2015-ci il 24 noyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
I SESSİYASI  İCLASININ

PROTOKOLU № 1

Milli Məclisin iclas salonu.
24 noyabr 2015-ci il.

Milli Məclisin qocaman deputatı F.Heydərov  sədrlik etmişdir

İclasda Milli Məclisin 124 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

İlham Əliyev,  Azərbaycan Respublikasının Prezidenti.
Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri.
Zeynal Nağdəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
Şahin Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.

* * *

Fərhad Abdullayev,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  sədri.
Sona Salmanova,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini.
Rövşən İsmayılov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Ceyhun Qaracayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Rafael Qvaladze,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Mahir Muradov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
İsa Nəcəfov,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Kamran Şəfiyev,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.

* * *

Məzahir Pənahov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Natiq Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.
Arifə Muxtarova,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi.
Mikayıl Rəhimov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi.
Şaitdin Əliyev,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Fuad Cavadov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Ramiz İbrahimov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Validə Kazımova,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Qabil Orucov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Tofiq Həsənov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
İlham Məmmədov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Nizami Nadirov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Azər Tağıyev,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Tamam Cəfərova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Bəxşeyiş Əsgərov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Almas Qəhrəmanlı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Akif Qurbanov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Etibar Quliyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli  Məclisi Hesablayıcı komissiyasının təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi haqqında.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat vermişdir.
Milli Məclis deputatlarının siyahısı oxunmuşdur.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda nitq söyləmişdir.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikası Milli  Məclisi Hesablayıcı komissiyasının təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Fəttah Heydərov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 124
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 124
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi haqqında.

Çıxış etmişlər: Fəttah Heydərov, Oqtay Əsədov, İsa Həbibbəyli

Gizli səsvermənin nəticələri

Milli Məclis deputatlarının siyahı üzrə sayı 124
İştirak edir 124
Verilmiş bülletenlər  124
İstifadə edilməmiş bülletenlər 0
Aşkar edilmiş bülletenlər 124
Etibarsız bülletenlər  0
Etibarlı bülletenlər  124
Lehinə 124
Əleyhinə  0
Nəticə: Oqtay Sabir oğlu Əsədov
Milli Məclisin Sədri seçilmişdir.

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin
birinci iclasına sədrlik edən F.HEYDƏROV

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
I SESSİYASI İCLASININ

PROTOKOLU № 2

Milli Məclisin iclas salonu.
24 noyabr 2015-ci il.

Milli Məclisin Sədri O.Əsədov  sədrlik etmişdir

İclasda Milli Məclisin 124 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

İlham Əliyev,  Azərbaycan Respublikasının Prezidenti.
Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri.
Zeynal Nağdəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
Şahin Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.

* * *

Fərhad Abdullayev,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  sədri.
Sona Salmanova,  Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi sədrinin müavini.
Rövşən İsmayılov, Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin hakimi.
Ceyhun Qaracayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Rafael Qvaladze,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Mahir Muradov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
İsa Nəcəfov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Kamran Şəfiyev, Azərbaycan Respublikası Konstitusiya  Məhkəməsinin hakimi.

* * *

Məzahir Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Natiq Məmmədov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin  müavini.
Arifə Muxtarova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi.
Mikayıl Rəhimov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi.
Şaitdin Əliyev,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Fuad Cavadov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Ramiz İbrahimov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Validə Kazımova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Qabil Orucov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Tofiq Həsənov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
İlham Məmmədov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Nizami Nadirov,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Azər Tağıyev,  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Tamam Cəfərova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Bəxşeyiş Əsgərov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Almas Qəhrəmanlı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Akif Qurbanov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Etibar Quliyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin seçilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin seçilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin seçilməsi haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında.
5. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 123
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 123
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 122
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 123
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin  seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 122
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 122
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.39 dəq.)
Lehinə 116
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 116
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Əli Məhəmməd oğlu Hüseynov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.40 dəq.)
Lehinə 119
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 119
Nəticə: Qəbul edildi

Təklif: Ziyafət Abbas oğlu Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mubarizə komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.41 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Təklif: Ziyad Əliabbas oğlu Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 117
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Təklif: Valeh Feyruz oğlu Ələsgərov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi 

Təklif: Eldar Rza oğlu İbrahimov Aqrar siyasət komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.43 dəq.)
Lehinə 120
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 120
Nəticə: Qəbul edildi

Təklif: Hadi Musa oğlu Rəcəbli Əmək və sosial siyasət komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.44 dəq.)
Lehinə 119
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 119
Nəticə: Qəbul edildi

Təklif: Arif Qafar oğlu Rəhimzadə Regional məsələlər komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.44 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Təklif: İsa Əkbər oğlu Həbibbəyli Elm və təhsil komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.45 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Təklif: Rafael Baba oğlu Hüseynov Mədəniyyət komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 115
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edi 115
Nəticə: Qəbul edildi

Təklif: Bahar Əvəz qızı Muradova İnsan hüquqları komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Təklif: Səməd İsmayıl oğlu Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 119
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 119
Nəticə: Qəbul edildi

Təklif: Əhliman Tapdıq oğlu Əmiraslanov Səhiyyə komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 117
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 117
Nəticə: Qəbul edildi

Təklif: Aqiyə Həbib qızı Naxçıvanlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 116
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 117
Nəticə: Qəbul edildi

Təklif: Siyavuş Dünyamalı oğlu Novruzov İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 117
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 117
Nəticə: Qəbul edildi

Təklif: Fuad Rauf oğlu Muradov Gənclər və idman komitəsinin sədri seçilsin
Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri  O.ƏSƏDOV

 

 

MİLLİ MƏCLİSİN İCLASI

24 noyabr  2015-ci il. Saat 12.

Səfa Mirzəyev, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.
Zati-aliləri möhtərəm cənab Prezident!
Sizi Milli Məclisdə salamlamaqdan qürur duyuruq, Milli Məclisə xoş gəlmisiniz!
Hörmətli deputatlar! Hörmətli qonaqlar, xanımlar və cənablar!
Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış beşinci çağırış Milli Məclis fəaliyyətinə başlayır. Ulu öndər, müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı böyük Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik strategiyası uğurla yerinə yetirilir. Bu seçkilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi uğurlu siyasətin yeni böyük qələbəsi olmuşdur.
Zati-aliləri, gördüyünüz əzəmətli işlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq! (Alqışlar.)
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm!
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən yaşlı deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı hörmətli Fəttah Heydərova nəsib olmuşdur.
Hörmətli Fəttah müəllim, xahiş edirəm, iclasa başlayasınız.

Milli Məclisin qocaman deputatı
F.Heydərov sədrlik edir

Sədrlik edən. Hörmətli cənab Prezident! Hörmətli deputatlar! Hörmətli qonaqlar!
Beşinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Sədrlik edən. Möhtərəm cənab Prezident, Sizi səmimi qəlbdən salamlayır, Sizə möhkəm can sağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın və bütövlükdə Azərbaycan xalqının rifahı naminə gördüyünüz böyük işlərdə, Heydər Əliyev yolunun davam etdirilməsində yeni-yeni uğurlar və qələbələr arzulayırıq! (Alqışlar.)
Hörmətli deputatlar, sizi Milli Məclisə seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edirəm, parlament fəaliyyətində sizin hamınıza böyük uğurlar, can sağlığı arzulayıram!
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən, yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalıdır, Hesablayıcı komissiya və Milli Məclisin Sədri seçilməlidir.
İcazənizlə, beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyuram:

1 saylı Şərur-Sədərək seçki dairəsi – Talıbov Vasif Yusif oğlu,
2 saylı Şərur seçki dairəsi – Həbibbəyli İsa Əkbər oğlu,
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi – Möhbalıyev Səttar Suliddin oğlu,
4 saylı Naxçıvan şəhər seçki dairəsi – İbrahimov Eldar Rza oğlu,
5 saylı Şahbuz-Babək seçki dairəsi – Novruzov Siyavuş Dünyamalı oğlu,
6 saylı Culfa-Babək seçki dairəsi – Həmzəyeva Ülviyyə Tapdıq qızı,
7 saylı Ordubad-Culfa seçki dairəsi – Həsənquliyev Qüdrət Müzəffər oğlu,
8 saylı Binəqədi birinci seçki dairəsi – Quliyev Azay Əjdər oğlu,
9 saylı Binəqədi ikinci seçki dairəsi – Qafarov Kamaləddin Nəsrəddin oğlu,
10 saylı Binəqədi üçüncü seçki dairəsi – Musayev Madər Əliəsgər oğlu,
11 saylı Qaradağ seçki dairəsi – Hüseynov Aydın Nəsir oğlu,
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Zabelin Mixail Yuryeviç,
13 saylı Xəzər-Pirallahı seçki dairəsi – Əliyev Rauf Asif oğlu,
14 saylı Xəzər seçki dairəsi – Əliyeva Mehriban Arif qızı,
15 saylı Yasamal birinci seçki dairəsi – Quliyev Ülvi Zahid oğlu,
16 saylı Yasamal ikinci seçki dairəsi – Mustafayeva Aytən İnqlab qızı,
17 saylı Yasamal üçüncü seçki dairəsi – Həsənov Elşad Eldar oğlu,
18 saylı Nərimanov-Nizami seçki dairəsi – Musabəyov Rasim Nəsrəddin oğlu,
19 saylı Nərimanov birinci seçki dairəsi – Məmmədov Hikmət Baba oğlu,
20 saylı Nərimanov ikinci seçki dairəsi – Əliyev Adil Abış oğlu,
21 saylı Nəsimi birinci seçki dairəsi – İbrahimqızı Məlahət İbrahim qızı,
22 saylı Nəsimi ikinci seçki dairəsi – Mollazadə Asim Nazim oğlu,
23 saylı Nəsimi-Səbail seçki dairəsi – Səmədzadə Ziyad Əliabbas oğlu,
24 saylı Nizami birinci seçki dairəsi – Abdullayev Rövnəq İbrahim oğlu,
25 saylı Nizami ikinci seçki dairəsi – Vəliyeva Sədaqət Süleyman qızı,
26 saylı Sabunçu birinci seçki dairəsi – Mustafa Fazil Qəzənfər oğlu,
27 saylı Sabunçu ikinci seçki dairəsi – Cəbrayılova Dilarə Məmmədağa qızı,
28 saylı Sabunçu üçüncü seçki dairəsi – Quliyev Eldar Allahyar oğlu,
29 saylı Səbail seçki dairəsi – Hacıyev Şəmsəddin Hümmət oğlu,
30 saylı Suraxanı birinci seçki dairəsi – Fətəliyeva Sevinc Həbib qızı,
31 saylı Suraxanı ikinci seçki dairəsi – Quliyev Fərəc İbrahim oğlu,
32 saylı Suraxanı üçüncü seçki dairəsi – Abıyev Ağacan Qulam oğlu,
33 saylı Xətai birinci seçki dairəsi – Mirələmov Hüseynbala Fazil oğlu,
34 saylı Xətai ikinci seçki dairəsi – Muradov Fuad Rauf oğlu,
35 saylı Xətai üçüncü seçki dairəsi – Əlizadə Araz Məmməd Mübariz oğlu,
36 saylı Xətai dördüncü seçki dairəsi – Seyidov Səməd İsmayıl oğlu,
37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi – Kərimzadə Pərvin Orxan qızı,
38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi – Həmzəyev Naqif Ələşrəf oğlu,
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi – Fətiyev Xanlar Nuru oğlu,
40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi – Quliyev Musa İsa oğlu,
41 saylı Sumqayıt birinci seçki dairəsi – Xəlilov Mirzəcan Mirzəmməd oğlu,
42 saylı Sumqayıt ikinci seçki dairəsi – Mirkişili Tahir Famil oğlu,
43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Babayev Muxtar Bahadur oğlu,
44 saylı Sumqayıt-Xızı seçki dairəsi – Salayev Hacı Hacı Baba oğlu,
45 saylı Abşeron seçki dairəsi – Əsədov Oqtay Sabir oğlu,
46 saylı Şirvan seçki dairəsi – Cəbrayılov Rafael Kamil oğlu,
47 saylı Mingəçevir seçki dairəsi – Mirzəzadə Aydın Böyükkişi oğlu,
48 saylı Yevlax seçki dairəsi – Məmmədov İlham Kazım oğlu,
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi – Hüseynli Əli Məhəmməd oğlu,
50 saylı Abşeron-Qobustan seçki dairəsi – Xanlarova Zeynəb Yəhya qızı,
51 saylı Qusar seçki dairəsi – Badamov Azər Camal oğlu,
52 saylı Quba seçki dairəsi – Əhmədov Vahid Qazməmməd oğlu,
53 saylı Quba - Qusar seçki dairəsi – Abramov Yevda Sasunoviç,
54 saylı Şabran - Siyəzən seçki dairəsi – Süleymanov Tahir Süleyman oğlu,
55 saylı Xaçmaz şəhər seçki dairəsi – Səlimov Eldəniz Adil oğlu,
56 saylı Xaçmaz kənd seçki dairəsi – Əliyev İlham Əli Səftər oğlu,
57 saylı Kürdəmir seçki dairəsi – Məmmədov Müslüm Mürsəl oğlu,
58 saylı Hacıqabul - Kürdəmir seçki dairəsi – Hüseynov Rafael Baba oğlu,
59 saylı Salyan seçki dairəsi – Hüseynov Əliağa İzzət oğlu,
60 saylı Salyan - Neftçala seçki dairəsi – Ağamalı Fəzail Rəhim oğlu,
61 saylı Neftçala seçki dairəsi – Rəhimzadə Arif Qafar oğlu,
62 saylı Saatlı seçki dairəsi – Amaşov Əflatun Əhməd oğlu,
63 saylı Sabirabad birinci seçki dairəsi – Quliyev Elçin Bəybala oğlu,
64 saylı Sabirabad ikinci seçki dairəsi – Xəlilov Rüstəm Gülabba oğlu,
65 saylı Saatlı - Sabirabad - Kürdəmir seçki dairəsi – Əmiraslanov Əhliman Tapdıq oğlu,
66 saylı Biləsuvar seçki dairəsi – Kazımlı Xanhüseyn Hüseynağa oğlu,
67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Malik Əvəz oğlu,
68 saylı Cəlilabad kənd seçki dairəsi – Kazımov Mirkazım Məhəmməd oğlu,
69 saylı Cəlilabad - Masallı - Biləsuvar seçki dairəsi – İbrahimli Fəzail Feyruz oğlu,
70 saylı Masallı şəhər seçki dairəsi – Əliyev Nəriman Əlibala oğlu,
71 saylı Masallı kənd seçki dairəsi – Axundova Elmira Hüseyn qızı,
72 saylı Yardımlı - Masallı seçki dairəsi – Qasımlı Musa Cəfər oğlu,
73 saylı Lənkəran şəhər seçki dairəsi – Quliyev Rüfət Atakişi oğlu,
74 saylı Lənkəran kənd seçki dairəsi – Rəcəbli Hadi Musa oğlu,
75 saylı Lənkəran - Masallı seçki dairəsi – Paşazadə Cavanşir Hümmət oğlu,
76 saylı Lənkəran - Astara seçki dairəsi – Əsgərov Ziyafət Abbas oğlu,
77 saylı Astara seçki dairəsi – Mahmudov Rəşad Məmmədqulu oğlu,
78 saylı Lerik seçki dairəsi – Məmmədov İqbal Nəriman oğlu,
79 saylı İmişli seçki dairəsi – Qasımov Əsabil Qarakişi oğlu,
80 saylı İmişli - Beyləqan seçki dairəsi – Qənizadə Çingiz Aşralı oğlu,
81 saylı Beyləqan seçki dairəsi – İsmayılov Şahin Əmir oğlu,
82 saylı Ağcabədi seçki dairəsi – Rzayev Tahir Musa oğlu,
83 saylı Ağcabədi - Füzuli seçki dairəsi – Abbas Aqil Məhəmməd oğlu,
84 saylı Füzuli seçki dairəsi – Muradova Bahar Əvəz qızı,
85 saylı Şamaxı seçki dairəsi – Süleymanov Elxan Sirac oğlu,
86 saylı İsmayıllı seçki dairəsi – Aslanov Novruzəli Davud oğlu,
87 saylı Ağsu - İsmayıllı seçki dairəsi – Kərimli Tahir Zayıdağa oğlu,
88 saylı Göyçay seçki dairəsi – Hacıyev Sabir Kamal oğlu,
89 saylı Göyçay - Ağdaş seçki dairəsi – Nəsirov Elman Xudam oğlu,
91 saylı Ucar seçki dairəsi – Hüseynov Vüsal Afqan oğlu,
92 saylı Zərdab - Ucar seçki dairəsi – Əliyeva Jalə Fazil qızı,
93 saylı Bərdə şəhər seçki dairəsi – Baxşəliyeva Gövhər Baxşəli qızı,
94 saylı Bərdə kənd seçki dairəsi – Oruc Zahid Məhərrəm oğlu,
95 saylı Tərtər seçki dairəsi – Alıyev Sahib Eyvaz oğlu,
96 saylı Goranboy - Naftalan seçki dairəsi – Aslanov Mahir Məhəmmədəli oğlu,
97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsi – Vəliyev Ağalar İsrəfil oğlu,
98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə Əli qızı,
99 saylı Şəmkir kənd seçki dairəsi – Əliyeva Sona Sakit qızı,
100 saylı Şəmkir - Daşkəsən seçki dairəsi – Bayramov Kamran Fərhad oğlu,
101 saylı Göygöl - Daşkəsən seçki dairəsi – Rzayev Rövşən Şükür oğlu,
102 saylı Samux - Şəmkir seçki dairəsi – Ələsgərov Valeh Feyruz oğlu,
103 saylı Gədəbəy seçki dairəsi – Hüseynova Sevinc Əmirəhməd qızı,
104 saylı Gədəbəy - Tovuz seçki dairəsi – Məmmədhəsənov Rafiq Musa oğlu,
105 saylı Tovuz seçki dairəsi – Paşayeva Qənirə Ələsgər qızı,
106 saylı Tovuz - Qazax - Ağstafa seçki dairəsi – Ağayeva Ülviyyə Cavanşir qızı,
107 saylı Qazax seçki dairəsi – Nəbizadə Kamran Telman oğlu,
108 saylı Ağstafa seçki dairəsi – Cəfərov Nizami Qulu oğlu,
109 saylı Balakən seçki dairəsi – Məhəməliyev Nəsib Məhəmməd oğlu,
110 saylı Zaqatala seçki dairəsi – Musayev Elşən Məmmədhənifə oğlu,
111 saylı Zaqatala - Balakən seçki dairəsi – Əliyeva Kamilə Əliağa qızı,
112 saylı Qax seçki dairəsi – Kərimli Azər Şəmşid oğlu,
113 saylı Şəki şəhər seçki dairəsi – Mahmudov Yaqub Mikayıl oğlu,
114 saylı Şəki kənd birinci seçki dairəsi – Məsimli Əli Əhməd oğlu,
115 saylı Şəki kənd ikinci seçki dairəsi – Feyziyev Cavanşir Əyyub oğlu,
116 saylı Qəbələ seçki dairəsi – Heydərov Fəttah Səməd oğlu,
117 saylı Oğuz - Qəbələ seçki dairəsi – Naxçıvanlı Aqiyə Həbib qızı,
118 saylı Ağdam şəhər seçki dairəsi – Əliyev Bəxtiyar Həmzə oğlu,
119 saylı Ağdam kənd seçki dairəsi – Sadıqov Bəxtiyar Yusif oğlu,
120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi – Şahverdiyev Astan Nuşrəvan oğlu,
121 saylı Laçın seçki dairəsi – Abbaszadə Mahir Tapdıq oğlu,
122 saylı Xankəndi seçki dairəsi – Qasımova Flora Qasım qızı,
123 saylı Kəlbəcər seçki dairəsi – Qurbanov Cavid Qənbər oğlu,
124 saylı Şuşa - Ağdam - Xocalı - Xocavənd seçki dairəsi – Məmmədov Elman Camal oğlu,
125 saylı Zəngilan - Qubadlı seçki dairəsi – İsmayılov İmamverdi İbiş oğlu.
Hörmətli deputatlar, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.15 dəq.)
İştirak edir 117
Yetərsay  83

117 nəfər. Yetərsay 83 nəfərdir. Milli Məclisin iclasına başlaya bilərik.
 
Hörmətli deputatlar, beşinci çağırış Milli Məclisin birinci iclasında çıxış etmək üçün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə söz verilir. (Alqışlar.)

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN NİTQİ

Hörmətli deputatlar, xanımlar və cənablar!
Beşinci çağırış Milli Məclis bu gün öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm. (Alqışlar.) Əminəm ki, deputatlar ölkəmizin hərtərəfli inkişafına öz dəyərli töhfəsini verəcəklər, Milli Məclisin işi çox səmərəli olacaq və Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir.
Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə etmişdir. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər. Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş, müşahidələr aparmışdır. Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir. Mən xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm. Seçkilərin nəticələrini, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir.
Bir sözlə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmış və bir daha sübut etmişdir ki, demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar – söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdandin azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə, əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə vermişdir.
Eyni zamanda, onu da qeyd etməliyəm ki, son illər ərzində ölkədə gedən quruculuq prosesi də seçkilərin nəticələrinə öz müsbət təsirini göstərmişdir. Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir. Əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstərmiş, eyni zamanda, ölkədə aparılan siyasətə bir daha öz səslərini vermişlər.
Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.
Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Əlbəttə, biz bunu böyük uğur kimi qəbul edirik. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir.  Bu, doğrudan da, böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu  iqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıbdır. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir.
Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda, əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif  bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır.
Ölkəmizdə millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə həll olunur. Artıq sirr deyil ki, bütün beynəlxalq qurumlar, mötəbər təşkilatlar Azərbaycanı bu sahədə nümunə kimi göstərirlər. Bu, reallıqdır, bu, həqiqətdir. Bu bizim siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizdə olan vəziyyətin əlamətidir  və burada dövlət siyasəti, ictimai dəstək vəhdət təşkil edir. Əminəm ki, bundan sonra da Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənəcək, Azərbaycan bundan sonra da nümunəvi ölkə kimi özünü göstərəcəkdir. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində bir ailə kimi yaşayacaqlar. Bu, bizi daha da gücləndirir. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Xüsusilə son aylar ərzində Avropada müşahidə olunan mənzərə dediklərimi bir daha sübut edir. Harada ki, bu sahəyə diqqət verilməmişdir, harada ki, bu sahə diqqətdən kənarda qalmışdır, yaxud da başqa siyasi meyllər üstünlük təşkil etmişdir, orada indi  çox böyük problemlər  yaranır.
Bir sözlə, seçkilərin nəticələrinə, əlbəttə, dediyim bu amillər öz müsbət təsirini göstərmişdir. Bu gün öz işinə başlayan beşinci çağırış Milli Məclisin qarşısında da çox ciddi məsələlər durur. Əminəm ki, Milli Məclis ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcəkdir. Bizim bütün planlarımız, bütün təşəbbüslərimiz Milli Məclis tərəfindən dəstəklənəcək və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin  ediləcək. Eyni zamanda, deputatlar tərəfindən irəli sürüləcək təşəbbüslər, qanun layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət edəcəkdir.
Bu gün mən qarşıda duran bəzi vəzifələr haqqında fikirlərimi bildirmək istəyirəm. Baxmayaraq ki, son illər ərzində böyük uğurlar əldə edilib, həll olunmamış, həllini gözləyən problemlər var. Biz öz fəaliyyətimizi bu problemlərin həllinə yönəltməliyik. Problemlərin arasında birinci məsələ Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Əlbəttə ki, son illər ərzində bu sahədə heç bir irəliləyiş yoxdur. Ona görə ki, Ermənistan tərəfi sülh istəmir, münaqişəni həll etmək istəmir. Vaxt uzatmaq istəyir, müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, təmas xəttində törədilən təxribatları da, Azərbaycanın bu təxribatlara adekvat cavabını da bəhanə kimi gətirir ki, danışıqlar prosesini pozsun.
Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Beynəlxalq hüququn norma və prinsipləri, əlbəttə ki, bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə, tarixi ədalət də bizim tərəfimizdədir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülmüşdür. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən aparılan işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət bilir ki, bu bizim tarixi torpağımızdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz, sadəcə olaraq, bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq.
Bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb. Bir daha demək istəyirəm ki, bu həqiqətləri bütün dünya bilməlidir. Çünki münaqişənin həlli üçün, əlbəttə, tarixi əsaslar da mühüm rol oynayır. Uzun illər erməni təbliğatı sübut etməyə çalışırdı ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır. Lobbi qrupları vasitəsilə müəyyən dərəcədə ictimai rəyi çaşdıra bilmişdi. Ancaq son illər ərzində Azərbaycanın diplomatik səyləri, eyni zamanda, ictimai təşkilatların fəaliyyəti, dövlət siyasəti, əlbəttə ki, real mənzərəni dünya ictimaiyyətinin diqqətinə çatdırır və çatdıracaq.
Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsas rol oynayır. Bu qətnamələrdə birmənalı şəkildə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr yerinə yetirilməlidir. Bu münaqişənin həlli üçün başqa sənəd ola da bilməz. Çünki BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur.
Digər beynəlxalq təşkilatlar, bildiyiniz kimi, o cümlədən deputatların səyi nəticəsində oxşar qərar və qətnamələr qəbul etmişlər. Onların arasında ATƏT-in qərarlarını, Avropa Şurası Parlament Assambleyasının qətnaməsini xüsusilə qeyd etmək istərdim. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.  
Münaqişə bu əsaslar üzərində öz həllini tapa bilər. Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir. Mənim çıxışlarımda, deputatların çıxışlarında, bizim bütün digər ictimai xadimlərin çıxışlarında, xarici auditoriyalarda bu məsələ səslənməlidir.
Bununla bərabər, əlbəttə ki, diplomatik və siyasi səylər davam etdiriləcək. Minsk Qrupunun fəaliyyəti bu günə qədər heç bir səmərə verməyib. Əfsuslar olsun ki, Minsk Qrupundan başqa format təşkil etmək də o qədər asan məsələ deyil. Ancaq buna baxmayaraq, biz bütün  beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilib. Digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.
Minsk Qrupunun həmsədrləri dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar, əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmişlər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz.
Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi bu sahədə də ikili standartlarla üzləşirik. İkili standartlar bu gün reallıqdır. Yenə də demək istəyirəm ki, biz real dünyada yaşayırıq və bu reallıqları nəzərə almalıyıq. Ancaq eyni zamanda, öz prinsipial mövqeyimizi daim  ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha da güclü olmalıdır.
Bu gün, əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçib. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, – burada digər faktorlar da rol oynayır, – hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm də hərbi gücümüz daha da artmalıdır.
Əlbəttə, əgər bu gün Ermənistanın arxasında güclü himayədarlar olmasaydı, bu məsələ çoxdan öz həllini tapardı. Ermənistan təkbaşına, xarici yardım almadan bizim qabağımızda duruş gətirə bilməzdi. Əlbəttə, bu gün Azərbaycan Ermənistandan bir neçə dəfə güclüdür, üstündür. Ancaq o da həqiqətdir ki, erməni lobbisi və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları öz rolunu oynayır. Bu təşkilatlar müvafiq ölkələrin hökumətlərinə də təsir göstərir. Bax, bu amil bu gün münaqişənin həllində ən böyük əngəldir. Çünki Ermənistan təkbaşına beynəlxalq hüququ bu dərəcədə kobud şəkildə poza bilməzdi.
Yenə də deyirəm, Azərbaycan öz yolu ilə gedəcək. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ qurumu”nu tanımır, tanımayacaqdır. Biz buna heç vaxt imkan verməyəcəyik, öz diplomatik, siyasi səylərimizi gücləndirəcəyik.
Eyni zamanda, hərbi potensialın gücləndirilməsi də bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib. Ordumuzun döyüş qabiliyyəti artır. Ən müasir texnika, silah-sursat alınır. Bu gün beynəlxalq müstəvidə Azərbaycan ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir. Baxmayaraq, bizim, təbii ki, büdcə gəlirlərimiz azalıbdır. Ancaq hərbi xərclər ən prioritet məsələdir. Çünki bir daha demək istəyirəm ki, bu, həm Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumiyyətlə, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımdır.
Daxili siyasətlə bağlı. İndiki şəraitdə, əlbəttə, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da yüksək səviyyədə öz həllini tapmalıdır. Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir. Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcəkdir.
Eyni zamanda, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir. Bu sahədə də böyük uğurlar vardır, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir. Əminəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaqdır.
İqtisadi siyasətlə bağlı. Təbii ki, biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə – bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.
Bununla bərabər, bölgələrdə infrastruktur layihələrinin icrası davam etdirilməlidir. Əlbəttə, əvvəlki illərdə bu sahəyə qoyulan sərmayələri biz bu gün yatıra bilmərik. Ancaq görülən işlər nəticəsində bölgələrdə əsas infrastruktur layihələri ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Xüsusilə elektrik enerjisi, qazlaşdırma layihələrini nəzərdə tuturam. Hazırda əsas prioritet içməli su layihələrinə, kənd yollarının çəkilişinə yönəlibdir və bu sahədə hələ görüləsi işlər çoxdur. Növbəti illər ərzində bütün infrastruktur layihələri öz həllini tapmalıdır, o cümlədən sosial infrastruktur layihələri. Gələn il də dövlət büdcəsində tibb müəssisələrinin, məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri nəzərdə tutulur.
Sosial sahədə. Qeyd etməliyəm ki, bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz güclü sosial siyasət bizə imkan verdi ki, biz bu illərdə yaşanan böhrandan ən az itkilərlə çıxa bilək. Çünki bəzi hallarda əsaslı iqtisadi islahatlar sosial problemlərə gətirib çıxarır. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir, bu gün də diqqət yüksək səviyyədədir.
Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında dərman preparatları bazarında  dövlət öz rolunu ortaya qoydu. Bu bazar artıq dövlət tərəfindən tənzimlənir və tədricən yüzlərlə, minlərlə adda dərman preparatının qiyməti kəskin şəkildə aşağı düşür, bəzi hallarda iki dəfə, bəzi hallarda üç dəfə. Əlbəttə ki, bu da bizim sosial siyasətimizin təzahürüdür.
Məcburi köçkünlərin, qaçqınların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmalıdır. Gələn il də bu məqsədə çatmaq üçün kifayət qədər böyük vəsait nəzərdə tutulubdur. Son illər ərzində yüz minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülübdür. Bu, gələcək fəaliyyətimiz üçün də daim prioritet olaraq qalmalıdır.
Energetika sektorunda. Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir. Bizim rolumuz artır. Rolumuz artdıqca, əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz, əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik. Çünki bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir vəziyyətə gətirib çıxarıbdır.
Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir. Qeyd etməliyəm ki, burada ilk növbədə ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır.
Cənub Qaz Dəhlizinin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da, təbii ki, daha da güclü olacaqdır. Cənub Qaz Dəhlizi layihəsi bizim üçün strateji layihədir. Bu layihənin icrası işinə Azərbaycan əvəzolunmaz töhfə verib və verməkdədir.
Nəqliyyat sektorunda. Biz indi tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində işləyirik, bir neçə ildir ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret addımlar atmışıq. Bu gün Şərq–Qərb və Cənub–Şimal nəqliyyat dəhlizləri reallaşır. Azərbaycan hər iki layihədə çox ciddi rol oynayır. Şərq–Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait sərf edibdir. Şimal–Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik.
Əminəm ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Çünki biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür.
Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz. Çünki biz öz yolumuzla gedirik və güclü iqtisadiyyat, sabitlik, xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradib ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər də artıq başa düşməlidirlər ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Antiazərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan  bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb, əlbəttə ki, məyus olurlar. Biz öz yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim öhdəliyimiz yoxdur, ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə edirik. Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur, biz sözümüzü deyəcəyik.
Azərbaycan nadir ölkələrdəndir ki, son vaxtlar miqrantlar böhranı ilə bağlı öz səsini ucaldır. Bəziləri susmağa üstünlük verirlər, ancaq biz sözümüzü deyirik. Çünki bu ədalətsizliyə dözmək mümkün deyil. İndi buna miqrantlar böhranı deyirlər. Ancaq miqrantlar üçün bu böhran humanitar fəlakət böhranıdır. Neçə ildir ki, onlar bu fəlakətdən əziyyət çəkirlər. Onların ölkələri dağıdılır, evləri yerlə-yeksan edilir. Onlar yaxınlarını, qohumlarını itirirlər, işgəncələrə məruz qalırlar, onların ləyaqəti alçaldılır və bu adamlar nicat tapmaq, yəni bu bəladan xilas olmaq üçün Avropaya üz tuturlar. Görün, onları necə qarşılayırlar – yenə də təhqir, işgəncə, onların ləyaqəti alçaldılır. Onları indi günahkar kimi təqdim etməyə çalışırlar. Onların heç bir günahı yoxdur. Əgər onların ölkələri dağıdılmasaydı, onlar öz ölkələrində yaşayardılar. Ancaq bu gün, görün, nələr baş verir. Biz buna necə susaq?!  Biz ona görə öz sözümüzü deyirik. Hesab edirəm ki, əgər başqa ölkələr də bizim kimi öz səsini ucaltsalar, bəlkə də bu siyasətə düzəlişlər edə bilərlər.
Deputatlar da yaxşı bilirlər, ictimaiyyət də bilir ki, bir çox hallarda Azərbaycan əsassız ittihamlarla üzləşir. Guya ki, Azərbaycanda demokratiya, insan hüquqları pozulur. Guya Azərbaycan hansısa, – kim tərəfindən müəyyən edilibdir, bunu biz bilmirik, – meyarlara cavab vermir. Ancaq bu miqrantlar böhranı dəyərləri təbliğ edən ölkələr üçün bir sınaqdır. Siz göstərin öz meyarlarınızı, göstərin öz bəyan etdiyiniz dəyərlərə sədaqətinizi. Biz bunu görmürük. Belə çıxır ki, bu dəyərlər ancaq başqaları üçündür. Bunlar başqalarını əzmək, təhqir etmək, öz iradəsini onlara tətbiq etmək üçündürmü? Haradadır bu dəyərlər, mərhəmət, insan hüquqları, ləyaqət? Biz bunu görmürük.
Ona görə bu hadisələr və bu vəziyyət bir daha onu göstərir ki, biz nə qədər haqlı olmuşuq, öz yolumuzla getmişik, heç kimdən asılı olmamışıq, olmaq da istəmirik. Buna ehtiyac da yoxdur. Biz öz hesabımıza yaşayırıq, beynəlxalq məsələlərlə bağlı öz sözümüzü deyirik.
Azərbaycan beynəlxalq təşkilatlarda, əlbəttə ki, üzv olduğu təşkilatlarda bundan sonra da fəal iştirak edəcək. Bizim deputatlar da fəal iştirak etməlidirlər. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz. Üzv olduğumuz təşkilatlarda fəaliyyətimiz də yüksək qiymətə layiqdir. Üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və ölkəmizin maraqlarını müdafiə edirik.
Mən əminəm ki, biz qarşıda duran vəzifələri uğurla icra edəcəyik. Dünyada vəziyyət dəyişir, güclər nisbəti dəyişir, əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə də biz buna hazır olmalıyıq.
İlk növbədə təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir.
Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kim isə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa, biz xahiş edərik. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki,  kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir.
Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi, əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir və biz indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik.
Bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər. Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz – bizim üçün gələcəyə gedən yol budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli-mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Hörmətli cənab Prezident, icazə verin, çox dərin məzmunlu çıxışınıza, eləcə də Milli Məclisin fəaliyyətinə yüksək qiymət verdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarlığımızı bildirək. (Alqışlar.)
Cənab Prezident, Sizi əmin edirik ki, bugünkü çıxışınızda qarşıya qoyduğunuz bütün məsələləri Milli Məclis layiqincə yerinə yetirəcək və bunun üçün hər kəs əlindən gələni əsirgəməyəcəkdir. Bu gün xalqımızla, bütün Azərbaycanımızla birlikdə fəxr edirik ki, ulu öndər Heydər Əliyevin açdığı böyük yolu – müstəqil Azərbaycanımızın əbədiyyətə qədər gedəcək yolunu uğurla davam etdirən, bu yolda qarşıya çıxan bütün maneələri düşünülmüş siyasəti ilə aradan qaldıran, Azərbaycan insanının, bütövlükdə Azərbaycanımızın mənafeyinə böyük əzm və fədakarlıqla xidmət edən, Azərbaycan xalqına qarşı yönələn bütün təhdidlərə cavab verə biləcək Sizin kimi işıqlı, gözəl, mətin, qüdrətli bir Prezidentimiz vardır. (Alqışlar.) 
Biz Sizin fəaliyyətinizi həmişə izləyirik. Bəlkə də taleyin qismətidir ki, güclü iqtisadiyyatı, ictimai quruluşu və bütün nailiyyətləri ilə həmişə fəxr edən Avropanı və dünyanın digər ölkələrini sarmış iqtisadi böhran dövründə Siz müstəqil Azərbaycanımızı artıq bir istinad dövlətinə çevirmisiniz. Azərbaycan indi hər yerdən görünür. Azərbaycan indi bir işıqlı mayakdır. Azərbaycanda gedən proseslər dünyaya bir mesajdır. Bu gün bizimlə hesablaşır, Azərbaycandan nümunə götürürlər. Ona görə də bugünkü çıxışınız və ümumiyyətlə, xalqımız qarşısında etdiyiniz çox böyük xidmətlərə görə bir daha Sizə  minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, Milli Məclis bundan sonra da qanunvericilik sahəsində üzərinə düşən vəzifələri uğurla yerinə yetirərək dövlətimizin ən aparıcı qüvvələrindən biri olacaqdır! (Alqışlar.)
İndi isə icazənizlə gündəliyin ikinci məsələsinə keçirik. Parlamentin Hesablayıcı komissiyası seçilməlidir. Milli Məclisin Daxili Nizamnaməsinin  2-ci maddəsinə görə, Hesablayıcı komissiyanın tərkibinə namizədləri ilk iclasa sədrlik edən göstərir. Odur ki, mən Hesablayıcı komissiyanın tərkibinə aşağıdakı deputatların seçilməsini təklif edirəm: İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hü-eynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Mixail Zabelin, Sədaqət Vəliyeva.
Nizamnaməyə görə komissiyanın tərkibi ya bütövlükdə, ya da ayrı-ayrı səsə qoyula bilər. Nə təklif edirsiniz?
Yerdən. Bütövlükdə səsə qoyulsun.
Sədrlik edən. Bütövlükdə səsə qoyuram, xahiş edirəm, səs verin. Yeni deputatlarımız yanındakılardan səs verməyi öyrənib səs versinlər. 

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 124
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 124
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Hesablayıcı komissiyanın üzvləri yandakı otağa keçib komissiyanın sədrini və katibini seçsinlər.
İndi isə Milli Məclisin ilk iclasının əsas məsələsinə, yəni Milli Məclis Sədrinin seçilməsi məsələsinə keçirik.
Milli Məclisin Daxili Nizamnaməsinin 33-cü maddəsinə görə, Milli Məclisin Sədri vəzifəsinə namizədliyi deputatlar irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Öz namizədliyinə etiraz   müzakirəsiz və səsvermə keçirilmədən qəbul olunur. Azı 10 deputat tərəfdar çıxdığı halda namizədlərin adları səsvermə bülleteninə daxil edilir.
Mən parlament çoxluğunu təşkil edən Yeni Azərbaycan Partiyası  tərəfindən göstərilmiş namizədin adını sizə bildirmək istəyirəm. Düşünürəm ki, bu namizədlik bitərəflərin də, digər partiyaların nümayəndələrinin də ürəyindən olacaqdır. Milli Məclisin Sədri vəzifəsinə iki çağırış  ərzində parlamentə  uğurla rəhbərlik etmiş Oqtay Sabir oğlu Əsədovun namizədliyi irəli sürülür. Başqa təklif yoxdur?
Yerdən. Xeyr.
Sədrlik edən. Başqa təklif yoxdur. Deməli, Milli Məclisin Sədri vəzifəsinə biz bir nəfərin – Oqtay Əsədovun namizədliyini irəli sürürük. Oqtay müəllimdən xahiş edək ki, öz razılığını bildirsin. Oqtay müəllim, buyurun.
O.Əsədov, Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsinə namizəd.
Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar, xanımlar və cənablar!
İlk öncə icazə verin, Milli Məclisin Sədri vəzifəsinə namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm cənab İlham Əliyevə və deputat həmkarlarıma öz dərin minnətdarlığımı bildirim. 
Mən Milli Məclisin qarşısında duran başlıca vəzifəni Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən siyasəti parlament ölçüsündə dəstəkləməkdə görürəm. Mən hesab edirəm ki, parlament cənab  Prezidentin apardığı daxili və xarici siyasəti həmişə dəstəkləyəcək, beynəlxalq təşkilatlarda, eləcə də dünya ölkələri arasında parlament əlaqələrinin inkişafında öz xidmətini göstərəcəkdir.
Bir daha sizi əmin etmək istəyirəm ki, əgər mənə etimad göstərsəniz, bütün bilik və bacarığımı sərf edərək, bu şərəfli vəzifəni yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Hörmətli deputatlar, artıq Hesablayıcı komissiya öz sədrini və katibini seçmişdir. Deputat İsa Həbibbəyli həm bu barədə, həm də Milli Məclis Sədrinin seçilməsi zamanı gizli səsvermənin qaydaları haqqında sizə məlumat verəcəkdir.
İsa müəllim, buyurun, məlumat verin.
İ.Həbibbəyli, Milli Məclisin Hesablayıcı komissiyasının sədri.
Möhtərəm cənab Prezident,  hörmətli deputatlar! İcazə verin, mən də beşinci çağırış Milli Məclisə seçilmiş millət vəkillərini ürəkdən təbrik edim. Deputat həmkarlarıma müstəqil Azərbaycan dövlətinin daha da inkişaf edib möhkəmlənməsinə  xidmət edəcək qanunvericilik və qanun yaradıcılığı fəaliyyətlərində uğurlar arzulayıram.
Hörmətli deputatlar, bildirmək istəyirəm ki, Hesablayıcı komissiyanın ilk iclası keçirildi, deputat İsa Həbibbəyli Hesablayıcı komissiyanın sədri, deputat Sədaqət Vəliyeva Hesablayıcı komissiyanın katibi seçildilər.
İcazənizlə, Milli Məclis Sədrinin seçilməsinə dair bəzi zəruri qaydaları diqqətinizə çatdırım. Hesablayıcı komissiya qərara aldı ki, səsvermə bu salonda keçirilsin. Artıq gördüyünüz kimi, standartlara tam uyğun olaraq salonda səsvermə kabinəsi qurulmuş və surğuclanmış seçki qutusu qoyulmuşdur.
Hörmətli deputatlar, adınız və soyadınız çağırıldıqda, xahiş edirəm, buraya buyurasınız. Siz Hesablayıcı komissiyanın katibi Sədaqət Vəliyevanın yanına gəlib bülleteni qəbul edəcəksiniz,  daha sonra səsvermə kabinəsinə daxil olub bülletendə münasibətinizi bildirəcək və bülleteni surğuclanmış qutuya  daxil edəcəksiniz.
Sizi siyahı üzrə səsverməyə çağıracaqlar. Ona görə xahiş edirəm, yerinizdə olun və siyahı üzrə gəlib səs verin.  Deputatlar səsverməyə əlifba sırası ilə dəvət edilirlər:

Abbas Aqil Məhəmməd oğlu
Abbaszadə Mahir Tapdıq oğlu
Abdullayev Rövnəq İbrahim oğlu
Abıyev Ağacan Qulam oğlu
Abramov Yevda Sasunoviç
Ağamalı Fəzail Rəhim oğlu
Ağayeva Ülviyyə Cavanşir qızı
Axundova Elmira Hüseyn qızı
Alıyev Sahib Eyvaz oğlu
Amaşov Əflatun Əhməd oğlu
Aslanov Mahir Məhəmmədəli oğlu
Aslanov Novruzəli Davud oğlu
Babayev Muxtar Bahadur oğlu
Badamov Azər Camal oğlu
Baxşəliyeva Gövhər Baxşəli qızı
Bayramov Kamran Fərhad oğlu
Cəbrayılov Rafael Kamil oğlu
Cəbrayılova Dilarə Məmmədağa qızı
Cəfərov Nizami Qulu oğlu
Əhmədov Vahid Qazməmməd oğlu
Ələsgərov Valeh Feyruz oğlu
Əliyev Adil Abış oğlu
Əliyev Bəxtiyar Həmzə oğlu
Əliyev İlham Əli Səftər oğlu 
Əliyev Nəriman Əlibala oğlu
Əliyev Rauf Asif oğlu
Əliyeva Jalə Fazil qızı
Əliyeva Kamilə Əliağa qızı
Əliyeva Mehriban Arif qızı
Əliyeva Sona Sakit qızı
Əlizadə Araz Məmməd Mübariz oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Əsədov Oqtay Sabir oğlu
Əsgərov Ziyafət Abbas oğlu
Feyziyev Cavanşir Əyyub oğlu
Fətəliyeva Sevinc Həbib qızı
Fətiyev Xanlar Nuru oğlu
Hacıyev Sabir Kamal oğlu
Hacıyev Şəmsəddin Hümmət oğlu
Heydərov Fəttah Səməd oğlu
Həmzəyev Naqif Ələşrəf oğlu
Həmzəyeva Ülviyyə Tapdıq qızı
Həsənquliyev Qüdrət Müzəffər oğlu
Həsənov Elşad Eldar oğlu
Həsənov Malik Əvəz oğlu
Hüseynli Əli Məhəmməd oğlu
Hüseynov Aydın Nəsir oğlu
Hüseynov Əliağa İzzət oğlu
Hüseynov Rafael Baba oğlu
Hüseynov Vüsal Afqan oğlu
Hüseynova Sevinc Əmirəhməd qızı
Xanlarova Zeynəb Yəhya qızı
Xəlilov Mirzəcan Mirzəmməd oğlu
Xəlilov Rüstəm Gülabba oğlu
İbrahimli Fəzail Feyruz oğlu
İbrahimqızı Məlahət İbrahim qızı
İbrahimov Eldar Rza oğlu
İsmayılov İmamverdi İbiş oğlu
İsmayılov Şahin Əmir oğlu
Kazımov Mirkazım Məhəmməd oğlu
Kərimli Azər Şəmşid oğlu
Kərimli Tahir Zayıdağa oğlu
Kərimzadə Pərvin Orxan qızı
Qafarov Kamaləddin Nəsrəddin oğlu
Qafarova Sahibə Əli qızı
Qasımlı Musa Cəfər oğlu
Qasımov Əsabil Qarakişi oğlu
Qasımova Flora Qasım qızı
Qənizadə Çingiz Aşralı oğlu
Quliyev Azay Əjdər oğlu
Quliyev Elçin Bəybala oğlu
Quliyev Eldar Allahyar oğlu
Quliyev Fərəc İbrahim oğlu
Quliyev Musa İsa oğlu
Quliyev Rüfət Atakişi oğlu
Quliyev Ülvi Zahid oğlu
Qurbanov Cavid Qənbər oğlu
Mahmudov Rəşad Məmmədqulu oğlu
Mahmudov Yaqub Mikayıl oğlu
Məhəməliyev Nəsib Məhəmməd oğlu
Məmmədhəsənov Rafiq Musa oğlu
Məmmədov Elman Camal oğlu
Məmmədov Hikmət Baba oğlu
Məmmədov İqbal Nəriman oğlu
Məmmədov İlham Kazım oğlu
Məmmədov Müslüm Mürsəl oğlu
Məsimli Əli Əhməd oğlu
Mirələmov Hüseynbala Fazil oğlu
Mirzəzadə Aydın Böyükkişi oğlu
Mirkişili Tahir Famil oğlu
Mollazadə Asim Nazim oğlu
Möhbalıyev Səttar Suliddin oğlu
Muradov Fuad Rauf oğlu
Muradova Bahar Əvəz qızı
Musabəyov Rasim Nəsrəddin oğlu
Musayev Elşən Məmmədhənifə oğlu
Musayev Madər Əliəsgər oğlu
Mustafa Fazil Qəzənfər oğlu
Mustafayeva Aytən İnqlab qızı
Naxçıvanlı Aqiyə Həbib qızı
Nəbizadə Kamran Telman oğlu
Nəsirov Elman Xudam oğlu
Novruzov Siyavuş Dünyamalı oğlu
Oruc Zahid Məhərrəm oğlu
Paşayeva Qənirə Ələsgər qızı
Paşazadə Cavanşir Hümmət oğlu
Rəcəbli Hadi Musa oğlu
Rəhimzadə Arif Qafar oğlu
Rzayev Rövşən Şükür oğlu
Rzayev Tahir Musa oğlu
Sadıqov Bəxtiyar Yusif oğlu
Seyidov Səməd İsmayıl oğlu
Səlimov Eldəniz Adil oğlu
Salayev Hacı Hacı Baba oğlu
Səmədzadə Ziyad Əliabbas oğlu
Süleymanov Elxan Sirac oğlu
Süleymanov Tahir Süleyman oğlu
Şahverdiyev Astan Nuşrəvan oğlu
Talıbov Vasif Yusif oğlu
Vəliyeva Sədaqət Süleyman qızı
Vəliyev Ağalar İsrəfil oğlu
Zabelin Mixail Yuryeviç.

Cənab Sədr, səsvermə siyahısı bitdi. Hesablayıcı komissiyanın üzvləri Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Sədaqət Vəliyeva və mən də səs verirəm, bununla yekunlaşır.
Sədrlik edən. Hörmətli deputatlar, adı səslənməyən deputat oldumu?
Yerdən. Xeyr.
Sədrlik edən. Bütün deputatlar səs verdilər.
Hesablayıcı komissiya 10-15 dəqiqəyə öz işini yekunlaşdırıb bizə məlumat verəcəkdir. İsa müəllim, neçə dəqiqə lazımdır?
İ.Həbibbəyli. 10 dəqiqə.
Sədrlik edən. Buyurun.
(Hesablayıcı komissiyanın üzvləri bülletenləri sayırlar.)
Hörmətli deputatlar, məlumat verildi ki, səsvermənin nəticələri hazırdır. Səsvermənin nəticələrini elan etmək üçün Hesablayıcı komissiyanın sədri İsa Həbibbəyliyə söz verilir. Buyurun, İsa müəllim.
İ.Həbibbəyli. Möhtərəm cənab Prezident, hörmətli deputatlar, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi haqqında Hesablayıcı komissiyanın 2 nömrəli protokolunu diqqətinizə çatdırıram.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi üzrə gizli səsvermənin nəticələri haqqında Hesablayıcı komissiyanın protokolu  №2.
Bakı şəhəri, 24 noyabr 2015-ci il.
Azərbaycan Respublikası Milli Məclisi deputatlarının siyahı üzrə sayı – 124 nəfər. Gizli səsvermədə iştirak edən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının sayı – 124 nəfər.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin seçilməsi üzrə gizli səsvermədə iştirak edən deputatlara verilmiş bülletenlərin sayı – 124 ədəd. İstifadə edilməmiş bülleten yoxdur. Seçki qutusu açıldıqdan sonra aşkar edilmiş bülletenlərin sayı – 124.
Etibarsız bülleten yoxdur, etibarlı bülletenlərin sayı – 124 ədəd.
Gizli səsvermənin nəticələri: Oqtay Sabir oğlu Əsədovun lehinə –124, əleyhinə – yoxdur.
Beləliklə, deputat Oqtay Sabir oğlu Əsədov Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilmişdir. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, İsa müəllim, əyləşin. Hörmətli deputatlar, gəlin birlikdə Oqtay müəllimi bir daha səmimi qəlbdən təbrik edək və ona yeni dövrdə yeni-yeni uğurlar arzulayaq! (Alqışlar.)
Oqtay müəllim, xahiş edirəm, öz yerinizi tutasınız.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Zati-aliləri möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Etimad göstərib məni Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçdiyinizə görə sizə səmimi minnətdarlığımı bildirirəm.
Fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ardıcıl inkişaf edən Yeni Azərbaycan Partiyasının nümayəndəsiyəm.
Hörmətli deputatlar, 2015-ci ilin parlament seçkiləri ölkəmizin demokratik inkişafı  yolunda mühüm bir addım oldu. Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün Azərbaycan dövləti və onun başçısı tərəfindən bütün zəruri tədbirlər görülmüşdü. Demokratik mühitdə keçirilmiş seçkilər yolu ilə xalqın etimadını qazanan namizədlər parlamentin üzvü mandatını əldə etmişlər.
Seçkilər nəticəsində Yeni Azərbaycan Partiyasının üzvləri parlamentdə yerlərin əksəriyyətini qazanmışlar. Bu fakt möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla partiyamızın xalq arasında çox böyük nüfuza malik olduğunu bir daha nümayiş etdirmişdir.
Beləliklə, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyətə başlayır. Bu münasibətlə icazə verin, mən də siz həmkarlarımı ürəkdən təbrik edim və gələcək fəaliyyətinizdə uğurlar arzulayım!
Hörmətli deputatlar, dördüncü çağırış Milli Məclis artıq tarixdə qalmışdır. Ötən dövrdə parlamentin fəaliyyəti səmərəli olmuşdur. Milli Məclis Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin qanunvericilik bazası daha da möhkəmləndirilmiş və təkmilləşdirilmişdir.
Milli Məclis öz fəaliyyətini demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri üzərində qurmuşdur. Qanunyaratma prosesində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Аli Məhkəmə, digər icra və məhkəmə hakimiyyəti orqanları, ölkənin aparıcı elm, təhsil, yaradıcılıq mərkəzləri ilə sıx qarşılıqlı əlaqə saxlanılmışdır.
Dördüncü çağırış Milli Məclisin 116 iclası keçirilmiş, ümumən 1410 akt, o cümlədən 1267 qanun və 143 qərar qəbul edilmişdir. Parlamentdə qanun layihələri hazırlanarkən milli dəyərlərimiz əsas götürülməklə, qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə edilmişdir. Bu isə qanun yaradıcılığı prosesinin səmərəliyini artırmağa imkan vermişdir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik iqtisadi inkişafını nümayiş etdirən dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər vaxtlı-vaxtında müzakirə edilmiş və qəbul edilmişdir. Bundan əlavə, hər il dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılmışdır.
Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun və İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabat, məruzə və məlumatları dinlənilmişdir.  
Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən layihəsi təqdim edilən 1 amnistiya aktı qəbul olunmuşdur. Bu amnistiya aktı təqribən 9 min insana şamil edilmişdir.
Ötən dövrdə Milli Məclisə əhalidən 27 minə qədər təklif, ərizə və şikayət daxil olmuş, 20 mindən çox vətəndaş deputatlar və parlamentin rəhbərliyi tərəfindən qəbul edilmişdir. İnsanlar parlamentə internet vasitəsi ilə müraciət etmək imkanına malik olmuşlar. 
Son 5 ildə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Deputatlar tərəfindən 80-dən çox ölkəyə 700-ə qədər səfər həyata keçirilmiş, Milli Məclisdə 85-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 800-ə qədər nümayəndəsi qəbul edilmişdir.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli iş aparılmışdır. Bütün ikitərəfli və çoxtərəfli görüşlərdə və danışıqlarda müzakirəyə çıxarılan əsas mövzu bu münaqişənin ədalətli şəkildə həll edilməsi olmuşdur.
Ümumiyyətlə, Milli Məclis beynəlxalq fəaliyyətində dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament diplomatiyası yolu ilə öz töhfəsini verməyə çalışmışdır. Bu sahədə görülən işlərin müsbət nəticələri də mövcuddur. İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama və Honduras parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu qəbul edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının  icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qərar çıxarmışlar.
Bütün bunlar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Eyni zamanda, bu uğurlu siyasətə parlament səviyyəsində də dəstək verilmişdir.  
Milli Məclisin vəzifələrindən biri də bəzi qüvvələrin Azərbaycana qarşı qərəzli fəaliyyətinin qarşısını almaqdan ibarət olmuşdur. Parlament bir neçə müraciət, bəyanat və qərar qəbul edərək, ölkəmiz barəsində həyata keçirilən qarayaxma və böhtan kampaniyasına, ikili standartlar siyasətinə qəti etirazını bildirmiş və adekvat tədbirlər görmüşdür.
Dördüncü çağırış Milli Məclisin fəaliyyəti Azərbaycan dövlətinin daxili və xarici siyasətində çox böyük uğurların əldə edilməsi ilə eyni vaxta təsadüf etmişdir. Ölkə daxilində ardıcıl və dinamik inkişaf dövlətimizin yüksək beynəlxalq nüfuzunu nümayiş etdirən hadisələrlə müşayiət olunmuşdur. Azərbaycanın tarixdə ilk dəfə olaraq dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və müəyyən müddət ərzində həmin təşkilata sədrlik etməsi, Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsini yerinə yetirməsi, nüfuzlu beynəlxalq qurumların müxtəlif toplantılarının, tarixdə ilk Avropa Oyunlarının, “Eurovision” mahnı müsabiqəsinin, digər möhtəşəm mədəniyyət və idman tədbirlərinin Bakıda təşkil edilməsi ölkə daxilində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamı və nəticəsidir. 
Hörmətli xanımlar və cənablar, Milli Məclisin son 5 ildə yerinə yetirdiyi işlərin təhlili göstərir ki, özünün fəaliyyəti ilə parlament möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində  öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
Ötən dövrdə parlamentin fəaliyyətində biz dövlət başçısının böyük qayğı və diqqətini həmişə hiss etmişik. Azərbaycan Prezidenti Konstitusiyada təsbit edilmiş qanunvericilik təşəbbüsü hüququna əsaslanaraq müasir standartlara uyğun qanunların hazırlanıb qəbul edilməsi işinə dəyərli töhfələr vermişdir. Buna görə möhtərəm Prezidentimizə Milli Məclisin bütün deputatları adından səmimi minnətdarlığımı bildirirəm!
Hörmətli cənab Prezident, hörmətli deputatlar, dördüncü çağırış Milli Məclisin fəaliyyəti qarşıdakı dövrdə də parlamentin səmərəli  işləməsi üçün əlverişli zəmin yaratmışdır. Dövlət başçısının dəstəyi ilə Azərbaycan parlamenti qabaqcıl dünya ölkələrinin parlamentləri səviyyəsinə yüksəlmək yolunda uğurlu addımlar atmışdır. Son beş ildə  Milli Məclisin fəaliyyəti bu məqsədə yönəlmişdir. Hesab edirəm ki, bundan sonra da biz bu istiqamətdə hərəkət etməliyik.
Parlament qanunvericilik və qanunyaratma fəaliyyətində həmişəki kimi yenə də qabaqcıl dünya təcrübəsindən bəhrələnməlidir. Milli Məclisin fəaliyyətində demokratiya, çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi prinsipləri daha da genişlənməlidir.
Milli Məclis ən böyük dərdimiz olan Dağlıq Qarabağ problemini, qaçqınların və məcburi köçkünlərin güzəranının daha da yaxşılaşdırılması məsələlərini diqqət mərkəzində saxlamalıdır.
Parlament dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament vasitələrinin verdiyi imkanlar daxilində kömək göstərməkdə davam etməlidir.
Parlamentlərarası İttifaq, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assambleyası ilə qarşılıqlı əlaqə daha da gücləndirilməlidir. Asiya Parlament Assambleyası ilə münasibətləri dərinləşdirməli və inkişaf etdirməliyik.
Hörmətli deputatlar, əminəm ki, bu beynəlxalq təşkilatlarla münasibətlərimizdə Azərbaycan dövlətinin maraqları öndə olmalıdır. Biz yalnız bu istiqamətdə ikitərəfli qarşılıqlı əməkdaşlığı inkişaf etdirə bilərik.
Mən əminəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyələri və dəstəyi sayəsində sizinlə birlikdə fəaliyyət göstərəcək, Azərbaycan parlamentinin üzvü adını şərəflə qoruyacağıq. Diqqətinizə görə çox sağ olun. (Alqışlar.)
Hörmətli millət vəkilləri, bununla Milli Məclisin birinci iclası öz işini bitirmiş olur. Ancaq biz bir aydan çoxdur ki, işləmirik. Əgər etiraz etmirsinizsə, ikinci iclasa başlaya bilərik. Etiraz etmirsiniz?
Yerdən. Xeyr.
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 122
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 122
Nəticə: Qəbul edildi

Çox sağ olun, ikinci iclasa başlaya bilərik.
Hörmətli deputatlar, Milli Məclisin Daxili Nizamnaməsinin 34-cü maddəsinə görə, Milli Məclis Sədrinin müavinləri deputatlar sırasından açıq səsvermə yolu ilə seçilir.
Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə namizədi ilk növbədə Milli Məclisin Sədri təqdim edir. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Milli Məclisin Sədri kimi, mən Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Ziyafət Əsgərovun namizədliyini təklif edirəm. Başqa təklif yoxdur?
Yerdən. Xeyr.
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 123
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 123
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Ziyafət müəllim, təbrik edirik! Xahiş edirəm, yerinizə əyləşəsiniz.
Milli Məclisin Sədri kimi, Milli Məclis Sədrinin müavini vəzifəsinə deputat Bahar Muradovanın namizədliyini təklif edirəm. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 122
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 123
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
Bahar xanım, təbrik edirik! Xahiş edirəm, yerinizə əyləşəsiniz.
Növbəti məsələ Milli Məclis Sədrinin digər müavininin seçilməsidir. Hörmətli deputatlar, bildiyiniz kimi, builki parlament seçkilərində 41 nəfər bitərəf deputat mandatı almışdır. Fikrimcə, həmişə olduğu kimi, Milli Məclis Sədrinin müavinlərindən birinin bitərəfləri təmsil etməsi düzgün olardı. Bu gün Milli Məclisin iclasından öncə bitərəf deputatlar öz yığıncağını keçirmiş və Milli Məclis Sədrinin müavini vəzifəsinə Valeh Ələsgərovun namizədliyini irəli sürmüşlər. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 122
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 122
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Valeh müəllim, təbrik edirik! Buyurun, əyləşin.
Hörmətli millət vəkilləri, icazə verin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə beşinci çağırış Milli Məclisin birinci iclasında iştirak etdiyinə görə öz dərin minnətdarlığımızı bildirək və ona ölkəni xoşbəxt gələcəyə aparmaq yolunda uğurlar arzulayaq! Mən əminəm ki, dövlətimizin başçısının çıxışı zamanı parlamentə verdiyi tövsiyələri hamımız sizinlə birlikdə yerinə yetirəcəyik. (Alqışlar.)
Sədrlik edən. Yarım saatlıq fasilə.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımızı davam etdiririk. Növbəti məsələ Milli Məclisin komitələri ilə bağlıdır. Milli Məclisin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında qərar layihəsi sizə paylanıb. Bu məsələ barədə çıxış eləmək istəyən var?
Yerdən. Xeyr.
Sədrlik edən. Onda, xahiş edirəm, qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.39 dəq.)
Lehinə 116
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 116
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq edildi.
İndi biz Milli Məclisin 15 komitəsinin sədrlərini seçməliyik. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri vəzifəsinə deputat Əli Hüseynlinin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.40 dəq.)
Lehinə 119
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 119
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Əli müəllim, təbrik edirik Sizi!
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsinə Ziyafət Əsgərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.41 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Ziyafət müəllim, təbrik edirik!
Ziyad müəllimin namizədliyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri vəzifəsinə təklif olunur. Münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 117
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Ziyad müəllim, təbrik edirik!
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri vəzifəsinə deputat Valeh Ələsgərovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək. 
                                  
Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 114
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Valeh müəllim, Sizi də təbrik edirik! 
Aqrar siyasət komitəsinin sədri vəzifəsinə deputat Eldar İbrahimovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 14.43 dəq.)
Lehinə 120
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 120
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Eldar müəllim, Sizi də təbrik edirik!
Əmək və sosial siyasət komitəsinin sədri vəzifəsinə deputat Hadi Rəcəblinin namizədliyi təklif olunur. Xahiş edirəm, münasibət  bildirək.

Səsvermənin nəticələri (saat 14.44 dəq.)
Lehinə 119
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 119
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hadi müəllim, Sizi də təbrik edirik!
Regional məsələlər komitəsinin sədri vəzifəsinə deputat Arif Rəhimzadənin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.44 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Elm və təhsil komitəsinin sədri vəzifəsinə deputat İsa Həbibbəylinin namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 14.45 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. İsa müəllim, Sizi də təbrik edirik!
Mədəniyyət komitəsinin sədri vəzifəsinə deputat Rafael Hüseynovun namizədliyi təklif olunur. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 115
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 115
Nəticə: Qəbul edildi

Qəbul edildi. Təbrik edirəm, Rafael müəllim!
İnsan hüquqları komitəsinin sədri vəzifəsinə deputat Bahar Muradovanın namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bahar xanım, təbrik edirik! 
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri vəzifəsinə Səməd Seyidovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 119
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 119
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Təbrik edirik, Səməd müəllim!
Yeni komitə olan Səhiyyə komitəsinin sədri vəzifəsinə deputat Əhliman Əmiraslanovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 117
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 117
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Təbrik edirik, Əhliman müəllim!
Növbəti yeni komitə – Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri vəzifəsinə deputat Aqiyə Naxçıvanlının namizədliyini təklif edirəm.

Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 116
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 117
Nəticə: Qəbul edildi

Qəbul edildi. Aqiyə xanım, təbrik edirəm! İki qadın deputatımız komitə sədri oldu.
Növbəti yeni komitə – İctimai birliklər və dini qurumlar komitəsinin sədri vəzifəsinə Siyavuş Novruzovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 117
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 117
Nəticə: Qəbul edildi
                                  
Çox sağ olun, qəbul edildi. Siyavuş müəllim, təbrik edirik! İctimai təşkilatların hamısına kurator oldun.
Növbəti yeni komitə – Gənclər və idman komitəsinin sədri vəzifəsinə Fuad Muradovun namizədliyini təklif edirəm. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 118
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 118
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Fuad müəllim, Sizi də təbrik edirəm!
Ümumiyyətlə, bütün komitə sədrlərini ürəkdən təbrik edir və xahiş edirəm ki, öz komitələrini formalaşdırmağa başlasınlar. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırıq verirəm ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik hazırlasın, gələn iclasda qəbul eləyək.
Hörmətli millət vəkilləri, bir daha sizin hamınızı təbrik edir, işlərinizdə müvəffəqiyyət arzulayıram. Bununla da beşinci çağırış Milli Məclisin ikinci iclası sona çatdı. Sağ olun. 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi