2014-ci il 16 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XIII SESSİYASI İCLASININ

PROTOKOLU № 100

Milli Məclisin iclas salonu.
16 dekabr 2014-cü il

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 91
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Ramiz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.
Pərviz Musayev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini.
Nizami Quliyev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Hüquq şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi ba-rədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” Konvensiyaya düzəlişlər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində  dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
25. “Dərman vasitələri haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.
26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş  “Bələdiyyələrin  vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
30. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş  “Bələdiyyələrin  vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Musa Quliyev, Vahid Əhmədov, Fazil Mustafa, Zahid Oruc, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Bəxtiyar Əliyev, Səməd Seyidov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi


1. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türk-mənistan prezidentlərinin Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

3. “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

4. “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

5. “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikası Prezidentinin və Tacikistan  Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan  Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan  Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

9. “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiyaya düzəlişlər edilməsi haqqında” Protokolun və  Azərbaycan Respublikasının ona dair bəyanatının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

11. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Leyla Abdullayeva, Fəzail Ağamalı, Bəxtiyar Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

12. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Qənirə Paşayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

13. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Bəxtiyar Əliyev, Qüdrət Həsənquliyev, Ramiz Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

15. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan  Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Arif Rəhimzadə, Əli Məsimli, Qənirə Paşayeva, Tahir Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

16. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elton Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

17. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə, Tahir Rzayev, Vahid Əhmədov, Adil Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə, Bahar Muradova


Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Bahar Muradova, Əli Hüseynli, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

21. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan  Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Bahar Muradova, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

22. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Bahar Muradova, Rəbiyyət Aslanova, İqbal Ağazadə, Zahid Oruc, Tahir Rzayev, Siyavuş Novruzov, Aqil Abbas

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

23. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

25. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Bahar Muradova, Zahid Oruc, Vahid Əhmədov, Cavanşir Feyziyev, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.08 dəq.)
Lehinə 89
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan  Respublikası qanununun layihəsi haqqında.
 
Çıxış etmişlər: Bahar Muradova, Arif Rəhimzadə, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.12 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

27. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan  Respublikası qanununun layihəsi haqqında.
 
Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.13 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

28. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan  Respublikası  qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

29. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası  qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.14 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan  Respublikası  qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ MƏCLİSİN İCLASI

16 dekabr 2014-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 91
Yetərsay 83

Yetərsay var, çox sağ olun.
Gündəlik sizə paylanıb. Gündəlikdə 30 məsələ var. Burada beynəlxalq sazişlər və bir neçə qanuna dəyişikliklərdir. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə  94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi


Gündəlik qəbul edildi. Müzakirələrə ehtiyac var? Yazılmaq istəyən yazılsın. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən çıxışıma şəxsən Sizə və parlament rəhbərliyinə minnətdarlıq sözləri ilə başlamaq istəyirəm. Ayın 9-u və 10-da Afinada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 44-cü sessiyası keçirildi. Həmin sessiyada təşkilati məsələlər də müzakirə olunurdu. O məsələlərdən biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibinin seçilməsi idi. Namizədlərdən biri olan Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev çox böyük səs çoxluğu ilə orada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi seçildi. Bu, Azərbaycan parlamentarizmi və diplomatiyasının qələbəsidir, xarici siyasətin qələbəsidir və cənab Prezidentin apardığı balanslaşdırılmış daxili və xarici siyasətin təntənəsidir. Onu da deyim ki, orada iştirak edən 12 dövlətdən 10-u Azərbaycan nümayəndə heyətinin rəhbəri olan təmsilçimizi dəstəklədi. Yalnız Ermənistan Ukraynanın nümayəndəsini dəstəklədi. Burada iştirak eləyən 56 deputatdan 46-sı Azərbaycana səs verdi və beləliklə, Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycanın nümayəndəsi bu təşkilatın rəhbərliyinə keçdi. Bu münasibətlə bütün deputat həmkarlarımızı təbrik edirəm. Təbii ki, Asəf müəllimi də təbrik edirəm.
Hörmətli Oqtay müəllim, bir daha Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, bu beynəlxalq təşkilatlarda iştirak ilə bağlı bir arzumu, təklifimi bildirmək istəyirəm. Azərbaycanın nümayəndə heyətləri beynəlxalq təşkilatlarda – Avropa Şurasında, Avropa Birliyində, NATO-da, ATƏT-də və sairdə çox fəal çalışırlar. Mən çox arzu edərdim ki, orada bizim çıxışlarımız Azərbaycan dilində səslənsin. Problem yoxdur, ingilis dilini bilən deputatlarımız var. Demək olar ki, hamısı rus dilində də, türk dilində də rahat danışır. Amma bəzi dövlətlər orada öz dillərində çıxış elədiyi halda biz niyə Azərbaycan dilində çıxış eləməyək? Niyə Azərbaycan dilini orada təbliğ eləməyək? Burada böyük bir xərc də lazım deyil. Hesab edirəm ki, gələn ilin büdcəsində buna baxmaq olar. Tərcüməçi ilə daha rahatdır, həm Azərbaycanı təbliğ edərik, həm də necə güclü, qüdrətli bir dövlət olduğumuzu orada göstərərik. Bu, Azərbaycana hörmət gətirən bir fikir olardı. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa müəllim, Asəf Hacıyev 10 ildən yuxarıdır, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında bizim nümayəndə heyətinin rəhbəridir. Amma seçilməyi o demək deyil ki, birdəfəlik buraxdılar, o da getdi ora. Biz hələ fikirləşəcəyik, o, Bakıda daha çox lazımdır, yoxsa orada. Ona görə tələsmək lazım deyil, hələ vaxt var. Bu birinci məsələ.
İkinci, tərcüməçi məsələsi. Bunun öz qaydası var, təşkilatlara tərcüməçi verilmir. Bir çox təşkilatlarda əvvəldən təsdiq olunmuş dillər var, üstündə işləmək lazımdır. Əgər belə beynəlxalq təşkilatlar varsa, bunu eləmək olarsa, mənim etirazım yoxdur. Bunu danışıb eləmək olar. Buyursun Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk olaraq həmkarım Asəf Hacıyevi ürəkdən təbrik edirəm, ona işlərində uğurlar arzu edirəm. İki məsələyə münasibət bildirmək istəyirəm. Dekabr ayının 6-da Qubada bir hadisə baş vermişdi. Dağ yəhudiləri icmasının rəhbəri Aves Manduyevin evinə basqın edilmiş, zinət əşyaları və müəyyən qədər pul vəsaiti götürülmüşdür. Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən aparılan əməliyyat nəticəsində həmin insanlar həbs edildilər. Hazırda bununla əlaqədar olaraq cinayət işi gedir. Mən bu məsələni çox ciddi araşdırıb qısa müddət ərzində bu cinayətin üstünü açdıqlarına görə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, habelə Milli Təhlükəsizlik Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Bəzi mətbuat orqanları bunu milli müstəviyə çıxarmaq istədilər. Amma mən bir daha bəyan etmək istəyirəm ki, bu, sırf oğurluq hadisəsi idi və həmin dəstənin başında dayananın özü yəhudi əsilli Qırmızı Qəsəbə sakini idi. Bu cinayətin üstü açıldığına görə mən bir daha öz dərin minnətdarlığımı bildirirəm.
İkinci məsələ. Dünya neft bazarında neftin qiyməti kəskin olaraq aşağı düşür. Neftin qiyməti haradasa 60 dollara yaxındır. Bununla əlaqədar olaraq bir sıra dövlətlərdə, o cümlədən qonşu Gürcüstanda, Türkiyədə, Rusiyanın özündə benzinin qiymətində çox ciddi enmələr baş verib. Amma Azərbaycan hökumətindən biz bunu gözləsək də, hələlik bir şey hiss etmirik. Azərbaycan “A-95 premium” markalı benzini xaricdən idxal edir. Mən belə hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyinin Tarif Şurası faktiki olaraq bu məsələyə baxmalı, həmin benzinin maya dəyərini bir daha təzədən hesablamalıdır. Benzinin qiymətində müəyyən dəyişiklik etməyə ehtiyac var.
Bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar Azərbaycan ilə Rusiya arasında münasibətlər çox istiləşib. Əlbəttə, bu, təqdirəlayiqdir. Rusiya bizim strateji müt-təfiqimizdir. Bizim çox böyük ticari-iqtisadi əlaqələrimiz var. Amma 2014-cü il yekunlaşmaq üzrədir. Qarabağ mə-sələsində faktiki olaraq bir addım da irəli getmədik və həm-sədr dövlətlərdən biri də Rusiyadır. Belə hesab edirəm ki, əgər biz Rusiyaya belə etimad göstərib, güzəştə gediriksə, Rusiya dövləti də 2015-ci ildə Qarabağ məsələsində Azərbaycana güzəştə gedərək bu məsələnin həllində öz mühüm sözünü deməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Asəf Hacıyevi mötəbər quruma seçilməsi münasibəti ilə təbrik edirəm. Onun səviyyəsində və hazırlığında olan bir insanın Azərbaycanı beynəlxalq təşkilatda təmsil etməsinin Azərbaycan üçün çox böyük fayda verəcəyinə əminliyimi bildirirəm. Vacib məsələlərdən birinə toxunmaq istəyirəm.
Son vaxtlar diqqət edirsinizsə, ailə zəminində mü-naqişələrin amansız bir forma alması cəmiyyəti narahat eləməyə başlayıb. Ailə münaqişəsində qaynana gəlinini, 6 aylıq nəvəsini öldürür, kimi anasını, kimi uşağını öldürür. Məncə, bu, ciddi şəkildə müzakirə olunmalı və bununla bağlı bir çıxış yolu tapılmalıdır. Bizim müvafiq dövlət komitəsi var. Bəlkə onun səlahiyyətlərinin artırılması, ailə məsələləri ilə bağlı daha ciddi məşğul olması istiqamətində müəyyən tədbirlər görülməsinə zərurət var. Bir də, sahə müvəkkilləri institutunun Azərbaycanda daha fərqli formada dirçəldilməsinə ehtiyac var. Sahə müvəkkilləri, bilirsiniz ki, alt kateqoriya rütbəli vəzifəli şəxslər sırasına aid edilirlər. Bəlkə onların əməkhaqlarını artırmaq və onların müəyyən münaqişəli ailə sisteminə münasibətdə müdaxilə etmək imkanlarını yaratmaq lazımdır ki, maraqlansınlar, hansı ailədə narkoman, içki aludəçisi olan, xroniki alkoqol xəstəliyi keçirən insanlar var, bunlara müdaxilə eləyə bilsinlər. Çünki bu qədər vəhşiliyin baş alıb getdiyi bir mühitdə bu problemləri əgər bu gün həll eləməsək, Azərbaycanda ailə institutunun kifayət qədər zədələnməsinə, uşaqların, xüsusi ilə də qadınların xəsarət almasına və həyatını qurban verməsinə şahid olacağıq.
Vacib məsələlərdən biri də Azərbaycanın sosial şəbəkələrində xaricdən idarə olunan müxtəlif saytların mövcudluğudur. Mən hərdən fikirləşirəm, bizim təhlü-kəsizlik orqanları, başqa qurumlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Şəxsən mən müşahidə edirəm ki, qonşu ölkələrdən idarə olunan onlarla sayt var. Hətta bir bloger, mən baxıram, bizi, başqalarını təhqir eləyir. Mən maraqlananda ki, Bakıda oturaraq hansı cəsarətlə, rahatlıqla bunu eləyir, məlum oldu ki, o, səhifəsində təkcə məni yox, Azərbaycan Respublikasının Prezidentini də təhqir edir, ancaq buna reaksiya verən yoxdur. Özü də yaxşı üsul tapıblar. Deməli, səhifədə o təhqir dolu yazını bir gün yerləşdirirlər. Bakıda yaşayan Namiq Haşımzadə adında biri özünü Hizbullahın təmsilçisi kimi təqdim eləyir, sonra da Prezidenti təhqir eləyən materialı yerləşdirir. Bir gündən sonra həmin materialı silir, o bir gün ərzində başqa ölkələrin saytları ondan istifadə edərək öz səhifələrində yerləşdirirlər. Buna reaksiya vermək vacibdir.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar! Mən də ilk növbədə həmkarım Fazil bəyin narahatlıqlarını bölüşmək istəyirəm. Şübhəsiz ki, son bir həftədə baş verən səs-küylü cinayətlər heç bir halda cəmiyyət haqqında fikir yürütmür, Azərbaycan ən stabil ölkələrdən biri sayılır. Bununla haqlı olaraq öyünürük. Ancaq təyin eləmək çox çətindir ki, ailə münaqişəsi zəminində nədən bu cür qəddar, ağır hadisələr gündəmə çıxır. Bunun səbəbi xaricdə olan və hər gün ekranlardan evlərimizə daşınan hadisələrdirmi, yoxsa, sadəcə, sosial-psixoloji dəyişikliklərə uğrayan cəmiyyətin halıdırmı? Bunu təyin eləmək çox çətindir. Yalnız desək ki, ekranda təbliğat ilə bunu düzəldəcəyik, yaxud məktəblərimizdə işləri daha yaxşı quracağıq, bununla olmaz. Kompleks tədbirlər görülməlidir və mən düşünürəm ki, müxtəlif dövlət qurumları ilə birgə parlamentin ayrıca dinləmələrinə, müzakirələrinə çox ciddi ehtiyac var.
Cənab Sədr, mənim toxunmaq istədiyim digər məsələ budur ki, dünən Brüsseldə Avropa Birliyi xarici işlər nazirləri Krıma qarşı sanksiyalarını növbəti dəfə razılaşdırdılar. Onlar diplomatlarının hər hansı şəkildə ora göndərilməsini qadağan ediblər. 50 adda məhsulların oradan alınmasına yasaq qoyublar. Eyni zamanda, maliyyə-bank sektoru üzərində bütün əməkdaşlıqların ciddi şəkildə qadağan edilməsini razılaşdırıblar. Bunlar yaxşıdır, pisdir, gələcək göstərəcək. Amma Avropa Birliyi eyni sanksiyaları Dağlıq Qarabağa münasibətdə də tətbiq eləməlidir. Biz nə üçün parlament olaraq illərlə bu tribunadan ya Sizin səviyyənizdə, ya da parlament üzvlərinin imzası ilə bu qurumlara məktub göndərməliyik ki, nə üçün sizin parlament nümayəndələriniz Qarabağa gəlirlər?
Eləcə də, mən istəyirəm, deyəm ki, 3 gün öncə Amerika Konqresi xarici yardımlarla bağlı məsələni razılaşdırıb. Gürcüstana 75 milyon, Ermənistana 25 milyon və Azərbaycana 13 milyon yardım etmək haqqında qərar verib. Biz pul davası açmırıq. Ulu öndər 1999-cu ildə Amerika rəhbərləri ilə görüşündə demişdi ki, 907 bizi o cəhətdən ağrıtmır ki, siz bizim azadlığımıza dəstək vermək istəmirsiniz, o cəhətdən ağrıdır ki, mənəvi və siyasi cəhətdən bizə mane olur. 16–17 il ərzində, daha doğrusu, 20 il ərzində Amerikanın Ermənistana etdiyi yardımlar 2 milyard dollardan artıqdır. Qarabağa 83 milyon dollardan artıqdır. Bu vəsaitlər Ermənistanı demokratikləşdirməyib. Bölgədəki təhlükəsizliyə xidmət eləməyib. Hesab edirəm ki, Avropa Birliyi də, Amerika Birləşmiş Ştatları da o yardımları Ermənistandan kəssə, bu, Qarabağ probleminin həlli üçün çox təsirli bir tədbir olar. Onda biz Amerika ilə Azərbaycan münasibətlərinin daha yeni bir dönəmdə inkişafının şahidi olarıq. Biz, burada olanların bir çoxu Qərb təmayüllü insanlarıq. Avroatlantik məkana inteqrasiyanı istəyən adamlarıq.  Amma bizi qıran, xəyal qırıqlığına uğradan bu siyasətlərdir. Ona görə də mən həm Avropa Birliyinə, həm də Amerika Birləşmiş Ştatlarına müraciət eləyirəm ki, Ermənistana və Qarabağa bu yardımları dayandırsınlar.
Sədrlik edən. Sağ olun. Zahid Oruc, mətbuata həmişə yaxşı baxırsınız da. Birinci, nəinki Milli Məclis, həm də Xarici İşlər Nazirliyi bütün ölkələrin xarici işlər nazirliklərinə, parlamentlərinə məktub yazıb ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycanın ərazi bütövlüyü  pozulub. Burada təkrar edirsən, yazılsın. Bu yazılıb gedib.
İkinci söylədiyin məsələ ki Krıma sanksiya tətbiq ediblər, biz bu haqda niyə danışmırıq? Biz bu haqda həmişə, bütün beynəlxalq təşkilatlarda danışmışıq. Bu  yaxınlarda mən Osloda olanda Avropa Şurası Parlament Assambleyası sədrlərinin iclasında da bu məsələ qaldırıldı. Azərbaycan öz mövqeyini açıq bildirdi ki, biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, amma heç bir sanksiyaya da qoşulmuruq. Səbəbi mən söylədim, buna Ermənistana tətbiq edilməyən sanksiyalar səbəb oldu. Bütün parlament sədrlərinə də o deyildi. Azərbaycan mətbuatında, hər yerdə yazıldı. Deyirsən ki, bunlar deyilmir, amma deyilibdir. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən bir məsələyə toxunmaq istəyirəm. 2014-cü ilin dövlət büdcəsində neftin hər barrelinin qiymətinin 100 dollar nəzərdə tutulmasına baxmayaraq, neftin qiymətində azalmalar oldu. Amma Azərbaycanda həmin müddətdə neftin 11 illik satışı ilə bağlı qiyməti 103,9 dollar olubdur. Ona görə də bizim büdcədə yüksək bir rəqəm alındı. Bu, sevindirici haldır. Yəni sözügedən dövrdə büdcəyə 14 milyard manat mədaxil oldu və 13,6 milyard manat xərc oldu, büdcə 1,3 milyard manat məbləğində artırıldı.
Mənim təklifim nədən ibarətdir? Hesab edirəm ki, bu profisitdən 2015-ci ildə normal şəkildə istifadə eləmək olar. Bu yürüdülən siyasəti mən təqdir eləyirəm. Bu o deməkdir ki, neftin dünya bazar qiymətinin aşağı düşməsi həm iqtisadi, həm də psixoloji cəhətdən bir hazırlıq oldu. Amma hər halda büdcənin xərcləri proqnoza nisbətən 86 faiz, yəni 1,2 milyard manat az icra olundu. Biz 14 faiz qənaətdən bu il necə istifadə eləyə bilərik? Rusiyadakı vəziyyətlə bağlı bizim soydaşlarımız bura qayıdıb gəlirlər. Özü də bunlar kiçik rəqəmlər deyil, həm də bizim iradəmizdən asılı deyil. Oradan gələnlərin hamısı pulu olmayan, vəsaiti olmayanlar da deyil. Onlara da müəyyən şərait yaratmaq üçün mən təklif edirəm ki, bir kadr bankı yaradılsın. Məsələn, Miqrasiya Xidməti İdarəsinin nəzdində adamlar qeydiyyatdan keçə bilərlər və paralel olaraq bu profisitdən istifadə eləmək üçün bir fond yaratmaq mümkündür ki, əyalətlərdə müəyyən işlər qurmaqdan ötrü Rusiyadan gələn soydaşlarımız qeydiyyatdan keçəndən sonra özlərinin münasib layihələrini təqdim eləsinlər. O layihələr qiymətləndiriləndən sonra bu fonddan vəsait verilsin və özləri də vəsait əlavə eləməklə kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı müəyyən layihələrini həyata keçirsinlər. Çünki bu adamların xeyli miqdarda vəsaiti Rusiyada qalarsa, ərinmiş vəsaitə çevriləcəkdir. Əsas odur ki, Azərbaycana gəlib işsiz qalmasınlar və dövlət tərəfindən də nəzarətdə olsunlar. Mən bilmirəm, bunun reallaşdırılma yolları hansı formada mümkündür. Hər halda iki siyasəti bir yerdə cəmləyib reallaşdırmaq, məncə, Azərbaycanın mənafeyinə uyğun olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fərəc müəllim. Mən bəlkə də axıra kimi başa düşmədim, bu qayıdan vətəndaşlar Azərbaycan vətəndaşlarıdır, ya Rusiya vətəndaşları? Azərbaycan vətəndaşlarıdırsa, Miqrasiya Xidmətində niyə qeydiyyatdan keçirlər? Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri və media nümayəndələri! Ola bilsin, növbəti iclasda üzrlü səbəbdən iştirak eləyə bilməyim. Qarşıdan cənab Prezidentin ad günü gəlir. Onu təbrik edirəm. Oqtay müəllim, Sizin 60 illik yubileyiniz yaxınlaşır. Böyük tarixdir, Sizi də təbrik edirəm. Uğurlar, can sağlığı arzulayıram. Bütün həmkarlarımızı da qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edirəm və arzulayıram  ki, Yeni il xalqımız üçün, dövlətimiz üçün daha uğurlu olsun.
Bu günlərdə, Oqtay müəllim, Romada Azərbaycan parlamenti ilə İtaliya parlamentinin birgə təşkil etdiyi katolisizm və islam mövzusunda konfrans keçirildi. Orada bizim parlament nümayəndələrindən Əli Hüseynli, Azər Kərimlı, Yevda Abramov, mən, eyni zamanda, İtaliyanın parlamentariləri iştirak eləyirdilər. İki senatın iki sədrinin iki müavini həmin tədbirdə çıxış elədi. Orada bu sahə ilə məşğul olan alimlər, mütəxəssislər, icma rəhbərləri çıxış elədilər. Konfransda Azərbaycandan olan icma rəhbərləri də iştirak eləyirdilər. Mən, əlbəttə, burada xüsusi zəhməti olan Azər Kərimlinin xidmətlərini qeyd eləmək istəyirəm. Bizim Vatikanda görüşümüz oldu, Roma Papasının Türkiyədə verdiyi açıqlama ilə bağlı narazılığımızı bildirdik. O, II İlya ilə görüşündə guya demişdi ki, ermənilərlə gürcülər islam dünyasının ortasında bir oazisdir, onlar bir-birlərini müdafiə eləməlidirlər. Bu kimi açıqlamaları ilə bağlı narahatlığımızı bildirdik və xahiş elədik ki, bizim  narazılığımız Papaya çatdırılsın.
Orada bir məqam oldu, mən bunu deməyə bilmərəm. Bi-zim səfir o tədbirə gəldi, cəmi bir neçə dəqiqə oturdu, senatın spiker müavini çıxış eləyəndən sonra da onun arxa-sınca durdu getdi. Biz xaricdə görürük, parlamentarilər ora gələndə səfirlər onları hava limanında qarşılayır, görüşlərdə iştirak edirlər. Biz Vatikanda görüş keçirirdik, bizim keçmiş həmkarımız hörmətli Mübariz Qurbanlı da, – indi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir, – bizimlə idi, səfir isə bizi müşayiət eləmirdi. Hələ bizi qarşılayıb yola salmasını qoyuram qırağa,  heç olmasa, otelə gəlib bir çay süfrəsinə belə dəvət eləmədi ki, gəlin, səfirliyi görün, bir çay için. Kofe fasiləsinə qədər gözləyib, heç olmasa, normal salamlaşmadı da. Belə münasibətlər, mən hesab edirəm, yolverilməzdir. Bu məsələlər bizim xarici işlər nazirinin diqqətinə çatdırılmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sözlərinizə görə sağ olun. Amma Qüdrət müəllim, bizim İtaliyadakı səfirimiz çox təcrübəli bir səfirdir, parlamentlə, bütün deputatlarla həmişə yüksək səviyyədə iş görən, İtaliya parlamenti ilə əlaqələr yaradan bir səfirdir, səbəbi araşdırarıq. Sözünüz var, Milli Məclisin iclasında bir kəlmə deyin, araşdıraq. Ola bilməz, çünki Vaqif müəllim, həqiqətən, bütün İtaliya parlamentini Azərbaycana yönəldənlərdən, Azərbaycan parlamenti ilə işləyənlərdən biridir, ona görə məəttəl qaldım sözünüzə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Bu saat, tələsməyin. Çıxışlar qurtaranda arayışa baxılacaq. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deputat həmkarlarımın fikirlərinə qoşuluram. Hörmətli Oqtay müəllim, bu cəmiyyətdə baş verən, tərəqqipərvər bəşəriyyəti lərzəyə gətirən son hadisələr, yəni insanlara verilən işgəncələr barəsində Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən çap olunaraq təqdim edilən 6000 səhifəlik material bu gün dünyanın hər yerində geniş müzakirəyə səbəb olub. Demokratiya, insan hüquqları, söz, fikir azadlığı pərdəsi altında maskalanmış, lakin əməlinə gəlib çatanda hansı əməllərin sahibi olduğunu, – biz demirik, – Amerikanın öz konqresi deyir və heç də təsadüfi deyil ki, həm Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, həm də vitse-prezidenti bunu etiraf edir ki, biz terrorun qarşısını almaqdan ötrü işgəncələrə əl atmışıq.
Sual olunur ki, ərazisinin 20 faizi işğal olunan, 1 milyondan artıq qaçqını olan, ərazisində təxribatlar, terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə bəs siz niyə narahat olursunuz? Okeanın o tayından uçursunuz, min kilometrlərlə gedib terrorçu axtarıb, işgəncələr verirsiniz və terrorun nəticələrini öyrənməyə cəhd göstərirsiniz. Azərbaycan isə öz ərazisində terror aktının həyata keçirilməsinin qarşısını almaq üçün hər hansı bir təhlükəsizlik addımı atır, bunu ata bilməz? Bəs niyə bizə dərs öyrətməyə çalışan “Freedom House”un, “Human Rights Watch”un, “Amnesty İnternational”un səsi çıxmır. Avropa dövlətlərinin Xədicə İsmayılovadan ötrü bəyanat yayanları niyə bəyanat vermirlər ki, insanlara bu cür işgəncələr verilib.
Tarixdə, ümumiyyətlə, Əmir Teymuru deyirlər ki, işgəncələrin yeni metodlarını kəşf edib, amma Teymurləng onların yanında çox böyük demokratdır. Çünki onların ver-diyi işgəncələr dini baxımdan, etnik baxımdan, siyasi baxımdan, peşə baxımından, bütün baxımlardan çox dəhşətlidir. İnsanlara işgəncələr verərək onlardan söz qopardırlar. Məlum olur ki, yüzlərlə insan günahsız yerə məsuliyyətə cəlb olunub. Buna kim cavab verəcək? Niyə o insanlar məsuliyyətə cəlb olunmurlar? Niyə beynəlxalq məhkəmələr qarşısında cavab vermirlər? Budurmu bunların söz azadlığı, fikir azadlığı, insanlara hörmət və diqqəti? Amerikada milad bayramında hind quşunun soyqırımı gedir. İndi vəziyyət dəyişib, XVIII əsrə qayıdıblar, indi qaradərililərin soyqırımı başlayıb. Gündə birini öldürürlər, səksənə yaxın insan dünyasını dəyişib.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Çox sağ olun, Oqtay müəllim. Milli Məclisin bugünkü gündəliyində bələdiyyələrlə bağlı 6 mühüm sənəd var. Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə ciddi hazırlıq gedir və hesab edirəm ki, çox şəffaf, demokratik seçkilərin şahidi olacağıq. Amma bələdiyyələrlə bağlı bir məsələni qeyd etmək istəyirəm ki, Azərbaycan əhalisinin müəyyən bir qismi öz hüquqlarını, seçmək və seçilmək hüquqlarını gerçəkləşdirə bilməyəcək. Bunun da sadə bir səbəbi var, Ermənistan tərəfi Azərbaycan ərazilərini işğal edib. O ərazilərdə doğma torpaqlarından didərgin düşmüş insanlar seçmək və seçilmək hüququnu bu səbəbdən həyata keçirə bilmirlər. Ən maraqlısı budur ki, Avropa Şurası Par-lament Assambleyasının 2005-ci il yanvar ayının 25-də qəbul edilmiş qətnaməsində açıq-aşkar şəkildə qeyd edilib, Dağlıq Qarabağ separatçı rejimin nəzarəti altındadır. Amma bu gün Amerika Birləşmiş Ştatlarından həmin separatçı quruma maliyyə vəsaiti ayrılır. Ona görə də bu sülh danışıqları dala atılır.
Digər bir məsələ. Həmsədrlər daim qeyd edirlər ki, qarşılıqlı etimad yaradılmalıdır. Amma nədənsə işğal edilmiş ərazilərə məhz Ermənistandan səfər edirlər. Çox yaxşı təcrübə var ki, 1990-cı illərin sonlarına doğru amerikalı həmsədrin təşəbbüsü ilə Dağlıq Qarabağa, məhz Azərbaycanın işğal altında olmayan hissəsindən işğal altında olan hissəsinə səfər edildi və oradan da geri qayıdıldı. Hesab edirəm ki, bu cür səfər qarşılıqlı etimadın yaradılması və sülh üçün atılan ən nümunəvi bir metoddur. Mən sual vermək istəyirəm, nə üçün biz ATƏT-in həmsədrlərindən bu tələbi edə bilmərik ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərinə elə buradan keçsinlər, getsinlər, orada görüşsünlər, danışıqlar aparsınlar. Bizlərdən də kimsə onlarla getsin, beləliklə, məhz Azərbaycanın bir ərazisindən digər ərazisinə gedib-gəlməklə insanlar arasında qarşılıqlı etimadı doğrultsunlar. Yox, əgər onlar bu yolu tutmurlarsa, Ermənistana səfər edirlərsə, hesab edirəm ki,  bu, qarşılıqlı etimada ən ağır zərbələrdən biridir. Bununla bağlı istərdim ki, ATƏT-in həmsədrləri növbəti səfərlərini Azərbaycana etsinlər, Azərbaycanda işğal olunmuş Füzuli rayonuna, Ağdam rayonuna, Xankəndinə, Şuşaya getsinlər, danışıqlar aparsınlar.
Sədrlik edən. Yarım saat müzakirə elədik. Artıq müza-kirələr bəsdir, gündəliyə keçirik. Səməd müəllim, nəsə arayış vermək istəyirdiniz?
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Oqtay müəllim, bu, sadəcə, texniki bir məsələdir. Vatikan öz ölkəsində hansısa bir səfirin səlahiyyətlərini təsdiq etmək prosedurunu həyata keçirərkən konkret olaraq şərt qoymuşdur. Bu şərt ondan ibarətdir ki, ölkəyə fövqəladə və səlahiyyətli səfiri İtaliya təyin edirsə, həmin səfir Vatikanda eyni statusa malik ola bilməz. Deməli, Vatikanda hansısa başqa ölkədən, ya da birbaşa Vatikanın özünə təyin olunmuş səfir fəaliyyət göstərməlidir. Azərbaycan Respublikasının Vatikandakı  fövqəladə və səlahiyyətli səfiri İtaliyadakı fövqəladə və səlahiyyətli səfir Vaqif Sadıqov deyil, Fransada işləyən fövqəladə və səlahiyyətli səfir Elçin Əmirbəyovdur. Ona görə, Vaqif müəllimin Vatikana gəlişi və orada bir  səfir kimi fəaliyyət göstərməsi, sadəcə, mümkün deyil. Bu arayışı vermək istərdim.
Sədrlik edən. Sağ olun. Gündəliyin birinci məsələsinə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respub-likası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsidir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikası ilə Rusiya Hökuməti arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Azərbaycan və Rusiya strateji müttəfiqdirlər və son illərdə görülən bütün tədbirlər Azərbaycanla Rusiya arasındakı münasibətlərin daha da dərinləşməsinə, təkmilləşməsinə və keyfiyyətinin yüksəlməsinə xidmət edir.
Diqqətinizə çatdırılan saziş də bu məqsədlərə xidmət edir. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş Həştərxan şəhərində imzalanmışdır. Standart formaların əsasında tərtib edilmiş belə bir sazişin qəbul edilməsi bundan sonra da ölkələrimiz arasında investisiya mühitinin inkişafına, daha da sağlamlaşdırılmasına, bütövlükdə xarici iqtisadi əlaqələrin inkişafına xidmət edəcəkdir. Millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, sazişə münasibət bildirək.


Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan prezidentlərinin Bəyanatının təsdiq edilməsi haqqında qanun layihəsidir. Buyursun Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respu-blikası, Rusiya Federasiyası və Türkmənistanın dövlət başçılarının birgə imzaladıqları bəyanat həddindən artıq vacib və tarixi bir sənəd kimi qiymətləndirilməlidir. Doğru-dan da, bu sənədin içərisində olan imzaları oxuyanda görürsən ki, bu sənəd Azərbaycanın maraqlarının, xüsusilə dövlətimizin ərazi bütövlüyünün tam şəkildə Xəzəryanı ölkələr tərəfindən qəbul və təsdiq olunması kimi bir faktı ortaya qoyur. Sənəddə Azərbaycanın həmin ölkələrlə yalnız dənizlə bağlı deyil, habelə iqtisadi, mədəni və başqa əlaqələrinin yüksək səviyyədə təşkil olunması ilə bağlı da fikirlər əks olunmuşdur. Ona görə, təbii, belə bir sənədi, – mən bu sənədi sülh sənədi adlandırardım, – Xəzər dənizinin sülh dənizinə çevrilməsi ilə bağlı bu bəyanatı mütləq təsdiq etmək lazımdır. Ona görə ki, Qazaxıstan, Rusiya, İran, Azərbaycan, Türkmənistan Xəzərdə öz maraqlarını ortaya qoyub birgə fəaliyyət göstərərək, həmin regionu inkişaf etdirmək, iqtisadi nöqteyi-nəzərdən dünyaya təqdim etmək məqsədini daşıyırlar. Mən xahiş edirəm, həmkarlarım bu sənədə münasibətlərini bildirsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sazişə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə  100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
İkinci. “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, bu il sentyabr ayının 29-da Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan şəhərində sammiti keçirildi. Həmin sammit çərçivəsində bir sıra sənədlər imzalanıb. O sənədlərdən biri də müzakirənizə təqdim edilib. Sizə paylanılan sazişin layihəsində əməkdaşlığın əhatə dairəsi, prinsipləri, formaları və sair məsələlər öz əksini tapıb. Hesab edirəm ki, bu, Azərbaycanın milli və dövlət maraqları nöqteyi-nəzərindən olduqca kamil bir sənəddir və sizin hamınızı bu sənədə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bild-irək.

Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq olundu.
Dördüncü məsələ də eyni qəbildən olan məsələdir. “Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclis deputatları, xanımlar və cənablar! Bundan öncə qəbul etdiyiniz qanun layihələrinin davamı olaraq 2014-cü il sentyabrın 29-da Həştərxan şəhərində Xəzəryanı dövlətlərin IV Zirvə toplantısında imzalanmış “Xəzər dənizinin hidrometeor-ologiyası sahəsində əməkdaşlığa dair” Saziş və müvafiq qanun layihəsi müzakirənizə təqdim edilib. Xəzər dənizinin hövzəsində və ətraf ərazilərdə təsərrüfat fəaliyyətinin ildən-ilə artmasını, qlobal və regional səviyyədə iqlim dəyişikliyinin Xəzər dənizinin hidrometeoroloji vəziyyətinə mənfi təsirini, Xəzər dənizinin hidrometeoroloji durumunun regiondakı iqtisadi, ekoloji və sosial problemlərin həllinə təsirini nəzərə alaraq sazişin tərəfləri olan ölkələr Xəzər dənizinin vəziyyəti barədə məlumatların əldə olunması, işlənməsi, mübadiləsi və istifadəsini təmin edə bilən kompleks regional sistemin yaradılmasını razılaşdırıblar.
Sazişin məqsədlərinə nail olmaq üçün tərəflər görüləcək işlər, keçiriləcək tədbirlər haqqında razılığa gəliblər. Bu işlərin, tədbirlərin səmərəli və tərəflər arasında razılaşdırılmış şəkildə keçirilməsini təmin etmək üçün Xəzər dənizinin hidrometeorologiyası üzrə əlaqələndirmə komitəsinin yaradılması və təbii ki, bu komitənin işinin təşkili, idarə edilməsi, maliyyələşdirilməsinə dair xüsusi müddəalar sazişdə öz əksini tapıb. Xüsusi qeyd etmək lazımdır ki, bu komitənin qərarları ancaq yekdilliklə qəbul edilə bilər. Bu cür beynəlxalq sazişlərə məxsus olan başqa standart məqamlar da bu sazişdə öz əksini tapıb. Əminəm ki, hörmətli deputatlarımız sazişin mətni ilə tanış olublar və bundan daha artıq geniş təqdimata ehtiyac yoxdur. Hörmətli deputatlarımızı təqdim olunmuş qanun layihəsinin lehinə səs verib qəbul etməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə  99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
        
Çox sağ olun, qəbul edildi. Bu qəbildən olan sonuncu məsələ “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Sazişdir. Buyursun Valeh Ələsgərov. 
V.Ələsgərov. Hörmətli Milli Məclis deputatları, 2014-cü il sentyabrın 29-da Həştərxan şəhərində Xəzəryanı dö-vlətlərin IV Zirvə toplantısında imzalanmış “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Saziş və müvafiq qanun layihəsi sizin diqqətinizə təqdim edilir. Təbii ki, müzakirələr zamanı yadda saxlamalıyıq ki, diqqətinizə təqdim edilən saziş və müvafiq  qanun layihəsi bundan öncə Xəzəryanı dövlətlərin, – Azərbaycan Respublikası da daxil olmaqla, – qəbul etdiyi çərçivə konvensiyası müvafiq protokollar, sazişlər, xüsusi sahənin fəaliyyət növlərini əhatə edən sənədlərdir. Sazişin tərəfləri Xəzər dənizinin su resurslarının və su bioloji resurslarının ümumi sərvət olduğunu tanıyaraq və qəbul edərək, bu resursların tərəflər üçün iqtisadi, ekoloji önəmini nəzərə alaraq su bioloji resursların mühafizəsi, birgə idarə olunması, artırılması, səmərəli istifadəsini təmin edə biləcək müvafiq razılaşmaya gəliblər. Bununla əlaqədar sazişin müvafiq maddələrində gələcək əməkdaşlığın əsas prinsipləri, sahələri, bunlarla əlaqədar fəaliyyət növləri, bunların tənzimlənməsi, idarə olunması əhatə edilib.
Sazişin məqsədlərinə nail olmaq üçün tərəflər onların bərabər- hüquqlu nümayəndələrindən ibarət komissiya təsis ediblər. Komissiyanın təsis edilməsi, iş qaydaları, səlahiyyətləri və prosedurları müvafiq maddələrdə öz əksini tapıb. Əminəm ki, sazişin mətni ilə tanışsınız, vaxtınızı alıb, əlavə izahat verməyə, yəqin ki, ehtiyac yoxdur. Bu səbəbdən də təklif edirəm, müvafiq qanun layihəsini qəbul edək. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

                               

Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə  99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyan-naməsinin təsdiq edilməsi haqqındadır. Buyursun Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Bir neçə müddət bundan öncə Tacikistan Respu-blikasının Prezidenti Azərbaycanda olmuş, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti Tacikistan Respu-blikasına səfər etmişdir. Oktyabrın 16-da Düşənbə şəhərində belə bir Birgə Bəyannamə imzalanmışdır.
Mən istərdim, həmkarlarım həmin sənədin 4-cü bəndinə fikir versinlər: Tərəflər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının su-verenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əməl və təmin edilməsi əsasında və beynəlxalq hüququn ümumtanınmış normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq tezliklə sülh yolu ilə həll olunmasının zəruriliyini qeyd etdilər. Mən bunu bir misal kimi çəkirəm. Bundan başqa, iki ölkə arasında iqtisadi, mədəni və başqa əlaqələrin ən yüksək səviyyədə  inkişaf etdirilməsi ilə bağlı olan fikirlər bu sənəddə öz əksini tapmışdır. Təbii, Azərbaycanın Orta Asiyada ən strateji əhəmiyyət daşıyan ölkələrdən biri olan Tacikistanla münasibətlərini belə yüksək səviyyədə təşkil etməsi yalnız təqdir oluna bilər. Ona görə, həmkarlarımdan xahiş edirəm, bu sənədə müsbət münasibət bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bild-irək.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Digər məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişdir. Buyursun Ziyafət müəllim.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Bilirsiniz, bu il oktyabr ayının 14-də cənab Pre-zident Tacikistanda rəsmi səfərdə olmuşdur. Həmin rəsmi səfər çərçivəsində bir sıra sənədlər, o cümlədən bu saziş imzalanmışdır. Sazişin mətni sizə paylanıb. Burada əməkdaşlığın formaları, prinsipləri, işçi qruplarının yaradılması və digər məsələlər öz əksini tapıb. Biz bu qəbildən olan sənədləri bir çox dövlətlərlə artıq imzalamışıq. Özü də bu sazişlərin bir qayda olaraq çox gözəl işlək mexanizmi və səmərəsi olur. Ona görə, xahiş edirəm, bu sənədə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
                              
Çox sağ olun, qəbul edildi.
Nəhayət, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş. Buyursun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım, bildiyiniz kimi, bu ilin oktyabr ayında möhtərəm Prezidentimiz İlham Əliyev Tacikistan Respu-blikasında rəsmi səfərdə olmuşdur. Bu səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş də imzalanmışdır.
Bitki karantini işi hər bir dövlətin daim diqqət mərkəzində və nəzarətindədir. Buradakı hər hansı bir nöqsan çoxsaylı insan tələfatına və bitkilərin məhvinə səbəb ola, həm də ölkə iqtisadiyyatına külli miqdarda ziyan vura bilər. Bu baxımdan təqdim olunan Sazişin təsdiq edilməsi çox əhəmiyyətlidir. Sazişdə onun həyata keçirilməsi üçün hər iki dövlətin Kənd Təsərrüfatı nazirlikləri yanında dövlət fitosanitar nəzarəti xidmətləri səlahiyyətli orqanlar kimi müəyyənləşdirilmişdir. Sazişə əsasən tərəflər müvafiq fitosanitar sertifikatları verilən, karantin nəzarətində olan məhsulların, materialların və obyektlərin qarşılıqlı razılaşdırılmış siyahılarını mübadilə edəcəklər. Burada karantin tətbiq edilən zərərli orqanizmlərin siyahıları da verilmişdir ki, bu siyahılara da tərəflərin səlahiyyətli orqanları gələcəkdə əlavə və dəyişikliklər edə biləcəklər. Sazişdə bunun qüvvəyə minməsi tarixinin proseduru və qüvvədə olması müddəti göstərilmişdir. Təqdim olunan Saziş bu növ dövlət sənədlərinin tərtib olunma tələblərinə tam cavab verir. Hörmətli həmkarlarımdan bu sazişə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə  100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiyaya düzəlişlər edilməsi haqqında Protokolun və ona dair bəyanatının təsdiq edilməsi barədə qanun layihəsi. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Adı çəkilən konvensiya hələ 1988-ci ildə Strasburq şəhərində imzalanmışdır. Sonralar yeni əməkdaşlıq mühitinin yaranması, yəni SSRİ-nin dağılması, bir çox ölkələrin bu konvensiyaya qoşulması ilə əlaqədar olaraq beynəlxalq standartların tətbiq edilməsi üçün çoxtərəfli hüquqi sənədin hazırlanmasının arzu olunmasını nəzərə alaraq bu konvensiyaya müəyyən dəyişikliklər edilir. Azərbaycan da bu konvensiyaya qoşulur, eyni zamanda, aşağıdakı bəyanatı qəbul edir. Azərbaycan Respublikası bəyan edir ki, Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiyaya müvafiq olaraq, Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən səlahiyyətli orqanlar Azərbaycan Respublikasının Prezidentinə və ya milli şəxsinə aid məlumatların konvensiyanın 5-ci və 7-ci maddələrinə əsasən təqdim edilməsindən əvvəl həmin rezidenti və ya milli şəxsi bu barədə məlumatlandıra bilər. Eyni zamanda, bəyan edir ki, Azərbaycan Respublikası konvensiyanın və protokolun müddəalarını yalnız diplomatik münasibətləri olan iştirakçı dövlətlərə münasibətdə tətbiq edə bilər. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 10-cu məsələsi Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov. Hörmətli Milli Məclisin deputatları! Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi Milli Məclisin müzakirəsinə Azərbaycan Respu-blikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 oktyabr tarixli 1/150 saylı məktubu ilə təqdim edilmişdir. Bu, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli qanununun tətbiqi ilə əlaqədardır. Təklif edilən dəyişiklik nədən ibarətdir?
Su Məcəlləsinin 103-cü maddəsinin birinci abzasında “vətəndaşlar” sözü “fiziki və hüquqi şəxslər” sözləri ilə əvəz edilir. Yeni mətn belədir: “Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının” və sair. Köhnə mətn yerində qalır. Bu da, təbii ki, qanunun subyektlərini daha dəqiq tanımağa, bilməyə və bunların arasında münasibətləri qanun çərçivəsində daha düzgün şəkildə qurmağa imkan verir. Əminəm ki, lehinə səs verib qəbul edəcəyik. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə  97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişi-kliklər edilməsi barədə sizlərə təqdim edilmiş qanun layihəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılma məqsədi ilə hazırlanmışdır. Qanun layihəsinin 3-cü maddəsinə aşağıdakı təklif əlavə olunur: “Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və ya sığorta marağı olan bu qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz”.
Qanunun 6-cı maddəsinin sonuncu bəndinə isə aşağıdakı əlavələr təklif  olunur: “Sığortaçı sığorta ödənişini bu mad-dənin beşinci hissəsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir”. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim. Yəni bu qanun layihəsi uyğunlaşdırılma məqsədi daşıyır.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən fürsətdən istifadə edərək ümu-milikdə icbari sığorta fəaliyyəti ilə bağlı qanunda ediləcək dəyişikliklər kontekstində iki təkliflə çıxış etmək istərdim. Bilirik ki, icbari sığorta sahəsi ilə bağlı bizdə çoxsaylı qanunvericilik aktları vardır. 3 il öncə biz yeni “İcbari sığorta haqqında” Qanun qəbul etmişik, Mülki Məcəllədə də bu sahənin əsas tənzimetmə xüsusiyyətləri əks olunur. Bundan başqa, məcburi sığorta, sosial sığorta, tibbi sığorta, hüquq münasibətləri və müvafiq qanunvericilik nümunələri vardır. Təklif edərdim ki, kodifikasiya, məcəlləşdirmə aparılsın və vahid Sığorta Məcəlləsi qəbul edək. Belə ki, Milli Məclisin fəaliyyətində son zamanlar bu cür vahid tənzimetmə aktlarının tərtibi artıq bir ənənə halını alır. Biz dördüncü çağırış olaraq da bir neçə belə məcəllə qəbul etmişik. Onlardan birinə də bu gün dəyişikliklər edilməsini müzakirə edirik. Yəni sığorta sahəsində məcəllənin, ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktının qəbul edilməsi variantını, məncə, nəzərdən keçirə bilərik.
Digər tərəfdən məlumdur, çox təəssüf ki, bizim əhalidə sığorta o qədər də populyar deyildir. Halbuki tarixi təcrübə göstərir ki, bazar iqtisadiyyatının sürətlə inkişaf etdiyi za-manlarda həmişə sığorta fəaliyyətinə böyük tələbat olmuşdur. Təbii fəlakətlərdən, fors-major hallardan sığorta institutu həmişə insanların ehtiyac duyduğu, qarant hesab etdiyi bir haldır. Məsələn, Türkiyədə artıq, bildiyim qədər, məcburi zəlzələ sığortası vardır. Bildiyimiz kimi, heç bir ölkə, heç bir dövlət belə təbii fəlakətlərdən sığorta olun-mayıb. Məsələn, bizdə Kür çayının daşması ilə bağlı nə qədər insan əziyyət çəkdi və ya Şimal-Qərb bölgəmizdə zəlzələni yada salaq.
Hər iki halda möhtərəm cənab Prezidentin diqqət və qayğısını hiss etdik. Əlbəttə, ölkədə vətəndaşa böyük diqqət və qayğı vardır, büdcəmiz sosial yönümlüdür və insanlar dövlətə inanırlar. Lakin öz gələcəklərini düşünərək onu da bilməlidirlər ki, burada sığorta institutunun yeri və əhəmiyyəti böyükdür. Bu baxımdan hesab edirəm ki, bu sahəyə hökumətimiz diqqəti daha da artırmalıdır. Stimullaşdırma tədbirləri aparılmalıdır, xüsusi mexanizmlər düşünülməlidir ki, insanlarda inam olsun. Sığorta mexanizmi cəld, effektiv və səmərəli işləsin. Hərdən olur ki, bəzi özəl sığorta şirkətləri sığorta hadisəsi baş versə də, sığorta ödənişini etmirlər. Bu da əhalidə bu sahəyə maraq və inamı azaldır. Belə şirkətlərə qarşı ciddi təsir tədbirləri də artırılmalıdır.  Hesab edirəm ki, vahid məcəllə qəbul edilərsə, bu məsələlər orada öz əksini tapmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mən sığorta anlayışının Azərbaycanın reallığında ifadə olunmasının tərəfdarlarından biriyəm. Lakin bu gün Azərbaycanın ən müxtəlif sahələrində tətbiqinə böyük cəhdlər göstərilən icbari sığortanın doğurmuş olduğu neqativ halları diqqətə çatdırmaq istəyirəm.
Bu gün çox təəssüflər olsun ki, Azərbaycanda iki amil Azərbaycan xalqının maraqlarından, onun şəxsi həyatının, mülkiyyətinin qorunmasından daha çox bunun əleyhinə işləməkdədir. Biri Azərbaycanın bank sistemidir, ikincisi də sığorta sistemidir. Maşınlar sığortalanır, hər hansı bir qəza nəticəsində həmin maşınların sahibləri dəymiş olan ziyanın ödənilməsi üçün günlərlə sığorta şirkətlərinin qapısında növbə çəkməli olurlar. Həmin maşının zərər çəkmiş sahibi heç bir üsulla, yolla öz sığortasını o sığorta şirkətlərindən ala bilmir. Sübut üçün külli miqdarda faktlar var və bizə də bununla bağlı çox sayda müraciətlər edirlər. Ona görə də mənim sualım çox hörmətli Ziyad müəllimədir ki, nədən bütün sığortalar icbari xarakter daşıyır?
Avtomobil sahibi hər hansı bir məsələ ilə bağlı Dövlət Yol Polisinə müraciət edəndə ona ciddi şəkildə irad tuturlar ki, sənin sığortan  yoxdur, ona görə də buyur, get, sığortanı elə, ondan sonra gəl, sənin digər məsələlərin Dövlət Yol Polisi səviyyəsində həll olunsun. Dövlət Yol Polisini mən burada qətiyyən günahlandırmıram və o fikirdə də deyiləm. Sadəcə olaraq, onlara tətbiq edilmiş olan bu icbari məcburi sığortanın doğurmuş olduğu şəraitdən, məntiqdən çıxış edərək bu cür yanaşmalar var. Hörmətli cənab Sədr, bu, bütün sahələrdə mövcuddur. Bir dənə arayış almaq istəyirsən, bir iş görmək istəyirsən, sahibkarlar və ya digərləri deyirlər ki, buyurun, gedin, sığorta haqqında müqaviləni imzalayın, pulunuzu keçirin, ondan sonra gəlin, digər məsələləri biz sizın üçün həll edək. Ona görə də bu anlaşılmazlıq bu gün ciddi şəkildə problem yaratmaqdadır. Sığorta faktiki olaraq bu gün Azərbaycandakı kommersiya bankları kimi Azərbaycan xalqının qanını sormaqdadır. Biz, nəhayət, buna son qoymalıyıq,  fikrimizi söyləməliyik. Qanunvericilik baxımından bütün bu problemlərin doğura biləcəyi nəticələrin aradan qaldırılması üçün konkret və ciddi addımlar atılmalıdır. Diqqətinizə görə təşəkkür  edirəm.
Sədrlik edən. Çox sağ olun.  Fəzail müəllim, “İcbari sığorta haqqında” Qanunu biz burada, Milli Məclisdə qəbul etmişik. Dünyanın hər yerində icbari sığorta var. Əfsuslar olsun ki, Siz deyən kimi,  bəzi yerlərdə icbari sığorta insan-lar üçün normal şəkildə işləmir. Bununla razıyam.
Ziyad müəllimə söz verək. Bu haqda fikirləşmək lazımdır. Həqiqətən, insanlar çox əziyyət çəkirlər, çox məktublar, şikayətlər gəlir. Dünyanın hər yerində, bir az pis mənada çıxmasın, sığorta şirkətləri varlanıblar. Çox böyük pullar qazanırlar, ancaq pulları xərcləməyə əlləri gəlmir.  Mən razıyam bununla. Ziyad müəllim də bir forma, ya müqavilə forması, ya da başqa bir şey fikirləşsin. Nəyisə dəyişdirmək lazımdır ki, insanlar öz verdikləri pullardan, icbari sığortadan  ziyan çəkməsinlər. Ziyad müəllim, səsə qoymamışdan qabaq, xahiş edirəm, bir neçə kəlmə deyəsiniz. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Oqtay müəllim, Siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, “İcbari sığorta haqqında” Qanun dünyanın əksər ölkələrində fəaliyyət göstərir. Məhz Milli Məclisin son illərdə sığorta fəaliyyəti ilə əlaqədar qəbul etdiyi qanunlar nəticəsində Azərbaycanda sığorta bazarı formalaşmışdır. 2006-cı ildə mən “Sığorta fəaliyyəti haqqında” Qanundan məlumat verərkən bildirdim ki, Azərbaycan sığorta bazarı-nın inkişafına görə nəinki MDB məkanından, bir çox ölkə-lərdən də geri qalır. Bizim iqtisadi inkişafımızla sığorta ba-zarının  inkişafı arasında çox kəskin bir uçurum yaranmış-dır.
Son illərdə qəbul edilmiş qanunlar, əhalinin sığorta haqqında maarifləndirilməsi ilə əlaqədar olaraq görülən tədbirlər müsbət nəticə vermişdir. Bu gün artıq sığorta ba-zarımızın həcmi 400 milyon manatı ötüb keçib. Mən hörmətli Fəzail müəllimin dediklərində həqiqət olduğunu qəbul edirəm. Həqiqətən də, Milli Məclisə olan mü-raciətlərdən görürük ki, sığorta ödənişlərində yubadılmalar olur. Bu barədə biz Dövlət Sığorta Nəzarətinin rəhbərliyi ilə danışmışıq,  komitə üzvləri ilə də belə qərara gəlmişik ki, Oqtay müəllim, “Sığorta fəaliyyəti haqqında” Qanunun, “İcbari sığorta haqqında” Qanunun həyata keçirilməsi pros-esində meydana çıxan nöqsanları təhlil edək və Sizə, Milli Məclisə məlumat verək.
Bütövlükdə bu qanun layihəsi onu göstərir ki, sığortaçının  məsuliyyəti artır. Çünki doğrudan da, gecikdirmələr olur, incitmələr olur, çoxsaylı arayışlar tələb edilir. Biz keçən dəfə həmin qanunlara müəyyən dəyişikliklər etmişdik ki, süründürməçiliklər aradan qaldırılsın. Bəzən yol qəzası olan zaman saatlarla maşını ortadan götürmürlər ki, sığorta sənədini gətir. Bu hallar var. Mən hesab edirəm ki, Oqtay müəllim, Sizin də tövsiyənizi nəzərə alaraq yaxın vaxtlarda sığorta fəaliyyətinə rəhbərlik edən təşkilatlarla söhbət aparaq və bu barədə Sizə, millət vəkillərinə məlumat verək.
Bu qanun layihəsi gələcəkdə sığorta bazarında qanunvericiliyin daha da təkmilləşdirilməsinə yönəlmişdir. Əgər sığorta alan haqqını tələb edirsə, sığortaçı ödəmirsə, ona inzibati qaydada cərimələr müəyyən ediləcək. Ona görə mən millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə səs verək. Qaldırılan məsələlər isə xüsusi müzakirə, xüsusi araşdırma tələb etdiyi üçün bir müddətdən sonra bu barədə sizə məlumat verərik.
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar müəllim, çıxışa yazıldınız Siz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, mikrofon verin.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə ki, icbari sığorta zəruri bir məsələdir, bu olmalıdır. Bədbəxt had-isələrlə bağlı sığorta şirkətinə öhdəlik qoyulur ki, o, imtina edə bilməz. Bu da çox vacib bir məsələdir. Çünki belə halların qarşısı alınmalıdır. Amma burada bir məsələ var. Ümumiyyətlə, sığorta şirkətlərinin hesabatı məsələsi çox ciddi bir narahatçılıq doğurur. Siz də bunu doğru qeyd etdiniz ki, il boyu sığorta şirkətlərinə ödənişlər olur, növbəti təqvim ilinə keçirik, yenə ödənişlər olur. Nə qədər sığorta ödəyibdir? Nə qədər qazanc götürübdür və buradan dövlət büdcəsinə nə qədər ödəmələr baş veribdir? Bunların heç biri haqqında geniş, açıq və şəffaf şəkildə hesabat yoxdur. Mənə elə gəlir ki, əsasən, sığorta şirkətlərinin hesabatı və şəffaflığı məsələsi gündəmə gətirilməlidir ki, bunlar işlək bir mexanizmə çevrilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun.  Məsələnin məğzi aydındır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.


Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə  95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişiklik edilməsi barədədir.  Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Bəxtiyar müəllim bir məsələni haqlı olaraq  diqqətə çatdırdı. Mən məlumat vermək istəyirəm ki, bütövlükdə  ildən-ilə  yığılan sığorta aktları ilə sığorta ödənişləri arasında nisbət artmağa meyillidir. Yəni hazırda 30–32 faizi qaytarılıb. Təbii ki, sığorta şirkətlərində bu rəqəm müxtəlifdir. Amma əvvəllər, 7–8 il bundan qabaq bu rəqəm çox az idi. Dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələ bir də qaldırıldı, millət vəkilləri bildirdilər ki, hər bir şirkət üzrə bu rəqəmlərin daha dərindən aydınlaşdırılmasına ehtiyac var.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna aşağıdakı əlavələrin edilməsi təklif olunur: “Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu  qanunun 4-cü maddəsində nəzərdə tutulmuş subyektlərlə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz”. Bu hallar olur, bəzən sığortaçıya müraciət edirlər, amma sığortaçı görür ki, hadisə riskli xarakter daşıyır, müqavilə bağlamaqdan imtina edir. Amma qanunda edilən dəyişiklik bu məsələni də qaydaya salacaqdır. Hörmətli Ziyafət müəllim, millət vəkillərindən xahiş edərdim ki, həm bu, həm də sonrakı məsələ eyni məqsədə xidmət etdiyi üçün o qanun layihələrinə birdəfəlik münasibət bildirək.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Qanun layihəsi ilə bağlı Qənirə xanım çıxış etmək istəyir.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim.  Mən bu dəyişikliyə səs verəcəyəm. Hesab edirəm ki, bu ən ciddi məsələlərdən biridir. Bizim aldığımız çoxsaylı məktub və şikayətlər də bunu deməyə əsas verir ki, bu sahədə sözün həqiqi mənasında ciddi tənzimləmələrə ehtiyac var. Qəbul olunan düzəliş bu tənzimləmələr istiqamətində müəyyən addım olacaq deyə düşünürük və təbii ki, dəstəkləyirik. Amma söhbət ondan gedir ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək fəaliyyətinin itirilməsi hallarının ən çox baş verdiyi sahələrdən  biri tikinti sektorudur. Əmək müqavilələri olmadan çalışdırılan insanlar var. Bunların icbari sığortasından danışmağa dəyməz. Sonra hər hansı bir problem çıxan zaman görürük ki, insanlar artıq bu məsələdən də yararlana bilmirlər. Ona görə bu məsələ tənzimlənməklə bərabər, bədbəxt hadisələrin olduğu sahələrə nəzarət ciddiləşməlidir. Burada əmək müqaviləsi və icbari sığortası olmadan çalışdırılma məsələlərinə artıq son qoyulmalıdır. Çünki məsələnin bir tərəfində, ümumiyyətlə, müqavilə ilə çalışmayan, sığortası olmayan insanlar dururlar.
İkincisi, burada Ziyad müəllim də dedi, bir az bu rəqəmlərdə dəyişikliklər gedir, amma bu rəqəmlər də hələ kifayət qədər deyil. Bu məsələdə süründürməçilikdən və rəqəmlərin azlığından kifayət qədər şikayətlər var ki, onlara da baxmaq lazımdır. Amma burada söyləndi ki, icbari sığortaya nə ehtiyac var? Bu çox ehtiyac olan bir sahədir.
Mən xahiş edirəm ki, biz bir məsələyə də baxaq. Bu, bölgələrimizdə yaşayış evlərinin sığortası məsələsidir. Təbii ki, könüllü sığortalar və sair deyilə bilər. Amma çox önəmlidir ki, əhali arasında biz maarifləndirmə işi aparaq. Mənim seçki bölgəmdə son 1 həftədə qazla bağlı 2 partlayış baş verib. Maraqlanıram, mənzillərin heç birinin sığortası yoxdur. Sabah bu ailə gəlib qapıları döyəcək ki, kömək edin. Kömək etmək imkanları çətindir. Ona görə də evlərin, mənzillərin icbari sığortası məsələsinə biz diqqəti daha da gücləndirsək, daha da artırsaq, bu çox önəmli olar. Bu problem artıq cəmiyyətin probleminə çevrilir. Bu ailələr müraciət edirlər, ancaq kömək etmək mexanizmləri yoxdur. Necə edəsən, kömək etmək üçün böyük vəsait tələb olunur. Ona görə də çox vacibdir ki, biz bölgələrdə sığorta sahəsində həm maarifləndirməni artıraq, eyni zamanda da, bu məsələdə icbari sığortanı sürətləndirək ki, bu problem gələcəyə doğru azalsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə  94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, bu qanun layihəsi ilə bağlı məlumat verdiniz. Buyurun, xahiş edirəm, bu qanun layihəsinə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Komitə sədri Əli Hüseynli məlumat verəcək. Əli müəllim, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, xatırlayırsınızsa, 2014-cü ilin mart ayında İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər etdik. Orada anlayışlar da dəyişmişdir. Belə ki, yol hərəkəti ilə bağlı texniki nəzarət vasitələri anlayışına xüsusi texniki vasitələr anlayışı əlavə olunmuşdur. Məhz buna görə də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanu-nunun bir neçə maddəsində, daha dəqiq 83, 84, 85-ci mad-dələrdə bundan sonra xüsusi texniki vasitələr anlayışından istifadə olunacaq. Bunlar da ki, əsas etibarı ilə kamera və video müşahidə vasitələridir.
Eyni zamanda, hazırda müvafiq icra hakimiyyəti orqanında  mərkəzi informasiya sistemi yaradılmışdır. Bütün informasiyalar, çəkilişlər ora inteqrasiya olunur. Bu, İnzibati Xətalar Məcəlləsində də artıq öz əksini tapmışdır, “Yol hərəkəti haqqında” Qanunda da öz əksini tapmalıdır. Belə ki, yol hərəkəti qaydalarının əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Bu, 83-cü maddəyə edilən əlavədir. Çox sağ olun.
Sədrlik edən. Bəxtiyar Əliyev, buyurun.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Şübhəsiz ki, bu əlavə və dəyişikliklər edilməlidir. Bunlar günün tələbləridir, çünki artıq xüsusi texniki vasitələrdən istifadə edilir.  Bu haqda biz qanun da qəbul etmişik, mərkəzi informasiya sistemi yaradılıb. Hamısı çox yaxşıdır, amma bir məsələ var. Söhbət ondan gedir ki, protokolda xüsusi texniki vasitələrin göstəriciləri qeyd olunmalıdır. Bu gün belə hallarla rastlaşılır ki, rəsmi şəkildə tərtib olunmuş protokolda xüsusi texniki vasitələrin, tutaq ki, ili yazılır. İl yazılır 1898-ci il. Bu, inzibati protokoldur. Bu, tərtib olunan rəsmi sənəddir.  Prosessual qanunvericiliyə görə, əgər belə prosessual qaydalarda yanlışlığa yol verilibsə, hər hansı bir səhvə yol verilibsə, bu, həmin protokola, həmin qaydaya xitam verilməsi üçün kifayət qədər əsas verir. Mən istərdim, Əli müəllimə belə bir sual  ünvanlayım. Əgər belə protokollar tərtib olunursa, – bu gün də davam edir, – həmin texniki göstəricilər: radarların istehsal edildiyi, baxışdan keçirildiyi tarixlər hərdən tamamilə absurd tarixlər olur. Belə olan halda həmin protokollara xitam verilməsi üçün hansı tədbirlər nəzərdə tutulur? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən Ramiz müəllimin də burada olmasından istifadə edib diqqəti bir məsələyə yönəltmək istəyirəm. Bizdə bu məsələyə çox təəssüf ki, nə Nəqliyyat Nazirliyi, nə də Daxili İşlər Nazirliyi diqqət yetirir. Biz bilirik ki, Bakıda avtobuslar tərəfindən çoxsaylı yol-nəqliyyat hadisələri törədilir, bir çox hallarda isə bunlar iri qabaritli olduqları üçün ölümlə nəticələnən hadisələr baş verir. 
Ziyafət müəllim, Siz, yəqin, xatırlayırsınız, NATO Assambleyasının iclasından qayıdarkən Vilnüsdən Riqaya qədər biz avtobusla gəldik.  Yolda baxdıq ki, sürücü heç yerdə sürəti artırmır, imkanı yoxdur. Biz onunla söhbət etdik və bəlli oldu ki, bütün avtobusların içərisində, yəni 11 nəfərdən çox sərnişin daşıyan avtomobillərin içərisində xüsusi cihazlar yerləşdirilir. Həmin cihazlarda da hər bir sürücünün özünün kartı var. Bir sürücü gündə 8 saatdan artıq avtomobil sürə bilməz.
İkincisi, sürət həddini aşdığı təqdirdə qısa xəbərdarlıqdan sonra həmin cihaz avtomobilin mühərrikini söndürür. Yəni bu, sürücünün bizə danışdığı idi. O təəccübləndi ki, necə yəni sizdə belə bir sistem daxil edilməyib. Həmin kartı cihaza daxil etməklə sən gün ərzində yalnız 8 saat avtomobil sürə bilərsən. Əgər sən hansısa qanunsuz yollarla ikinci bir kart əldə etmisənsə, yol polisi əməkdaşlarında xüsusi cihazlar var, onlar dərhal müəyyənləşdirirlər ki, artıq avtobusun içərisində ikinci bir kart var. Yəni sən 8 saat sürəndən sonra birini çıxarıb ikincisini daxil edirsənsə, bu, məlum olur. Biz də texniki vasitələrdən istifadə etməklə bu sahədə qayda-qanun yaratmalıyıq. Əhali arasında belə bir fikir yayılıb ki, Ramiz müəllim, yəqin, məni eşidir, avtobus sürücüləri bəzən 16 saat çalışırlar. Onlar 8 saatdan sonra tam yorulurlar, amma yorğunluq hiss etməsinlər deyə, bəziləri hətta narkotik vasitələrdən istifadə edirlər. Bu da yollarımızı daha təhlükəli edir.
İkinci bir məsələ. Ziyafət müəllim, məqamı gəlib çatıb, biz artıq bunu mütləq etməliyik. Bəzən sürücülər sürət həddini aşır və biz sürət həddini aşmağa görə cinayət məsuliyyəti nəzərdə tutmuruq. Bu yaxınlarda, yəni oktyabr ayının 15-də Brüsseldəydim. Orada bir hadisənin şahidi oldum. Qanunla  müəyyən olunmuş həddən, saatda 50 kilometrdən artıq gedirsə, həmin sürücü başqalarının həyatını təhlükə altına qoyduğuna görə birbaşa cinayət məsuliyyətinə cəlb olunur. Kimsə normal maşın sürərək evinə gedir  və bir başqası da gəlir, bunu vurub öldürür, yaxud həyatını təhlükə altında qoyur. Niyə bu adamlar dərhal  cinayət məsuliyyətinə cəlb olunmasınlar. Ona görə də mən hesab edirəm ki, biz “Yol hərəkəti qaydaları haqqında” Qanuna müvafiq dəyişikliklər və Cinayət Məcəlləsinə də müvafiq əlavələr etməliyik. Sürət həddini, dediyim kimi, normadan 50–60 kilometr  aşan adam əgər 60-la getmək lazımdırsa, həmin yerdə saatda 120 ilə sürürsə, bu adam cinayətkardır. Bu öz həyatını da təhlükə altına qoyur, özü cəhənnəm, başqasının həyatını da təhlükə altına qoyur. Ona görə də düşünürəm ki, avtobuslar mütləq təcili surətdə bu cihazlarla təmin olunmalıdır. Bunun icrasını birbaşa, – cənab Prezidentin səlahiyyətinə aid olan məsələdir, – Daxili İşlər Nazirliyinə, yaxud Nəqliyyat Nazirliyinə tapşırmaq olar. Amma qayda-qanun yaratmaq üçün küçələrdə yol polisi əməkdaşları nə qədər fəaliyyət göstərsələr də, avtobusların sayı çox olduğu üçün yol polisi əməkdaşlarının vasitəsi ilə texniki nəzarəti həyata keçirmək mümkün deyil. Bu cihazların təcili tətbiqinə başlamaq lazımdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən.  Sağ olun. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Yəqin, təcrübi sualları cavablandırmaq üçün Ramiz müəllimə söz verəcəksiniz. Amma mən niyə söz aldım, çünki həm 14-cü, həm də 17-ci məsələlər yol hərəkəti haqqındadır. Mən yanlışlığa yol verib 17-ci məsələni məruzə eləmişəm. Ona görə istərdim, əgər sonra şərait yaratsanız, 14-cü məsələni məruzə edim. Olarmı?
Sədrlik edən. Ramiz müəllim, Siz bu qaldırılan məsələlərə münasibət bildirmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Artıq çıxış eləyən yoxdur. Buyurun.
R.Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.
Hörmətli Qüdrət müəllimin qaldırdığı məsələlər ilə bağlı izahat verərdim. Həqiqətən, deyildiyi kimi, Qərb ölkələrinin əksəriyyətində avtobuslarda elektron rəqəmsal topoqraflar qurulur və bu həmin nəqliyyat vasitəsinin gün ərzində, yəni iş müddətində hərəkət sürətinə nəzarət etməyə imkan verir. Elə rəqəmsal topoqrafların Azərbaycanda da tətbiqi ilə bağlı məsələ gündəmdədir, artıq Nəqliyyat Nazirliyi tərəfindən müəyyən işlər görülür. Təşkilati işlər görülüb. Şəhərlərarası nəqliyyat vasitələrində, avtobuslarla sərnişin daşımalarında rəqəmsal topoqrafların tətbiqi nəzərdə tutulub. Buna nəzarət həm Nəqliyyat Nazirliyi, həm də Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək. Yaxın vaxtlarda bu öz həllini tapmalıdır.
Sürət həddinin aşılmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması məsələsi bəlkə də aktualdır. Yəni bilirsiniz ki, bu gün sürət həddinin saatda 60 kilometrdən artıq olması İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Orada məsuliyyət nəzərdə tutulur. Sürəti aşmaya görə 250 manat cərimə nəzərdə tutulur. O ki qaldı avtobus sürücülərinin gün ərzində 8 saatdan artıq vaxt ərzində işləmələri, bu, həqiqətən, çox təhlükəlidir. Bu məsələni Nəqliyyat Nazirliyi ilə bir neçə dəfə müzakirə eləmişik. Bu daşımaların təşkilatçısı Nəqliyyat Nazirliyi olduğu üçün bu məsələnin həlli istiqamətində onlar tərəfindən müəyyən addımlar atılır və yaxın vaxtlarda avtobuslarla sərnişin daşımalarının təşkili məsələsi köklü surətdə dəyişdiriləcəkdir. Hələlik bu qədər.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, mən bir məsələni dəqiqləşdirmək istəyirəm. Siz 14-cü məsələ dediniz, hansı məsələni məruzə eləmisiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma mən baxıram, Siz elə 14-cü məsələdən danışırdınız axı. Siz düz məruzə eləmisiniz. 14-cü məsələni səsə qoyuram. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə  93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Bu qanunun mahiyyəti ondan ibarətdir ki, “yerli əhəmiyyətli yollar” adlanan bir məfhum var idi. Bu, “Avtomobil yolları haqqında” Qanunun təsnifatına uyğunlaşdırılaraq indən belə bələdiyyə yolları adlandırılacaq. Çünki yerli əhəmiyyətli yollar daha geniş məfhumdur və bələdiyyə mülkiyyətinin heç də həmişə hamısını əhatə etmir. Düzəliş bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Bir həftədən sonra növbəti bələdiyyə seçkiləridir. Bələdiyyə seçkilərində iştirak edənlərə uğurlar arzulayıram. Bir neçə qanunvericilik sənədi bələdiyyələrə aiddir. Elə birincidən başlayaq. Bu qanunvericilik sənədində yolların tikilməsi və saxlanılması kimi vacib məsələ bələdiyyələrə həvalə olunur. Ancaq açıq bir sual qalır. Bu, kifayət qədər maliyyə tutumlu bir məsələdir. Bələdiyyələr həmin vəsaiti haradan alacaqlar, nə vaxt alacaqlar və həmin yolların tikilməsi və saxlanılması istiqamətində işləri səmərəli həyata keçirə biləcəklərmi?
Bu nöqteyi-nəzərdən bir dəfə çıxış elədiyim üçün icazənizlə, başqa məqamlara da toxunmaq istəyirəm. Bələdiyyəyə dair 25 hüquqi normativ akt qəbul olunub. Bu, hesab edirəm ki, kifayət qədər böyük bir rəqəmdir. Ona görə də bələdiyyələrin Azərbaycanda formalaşmasından keçən 15 ili şərti olaraq mən birinci mərhələ adlandırardım. Demək, Azərbaycanda bələdiyyələrin formalaşmasının 1-ci mərhələsi başa çatıb. 25 dənə hüquqi normativ akt qəbul olunub. Artıq bələdiyyələrin kifayət qədər təcrübəsi var. Müəyyən dərəcədə struktur cəhətdən də formalaşıblar. Bir hissə işin çəmini tapıb normal işləyir. Amma bələdiyyələrin xeyli hissəsinin fəaliyyəti hələ arzu olunan səviyyədən aşağıdır. Ona görə də bəzi məqamlara münasibət bildirərək obyektiv bir monitorinq keçirilməsini istərdim. Həmin monitorinqin əsasında bələdiyyələrin əldə etdiyi müsbət təcrübənin inkişaf etdirilməsi, mənfi cəhətlərin aradan qaldırılması istiqamətində Bələdiyyələrin fəaliyyətinin səmərəliyinin artırılması adlı 2015–2020-ci illəri əhatə edən bir konsepsiya və fəaliyyət proqramı qəbul edilərdi.
Biz beynəlxalq konvensiyalara imza atmışıq. Həmin konvensiyalara görə bələdiyyələr bir sıra sahələrdə müstəsna hüquqlara malik olmalıdırlar. Azərbaycanın idarəetmə sistemində bu, bütöv şəkildə mümkün olmasa da, həmin hüquqları, hesab edirəm ki, yerli icra hakimiyyəti ilə bələdiyyələrin hüquqlarının optimal nisbətini tapmaqla müəyyən eləmək olar. Bu baxımdan heç olmasa, 1-ci mərhələdə rayonlarda kənd və qəsəbə icra nümayəndələrinin əvəzinə həmin hüquqların, səlahiyyətlərin bələdiyyələrə verilməsi və müvafiq maliyyə ilə təmin olunmasını təşkil edərdik. Bələdiyyələrin fəaliyyəti həm statusdan, həm də yetərincə maliyyədən asılıdır. Bələdiyyələrin fəaliyyəti üçün 35–40 milyon manatdan artıq büdcə vəsaiti olmayıb. Yalnız bir dəfə 50 milyon manat olub. Bu da ildə bələdiyyələr üçün haradasa 20–23 min manat vəsait deməkdir. Ayda da 1700–2000 manat vəsait deməkdir ki, bununla da heç nə eləmək mümkün deyil. Dotasiyalar da 3,5 milyon manatdan 5,2 milyon manata çatıb. Bunu müsbət addım kimi hesab eləsəkdə, bu, bələdiyyələrin büdcəsində 10 faizdən bir qədər artıqdır. Bunu da adambaşına böləndə 50 qəpikdən o yana getmir. Yəni bu vəsait ilə də bələdiyyələrin probleminin həlli istiqamətində ciddi addımlar atmaq mümkün deyil. Ona görə də bələdiyyələrin əlavə maliyyələrə çıxması üçün şərait yaradılması istiqamətində ciddi addımların atılmasını təklıf edirik. Bələdiyyələrin nə qədər pulu və statusu olsa da, əgər yaxşı kadrları yoxdursa, bələdiyyələrin fəaliyyətinin səmərəliyindən danışmaq olmaz.
Elə bu seçkilərdə məhz yerli problemlərin həllindən başı çıxan, onların həlli istiqamətində iş bacaran insanların bələdiyyələrə seçilməsini vacib hesab edirik ki, həmin insanlar bələdiyyələrin fəaliyyətinin xeyli dərəcədə canlandırılması istiqamətində zəruri işlərin görülməsində mühüm rol oynaya bilsinlər. Bələdiyyələr torpaqları satan zaman 2 problem yaranır. Birinci, onların xəritələri tam həll olunmadığına, ikincisi də hərracların özləri qüsurlu olduqlarına görə ciddi problemlər yaranır. Ona görə də bələdiyyələrin xəritələrində olan problemin tezliklə həll edilməsini və səmərəli hərrac mexanizminin qurulmasını təklif edirik. Eyni zamanda, biz bələdiyyələrin əlində olan torpaqlardan təkcə satış vasitəsi kimi yox, həm də ondan bələdiyyələrin gəlirlərinin artırılması vasitəsi kimi istifadə edilməsini, beynəlxalq təcrübədən istifadəyə bu istiqamətdə addımların atılmasını vacib hesab edirik.
Bələdiyyələrin sayı azalır. 1717–1718-dən haradasa 1605-ə enib. Bunu irəliyə doğru addım hesab edirik. Amma 3 bələdiyyəni birləşdirib bir bələdiyyə eləmək və islahata getməmək həmin 3 bələdiyyənin problemlərini də birləşdirmək deməkdir. O nöqteyi-nəzərdən bələdiyyələri birləşdiririksə, onun islahat kontekstində birləşdirilməsini təklif edirik. Bələdiyyələrin əlavə vəsait əldə etmək yollarından danışan zaman qeyd etmək lazımdır ki, bir vaxtlar yol vergiləri bələdiyyələrin əlində idi. İndi o yol vergiləri bələdiyyələrin əlindən alındığına görə, – 17 milyona qədər işçiləri var, – bələdiyyələrin əgər gəlirlərini 35 milyon, 40 milyon götürsək, onların həmin vergi əllərindən çıxdığına görə, hesab edirəm ki, əgər kənd yolları bələdiyyələrə verilirsə, bu istiqamətdə Prezident səviyyəsində artıq normativ hüquqi akt qəbul olunursa, bunun maliyyə tutumu və vergi mexanizminin təkmilləş-dirilməsi istiqamətində işlərin görülməsinə ehtiyac var.
Eyni zamanda, təklif edirik ki, bələdiyyələr bazar münasibətləri relsinə keçirilməlidir. Bələdiyyə sahibkar-lığının inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Nəhayət, bələdiyyələrin artıq kifayət qədər təcrübəsi var. Ötən əsrin əvvəllərində Bakı meriyası olub. Bakı meriyasının tənqidi, təhlili, dünya təcrübəsinin tənqidi, təhlili, 15 ildə əldə etdiyimiz bələdiyyə təcrübəsinin tənqidi, təhlili əsasında böyük Bakı bələdiyyəsinin yaradılmasına artıq ehtiyac var. Bu istiqamətdə konkret addımların atılmasını vacib hesab edirik. Bələdiyyələr beynəlxalq aləmdə özlərini doğrultmaları istiqamətində addımlar atmalıdırlar. Həm təcrübənin və əlavə maliyyə mənbələrinin əldə edilməsi, həm də birgə layihələrin həyata keçirilməsi yerlərdə bir sıra sosial xarakterli problemlərin həllinin sürətləndirilməsinə kömək olar. Buna görə də bələdiyyələr, hesab edirəm ki, cəzbedici layihələr hazırlamalı, həm yerlərdə, həm də xaricdə sponsorlar, investorlar taparaq həmin layihələri həyata keçirməlidirlər. Bu təcrübənin sistemli şəkildə həyata keçirilməsi bələdiyyələrin əhalinin gözündə rolunun artmasında, bilavasitə əhalinin bələdiyyəyə inamının artmasında və bələdiyyələrin yeni mərhələyə keçməsində mühüm rol oynaya bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Mən öz fikrimi çox qısa bildirəcəyəm. Əslində, burada bir ifadə dəyişikliyindən söhbət gedir. Yerli yolları biz bələdiyyə yolları ifadəsi ilə daha da konkretləşdirərək dəyişdiririk. Biz Arif müəllimlə də bayaq söhbət elədik. Biz bunu, təbii ki, konkretləşdirərək bələdiyyə yolları şəklində veririk. Amma ortada çox ciddi problem var. Bu problem özəlliklə kəndlərdə, kənd rayonlarında illərlə davam edən bir problemdir. Biz bunun bir mexanizmini tapmalıyıq. Yol vergiləri bunlardan alındı, kənd yolları, kənddaxili bütün yollar bələdiyyə ərazilərinə daxil edildi. Hər hansı bir dövlət qurumuna müraciət etdiyiniz zaman, təbii, bu məsələni vurğulayacaq ki, bu yolları bələdiyyələr təmir eləməli və tikməlidir. Bələdiyyələrə müraciət edən zaman məlum olur ki, qaynaq yoxdur. Ya dotasiya çox az şəkildədir, ya da  bizim əldə edəcəyimiz qaynaqlarda yetərli qədər vəsait yoxdur. Yol tikintisi də bahalıdır. Yolun tikintisidir, təmiridir, salınmasıdır, bunlar kifayət qədər bahalıdır, vəsait istəyir. Ona görə də kənd yolları ilə bağlı məsələlər çox təəssüf ki, bir problem olaraq qalmaqdadır. Ona görə də biz indi bu dəyişikliyi eləyirik. Bələdiyyə yolları ifadəsi ilə bir az da konkretləşdiririk. Amma bu yollar necə düzələcək? Əgər biz bu qaynağı verməsək, hansısa qaynaqlar verilməsə və ya büdcədən hansısa yardımlar ayrılmasa, bu məsələ yenə də ildən-ilə qalmaqda davam edəcək və kəndlərdə, özəlliklə bəlkə böyük ərazilərdə, böyük kəndlərdə yox, amma orta və kiçik kəndlərdə çox ciddi problem yaradacaq. Ona görə, mənə elə gəlir ki, biz bu qaynaqlar məsələsini bir az düşünsək, yaxşı olar. Bu statusu bunlara veririk, bunlar etməlidir deyirik. Amma bələdiyyələr bunu nə ilə edəcək məsələsinin də üzərində düşünərək daha çox mexanizmlərə baş vurmaq, onlara dəstək olmaq lazımdır.
Qarşıdan seçkilər gəlir. Biz ümid edirik ki, daha fəal bə-lədiyyə üzvləri seçiləcəklər, daha təşəbbüskar olacaqlar, müxtəlif qaynaqlar vasitəsi ilə bu məsələlərin həllinə çalışacaqlar. Amma biz bunu da şəxslərin nə qədər fəal olacaqlarına bağlayırıqsa, bir bölgədə işlər bir az gedəcək, amma başqa bir bölgədə kənddaxili yollarda problemlər qalacaq. Ona görə, mənə elə gəlir, bu məsələyə də baxmaq lazımdır ki, bu yollar bələdiyyəyə verilirsə, işlər hansı qaynaqlar əsasında aparılacaq, onun həllini tapmaq lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən buna aydınlıq gətirmək istəyirəm. Deputat həmkarlarımın sözlərinin təsirini azaltmaq istəmirəm. Bu bələdiyyə yolları deyəndə, nəzərdə tutulmasın ki, bütün kəndarası gediş-gəliş yolları bələdiyyələrə verilir. Əslində, bu gün hörmətli Prezidentimiz kəndlərarası yolların təmiri ilə, saxlanması ilə, istismarı ilə əlaqədar mühüm sərəncamlar verir. Bu elə bütün rayonlara aiddir. Çünki işlək yollar var ki, bunlar heç də bələdiyyələrə aid deyil. Kəndin işlənməyən xırda yolları, girişləri ki var, bələdiyyələrin istifadəsinə verilən həmin yollardır. Ancaq digər yollar yenə də dövlətin istis-marındadır və bu yolların salınması, saxlanması üçün tədbirlər görülür. Sağ olun.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə.
A.Rəhimzadə. Həqiqətən, çox ağrılı bir problemdir. Hansısa xırda bir məsələ müzakirə olunanda bütün bələdiyyələrin problemləri müzakirə olunur, təkliflər verilir. Burada bələdiyyələrə nə yol verilir,  nə də onlardan hansısa səlahiyyətləri alınır, yalnız yerli əhəmiyyətli yollar məfhumu bələdiyyə yolları ilə dəyişir. Çünki yerli əhəmiyyətli yollar deyəndə, bu, geniş bir məfhumdur. Bələdiyyə yolları konkretdir və burada konkretləşmə gedir. Biz bundan sonra da bələdiyyə məsələlərini müzakirə edəcəyik. Bu məsələləri yeri gələndə müzakirə eləmək lazımdır. Büdcəni müzakirə eləyirik, bu məsələlər orada deyilməlidir. Biz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsini dinləyirik, bu məsələlər orada deyilməlidir. O ki qaldı bələdiyyələrin imkanlarına, əlbəttə, bələdiyyələrin imkanları məhduddur. Ancaq o imkanlardan da bələdiyyələr lazımınca istifadə etmirlər. Bələdiyyə var ki, öz büdcəsindən kənar 1 milyon 400 min manatlıq işlər görübdür. Gedib Azərsuya, yol təşkilatlarına və digər dövlət təşkilatlarına müraciət edib, izah edib, sübut edib ki, bu iş görülməlidir və onların vəsaiti hesabına bu işləri görüb. Burada ən başlıcası, gözləyirik, hansısa bir sərəncam olacaq, bir qərar olacaq, bələdiyyələrin işi də avtomatik düzələcək. Elə deyil. Bələdiyyə torpağında yaşayan insanların, bələdiyyələrə rəhbərlik eləyən insanların fəallığı lazımdır. Bu şərt olmasa, bələdiyyələrə nə qədər pul verirsən ver, bir nəticə olmayacaq. Növbəti məsələmiz subvensiya haqqında olacaq. İndiyə qədər bələdiyyələrə dotasiya verilirdi. Ancaq bələdiyyələr izah və sübut eləyə bilsələr ki, bu iş görülməlidir, dövlət büdcəsindən onlar vəsait  ala bilərlər.
İndi seçkidən biz çox danışdıq. Seçkilərdə iştirak eləyən insanların əksəriyyəti təhsilli insanlardır. Bu bir. İkinci tərəfdən onların əksəriyyəti işləyir, məvacib alır və bu işdə onlar Koroğlunun çağırışına gedən insanlardır. Bunlar bu işdə başqa bir məqsəd güdmürlər. Həqiqətən, istəyirlər, bələdiyyə institutu inkişaf etsin. Mən hesab edirəm ki, bu seçkilərdən sonra bələdiyyələrin fəaliyyətində yeni bir mərhələ açıla bilər və açılacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə  94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirənizə təqdim olunur. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qanunun “Dövlət əmlakının təsnifatı” adlanan 6-cı maddəsini aşağıdakı qaydada vermək təklif olunur: “Ümumi istifadə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər”. Amma əvvəl belə gedirdi: “dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və tunellər”.
“Avtomobil yolları haqqında” Azərbaycan Respubli-kasının Qanununu qəbul etdikdən sonra təklif edilir ki, torpaq sahələri də “Dövlət əmlakının təsnifatı” adlandırılan maddəyə daxil edilsin. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Sadəcə olaraq, hörmətli Ziyad müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, burada, düşünürəm ki, texniki səhvə yol verilib. Ziyad müəllim “istifadə” dedi, mən hesab edirəm ki, “istifadədə olan” kimi getməlidir, ona görə, bu texniki düzəlişə, xahiş edirəm, diqqət yetirin. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa çıxış eləyən yoxdur? Buyurun, xahiş edirəm, münasibət bildirək.


Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə  99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun “Avtomobil yolları haqqında” Qanuna uyğunlaşdırılmaq məqsədi ilə parlamentə təqdim olunub. “Avtomobil yolları haqqında” Qanunda çox vacib bir müddəa var idi ki, hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir. Bu, müasir standartlara cavab verən bir normadır, bizim qanunvericilikdə də artıq var, eyni zamanda da, baş verən yol hərəkətlərinin, yol hadisələrinin qarşısının alınmasına yönəlmişdir. Eyni zamanda, “ağırçəkili nəqliyyat vasitəsi”, “iriqabaritli nəqliyyat vasitəsi” anlayışları verilir. Bir  daha vurğulamaq istəyirəm ki, bu müddəalar “Avtomobil yolları haqqında” Qanunda var. Sadəcə, bu qanuna uyğunlaşdırmaq məqsədi ilə “Yol hərəkəti haqqında” Qanunda da öz əksini tapması vacibdir.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Çingiz Qənizadə.
Ç.Qənizadə. “Yol hərəkəti haqqında” Qanunun Əsas anlayışlar adlanan 1-ci maddəsinə Əli müəllimin qeyd elədiyi təklifi təqdim elədik. Amma mənim üçün bir şey qaranlıq qalır. Burada söhbət, əsasən, 6-cı bənddən gedir. Avtomagistrallarla bağlı hissədə bu maddənin əlavə olunması təklif olunub. Amma mən dəqiq bilmirəm, ümumiyyətlə, Azərbaycanda “avtomagistral” anlayışı və ya belə yol varmı? Yaxud da ki, bu avtomagistrallar artıq varsa, normativ qaydalara uyğun formada təhlükəsizliyi təmin olunubmu? Ora kənar müdaxilələr, mal-qaranın girişi, müəyyən maşınların kəndlərdən çıxıb magistral yollara girməsi, bunlar hamısı, əslində, qadağan olunmalıdır. Ancaq bundan sonra “magistral” anlayışı yarana bilər.
Bir şey də qeyd eləyim ki, yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir və hər 50 kilometrdən çox olmayan hissələr xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir. Bunları xaricdə görmüşük, magistrallarda belə yerlər var, böyük maşınlar, kiçik maşınlar dayanıb istirahət eləyir. Amma Azərbaycanda bu, hələlik inşa olunmayıbsa, belə istirahət və xidmət yerləri yoxdursa, ancaq avtomagistrallar varsa, insanlar neyləməlidir, nədən istifadə eləməlidirlər? Ona görə, mən təklif edərdim ki, hələlik biz tələb olunan qaydaları təmin eləyək, ondan sonra qanunun qüvvəyə  minməsini tətbiq etmək olar. O yoxdur, bu da qadağan olunur. Yolda da kimsə dayanıb tələbatını ödəmək üçün su alacaqsa, bu artıq dövlət yol polisi əməkdaşları tərəfindən qanun pozuntusu kimi qiymətləndiriləcək.
Ona görə, nə qədər ki 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq mey-dançalarını tam inşa edib insanların istifadəsinə verməmişik, bu qanunun tətbiqinə də icazə vermək bir az düzgün olmaz. Gələcəkdə nəzərə alınsın ki, bunlar tətbiq edildikdən sonra bu qanunun tətbiqinə icazə verilir. Bu qədər.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Mən bu dəyişiklikləri məqbul hesab edirəm, xüsusi ilə yolların qorunması haqqında məsələ, elə bilirəm, hər birimizin ürəyindəndir. Bu, həmin dəyişikliklərdə də nəzərdə tutulub. Həqiqətən, bu gün respublikada yol təsərrüfatı sahəsində böyük işlər görülüb, istər magistral yollar, istərsə də kəndarası yollar xeyli dərəcədə abadlaşdırılıb, yaxşılaş-dırılıb. Lakin bu gün yolların qorunması çox pis vəziyyətdədir. Yol çəkilir, bir də görürsən ki, bir-iki aydan sonra hansısa xətt keçməlidir, yol qazılıb bərbad vəziyyətə salınır. Digər tərəfdən bu yollarda baş verən qəzalar yolları bərbad hala salır. Yolların ətrafında müəyyən zolaqlara, bəzən oradakı obyektlərə, yaşıllıqlara qəzalar nəticəsində kütləvi ziyan dəyir.
Mən təklif edərdim ki, bu yolların qorunması ilə əlaqədar qoyulan qadağalar sərtləşdirilsin, cərimələr artırılsın. Sonra, burada yolların kənarında xidmət sahələrinin yerləşdirilməsi məsələsi qoyulub. Elə bilirəm ki, bu da çox vacib məsələdir, insanların istirahəti üçün yaxşıdır. Ancaq təəssüflər olsun ki, bu gün yollara həddən artıq yaxın olan xidmət obyektləri fəaliyyət göstərir. Bəzən görürsən, maşınlar elə dayanıb, yolu keçmək mümkün deyil. Bu da müəyyən qədər qəzaların baş verməsinə səbəb olur. Elə bilirəm ki, gələcəkdə bunlar nəzərə alınmalıdır. Çox sağ olun.
Sədrlik edən. Vahid müəllim, sualınız var?  Buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Birinci məsələ ilə əlaqədar mənim sualım yoxdur, normal qəbul edirəm. Burada ikinci dəyişikliyi Əli müəllim demədi, dör-düncü maddədə də dəyişiklik olunur. “Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına, təmirinə, saxlanılmasına və qorunmasına” sözləri əlavə edilir. “Qorunmasi” elə “saxlanılmasına” daxildir də. Yəni qorunması deyəndə sabah bunun əlavə maliyyə mənbəyi tələb olunacaq, onun qorunması nə deməkdir, saxlanılmasına daxildir də. Bu niyə əlavə olunur, istərdim, Əli müəllim aydınlıq gətirsin.
Sədrlik edən. Aydındır, sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim bir təklifim var, təbii ki, bu qanun layihəsinə səs verəcəyəm. Ancaq biz inkişaf etmiş Avropa dövlətlərində olarkən və onların magistral yollarından istifadə edərkən müşahidə edirik ki, magistral yollar yaşayış qəsəbələrinin içərisindən keçmir. Hətta əgər keçirsə, yaşayış qəsəbələrinin içərisində mühafizə üçün xüsusi hasarlar çəkilir və yaşayış məntəqələrində yaşayan insanların, mal-heyvanın və yaxud yola maneçilik törədən başqa amillərin qarşısı alınır. Ancaq bizdə bu, müşahidə olunmur. Ona görə mən təklif edərdim ki, hələ ki, imkan var, magistral yolların yaşayış məntəqələrinin içərisindən çıxarılıb ətrafdan keçməsi üçün şərait yaradılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa çıxış eləmək istəyən yox-dur? Əli müəllim, üzr istəyirəm, Siz Vahid müəllimin su-alına aydınlıq gətirmək istəyirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllimə mikrofon verin.
Ə.Hüseynli. Ziyafət müəllim, mən qeyd etmək istəyirəm  ki, “qorunmaması” ifadəsi “Avtomobil yolları haqqında” Qanundan köçürülüb, yəni göstərilir ki, nəyə görə, kim məsuliyyət daşıyır. Yolların saxlanılmamasına, qorun-mamasına görə müvafiq icra hakimiyyəti orqanı məsuliyyət daşıyır, “qorunmaması” ifadəsi oradan köçürülüb. Amma yolun saxlanması ilə qorunmasının fərqi nədir, onu yolla məşğul olanlar bilirlər, mən, düzü, onu bilmirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qanun layihəsinə dəyişiklik “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaş-dırmaq məqsədi ilə hazırlanmışdır. Qanunun 48-ci maddəsinə aşağıdakı bəndlər əlavə edilir: 48.2.3. Sərnişin daşımaları xidmətini həyata keçirən gəmi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasını “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirmək.
48.3. Bu məcəllənin 48.2.3-cü maddəsi ilə müəyyən edilmiş tələb yerinə yetirildiyi halda gəminin istismarına icazə verilir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Ziyad müəllim, mən istərdim, buna ay-dınlıq gətirək. Bax, bu 48.2.3. Sərnişin daşımaları xidmətini həyata keçirən gəmi ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası. Qəza belə şeydir ki, bir kilometrdə də ola bilər, 100 kilometrdə də. Deyək ki, Bakı bulvarından Nargin adasına qədər gəmilər səyahət edirlər, bu qəza orada da ola bilər, yaxud uzaq bir səfərə, deyək ki, Türkmənistana gedəndə də ola bilər. Nə üçün yaxın məsafələrdə sığorta olmasın. Qəza ilə bağlıdırsa, qəza elə 5 metrdən sonra da ola bilər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nargin adasına qədər şəhərdaxili getmir? Mən elə bilirəm ki, Səbail rayonu ərazisidir, burada sərnişindaşımadan söhbət gedir axı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, bunu sonra aydınlaşdırarıq. Çıxış eləmək istəyən yoxdur? Buyurun, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar! Bu məsələ də “İcbari sığortalar haqqında” Qanunun tələblərindən irəli gəlir və nəqliyyat daşımaları ilə bağlı məsələlərə aiddir. Burada da şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlərin istisnası göstərilir, eyni zamanda, texniki baxış zamanı sürücülər üçün tələb olunan sənədlər siyahısında icbari sığorta şəhadətnaməsi vurğulanır. Beləli-klə, “Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişi-kliklər “İcbari sığortalar haqqında” Qanunun tələblərindən irəli gəlir.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Ziyafət müəllim, mən istəməzdim, təkrar-çılıq olsun. Əslində, Sizin bayaq qaldırdığınız məsələyə uyğun fikir ifadə edəcəyəm. Biz “Yol hərəkəti haqqında” Qanunun 14-cü maddəsinə yeni bir əlavə edirik. Burada yenə “fərdi qəza sığortası” anlayışı var, qeyd olunur ki, bu şəhadətnamə sığorta olunduqda nəqliyyat vasitələri Azər-baycan Respublikasının ərazisində yol hərəkətində iştiraka buraxılır. Amma mötərizədə yenə qeyd edirik: “şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla”. Amma, əslində, bu gün sərnişinlər şəhərdaxili və qəsəbədaxili daşımalar zamanı daha çox əziyyət çəkirlər və qəzaların çoxu şəhərdaxili və yaxın məsafəyə gedən yollarda olur.
Bayaq Siz gəmiçiliklə bağlı qeyd elədiniz, əslində, burada da bunu tətbiq etmək lazımdır və ən azı, sürücünün məsuliyyəti bir az artmış olar, insanlar da bilərlər ki, heç olmasa, onların həyatı sığortalandığı üçün müəyyən qurumlar nəzarəti həyata keçirəcəklər. Hər gün Bakı şəhərində onlarla nəqliyyat hadisəsi olur, ictimai nəqliyyatda daha çox olur. Mən belə hesab edirəm ki, bu qanun Azərbaycan Respublikasının ərazisində yol hərəkətində nəqliyyat vasitələrinin iştirakına icazə verirsə, o, mütləq şəhərdaxili və qəsəbədaxili sərnişindaşımalara da tətbiq olunmalıdır.
Burada kimlərinsə marağı var və ya belə hesab edirlər ki, risklidir, müəyyən maddi zərər çəkərlər, amma bizim üçün ən dəyərlisi insan həyatı və sağlamlığıdır. Ona görə mən təklif edirəm ki, mötərizədəki “şəhərdaxili və qəsəbədaxili” anlayışı çıxarılsın və  hamıya tətbiq olunsun. Təşəkkür edirəm.
          
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini  B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Çox maraqlı məsələlərə toxundunuz. Doğrudan da, günümüzdə baş verən hadisələrə fərqli münasibətdir. Ona görə Əli müəllimin hansısa bir izahatı varmı, yoxdursa da, düşünürəm ki, qarşıdakı dövrdə bu təkliflər bəlkə müvafiq dairələr tərəfindən informasiya üçün qəbul olunmalı və üzərində düşünülməlidir. Əli müəllim, sözünüz varmı? Buyurun.
Ə.Hüseynli. Bahar xanım, mən onu demək istəyirəm ki, biz burada çətin vəziyyətə düşürük. “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklər “Avtomobil yolları haqqında” Qanundan idi, İqtisadi siyasət komitəsi özü bu qanuna baxıb və oradakı anlayışların suallarını bizə ünvanlayır. İndi bu qanundakı dəyişikliklər də “İcbari sığortalar haqqında” Qanundandır. Bizim etdiyimiz iş o qanundakı müddəaların bura köçürülməsidir. Ona görə niyə şəhərdaxili nəqliyyat vasitələri icbari sığortadan kənardır, məncə, bu məsələnin izahatını ancaq iqtisadçılar verməlidirlər. Biz onun mahiyyətinə müdaxilə edə bilməmişik və o işdən bixəbərik.
Sədrlik edən. Sağ olun, Əli müəllim, cavabdeh bəlli oldu. Ziyad müəllim, bəlkə bir münasibət bildirəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yox, səsə qoyacağıq, sadəcə, insanlar su-allarına cavab almaq istəyirlər. Ziyad müəllim inandırıcı bir kəlmə desin, səsə qoyacağıq. Cavabınız varmı, Ziyad müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsə qoyuruq. Münasibətinizi bildirin. 
                                  
Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə  87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul olundu, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Bahar xanım. Bild-iyimiz kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun qəbul olunub və o qanunun tələblərinə görə bir sıra məsuliyyətlər nəzərdə tutulub. Eyni zamanda, hörmətli həmkarlar, həmin qanunun qəbulundan sonra bir sıra yeni anlayışlar da meydana çıxdı. Bu anlayışlar isə ilk növbədə həm çağırışla bağlı olan məsələləri, həm də hərbi qeydiyyat və səfərbərliklə bağlı məsələləri özündə ehtiva edirdi. Bilir-siniz ki, artıq səfərbərliyə aid xüsusi xidmət də mövcuddur. Amma bizim İnzibati Xətalar Məcəlləsində anlayışlar köhnə anlayışlardır. Bu baxımdan təklif olunan əlavələr və dəyişikliklər ilk növbədə İnzibati Xətalar Məcəlləsinin artıq qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlıdır. Amma bunlar, həqiqətən də, maraqlıdır. Çünki çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsi, hərbi qeydiyyat sənədlərinin qəsdən korlanması və ya itirilməsi, hərbi qeydiyyat qaydalarının pozulması, bunlar hamısı səfərbərliklə bağlı olan çox vacib məsələlərdir.
Burada bir sıra sanksiyalarda dəyişikliklər var. Çünki bu, aktual məsələdir, müharibə şəraitində olan ölkəyik. Amma bir daha vurğulamaq istəyirəm ki, təklif olunan əlavə və dəyişikliklər əsas etibarı ilə qüvvədə olan qanunun İnzibati Xətalar Məcəlləsində öz əksini tapması ilə bağlıdır. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm, Əli müəllim. Burada mən də bir xəta etdim. Saata baxmadım, vaxt bitib, fasilə vaxtıdır. Amma əgər biz elə xəta üzündən davam etdiksə, bəlkə elə davam edək. Etiraz edən yoxdur, fasiləsiz işləyək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Razıyıq. Onda Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Mən belə hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsində edilən bu dəyişikliklər bəlkə də bu günün tələbidir. Çünki səfərbərliklə bağlı artıq konkret müəyyən olunur ki, burada həm vəzifəli şəxslər, həm də çağırışçılar hansı qaydada inzibati məsuliyyət daşıyırlar. İndiyə qədər, əslində, bu yox idi. Yəni çağırışçılar bəzən gəlmədikdə, on-lara zəng olunurdu, xahiş olunurdu, evinə adam göndərilirdi, amma indi konkret müəyyən olunacaq ki, çağırışçı bilərəkdən çağırış yerinə gəlmədikdə hansı məsuliyyəti daşıyır və yaxud da gəlməməsinin səbəbkarı vəzifəli şəxsdirsə, yəni səfərbərlik xidmətinin əmək-daşıdırsa, onun günahı ucbatından bu baş veribsə, eyni zamanda, hərbi qeydiyyata alınmayıbsa, vəzifəli şəxsin artıq inzibati məsuliyyəti qoyulur. Ona görə belə hesab edirəm ki, dəstəklənməlidir. Bu, yaradılan nizam-intizama dəstək ola biləcək bir qanun layihəsidir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Başqa bir çıxış etmək istəyən yoxdursa, səsə qoyuruq. Münasibətinizi bild-irin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul olundu, sağ olun.
Növbəti 21-ci məsələ “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Bahar xanım. Hörmətli həmkarlar, bildiyiniz kimi, “Fərdi məlumatlar haqqında” Qanuna biz bu il bir dəyişiklik etmişdik. Dəyişi-kliyin də mahiyyəti ondan ibarət idi ki, orada əldə olun-masına məhdudiyyətlər qoyulan məlumatlar siyahısı var idi və o siyahıya maliyyə əmanətləri barədə məlumatlar da daxil edildi. O qanun qüvvədədir və təbii ki, “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlar bir-biri ilə bağlıdır. Amma biz artıq qüvvədə olan həmin müddəanın, məhdudiyyətlər siyahısında öz əksini tapmış müddəanın, eyni zamanda, “İnformasiya əldə etmək haqqında” Qanunda da öz əksini tapması üçün bu dəyişikliyi edirik. Baxmayaraq ki, bununla bağlı mətbuatda da fərqli yazılar olub, amma mahiyyətini mən bir daha açıqladım. O, qüvvədə olan normadır və maliyyə əməliyyatları barədə məlumatlar da artıq məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar sırasındadır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Rəbiyyət xanım, Sizin sözünüz yoxdur? Sizin komitədə də müzakirə olunub. Çıxış etmək istəyən, fikri olan yoxdur. Səsə qoyuruq onda. Münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul olundu.
Növbəti 22-ci məsələ “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədədir.  Rəbiyyət Aslanova.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Təşəkkür edirəm, Bahar xanım. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün diqqətinizə təqdim olunan bu sənəd, yəni “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqında qanun layihəsi kütləvi informasiya vasitələrinin fəaliyyət sahəsində mövcud olan münasibətlərin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Bu qanun 15 il bundan əvvəl, yəni 1999-cu ildə qəbul edilib və vətəndaşların tam, doğru, dürüst, operativ informasiya almaq hüququnun həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Beynəlxalq aləmdə mövcud olan müsbət təcrübədən bəhrələnərək qəbul edilmiş bu sənədə zaman-zaman dəyişi-kliklər edilmişdir və bu dəyişiklikərin hər biri zamanın tələbi idi. Bu gün informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının mükəmməlləşməsi, böyük, mürəkkəb internet şəbəkəsinin həyatımızın bütün sahələrini əhatə etməsi kimi proseslər bu qanunda öz əksini tapmalı idi və bu baxımdan qanunun Əsas anlayışlar hissəsinə vaxtı ilə biz informasiya agentlikləri, internet kimi anlayışları da əlavə etmişdik. Bu gün isə yeni bir anlayış əlavə edilir. Bu, oxşar adlar anlayışıdır və reallıqdan irəli gələn bir zərurətdir.
Oxşar ad əvvəllər uçota alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi və ya yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adı ilə eynilik təşkil edən addır. Yəni sonuncu anlayış kimi bu daxil edilir. Bir şeyi qeyd etmək istərdim ki, mətbu orqanlar içərisində elə bu gün də oxşar adlı nəşrlərə tez-tez rast gəlirik. Bu da bir həqiqətdir ki, bəzən informasiyanın dəqiqliyi qəzetin və yaxud agentliyin nüfuzundan asılı olur. Bəzən hər hansı bir informasiyanı almaq istəyərkən biz onun hansı mənbədən – özünü doğrultmuş, öz obyektivliyi ilə seçilən hansı agentlikdən alındığına xüsusi önəm veririk. Belə olan surətdə kifayət qədər ciddi nüfuza sahib olan bir mətbu orqanının adına oxşar addan istifadə edən digər qəzetdə verilən qeyri-obyektiv məlumatlar elə həmin qəzetin nüfuzuna da xələl gətirir və bu baxımdan oxşar ad məfhumuna, oxşar ad fikrinə olan dəyişiklik 14-cü maddədə, yəni Kütləvi informasiya vasitəsinin təsis edilməsi maddəsində öz əksini tapıb: “... əvvəl təsis edilmiş digər mətbu nəşrlə eyni və ya oxşar ada malik olan mətbu nəşrlərin təsis edilməsinə yol verilmir”. Bu gün Azərbaycanın media məkanında belə təkrarlara çox rast gəlinir, buna görə də media məkanında bir nizamlamanın olmasına böyük ehtiyac var.
Üçüncü, 19-cu maddəyə, yəni Kütləvi informasiya va-sitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi maddəsinə edilən dəyişikliklərdir. Burada söhbət iki dəyişiklikdən gedir. Birinci düzəliş üçüncü bəndə edilib: “kütləvi informasiya vasitəsinin xarici ölkənin dövlət orqanı, fiziki və ya hüquqi şəxsi tərəfindən qanuna zidd şəkildə maliyyələşdirilməsini aşkar etmiş qurumların məlumatları daxil olduqda” onun yayımına xitam verilir. İkinci düzəliş də dördüncü bəndə edilib: “kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır”. Əvvəlki qanunda üç dəfə, yəni “il ərzində üç dəfə məsuliyyətə cəlb edildikdə” ifadəsi var idi, indi, sözsüz ki, iki dəfəyə endirilib və bu da olduqca düzgün bir haldır. Kütləvi informasiya vasitələrinin istehsalı və yayımının hansı halda dayandırılması və ya xitam verilməsi şərtlərinə əsasən hər kəs bilir ki, bu, ilk növbədə həm təsisçinin, həm də məhkəmənin qərarı ilə dayandırılır və ya xitam verilir. Yəni hər şey hüquqi normalarla nizamlanır. Ancaq bu gün belə bir addımın atılması hansı zərurətdən irəli gəlir? Onu demək istərdim ki, məhz bu addımın atılması media məkanında məsuliyyət hissinin artırılması, cəmiyyətdaxili münasibətlərin gərginləşməsi cəhdlərinin qarşısının alınması, mobinq siyasətindən öz maraqları üçün istifadə edən qüvvələrin fəaliyyətinin məhdudlaşdırılmasına xidmət edir. Nəzərinizə çatdırım ki, mobinq siyasəti bu gün dünyada çox geniş yayılmış bir siyasətdir. Ayrı-ayrı nüfuzlu, işgüzar, peşəkar şəxslərin, siyasi liderlərin nüfuzuna xələl gətirmək, onların şərəf və ləyaqətini alçaltmaq üçün məqsədyönlü şəkildə qəzetlərdə, mətbu orqanlarda aparılan bir siyasətdir. Bax, məhz belə mobinq siyasətindən öz maraqları üçün istifadə edən qüvvələrin fəaliyyətinin məhdudlaşdırılması, ekstremist düşüncə tərzinin tirajlanmasının dayandırılması üçün atılan ciddi addımdır.
Bu gün hörmətli həmkarlarım Fazil Mustafa, Zahid Oruc və digərləri də media məkanında olan ayrı-ayrı saytlardakı, agentliklərdəki yanlış məlumatların cəmiyyətə ötürülməsi, bununla da insanların informasiya, psixoloji təhlükəsizliyinə ciddi zərər vurulması haqqında məsələ qaldırdılar. Hər birimiz buna şahidik və bu baxımdan vətəndaş-vətəndaş, vətəndaş-dövlət, cəmiyyət-vətəndaş arasındakı o münasibətlərin sivil qaydada inkişaf etməsi üçün qəzetlər, informasiya agentlikləri, bütün internet şəbəkəsində olan resurslar özlərini, öz fəaliyyətlərini yenidən səfərbər etməlidirlər. Əks təqdirdə cəmiyyətdə gərginlik yaranır və insanlar arasında münasibət olduqca kəskin bir həddə çatır. Bu baxımdan həmin agentliklərin, qəzetlərin, istər virtual, istərsə də gerçək məkanda olan, fəaliyyət göstərən bu qurumların fəaliyyətində məsuliyyətin artırılması üçün qərəzli yazılara görə məsuliyyətə cəlbetmənin il ərzində məhz iki dəfəyə endirilməsi nəzərdə tutulur. Əgər qərəzli yazılara görə on-lara məhkəmə qarşısında iki dəfə xəbərdarlıq edilibsə, onların fəaliyyətinə xitam verilməsi olduqca düz və obyektiv bir addımdır və mən hörmətli həmkarlarımdan xahiş edərdim ki, məsələyə çox ciddi yanaşsınlar. Bu heç də geri-yə doğru bir addım deyil, əksinə, insan hüquq və azadlıqlarının qorunması, onun şərəf və ləyaqətinin qorunması üçün atdığımız çox ciddi bir addımdır. Hər birimizin hüquqlarının gerçəkləşməsi üçün, şərəf və ləyaqətimizin qorunması üçün, vətəndaşa obyektiv, dürüst, qərəzsiz məlumatın ötürülməsi üçün lazım olan bir addımdır. Sizi buna səs verməyə çağırıram.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Müzakirələrə keçirik. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Hörmətli millət vəkilləri! Mən hesab etmirəm ki, bu qanun-da sadalanan ayrı-ayrı dəyişikliklərə çox ciddi şəkildə ehtiyac var və bu qanun mütləq qəbul olunmalıdır. Çünki dəyişikliklərin heç biri fundamental bir dəyişiklik deyil və tutaq ki, kütləvi informasiya vasitələrinin təsis edilməsində eyni adın yanında bir oxşar ada da rast gəlinir. Azərbaycan-da kifayət qədər sinonim sözlər var, mətbu orqanlarda kifayət qədər bundan istifadə olunur. Dil zənginliyi o qədər çoxdur ki, hesab etmirəm, bu sözlərin hamısından fərqli şəkildə istifadə etmək mümkündür. İstənilən halda onların oxşar olduğunu iddia etmək mümkündür.
Amma məsələnin sonuncu hissəsinə xüsusi ilə diqqət etmək istəyirəm. Kütləvi informasiya vasitələrinin istehsalının və ya yayımının dayandırılması və ya ona xitam verilməsi ilə bağlı mən əvvəl də bir dəfə çıxış edəndə demişdim. Kütləvi informasiya vasitəsi məhkəmənin qərarı ilə qərəzli yazılarına görə il ərzində iki dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılır. Əvvəllər bu, üç dəfə idi. Əslində, bu müddəanın özü doğru deyil, əgər məhkəmə qərəzli, düzgün olmayan informasiyaya görə hər hansı bir qəzeti cəzalandırıbsa, – dünyanın heç bir yerində ikiqat cəzalandırma sistemi yoxdur, – buna hüquqi qiymət verib və konkret olaraq üzr istəməyə vadar edibsə, maddi cərimə edibsə və yaxud da başqa cəza növləri seçibsə, bunu ikinci dəfə edə bilməz, çünki təcrübədə belə bir şey yoxdur. Məhkəmə bir iş üçün bir dəfə qərar verə bilər. Məhkəmə bir hadisəyə görə bircə dəfə hüquqi qərar çıxara bilər. İkinci dəfə onunla bağlı hüquqi qərar çıxara bilməz. Onda belə çıxır ki, mən bir yazı yazmışam, bu yazı nəşr olunub. Sonra səhv etdiyimi məhkəmə təsdiq edib, mən üzr istəmişəm. İkinci dəfə bir də bir başqa hadisəyə görə üzr istəmişəm. Üçüncü dəfə də köhnə qanuna görə olub. Dördüncü dəfə məhkəmə birinci, ikinci, üçüncü dəfə çıxardığı qərara görə məni ikinci dəfə cəzalandırır. Nə olur, bu dəfə yayımımı da, istehsalımı da dayandırır. Hüquqi təcrübədə belə anlayış yoxdur. Hüquqi təcrübədə məhkəmə hətta birinci yazıdan sonra nəşrin bağlanması haqqında qərar çıxara bilər, amma bir yazıya görə qərar veribsə ki bu, cərimə ödəsin, ondan sonra təzədən ona istinad edərək hər hansı bir qəzetin bağlanması təcrübəsi hüquqa ziddir. Belə şey olmur.
İkinci məsələ. Niyə bu məsələ üç dəfədən iki dəfəyə endirilir? Bunun nə mənası var? Ümumiyyətlə, təcrübədə görək bundan istifadə olunubmu? İstifadə olunub. Şəxsiy-yətin, insan haqlarının aşağılanması və sair tipli hadisələrdə bu təcrübədən istifadə olunubsa ki üç dəfə, sən demə, çox imiş, indi iki dəfəyə endirməliyik, çünki bu dönəmdə, bu məhkəmə proseslərində onsuz da 5 qəzet bağlanıb və indi ehtiyac var ki, bu 5 qəzet yenidən fərqli şəkildə insanların şəxsiyyətini aşağıladığına görə onu iki dəfəyə endirək. Mənə təcrübədə belə bir qəzet, informasiya agentliyi, xəbər portalı göstərə bilərsinizmi ki, qərəzli yazılarına görə üç dəfədən sonra məhkəmə onun haqqında bağlanma qərarı çıxarsın? Belə bir qərar yoxdur. Əgər belə bir qərar yoxdursa və təcrübədə bu, istifadə olunmayıbsa, bunu iki dəfəyə endirməyin məqsədi nədir? Nədən ötrü bu, iki dəfəyə endirilir və həm daxildə, həm də xaricdə Azərbaycanla bağlı belə bir rəy formalaşır ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna mürtəce dəyişikliklər edildi. Yenə deyirəm, təcrübədə indiyə qədər 1999-cu ildən mövcud olan bu Qanuna görə üç dəfədən artıq barəsində məhkəmə qərarı olan bircə qəzetin bağlanması və ya fəaliyyətinə, yayımına xitam verilməsi ilə bağlı ortada məhkəmə qərarı var? Yoxdur. Yoxdursa, onda bunu ikiyə niyə endirirsiniz? Məqsəd nədir, məram nədir?
Bu tipli məsələlərdə, mən hesab edirəm, bu qanunu tətbiq edənlər heç də beynəlxalq aləmdə, ümumiyyətlə, qanunçuluq təcrübəsində Azərbaycanın nüfuzunu və yerini nəzərə almırlar. Məsələnin üçüncü tərəfinə gələndə isə, istənilən qəzet, istənilən mətbu orqan, informasiya agentliyi bütün bunlardan sonra Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” Qanun mürtəceləşdi deyə bilər, rahatca deyə bilər. Nədən buna imkan verilməlidir, niyə bu şərait yaradılmalıdır?
Mən hesab edirəm ki, bu qanun bütövlükdə dəyişiklikləri ilə bir yerdə heç bir şeyə yaramır. Burada əsas anlayışlardan tutmuş ta sona qədər çox cüzi, ikicə dənə faktiki olaraq eyni sözün yanına bir oxşar söz əlavə ediblər ki, oxşarı var. Hüquqda və dilçilikdə nə qədər desəniz, oxşarlar, yaxın mənalar tapmaq mümkündür. Kimsə iddia edə bilər, budur, eyni olan da olar, oxşar nədir, o qədər oxşar söz var ki. İnformasiyanın məlumatla məna oxşarlığı yoxdur? Eyni oxşarlıqdır. Biri informasiya yazır, digəri məlumat yazır. Onda deyəcəksiniz, bunlar oxşardır? Ona görə də, hesab edirəm, bu qanun qəbul olunmamalıdır. Bu qanunçuluq təcrübəsində bunun heç bir əhəmiyyəti yoxdur. Bu qanunda əvvəl də üç dəfə var idi. Əgər hansı isə bir müxalifət qəzetini, fərqli fikirli qəzeti bağlamaq lazımdırsa, 50 dənə məhkəmə qərarı var. Demək, təcrübədə olmayıbsa, bunu üç dəfədən iki dəfəyə endirib, sadəcə, qanunun mahiyyətini dəyişib beynəlxalq aləmdə daxili auditoriyanı üzərimizə qaldırmağa ehtiyac yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən ilk növbədə hesab edirəm ki, bu layihəyə dəyişikliklər düzgündür, doğrudur. Məramı media məsuliyyətinin bərqərar olması üçündür və qəti şəkildə mürtəce xarakter daşımır. Əlbəttə, mən hər bir həmkarımın çox azad, sərbəst, müstəqil qaydada mövqelərini bu tribunadan səsləndirməsinin hər zaman tərəfində olmuşam. Parlament ideyaların, siyasi düşüncələrin, təfəkkürlərin bir rəqabət yeridir. Bu baxımdan hörmətli İqbal müəllim şəxsinə götürməsə, 2 tezisi ilə barışmadığımı, razı olma-dığımı birinci növbədə söyləyim. Qeyd olundu ki, əgər ikinci dəfə məhkəmə qərarı ilə cəzalandırılırsa, ikiqat cəza tətbiq olunmuş olur. Bunun üzərindən də hansısa icra orqanı onu bağlamaqla, yaxud istehsalını dayandırmaqla ikiqat cəzaya məruz qoyur.
Adi bir məsələni deyim. Sürücülük vəsiqəsi məsələsi  cərimə ballarına bağlıdır. Bu hansısa bir kvotaya çatanda sürücülük imkanları itirilir, səlahiyyətləri, sürücülük vəsiqəsi müəyyən bir dövrə əlindən alınır. Bu o deməkdir ki, qanun hansısa kvotaya bağlananda ona qarşı ikiqat sanksiya düşür. Məsələnin başqa bir tərəfi var, istəyirəm, bunu qəbul edək. Biz onu nəzərə almalıyıq ki, informasiya azadlığı, media azadlığı nə qədər fundamental hüquqdursa, şəxsiyyətin fərdi azadlığı, eyni zamanda, ləyaqəti də o dərəcədə mühümdür. Biz  cəmiyyətin də ləyaqətli cəmiyyət olmasını arzulayırıq, fərd olaraq özümüzün də. Bizim bəzən bu tribunadan səsləndirdiyimiz adicə fikirləri həzm etmirik, qəbul etmirik, bizə toxunur. O da ola ki, bunlar media vasitəsi ilə həyata keçirilsin. Biz son illər ərzində şahidiyik ki, mətbuat açıq şəkildə cəsus şəbəkəsinə də çevrilə bilir, kriminal bir prosesin də aləti ola bilir, eyni zamanda, adamların üzərinə getmək cəhətdən açıq bir silah da olur.  Bu gün də mən, əslində, bir az bundan danışdım. Amerika Birləşmiş  Ştatları Ukraynaya son 370 milyon dollar yardımını elan etdi. Onun 25 milyon dolları  medianın fəaliyyətinə, informasiya təbliğatı işinin qurulmasına yönəldilib.
Bir məsələni də nəzərə alın, Poroşenko yeni hökuməti təsdiq edibdir. Orada yeni bir nazirlik yaradıldı, halbuki Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi demokratik cəmiyyət və idarəçilik prinsipinə uyğun olmadığından  ləğv  olunub. Amma Ukraynada bu yaradıldı. Demirəm, faşist Almaniyası dövründə Gebbelsin  işini yerinə yetirəcəklər. Amma onu deyirik ki, informasiyanın təbliğat işinə nə qədər önəm verdiyini görməkdədirlər. Hər birimiz onu qəbul edirik ki, bu gün dünyada müharibələr ilk növbədə informasiya vasitələri ilə aparılır. Hamı bilir ki, ağır artilleriya var. CNN, “Euronews”, BBC və digər kanalların çarmıxına keçdinsə, 3 ay, 5 ay ərzində o təbliğat yaradılır, cəmiyyətdə qorxu yaradılır, nifrət yaradılır və sair.
Misir prezidenti Mübarəkə bütün qanunvericilik müddəaları üzrə bəraət verdilər, azadlığa buraxdılar. Ən azı, 2–3 il idi ki, üzərində iş aparılırdı, verilmiş başqa cəza da artıq çəkilmiş sayılır. Bəs yaxşı, onun müxtəlif banklarda ən azı, 70 milyard dollar vəsaiti olduğu deyilirdi. Necə oldu,  gördülər ki, Məhəmməd Mursi müsəlman qardaşların rəhbəri olaraq gəlib hakimiyyəti saxlaya bilməyəcək, hərbi rejimlə, Sisinin əli ilə onu devirdilər. Gətirib yerinə yenisini təyin etdilər. O da bir günün içərisində 600 nəfərin edam və həbs qərarını verdi. Həmin informasiya vasitələri bizim gözümüzdə Mübarəki dünyanın ən qəddar, qaniçən obrazında canlandırmışdı. Ona görə mən informasiya vasitələrinə belə yanaşmanın əleyhinəyəm. Hesab edirəm ki, burada qəti şəkildə hansısa konkret mətbuat orqanlarına yönəlmə nəzərdə tutulmayıb.
Azərbaycan dövləti bu illər ərzində istər  elektron, istərsə də sosial media sahəsində bütün azadlıqları verib. Ümumiyyətlə, yeri gəlmişkən deyim, faktiki olaraq bu gün Ədliyyə Nazirliyinə getmədən elanla mətbu orqan təsis etmək mümkündür. Hətta şərti olaraq guya özünü hakimiyyətə qarşı qoyan hər hansı bir mətbuat orqanı bu gün bağlansa, sabah ayrı adla çıxa bilir. Bunun heç bir problemi yoxdur. İkincisi, əgər bazar günü siz hörmətli Əli Həsənovun Mir Şahinlə müsahibəsini dinləyirdinizsə, – orada qeyd edildi, – 2002-ci ildən bu yana faktiki olaraq ölkədə mətbuatda təhqirə görə cəzanın verilməməsi mövqeyi bərqərar olubdur. Ona görə kim bu mövqeyinə görə özünü beynəlxalq aləmə  mücahid kimi təqdim edirsə, sadəcə, jurnalist vəsiqəsi arxasında gizlənir. Onlar mücahid deyillər. Onların fəaliyyəti hansısa kəşfiyyat orqanlarının saxta məlumatlarını ictimailəşdirməkdir. Buna görə özlərini guya dövlət başçısına qarşı müharibədə göstərirlər. 10 illər ərzində onlar fəaliyyətdə idilər, heç kim də həbs olunmurdu. Amma konkret vətəndaş iddiaları varsa, həbs olunacaq. Ona görə mən düşünürəm ki, çox yerində edilən düzəlişdir. İndiyə qədər 2 dəfə məhkəmə qərarı işləyibmi? Əgər işləməyibsə, bundan sonra işləyəcək. Bu, normal bir münasibətdir.
Başqa bir məsələ xaricdən maliyyələşməkdir. Biz onun şahidiyik ki, ayrı-ayrı mətbuat orqanları, xüsusilə də internet televiziyaları xarici maliyyə əsasında fəaliyyət göstərirlər və açıq şəkildə bir təfriqə yuvasıdırlar. Sanki qanunun hüquq müstəvisindən, qanunun məkanından kənardadırlar. Bəs onlara qarşı hansı vasitə ilə hərəkət edilməlidir? Düşünürəm ki, ən mühüm vasitələrdən biri də budur. Sonda əgər diqqət etsəniz, ümumiyyətlə, burada da bağlanmaq məsələsini interaktiv şəkildə göstərməyiblər. Yazılıb ki, iddia qaldırır. Çox mümkündür ki, məhkəmə  çəkişməsində o öz mövqeyini sübut etsin və hər hansı bir bağlanmaya məruz qalmasın. Ona görə mən düşünürəm ki, biz beynəlxalq dairələrin bu məsələ üzərində düşüncələrini nəzərə alaraq hərəkət etməli deyilik. Qərb mediası ilə münasibətdə də bu var. Amma deyirlər ki, niyə Avropa ölkəsində hər hansı bir mətbuat orqanı fəaliyyətini dayandırmır? Çox sadə. Ona görə ki, onlar özlərinə bu xətanı sığışdırmırlar. Onlar bir səhvin getməsini belə özləri üçün çox böyük oxucu itkisi, cəmiyyətdəki reytinq itkisi sayırlar.
Bizdə isə mən Yaxın Şərqdəki hadisələri ürək ağrısı ilə izləyirəm. Amma bir şeyi fikirləşirəm, bu hadisələr ol-masaydı, bizim media hər gün bir nazirliyin, bir strukturun az qala öz aləmində ifşa sənədləri ilə məşğul olacaqdı. Lenin dövründə buna “boyavıye listovki” deyirdilər, yəni döyüş vərəqələri. Hər gün biz haradasa bir cinayət, mühüm bir problem və sair haqqında məlumat alırdıq və cəmiyyətdə də o nazirliyə, o struktura münasibət formalaşırdı. Ona görə ləyaqətli cəmiyyət üçün, ləyaqətli vətəndaş üçün media məsuliyyəti önəmli şərtdir. Mən bu sənədə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun.  Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli cənab Sədr. Mən də bu dəyişiklikləri bilavasitə informasiya vasitələrinin, jurnalist-lərin məsuliyyətinin artırılması üçün vacib hesab edirəm. Bu gün Azərbaycanda qəzet bolluğudur.  İnformasiya şəbəkələri üçün hər bir şərait yaradılıb. Sözsüz ki, bu da ölkədə olan demokratik şəraitdən irəli gəlir. Əlbəttə, mən heç vaxt  kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırılmasının, ya da onların fəaliyyətlərinə xitam verilməsinin tərəfdarı olmamışam. Əslində, istərdim ki, bu vasitələrin fəaliyyətinin səmərəliyinin artırılması ilə əlaqədar tədbirlər görülsün və jurnalistlər öz məsuliyyətlərini daha çox hiss etsinlər. Nəyi demək istəyirəm? Burada deyildi, bəzən elə qərəzli yazılar yazılır, insanların ünvanlarına elə təhqiramiz sözlər deyilir ki, dözə bilmirsən.
Bu günlərdə informasiya vasitələrinin birində bizim deputatların  fəaliyyəti təhlil olunub və 74 deputat lal deputat kimi qələmə verilib. O deputatlar ki, bunlar ağsaqqal deputatlardır, beynəlxalq aləmdə bizi təmsil edirlər, qanunvericilikdə yaxından iştirak edirlər. Ancaq bunları götürüb lal deputat kimi təqdim etmək cəmiyyət arasında çox pis əhvali-ruhiyyə yaradır. Düzdür, o saytın rəhbərinə mən zəng etdim, ciddi danışdım, iradlarımı bildirdim. Bizim buradakı jurnalistlərimiz çox sağ olsunlar, onlar da öz iradlarını bildirdilər. Bu, qəbulolunmazdır ki, 74 deputat, özü də ağsaqqal insanlar burada təhqir olunurlar. Bu, düz deyil.
Digər tərəfdən, Azərbaycanda bələdiyyə seçkiləri keçi-riləcək. Bu gün informasiya vasitələrində bələdiyyə seçkiləri haqqında birtərəfli məlumatlar var ki, seçkilərə hazırlıq yoxdur, təbliğat aparılmır, yerlərdə heç bir iş görülmür. Hansısa bir siyasi partiya yerdə iş aparmayıbsa, getsin, onun dərdini çəksin. Ancaq Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri başlayandan bəri deputatlar yerlərdədirlər. Minlərlə namizədlə görüşüblər, onlarla söhbət ediblər, əhvali-ruhiyyələrini öyrəniblər, seçkilərə hazırlıq işləri ilə maraqlanıblar. Bunu götürüb mənfi kimi qələmə vermək, elə bilirəm, düzgün deyil. Ona görə, bəzən jurnalistlər haqqında adi bir cəza tədbiri görüləndə bizdə, eləcə də xarici aləmdə böyük bir sensasiya yaradılır, haqsızlıq kimi qələmə verilir. Axı, məni təhqir edəni, mənim şəxsiyyətimə toxunanı mən niyə təhqir etməməliyəm? Niyə onun haqqında bir tədbir  gördürmə-məliyəm? Ona görə də mən jurnalist həmkarlarımdan, dost-larımdan, qardaşlarımdan xahiş edirəm ki, informasiyanı yayanda  ədalətli yaysınlar. Heç olmasa, insafı qarşılarına qoysunlar və ondan sonra qələmlərini işlətsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Mən çıxış etmək deyil, bir kəlmə söz demək istəyirəm. Mən də o siyahıya baxdım. Çox mənasız bir siyahıdır. Bir dənə misal çəkəcəyəm. O siyahıda olanların 30–40 faizi bizi beynəlxalq təşkilatlarda təmsil edən deputatlarımızdır. Hansı biri o deputatlar kimi beynəlxalq təşkilatlarda o qədər insanın, o qədər Azərbaycanı istəyən, istəməyən deputatların qarşısında Azərbaycanın mövqeyini   qoruyaraq çıxışlar edib? Biri getsin, onları əvəz etsin. Yəni işi  bilməyərəkdən insanlara belə söhbətlər söyləmək düzgün deyil. Hökm deyil ki, burada çıxış etsin, tək parlamentin içində deyil, parlamentin xaricində də işlər var.  Götürüb burada görmədikləri məsələləri yazırlar ki, bunlar danışmırlar. O çıxışların əvəzinə yazanlardan biri gedib dalbadal 3 cümlə desə, mən deyərdim, halaldır.  Bu şeylərə fikir verməyin. Kim necə işləyir, görənlər də var, onun qiymətini verənlər də. Ona görə bu məsələlərə qayıtmayaq. Bahar Muradova buyursun.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. Siz çox əhəmiyyətli bir məsələni vurğuladınız.  Ədalətsiz yanaşmanı və özlərinin imkanları çatmayan bir məsələ haqqında başqalarından daha çox tələb etmək iddialarını biz hər gün görməkdəyik. Bilirsiniz, Azərbaycanı  tək ölkə içində yox, həm də ölkədən kənarda müdafiə etmək təkcə parlamentarilərin yox, hər kəsin borcudur. Mən bu fikri ona görə söyləmirəm ki, bu məsələ haqqında burada söhbət açıldı.  Mətbuatın əsas işi, əlbəttə ki, informasiyanı almaq, ötürmək, təhlil etmək, başqa istiqamətli  fəaliyyətləri həyata keçirməkdir. Amma bütün bunlardan əvvəl hər bir mətbuat nümayəndəsi həm də bir Azərbaycan vətəndaşıdır, istənilən  bir ölkənin vətəndaşıdır, bir xalqın nümayəndəsidir. Hər şeydən əvvəl düşünürəm ki, bu ölkəyə bağlılıq, bu ölkənin, dövlətin, xalqın mənafeyi istənilən peşə sahibi üçün önəmli olduğu kimi, mətbuat işçiləri üçün də çox vacib və öndə duran bir məsələ olmalıdır. Azərbaycan  haqqında dünyanın bir çox tanınmış mətbu orqanlarında, media qurumlarında çox yaxşı məlumatlarla yanaşı, mənfi xarakterli məlumatlar da gedir. Azərbaycan  mətbuatından, Azərbaycan jurnalistikasından tələb olunan odur ki, o da Azərbaycanın maraqlarını məhz Azərbaycandan kənarda həmin informasiyaların, məlumatların getdiyi qurumlarda, mətbuat orqanlarında qorumaq imkanlarından yararlansın, bu istiqamətdə ixtisas-laşsın. Təkcə Azərbaycan içində bu və ya digər qruplararası, yaxud da maraqlararası vasitəçiyə çevrilməsinlər və Azərbaycanın maraqlarını xarici  mətbuat orqanlarında qorusunlar, ən azı, öz imzalarını tanıtsınlar. Bu daha vacibdir. Mən çox istəyirəm ki, Azərbaycan mətbuatı bu istiqamətdə ciddi uğurlar əldə etsin.
Bilirsiniz, biz neçə illərdir, parlamentdəyik, iqtisadidən tutmuş mənəvi məsələlərə qədər ən müxtəlif məsələləri müzakirə edirik. Mənim müşahidə etdiyim bir məsələ var, biz nə vaxt məsuliyyətlərin artırılmasını, ciddiləşməsini, bu və ya digər hərəkətlərə görə cavabdehliyin daşınması məsələsini gündəmə gətiririksə, dərhal bir qrup müdafiəçi meydana çıxır və bizi mürtəce addımlar atmaqda ittiham etməyə başlayır. Mən başa  düşmürəm, biz niyə məsuliyyət hissinin möhkəmləndirilməsindən qaçmalıyıq?  Ümumiy-yətlə, niyə biz işimizə görə, sözümüzə görə, hərəkətimizə görə, cinayətimizə görə, xətamıza görə məsuliyyət daşımaq istəmirik? İnsan ancaq hüquq sahibi deyil ki, vəzifə sa-hibidir. Bir fakt da var ki, istənilən hüquqi cəza mexanizmi təkcə cəza mexanizmi deyil, həm də xəbərdaredici, çəkindirici bir funksiya daşıyır.
Mətbuat sahəsində, kütləvi informasiya sahəsində məsuliyyətin möhkəmləndirilməsi, mənə elə gəlir ki, bütün digər sahələrdən daha vacibdir, çünki bir söz bir toplumu yerindən oynada bilir, bir söz bir ordunu döyüşə ruhlandıra bilir. Habelə bir söz bir toplumu tamamilə ruhdan da sala bilir. Ona görə də hər sözün məsuliyyətini daşımaq hər bir fərdin borcudur, mənəvi borcudur, hüquqi borcudur. Bu məsuliyyətlərin ciddiləşməsindən heç çəkinmək lazım deyil. Mən belə məsələləri kütləvi şəkildə görəndə bir az özümüzdən bədgüman olmağa başlayıram ki, yəni biz hərəkətimizdə məsuliyyət daşımağı sevməyən insanlarıqmı? Bir də ki, bu cəzalar o şəxsə, o orqanlara tətbiq olunacaq ki, onlar bunu pozacaqlar. Pozmayanların narahatçılığı nədəndir? Mən başa düşmürəm, ölüm cəzası insan öldürən adamlar üçündür. Bunun iştirakçısı, təşkilatçısı, hərəkətverici qüvvəsi olmayanların nə qorxusu var? Bundan öz faydasını güdməyənlərin nə qorxusu var? Əgər sən qanunu pozmayacaqsansa, bu sənə tətbiq olunmayacaq.  Ona görə mən bəzi adamları qətiyyən başa düşmürəm. Bu, deyəsən, siyasi dividend əldə etmək üçün lazım olan bir məsələdir. Bilirsiniz, neçə gündür, gündəlik bəlli olub, bütün mətbuat orqanları bundan yazır. Bir qrup adam, 3 adama, 5 adama söz deməyə inkanı olmayanlar da bunu əllərində bayraq ediblər ki, Azərbaycanda kütləvi informasiya vasitələrinə  basqı gücləndi. Qoymayın, tutdular, qırdılar, öldürdülər. Belə yanaşma nə qədər, nə vaxta qədər olacaq, bu şivən qoparmaq nə qədər davam edəcək? Gəlin, bunlara bir son qoyaq, axı, cəzanın bir islah etmək funksiyası da var. Mən səni cəzalandırım, sən üzr istə, get, sabah ondan artığını et? Belə şey olmaz. Bura yoldaşlıq məhkəməsi deyil ki. Burada hüquq tətbiq olunur, cəza tətbiq olunur. Ona görə də hər kəs ona tətbiq olunan cəzadan nəticə çıxarmalıdır, növbəti dəfə bunu etməməlidir. Yox, əgər nəticə çıxarmırsa, buna daha artıq yol verirsə, biz ona cəmiyyətdə yerini göstərməliyik. Əks təqdirdə bu cəmiyyət hansı cəmiyyət olar?
Biz hüquqi cəmiyyət qururuq, vətəndaş cəmiyyəti qururuq. Qanunun aliliyi prinsipini qorumağa çalışırıq. Ona görə də mən həmkarlarımızdan xahiş edirəm ki, Azərbay-canın milli maraqlarını lazım gəldi, gəlmədi, ayaqlar altına atmağa hazır olan insanları mətbuat adına, kütləvi informa-siya vasitələri adına müdafiə etməsinlər. Hər kəsi gəlin, öz adı ilə çağıraq.  Bu gün Azərbaycanda filankəsləri açın, dərhal buraxın çağırışlarına rəvac verənlər Azərbaycan Prezidentinə hansı gözlə baxırlar? Azərbaycan Prezidenti bütün qanunları ayaq altına atıb Xədicə İsmayılı buraxmalıdırmı? Ona görə ki, Avropa Parlamentində islahatçı və yaxud mühafizəkar qrup bunu istəyir.  Xədicə İsmayıl öz hərəkətinə görə cavab verməlidir. Kimisə özünü intihar etmək həddinə gətirib çıxarıb. Bir başqasına qarşı bütün ciddilik tətbiq olunur, jurnalistə qarşı biz niyə susmalıyıq? O da vətəndaşdır. İlk növbədə onun vətəndaş  məsuliyyəti var.
Mən hesab edirəm ki, təklif olunan bu dəyişikliklər həqiqi mənada məsuliyyətlərin daha da ciddiləşdirilməsi, cizgilərin daha aydın olması və cəmiyyətdə qanunun aliliyi prinsipinin tətbiqinə aparan yolları açır. Ona görə də kənar maliyyələrlə, kənardan  təhriketmələrlə Azərbaycanın içində  mövcud durumu mənfi istiqamətə yönəltmək istəyən kəslərin, onların  cəmləşdiyi qurumların, maraqlarının ifadəçisi olan media orqanlarının məsuliyyəti də ciddi olmalıdır. Onlar etdikləri hərəkətə, atdıqları addıma, törətdikləri əmələ görə məsuliyyət daşımalıdırlar. Ona görə də mən hesab edirəm, bu dəyişikliklər çox mütərəqqidir, qəbul olunmalıdır və biz buna səs verməliyik. Sağ olun.
Sədrlik edən. Təkid edənlər var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 1 dəqiqə Siyavuş Novruzova, 1 dəqiqə də Aqil Abbasa.
S.Novruzov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən bu qanunu dəstəkləyirəm. Burada anlaşılmaz fikir irəli sürülür. Burada heç nə məhdudlaşdırılmır. Sadəcə olaraq, burada olan göstərici ondan ibarətdir ki, qanunu pozma. Biz demirik ki, qanunu poz, ondan sonra sən məsuliyyətə cəlb olun. Burada pis nə var ki? Deyirsən ki, qanunu pozma.
Cinayət Məcəlləsində göstərilir: bu maddələri pozdunsa, məsuliyyətə cəlb olunacaqsan. Burada da deyir ki, qanunu pozma, qanunu pozsan, 2 dəfə bunu təkrar etsən, qəzetin bağlanacaq. Bəli, bu, əyri yoldan döndərmədir, haqq yoluna gətirmədir, düzgün istiqamət vermədir. Əgər qəzet redaktorları səhərlər 5 dəqiqəlik müşavirə keçirirlərsə, orada başa salmalıdırlar ki, ay jurnalist, bu məsələ bundan ibarətdir, heç kəsi təhqir etmə. Tənqid elə, onun nöqsanlarını tap, ortaya çıxar, işində hansısa...
Sədrlik edən. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, hörmətli Sədr. İntəhası mən bir az çox söz deyə bilərdim. Çünki bu həm də mənim sahəmdir. Xahiş edirəm, heç olmasa, iki dəqiqə olsun. Birinci, mətbuat haqqında qanun 1999-cu ildə qəbul olunub, o qanuna təzədən baxılmalıdır. Bir təklifim da var. Burada yazılıb pornoqrafik, belə bir maddə var, “pornoqrafik materiallar”. Hələ pornoqrafik materiala baxıb özünü asan adam görməmişəm, ya da intihar edən adam eşitməmişəm. Bura qorxu, vahimə yaradan filmlər haqqında başqa bir maddə də əlavə olunmalıdır, çünki onlara baxıb, gedib özlərini o Koroğlu körpüsündən atmaq istəyirlər. Yəni mənim sözüm odur ki, əlavə bir maddə olmalıdır. Bu bir, ikinci də ki, Azərbaycan yeganə ölkədir ki, burada olan söz azadlığı dünyanın heç bir ölkəsində yoxdur. Hətta prezident pul verir qəzetlərə ki, mənim əleyhimə yazın. Yəni dünyada görünüb ki, müxalifət qəzetlərinə dövlət pul ayırsın ki, tənqid edin.
Sadəcə olaraq, nəyi demək istəyirəm. Hörmətli İqbal müəllim oxşar adlar dedi. İqbal müəllim, deməli, Azərbaycanda, biləsiniz, 21, ya neçə adda Azərbaycan qəzeti var. Qabağına bir hərf artırıb, arxasına bir hərf artırıb, olub Azərbaycan qəzeti. Bu oxşar adlar sinonimlə bağlı deyil, İqbal müəllim. Bu da mətbuatımızın bir bədbəxtliyi, bir faciəsidir ki, gəlib bu vəziyyətə çıxıb və bayaq dedilər, Cinayət Məcəlləsində maddə də var. Birinci, elə yazılan kimi qəzeti bağlamaq və qəzetçini cəzalandırmaq mümkündür. Sadəcə olaraq, indi “Diffamasiya haqqında” Qanunu gətirib nələrsə etmək istəyirlər. Bircə onu demək istəyirəm ki, Avropa heç də Azərbaycanda, – Avropanın əleyhinə danışmıram, – mətbuat azadlığının dərdində deyil. Avropa Azərbaycanda mətbuatda olan bu nələrinsə tərəfindədir ki, Azərbaycan mətbuatı bu milləti özü necə yoldan çıxara bilər. Ona görə müəyyən maddələrin qəbul olunması...
Sədrlik edən.  Sağ olun.  Xahiş edirəm,  münasibət bildirək.


Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri! İndi bir 15 dəqiqə vaxtımız qalıb. Ancaq lazım olsa, bu gün iki qanunu da keçirəcəyik. Biri “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haq-qında”, ikinci qanun da Miqrasiya Məcəlləsində dəyişik-liklər haqqındadır. Xahiş edirəm, məsələləri bir az qısa, konkret olaraq nəzərdən keçirək. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli,  Milli  Məclisin  Sosial  siyasət  komitəsinin  sədri.
Sağ olun, hörmətli Oqtay müəllim. Bu düzəliş həcmcə kiçik də olsa, çox böyük əhəmiyyəti olan düzəlişdir. Xüsusi təhsil müəssisələrində təhsil alan xəstə uşaqların valideynləri üçün bəzi imtiyazlar var idi, amma evdə təhsil alan uşaqların valideynləri üçün bu cür imtiyazlar yox idi. Beləliklə, bu müddəa evdə təhsil alan, daha pis və daha ağır vəziyyətdə olan uşaqların valideynlərinə dəstək olan bir müddəadır. Deputat həmkarlarımdan xahiş edirəm, bu müddəaya səs versinlər. Sağ olun.
Sədrlik edən. Dəyişikliklə hamınız tanışsınız. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, biz bir müddət öncə çox fundamental bir qanunu, Miqrasiya Məcəlləsini qəbul etmişdik. Sonra zaman-zaman Miqrasiya Məcəlləsində bir neçə təcrübi dəyişiklik də oldu və Miqrasiya Məcəlləsində edilən dəyişikliklərin bir çoxu məhz millət vəkillərinin təşəbbüsü ilə olub. Sonuncusunu siz xatırlayırsınız, yəni qeydiyyat olmadan Azərbaycan Respublikası ərazisində əcnəbilərin olması ilə bağlı 3 gün müddətini biz 10 günlə əvəz etdik.
İndi təklif olunan bu əlavə Miqrasiya Məcəlləsinin özünün tələblərindən irəli gəlir. Belə ki, Miqrasiya Məcəlləsində qeyd olunmuşdu ki, qanunsuz miqrantların saxlanması ilə bağlı qayda Miqrasiya Məcəlləsinin özündə əks olunmalıdır. Bu qayda üzərində işlər aparılıb, təklif olunub və təklif də ondan ibarətdir ki, həmin bu qayda əlavə bir fəsil kimi Miqrasiya Məcəlləsinə əlavə olunsun. Amma mən mahiyyəti ilə bağlı onu demək istəyirəm ki, biz bu qaydaları komitə iclasında Miqrasiya xidməti rəhbərinin iştirakı ilə çox geniş müzakirə etdik və bütün millət vəkillərinin, Hüquq siyasəti komitəsinin üzvlərinin birmənalı fikri ondan ibarət oldu ki, bu çox mütərəqqi sənəddir. Onun mütərəqqi olmasını bir fakt ilə qeyd etmək istəyirəm. Belə ki, saxlama yerləri ilə bağlı bizim xüsusi qanunumuz var. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda və Miqrasiya Məcəlləsinə təklif olunan əlavədə qeyd olunur ki, buradakı hüquqlar həmin adı çəkilən qanundakı təminatlardan az olmamalıdır. Amma nə qədərdir, bu, digər maddələrdə öz əksini tapıb. Tanış olmusunuz, tanış olarkən birmənalı görmək olar ki, Azərbaycan dövləti təkcə öz vətəndaşlarına yox, həm də Konstitusiyada qeyd olunan kimi hər kəsə, yəni əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də, baxmayaraq ki, onlar qanunsuz miqrantdırlar, saxlanılarkən necə diqqət göstərir. Mən o detallar üzərində dayanmaq istəmirəm. Amma mahiyyətini dedim. Bu qayda-lar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlanması məsələlərini tənzimləyəcək rejim qaydalarıdır. Bununla bağlı, təbii ki, qanun qəbul olunarsa, bir sıra maddi-texniki tədbirlər də görüləcək. Amma qeyd etmək istəyirəm ki, bu fəsil, bu qaydalar insan hüquqları sahəsində ən müasir standartlara cavab verir. Çox sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 14.51 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bizdə növbəti məsələ “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklərlə bağlıdır. Bu qanun layihəsini başlasaq, bir az artıq işləyəcəyik. Gələn iclasa da saxlaya bilərik, gələn iclasa 15 məsələmiz var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hadi müəllim, nə idi ciddi məsələ? Ciddi deyirsən, görürəm, iki nəfər, bir nəfər adam yazılıb. Buyur.
H.Rəcəbli. Bu məsələyə bir neçə baxış ola bilər və bütövlükdə mən istəyirəm, müsbət baxışı bizim deputat həmkarlarımıza deyəm. Söhbət nədən gedir? Dövlətin tənzimləməsi nəzərdə tutulan məsələlərdən. Siz bilirsiniz ki, dövlət dərman məsələləri ilə bağlı bir sıra problemləri tənzimləyir. Onun biri dərman vasitələrinin dövlət qey-diyyatıdır. İkincisi dərman vasitələrinin sertifikatlaşdırıl-masıdır. Yəni dərman ciddi məsələ olduğuna görə dövlətin burada müdaxiləsi mütləq lazımdır. Təcrübə, hadisələrin gedişatı onu göstərir ki, mütləq burada dövlətin müdaxiləsi lazımdır. Dərman bazarında bəzən dərmanların qiymətinin süni surətdə artırılmasına da yol verilir. Bununla bağlı olduqca çoxlu fakt var.
Burada bir fikir səslənir. Bildiyiniz kimi, Tarif Şurası var, bir sıra qiymətlər Tarif Şurası ilə, əlbəttə, müəyyənləşdirilir. Burada  da biz bazar iqtisadiyyatı qanunlarından bir az kənara çıxırıq. Ona görə ki, Tarif Şurası var və bəzi məsələlər tənzimlənməlidir. Bu tənzimlənmənin əsas məqsədi Azərbaycan vətəndaşının dərman vasitələrini alarkən aldadılmaması və digər hallardır. Məqsəd dərmanın qiymətinin həddini aşmaması və stabil surətdə saxlanılmasıdır. Əsas məqsəd budur və o,  Azərbaycan vətəndaşına işləyir. Mən, xahiş edirəm, bunu bizim deputat həmkarlarımız bilsinlər. Sağ olun.
    
           
 
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini  B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Hadi müəllim. Əsas məqsədə xidmət edən fikirləri eşidək, amma bir az qısa. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Həmkarlarıma xatırlatmaq istəyirəm ki, əslində, çox mühüm bir sənəddən söhbət gedir. Hamımız fasilə olduğunu fizioloji olaraq bir saatdır hiss edirik. Amma çox xahiş edirəm ki, bunun əhalinin maraqlarına nə qədər aid olduğunu da hiss eləyək. Təcrübədə biz onun şahidi olmuşuq ki, qanunvericilik təşəbbüsünün subyekti hər zaman parlamentdə bu məsələlərin geniş müzakirə olunmasını və daha müfəssəl şəkildə cəmiyyətə çatdırılmasını istəyir.
Burada söhbət dövlət qeydiyyatına alınmış dərman va-sitələrinin qiymətlərinin tənzimlənməsindən gedir. Hörmətli Hadi müəllim bunun müsbət tərəfini qabartdı ki, bu, dərman sahəsində qiymət sıçrayışlarını aradan qaldırmaq, vahid siyasət yürütmək üçündür və sair. Ancaq nə baş verə bilər? Mənə elə gəlir ki, bu sənədi qəbul etsək, bunun rəqabət mühitinə ancaq mənfi təsiri olacaq. Çünki qeyd olunan qiymət məsələlərində vətəndaşın seçimi var. O, bu aptekdən almır, öz ehtiyacını, onu maraqlandıran problemi başqa aptekdən həll edir.
İkinci, bu, dərmanların keyfiyyətinə də mənfi təsir göstərə bilər. Onsuz da biz bundan gileyliyik, bəyan edirik ki, dərmanlar bir sıra hallarda ağ ölüm kimi evlərimizə daxil olur və sair. Bu halda ki rəqabəti azaltmış olacağıq, – bilmirəm, Azərbaycanda xaricdən dərman ixracı ilə nə qədər məşğul olurlar, – amma bu prosesə müəyyən mənada mənfi təsir göstərəndə nəticədə o, dərmanın keyfiyyətində də özünü hiss etdirəcək. İndi biz tələsdiyimiz üçün hiss etmirik, sonra biz bunu apteklərdən evlərimizə dönəndə hiss edəcəyik. Mən hesab edirəm ki, bu, dərmanlarla təminatda da problemlər yaradacaq. Qeyd olunur ki, nazirlik bu funksiyanı öz üzərinə götürüb. Bölgələrdə vahid depolar yaradacaq və dərmanlar bu depolardan paylanmış olacaq.
Dördüncü ehtimal elədiyim ziyan o ola bilər ki, başqa sahələrdə də bu cür addımların atılması istəniləcək. Biz fundamental olaraq Azərbaycan dövlətinin iqtisadi sahədə siyasətinin bazar iqtisadiyyatının tələblərinə uyğun olduğunu qeyd edirik. İndi isə bir məhsula, özü də Tarif Şurasının əli ilə heç vaxt tənzimlənməyən məhsula bu cür dövlət tənzimlənməsini tətbiq eləmək istəyirik. Nəticədə nə olacaq? Başqa sahənin də məhsullarını hansısa bir struktur, – indi burada müvafiq icra hakimiyyəti deyər ki, yəqin, Səhiyyə  Nazirliyi nəzərdə tutulur, –  başqa bir nazirlik onun üçün milli önəm daşıdığını bəyan edərək o sahədə möhtəkirliyin aradan qaldırılması üçün bu addımı ata bilər, beləliklə də biz sahibkarlıq fəaliyyətinə, dediyimiz rəqabət mühitinə, iqtisadi azadlıqlara aid təşəbbüskarlıqlara mane olmuş olarıq.
Burada qeyd olunur ki, qiymətlərdə o problemlər vətəndaşlarımızı incidir, biz burada sahman yaradacağıq. Məsələn, Bakıda 3 alman apteki birbaşa alman dərman-larının real satışı ilə məşğuldur. Qiymətləri mənim müqayisəmə görə, ən azı 10 dəfə bizim qiymət bazarından bahadır. Bir çoxları üçün bu, təbii ki, əlçatmazdır. Amma onun seçim imkanı var, digər yerdən ala bilər. Almaniyanın özündə biz dərman alanda iki aptekdə eyni qiymətlər görmüşük, dünyanın özündə azad qiymət bazarı var. Onsuz da biz zorla kiməsə dərmanı bu aptekdən aldıra bilmərik, turizm sahəsində  baş verənlər burada da baş verə bilər. Vətəndaş Azərbaycanın müxtəlif yerlərində bahalı turizm məkanlarını görüb, gedir Gürcüstana və ya başqa yerə. Mən ondan ehtiyat edirəm ki, bu sənədi qəbul eləyib, vətəndaşlarımızın Gürcüstandan və ya digər yerlərdən dər-man almasına, pulunu, investisiyasını başqa ölkələrə qoy-masına səbəb ola bilərik. Ona görə, Hadi müəllim, mənim Sizin şəxsiyyətinizə çox böyük hörmətim var, hesab edirəm ki, Siz də eyni dərəcədə maraqlısınız ki, bizim insanlarımız sağlam olsunlar, xüsusi dərmanlara ehtiyacları olmasın. Ona görə bu məsələnin bir daha qanunvericilik  hüququnun subyekti ilə müzakirə olunmasına və deputatlar üçün daha geniş, müfəssəl izah edilməsinə ehtiyac olduğunu hiss edirəm. Bütün hallarda mən bu sənədə bitərəf qalacağam. Sağ olun.
Sədrlik edən. Sağ olun, bu Sizin hüququnuzdur. Hesab edirəm ki, Hadi müəllim də bu dəlillərlə bağlı özünün daha ciddi fikirlərini ifadə edəcək. Vahid Əhmədov. 
V.Əhmədov. Çox sağ olun, Bahar xanım. Qanun yaxşı qanundur, oxuyanda hiss olunur ki, Azərbaycan əhalisinin ən ağrılı, dərdli yerlərindən biridir. Yəni dərman vasitələri, doğrudan da, Azərbaycanın daxili bazarlarında müəyyən qiymətlərə satılır. Mən bu yaxınlarda Nərimanov metrosunun yanından bir dərman aldım, iki qutu lazım idi, olmadı, birini aldım. 12 manat verdim, gəldim şəhərin mərkəzində o dərmanı 24 manata təklif elədilər. Bu, bazar iqtisadiyyatıdır, mən bunu başa düşürəm. Amma dərman vasitələrinin, ümumiyyətlə, qiymətlərin tənzimlənməsi hansı halda mümkündür? Ümumiyyətlə, bu mümkündür, ya yox? Yoxsa bir şəxsin iradəsindən əmələ gələn məsələdir?
Cənab Prezident bizə bu məktubu göndərib, bu dəyişikliyi göstərib, əlbəttə, biz buna baxmalıyıq. Amma mən yenə anlamıram. O qiymətlər necə tənzimlənəcək? Birincisi, dövlət qeydiyyatında olan dərmanlar. Dövlət qeydiyyatında olmayan dərmanlar da var? İstənilən dərmanı gətirmək olar, dövlət qeydiyyatında olmayanda, istənilən qiymətə satmaq olar. Bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanları tənzimləyirlər. Yuxarı hədd qoyurlar dərmanlara, aşağı həddə nə qədər istəyirsən sat, amma yuxarı həddi budur. Dövlət qərar verir, yuxarı həddi müəyyən edir, aşağı həddə istənilən qiymətə sata bilərsən.
İkincisi, bilirsiniz, əgər biz bu dərman vasitələrinin qiymətini tənzimləmək istəyiriksə, – yəni Azərbaycan əhalisi lazımi dərmanları almaq imkanına malik olsun, – gəlin, Rəqabət Məcəlləsini qəbul edək. 10 ildir, qəbul eləmirik. Niyə qəbul eləmirik? Azərbaycanda, bilirik ki, dərman inhisardadır. Bunu heç kim gizlətməsin və heç kim də deməsin ki, bu belə deyil. İstənilən sahibkar gedib Türkiyədən Azərbaycana dərman gətirə bilməz, çünki dərman gətirən insanlar var, xüsusi qruplar var və kimlərə də aiddir, bunu Azərbaycan çevrəsi çox gözəl bilir. Bu qanun bir qədər qaranlıq yazılıb, biz qanuna qaranlıq dəyişiklik edirik. Bu qanuna elə bir dəyişiklik etməliyik ki, dərmanların qiyməti aşağı düşsün və bu qiymətlər Azərbaycan əhalisi üçün əlçatan olsun. Amma bu qanunun qəbul edilməsi, – mən sizə deyirəm, – dərmanların qiymətinə heç təsir edən deyil, bu dəyişiklik yalnız və yalnız müəyyən qruplara xidmət edəcək. Ona görə də mən təklif edərdim ki, – Hadi müəllim, hörmətim böyükdür Sizə, bilirsiniz, – bu qanun layihəsinin üzərində biz də işləyək, biz də icra orqanı ilə, onu göndərən təşkilatlarla bir yerdə bu qanuna baxaq, müəyyən dəyişikliklər edək. Yenə deyirəm sizə, necə yəni “dövlət qeydiyyatında olan dərmanlar”. Dövlət qeydiyyatında olmayan dərman satılır məgər, belə çıxır, zəhər satırlar əhaliyə, yəni “dövlət qeydiyyatında olan” sözlərini, ümumiyyətlə, buradan götürmək lazımdır.
Əslində, bütün dərmanlardan söhbət getməlidir, yəni qiymət siyasəti dəyişdirilirsə, bu qiymət siyasəti ortaya qo-yulursa, bütün dərmanlardan söhbət getməlidir. Birinci, bu məsələ, ikinci, mən yenə deyirəm, biz Rəqabət Məcəlləsini qəbul eləsək, bunlar hamısı öz yerini tutacaq. Rəqabət orqanı Azərbaycanda fəaliyyət göstərəcək, bu dərmanlarda kim aşağı, kim yuxarı, kim obyektiv, kim subyektiv qiymət-lərdən istifadə edib, hamısı öz yerini tutacaq. Mən bu qanun layihəsinə bitərəf qalacağam, millət vəkillərindən də bunu xahiş edirəm. Bu qanun üzərində hələ işləmək lazımdır.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Cavanşir Feyz-iyev.
C.Feyziyev. Mən öz mülahizələrimi, o cümlədən hörmətli həmkarlarımın çıxışlarına münasibətimi bildirmək istərdim. Söhbət dövlət qeydiyyatının nədən ibarət olmasından gedir və mən istərdim ki, ona bir aydınlıq gətirim. Ümumiyyətlə, mütəxəssis rəyi tələb edilən dərman vasitələri bu ölkədə istifadə olunması üçün mütləq dövlət qeydiyyatından keçirilməlidir.
Dərman vasitələrinin dövlət qeydiyyatında olması qeyri-adi bir şey deyil, bu, bütün dünya təcrübəsində olan bir hadisədir və Azərbaycanda da belədir. 5000-ə yaxın dərman vasitəsi dövlət qeydiyyatına alınmışdır. Bu dərman vasitələrinin Azərbaycana idxalı və istifadəsinə ciddi şəkildə dövlət tərəfindən nəzarət olunur. Qiymətlərin tənzimlənməsinə gəldikdə isə, mənə elə gəlir ki, söhbət qiymətlərin yuxarı həddinin tənzimlənməsindən gedir. Kütləvi informasiya vasitələrində qiymətlərin baha olması haqqında vaxtaşırı məlumatlar yayılır və bu, həqiqətən də belədir. Azərbaycanda dərman vasitələrinin qiyməti başqa ölkələrə nisbətən bahadır. Ancaq bunu doğuran səbəblər var. Bunu bəzən inhisarçılıqla əlaqələndirirlər. Amma mən bu sahədə kifayət qədər məlumatı olan adam kimi deyə bilərəm ki, burada inhisarçılıqdan qətiyyən söhbət getmir. Çox qəribə olsa da, əksinə, burada rəqabət mühitinin çox geniş olması bazarda bəzi fəsadlara səbəb olur.
Belə ki, Azərbaycanda yüzdən bir qədər çox şirkətin idxal üçün lisenziyası var. Müqayisə üçün deyə bilərəm ki, Almaniyada cəmi iki şirkətə belə lisenziya verilir, yaxud Türkiyədə 10-a yaxın şirkətdə lisenziya var. Azərbaycanda bu lisenziyaların sayı yüzdən çoxdur, eyni zamanda, 350-dən çox şirkət dərman vasitələrinin marketinq fəaliyyəti ilə məşğul olur və daha aşağı səviyyədə, kiçik sahibkarlıq səviyyəsində 2 mindən çox aptek müəssisəsi fəaliyyət göstərir. Eyni fəaliyyət sahəsində 2500-dən artıq hüquqi şəxsin iştirak etdiyi bazarda inhisarçılıqdan danışmaq yer-sizdir. Məsələ işin başqa tərəfindədir.
Dərman vasitələrinin marketinq fəaliyyəti ildən-ilə güclənir. Bu da təbiidir, çünki hər bir şirkət özünün bazara təqdim etdiyi dərman vasitələri üçün daha çox bazar payı qazanmaq istəyir və müvafiq olaraq marketinq fəaliyyətini ildən-ilə gücləndirir. Müvafiq marketinq fəaliyyətinin gücləndirilməsi, sözsüz ki, əlavə vəsait tələb edir. Bu vəsaiti əldə etmək üçün marketinq şirkətləri və ya idxalçı şirkətlər əldə edəcəkləri vəsaiti dərman vasitələrinin maya dəyərinə otuzdururlar. Buna görə də dərmanların qiyməti ildən-ilə artır və bu da haqlı olaraq narazılıq yaradır. Belə bir şəraitdə qiymətlərin dövlət tərəfindən tənzimlənməsi, yəni onun yuxarı həddinin dövlət tərəfindən tənzimlənməsi çox təbii və səmərəli bir üsuldur. Ona görə belə hesab edirəm ki, bu çox faydalı və səmərəli bir qanundur və bütün həmkarlarımı bu qanuna səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun, Cavanşir müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Vaxtınızı çox almayacağam. Çox üzr istəyirəm, Siyavuş müəllimin replikası yerinə düşdü. Mən Cavanşir Feyziyevin peşəkar çıxışına və yanaşmasına çox hörmətlə yanaşıram və düşünürəm ki, o artıq məsələlərin tam izahını verdi və qanun haqqında əlavə söz deməyə ehtiyac qalmır.
Ancaq məsələ bundadır ki, Azərbaycanın reallığı tama-milə başqadır. Azərbaycanın reallığı ondan ibarətdir ki, bu gün dərman alışı və satışı ilə məşğul olan çox sayda şirkət Azərbaycana külli miqdarda saxta dərman gətirir. Bu saxta dərmanlar isə Azərbaycan xalqının səhhətinə onun xəstəli-yindən daha çox problem yaradır. Bunun qarşısının alınması üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var. Yaxud da, həkimə müayinəyə, müalicəyə gedirsən, istiqamətləndirir ki, ancaq gedib filan aptekdən filan dərmanı almalısan. Bu hallar var. Ona görə də düşünürəm ki, dərmanların satışında və gətirilməsində ortaya çıxan problemlərin aradan qaldırılması üçün daha ciddi və sərt tədbirlər həyata keçirilməlidir. Nəhayət, təklifim ondan ibarətdir ki, çox yaxşı olardı, Azərbaycanın imkanları daxilində vacib dərmanların elə ölkəmizdə hazırlanması istiqamətində ciddi işlər aparılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Mən hesab edirəm, Sizin söylədikləriniz bizim hamımızı narahat eləyən məsələlərdir. Amma bunları biz irəlidəki zamanlarda müzakirə eləyib fikirlərimizi ifadə edə bilərik. Mən Cavanşir müəllimin dəlillərini çox ciddi və məsələlərə daha yaxşı aydınlıq gətirən dəlillər hesab edirəm. Məncə, bu cür düşünənlər çoxdur. Başqa çıxış eləmək istəyən yoxdursa, səsə qoyuruq. Münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.08 dəq.)
Lehinə 89
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 26-cı məsələ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Arif Rəhimzadə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Görək, komitə sədri özü məlumat vermək istəyir, yoxsa yox. Buyurun, Arif müəllim.
A.Rəhimzadə. Bu düzəlişin mahiyyəti ondan ibarətdir ki, həyətyanı torpaq əldə edən insan o torpağı 5 il ərzində özgəninkiləşdirə bilməyəcəkdir. Bu da nədən irəli gəlir? İş burasındadır ki, bilirsiniz, həyətyanı torpaqlar iki yol ilə satılır. Bir hərrac yolu ilə, bir də 5 il hansısa bir ərazidə yaşayan və orada qeydiyyatda olan insanlara hərrac yolu ilə deyil, birbaşa satılır. Bu, daha ucuz başa gələn torpaqlardır. Belə hallar var ki, 2-ci yol ilə torpaq əldə edən insanlar hərdən onu dərhal daha baha qiymətə satırlar. Əslində, burada alver gedir. Qanunun mahiyyəti ondan ibarətdir ki, bu torpaqlar 5 il ərzində özgəninkiləşdirilməyəcək. Yalnız dövlətin tərəfdar çıxdığı hansısa bir beynəlxalq müqavilə əsasında və yaxud dövlət ehtiyacları üçün satılırsa, onda bu məhdudiyyət qoyulmur. İcazə versəniz, növbəti 4 məsələni də mən birnəfəsə deyim.
Sədrlik edən. Buyurun. Biz də birnəfəsə dinləyərik.
A.Rəhimzadə. Bu ilin yaz sessiyasında biz “Büdcə sistemi haqqında” Qanuna, “Bələdiyyələrin statusu haqqında” və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlara düzəlişlər qəbul etdik. Bu düzəlişlərin mahiyyəti əsas odur ki, dotasiyanın və subvensiyanın qaydaları müəyyənləşdirildi. İndiyə kimi bizim “Büdcə sistemi haqqında” Qanunda dotasiya və subvensiya haqqında bir kəlmə var idi. Ancaq onun qaydaları, verilmə sənədlərinin hazırlanması, təqdim olunması, baxılması məsələləri öz əksini tapmamışdı.
Növbəti düzəliş bələdiyyələrin fiziki və hüquqi şəxslər müraciət etdikdə onların borcları haqqında 5 gün ərzində arayış vermələri haqqında idi. Bir düzəliş də ondan ibarət idi ki, əhalidən vergi tutularkən o, mütləq nağdsız formada olmalıdır: poçt, banklar və ya internet vasitəsi ilə. Bax, bu düzəlişlər növbəti 4 məsələdə öz əksini tapıbdır. Bu məsələlərin mahiyyəti qısaca bundan ibarətdir. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini  Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 4 məsələdir? Buyurun, xahiş edirəm, 26-cı məsələ –“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələyə münasibət bildirək.
                                   
Səsvermənin nəticələri (saat 15.12 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişi-klik edilməsi barədədir. Münasibət bildirək, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 15.13 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə, buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.14 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə – “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.14 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 15.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
                               
Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatdı.

 

 

 


         
 
EDİLMƏMİŞ ÇIXIŞIN
MƏTNİ


16 dekabr 2014-cü il
_____________________

Fərəc Quliyev. Hörmətli həmkarlar, 2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 100 dollar nəzərdə tutulmasına və dünya bazarında neftin qiymətinin son azalmalarına baxmayaraq, bu ilin ilk 11 ayında neftin orta satış qiyməti 103,89 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan rəqəmdən yüksəkdir.
Dövlət büdcəsinin xərclər hissəsində ciddi qənaət müşahidə edildi. Sözügedən dövrdə dövlət büdcəsinin mədaxili 14,070 milyard manat, xərcləri isə 12,693 milyard manat olub. 1,377 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Sözügedən müddətdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86,0 faiz və yaxud 1,269 milyard manat az icra olunub. Deməli, büdcə xərclərinə 14 faiz qənaət edilib. Demək olar ki, əksər xərclər üzrə də qənaət edilib.
2015-ci ildə bu profisitdən faydalanmaq imkanı var. Bilirsiniz ki, Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır. Onlara dövlətin dəstək çıxması və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir fond yaradılması mümkündür.
Təklif edirəm ki, Rusiyadan qayıdan soydaşlarımız müvafiq icra hakimiyyəti orqanlarından birinin, məsələn, Dövlət Miqrasiya Xidməti İdarəsinin nəzdində yaradılmış kadr banklarında qeydiyyata alınsınlar. Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan fonda təqdim edərək öz vəsaitlərini qoymaqla və bu fonddan da müəyyən dəstək almaqla iş qursunlar. Bu əyalət siyasəti qeyri-neft sektorunun inkişafına ciddi təkan olar. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də qanunların icrasına ciddi nəzarət olunmalıdır.
Dövlət–sahibkar münasibəti istiqamətində müəyyən müsbət işlər görülübdür. Məsələn, sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 milyon manat vəsait nəzərdə tutulub. Milli Məclis də öz növbəsində sahibkarlığın inkişafı üçün qanunvericilikdə dəyişikliklər edib. Dəyişikliyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə cərimə nəzərdə tutulur. Müvafiq icra hakimiyyəti orqanlarının bu qanuna ciddi əməl etməsi vəziyyəti yaxşıya doğru xeyli dəyişər. Diqqətiniz üçün təşəkkür edirəm.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi