv edilsin.
Eyni zamanda, nəzərdə tutulub ki, İnzibati Xətalar Məcəlləsində, yəni 4-cü məsələdə 421-ci maddə aşağıdakı redaksiyada verilsin: “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən hesabatın və ya məlumatların verilməsindən imtina etmə və ya yayınma, yaxud təhrif edilmiş məlumatın verilməsi”. Sonra, “qiymətli kağızlar bazarında nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə,  eləcə də “Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” ifadəsi ilə əvəz olunur. Yəni vurğulamaq istəyirəm ki, indiyə qədər İnzibati Xətalar Məcəlləsində olan an-layışlar o 3 qurumdakı anlayışlar idi. Palatanın yaradılması ilə bağlı olan yeni ifadə, sadəcə, bura köçürülür, amma sanksiyada heç bir dəyişiklik yoxdur.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Nəhayət, Sizin komitədə olan “Cinayət yolu ilə əldə edilmiş pul və-saitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ter-rorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə  haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi.  Xahiş edirəm, bunu da təqdim edin.
Ə.Hüseynli. Hörmətli həmkarlar, bu, gündəlik üzrə 14-cü məsələdir, burada edilən əlavə və dəyişikliklər də yeni yaradılmış qurumun səlahiyyətləri  ilə bağlıdır. Məhz buna görə də təklif olunur ki, 1.0.5-ci maddə yeni redaksiyada verilsin. Burada “maliyyə monitorinqi orqanı” sözləri “mü-vafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” ifadəsi ilə, “kredit təşkilatları” sözləri “hüquqi şəxslər” sözləri ilə əvəz olunur. 6.1.1-ci maddə tamamilə yeni bir redaksiyada verilir və müvafiq olaraq “əsasnamə” sözü “nizamnamə” sözü ilə əvəz edilir. Vurğulamaq istəyirəm ki, burada edilən dəyişikliklər  mahiyyəti üzrə deyil, qanunvericiliyin  uy-ğunlaşdırılması ilə bağlıdır, yəni  qəbul olunmuş fərmandan irəli gələn məsələlərin tənzimlənməsidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, in-di biz böyük bloka, iqtisadi məsələlərə keçək, ya iki komitənin  iki məsələsi var, onlara baxaq, sonra keçək iqtisadi siyasətə? İqtisadi siyasət blokuna başlayaq? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəlik sizdə var. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə,  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Artıq yaradılan nəzarət palatası haqqında kifayət qədər fikir açıqlandı. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən 102, 106, 164, 199, 207-ci maddələrdə maliyyə bazarlarına nəzarət orqanının müvafiq səlahiyyətləri öz əksini tapıb. Yəni gəlir vergisindən azadolmalar və güzəştlər, vergi ödəməkdən azad edilmə, vergi güzəştlərindən azadolmalar və vergi güzəştləri maddələrində maliyyə bazarlarına nəzarət orqanının adı qeyd olunur. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara edilmiş dəyişikliklərə əsasən müvafiq maddələrdə “kapital” sözü “fond” sözü ilə əvəzlənir. Nəzarət və lisenziyalaşdırma funksiyaları Mərkəzi Bankdan alınaraq maliyyə bazarlarına nəzarət orqanına verilir, Mərkəzi Bank publik hüquqi şəxsə çevrilir. “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından  icbari sığorta haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Lo-tereyalar haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara müvafiq  maddələr əlavə edilir.
Maliyyə bazarlarına nəzarət orqanı maliyyə bazarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdur. “Qiymətli kağızlar bazarı haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında” qanunlara edilmiş dəyişikliklərə əsasən “nəzarət orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” adlandırılır. “Aktları” sözləri “maliyyə bazarlarına  nəzarət orqanının normativ xarakterli aktları” sözləri, “müvafiq icra hakimiyyəti orqanı” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri, “digər dövlət orqanları” sözləri “maliyyə bazarlarına nəzarət orqanları” sözləri, “orqanların dövlət tənzimlənməsi” sözləri “tənzimləmə” sözü ilə əvəz edilir. Bütövlükdə bu dəyişikliklər yaradılacaq maliyyə nəzarəti palatasının bir çox səlahiyyətini özündə ehtiva edəcək.
Sədrlik edən. Ziyad müəllim, biz əvvəldə də danışdıq, Siz bütün bloku qısaca qeyd edin, sonra biz müzakirə edək. 
Z.Səmədzadə. Bir məktubla gələn qanunlarda həmin maddələr var,  6–7 qanunda eyni dəyişikliklər edilir. Mən onların hamısını dedim. “Mərkəzi Bank haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Valyuta tənzimi haqqında” qanunlara edilmiş dəyişikliklər eynidir. Buraya müvafiq maddələr də əlavə edilir. Mahiyyəti də bundan ibarətdir ki, “kapital” sözü “fond” sözü ilə əvəzlənir, nəzarət və lisenziyalaşdırma funksiyaları  Mərkəzi Bankdan alınaraq maliyyə bazarlarına  nəzarət orqanına verilir. Bütün bu fikirlər həmin qanunlarda öz əksini tapmışdır.
Sədrlik edən. Ziyad müəllim, mən fikirləşdim ki, Siz təzə palata haqqında da bir balaca açıqlama verəcəksiniz. Pa-latanın yaradılmasına  nəzarət edən qurumun rəhbəri Rüfət Aslanlı buradadır. Ona söz verək, sonra keçək müzakirələrə. Rüfət Aslanlıya söz verək. 
R.Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Artıq məlumat verildiyi kimi, fevralın 3-də cənab Prezidentin müvafiq fərmanı ilə maliyyə bazarlarına nəzarət palatasının yaradılması haqqında qərar qəbul edilmiş və palatanın fəaliyyətinin təşkil edilməsi istiqamətində müvafiq işlərin görülməsi üçün xüsusi işçi qrupu yaradılmışdır. Ötən müddət ərzində palatanın fəaliyyətinin səmərəli təşkil olunması məqsədi ilə işçi qrupu tərəfindən bu sahədə mövcud olan beynəlxalq təcrübə, prinsip və standartlar araşdırılmış və müvafiq təkliflər hazırlanaraq zərf formasında cənab Prezidentə təqdim edilmişdir. Artıq hörmətli Oqtay müəllimin, komitə sədrlərinin də məlumat verdiyi kimi, bu təkliflərin normativ bloku, hüquqi sənədlər qanunvericilik zərfi formasında parlamentin bugünkü plenar iclasına təqdim olunub. Oqtay müəllimin də qeyd etdiyi kimi,  24 qanunvericilik aktına əlavələr təklif olunur və bu əlavələrin texniki xüsusiyyətləri haqqında hörmətli komitə sədrləri məlumat verdiklərinə görə, mən istərdim, palatanın fəaliyyətinin hüquqi əsasını yaradacaq bu qanunvericilik təşəbbüslərinin mahiyyəti haqqında məlumat verim. Bunun üçün isə ilk növbədə palatanın mandatı, onun fəaliyyət sahəsi və tənzimləmə mahiyyəti haqqında açıqlama verməliyəm. Bütövlükdə palatanın mandatı və fəaliyyət istiqaməti cənab Prezidentin 3 fevral tarixli 760 saylı fərmanında dəqiq müəyyən edilib. Buraya kredit təşkilatları, yəni banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqları və milli poçt operatorlarının maliyyə xidmətləri, sığorta, kapital bazarları sahəsində – sistem əhəmiyyəti olmayan ödəniş sistemləri, – bunun da xüsusi dəqiq anlayışı var, – sistem əhəmiyyəti olmayan ödəniş sistemləri Mərkəzi Bankın təşkil etmədiyi AZİPS və XÖHKS-dən kənar olan ödəniş sistemləridir. Məhz bu sahələrdə tənzimləmələrə nəzarətin həyata keçirilməsi, habelə çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsinə qarşı dövlət siyasətinin icrası daxildir.
Maliyyə bazarlarına nəzarət palatası bu mandatı həyata keçirmək üçün bir neçə alətdən istifadə edəcəkdir. Bun-lardan birincisi fəaliyyətin lisenziyalaşdırılmasıdır. Bu gün lisenziyalaşdırma  qanunla deyil, dövlət başçısının fərmanı ilə tənzimləndiyinə görə bu sahədə təqdim olunmuş qanun-vericilik zərfində hər hansı bir təklif yoxdur. Amma  nəzərdə tutulur ki, bu, Prezidentin fərmanı ilə həll olunacaqdır. İkinci tənzimləyici normativlərin qəbul edilməsidir. Məhz bununla bağlı artıq hörmətli Əli müəllim məlumat verdi ki, Konstitusiya Qanununa və digər qanunvericilik sənədlərinə əlavələr olunacaqdır. Üçüncü, palata bu sahədə maliyyə bazarında tənzimləmə nəzarətini həyata keçirmək üçün hesabatlar alacaq, yoxlamalar aparacaqdır. Dördüncü, bu nəzarət tədbirləri nəticəsində qanun pozuntuları  və ya bütövlükdə sistemdə risk daşıyacaq təhlükəli davranış halları aşkar olunarsa, bu zaman müvafiq  sanksiyalar və digər tədbirlər həyata keçiriləcəkdir. Nəhayət, beşinci, palata problemli bazar institutlarının sağlamlaşdırılması ilə əlaqədar müvafiq fəaliyyətləri də həyata keçirəcəkdir. Əlavə olaraq Maliyyə bazarlarına nəzarət palatası maliyyə sisteminin sabitliyi və dayanıqlığını təmin etmək üçün müvafiq alətlər tətbiq edəcəkdir. Bu alətlərə beynəlxalq təcrübədə stress testlər, ssenari təhlillərinin aparılması və bununla əlaqədar müvafiq siyasət və davranış qaydalarının müəyyən edilməsi daxildir. Bütövlükdə təklif edilən dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, bu gün  ayrı-ayrı dövlət orqanları tərəfindən 4 sahədə həyata keçirilən tənzimləmə nəzarət funksiyaları yeni yaradılan nəzarət palatasına ötürülsün. Başqa sözlə, bu, sırf insusional təklifdir. Sektorların tənzimlənməsinə dair mövcud qanunvericiliyə işçi qrupu tərəfindən hər hansı bir təklif verilməyib, çünki  bu, işçi qrupunun mandatına aid olan məsələ deyil.
Hamı üçün maraqlı olacaq bir məsələ, yəqin ki, yeni təsi-satın fəaliyyətə başlaması ilə əlaqədar Mərkəzi Bankla Maliyyə bazarlarına nəzarət palatası arasında dəqiq səlahiyyət bölgüsü və onların qarşılıqlı fəaliyyətidir. Bütövlükdə yeni konfiqurasiyada nəzərdə tutulur ki, Mərkəzi Bank ödəniş sistemlərinin, bayaq haqqında danışdığımız mərkəzləşdirilmiş banklararası ödəniş sistemlərinin fəaliyyətini, pul siyasətini müəyyən edərək təşkil  və  təmin edəcəkdir. Bank sisteminin tənzimlənməsi və nəzarəti ilə əlaqədar bütün funksiyalar isə sizə təqdim olunmuş qanunvericilik zərfi ilə yeni yaradılacaq Maliyyə bazarlarına nəzarət palatasına ötürülür. Belə olan halda hamını maraqlandıran məsələ bütövlükdə maliyyə sistemində dayanıqlılığın və sabitliyin təmin olunması, habelə likvidlilik məsələlərinin həll olunmasıdır. Bununla əlaqədar yeni bir mexanizm təklif olunur ki, özündə üç mühüm elementi əks etdirir. Bunlardan birincisi sistem əhəmiyyətli bankların sağlamlaşdırılmasıdır, ikincisi sistem əhəmiyyətindən asılı olmayaraq, bankların üzləşə biləcəyi qısamüddətli likvidlik  problemlərinin həll olunmasıdır və nəhayət, ümumi sistem xarakterli risklərin tənzimlənməsidir.
Oqtay müəllim, icazə versəydiniz, hər biri haqqında qısaca məlumat verərdim. Birincisi, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması ilə əlaqədar nəzərdə tutulur ki, bu bankların meyarları qabaqcadan bəlli olsun. Bu, bey-nəlxalq təcrübədə də belədir. Həmin  meyara cavab verən banklar sistem əhəmiyyətli elan ediləcək və həmin  banklar üçün xüsusi tənzimləmə nəzarəti  rejimi müəyyən olunacaq. İkincisi, əgər belə banklar hər hansı problemlərlə üzləşərlərsə, o zaman həmin banklar hökumət və Mərkəzi Bankın maliyyə dəstəyi ilə təmin olunacaq. Amma, eyni zamanda, onların  idarə edilməsində hökumətin müdaxiləsi və daha aktiv iştirakı nəzərdə tutulur.
Sonra, elə bir hal ola bilər ki, sistem əhəmiyyəti daşı-mayan orta və kiçik banklarda da qısamüddətli likvidlik problemləri yaşana bilər. Bu zaman nəzərdə tutulur ki, nəzarət palatası həmin banklara qısamüddətli likvidlik təqdim eləmək məqsədi ilə Mərkəzi Banka, onun İdarə Heyətinə müraciət edəcək, Mərkəzi Bankın İdarə Heyəti isə qısa bir müddətdə, – qanun layihəsində bu, iki gün nəzərdə tutulur, –  bu təklifə baxacaqdır. Burada qanun müəyyən etmir ki, Mərkəzi Bankın İdarə Heyəti birmənalı olaraq müsbət qərar qəbul etməlidir. Mərkəzi Bankın İdarə Heyəti məsələni araşdırır və onun obyektivliyinə əmin olduqdan sonra  qərar qəbul edir. Amma Mərkəzi Bankın İdarə Heyəti əgər bu barədə mənfi qərar qəbul edərsə, yenə də hökumət həmin  bankların dayanıqlığının təmin edilməsi üçün əlavə tədbirlər tətbiq edəcəkdir.
Nəhayət, çox tez-tez rast gəlinməyən, amma iqtisadiy-yatda mövcud olan sistem xarakterli problemlərlə əlaqədar nəzərdə tutulur ki, əgər maliyyə sistemində böyük sayda institutları əhatə eləyən sistem problemləri varsa, bu zaman Maliyyə bazarlarına nəzarət palatası artıq  hökumətə müraciət edəcək və hökumət, Maliyyə Nazirliyi qismində Mərkəzi Bank və Maliyyə bazarlarına nəzarət palatası birlikdə sistem problemlərinin dərinliyini, masştabını müəyyən edərək hər bir hala uyğun konkret sistemli sağlamlaşdırma proqramı hazırlayacaq. Bütün bu fəaliyyətləri təşkil eləmək üçün gələcəkdə bu üç orqanın, yəni Maliyyə Nazirliyinin, Mərkəzi Bankın və Maliyyə bazarlarına nəzarət palatasının rəhbərlərinin təmsilçiliyi ilə maliyyə sabitliyi komitəsi və ya şurası kimi məşvərətçi bir orqanın yaradılması planlaşdırılır. Bu da təqdim olunmuş qanunvericilik zərfinə daxil olan məsələdir, amma işçi qrupu adından onun rəhbəri kimi deyə bilərəm ki, bu üçtərəfli memorandum layihəsi də işçi qrupu tərəfindən hazırlanıb təklif olunmuş sənədlər zərfindədir. Qısaca, bir neçə kəlmə ilə palatanın strukturu və idarə edilməsi haqqında da məlumat vermək istərdim. Əslində, bu, palatanın nizamnaməsinə aid bir məsələdir. Amma həm ictimaiyyətin, həm də təbii ki, millət vəkillərinin marağını nəzərə alaraq, Oqtay müəllim, icazə versəniz, bir neçə kəlmə ilə bu barədə məlumat vermək istərdim.
Məlumdur ki, hazırda palatanın nizamnaməsi təsdiq olunmayıb, çünki bu nizamnamənin təsdiq olunması üçün ilk növbədə parlamentarilər təqdim olunmuş qanunvericilik zərfini təsdiq etməlidirlər və zərfin qüvvəyə minməsi ilə palatanın nizamnaməsinin eyni anda təsdiq olunması plan-laşdırılır. Amma mənim indi  palatanın idarə olunması və fəaliyyəti ilə əlaqədar səsləndirmək istədiyim prinsiplər qeyd etmək istəyirəm ki, dövlət başçısı cənab Prezident tərəfindən işçi qrupuna tapşırılmış prinsiplərdir. Biz ümid edirik ki, təsdiq olunacaq nizamnamədə bu prinsiplər olduğu kimi qorunub saxlanacaqdır. İlk növbədə artıq məlum olduğu kimi, palata publik hüquqi şəxs təşkilatı formasında yaradılır. Bu, Azərbaycan qanunvericiliyində tamamilə yeni bir formadır və məhz qanunvericilik təşəbbüslərinin böyük əksəriyyəti publik hüquqi şəxsin yuxarıda sadalanan fəaliyyətlərlə məşğul olmasını mümkün etmək üçün nəzərdə tutulub. Palatanın idarə edilməsi zamanı dünyada mövcud olan ən mütərəqqi korporativ idarəetmə prinsipləri İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının qəbul etdiyi prinsiplərdir. Burada korporativ idarəetmə prinsiplərinin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə palatanın iki səviyyəli idarəetmə orqanı yaradılacaq. Artıq cənab Prezidentin imzaladığı fərmandan da bəlli olduğu kimi, yuxarı orqan 5 nəfər üzvdən ibarət olan direktorlar şurası olacaq. Direktorlar şurası palatanın fəaliyyətinin strateji aspektlərini müəyyən edəcək, həmçinin onun idarəetmə orqanı olan idarə heyətinin fəaliyyətinə də nəzarət edəcək. İdarə heyəti isə palatanın gündəlik, cari fəaliyyətini, müxtəlif sahələrdə tənzimləmə nəzarət funksiyalarını təşkil edəcək.
Palata öz fəaliyyəti zamanı tam əməliyyat və maliyyə müstəqilliyinə malik olacaq. Mən istərdim, bu müstəqilliyin sərhədlərini izah edim. Əməliyyat müstəqilliyi onda nəzərdə tutulur ki, palata öz fəaliyyəti ilə əlaqədar  müstəqil qaydalar, normativ sənədlər qəbul etsin. Təbii ki, bu müstəqillik Azərbaycanın mövcud qanunvericiliyinin hədləri ilə məhdudlaşır. Amma bu qayda və prinsiplərin tətbiqi zamanı yenə də palatanın nizamnamə layihəsində müəyyən olunduğu kimi, ən mütərəqqi qabaqcıl təcrübə standartlarına istinad olunacaqdır. Bunlar bank tənzimlənməsi sahəsində baza komitəsinin prinsipləridir, sığorta bazarının tənzimlənməsi sahəsində beynəlxalq sığorta nəzarətçiləri assosiasiyasının müəyyən etdiyi standartlardır, kapital bazarları sahəsində IOSCO təşkilatının  təyin etdiyi standartlardır, habelə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyətdə isə maliyyə tədbirlərinə qarşı işçi qrupunun müəyyən etdiyi standartlardır. Yəni bu sahədə öz fəaliyyətini, nəzarət sahəsində qayda və prinsipləri müəyyən edərkən palatanın müstəqilliyi Azərbaycanın mövcud qanunvericiliyi və sadaladığımız beynəlxalq prinsiplərlə məhdudlaşır.
Maliyyə sabitliyi. Palata öz fəaliyyətini nəzarət subyekt-lərinin ödədiyi haqlar hesabına maliyyələşdirəcək, hər hansı bir formada dövlətdən və digər mənbələrdən gəlir əldə etməyəcək. Burada belə bir sual yarana bilər ki, bu, palatanın maliyyə intizamsızlığına səbəb olmazmı? Bunu da müəyyən etmək üçün balanslı bir mexanizm nəzərdə tutulur, hansı ki, beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Palatanın maliyyə siyasəti və büdcəsi  onun yuxarı orqanı tərəfindən müəyyən olunur. Mən bir məsələni  qeyd etməyi unutdum ki, palatanın direktorlar şurasının üzvləri müstəqil şəxslər olmalıdırlar. Onlar hər hansı bir formada palatanın nəzarət sahəsində maraqlara malik olmamalıdırlar. Nizamnamədə xüsusi olaraq nəzərdə tutulub ki, palatanın direktorlar şurasının üzvləri  maraqlarını bəri başdan bəyan etməlidirlər. Əgər palatanın qəbul etdiyi məsələlərdə onların maraqları varsa, bu halda onlar səs vermək hüququndan azad olunurlar və  həmin məsələni ancaq müşahidəçi qismində izləyə bilərlər. Eyni zamanda, təklif olunur ki, palatanın direktorlar şurasında bir nəfər tənzimlənən sahənin təmsilçisi olsun. Bu, palatanın fəaliyyətinin şəffaflığını və tənzimləmə siyasətinin industriya və sektora çatdırılması məqsədini güdür. Həmin şəxs yenə də sektorun və özünün maraqları ilə toqquşan məsələlərdə səsvermə hüququna malik olmayacaqdır. Bu baxımdan  palatanın həm maliy-yələşdirmə siyasəti, həm də büdcəsi yuxarı orqan tərəfindən, icraatı isə idarə heyəti tərəfindən təşkil olunacaq. Ona görə də bu konfiqurasiya maliyyə intizamını təmin edir.
İkincisi, işçi qrup tərəfindən bu palatanın büdcəsinin formalaşmasının bəzi prinsipləri müəyyən edilib. Misal üçün, prinsiplərdən biri odur ki, palatanın xərclərinin ən azından dörddə üçü əmək haqqı və ona bərabər tutulan xərclərə, məsrəflərə istiqamətləndirilməlidir. Bu ona əsas verəcək ki, palata büdcəsini daha çox insan resurslarının və işçi heyətinin formalaşdırılmasına istiqamətləndirsin, hər hansı başqa maddi-texniki istiqamətlərdə xərclərini artır-masın. Eyni zamanda, biz 2014-cü ilin, – hələlik 2015-ci ilin maliyyə nəticələri tam bəyan edilməyib, – maliyyə yekunları əsasında büdcənin  ilkin ekstrapolyasiyasını aparmışıq. Belə görsənir ki, palatanın təklif olunan konfiqurasiyada fəaliyyətini maliyyələşdirmək üçün lazım olan xərclər bu sektorun, yəni haqları ödəyəcək institutların 2015-ci ildəki mənfəətinin, vergidən əvvəlki mənfəətinin bir faizindən az olur. Bu, industriya və sektor üçün böyük maliyyə xərclərini özündə daşımayacaq.
Nəhayət, Maliyyə bazarları palatasının fəaliyyət şəffaflığı prinsipləri yüksək standartlar səviyyəsində nəzərdə tutulur. Birincisi, palata öz fəaliyyəti haqqında dövlət başçısına mütəmadi hesabat verəcək, bu da yenə  qanunda, nizamnamədə nəzərdə tutulub. Hesabatların forması, dövriliyi cənab Prezidentin təsdiq edəcəyi nizamnamə ilə dəqiq müəyyən edilir. Eyni zamanda, palata özünün fəaliyyəti,  sektorda həyata keçirəcəyi və keçirdiyi siyasət haqqında ictimaiyyətə mütəmadi məlumatlar təqdim etməlidir, bunun da formatı, dövriliyi və əhatə dairəsi palatanın nizamnaməsində nəzərdə tutulur.
Dünən komitə iclasında bir məsələ qalxdı. Yəqin ki, bu-günkü geniş iclasda parlamentariləri də bu məsələ maraq-landırır. Bütövlükdə belə bir fikir oldu ki, palata haqqında qanun qəbul olunsun. Mən demək istəyirəm ki, işçi qrupunda ilkin olaraq belə bir fikir var idi və indiki vəziyyətdə sadəcə olaraq, maliyyə sektorunun tənzimlən-məsi sahəsində uzun boşluq yaranmasın deyə, dövlət başçısı tərəfindən bu mexanizm qəbul olundu, amma hazırda maliyyə bazarlarına nəzarət haqqında əlahiddə qanun da hazırlanır. Biz ümid edirik ki, bu qanunların tətbiq olunması ilə əlaqədar Prezident fərmanında bu barədə əlavə göstəriş olacaq. Qısa bir müddətdə bu qanun hazırlandıqdan sonra palatanın mandatı, fəaliyyət istiqamətləri, habelə idarəetmə prinsipləri vahid qanunda öz əksini tapacaqdır. Mənim demək istədiyim bu qədərdir, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Rüfət müəllim, əyləşin. Zərf-də 3 qanun qalıb. Onlara da qulaq asaq, sonra keçək mü-zakirələrə. “Kənd təsərrüfatında sığortanın stimullaşdırıl-ması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Qanun bizdə  2002-ci ildə qəbul olunub və indi həmin qanuna dəyişikliklər var. 4-cü maddədə  təklif olunur ki, “müvafiq icra hakimiyyəti orqanları” sözlərindən  sonra “maliyyə bazarlarına nəzarət orqanı” sözləri əlavə edilsin, yəni indi danışdığımız kimi, bu, qanunların bir-birinə uyğunlaşdırılmasından ibarətdir. Ona görə hesab edirəm ki, yerində olan və məqsədəmüvafiq dəyişiklikdir.
İkinci, Sığorta haqqı, sığorta tarifləri və sığorta məbləği haqqında olan 6-cı maddənin 6.2-də belə gedirdi: “hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra  hakimiyyəti orqanı tərə-findən müəyyən edilmiş maksimum sığorta tələbindən çox ola bilməz”. Təklif olunur ki, bu, ləğv edilsin. Doğrudan da,  buna ehtiyac yoxdur. Çünki 6.1,  6.4  və 6.5 maddələrdə sti-mullaşdırma ilə əlaqədar  təkliflər var və eynilə maddə 8-də də kənd təsərrüfatında sığortanın stimullaşdırılması sa-həsində dövlətin vəzifələri göstərilir. Burada da 8.1.2-ci maddə ləğv edilir. “Sığorta tariflərinin maksimum həddini müəyyən etmək”. Yəni bir daha demək istəyirəm ki, qanun-ları bir-birinə uyğunlaşdırmaq baxımından qanunda olan dəyişikliklərdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu iki məsələ dinlənəndən sonra müzakirədə istənilən  qanun haqqında  öz sözlərinizi deyə bilərsiniz. “Tibbi sığorta haq-qında” Qanunda dəyişiklik barədə buyursun Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. Dəyişiklik “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa aiddir. Burada qanunun 6-cı maddəsinin 9-cu  “könüllü tibbi sığorta müqaviləsi üzrə sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək” abzası ləğv olunur. Bu da onunla əlaqədardır ki, elektron hökumətin yaradılması ilə  bütün bunlar  o istiqamətdə həyata keçiriləcək.
Sədrlik edən. Çox sağ olun. Nəhayət, zərfin sonuncu məsələsi  “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Fuad Muradov, buyurun.
F.Muradov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununa iki dəyişiklik daxil olmuşdur. 53-1.5-ci maddədə texniki dəyişiklikdir, yəni “dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı” sözləri “nəzarət maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz olunmuşdur. Eyni zamanda, 53-1.7-ci maddə  əlavə olunmuşdur. Bu maddəyə görə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir.
Oqtay müəllim, dünən komitədə müzakirələr apardıq və məlum oldu ki, müəyyən məsələlər, yəni səlahiyyətlərin bölünməsi və bu kimi məsələlər ictimaiyyətdə başqa cür qəbul olunmuşdu, amma əslində, tamam başqa bir məsələdir və biz komitədə müzakirə zamanı millət vəkillərinin də fikirlərini nəzərə alaraq parlament rəhbərliyinə müraciət elədik və parlament rəhbərliyi də qanunun təşəbbüskarı ilə müzakirə apardıqdan sonra 53-1.7-ci maddə aşağıdakı redaktədə yenidən Milli Məclisə daxil oldu. Yeni redaktəni  oxuyuram: “İdman mərc oyunlarının  təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın  müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldə olunan haqlar hesabına maliyyələşir”. Yəni hörmətli millət vəkilləri, burada söhbət ondan getmir ki, hansısa müvafiq icra hakimiyyətinin dəyişikliyi ilə bağlı kiminsə səlahiyyətləri alınır. Bizim bundan əvvəlki təcrübəmizdə Gənclər və İdman Nazirliyinə həmin mərc oyunlarından müəyyən faizlər daxil olurdu. Bu faizlər çərçivəsində bizim idmançılarımız xarici ölkələrdə yarışlarda iştirak edirdilər, bir çox federasiyalar həmin gəlirlərdən maliyyələşirdi, bu, olduğu qaydada qalır. Sadəcə olaraq, maliyyə bazarlarına nəzarət orqanına nəzarət funksiyası verilir ki, gələcəkdə bu istiqamətdə idman mərc oyunlarının həyata keçirilməsinə nəzarət etsin. Ola bilsin, müəyyən suallar yaransın, cavab verə bilərik, ancaq cənab Prezidentin 2010-cu ildə imzaladığı fərman var. Həmin fərmanda müvafiq icra orqanı kimi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi göstərilmişdi. Bu gün  bu 3 qurum birləşdirilərək Maliyyə bazarlarına nəzarət palatasına verilir, bu da texniki bir dəyişiklikdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qanunlar təqdim olundu, mü-zakirələrə keçirik.  Qüdrət Həsənquliyev, buyurun.
Q.Həsənquliyev. Sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! İqtisadi islahatlar çərçi-vəsində Maliyyə bazarlarına nəzarət palatasının yaradıl-masını və həmin palatanın da rəhbərliyinə Rüfət Aslanlının təyin olunmasını uğurlu bir qərar kimi qəbul edirəm. Mən  hələ bir neçə il öncə Milli Məclisin komitə iclaslarının bi-rində də söyləmişdim ki, Rüfət müəllim bizim bank sis-temində, maliyyə sistemində bacarıqlı, nüfuzlu bir şəxs kimi tanınır. Ona böyük etimad var, Prezident də etimad göstərib onu bu vəzifəyə təyin eləyib. Mən bizim  plenar iclasdan öncə mətbuatda onun bir açıqlamasını oxudum, kifayət qədər yaxşı qarşılanmışdı. Əgər, doğrudan da, bizim nəzarət palatası Mərkəzi Bankın kölgəsi olmayacaqsa və Mərkəzi Bank tərəfindən yönləndirilməyəcəksə, Rüfət Aslanlı bilik və bacarığını həyata keçirmək üçün öz iradə və qətiyyətini ortaya qoyacaqsa, mən əminəm ki, bu, bank sistemində müsbət dəyişikliklərə gətirib çıxaracaq. Mən hesab edirəm ki, həm Rüfət müəllim, həm də direktorlar şurasının üzvləri mətbuata, ictimaiyyətə açıq olmalıdırlar. İlk növbədə inam yaratmaq lazımdır ki, insanlar bu isla-hatları dəstəkləsinlər, əmanətçilər də aparılan siyasətə inansınlar, onu dəstəkləsinlər.
Məsələn, indi bizim əmanətçiləri ən çox narahat edən məsələlərdən biri odur  ki, banklara pul qoyurlar, bank faktiki müflis olur, amma müflis olunmuş bank kimi tanın-mır, bəzən bu, illərlə uzanır və vətəndaşlar  xeyli əziyyət çəkirlər. Amma vətəndaşlar inansalar ki, indi vəziyyət başqa cürdür, yəni biz əmanətlərin 3 il müddətinə tam həcmdə sığortalanması haqqında qanun qəbul etdik, bu da çox müsbət bir qərardır, o halda insanlar bu proseslərə qatılacaqlar. Hökumət nə qədər uğurlu qərarlar qəbul edir etsin, əgər  insanlar, iş adamları ona inanmayacaqlarsa, etimad göstərməyəcəklərsə, deməli, vəziyyətdən çıxmaq çətin olacaq. Yəni insanları iqtisadiyyatımızın yenidən qurulması prosesinə cəlb etmək lazımdır, sahibkarların təşəbbüskarlığını artırmaq lazımdır  ki,  buna inansınlar. Bunun üçün, bir daha söyləyirəm, əsas önəmli məsələ  inamdır. Bax, bu yeni yaranmış qurum da sözsüz ki, qəbul etdiyi qərarlarla yanaşı, həm də ictimaiyyətlə işləməlidir ki, ictimaiyyət ona inansın, mən şəxsən inanıram və hesab edirəm ki, bu yeni yaranmış nəzarət palatası həm Prezidentin etimadını doğruldacaq, həm də qarşıya qoyulan vəzifələri yerinə yetirəcək. Ona görə mən buna böyük məmnuniyyətlə səs verəcəyəm.
Biz tibbi sığorta ilə bağlı dedik, Oqtay müəllim. Mən dəfələrlə bu məsələni qaldırmışam. Vaxtilə bizim deputat həmkarımız Əli Əhmədov Baş nazirin humanitar məsələlər üzrə müavini təyin olunandan sonra mətbuatda  çıxış etdi ki,   icbari tibbi sığortanın tətbiqinə keçiləcək. Amma  keçilmir. Yəni dediyim kimi, islahatlar kompleks şəkildə aparılmalıdır və nəhayət, Azərbaycanda icbari tibbi sığorta tam tətbiq olunmalı, səhiyyə müəssisələrinin də özəlləşdirilməsinə gedilməlidir. Bunlar olacağı təqdirdə, mən hesab edirəm ki, bu sahədə də dövlətin  maliyyə yükü xeyli azalacaq və əksinə, həmin səhiyyə obyektləri  dövlət büdcəsinə vergi ödəyəcəklər.
Burada mərc oyunları ilə bağlı, Oqtay müəllim, məsələ qeyd olundu, mən bunu dəstəkləyirəm. Amma idman mərc oyunları da elə qumarın bir formasıdır, yəni insanlar bəxtlərini sınayırlar. Mən özüm vaxtilə Azərbaycanda mərhum Prezident Heydər Əliyev tərəfindən kazinolar qadağan olunanda bu siyasəti tam dəstəkləmişdim. Amma indi ölkənin maliyyə durumu bəllidir. Həm də Gürcüstanın timsalında qonşu ölkələrin təcrübəsi göstərdi, məsələn, Gürcüstanın Batumi bölgəsi bu kazinolara görə  Türkiyədən, İrandan, Azərbaycandan xeyli sayda turist cəlb edib. Düşünürəm ki, Azərbaycanın turist bölgələrində  biz belə kazinoların yaradılmasına icazə verə bilərik. Hətta ilkin dövrdə biz Azərbaycan vətəndaşlarına bunu qadağan edə bilərik. Məsələn, Malayziyada yerli sakinlərə, müsəlmanlara kazinolara getmək qadağan olunub, ancaq xarici vətəndaşlar gedib  o kazinolarda oynaya bilərlər. Özü də bir  çox hallarda  kazinoda oynayanlar, biz bilirik ki, öz ölkələrində oynamırlar, başqa  ölkələrə səfər edirlər. Ona görə  bizim də Türkiyədən, İrandan, elə Gürcüstanın özündən çox sayda turist cəlb etmək imkanımız var, fikirləşirəm ki, hökumət də bu barədə düşünməlidir, çünki Azərbaycanın özündən də çox sayda insan başqa ölkələrə məhz kazinolarda oynamaq üçün turist səfərləri edir. Hətta bu işi təşkil edən  ayrı-ayrı turist mərkəzləri də var. Onun üçün  mən bu təklifi burada səsləndirirəm. Əlbəttə, bunun üzərində  düşünmək lazımdır, o pulları aparıb xaricdə uduzunca, elə burada uduzsunlar. Onsuz da kazinoda udan olmur, elə Azərbaycanda uduzsunlar, bununla da iqtisadiyyatın inkişafına öz töhfələrini vermiş olarlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Deyirsən ki, müsəlmanları buraxmırlar, sonra da deyirsən, türklər yaradıblar. Bunlar müsəlman deyil? Bu bir, ikinci, çıxışında  Rüfət müəllimi təbrik etdin, amma sonra yazacaqlar ki, Rüfət müəllimi bu vəzifəyə Milli Məclis təsdiq etdi. Rüfət müəllim işçi qrupunun rəhbəridir, bu vəzifəyə cənab Pre-zident təyin edir. Mən də çox istəyirəm, mənim də arzum budur. Ancaq bu, cənab Prezidentin səlahiyyətidir, Rüfət müəllim isə hələ işçi qrupunun rəhbəridir. Təki yaxşı olsun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclis deputatları! Doğrudan da, cənab Prezident tərəfindən irəli sürülmüş, zərf şəklində Milli Məclisə daxil olmuş  qanunlar çox vacibdir. Bu, aktual məsələlərin vaxtında həllinə yönəlmiş bir məsələdir. Mən hesab edirəm ki,  bu məsələləri 5 dəqiqədən artıq olmamaq şərti ilə müza-kirə edib iqtisadi blokun inkişafı, dövlət büdcəsinə gəlirlərin gəlməsi, maliyyə nəzarətinin tamamilə həyata keçməsi üçün onları qəbul etməliyik. Artıq bundan sonra digər fəaliyyətlərə başlanıla bilər.
Biz son dövrdə gördük ki, dövlət strukturuna daxil olma-yan bəzi kommersiya sistemlərində, kommersiya bankların-da müxtəlif hallar,  hadisələr baş verdi və buna nəzarət me-xanizminin olmaması nəticəsində Azərbaycan vətəndaşları-nın bir qrupu əziyyət çəkdi və banklara olan  inam hissi  yavaş-yavaş yox oldu. Halbuki  Azərbaycan dövləti illərlə Azərbaycanın maliyyə sisteminin sabitliyini qoruyub sax-lamaqla yanaşı, eyni zamanda, əhalidə banklara inam hissi də yaratmışdı. Mən hesab edirəm ki, bunu bərpa etmək la-zımdır. Qüdrət müəllim də burada qeyd etdi, elə etmək la-zımdır ki, vətəndaşlar  vəsaitlərini sərbəst şəkildə həmin  banklara yerləşdirə bilsinlər. Bu bir tərəfdən vətəndaşların gəlirlərini artırar, bank sisteminə inam yaradar, bankların digər şəxslərə kredit verməsinə köməklik göstərər, digər tə-rəfdən isə cinayətkarlığın qarşısını alar. Yəni cinayətkarlıq nədir?
Son dövrlərdə evlərin yarılması, pulların aparılması  çox geniş şəkildə yayılıb. Bilirsiniz ki, artıq bunun qarşısını almaq üçün hüquq mühafizə orqanları, doğrudan da, ciddi tədbirlər görürlər. Lakin bəzi yerlərdə  kim isə bankdan pulunu çıxarıb, evindədir, məlumat alınan kimi,  bununla bağlı müxtəlif addımlar atılır,  qruplar yaranır ki, bu pulları ələ keçirsinlər. Mən hesab edirəm ki, həm iqtisadi blokun inkişafı, həm də maliyyə və bank sisteminin tənzimlənməsi üçün bu qurum, doğrudan da, vacibdir və o, çox çevik şəkildə işləməlidir ki, Azərbaycan vətəndaşlarının vəsaitləri qorunsun, o cümlədən digər cinayət hallarının  qarşısı alınsın. Burada mərc oyunları ilə əlaqədar qeyd olundu. Onsuz da qeyri-rəsmi şəkildə bəzi yerlərdə bunlar var idi. Bəzi adamlar, görürdün, qrup şəklində pul yığırdılar və  bu mərc oyunlarını həyata keçirmək istəyirdilər. Amma oradan  dövlətə nə vergi gəlirdi, nə də pul ödənilirdi. Bu məsələ ayrı-ayrı şəxslərin varlanmasına, imkanlarının artırılmasına sərf olunurdu. Mən hesab edirəm ki, qanunda bu dəyişikliyi etməklə  bunun qarşısını ala bilərik və bu məsələləri tamamilə tənzimləyərik.
Əmanətlərin sığortalanması çox vacib bir şərtdir. Keçmişdə 30 minə yaxın əmanətin sığortalanmasından söhbət gedirdi. Əgər bir vətəndaşın  kifayət qədər vəsaiti var idisə, o, məcburiyyət qarşısında qalırdı ki, o vəsaiti 6–8 adamın adına  yerləşdirsin ki, bunun sığortalanmasını təmin etsin. Onsuz da bu pul həmin vətəndaşın idi. Amma sonra-dan  həmin şəxslərin arasında böyük bir qalmaqal başlayırdı, o deyirdi, pul mənim adımadır, bu birisi deyirdi, mənim adımadır, digəri də deyirdi, xeyr, mənim adımadır. Əgər əmanətlərin sığortalanması 100 faiz həyata keçəcəksə, bütün vətəndaşlarımız evində, özündə saxladığı, istifadə etmədiyi vəsaitləri banklara yerləşdirəcəkdir. Bu, bir tərəfdən vətəndaşın qazancının artmasına səbəb olacaq, digər tərəfdən isə bankların digər sahibkarlara, iş adamlarına orta və kiçik sahibkarlığın inkişafı üçün verəcəyi kreditlərə stimul yaradacaqdır. Yəni  dövlət bankından deyil, bilavasitə vətəndaşdan alınan vəsaitlərin hesabına bu məsələlər həyata keçiriləcək. Ona görə də mən hesab edirəm ki, cənab Prezident tərəfindən göndərilən qanun layihəsi çox vacibdir, geniş  müzakirəyə də hesab edirəm,  ehtiyac yoxdur. Xahiş edirəm, buna səs verək, qəbul edək və bizim iqtisadi sektor öz fəaliyyətinə başlasın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Maliyyə bazarlarına nəzarət palatasının yarandığı günə aid fərmandan keçən qısa müddət ərzində bu qədər sənədin zərf şəklində Milli Məclisə təqdim olunması işçi qrupunun nə qədər intensiv və səmərəli işləməsinə əyani bir nümunədir. Bu nöqteyi-nəzərdən işçi qrupuna təşəkkür edirik, eyni zamanda, bəzi məqamları da qeyd etmək istəyirik. Zərfə daxil olan dəyişikliklər, əsasən, yeni yaradılmış palatanın statusunu əks etdirir. Ona görə də birinci təklifimiz bundan ibarətdir ki, – burada səsləndi, – Palata haqqında qanun layihəsinə sərf ediləcək zaman palatanın fəaliyyətinin konseptual əsaslarının işlənib hazırlanmasına,  eyni zamanda, maliyyə bazarlarının tənzimlənməsi haqqında yeni qanunun qəbul edilməsinə, bir də dövlət maliyyə nəzarəti haqqında qanunun qəbulunun tezləşməsinə sərf edilsin.
Eyni zamanda, bu palatanın fəaliyyətində iki məqam önə çəkilir. Tənzimləmə funksiyası, bir də nəzarət funksiyası. Yəni reallıqdan çıxış edib, qeyd etmək lazımdır ki, bu pal-atanın səlahiyyəti çoxdur, amma maliyyə imkanı, yəni pulu yoxdur. Əgər belədirsə, deməli, bu, tənzimləmə funksi-yasından daha çox nəzarət funksiyasını yüksək səviyyədə yerinə yetirəcək. Ona görə də çalışmaq lazımdır, başqa qurumlarla onun münasibətləri elə optimal qurulsun ki, o həm də tənzimləmə funksiyalarını həyata keçirə bilsin.
İkinci vacib məqam ondan ibarətdir ki, indi həyata keçirilən pul-kredit siyasətinin sərtliyi bir qədər də artsa, dünən səslənən çox vacib bir məqamı aktual edəcək, yəni maliyyə blokunda olan problemlər, xəstəliklər tezliklə digər sahələrə, yəni iqtisadiyyatın real sektoruna, istehsalla bağlı olan sahələrinə də keçə bilər. Bu nöqteyi-nəzərdən əgər maliyyə sektorunun  sağlamlaşdırılmasından,  sistem xarakterli banklarla yanaşı, digər bankların da sağlamlaş-dırılmasından söhbət gedirsə, onda bircə ilin ərzində 1,6–1,7 dəfə artan problemli kreditləri  həll etmədən  ikinci kateqoriyaya aid olan bankların sağlamlaşdırılması çox çətin olacaq. Bu nöqteyi-nəzərdən məsələyə sistemli yanaşıb məhz problemli kreditlər məsələsinin həllini  sürətləndirmək lazımdır ki, məhz burada işçi qrupu rəhbərinin dediyi funksiyaları yerinə yetirmək mümkün olsun. Əgər belə varianta gedilirsə, hesab edirəm ki, çox qısa müddət ərzində bankların qarşısında duran o ciddi problemin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətində bu vacib olacaq.
İndi Mərkəzi Banka bilavasitə aid olan funksiya pulla bağlı funksiyadır, maliyyə bazarlarına nəzarətdir. Oradakı tənzimləmə hissəsi palataya keçir və burada qarşılıqlı nisbətdə bir məqamı qeyd etmək çox vacibdir ki, məsələn, Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı bir tərəfdən prioritet kimi inflyasiyanı səngitməyi və qiymətləri tənzim-ləməyi götürürsə, digər tərəfdən də iş yerləri orada prior-itetdirsə, indi Mərkəzi Bankın həyata keçirdiyi sərt maliyyə kredit siyasəti ifrata varılsa, o, istehsala mənfi təsir göstərəcək və bu da iş yerlərinin bağlanmasına gətirib çıxara bilər. Ona görə də yeni yaradılacaq palata məhz Mərkəzi Bank ilə özünün səlahiyyətlərinin bölgüsündə bilavasitə koordinasiya işlərini elə təşkil etməlidir ki, axırıncı səsləndirdiyim məsələnin, məhz maliyyə sektorunda, maliyyə sahəsində olan o çatışmazlıq probleminin istehsal sektoruna keçməsinin qarşısı alınsın. Qalan məsələlərlə bağlı hesab edirəm ki, maliyyə bazarlarına bu cür səlahiyyətli bir oyunçunun daxil olması maliyyə bazarlarında tənzimləmə işlərinin və islahatların sürətləndirilməsində  mühüm rol oynayacaq, uğurlar arzulayıram.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Əlbəttə, son vaxtlar cənab İlham Əli-yev tərəfindən çox ciddi islahatlara start verilib. 21 dekabr devalvasiyasından sonra cənab Prezident tərəfindən qəbul edilmiş bir sıra fərman və sərəncamlar, o cümlədən Milli Məclis tərəfindən bir sıra qanunlara edilmiş dəyişikliklər  göstərir ki, bu islahatlar çox dəqiqdir və tez bir zamanda həyata keçirilməlidir. Bu gün bizə təqdim edilmiş qanun layihələri dünən komitə iclasında çox geniş müzakirə olunub və biz bu barədə fikirlərimizi bildirmişik.  Əlbəttə, cənab Prezidentin qərarına uyğun olaraq yaradılmış Maliyyə bazarlarına nəzarət palatası çox önəmli bir maliyyə orqanıdır, yəni nəzarət orqanıdır və Maliyyə bazarlarına ciddi fiqur kimi daxil olacaqdır. Bu nəzarət palatasının formalaşması, əlbəttə, mən istərdim ki, çox tez bir zamanda başa gəlsin. O cümlədən onun sədri təyin edilsin, nizamnaməsi təsdiq olunsun ki, Mərkəzi Banka, digər banklara, o cümlədən maliyyə bazarlarına nəzarət  funksiyaları dəqiq yerinə yetirilmiş olsun. Bununla bərabər mən  Rüfət Aslanlının burada olmasından istifadə edərək bir neçə məsələyə toxunmaq istərdim. 
Biz bir neçə dəfə bank sistemi ilə əlaqədar məsələlərə toxunmuşuq və bank sistemində ciddi islahatların get-məsinin labüd olduğunu vurğulamışıq, çünki bank sis-temində faizlərin yüksək olması oradakı  problemli kredit-lərin miqdarının artıb artıq 1,5 milyarda çatmasına səbəb olmuşdur. Mən belə hesab edirəm ki, problemli kreditlərin həlli, xüsusilə dollarla verilmiş kreditlərin həlli tez bir za-manda öz müsbət nəticəsini tapmalıdır. Təsəvvür edin ki, dollarla verilmiş istehlak kreditlərinin həcmi bu gün təxminən 1,5 milyon əhalini əhatə edib və zamin duran əhalini də nəzərə alsaq, bu artıq 1–1,5 milyon əhali deməkdir. Bu çox ciddi bir problemdir. Bu problemi biz mütəmadi olaraq qaldırırıq. Mən Mərkəzi Bankla və digər hökumət qurumları ilə  bu barədə müəyyən söhbətlər aparmışam. Belə hesab edirəm ki, bu məsələ öz müsbət həl-lini tapmalıdır. Bunu hökumətmi həll edəcək, Mərkəzi Bankmı həll edəcək, yeni yaradılmış Maliyyə bazarlarına nəzarət palatasımı həll edəcək, banklarmı həll edəcək, bilmirəm, amma artıq bu, qarşılıqlı danışıqlar nəticəsində öz müsbət həllini tapmalıdır.
O ki qaldı bank sistemində gedən islahatlarla əlaqədar, biz heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışıq. Biz həmişə cənab Prezidentin dediyi kimi, – son müşavirədə də qeyd etdi, – bankların təmərküzləşmə prosesinə getməyinin tərəfdarı olmuşuq, yəni banklar birləşsinlər, iri kapitala malik olsunlar və aşağı faizlə insanlara, sahibkarlara kreditlər versinlər. Amma çox təəssüf ki, son zamanlar bir sıra bankların bağlanmasının şahidi olduq, həmin banklarda indi də müəyyən ciddi problemlər yaşanmaqdadır. Ümumiyyətlə, bu palatanın yaradılması Azərbaycanın ictimai-siyasi həyatında, o cümlədən iqtisadi həyatında çox önəmli məsələdir və bu, maliyyə bazarının inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Dünən mən komitə iclasında palatanın haqqlar sisteminin qurulmasına toxundum. Rüfət müəllim qeyd etdi, buradan 75 faiz  məvacibə,  yalnız 25 faiz digər məsələlərə gedəcək. Yəni banklar üçün də ciddi problem yaranmasın, çünki hazırda banklarda da  müəyyən problem yaşanmaqdadır. Mən çox istərdim, Rüfət müəllim, Allah qoysa,  cənab Prezident tərəfindən bu vəzifəyə təyin olunasınız, onda Sizi təbrik edərik.
Maliyyə nəzarəti haqqında qanun layihəsinin  qəbul edilməsini də bir neçə dəfə təklif etmişik. Bu qanun Azərbaycan üçün vacibdir, çünki maliyyə bazarlarına nəzarət mexanizmi hələlik dəqiq işlənilib hazırlanmayıb. Ona görə də belə bir qanunun qəbul edilməsini mən tövsiyə edərdim. Ümumi götürəndə, mən belə hesab edirəm ki, cənab Prezident tərəfindən Milli Məclisə təklif edilmiş qanun layihələri  çox mütərəqqidir, mən deyərdim, ciddi islahatların anonsunu verən layihələrdir. Ona görə də bu qanunlara mən səs verəcəyəm  və həmkarlarımı da səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. 7 nəfər yazılıb, təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail Ağamalı buyursun.
F.Ağamalı. Hörmətli cənab Sədr, Sizə və məni müdafiə etdiyinə görə Siyavuş Novruzova təşəkkür edirəm. Hörmətli həmkarlar, hörmətli qonaqlar və media təmsilçiləri! Müzakirəmizə təqdim edilən qanunlar toplusu ölkə Prezidentinin maliyyə və iqtisadi sahədə həyata keçirmiş olduğu sistemli islahatların tərkib hissəsidir və mən tamamilə əminəm ki,  səs verəcəyimiz bu qanunlar Azərbaycanın maliyyə sistemində, maliyyə bazarında bu gün özünü göstərən xoşagəlməz halların aradan qaldırılmasında mühüm rol oynayır və gələcəkdə vacib rol oynayacaq palatanın yaradılması üçün də qanunvericilik bazası yaradır. Mən əminəm ki, yaxın gələcəkdə biz bunun konkret, səmərəli nəticələrini görəcəyik.
Burada hörmətli həmkarlarım bir sıra məsələlərin üzərin-də dayandılar. Mən onların mütləq əksəriyyətini müdafiə edirəm. Onları təkrarlamadan bəzi məqamları da diqqətinizə çatdırmaq istəyirəm. Əgər  burada bizim müzakirəmizə 21 qanunda dəyişiklik təklifi ilə qanunlar toplusu təqdim olunubsa, bu, həqiqətən, maliyyə bazarında tənzimləmənin, ona nəzarətin həyata keçirilməsinin nə dərəcədə zəruri olduğunu bir daha ortaya qoyur. Heç kəsə sirr deyil ki,  ayrı-ayrı nazirliklərdə ifadə olunan və maliyyə sistemində bu və ya digər şəkildə rol oynayan həmin  qurumlar, təşkilatlar bu və ya digər şəkildə özünün daha çox korporativ maraqlarına üstünlük verir və bütövlükdə ölkə miqyasında maliyyə bazarının tənzimlənməsinə müəyyən dərəcədə problemlər  yaradırdı.
Burada deyildi, məsələn, ən çox insanları narahat edən nələrdir? Bank və bank sistemində olan problemlər, eyni zamanda, bank olmayan, amma kredit verən təşkilatlar, o cümlədən ayrı-ayrı sığorta şirkətləri. İnsanlar maşınını, əmlakını, özünü sığortalayırdı, bu və ya digər hadisə baş verəndə  də o sığortanın alınmasında çox böyük çətinliklərə rast gəlirdi. Bir çox hallarda  məhkəmələrdə belə bu öz həllini tapmırdı. Banklar krediti maksimal şəkildə 30 faizə qədər qaldırırdı, biz də sizin iştirakınızla bununla bağlı Mərkəzi Banka müraciət etdikdə Mərkəzi Bank  tövsiyə xarakterli təkliflər verməkdən, fikirlər söyləməkdən o tərəfə keçmirdi, çünki qanunvericilik  daha sərt addımlar atmağa imkan vermirdi. Deməli, kommersiya banklarının hədsiz dərəcədə  sərbəstliyi bu gün insanların banklara olan inamına çox ciddi və sarsıdıcı zərbələr vurubdur. Biz hər birimiz çalışırıq ki, necə edək,  insanların banklara olan etimadı bərpa olunsun. Bu etimadı itirən elə bankların özüdür. Ona görə də mən əminəm ki, təqdim edilmiş bu qanunlar toplusu gələcəkdə Maliyyə bazarlarına nəzarət palatasının yaradılmasına ciddi töhfə verəcək.
Beləliklə, belə bir palatanın yaradılması ölkədə həm ma-liyyə bazarının tənzimlənməsini, həm də onun nəzarət fun-ksiyasını uğurla yerinə yetirəcəkdir. Məncə, təqdim edilmiş qanunlar toplusunda bu və ya digər nazirliklərin, qurumların səlahiyyətinə  müdaxilə yoxdur, əksinə, maliyyə sistemində, bazarında bu və ya digər şəkildə rol oynayan həmin qurumların vahid bir qurum tərəfindən idarə olunmasına nəzarət edilməsinin tənzimlənməsinə şərait yaradacaqdır.
Mən fürsətdən istifadə edib, eyni zamanda, bir təklif ver-mək istəyirəm. Bu, ölkəmizdə maliyyə amnistiyasının keçi-rilməsi ilə bağlı təklifdir. Cinayətlə əldə olunan pullar istisna olmaqla, belə bir amnistiyanın keçirilməsinə düşünürəm ki,  ehtiyac var. Bu pulların leqallaşdırılması Azərbaycana külli  miqdarda maliyyə axınını təmin edərdi, iqtisadi inkişafımıza müsbət təsir göstərərdi, yerli istehsalı gücləndirərdi və bütövlükdə  dekorasiya haqqında qanunun işlək vəziyyətə gəlməsinə öz müsbət təsirini göstərərdi. Mən bu qanun toplusuna səs verəcəyəm və bütün millət vəkillərini də  bu təklifə qoşulmağa dəvət edirəm. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Əlbəttə, Sizin çıxışınızı şərh etmək istəmirəm, amma Siz dediniz ki, cina-yət yolu ilə əldə edilmiş pullar istisna olmaqla. Qalan şeylər deyəndə biz nəyi amnistiya edəcəyik?  Yerdə bir şey qalmadı. Amnistiya veriləndə elə belə şeylərə verilir. Əlbəttə, o başqa söhbətin mövzusudur.
Hörmətli deputatlar, hesab edirəm ki, gündəliyə çıxarılan məsələlər kifayət qədər müzakirə olundu, fikirlər bilindi, münasibət bildirildi. Əgər etiraz etməsəniz, biz  təqdim olunmuş qanun layihələrini bir-bir səsə qoyaq. Birinci mə-sələni, “Normativ hüquqi aktlar haqqında” Qanunu biz artıq Konstitusiya Qanunu kimi səsə qoyduq. İkinci məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişik-liklər edilməsi haqqında  qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layi-həsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə-sində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, müna-sibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Banklar haqqında” Azərbaycan Respublikasının  Qanu-nunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə,  xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsi “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədədir. Xahiş edirəm, bu qanun layihəsinə mü-nasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsinə – “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş  edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi,  təşəkkür edirəm.
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişikliklər edilməsi barədə qanun layi-həsinə, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliy-yələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsi səsə qoyulur. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəti-cəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından ic-bari sığorta haqqında” Azərbaycan Respublikasının  Qa-nununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyulur. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Lotereyalar haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi səsə qoyulur. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli deputatlar, bununla da biz iqtisadi islahatlar zərfinə daxil olan bütün qanun layihələrini müzakirə edib səs verdik. İndi isə gündəliyimizin digər məsələlərini müza-kirə edəcəyik. 25-ci məsələ “Dövlət satınalmaları haq-qında” Azərbaycan Respublikasının Qanununda dəyişik-liklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Komitə sədri Ziyad müəllim məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin komitəsində  kifayət qədər ətraflı müzakirə olundu. Bir daha vurğulandı ki, dövlət başçısı ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, yerli istehsalçıların qorunması istiqamətində konkret tədbirlər həyata keçirir. Təklif edilən qanun layihəsi də bu məqsədlərə xidmət edir. “Dövlət satınalmaları haqqında” Qanuna 1.2-ci maddə əlavə olunur: “1.2. Dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir”.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mə-lumat vermək istəyirəm ki, komitənin iclasında Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəd-din Talıbov konkret faktlarla kifayət qədər  məlumat verdi. Həqiqətən, qanuna bu maddənin əlavə edilməsi ölkədə sa-hibkarlığın inkişafı, aqrar sektorun səmərəliliyinin artırılması üçün kifayət qədər möhkəm baza yaradacaqdır. Təqribi hesablamalara görə, hər il  dövlət büdcəsindən  ər-zaq alınmasına 300 milyon manatdan çox vəsait ayrılır ki, bunun da 90 faizi məhz respublikada istehsal olunan məh-sullardır. Əgər biz digər  qapalı təşkilatları və iri səhmdar cəmiyyətləri də nəzərə alsaq,  ərzağın alınmasına ildə bundan 2–3 dəfə  çox vəsait sərf olunur. Bu vəsaitlərin mərkəzləşmiş qaydada təbii ki, qeydə alınması, onun sisteminin yaradılması, müvafiq iqtisadi mexanizmlərin, qaydaların nəzərə alınması heç şübhəsiz ki, Azərbaycanda milli iqtisadiyyatın inkişafına öz müsbət töhfəsini verəcək-dir. Millət vəkilləri, eyni zamanda, bu maddənin reallaşması ilə əlaqədar  konkret təkliflərini də veriblər. Mən hesab edirəm ki, cənab Prezident tərəfindən irəli sürülən bu təklif böyük əhəmiyyət kəsb edir. O, regionlarda pul dövriyyəsinin artmasına, əhalinin gəlirlərinin artmasına imkan yaradacaq. Təbii ki, burada Kənd Təsərrüfatı Nazirliyi müvafiq strukturlarla, yerli icra strukturları ilə birlikdə bu prosesin, mexanizmin təkmilləşməsi üçün daha ciddi, konkret tədbirlər hazırlamalıdır. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Əgər qanun layihəsi ilə bağlı çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında  həyata keçirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə yenə komitə sədri Ziyad Səmədzadə məlumat verir.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən təqdim olunan qanun layihəsi Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyət kəsb edir. Son 15 il ərzində  Azərbaycan iqtisadiyyatına 200 milyard dollar investisiya qoyulmuşdur ki,  bunun da xeyli hissəsi xarici investisiyaların payına düşür. Azərbaycan iqtisadiyyatının davamlılığını artırmaq, ölkədə investisiya mühitini daha da yaxşılaşdırmaq,  xarici investorları iri obyektlərin tikintisinə cəlb etmək üçün cənab Prezident tərəfindən göndərilən bu qanun layihəsi  müstəsna əhəmiyyət kəsb edir. Dünən komitənin iclasında bu qanun layihəsi də ətraflı müzakirə olundu. Müzakirələrdə bu qanunun aktuallığı, səmərəliliyi və Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına göstərəcəyi xidmət barədə konkret dəyərli fikirlər söyləndi. Eyni zamanda, bu qanun layihəsi barədə  hörmətli Ağalar müəllim  konkret faktlarla daha ətraflı məlumat verdi.
Ümumiyyətlə, “Tik, idarə et, təhvil ver” modeli dünyada yayılmış bir modeldir. Dünyanın ən aparıcı ölkələri –  istər Avropa ölkələri, istərsə də Asiya ölkələri investisiya mühitinin yaxşılaşması üçün milyardlarla vəsait qoyaraq irimiqyaslı layihələrin özəl sektor tərəfindən maliyyələş-dirilməsinə nail olublar. Ona görə  Azərbaycan Respublika-sında bu qanunun qəbul edilməsi heç şübhəsiz ki, Azər-baycana investisiya  axınına səbəb olacaqdır. Çünki xaricilər bir işə investisiya qoyan zaman bütün qanunların məzmunu ilə maraqlanırlar.
“Tik, idarə et, təhvil ver” modeli müxtəlif modifikasi-yalarda olsa da, dünyanın bir sıra ölkələrində uğurla həyata keçirilib. “Tik, idarə et, təhvil ver” modeli  tikinti və infra-struktur obyektləri ilə əlaqədar investisiya layihələri xər-clərinin investora onun tərəfindən istehsal edilən mal və xidmətlərin müqaviləyə uyğun olaraq istehlakçılar və ya səlahiyyətli orqan tərəfindən satın alınması yolu ilə ödənməsidir. Qanunun tətbiq dairəsi aşağıdakı kimi müəyyən edilir. Körpülərin, tunellərin, su anbarlarının, su təmizləmə qurğularının, suvarma, içməli və məişət su sis-temlərinin, habelə kanalizasiya sistemlərinin, kommersiya məqsədli binaların, topdansatış bazarlarının, fabriklərin və oxşar obyektlərin, sənaye parklarının, texnologiya park-larının, aqroparkların yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya texnologiyaları sahəsində digər sistemlərin və sairin  tikin-tisini nəzərdə tutur. Qanun layihəsində tikinti və infra-struktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi üzrə məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənir. “Tik, idarə et, təhvil ver” modeli çərçivəsində investisiya layihələrinin  investor tərəfindən həyata keçirilməsi şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlara qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, qa-nun layihəsində məsuliyyət və zərərin ödənilməsi, müddəti, xidmət haqqı, təhvil vermə, dövlət zəmanəti kimi maddələr də verilmişdir. Bir qayda olaraq dünyanın əksər ölkələrində, hətta ötən əsrin 1990-cı illərinə qədər tikilən “TİT” modeli ilə əlaqədar bağlanan müqavilələrin müddəti 99 il nəzərdə tutulmuşdur. Amma Azərbaycan Respublikasının qanun layihəsində bu müddətin 49 ildən artıq olmaması nəzərdə tutulur. Məlumat üçün onu da bildirim ki, son illərdə tikilən obyektlərin müddəti, müqavilələrin müddəti 20–25 ildən artıq deyildir. Müstəsna hallarda belə qanun layihələri  ola bilər. Mən vaxtınızı çox almaq istəmirəm. Bildirmək istəyirəm ki, həqiqətən, bu qanun layihəsinin bu gün qəbulu Azərbaycana investisiya axınının güclənməsinə imkan yaradacaq. Özəl sektorlar Azərbaycanın müxtəlif sahələrində irimiqyaslı layihələrin həyata keçirilməsinə şərait yaradacaqdır. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər. Bu qanun layihəsi, eyni zamanda, cənab Prezidentin ölkədə iqtisadi fəallığı artırmaq, Azərbaycan iqtisadiyyatının davamlılığını təmin etmək istiqamətində atdığı çox ciddi addımlardan biridir. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, qanun layihəsi birinci oxunuşda mü-zakirə olunur. Ona görə, xahiş edirəm, çıxışlar zamanı bi-rinci oxunuşun tələblərini nəzərə alasınız. Kamran Nəbi-zadə, sualınız var? Buyurun.
K.Nəbizadə. Növbəti illərdə ölkədə iqtisadi sahədə əsas məqsədlərdən biri islahatların davam etdirilməsi və özəl sektor üçün daha yaxşı şəraitin yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra çıxışlarında xarici və daxili investisiyaların cəlb olunmasının prioritet xarakter daşıdığını vurğulayıb. Bu baxımdan təklif olunan qanun çox böyük önəm kəsb edir, əsasən də, irimiqyaslı layihələrdə investorlar cəlb oluna bilərlər. Təbii, investorlar üçün bütün iqtisadi şərtlər olmalıdır ki, investorlar bu layihələrə cəlb edilsinlər. Bu qanun  mənim fikrimcə, bu məqsədə xidmət eləməlidir.
Amma mənim üçün burada qaranlıq  bir məqam var. Misal üçün biz iki modeli müqayisə edək. İnvestor birbaşa kapital qoyuluşu edir, gəlir, torpağı alır, obyekti layi-hələndirir, tikir, özəlləşdirir və istifadə edir. Bu arada o, yeni qəbul etdiyimiz dəyişikliyə əsasən həm də investisiya təşviqi sənədi alır və bu investisiya təşviqi sənədi investora vergi güzəştləri də verir. İstənilən vaxt sahibkar bu obyektin  likvidliyini təmin edə bilir,  başqa sözlə sata bilir. Ancaq bunun həlli məsələsi mənim üçün bir az qaranlıq qaldı. İnvestor layihəni eyni müqavilə şərtləri ilə üçüncü tərəfə verə bilərmi? Ümumiyyətlə, bu iki model müqayisə olunsa, “TİT” modelinin bu qanuna uyğun olaraq, birbaşa kapital qoyuluşunun üstünlüyü nədədir? Qoyulmuş sərmayənin risklərini biz sığortalamırıqsa, investor üçün bu model cəlbedici olmaya  və bu qanunun işləməsinə maneə törədə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sizin sualınıza yəqin Ziyad müəllim sonra cavab verər. İndi biz çıxışlara başlayırıq. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Qanun çox vacib və əhəmiyyətli qanundur. Mən hesab edirəm ki, bunun qəbul olunmasını biz sürətləndirməliyik. Həmçinin əlavə etmək istəyirəm ki, hərbi, strateji məsələlərdən başqa digər sadalanan məsələlər də oraya daxil edilməlidir. Siyahıya nəzər salanda görürük ki, bir hissə daxil olunub, digər hissə isə daxil olunmayıb. Əgər biz investisiya cəlb eləmək istəyiriksə, bütün sahələri orada qeyd etməliyik. Yenə deyirəm, təhlükəsizlik, hərbi və strateji məsələlərdən başqa  kim istəyir, zavod da, fabrik də tiksin, körpü  və park da salsın, habelə digər məsələlərlə də məşğul olsun. Çünki bununla əlaqədar bilirsiniz ki, cənab Prezidentin tapşırığına əsasən  Nazirlər Kabinetinin 2016-cı il 26 fevral tarixli, 86 saylı qərarı var, yəni Bakı şəhərinin 9 rayonunda qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrində, o cümlədən boş torpaq sahələrində yeni evlərin, mənzillərin tikilməsi və satışı ilə əlaqədar qərar qəbul olunub və bu qərarın dərhal həyata keçməsi üçün yerli icra strukturlarına tapşırıqlar verilibdir. Bu baxımdan da hesab edirəm ki, biz qanunu  elə qəbul etməliyik ki, Bakı şəhərinin bu 9 rayonunda gedəcək tikinti proseslərində hər hansı bir xarici investorun da iştirakı mümkün olsun və o gəlsin, tiksin. İstər otel tiksin, istər yaşayış mənzili tiksin, istərsə də qeyri-yaşayış sahəsi ilə əlaqədar nə isə başqa bir şey tiksin.
Bu, yeni iş yerlərinin açılması, insanların buraya cəlb olunmasıdır. Bu baxımdan da mən hesab edirəm ki, qanunun birinci və ikinci oxunuşlarını, habelə üçüncü oxunuşunu  sürətləndirməliyik, çünki ayın 15-də biz hökumətin hesabatına qulaq asacağıq. Ondan sonra demək olar ki, Azərbaycanda bayramlar ilə əlaqədar aprel ayına qədər Milli Məclisin iclasları dayanır. Yəni investisiyanın cəlb olunması ilə əlaqədar yeni iş yerlərinin açılması, Bakıda və Azərbaycanın digər rayonlarında tikinti, quruculuq, abadlıq, həmçinin istehsal müəssisələrinin tikilməsi ilə əlaqədar mən qanunun sürətlənməsinin tərəfdarıyam. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Fərəc Quliyev.

F.Quliyev. Sağ olun, Ziyafət müəllim. Bu qanunun 7-ci maddəsinin 7.2-ci bəndində ikinci cümləni diqqətinizə çat-dırmaq istəyirəm. Burada yazılır ki, investor tərəfindən istehsal edilən həmin mal və xidmətlər  həddən artıq satın alındıqda, tərəflər arasında müvafiq icra hakimiyyəti or-qanının müəyyən etdiyi qaydaya uyğun olaraq bağlanan müqavilədə gəlirin bölgüsünün həyata keçirilmə qaydası müəyyən edilməlidir. Burada iki məqam var. Birinci, hədd qoymaq, ikinci, gəlirin bölgüsü.
Cənab Prezidentin son vaxtlar qəbul elədiyi bütün sərən-camlarda, fərmanlarda, göndərdiyi qanun layihələrində həmin davranışın fəlsəfəsində bu durur ki, sahibkarlara kifayət qədər imkan yaradılsın, investisiyalar qoyulsun, kim nə qədər bacarır çox qazansın, onlardan az vergi tutulsun, bu məsələlər təşviq olunsun. Burada bir hədd qoymaq, yəni həm istehsala hədd qoymaq və ya çox qazansa, mütləq bu gəliri də bölmək məsələsinə hədd qoymaq bu məsələlərə bir az kölgə sala bilər. Bəlkə mən indi bunun təsnif hissəsini doğru qəbul eləməmişəm. Ola bilər, indi Ziyad müəllim buna cavab versin ki, bunun yozumu başqa cürdür. Amma əgər məhdudiyyətdirsə, bu məhdudiyyət yerinə düşmür.
Mən bütövlükdə bu qanun layihəsini də, bundan əvvəlki qanun layihələrini də və bu istiqamətdə atılan bütün addımları da dəstəkləyirəm. Bunlar çox ciddi addımlardır və istənilən postsovet məkanında və ya bu yaxın bölgədə olan dövlətlərdə seytnotdan bu cür operativ şəkildə çıxma məqamı yoxdur. Bizdən asılı olmayaraq yaranmış çətinlik-lərdir. Amma ölkə Prezidentinin deyək ki, bu yükü birmənalı şəkildə  üstünə götürməsi və bu məsələnin üstünə getməsi çox alqışlanan bir haldır.
Hesab edirəm ki, Azərbaycan çox qısa zaman ərzində başqa respublikalardan fərqli olaraq  rahatlıqla bu çətinlik-lərdən çıxacaqdır. Əhalinin də çox səbirlə, dözümlə həm Prezidentin bu sərəncamlarına dəstək verməsini, həm də kömək eləyərək  sonluqları gözləməsini və burada iştirakçı olmasını arzu edirəm. Əgər bu maddə investorların işini asanlaşdırmaq üçün məhdudiyyət yaradırsa, bir də deyirəm, Ziyad müəllim, lütfən buna aydınlıq gətirin. Yaradırsa, mən hesab edirəm, bunu mütləq götürmək lazımdır, çünki məqsədimiz daha çox investisiya cəlb eləmək, sahibkarları bu işlərə daha çox təşviq eləməkdir. Ona görə buna təkrar baxmağa ehtiyac var. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Müzakirəyə təqdim olunan qanun layihəsini vaxta qənaət üçün həm Va-hid Əhmədov, həm də öz adımdan təqdim edirəm və tək-liflərimi demək istəyirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.Yazılmışdı, çıxdı. Biz vaxta qənaət edirik.
Yerdən. (Eşidilmir.)
Ə.Məsimli. Bəli. Bu qanunu yüksək qiymətləndirir və Azərbaycana əlavə investisiyaların cəlb edilməsi üçün hüquqi baza kimi dəyərləndirirəm. Əgər 2016-cı ilin büdcəsinə baxsaq, görərik ki, orada infrastruktur və digər sahələrə ayrılan vəsait əvvəlki illərlə müqayisədə bir neçə milyard manata, təqribən 3 milyard manata qədər azalıb. O azalmanın yerinin doldurulması istiqamətində yaxşı bir hüquqi  baza kimi bundan istifadə eləmək olar. Eyni zamanda, bir sıra təkliflərimi də qeyd eləmək istəyirəm.
Birinci təklifim ondan ibarətdir ki, biz artıq dördüncü sənaye inqilabının astanasındayıq. Ona görə məndən qabaq çıxış eləyənlərin çıxışlarındakı bir məqamı xüsusi vurğula-maq istəyirəm, əgər belədirsə, deməli, yaxın bir 50 il üçün prioritet olan sahələrin hamısının  burada qeyd olunan si-yahıya salınması məqsədəuyğun olar ki, həmin prioritet sa-hələr  bilavasitə qeyd olunan bu siyahıda öz əksini tapsın. Ondan kənarda Azərbaycanın innovativ inkişafa doğru sıçrayışlarına kömək edən sahələr var ki, həmin sahələr də mütləq həmin siyahıda öz əksini tapmalıdır.
İkinci, mən, hörmətli sədarət, bir məqama diqqət eləmək istəyirəm. Reallıq hissindən çıxış eləyərək bunu demək istəyirəm. İndiki vəziyyət  elədir ki, deyirik, dünyada böhrandır. Amma bütövlükdə dünyada qlobal böhrandan danışmaq olmaz. Dünyada gedən bu böhranlı prosesdən udan və uduzan ölkələr var. Biz udan ölkələrin siyahısında olmadığımıza görə, 2016 və 2017-ci illərdə  Azərbaycana əvvəlki həcmdə, əvvəlki sürətlə kapital axını, investisiya axını olmayacaq. Belə bir şəraitdə məhz bu qanunu cəzbedici formada təqdim və qəbul eləmək lazımdır ki, investorları cəlb eləyə bilək.
İkinci isə mütləq və mütləq dediyim kimi, alternativ vari-antlardan istifadə eləməliyik, kapitala amnistiya və maliyyə amnistiyası verməklə xeyli dərəcədə maliyyə vəsaitinin məhz bu qanunda nəzərdə tutulan istiqamətlərdə istifadə edilməsinə geniş yol açmaq olar.
Üçüncü qeyd etmək istədiyim məsələ mülkiyyət münasi-bətləri ilə bağlıdır. Ziyafət müəllim, mülkiyyət münasibətləri deyəndə, yaxşı bilirik ki, burada sahiblik, istifadə və sərəncamdan söhbət getməlidir. Amma bu qanun layihəsində yalnız istifadədən söhbət gedir. Əgər sahiblik və sərəncam məsələləri olmasa,  o, bərkə düşüb kredit götürəndə obyektiv girov qoya bilməyəcək, nəsə axtaracaq ki, girov qoysun. Ona görə hüquq müstəvisində sahiblik münasibətlərində problem yaranmasın deyə, bu məsələyə hüquqşünaslar bir də diqqətlə baxmalıdırlar, çünki  islahatları sürətləndirməyin çox şərtləri var. Ciddi şərtlərdən biri də mülkiyyət münasibətlərinə Konstitusiyamızda yazıldığı kimi, birmənalı şəkildə yaşıl işığın yandırılmasıdır. Mülkiyyət münasibətlərində problemlər olacaqsa, bizim islahatlarımız arzu edilən səviyyədə gedə bilməz. Mülkiyyət münasibətlərinə tam tə-minat olmayacaqsa, belə qanunların işləməsi xeyli dərəcədə problemli olacaq. Ona görə də hüquqşünaslara müraciət edirəm ki, bu qanunda gələcəkdə mülkiyyət münasibətlərində hər hansı bir problemin yaranacağı məqamları nəzərə alsınlar, qanun mülkiyyət kontekstində normal işləsin.
Dördüncü qeyd eləmək istədiyim məsələ ondan ibarətdir ki, burada yalnız “Tik, idarə et, təhvil ver” məsələsi var. Axı, dünyada bundan da yaxşı modellər var, niyə təkcə bu modeldən istifadə edirlər? Sahibkar hansısa yarımçıq tikilini, hansısa yaxşı işləməyən müəssisəni də ala bilər. Ancaq perspektivli sahibkar olmadığına görə o işləmir, normal fəaliyyət göstərmir. Dünya təcrübəsində yayılmış modifikasiyalardan istifadə edilməsini vacib hesab edirəm.
Nəhayət, beşinci məsələ ondan ibarətdir ki, müqavilənin  müddəti 49 il nəzərdə tutulur. Biz, yenə də deyirəm, dördü-ncü sənaye inqilabı astanasındayıq. 49 il böyük bir rəqəmdir. Mən bunu diqqətə çatdırmaq istəyirəm. Biz həmin layihəni yerinə yetirən zaman, yəni o tikib qaytaranda, yenə də mülkiyyət münasibətlərində yazılmır ki, o, kimə qaytarılacaq. Qaytarılanda da, heç olmasa, 10 il işləyib özünün fəaliyyətinin davam etdirilməsi  istiqamətində gəlir əldə etməsi modelinə gedəcək, yoxsa onu tikib istifadə eləyən dövlətə  skeletini verəcək. Əgər skeletini verəcəksə, onda çox maraqlı bir hadisə əmələ gələcək ki, Neft Fondundakı vəsait, – hansı ki, gələcək nəsillər üçün saxlayırıq, düz də edirik, çünki gələcək nəsillərin tərəqqisi üçün lazım olan məbləğdir, –  strateji sahədədirsə, yəni sistem yaradan obyektdirsə, onun dayanması Azərbaycan iqtisadiyyatına ciddi zərbə vura bilər. Bu nöqteyi-nəzərdən elə bir müddət götürülməlidir ki, məsələn, 25 il,  yəni heç olmasa, yeni sahibkar 10–15 ildə oradan əldə etdiyi vəsaitlə  gələcəkdə işini təmin etmək üçün zəruri olan investisiyanı əldə eləsin. Əgər belə məqamlar bu qanun layihəsində və onun mexanizmində öz əksini tapsa, onda hesab edirəm ki, bu, Azərbaycana əlavə sərmayələrin gəlməsi, həm də burada sadalanan  prioritet sahələrin  əhatə edilməsi, Azərbaycanın innovativ inkişaf yolunda sürətlə yürüməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Uğurlar  arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehti-yatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Bu çox önəmli bir qanun layihəsidir. Qanun layihəsində bəhs edilən modeldən dünya təcrübəsində istifadə edilir. Ancaq bu sahədə bir az təcrübəm olduğuna görə bir-iki məsələyə aydınlıq gətirmək istərdim. İki cür model var. Ziyad müəllim, Əli müəllim, bir var “İnşa et, idarə et, təhvil ver”, bir də var “İnşa et, idarə et, sahib  ol, təhvil ver”. Bu iki modeldən  dövlətin və ya müvafiq orqanın məqsədlərindən asılı olaraq istifadə etmək olar. Ona görə də mən razıyam ki,  qanun layihəsində bu modellər, əslində, bir-birindən bir o qədər də fərqlənmir, ancaq müəyyən nöqteyi-nəzərdən, – daha çox Kamran müəllimin qaldırdığı məsələ  buraya aiddir, – investor üçün önəmli məsələ budur ki, sabah əlindən alarlar, almazlar, pulumu qaytara biləcəyəm, bilməyəcəyəm. Bunları  birləşdirib biz o modeli tətbiq eləsək, yəqin ki, daha səmərəli iş təşkil eləmək olar. Bir də, mənim fikrimcə, bu qanun layihəsində Əsas anlayışlarda, birinci bənddə “Tik, idarə et, təhvil ver” və “Tik, idarə et, sahib ol, təhvil ver” modellərinin müqavilələrinin anlayışı verilsəydi, bu, mətndə daha  düzgün, daha aydın şəkildə izah oluna bilərdi. Çünki müqavilə yoxdursa da, model müqavilənin əsasında qurulur. Müqavilənin geniş, dəqiq anlayışı verilibsə,  onun əsasında əsas məsələləri qurmaq çox asandır.
Bir də, Ziyad müəllim, 7-ci maddədəki məsələ ilə əlaqə-dar sual verildi, bu cür modellərdə, adətən, münasibətlər necə qurulur? Misal üçün,  Kür çayının üzərindən keçən körpü dövlət üçün önəmli körpüdür, ya  avtomobil yoludur, ya da başqa bir infrastruktur layihəsidir, su anbarıdır və sair.  Sərmayəni cəlb eləmək üçün ya dövlət müqavilə bağlayır, ya da müvafiq orqan müqavilə bağlayır və müqavilədə göstərilir ki, hansı obyekt hansı müddətə inşa edilir, hansı müddətdə bu məhsulu istehsal eləyir və məhsul  ya müvafiq səlahiyyətli orqana satılır, ya da  birbaşa istehlakçıya satılır. Əldə edilən gəlirə hədd  necə qoyulur, mənfəət həddi qoyulur, müəyyən edilmiş mənfəət dərəcəsi qoyulursa da, onda müddətdir, o birisidir, bu birisidir, bunlar aradan çıxır. Onda həm də  7.2-ci maddədə yazılan məsələ, bağlanan müqavilədə gəlirin bölgüsünün həyata keçirilmə qaydası müəyyən edilməlidir. Mən əminəm ki, bu, narahatedici bir məsələdir. Kimsə sabah gəlib  mənə hələ mənfəət dərəcəsinə çatmamış, deyəcək ki, gəl bölüşək. Yəni bu məsələləri ortadan götürmək lazımdır.
Bir də müqavilə məsələsinə qayıdıram.  Əgər o müqavi-lənin dəqiq tərifi, anlayışı verilsə, mən əminəm ki, 3-cü maddədə göstərilən bu obyektlərin siyahısı dəyişəcək, çünki burada  bu müqaviləyə uyğun gəlməyən və bu müqa-vilə əsasında çalışa bilməyən obyektlərdən də söhbət gedir. Deyiləsi sözüm çoxdur, ancaq bununla çıxışımı məhdud-laşdırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu, həqi-qətən, çox vacib qanun layihəsidir. Biz hamımız islahatdan danışırıq və islahatların həyata keçirilməsində təbii ki, qanunvericilik bazasının təkmilləşdirilməsi əsas istiqamət-lərdən biridir. Valeh müəllim bir çox məsələlərə toxundu, ona görə onları təkrarlamaq istəmirəm. Sadəcə, məlumat üçün bildirmək istəyirəm ki, dünyada bu model 1979-cu ildən həyata keçirilir. Yəni bu model özünü doğruldub və orada müxtəlif yanaşmalar var. Valeh müəllim ikisini dedi, “Tik, sahib ol, idarə et, təhvil ver”. Burada başqa anlayışlar da var, “Dizayn elə, sahib ol, təhvil ver”. Bir çox anlayışlar var ki, mən çox istərdim, biz onları buraya salaq, çünki qanuna bir neçə anlayış salmaqla onu məhdudlaşdıra bilərik.
Növbəti məsələ “ictimai özəl əməkdaşlıq”la bağlıdır, yəni bu qanunun mahiyyəti və vacibliyi ondan ibarətdir ki, burada bütün proqramlar özəl şirkətlər, ictimai şirkətlər və dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilsin. Bu baxımdan mən çox istərdim, Ziyad müəllimə də məsləhət bilərdim ki, bununla bağlı bir işçi qrupu yaradılsın, çünki burada maraqlı tərəflər çoxdur. Yəni burada, sadəcə olaraq, imperativ şəkildə qanuna maddələr yazmaqla bu qanunun işləməsində problemlə üzləşə bilərik. Ona görə yaxşı olardı ki, müvafiq maraqlı qurumlar mütləq şəkildə işçi qrupunda olsunlar ki, biz gələcəkdə  müəyyən problemlərlə üzləşməyək.
Sonra, Ziyad müəllim, burada dövlət ehtiyacı üçün geri alınma məsələsi var. Əgər bu maddə varsa, hansı sahibkar 40–50 illik elə bir investisiya qoyacaq? Çünki sabah mü-vafiq icra qurumları  buranı artıq dövlət ehtiyatında olan bir yer kimi qəbul edəcək. Biz indi ümumi danışırıq, maddələrlə danışmırıq. Burada bir az investora, sahibkara inam  yaratmaq lazımdır ki, o buraya 50 illik, yəni uzunmüddətli investisiya qoysun. Burada  bütün maddələrdə demək olar ki, dövlət qurumlarının, ümumiyyətlə, icra qurumlarının məsuliyyəti yoxdur. Amma burada  ən vacib məsələlərdən biri inam yaratmaqdır, yəni  qanunda 11-ci maddədə müəyyən qədər  güzəştlərlə bağlı yanaşma var, bu yanaşma da heç bir investoru cəlb eləyə bilməz. Ona görə mən xahiş edərdim ki, biz bu məsələyə ciddi yanaşaq, bu çox vacib qanunlardan biridir. Mənə elə gəlir ki, bu, son zamanlarda həyata keçirilən əsas qanunlardan birincisidir. Obyektlər, qanunun tətbiq dairəsi ilə bağlı məsələlər burada sadalanırsa, deməli, biz bununla məsələni məhdudlaşdırırıq. Valeh müəllim vurğuladı, müqavilə əsasında həyata keçirilən məsələ ola bilər, amma burada müxtəlif məsələlər də ola bilər, misal üçün, mən görürəm, “qoruqlar” yazılıb. “Qoruqlar” anlayışı, ümumiyyətlə, genişdir. Dövlət tərəfindən qorunan qoruqlar var, tarixi qoruqlar var. Əgər sadalayırıqsa, hamısını sadalayaq. Sadalanma yoxdursa, onda müvafiq icra hakimiyyəti müqavilə əsasında sazişlə bağlı burada müəyyən əlavələr eləyə bilər.
Eyni zamanda, Ziyad müəllim,  burada “kommersiya məqsədli binalar” qeyd olunub, amma son zamanlar “gənc-lər şəhərciyi”, “ekonom evlər”, “sosial mənzillər”  Azərbaycan üçün çox vacibdir. Bizdə kifayət qədər evə ehtiyacı olan insan var. Yaxşı olardı ki, burada bu yanaşma da olsun. Çünki bir neçə il bundan öncə “Gənclər şəhərciyi” ilə bağlı məsələlər müzakirə ediləndə təcrübi olaraq bunun üçün investorlar tapa bilmirdik. Yəni özəl sektorda “Gənclər şəhərciyi”nin tikilməsi ilə bağlı maraq yox idi. İndi dövlət tərəfindən edilən müəyyən güzəştlər,  torpağın ayrılması, müvafiq strukturlardan icazənin alınması, yəni bunların burada  qeyd olunması imkan verir ki, investor və sahibkarlar maraqlı olsunlar. İndiki şəraitdə bütün dünyada maliyyə böhranı olduğu üçün əgər cəlbedici bir şey olmasa, heç vaxt investor, sahibkar buna bir qəpik də pul qoymayacaq. Ona görə mən çox istərdim ki, bu qanunla bağlı işçi qrupu yaradılsın və biz də  bu sənədə daha diqqətlə yanaşaq. Təşəkkür edirəm, qanun layihəsini  dəstəkləyəcəyəm.
Sədrlik edən. Bizim vaxtımız artıq sona çatır. Qalan yoldaşlar fasilədən sonra çıxış edərlər. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sona Əliyeva.
S.Əliyeva. Təşəkkür edirəm. Ümumilikdə, Tikinti və in-frastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini çox yüksək dəyərləndirirəm və düşünürəm ki, günün tələblərinə uyğun olaraq iqtisadi inkişafımıza  xüsusi töhfə verəcək bir qanun layihəsi olacaq. Amma mənim üçün burada bəzi qaranlıq məqamlar var, onlarla bağlı mən həm çıxış etmək, həm də sual ünvanlamaq istəyirdim. Burada, məsələn, göstərilir ki, qanunun tətbiq dairəsinə habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri də aiddir. Qəbul edirəm, turizm obyektləri ola bilər. Bəs dövlət müəssisəsi olan təhsil, səhiyyə və mədəniyyət obyektlərinə bu qanunla investisiya qoyuluşu necə tənzimlənəcək, bu hansı formada olacaq? Eyni zamanda, burada 3-cü maddənin 3.1.5-ci bəndində göstərilir ki, bu təsir dairəsinə  təbiət parkları və qoruqları da aiddir. Buna hörmətli həmkarım Fuad müəllim də toxundu, düşüncələrimiz üst-üstə düşür. Amma təbiət parkları dedikdə, ümumiyyətlə, nə nəzərdə tutulur? Çünki biz bilirik ki, təbiətin mühafizəsi ilə əlaqədar ərazilər 3 formada qorunur. Bunlara milli parklar, yataqlıqlar və qoruqlar aiddir.
Qoruqlarla bağlı qısa bir arayış vermək istərdim. Qoruq mövcud təbiət münaqişələrini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir. Yəni bu ərazilərə hər hansı bir investisiya qoyuluşu, əslində, qadağandır. Bu nə cür tənzimlənir və yaxud da ola bilsin ki, bu, hüquqşünasların nəzərindən qaçıb. Ümumilikdə isə təbiət parkları dedikdə, buraya nələr aiddir? Bununla bağlı düşünürəm ki, müvafiq komitə sualları cavablandıra bilər. Bu qədər, çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hüseynbala Mirələmov.
H.Mirələmov. Sağ olun, Oqtay müəllim. Mən, əsasən, bu qanuna səs verəcəyəm. Amma bəzi deyəcəyim sözlər var. Mən birinci növbədə  Nazirlər Kabinetinin Bakının 9 rayonu barədəki qərarı haqqında danışmaq istəyirəm. Ondan qabaq da cənab Prezidentin  Qaradağ və Sabunçu rayonları haqqında sərəncamı çıxmışdı. Yəni qəzalı binaların sökülməsi, tikilməsi, mən hesab edirəm ki, Bakı şəhərinin inkişafına çox böyük təkan verəcək. Bu, təkandan başqa həm də çoxpilləli bürokratik əngəllərin qabağını alacaq,  silsiləli korrupsiyaların qabağını alacaq. Mən inanıram ki, bu həm də o qəzalı binalarda yaşayan insanların, konkret olaraq Xətai rayonunda yaşayan insanların, iş adamlarının və rayon rəhbərlərinin də sevincinə səbəb olub. Bu qərardan sonra bəlkə də yüzlərlə insan mənə müraciət edərək xahiş ediblər ki, burada cənab Prezidentə  onların adından təşəkkür edim. Cənab Prezidentə sağ ol deyək ki, belə bir tarixi, belə bir sözün yaxşı mənasında inqilabi qərarların verilməsinə rəvac verir və  çox qısa müddətdə siz görəcəksiniz ki, Bakının inkişafı necə sürətlə irəliyə gedəcək.
Qaldı bu qanun haqqında, mən demək istəyirəm ki, bizim Valeh Ələsgərovun və Fuad Muradovun təklifləri ilə  konkret olaraq mən də razıyam. Bu qanun deyərdim ki, əlbəttə, cənab Prezidentdən gəlsə də,  sözün həqiqi mənasında işlənməlidir, bu qanunda çoxlu boşluqlar var. Bu qanunda belədir: “Tik, idarə et, təhvil ver”. Amma mən deyərdim ki, “tik”dən sonra “təhvil ver” olsa, daha yaxşı olar,  çünki əvvəl təhvil verərlər, sonra idarə edərlər. Bunun adı belə olsa, daha yaxşıdır. “Tik, təhvil ver, idarə et”. Bu birinci, ikinci növbədə, üçüncü maddədə qanunun tətbiq dairəsi haqqında bəndlər var. Konkret olaraq çox mühüm sahələr burada yaddan çıxıb. Mən təklif edərdim ki, magistral qaz kəmərlərinin, yeraltı qaz anbarlarının, şəhərdaxili qaz şəbəkələrinin, kompressor nasos stansiyalarının tikintisi və quraşdırılması da bu qanunun predmeti olsun və buraya yazılsın.  Ümumiyyətlə, bu qanunu  tez-tələsik qəbul etməyə, mən hesab edirəm, lüzum yoxdur, bu qanun işlənməlidir,  çünki bu, taleyüklü bir qanundur, bu qanunu qəbul etməyə gəlin,  tələsməyək. Bu qanun yaxşı işlənməlidir və  sonra biz onu qəbul etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Hüseynbala müəllim, bu, qanunun birinci oxunuşudur. Sən konseptual olaraq bu qanundan razısan, ya razı deyilsən?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu, birinci oxunuşdur. Bunu hazırlama-lıyıq, ikinci oxunuşda müzakirə etməliyik. Nə təklifləriniz var, təkliflərinizi verin. Amma axırıncı çıxışdan belə çıxır ki, bu qanunu qaytarmaq lazımdır, belə çıxdı.
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Birinci dəfə kim dedi, qəbul edək? Biz birdən-ikiyə birinci dəfədən qanun qəbul etmişik? 3 oxunuşdan qəbul etmişik.
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Ay sağ ol. Ziyad müəllim, suala cavabınız var, ya mən cavab verim?
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Xanım sual verdi, cavab verirsiniz, ya mən cavab verim?
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bütün həmkarlarıma təşəkkür edirəm, çox düzgün təkliflər verdilər,  artıq bu təkliflər üzərində iş aparılmalıdır. Hesab edirəm ki, işləmək üçün kifayət qədər bazamız da var, əsaslar da var. Mən hər bir suala cavab vermək fikrində deyiləm, çünki vaxt  kifayət qədər məhduddur. Bütün məsələlərə biz diqqətlə yanaşacağıq, işçi qrupu yaradacağıq və qısa zaman kəsiyində qanun layihəsi barədə fikirlərimizi bildirəcəyik. Hər halda konseptual baxımdan hesab edirəm ki, bu çox düzgün və vacib qanundur. Azərbaycana investisiya axınını artırmaq üçün, gücləndirmək üçün çox vacib qanundur. Hesab edirəm ki, birinci oxunuşda qəbul edək, sonra üzərində kifayət qədər  işləyərik. O ki qaldı Sona xanımın suallarına, mövqeyi ilə tamamilə razıyam. Bayaq  elə mən də Sizə bu barədə fikirlərimi açıqladım ki, bəzi maddələrdə  elə obyektlər göstərilir ki, onlar bu qanunun predmeti ola bilməzlər, o cümlədən təbiət qoruqları və sair.
Sədrlik edən. Orada obyektlərin formasından, görünü-şündən danışmaq olar. Ona görə də bu, birinci müzakirədən keçirilir. Sona xanım səhiyyədən danışdı, bəli, səhiyyə obyektlərinə dövlət tərəfindən dəstək verilə bilər. Əsas məsələ investisiya qoyulub tikiləndən sonra onun idarə edilməsidir və çatışmayan hissələr, sığorta tərəfi ilə bağlı dövlət  dəstək verə bilər. Mirələmov Hüseynbala müəllim dedi, qaz anbarları, ya başqa qaz boruları. Oraya investisiya qoyan olsa, onu da fikirləşərlər. Əsas  investisiya qoyulan yerlər deyildi, bunlara dövlət xərc çəkmir, investisiya qoyur, müqavilə, səhv etmirəmsə, 49 ilə qədərdir. Bu o demək deyil ki, 49 il bu idarə edəcək. Bu o deməkdir ki, öz gəlirini, öz qoyduğu xərci çıxarandan sonra təhvil verəcək. Bunlara, bu investisiya qoyanlara da hər istiqamətdə dövlət dəstək verəcək. Gələcəkdə bu qanunu dəqiqləşdirəndə hansı sahələr üzrə olacaq,  cavabı tapılacaq. Əgər başqa fikir yoxdursa, konseptual baxımdan bu qanun layihəsini qəbul edək. Xahiş edirəm, həm komitə üzvləri, həm də bizim millət vəkilləri bunun üzərində işləsinlər, fikirlərini desinlər, ikinci oxunuşda bunlara bir daha baxarıq. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, konseptual olaraq bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Lisenziyalar və icazələr haqqında” qa-nun layihəsi barədədir, bu, üçüncü oxunuşdur. Ziyad müəl-lim, Siz tənəffüsdə mənə nə isə  dediniz. Buyurun.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Məlumat vermək istəyirəm ki, qanun layihəsi  Milli Məclisin komitəsində İqtisadiyyat Nazirliyinin məsul əməkdaşlarının iştirakı ilə kifayət qədər  müzakirə olunmuş, bir çox düzəlişlər edilmiş və bu düzəlişlər Prezident Administrasiyası ilə razılaşdırılmışdır. Eyni zamanda, millət vəkilləri komitənin iclasında haqlı olaraq bildirdilər ki, sahibkarlıq fəaliyyətinə verilən icazələr daha da dəqiqləşdirilməli, onların lisenziyalardan fərqləri daha konkret müəyyənləşdirilməli və azaldılmalıdır. Bu istiqamətdə neçə gündür ki, Prezident Administrasiyası ilə söhbətlər aparılır. Məlumat vermək istəyirəm ki, indiyə qədər icazələrin ixtisar olunub-olunmaması barədə  həm İqtisadiyyat Nazirliyində, həm də  Prezident Administrasiyasında işlər aparılır. Ona görə, millət vəkilləri, sizdən xahiş edərdim ki, bu gün qanun layihəsi gündəlikdən çıxarılsın, növbəti iclasa qədər biz icazələrin dəqiq siyahısını alaq və yenidən sizə təqdim edək. Bütövlükdə mən hesab edirəm ki, bu çox vacib qanundur. Cənab Prezident tərəfindən göndərilən bu qanun Azərbay-canda sahibkarlığın inkişafına əməli dəstək olacaq. Eyni zamanda, icazələr haqqında məsələ həll olunmadığına görə, sizdən xahiş edirəm ki, qanun layihəsi gündəlikdən çıxarıl-sın.
Sədrlik edən. Qanun layihəsi Sizin komitədən keçib, yalnız orada məsələ olub, icazələr haqqında siyahıdan söhbət gedib. Mən də razıyam, səhv etmirəmsə, Sizə gələn siyahıda 199 icazə olub. İndi yeni bir siyahıda 164 icazə var. Axırıncı sual o oldu ki, bununla məsələ dayanır, ya hələ də işlənir? Ona görə qoy tam işlənilsin, amma qanun layihəsi demək olar, hazırdır, komitədən də keçib. Lazım olar, hökumətin hesabatından sonra bir məsələ kimi salıb ona baxarıq. Etiraz yoxdur ki?
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Növbəti məsələyə,  hakimlərin məsələsinə keçirik. Müseyib Hüseynovun Bakı Apellyasiya Məhkəmə-sinin hakimi təyin edilməsi haqqında buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, cənab Prezident tərəfindən Müseyib Abbas oğlu Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı təqdimat daxil olub. Məlumat üçün qeyd etmək istəyirəm ki,  hazırkı dövrə qədər Müseyib müəllim 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsində çalışıb və hakim korpusunun ən nüfuzlu şəxslərindən biri olub. Amma səhhəti ilə bağlı o, Məhkəmə-Hüquq Şurasına müraciət edərək tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Eyni zamanda, onu da qeyd etməliyəm ki, Müseyib müəllim 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri olana qədər daha yuxarı instansiya məhkəmələrində çalışmışdır. O,  7 il Ali Məhkəmənin hakimi olmuşdur. Məhz  bu  yuxarı instansiya məhkəmələrindəki təcrübəsini nəzərə alaraq Məhkəmə-Hüquq Şurası onun Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi çalışması ilə bağlı cənab Prezidentə müraciət etmiş və cənab Prezident tərəfindən parlamentə belə bir təqdimat göndərilmişdir. Ümidvaram ki, Milli Məclis də cənab Prezidentin bu təklifini dəstəkləyəcək. Çox sağ olun.
Sədrlik edən. Onda, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Sağ olun, təsdiq olundu.
Növbəti məsələ İslam Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haq-qındadır. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bildiyimiz kimi, Ali Məhkəmənin hakimi İslam Əliyevlə bağlı Məhkəmə-Hüquq Şurasının təqdimatı möv-cuddur. O, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsinə irəli sürülmüşdür. Onun şəxsi işi ilə bağlı arayış  sizə təqdim olunub. Mən qısaca onu deyə bilərəm ki, zamanında bizim hakim korpusunda, xüsusən də Ali Məh-kəmədə çalışan ən gənc, ən təcrübəli, hakim adına yüksək şərəf gətirən şəxslərdən biri də məhz İslam müəllim ol-muşdur. İslam Əliyev, eyni zamanda, hakimlərin seçki komitəsində də çalışmışdır, yəni Məhkəmə-Hüquq Şurası ona etimad göstərmişdir. Hələ gənc yaşlarında Ali Məh-kəmədə çalışanda həm də hakimlərin seçki komitəsinin üzvü idi. O, uzun illər əvvəl Naxçıvan Ali Məhkəməsində, sonra isə Azərbaycan Respublikasının Ali Məhkəməsində hakim kimi çalışmışdır.
Hazırda  Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədri vəzifəsi vakantdır, çünki cənab Prezident bir müddət öncə bir sıra təyinatlar etmişdi. Yəqin ki, bu barədə mətbuatda məlumat əldə etmisiniz. Birinci instansiyaların təyinatı cənab Prezident tərəfindən həyata keçirilir. Hazırda həmin vakant sədr vəzifəsinə Məhkəmə-Hüquq Şurası tərəfindən İslam Əliyevin namizədliyi irəli sürülmüşdür. İndi bizim həll edəcəyimiz məsələ cənab Prezidentin təklifini nəzərə alaraq İslam Əliyevin Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Həmişə  azad edilmələr belə olsa, yaxşı olar. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Sizi təbrik edirik, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisi-nin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəh-bərlərinin seçilməsi haqqındadır. Hörmətli millət vəkilləri, siyahı gündəlikdə var,  bu sənədlər sizdə də var. Siyahını  oxumayacağam, çünki sizdə var. Başqa bir fikir varmı?
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Ancaq bir şeyi deyim ki, bu illər artıq bizə sübut etdi ki, bizim bəzi dostluq qruplarımız, hamısı de-mirəm,  bir az  zəif işləmişlər. Bu məsələlərə biz beynəlxalq təşkilatlarda səsvermələr zamanı rast gəldik. İndi bu dostluq qruplarının rəhbərlərini biz təyin edəcəyik, səs verəcəyik. Ancaq bu gün  öz qrupları ilə çox fəal işləməlidirlər. Əsas da beynəlxalq təşkilatlarda nümayəndə olan ölkələrlə. Xahiş edirəm, məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Milli Məcli-sinin 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli 1382 nömrəli Qərarında dəyişikliklər edilməsi barədədir. Buyursun Firudin Hacıyev.
F.Hacıyev,   Milli Məclisin İşlər müdiri.
Hörmətli Sədr, hörmətli deputatlar, bildiyiniz kimi, Milli Məclisin büdcəsində, smetasında bəzi maddələr üzrə 551 min manat həcmində azalma gedibdir. Biz də həmin azalma getmiş smeta üzrə vəsaitin ödənişi ilə bağlı ilboyu qənaət edib məsələlərin həllini tapacağıq.
Sədrlik edən. Yəni əsas məsələ odur ki, həqiqətən, smeta qənaətli smeta olmalıdır. Milli Məclis də öz imkanlarına baxdı, bu qənaətlər Milli Məclislə bir daha razılaşdırılandan sonra  məsələ öz həllini tapdı. Mən də hesab edirəm ki, lazım olan yerlərdə qənaət etmək lazımdır. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Eynilə Hesablama Palatasının 2016-cı il büdcəsində də azalma gedib. Bu da Maliyyə Nazirliyi ilə Hesablama Pala-tasının bir yerdə razılaşdırdığı bir məsələdir. Vüqar müəllimin bir sözü var?
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, gündəlikdə var, bu məsələyə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən  2016-cı il yanvarın 19-da növbədənkənar sessiyada qəbul olunmuş “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 104-VQD nömrəli Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, bilirsiniz ki, bu layihə İqtisadi siyasət komitəsi tərəfindən təqdim olunmuş layihə ilə, yəni artıq parlamentdə etirazı qəbul olunmuş layihə ilə üzvi surətdə bağlıdır, yeni bir şey yoxdur. Bizim də komitə cənab Prezidentin bu etirazının nəzərə alınması və bu qanunun məqsədəuyğun olmaması təklifi ilə razıdır. Odur ki, səsə qoyulmasını xahiş edirəm.  
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.27 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ sazişdir. “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə qanun layihəsi haqqında buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Adı çəkilən sazişdə dəniz hüquqlarının qorunması ilə əlaqədar  məsələlər öz əksini tapmışdır. Ərazi dənizi, bitişik zona, beynəlxalq naviqasiya üçün istifadə olunan boğazlar, müstəsna iqtisadi zona, dəniz mühitinin mühafizəsi və qorunub saxlanılması, dəniz elmi tədqiqatı, dəniz texnologiyasının inkişafı və ötürülməsi kimi məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikasının da bu sazişə qoşulması bizim milli maraqlarımız baxımından çox məqsədəuyğundur. Hesab edirəm ki, bu qanun layihəsinə də millət vəkilləri səs verəcəklər. 
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, sazişə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Asiya İnfrastruktur İnvestisiya Bankının Saziş maddə-ləri”nin təsdiq edilməsi haqqında. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Asiya İnkişaf Bankı ilə Azərbaycan dövləti arasında kifayət qədər sıx əməkdaşlıq formalaş-mışdır. Bu yaxınlarda bizim qəbul etdiyimiz  qanuna əsasən Bakıda  Asiya İnkişaf Bankının üzvlərinin toplantısı keçirildi. Bu saziş həmin əməkdaşlığın daha da inkişafına, Asiya İnkişaf Bankı kimi nəhəng bir bankın Asiya ölkələrində fəaliyyətini canlandırmasına, real sektorun inkişafına  xidmət edən layihələrə dəstək olmasına xidmət edəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, sazişə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 3 məsələmiz də protokollara və sazişlərə qo-şulmaq məsələsidir. Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq Azərbaycanın milli maraqlarına və beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərə, siyasətə uyğun gəlir. Bununla belə bu qanun layihəsinə Azərbaycan Respublikasının bəyanatı var. Bəyanatda bildirilir:  “Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokolunun müddəalarının həyata keçirilməsinə həmin ərazilər işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək təminat vermək iqtidarında deyildir. Azərbaycan Respublikası  bəyan edir ki, Ümumdünya Poçt Konvensiyası və onun yekun Protokolunun müddəalarından irəli gələn hüquq və öhdəliklər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətlərdə tətbiq edilməyəcəkdir”. Azərbaycan Respublikası bu bəyanatın birinci və ikinci hissəsinin müddəalarını istənilən vaxt dəyişdirmək və ləğv etmək hüququnu özündə saxlayır və digər tələblər dəyişdi-rildikdə və ya ləğv edildikdə bu barədə yazılı surətdə məlumatlandıracaqdır. Millət vəkillərindən xahiş edərdim ki, bu bəyanatı əsas tutaraq sazişə müsbət münasibət bil-dirsinlər.
Eyni zamanda, Oqtay müəllim, digər 2 qanun layihəsin-dən biri Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında Azərbaycan Respublikasının qanun layihəsidir. Poçt ödəniş xidmətləri haqqında digər bir saziş 38-ci məsələdir, “Poçt ödəniş xidmətləri haqqında” Sazişə qoşulmaq barədə Azərbaycan Respublikasının qanun layihəsidir. Eyni zamanda, istərdim qeyd edəm ki, bu qanun layihələri də həmin məqsədlərə,  beynəlxalq aləmdə Azər-baycanın rabitə sisteminin tanınmasına xidmət edir. 38-ci məsələdə  Azərbaycan Respublikasının bayaq səsləndirdi-yim bəyanatı da qeyd edilmişdir. Millət vəkillərindən xahiş edərdim ki, hər 3 sazişə ayrı-ayrılıqda səs versinlər və fikirlərini bildirsinlər.   
Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, təşəkkür edirəm, Oqtay müəllim.  Bu bəyanatda göstərilir ki, xəritə əlavə olunur, amma verilən sənədlərdə xəritə yoxdur. Bu, texniki məsələdir, amma nəyə görə buna toxundum? Keçən dəfə bir sənəd daxil olmuşdu, orada xəritədə  yer adları erməni yer adları kimi yazılmışdı, yəni Dağlıq Qarabağdakı rayonların adları dəyişilməmiş formada saxlanılmışdı. O məsələlərdə bir az diqqətli olmaq lazımdır. Burada xəritə olmadığına görə mən bilmirəm, yeni xəritədə bu var, yoxsa yox?
Siz bayaq çox doğru bir məsələyə toxundunuz. Dostluq qrupları bəzən belə detallardan vaxtında düzgün istifadə etməyiblər. Beynəlxalq təsisatlarda çıxış  edəndə əllərində o sənədi apara bilərlər. O sənəddə biz adları dəyişmişik,  öz əzəli adlarımızı bərpa etmişik. Ermənilərin qoyduğu adların orada qalması bizi pis vəziyyətə sala bilər.
Siz çox doğru irad tutdunuz, Oqtay müəllim, bu 700 nəfərlik Avropa İttifaqında 40 nəfər yığılıb əleyhimizə bir şeylər qəbul edəndə biz 41 nəfər toplaya bilmirdik.  Səhlənkarlığın bir ucu da belə sənədlərdəki diqqətsizliyə gedib çıxır. Bilmirəm, hansı qurum o xəritəni hazırlamışdı, keçən dəfə burada da irad tutuldu. İndi burada xəritə yoxdur. Mən istəyirəm, bu işlə kim məşğul  olursa,  xəritənin əlavə olunmasını, həm də indiki formada əlavə olunmasını təmin etsin. Birdən yenə də eyni xəritədən istifadə edərlər. O çox naşı bir məsələ olar. Təşəkkür edirəm.
Sədrlik edən. Eyni xəritədən heç kim istifadə etmir. Bilmirəm, hansı xəritədən danışırsan. Bu beynəlxalq sazişdir,  beynəlxalq təşkilatlarda bu xəritənin heç bir rolu yoxdur, qaldı ki səs toplaya bilməməyimiz, o səhv bizim  özümüzdə, bizim nümayəndə heyətində olub, başqasında olmayıb. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Təşəkkür edirəm, Oqtay müəllim. Təbii ki, bu beynəlxalq  bəyanatların, sazişlərin, konvensiyaların müzakirəsinə, hər zaman dediyim kimi,  ehtiyac yoxdur. Çünki bunlar qəbul olunmuş sənədlərdir, biz də bu sənədlərə qoşuluruq.  Lazım olan  izahatları Ziyad müəllim verdi. Ancaq mən bir məsələyə toxunmaq istəyirəm. Yenə də hər zaman olduğu kimi, tərcümə məsələsinə. Çox üzr istəyirəm, adam oxuyanda utanır.  Xırda misallar gətirim. 36-cı məsələdə “Ümumi müddəalar” var. Maddə 1. Təriflər. Oxuyuram: 1. Ümumdünya Poçt Konvensiyasında istifadə edilən terminlər aşağıdakı mənaları əks etdirməlidir.
38-ci sənəddə, Poçt ödəniş xidmətləri haqqında sənəddə də eyni maddə var. Bundan qabaq qəbul etdiyimiz qanun layihəsində adətən olduğu kimi, “Əsas anlayışlar” gedir. Əgər biz bir dəfə bu termini, bu ifadəni, bu anlayışı qəbul etmişiksə, bu hər bir  sənəddə olmalıdır, o cümlədən tərcümə olunan sənəddə. Azərbaycan dilində əvəzi olan, dədə-babadan istifadə etdiyimiz sözlərin əvəzinə Azərbaycan dilinə uyğun olmayan, başqa dildən gəlmiş minlərlə söz işlədilir. Hətta  mən bu günlərdə yoldaşlardan birinə dedim, məndə elə bir təsəvvür yaranır ki, tərcümə edəndə kompüter tərcümə edir, azərbaycanlı yox. Misallar gətirə bilərəm. Ona görə xahiş edirəm, bu cür sənədləri tərcümə edənlər, buraya,  Milli Məclisə təqdim edənlər, diqqətli olun. Bilirəm, dəfələrlə müraciət etmişik. Elə maddələr var, oxuyursan, başa düşə bilmirsən ki, söhbət nədən gedir.
Bir söz də deyim. Bu yaxınlarda konvensiyaların birində oxuyuram, tərcümə etmişik. Konvensiyanın preambulası və reqlamentləri.   Preambula sözü rus dilinə XIX əsrdən gəlib çıxıb, oradan da bizə gəlib. Belə çıxır ki, ondan qabaq dədə-babamız nə kitab yazıb, nə dəftər yazıb, nə qərar yazıb. Ona görə preambula sözü işlədirik? 2016-cı ildə  qanunvericilik sənədlərimizə, dilimizə belə yanaşılır. Bir vaxtlar rus dilində danışmaq dəb idi, yavaş-yavaş qanunlarımız da  başqa dildə yazılırdı. Çox üzr istəyirəm, bir az bəlkə həyəcanlı çıxış etdim. Mənə hər dəfə çox təsir edən bir məsələ olduğuna görə bunu diqqətinizə çatdırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Bu məsələni biz dəfələrlə qaldırmışıq, hətta Xarici İşlər Nazirliyindən gələn sənədlərlə bağlı da demişik, orada bir tərcüməçi qrupu yaradılsın. Hər bir təşkilat Milli Məclisə sənəd göndərəndə  hər dəfə biz bunu deyirik. İndi səhvləri olub, tapmısınız, düzəldək.  Başqa nə yolu var? 10 dəfə demişik. Onda  tər-cümə olunmuş sənədləri bizim tərcüməçilərə verək, onlar da baxsınlar.  
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, 36-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 37-ci məsələyə, sazişə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
38-ci məsələ.       

Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 39-cu məsələ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanu-nunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Qanunun 13-cü maddəsinə dəyişikliyin mahiyyəti aşağıdakılardan ibarətdir: “Yoxlayıcı orqanlar  sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər”.
Digər bir  redaksiya xarakterli təklif 34-cü maddəyədir. Yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən şi-kayət verilməsi qaydası. Qanunda göstərilir ki, verilmiş şi-kayət və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər səbəblər əsasında müvafiq icra hakimiyyəti orqanı yoxlamaların vahid  məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması və ya qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, yuxarı dövlət orqanı isə yoxlayıcı orqanlar tərəfindən yoxlamaların qeydiyyatı ilə bağlı tələblər və prosedurlar istisna olmaqla, bu qanunla müəyyən edilmiş digər tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görməlidirlər.
Bütövlükdə bu dəyişikliklər Azərbaycan Respublikasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə qanun layihəsinə müvafiq olaraq hazırlanmışdır. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də səs versinlər.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Deyəsən möhkəm yorulmusunuz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İmamverdi, iclas qurtarmayıb hələ. Növ-bəti 40-cı məsələ, Azərbaycan Respublikasının İnzibati Xə-talar Məcəlləsində dəyişikliklər edilməsi haqqında buyursun Əli Hüseynli.
Ə.Hüseynli.  Çox sağ olun. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər Ziyad Səmədza-dənin məruzə etdiyi Sahibkarlıq sahəsində aparılan yoxla-maların tənzimlənməsi ilə bağlı qanun layihəsi ilə əlaqədardır. İnzibati Xətalar Məcəlləsinin  276, 324.1 və 413.1-ci maddələrinin yeni redaksiyada verilməsi təklif olunur. Hesab edirəm ki, qanunvericiliyə uyğunlaşdırılması baxımından İnzibati Xətalar Məcəlləsinin  dispozisiyasına dəyişiklik edilməsi zəruridir.  Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
41-ci məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Bilirsiniz ki,  biz bir müddət bundan qabaq “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdik və indi bir çox qanunları həmin qanuna uyğunlaşdırmaq məqsədi ilə müəyyən düzəlişlər edilməlidir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanuna da  25.1-ci maddə əlavə edilir. Maddədə  avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyən edilir. Avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat nəzərdə tutulur. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.


Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haq-qında buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, bildiyimiz kimi, 2015-ci ildə “Mühasibat uçotu haqqında” Qanun qəbul olunmuşdu və qüvvəyə minmişdi. Həmin qanunun tətbiqi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 247-4-cü maddəsinin dispozisiyası yeni redaksiyada verilir. Burada konkret olaraq qeyri-hökumət təşkilatının, o cüm-lədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən  müvafiq icra hakimiyyəti orqanına və ya siyasi partiya tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatına qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın daxil edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Amma o sanksiya yeni deyil. Elə əvvəl də var idi, həmin  cərimə sanksiyası qalır. Sadəcə, dispozisiya dəyişdirilir. Bu da bir daha vurğulayıram, “Mühasibat uçotu haqqında” Qanunun tətbiqi ilə bağlıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu çox vacib bir məsələdir. Bilirsiniz ki, biz keçən dəfə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər etdikdə orada həm dövlət büdcəsindən maliyyələşən siyasi parti-yalar, o cümlədən onların topladığı ianə və üzvlük haqları, həmçinin dövlət büdcəsindən maliyyələşməyən siyasi partiyaların topladıqları ianə və üzvlük haqları haqqında göstərilən qanuna uyğun olaraq Mərkəzi Seçki Komis-siyasına hesabat verilməsi məsələsi qoyulmuşdu. Bu, Mərkəzi Seçki Komissiyasının websaytında yerləşdirilib ki, istər ictimaiyyət, istərsə də o təşkilatların öz üzvləri görsünlər, nə qədər vəsait toplanıb, kimlər nə qədər ödəyib. Çünki biz o ianələrin yuxarı həddini müəyyənləşdirmişdik, bu gəlirlər hara sərf olunub, hara xərclənib.
Ümumiyyətlə, bu qanun qəbul olunmamışdan əvvəl də Yeni Azərbaycan Partiyası ildə bir dəfə hesabatını ictimaiyyətə açıqlayırdı. Partiyanın idarə heyəti tərəfindən partiyanın gəlir və xərcləri barədə qərar təsdiq olunandan sonra mətbuat orqanlarında bu, geniş şəkildə dərc olunurdu və bununla əlaqədar olaraq məlumat verilirdi. Təəssüflər olsun ki, bir sıra özünü müxalifət partiyası adlandıran, lakin ümumiyyətlə müxalifətçilik yox, dövlətə qarşı,  millətə qarşı müxalifətçilik edən  qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırırlar və maliyyə hesabatlarını təqdim etmirlər. Təqdim etmədikləri halda bunların hansı formada verilməsi indi  İnzibati Xətalar Məcəlləsində hesab edirəm ki, cərimələr vasitəsilə müəyyənləşməlidir. Həm də biz bunu çox ciddi şəkildə  qoymalıyıq.
Başqa yerlərdə aşkarlıqdan, demokratiyadan, şəffaflıqdan danışan bu insanlar təəssüflər olsun ki, öz maliyyə mənbələrinə çatanda şəffaflıq tamamilə yadlarından çıxır. Bir sıra partiyalar hesabat yerinə bir vərəq ağ kağız göndərir ki, bizim, ümumiyyətlə, maliyyə dövriyəmiz olmayıb, nə gəlirimiz var, nə də xərcimiz. Amma nəzər salanda görürsən ki, qərargahında onlarla insan çalışır, özlərinin də cangüdənləri var, bahalı maşınlarda gəzirlər. Bu gün isə hesabat verməkdən boyun qaçırırlar, çünki hesabatları şəffaf deyil. Həmin təşkilatlar xaricdən bəzi qüvvələr tərəfindən maliyyələşirlər.
Onların məqsədi Azərbaycanda olan ictimai-siyasi sabitliyi pozmaq, dövlətin əleyhinə təbliğat aparmaq, böhtan atmaq, şər atmaq və bu kimi hallar ilə məşğul olmaqdan ibarətdir. Hesab edirəm ki, gələcəkdə heç olmasa, bunu daha da gücləndirmək lazımdır. Ya “Siyasi partiyalar haqqında” Qanuna  bir maddə əlavə etməliyik ki, kim  il ərzində hesabat vermirsə, maliyyə hesabatından boyun qaçırırsa, ya yoxlanılsın,  təftiş olunsun, ya da həmin təşkilatın artıq ləğv olunması məsələsini  gündəmə qoyaq ki, şəffaflığı təmin edə bilək. Çünki şəffaf olmayan təşkilatların  nələrlə məşğul olduqlarını biz görürük. Bir gün bir ölkədən, başqa gün başqa ölkədən, hətta erməni lobbisindən və digərlərindən maliyyə yardımı almaqdan belə çəkinmirlər,  yaxın tarixdə biz bunun şahidi olmuşuq. Mən hesab edirəm, biz bu maddələri daha da qüvvətləndirməliyik və həmin maddələrdə elə normalar qəbul etməliyik ki, hər bir şəxs bərabər şəkildə qanuna tabe olsun və öz hesabatını təqdim etsin. Təşəkkür edirəm.
Sədrlik edən. İndi bu, dəyişikliyin predmeti deyil, ancaq baxmaq olar. Təklifinizi verin komitəyə, baxsınlar. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Oqtay müəllim, çox sağ olun. Mən də dəyişikliyi dəstəkləyirəm. Amma, eyni zamanda, Siyavuş Novruzovun da fikirlərini dəstəkləyirəm. Doğrudan da, hesab edirəm ki, bu məsələlər ilə bağlı bir şəffaflıq yaranmalıdır. Belə məlumatları şəxsən bizim partiyamız hər il mütəmadi olaraq əvvəllər Ədliyyə Nazirliyinə, indi də Mərkəzi Seçki Komissiyasına  təqdim edir.
Oqtay müəllim, bu gün cari məsələlər olmadı. Amma bu elə əlaqəli məsələdir deyə, söyləyirəm. Mən xatırlayıram, biz dekabr ayında Avropa Parlamentinin  o məlum qətnaməsi ilə bağlı burada müzakirələr açanda Siz gözəl bir söz söylədiniz ki, Azərbaycan hökuməti, Azərbaycan Res-publikasının Prezidenti həmişə bir əfv sərəncamı imza-lamağa hazırlaşanda, müəyyən qüvvələr dərhal canlanırlar. Ya qərar qəbul edirlər, ya da bir bəyanatla çıxış edirlər ki, filankəslər azad olunmalıdırlar. Çox təəssüf edirəm ki, o vaxt da çox ciddi söhbətlər gedirdi, yəni kimlərinsə həbsində siyasi motivlər olduğunu deyən bəzi beynəlxalq təşkilatlar  hesab edirdilər ki, həmin şəxslər azad olunmalıdırlar. Biz də bunu dəstəkləyirdik. Amma Avropa Parlamenti qərar qəbul elədi və çox təəssüf ki, bundan sonra  o şəxslərin heç biri əfv siyahısına düşmədi. İndi də həmin vəziyyət yaranıb. Mən dünən oxuyuram, “Azadlıq” qəzetində bir yazı gedib ki, Qərb yenə Azərbaycan hökumətini müəyyən addımlar atmağa, siyasi islahatlar keçirməyə məcbur edir. Sanki bu adamlar marağındadırlar ki, o tutulan adamlar içəridə qalsınlar, məhrumiyyətlərlə, əzab-əziyyətlə üzləşsinlər. Bunlar öz siyasətlərini başqalarının acıları üzərində qurublar. Bu cür mənfur siyasətlə heç vaxt uğur qazanmaq olmaz, bu öz yerində. Amma bu adamların böyük hissəsi öz cəzasını çəkib.
Oqtay müəllim, mən hesab edirəm, bu cür təxribat xarakterli məqalələrlə, əslində, onlar çalışırlar ki, həmin insanlar içəridə qalsınlar və Azərbaycan hökumətinə, Azərbaycan dövlətinə qarşı bundan istifadə edilsin. Ona görə də mən düşünürəm, Novruz bayramı gəlir, artıq əfv komissiyası toplanıb. Yenə də eyni proses oxşar formada təkrarlanmağa başlayıb. Biz bu adamları, sözsüz, azad eləməliyik, amma paralel olaraq bunları da ifşa eləməliyik ki, həmin adamların qohum-əqrəbaları, ailə üzvləri bilsinlər ki, bu adamlar  onların azadlığı üçün çalışmırlar. Əslində, bu cür  təxribatçı açıqlamalar verməklə, məqalələr yazmaqla sanki hökuməti üzə salmaq istəyirlər ki, siz bunu eləməyin. Eləsəniz,  deyəcəyik ki, sizi məcbur elədilər, sizə təzyiq elədilər. Amma indiyə qədər gedən proseslər göstərib ki, Azərbaycan hökuməti, Azərbaycan dövləti ilə zor və təzyiq dili ilə danışmaq heç bir nəticə vermir. Yəni buna artıq hamı əmin olub. Ona görə də düşünürəm ki, həqiqətən də, bu adamları artıq azad eləmək olar. Biz də parlament olaraq bu təşəbbüsə qoşulmalıyıq. Əfv komissiyasında da müzakirələr gedir ki, həmin adamlar  azad edilsinlər. Kimlərinsə faciəsi, ağrıları, məhrumiyyətləri üzərində siyasət quran adamların  aqibəti isə elə həbsdə olanların aqibəti kimi olacaq, heç bir uğur qazana bilməyəcəklər.
Sonda Oqtay müəllim, fikirlərimi bir cümlə ilə yekunlaşdırmaq istəyirəm. Mən mətbuatda oxudum ki, kimsə xuliqanlıq zəminində dava edib və ona bir il iş verilib.  25 nəfər də  Qəbələdən düz Ağdama gedib ki, ağ bayraq ilə Ermənistan tərəfə keçsin. Bizim Cinayət Məcəlləsində dövlətə xəyanət maddəsi var. Yəni düşmən tərəfə keçmə sırf dövləti cinayətdir. Mən təəssüf edirəm ki, indiyə qədər həmin şəxslərin haqqında cinayət işi qaldırılmayıb. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi olaraq, Milli Məclis olaraq biz Dövlət Təhlükəsizlik Xidmətindən tələb eləməliyik ki, təcili olaraq həmin şəxslər haqqında dövlətə xəyanət maddəsi ilə cinayət işi qaldırılsın. Ona görə ki, burada düzünə qəsd olmasa da, yalançı qəsd var. Onlar bilirdilər ki,  niyyətləri baş tutarsa,  Ermənistan bundan Azərbaycan dövlətinə qarşı istifadə edəcək. Bu adamların milli qüruru yoxdur. Arvad-uşağını götürüb aparır düşmənə təhvil versin ki, mənim uşağıma bir il iş veriblər. Apellyasiya Məhkəməsi, Ali Məhkəmə, Prezident Administrasiyası var, Prezident Administrasiyasında müvafiq şöbələr var. Müraciət olunsa idi, yəqin ki, onlar bu məsələlər ilə  məşğul olmağa vaxt tapardılar. Kim bundan sonra hesab eləsə ki, bunun hüququ pozulub, bütün hüquqi prosedurlar qalacaq qıraqda, üz tutacaq Ermənistan sərhədinə ki,  mənim hüquqlarım pozulur, mən keçirəm düşmən tərəfə? Ona görə də  cəzanın ümumi xəbərdarlıq məqsədi var.
Həmişə istənilən dövlətdə, ən inkişaf etmiş, ən qürurlu xalqlarda da milli satqınlar, milli xəyanətkarlar olub. Bizim də xalqın içində çox təəssüf ki, belələri var. Mən düşünürəm ki, o satqınlar, o ləyaqətsizlər layiqli cəzalarını almalı və cəmiyyət tərəfindən  qınanmalıdırlar. Onların içində  qadın-uşaq varsa, aydın məsələdir ki, bunu nəzərə almaq olar. Amma o işin təşkilatçıları mütləq dövlətə xəyanət maddəsi ilə məsuliyyətə cəlb olunmalıdırlar. Əgər həmin şəxslə bağlı, həqiqətən də, hər hansı bir ədalətsiz qərar qəbul olunubsa, sözsüz ki, o da araşdırılmalıdır və  ədalətsiz məhkəmə qərarına görə, – əgər, həqiqətən, ədalətsizdirsə, – cavabdeh şəxslər  cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hesab edirəm ki, bizim millət vəkilləri də bu prosesə qoşulmalıdırlar. Mən gördüm, Elman müəllim də burada idi,  onun açıqlamasını oxudum, o da qətiyyətlə pisləyib. Amma bu, elliklə baş verməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Bu ikinci hissədə dediyin məsələ odur ki, dövlət qurumları, hüquq mühafizə orqanları var, yəqin onlar bu məsələ ilə məşğul olacaqlar. Amma dediyin birinci məsələ ki, Azərbaycana təsir eləmək, illər də, təcrübə də göstərdi, hər hansı xarici qüvvələr, çıxış edən beynəlxalq təşkilatlar Azərbaycan dövlətinə, Prezidentinə təsir edə bilmirlər. İndi demək istəyirsən ki, daxildən bir-iki yazı ilə dövlət başçısına təsir edə bilərlər? Bu əfv məsələsi sırf dövlət başçısının səlahiyyətindədir. Özü ərizə yazanlardan kimi nə vaxt  lazım bilsə, o zaman əfv edəcək. Xahiş edirəm, biz burada əfv məsələsinə qarışmayaq. Prezidentin səlahiyyətidir. Əgər amnistiya məsələsi olsa, o, parlamentin məsələsidir. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.581 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Sonuncu məsələ “Kitabxana işi haqqında” Qanunda də-yişikliklər edilməsi barədədir. Buyursun Rafael Hüseynov.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər sırf texniki səciyyə daşıyır, redaktə mahiyyətlidir. İş ondadır ki, 1998-ci il dekabrın 29-da “Kitabxana işi haqqında” Qanun qəbul edilmişdi. Həmin qanunda Azərbaycan Elmlər Akademi-yasının Mərkəzi Elmi Kitabxanası da yer almışdı. Lakin 2003-cü il yanvarın 4-də Azərbaycan Respublikası Prezi-dentinin fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Milli Elmlər Akademiyası statusu verildi. Təklif olunan dəyişiklik mövcud qanunun 6, 8, 15-ci maddələrində  “Elmlər Akademiyası”  ifadəsinin qarşısına “Milli” sözünün əlavə edilməsini nəzərdə tutur. Təkrar edirəm, bu, sırf redaktə xarakterli, qanunlara uyğunlaşdırılmanı nəzərdə tutan bir dəyişiklikdir. Ona görə həmkarlarımızı  həmin dəyişikliyə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Həqiqətən, yaxşı qanundur, mən də səs verəcəyəm. Əlbəttə, mən istəyirəm, Bakı Dövlət Universitetinin statusu həmişə yüksək olsun. Amma burada bir şeyi bilmək istəyirəm, nə üçün Bakı Dövlət Universitetinin kitabxanasına 2 pulsuz məcburi nüsxə göndərilməlidir, digərlərinə isə yox. Bunu başa düşmürəm. Bir də sonda yazıblar ki, təqdim olunan qanun layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə uyğunlaşdırma məqsədi daşıyır. Qanun daha yüksək normativ aktdır. Onu nizamnaməyə uyğunlaşdırmaq olmaz. Ola bilər ki, nizamnamə qanun ilə qəbul olunubsa, elə yazaq. Bir də, hörmətli Oqtay müəllim, icazə versəydiniz, bir neçə dəqiqə də  islahata toxunardım. 
Sədrlik edən. Bu məsələni demisiniz. Xahiş edirəm, qoy cavabı eşidək, sonra baxarıq. İkinci yazılan var. İslahatlar ilə əlaqədar niyə çıxış eləmədiniz?
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Mən soruşdum, kim təkid eləyir. Yaxşı, buyur. Mikrofon verin.
T.Kərimli. Əvvəla, onu deyim ki, mətbuatda hər yerdə eşidirik. Keçən dəfə də deyildi, Azərbaycanda böhran olması barədə fərziyələr var. Azərbaycanda çətinliklər var, amma heç bir böhran yoxdur.  Azərbaycanın,  həqiqətən, 40 milyard dollar vəsaiti var ki, istənilən anda böhran ola biləcəyi yerlərə yönləndirilə bilər. Sadəcə olaraq, biz valyuta ehtiyatlarımızı  kəskin devalvasiyalar ilə kəsməməliyik. Baş islahatçı rolunda cənab Prezident çıxış eləyir, biz onu görürük. Universal, kompleks sistemli təkliflər irəli sürülür və iqtisadi islahatlar üzrə köməkçi təyin olunub.
Bu gün biz nəzarət palatası haqqında da məsələlərə baxdıq. Bu çox yaxşıdır. Mən elə hesab edirəm ki, biz məsuliyyəti ancaq icra hakimiyyətinin üzərinə qoymalı deyilik. Özümüzün də bir iqtisadi siyasət konsepsiyamız olmalıdır. İslahatlara baxanda, Oqtay müəllim, hörmətli deputatlar,  açığını deyim ki, istehsal strukturunun nədən ibarət olduğunu mən tapa bilmirəm. Yəni  bilirsiniz, bu ona oxşayır ki, deyək, Cənubla Şimal qütbü arasında ölkə yerləşən kimi, insanların beynində də çərçivə şüurunda marksizm qalır və Karl Marksdan, o adadan aralanıb açıq cəmiyyətə doğru gedə bilmirlər. Mahiyyətdə həmişə sosializm kapitalizmlə, açıq cəmiyyət  qapalı cəmiyyət ilə bir-birinə toxunur. Burada mən arzu edərdim ki, – bayaq Fəzail bəy də dedi, amma qəribçiliyə saldıq, – biz nəhayət, müəyyən eləyək, ya biz, doğrudan da, amnistiya elan eləməliyik, gəlirlər haqqında bəyannaməni qəbul eləməliyik, –  cinayətkar yollarla yığılan puldan danışdı, – ya da ekspropriasiya haqqında qanun qəbul eləməliyik. Yəni bir yol müəyyən eləməliyik. İndi böyük iqtisadi islahatlar həyata keçirilir və mən varlığımla inanıram ki, Azərbaycan bəlkə də bu məsələdən başqa dövlətlərdən daha yaxşı çıxacaq. Bu məsələlərə toxunan zaman, adətən, iqtisadi üsulları şok terapiya və sair kimi adlandırırlar. Amma  mən görürəm ki, Azərbaycanda islahatların keçirilməsi haradasa eksperimental diaqnostika səviyyəsindədir.
Ayrı-ayrı qanunlar, onların bəzi müddəaları bəzən biz istədiyimiz kimi olmur, təkrar düzəlişlər edirik. Bu haqda çıxış eləmişik. Ona görə mən arzu edərdim ki, icra hakimiyyəti orqanları qanunverici hakimiyyətin müvafiq komitələri ilə məsləhətləşsinlər. Bax, komitədə son dəfə konseptual yanaşılıb, baxıldı. Əli Məsimli “Lisenziyalar və icazələr haqqında” Qanunu “Kapital”a oxşatdı. Həqiqətən, belədir. Bayaq dediyim kimi, marksizm təfəkküründən ayrılıb  yenisini yarada bilmirik. Bəlkə də bu, keçid dövrünə aiddir. Bu ona bənzəyir ki, biz hər birimiz dinə hörmət edirik, Adəm və Həvvadan olduğumuzu iddia edirik, amma bütün orta məktəb, ali məktəb kitablarında ancaq Darvinizmi tədris edirik. Ona görə də mən istəyirəm ki, beynimizdə gözəl bir model yarada bilək. Misal üçün, cənab Ramiz Mehdiyevin  “İnkişafın Azərbaycan modeli” adlı gözəl bir kitabı var. Cənab Prezidentin çıxışlarında da, bayaq dediyim kimi, kompleks universal xarakterli tövsiyələr var. Necə ki Sinqapurda,  Malayziyada bu cür islahatlar keçirilir, mən  düşünürəm ki,  Azərbaycanda da keçirilə bilər. Heç kimdən çəkinmək lazım deyil, 10 milyona yaxın əhalisi olan dövlətik, müəyyən iqtisadi gücümüz var.
Hörmətli Oqtay müəllim, bizdə elə çaylar var,  içində milyon tonlarla daş yataqları var. Ya da dövlət başqa ölkələrdən məhsulları özünə münasib bir qiymətə satın ala bilər ki, yüz minlərlə insanın əlində qalan məhsullar çürüməz, məhv olmaz. Bizim bir çox pansionat, nə bilim, şirə sexləri, kiçik ölçüdə qurutma sexləri yaratmaq  imkanımız var. Bunu təkcə dövlətin boynuna qoymaq olmaz. Sahibkar da, imkanı olan da qolunu çırmayıb işə girişməlidir. Hər biri öz zonasında, öz yerində, istədiyi yerdə qollarını çırmayıb kömək eləməlidir. Bunun üçün Azərbaycanın kifayət qədər potensialı var, mən buna inanıram. Ona görə də mən vaxtınızı çox almaq istəmirəm, onsuz da kifayət qədər vaxtınızı aldım. Amma açığını deyirəm ki, postindustrial dövrdən danışılır, amma biz Adam Smit dövrünün axtarışlarını aparırıq. Qanunvericilik aktları bizə gələn zaman xahiş edirəm ki, bu məsələlər nəzərə alınsın. Sonda  söz verdiyinizə görə təşəkkür edirəm və Azərbaycanın gələcəyinə inanıram, inanırıq. İnşallah, cənab Prezident Azərbaycanda islahatların baş memarı kimi tarixdə qalacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Novruzəli Aslanov.
N.Aslanov. Təşəkkür edirəm. Hörmətli Sədr, təbii ki, biz bu qanun layihəsini Mədəniyyət komitəsində müzakirə etmişik, öz fikirlərimizi söyləmişik,  bu qanuna səs verəcəyik. Hörmətli Sədr, həmişə iclaslara və millət vəkillərinə diqqətli olmağınızı nəzərə alaraq belə bir təklif vermək istəyirəm. Bildiyiniz kimi, bəzən elə  olur ki, biz cari məsələləri müzakirə etmirik və millət vəkilləri də öz fikirlərini söyləyə bilmirlər. Bizim gələcək iclasımız hökumətin hesabatına həsr olunacaq. Bunu nəzərə alaraq, hörmətli Sədr, – təbii ki, bu iclası nəzərdə tutmuram, – mənim də ürəyimdə hansısa fikirlər var idi, bu saat onları deməyəcəyəm, amma təklif edirəm ki, belə bir vəziyyət yarananda, bizim yarım saat, bir saat vaxtımız qalanda bəlkə biz bu vaxtı cari məsələlərin müzakirəsinə sərf eləyək, insanlar da öz fikirlərini söyləyə bilsinlər. Diqqətinizə görə təşəkkür edirəm. 

Sədrlik edən. Mən Rafael Hüseynova söz verəcəyəm. Amma baxıram, yazılıb: “Təqdim olunan qanun layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə uyğunlaşdırma məqsədi daşıyır”. Mən də razıyam ki, qanun nizamnaməyə uyğunlaşmalı deyil. Buyurun.
R.Hüseynov. Təşəkkür edirəm. Əvvəla, onu qeyd eləməyi vacib sayıram ki, “Kitabxana işi haqqında” Qanun 1998-ci il  dekabrın 29-da qəbul edilib. O zamandan ötən müddətdə əlbəttə ki, kitabxana işinə istər texniki baxımdan, istərsə də fəlsəfi nöqteyi-nəzərdən yanaşsaq, dəyişən zamanla mahiyyətində gizli dəyişikliklər baş verib. Bu redaktə xarakterli dəyişiklik öz yerində, amma belə görünür ki, biz gələcəkdə “Kitabxana işi haqqında” Qanuna yenidən baxmalıyıq və vaxtın istəklərinə uyğun olaraq ona müəyyən əlavələr, dəyişikliklər etməliyik. Qaldı ki məcburi nüsxələrin verilməsi çevrəsinə, bu, mövcud qanunda real vəziyyət nəzərə alınaraq araşdırmalar nəticəsində dəqiq müəyyən edilib. Təbii, onun çevrəsinin genişləndirilməsi arzuolunandır. Odur ki, gələcəkdə qanun layihəsi üzərində əlavə və dəyişikliklər səmtində hansısa işlər görmək istəsək, bu məsələyə baxacağıq.
Amma mən bir daha Elmlər Akademiyasına milli status verilməsi məsələsinə qayıdıram. İş ondadır ki, 2003-cü il yanvar ayının 4-də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haq-qında” Fərmanı olmuşdur. 2014-cü ildə köhnə fərman ləğv edilərək yenidən artıq daha geniş redaktədə, daha əhatəli bir şəkildə “Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında”  Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Düşünürəm ki, bizim əsas dayaq nöqtəmiz, istinad nöqtəmiz məhz Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmandır.
Sədrlik edən. Çox sağ olun. Mən də ona etiraz eləmirəm. Amma bu cümlə ki var, “qanun nizamnaməyə uyğunlaş-dırılsın”, Səfa müəllim, Siz də baxın, düzgün deyil, o for-maya baxarsınız. Əgər başqa təkliflər yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.09 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bildiyiniz kimi, ayın 15-də hökumətin növbəti hesabatıdır. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi