2014-ci il 28 oktyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  95

Milli  Məclisin  iclas  salonu.
28  oktyabr  2014-cü  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri  O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 99
Yetərsay 83

 İclasa dəvət olunmuşdur:

Əli Rüstəmov, Azərbaycan Respublikası Ali Məhkəmə hakimliyinə namizəd.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
2. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə.
3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliy-yələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
11. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Fərəc Quliyev, Zahid Oruc, Fazil Mustafa, Leyla Abdullayeva, Musa Quliyev, Qənirə Paşayeva, İqbal Ağazadə, Elmira Axundova, Bahar Muradova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

1. Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

4. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, İlyas İsmayılov, Musa Qasımlı, Çingiz Qənizadə, Aqil Abbas, Sahib Alıyev, Gövhər Baxşəliyeva, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

5. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun ma-liyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.


Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Çingiz Qənizadə, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 92
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

8. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

9. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov, Arif Əşrəfov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

10. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi

11. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov, Fərəc Quliyev, İsmayıl Hacıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

13. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: Qəbul edildi

15. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Azay Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

16. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

17. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

18. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

19. “Narkotik vasitələrin, psixotrop maddələrin və on-ların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barə-də Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

20. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.56 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

21. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Eldar Quliyev, Qalib Salahzadə, Arif Rəhimzadə, Zahid Oruc, Tahir Rzayev, Fazil Mustafa, Siyavuş Novruzov, İlham Əliyev, Fəzail İbrahimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.56 dəq.)
Lehinə 97
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

28 oktyabr 2014-cü il. Saat 12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.01 dəq.)
İştirak edir  99
Yetərsay  83

Yetərsay var. İclasa başlaya bilərik.
Gündəlik hamınıza paylanıb. Gündəlikdə 21 məsələ var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.01 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  94
 Nəticə: Qəbul edildi 

Qəbul edildi, sağ olun. Əgər müzakirələrə ehtiyac varsa, xahiş edirəm, yazılın. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən gündəliyə səs verəcəyəm. Amma bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Bilirsiniz ki, bir neçə gün bundan öncə Ukraynada parlament seçkiləri keçirildi. Təbii ki, bu onların daxili işidir. Lakin seçkinin mürəkkəbi qurumamış Amerika Birləşmiş Ştatları tərəfindən bir bəyanat verildi ki, azad, ədalətli, demokratik seçki keçirilib və biz çalışacağıq ki, Krım məsələsini Ukraynanın xeyrinə həll edək.
Ukraynadakı vəziyyəti siz bilirsiniz və keçirilən seçkinin nəticəsi də bəllidir. Məni düşündürən başqa məsələdir. 20 ildən artıq ATƏT-in həmsədri olan bir ölkə bu günə qədər deməyib ki, biz çalışacağıq, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Halbuki Azərbaycan ərazilərinin işğal olunması BMT tərəfindən, BMT-nin qətnamələri tərəfindən təsdiq edilib və bu məsələnin həlli üçün Birləşmiş Ştatlar ATƏT-in həmsədri kimi bilavasitə məsuliyyət daşıyır. İndiyə qədər biz bu bəyanatı eşitmədik. Bu da bir daha göstərir ki, seçkini necə keçirirsən keçir, onların verdiyi rəy özlərinə sərf edən rəy olacaq.
Biz dəfələrlə sübut eləmişik ki, Azərbaycanda ən azad, demokratik, ədalətli seçkilər keçirilir. Təbii ki, dünya ölkə-ləri bu seçkilərin nəticələri ilə bağlı bəyanatlar verib həmişə Azərbaycanı dəstəkləyiblər. Sadəcə olaraq, erməni lobbisinə xidmət eləyən müəyyən qüvvələr bunun üstünə kölgə salmağa çalışırlar. Belə çıxır ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması üçün lazımdır.
“Biz demokratik seçki keçirildiyinə görə Krımın Ukray-naya qaytarılmasına köməklik göstərəcəyik” – bu sözlər bilavasitə dövlət rəhbərinin verdiyi bəyanatda səslənir. 20 ildən artıqdır ki, Azərbaycanın ərazisi işğal altındadır və həmsədrlər də buraya sanki turist səfərlərinə gəlib gedirlər. Onlar buradan gedəndən sonra da bir mərifətli rəy ortaya qoymur, düzgün informasiya çap etdirmirlər. Bu da ikili standartın nəticəsidir.
Ona görə mən təklif edirəm ki, biz bu həmsədrlərə bir müraciət eləyək, görək bunlar Dağlıq Qarabağ probleminin həllinə məsul olan tərəflər kimi nə düşünürlər. Beynəlxalq hüquq hami üçün birdir və hamıya eyni meyarlarla yanaş-maq lazımdır. Bir ölkəyə bir cür, başqa ölkəyə başqa cür baxmaq olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Bu ilin iyul ayında Azərbaycanın Kəlbəcər rayonunda iki nəfər Azərbaycan sakini – Şahbaz Quliyev və Dilqəm Əsgərov Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldü və dünən Azərbaycanın işğal altında olan Xankəndi şəhərində onlar üzərində saxta məhkəmə quruldu. İnternetdə qoyulmuş videoyazılardan göründüyü kimi, bu çox pis təşkil edilmiş bir teatr tamaşasını xatırladır. Girov götürülmüş insanların öz əzizlərinin qəbirlərini ziyarət etmək üçün işğal altında olan ərazidə dədə-baba yurduna getdiyinə görə məsuliyyətə cəlb edilməsi, onlar üzərində məhkəmə qurulması hüquqa və insanlığa yaraşmayan bir rəzalətdir.
Ən qəribəsi odur ki, bu saxta tamaşanın getdiyi bir vaxtda indidən erməni kütləvi informasiya vasitələri onların adından guya öz günahlarını etiraf etdikləri barəsində bəyanat yayıb. Dünən mən məqsədli surətdə rusdilli erməni saytlarına girdim və gördüm ki, onların bəziləri bu insanların öz günahlarını etiraf etmədiklərini və saxta DQR sərhədini tanımadıqlarını bildirdiklərini etiraf etməyə məcbur olublar.
Mənə qəribə gələn odur ki, iki Azərbaycan vətəndaşını öz ərazisində girov götürürlər, onlar üzərində saxta məhkəmə qururlar, amma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən bu məsələyə münasibət bildirilmir. Uzaq-uzaq ölkələrdə hansısa bir şəxsin taleyi ilə bağlı bəyanat verən həmsədr ölkələrin xarici siyasi dairələri, çox təəssüf ki, iki Azərbaycan vətəndaşının taleyinə bu gün biganədir. Mən çox istərdim ki, ABŞ Dövlət Departamenti, Rusiya, Fransa xarici işlər nazirlikləri Azərbaycan sakinləri üzərində qurulan bu tamaşanın dayandırılmasını və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini Ermənistandan tələb edəydi.
Dünən Fransanın paytaxtı Paris şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oldu və Fransanın Yelisey sarayı Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın vasitəçiliyə başladığı barədə bir bəyanat verdi. Çox arzu olunardı ki, bu bəyanatdan sonra növbəti addımlar atılaydı və Azərbaycan ərazisindən qoşunların çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycan vətəndaşlarının üzərində qurulan bu tamaşanın dayandırılması Ermənistandan tələb ediləydi.
Bu gün o iki vətəndaşımız üzərində saxta məhkəmə qur-mağa çalışan Ermənistan bilməlidir ki, vaxt gələcək, bu saxta məhkəmə quranların özünün üzərində əsl məhkəmə qurulacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Mən istəyirəm indi de-yəcəklərimə Aydın müəllimin çıxışının sonundan bir giriş eləyim. O məhkəmədə ermənilər daha çox iki şeyə – birin-cisi, Dağlıq Qarabağın bir subyekt kimi tanınmasına və ikincisi, bizim vətəndaşların da bu subyekti tanımasına nail olmağa çalışıblar. Amma bizim girov düşmüş vətəndaş-larımız orada çox ləyaqətlə davranıb Dağlıq Qarabağ adında dövlət tanımadıqlarını bir daha bəyan ediblər. Bu, saytlarda gedibdir.
Mən niyə bu məsələyə xüsusilə toxundum. Son vaxtlar mətbuatda gedən yazılardan da göründüyü kimi, Təhsil Na-zirliyi orta məktəblərdə Qarabağ tarixinin tədrisini həyata keçirmək istəyir. Mən güman eləmirəm ki, orada bir başqa məqsəd güdülür. Yaxşı mənada Dağlıq Qarabağın, ümumiyyətlə, Qarabağın tarixini öyrənib bilməkdən söhbət gedir. Amma hər halda biz bütün çıxışlarımızda, söhbətlərimizdə, atdığımız addımlarda çalışmalıyıq ki, Dağlıq Qarabağı ayrıca subyekt kimi tanıtdırmayaq. Azərbaycan tarixinin tədrisində biz daha çox çalışmalıyıq ki, bütöv Azərbaycan, hətta bütöv türk tarixi əhatə olunsun. Bununla bağlı Azərbaycan hökumətinin mövqeyi məlumdur. Bir çox əsərlərin ortaya qoyulması ilə bağlı Prezidentin sərəncamları, göstərişləri oldu. Belə məqamda ayrı-ayrı bölgələrin tarixinin tədris olunması, məncə, məqsədəuyğun deyil.
İkinci bir tərəfdən, güman edirəm, mənimlə hər kəs razılaşar ki, rəsmi qəzetlərdə, saytlarda tez-tez rastlaşdığımız, dövlət rəsmilərinin dilindən çox eşitdiyimiz “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədil-məsi də doğru deyil. Çünki Azərbaycan Konstitusiyasında göstərilir ki, Azərbaycan vahid unitar dövlətdir. Deməli, Dağlıq Qarabağ da Naxçıvan, Şəki və sair inzibati ərazi va-hidlərimiz kimi onun ayrılmaz tərkib hissəsidir. Ona görə də Ermənistan – Azərbaycan müharibəsinin adını olduğu kimi, elə Ermənistan – Azərbaycan müharibəsi kimi səsləndirmək lazımdır. Biz Ermənistanın belə məsələlərdən tutarqa kimi istifadə eləyib danışıqlarda Dağlıq Qarabağın da bir subyekt kimi iştirakını tələb etməsinə imkan verə bilmərik.
Avropa təsisatlarında dinləmələrdə Dağlıq Qarabağ nü-mayəndə heyətinin oturmasını istəyənlər olur. Biz Yerevanda Avronestin sessiyasında iştirak eləyəndə orada Dağlıq Qarabağın nümayəndələri üçün yer ayırmışdılar. Ermənistanda bu, başa düşüləndir. Amma başqa yerlərdə, xüsusən Azərbaycan nümayəndələrinin iştirakı ilə keçirilən seminarlarda, konfranslarda buna mütləq reaksiya vermək lazımdır. Məncə, bu ifadə birmənalı şəkildə götürülməlidir ki, bizə zərər gəlməsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən 25 oktyabrda İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyevin çıxışı ilə bağlı mövqeləri, tezisləri, orada qoyulmuş fikirləri müdafiə eləmək üçün bu gün söz aldım. Hesab edirəm ki, cəmiyyətdə böyük əks-səda doğuran o çıxış, o açıqlama bütün parametrlər üzrə hər bir Azərbaycan vətəndaşının da mövqeyini ifadə edir və özünün əhəmiyyətinə görə parlamentdə də müzakirəyə layiqdir.
Düşünürəm, biz Milli Məclis olaraq oturub təhlil eləməliyik ki, nə üçün Azərbaycanın cənub bölgəsində on illər ərzində qızların təxminən 70–80 faizi ali təhsildən kənarda qalır. Biz eləcə də təhlil eləməliyik ki, nə üçün şimal bölgəsindən 50–60 faiz oğlanların təhsilə gələn yolu özlərinin bəlli qərarları ilə kəsilibdir. Onlar hansısa qeyri-ənənəvi dini məzhəb və təriqətlərin təsiri altına düşür və radikalizmə yuvarlanırlar. Biz ötən əsrin əvvəllərində onun şahidi olduq ki, yeni cəmiyyət quruculuğundan ruhlanan Azərbaycan qadını Sevilin timsalında çadranı atdı. Amma indi həmin Azərbaycan qadını və ya qızı təzədən müxtəlif dini libaslara bürünür. Bu səbəblər təhlil olunmalıdır. Əlbəttə, mən insanın könüllü qərarı ilə geyilən dini libasların əleyhinə deyiləm.
Mən düşünürəm ki, hər il ali məktəbləri bitirən 25 mindən artıq insanın, gəncin dövlət quruculuğunda peşəkar bir şəxs kimi yer ala bilməməsinin səbəblərini təhlil eləməliyik, çünki əgər bu fikirlər dövlət idarəçiliyində böyük təcrübəyə, mühüm yerə malik olan hörmətli Ramiz müəllimin dilindən səslənirsə, deməli, Azərbaycan dövləti uğurlara sahib olduğu kimi, problemlərin də aradan qaldırılmasını istəyir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il dövlət im-tahanlarından sonra mühüm bir kitab tərtib eləyir və burada beyin mərkəzlərinin, siyasi institutların, elmi institutların ortaya qoya biləcəyi bir səviyyədə işlər görür. Mən düşü-nürəm ki, bunların hər biri müxtəlif müzakirələrdə diskus-siya edilməyə layiqdir.
2002-ci il avqustun 24-də keçirilmiş referendumda Konstitusiya ilə Milli Məclisə yeni səlahiyyətlər verilib. O səlahiyyətlərdən biri də müxtəlif hökumət orqanlarını ayrı-ayrı bura dəvət edərək müxtəlif məsələlər ətrafında diskussiyalar açmaqdır. Bu bir hesabat və yaxud kiminsə işinə etimadsızlıq göstərmək deyil.
Mən təklif edirəm ki, dövlətin rəhbərliyi tərəfindən verilən mesajlar nəzərə alınmaqla Təhsil Nazirliyinin, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, o cümlədən digər təsisatların nümayəndələrinin iştirakı ilə parlamentdə geniş müzakirələr keçirilsin. Düşünürəm ki, dövlətin və millətin həyatı üçün bu da az əhəmiyyətli məsələ deyil. Biz bunları qəbul elədiyimiz kimi, səmərəli yollara da…
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Girovlar məsələsi ilə bağlı bu təşəbbüsü, bizim bu məsələyə müdaxilə eləməyimizi mən də dəstəkləyirəm. Bildiyiniz kimi, azərbaycanlı vəkil Bəhruz Bayramov onların müdafiəsini öz üzərinə götürməyə hazır olduğunu və belə bir imkan, şərait yaradılsa, təhlükəsizliyə təminat verilsə, bu işi görə biləcəyini bildirib. Mən fikirləşirəm ki, biz tanımadığımız bir yerdə qondarma məhkəməyə bir Azərbaycan vətəndaşının getməsini məqbul hesab etməyə bilərik və bu, doğrudur da. Amma Rusiyada yaşayan, Rusiya vətəndaşı olan, Avropada olan bir sıra peşəkar hüquq müdafiəçilərinin ora getməsi məsələsini dövlət səviyyəsində dəstəkləyərək gündəmə gətirə bilərik. Çünki Şahbaz Quliyev və Dilqəm Əsgərov haqlıdırlar. İşğal olunmuş Azərbaycan ərazilərinə, öz vətənlərinə gediblər. Onlara kiminsə bu cür qondarma məhkəmələrlə nəyi isə sübut eləməyə haqqı yoxdur. Amma bu işi bir təbliğat vasitəsi kimi ən azı müdafiəçinin adından onların sözünün çatdırılması baxımından görməyimiz, məncə, vacibdir.
İkinci vacib məsələ. Konstitusiya Məhkəməsinin 2014-cü il 28 yanvar tarixli qərarında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul olunana qədər həlak olan, itkin düşən, xəsarət alan hərbi qulluqçulara qanunla nəzərdə tutulan sığorta haqqının ödənilməsi məsələsi qoyulubdur. Lakin burada anlaşılmaz bir şey var. Ziyafət müəllim tez-tez Konstitusiya ilə bağlı fikirlərini bizə çatdırır. Amma bu məsələ nədənsə bir az diqqətdən kənarda qalıb.
Konstitusiya Məhkəməsi bu qərarda Milli Məclisə tövsiyə edib ki, siz bununla bağlı qaydaları yaxın müddətdə, yəni yanvar ayında tərtib eləyin. Maraqlıdır, Konstitusiya Məhkəməsinin Konstitusiya ilə Milli Məclisə belə bir tövsiyə vermək səlahiyyəti yoxdur. Sanki bütün şəhid ailələrini, itkin düşənlərin ailələrini yönəldiblər Milli Məclisə tərəf. Yəni sizə mane olan qurum Milli Məclisdir. Milli Məclis bu qaydanı qəbul eləsə, biz bunu sizə verəcəyik. Halbuki yüngülləşdirici hal olduğuna görə qanunun geriyə qüvvəsi var, 11 manat vəsait şəhid ailəsinə, itkin düşən hərbi qulluqçunun ailəsinə ödənilməlidir. Niyə onların qarğışı, bədduası Milli Məclisə yönəlməlidir? Qanun var, ona əməl eləyin. Məhkəmə qərar qəbul eləyibsə, məhkəmənin qərarı artıq dəyişməzdir. Bunun üçün Milli Məclis təzədən nə qayda tərtib eləməlidir?
Bu sığorta şirkətlərini kimlər himayə edirsə, eləsin. Amma şəhidin, itkin düşənin 11 manat sığorta pulunu vaxtlı-vaxtında verin, heç olmasa, ailəsi yaşasın. Məncə, bu məsələni ciddi diqqətə almaq lazımdır. Oqtay müəllim, xahiş edirəm, Siz də baxın. Çox ciddi bir problemdir. Bunun həlli vacibdir ki, insanlar bizdən narazı qalmasınlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hör-mətli həmkarlar! Məni narahat edən bir məsələyə diqqətinizi çəkmək istərdim. Bu, son dövrlərdə bəzi şəxsi qurumlar tərəfindən az qala müsbət və alqışlanası bir hal kimi təbliğ edilən “oğru dünyasının” təbliği ilə bağlı bir məsələdir. Kriminal həyatın sanki bəzi özəl qurumlar və şəxslər tərəfindən populyarlaşdırılmasına cəhd edilir. Kriminal aləmin nümayəndələri haqqında mahnılar yazılır, musiqilər bəstələnir. Kitab mağazalarında ən çox satılan kitablar arasında kriminal dünya və onun nümayəndələri haqqında kitablar xüsusi yer tutur. Sosial şəbəkələrdə ayrıca səhifələr açılır, onlar təbliğ edilir. Nəşriyyatlar bu mövzuda onlarla kitab nəşr edir.
Bütün bunlar məni bir pedaqoq kimi olduqca narahat edir. Zəif olan, hələ formalaşmamış uşaq psixologiyası belə təsir-lərin altına çox tez düşə bilər. Məncə, belə nəşrlərin, musiqilərin, filmlərin bu cür asan şəkildə yayılması gələcəkdə ictimai təhlükəli əməllərə gətirib çıxara bilər.
Bu baxımdan İnzibati Xətalar Məcəlləsində və ya Vergi Məcəlləsində belə yayımlarla bağlı məhdudiyyətlərin nəzər-də tutulması mümkündür. Biz, əlbəttə, demokratik ölkədə yaşayırıq və məhdudiyyətlərə, senzuraya qarşıyıq. Lakin hüquq da ictimai maraqlar naminə bu cür məhdudiyyətlərin qoyulmasını nəinki qadağan etmir, hətta buna icazə verir. Bu baxımdan bir çox ölkələrdə artıq müvafiq təcrübə vardır. Bir çox kitabların satışına, filmlərin baxışına müəyyən yaş limiti qoyulur. Düşünürəm ki, spirtli içkilərin və tütün məmulatla-rının əldə edilməsinə tətbiq olunan yaş senzi bu baxımdan bizim üçün nümunə ola bilərdi. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən ezamiyyətə gedən şəxslərin tibbi sığortası ilə bağlı məsələni gündəmə gətirmək istəyirəm. Azərbaycanın beynəlxalq əlaqələri gündən-günə genişlənir və Azərbaycan vətəndaşlarının rəsmi, diplomatik, işgüzar, yaxud ictimai əhəmiyyətli görüşlər məqsədilə xaricə səfərləri olur. Bu səfərlər zamanı, təbii ki, xəstələnən və hər hansı bir xəsarət alan insanlar da ola bilərlər. Amma onların heç bir tibbi sığortası olmadığına görə ya səfəri yarımçıq saxlayıb geri dönməli, burada müalicə almalı, ya da imkanları varsa, öz vəsaitləri hesabına orada müalicə alıb vəziyyətdən çıxmalıdırlar.
Qəribə də olsa, biz turist kimi xaricə gedənlərə mütləq icbari tibbi sığorta etdiririk və onlar həmin müddət ərzində sığorta polisindən istifadə etmək imkanına malik olurlar. Amma xidməti və diplomatik pasportlarla rəsmi səfərlərə, xidməti səfərlərə, yaxud dövlət tədbirlərinə gedən insanları sığorta etdirmirik. Ona görə mən hesab edirəm ki, bu, həm əhalimizin sağlamlığının qorunması, həm xarici səfərlərə gedən deputatların, dövlət qulluqçularının və digər rəsmi şəxslərin statusu, həm də Azərbaycan dövlətinin xaricdəki imici baxımından çox vacib bir məsələdir.
Məncə, Azərbaycan deputatının, nazirinin, yaxud hər hansı bir məmurunun xarici səfər zamanı xəstələnərkən heç bir sığortası olmadığına görə yardımdan imtina etməyə və yaxud cibinin pulu ilə tibbi xidmətdən yararlanmağa məcbur olması doğru hal deyil. Səfirliyin də səlahiyyəti və maddi imkanları yoxdur ki, bu işi həyata keçirsin.
Ona görə mən təklif edirəm ki, biz müvafiq qanunveri-ciliyimizdə, konkret olaraq Əmək Məcəlləsində, “Dövlət qulluqçusunun statusu haqqında” Qanunda, Miqrasiya Mə-cəlləsində və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda müvafiq dəyişiklik edərək xarici ezamiyyətə gedən şəxslərin tibbi sığortasını təmin edək. Hesab edirəm ki, bu o qədər də böyük məbləğ təşkil etməyəcək. Ezamiyyətə gedən hər bir şəxs üçün istənilən sığorta şirkəti ilə müqavilə bağlamaq olar. Sığorta şirkətlərimizin çoxunun beynəlxalq çıxışları var və onlar beynəlxalq sığorta şirkətləri vasitəsilə bu işi həyata keçirə bilərlər.
Çıxışımın sonunda mən deputat Fazil Mustafanın qaldırdığı məsələnin çox əhəmiyyətli məsələ olduğunu qeyd et-mək istərdim. Hesab edirəm ki, bu məsələnin həllini Milli Məclisə yönəltmək doğru deyildir. Qanun da var, məhkəmə də var və keçmiş hərbi qulluqçularımıza ödəniləsi sığorta haqları da ödənilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qaldırdığı məsələləri dəstəkləyirəm. Biz bunu Avropa Şurasında nümayəndə heyəti olaraq qaldırdıq. Çox təəssüf ki, ATƏT-in Minsk qrupu və beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı etirazlarını bildirmirlər. Biz bunu da vurğuladıq. Hər kiçik məsələyə reaksiya verən Avropa Şurasının İnsan hüquqları üzrə komissarı, çox təəssüf ki, bu günə qədər bu məsələ ilə bağlı heç bir ciddi bəyanat və ya açıqlama verməyib, hansısa addımlar atmayıb.
Biz görürük ki, azərbaycanlı girovlarla bağlı hansı hərə-kətlər edilir. Bunların hamısını internetdə izləmək olur. Mütəxəssislər hesab edirlər ki, bunun yolu məsələni mütləq Avropa İnsan Haqları Məhkəməsinə çıxarmaqdır. Ona görə də yaxşı olar ki, həmin girovların ailələrinə bu istiqamətdə ciddi dəstək verək və bu məsələni Avropa İnsan Haqları Məhkəməsinə və Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinə çıxaraq. Çünki bu insanlara çox ciddi işgəncələr verilir və onlar Azərbaycan əleyhinə ifadələr işlətməyə və etmədiklərini etiraf etməyə məcbur edilirlər. Ona görə də bu məsələnin həm Avropa İnsan Haqları Məhkəməsinə, həm də Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinə çıxarılmasına ehtiyac var. Çünki görünən odur ki, nə ermənilər bu insanları azad etmək, nə də beynəlxalq təşkilatlar Ermənistana bu məsələ ilə bağlı təzyiq göstərmək fikrindədirlər. Əlbəttə, bu da bir ikili standartdır.
İkinci məsələ. Bildiyiniz kimi, Reproduktiv sağlamlıq haqqında qanun layihəsində ziddiyyətli müddəalar vardı, onlar çıxarılıb. Bu qanunun qəbul olunması çox vacibdir. Söhbət ondan gedir ki, nikaha daxil olan şəxslər arasında sonsuzluq artıq 13 faizə çatıb və nə qədər ailələr övladsızlıq üzündən dağılır. Parlamentdə hazırlanmış bu qanun layihəsində vurğulanır ki, 10 il övladı olmayan ailələrin süni mayalanmadan yararlanmasına dövlət tərəfindən dəstək göstəriləcək. Elə bilirəm ki, o 10 il müddətini də bir qədər azaltmaq olar. Bu qanun qəbul edilərsə, sonsuzluqdan əziyyət çəkən nə qədər ailələrin bununla bağlı problemlərini aradan qaldırmaq olar. Ona görə təklif edirəm ki, Reproduktiv sağlamlıq haqqında qanun layihəsini yaxın zamanlarda müzakirəyə çıxaraq və qəbul edək. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, bu gün hər bir azərbaycanlını və o cümlədən məni Kəlbəcərdə girov götürülən iki azərbaycanlının taleyi ciddi surətdə narahat edir. Lakin bu narahatçı-lığımızı ayrı-ayrı bəyanatlar və sair şəklində ifadə etməklə yanaşı, məncə, hüquqi prosedurların həyata keçirilməsi və onların vəkillə təmin olunması üzərində də ciddi surətdə düşünməliyik.
Bəlkə bir az qəribə və bəlkə bir az pafosla səslənər. Amma gerçək olan budur ki, başqa ölkələrdə olsaydı, bu işdə Azərbaycanın sıravi vəkillərindən istifadə edilə bilərdi, amma bu, məhz işğal olunmuş ərazidə baş verdiyinə və beynəlxalq aləmin də kifayət qədər diqqət ayırmadığı bir məsələ olduğuna görə mən onların hüquqlarını müdafiə etməyə hazıram. Beynəlxalq təşkilatlara bununla bağlı müraciət olunarsa və o təşkilatların əgər bu istiqamətdə vasitəçi rolu olarsa, sıravi bir Azərbaycan vəkilinin iştirakındansa, mən bir millət vəkili və partiya sədri kimi onların hüquqlarını böyük məmnuniyyətlə müdafiə edərəm. Hesab edirəm ki, məhz Dağlıq Qarabağda keçirilən qeyri-qanuni məhkəmə prosesində bizim həm də siyasi mövqeyimizin ifadə olunması üçün bu çox ciddi, vacib bir addım olardı. Hörmətli Milli Məclis rəhbərliyi bununla bağlı mənə nə yardım edə bilərsə etsin, beynəlxalq təşkilatlar vasitəsilə biz bu hüquqi yardımı onlara göstərə bilək. Bu mənim qaldıracağım birinci məsələ idi.
İkinci məsələ. Mən insan haqlarının müdafiəsi ilə bağlı yaradılan işçi qrupunu alqışlayıram və hesab edirəm ki, bu, Azərbaycanda insan haqlarının vəziyyətindən narazı olan həm daxildəki fərqli fikrin nümayəndələri, həm də beynəl-xalq təşkilatlar üçün yeni bir mərhələdir. Mən çox arzu edərdim ki, həm bu işçi qrupu Azərbaycanda ədalətli məhkəmə araşdırmalarının keçirilməsi və insan haqlarının qorunması, əfv və amnistiya məsələləri ilə bağlı kifayət qədər ciddi fəaliyyət ortaya qoysun, həm də Milli Məclis bu ilin sonuna qədər bayram ərəfələrində əfv və amnistiya vasitəsilə bu şəxslərin hamısının həbsdən azad olunmasına ciddi yardım göstərsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Yaz sessiyasının plenar iclaslarından birində mən bir məsələ ilə əlaqədar fikrimi səsləndirmiş və hətta Siz, cənab Sədr, müvafiq komitəyə bununla bağlı tövsiyələr də vermişdiniz. Amma hələ ki, vəziyyət dəyişməz olaraq qalır. Məsələ mobil telefonlarımıza gün ərzində xeyli sayda reklam xarakterli məhsul, xidmət, aksiya və endirimlər haqqında müvafiq tibbi, ticarət, restoran və sair qurumlar tərəfindən bezdirici mesajların gəlməsi ilə bağlıdır. Reklam xarakterli bu SMS göndərişlər mobil telefon sahibinin icazəsi olmadan həyata keçirilir. Bundan başqa, belə məlumatlarda insanları aldatmaq, mənasız oyunlara, yarışlara cəlb etmək kimi hallar da kifayət qədərdir.
Mən bir reklamı nəzərinizə çatdırmaq istəyirəm. Bu gün-lərdə mənim telefonuma gəlib. Yəqin, o sizi də xeyli güldü-rəcək. Diqqət “Bakı Medikal Plaza”dan şok doğum qiymət-ləri. Təbii doğum 800, qeysəriyyə 1000 manat, BMP Babək-də, yeni korpusda, tələsin. Təsəvvür edin ki, belə bir reklamı 70 yaşında xanıma, qocalara, yeniyetmələrə və hətta kişilərə də göndərirlər. Bu cür reklamlar gülüş və əsəbilikdən başqa heç nə vermir.
Qeyd edim ki, bu problemin həlli istiqamətində bir sıra dövlətlərdə artıq əməli işlər görülür. Oqtay müəllim, Rusiya Dövlət Duması bu yaxınlarda Rusiya Federasiyasının “Rabitə haqqında” Qanununa müvafiq dəyişiklik edərək bu cür icazəsiz SMS-lərə son qoyub. Qanundakı dəyişikliyə əsasən 21 oktyabrdan etibarən Rusiyada belə SMS göndərişləri ancaq və ancaq abonentlə əvvəlcədən razılıq əsasında həyata keçirilir. Mobil operator bundan sonra belə bir göndəriş haqqında müştəri ilə müqavilə bağlamalı olacaq.
Ona görə komitə rəhbərliyindən xahiş edərdim ki, biz də belə bir addım ataq və “Rabitə haqqında” Qanuna müvafiq dəyişikliyi həyata keçirək. Hələlik isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən belə halların qarşısının alınması üçün çox ciddi tədbirlər görülməsini xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. Mən bir çoxlarımızı narahat eləyən məsələlər barədə həmkarlarımın səsləndirdiyi fikirlərlə şərikəm. Amma hazırda əsirlikdə olan iki soydaşımızla bağlı səslənən fikirlərə münasibətimi bildirmək istəyirəm. Əlbəttə, onlara görə hər birimiz narahatlıq keçiririk. Onların ən müxtəlif yollarla əsirlikdən, girovluqdan qurtarması və onlara işgəncələr verənlərin cəzalandırılması istiqamətində müxtəlif fikirlər söyləyə, yollar araya bilərik. Amma mən qondarma bir qurumun qondarma hüquq sistemi təmsilçilərinin soydaşlarımızın öz ev-eşiyinə baş çəkməsini, doğmalarının qəbrini ziyarətə getməsini ərazi bütövlüyünün pozulması, “Dağlıq Qarabağ Respublikası” adlandırılan separatçı qurumun sərhədlərinin pozulması kimi qələmə verərək onların üzərində qondarma məhkəmə qurması aktına etiraz etməyin vacib olduğunu düşünürəm.
Əlbəttə, biz öz təhlükəsizliyimizi düşünmədən hətta bir soydaşımızın ardıyca belə ən çətin yola çıxıb onu düşmən əsarətindən qurtarmaq üçün əlimizdən gələni etməliyik. Bu bizim vətəndaşlıq borcumuz və dövlətin öz vətəndaşı qarşısında borcudur. Amma biz ümumi mövqeyimizə xələl gətirəcək, ona kölgə sala biləcək fikirlər səsləndirməkdən də uzaq olmalıyıq.
Mən qondarma rejimin vətəndaşlarımız üzərində qondarma məhkəmə qurmasını qəbul etmirəm və hətta heç bir təhlükəni göz önünə almayan deputat həmkarımızın belə bu qondarma məhkəmədə iştirakını mümkün saymıram. Bu cür fikirlər səsləndirmək bəlkə daxili auditoriya üçün, müəyyən siyasi məqsədlər üçün, öz narahatlığını səmimi şəkildə ifadə etmək üçün məqbul sayıla bilər. Amma bu, hüquqi mexanizm deyil, bu, Dağlıq Qarabağ rejimini, o rejimin həyata keçirdiyi qondarma məhkəməni tanımaq deməkdir. Ona görə də qətiyyən orada iştirak haqqında fikirlər söyləmək olmaz.
Əlbəttə, mən qəbul edirəm ki, bizim ən bacarıqlı hüquqşünaslarımız, hüquq müdafiəçilərimiz beynəlxalq təşkilatların köməyi ilə Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının müdafiəsi işini təşkil etməli və buna beynəlxalq aləmdəki tərəfdaşlarını da cəlb etməlidirlər. Beynəlxalq qeyri-hökumət təşkilatlarının, hüquq müdafiə təşkilatlarının, insan hüquqlarının qorunması istiqamətində çağırışları eşidilə bilən hər bir şəxsin bu müdafiə işinə çağırılmasını məqbul hesab etmək olar. Nəinki Milli Məclis və ölkə rəhbərliyi, müvafiq qurumlar da bu işdə hər cür kömək və dəstəklərini əsirgəməməlidirlər. Vətəndaşlarımızı girovluqdan, əsirlikdən azad etmək istiqamətində biz həm hüquqi, həm siyasi, həm də humanitar sahələrdə imkanlarımızdan istifadə etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, müzakirələrin vaxtı qurtardı. Mən heç bir çıxışa əlavə etmək istəmirdim, amma Siyavuş Novruzov və Aydın Mirzəzadənin çıxışlarında səslənən bir məsələni qeyd etmək istəyirəm. Siyavuş Novruzov Ukray-nadakı seçkilərə toxundu. Ukraynada seçkilər keçirilir, daxili işləridir, keçirilən seçkiləri biz də tanıyacağıq. Ancaq deyirsiniz ki, dünyanın güc mərkəzləri Azərbaycanın haqq işinin həllinə ikili standartlar mövqeyindən yanaşır, Ukraynada isə seçkilərin mürəkkəbi qurumamış Amerika Birləşmiş Ştatları onların nəticələrini tanıdığı barədə bəyanat verir. İngiltərənin Baş nazirinin də eynilə bu cür bir bəyanatı olub.
Bunlar hamısı aydındır. Siz hamınız siyasətçisiniz, belə şeyləri yaxşı başa düşməlisiniz. Bunların hamısının səhvləri var. Səhvləri odur ki, Azərbaycana kiçik dövlət kimi baxırlar. Ancaq görürlər, Azərbaycan inkişaf edir. Deyirlər, mənim yanımda dur, hərə öz yanına çağırır. Bütün təsirlər də ondandır. Azərbaycan isə müstəqil siyasət aparır. Bu da bir çoxlarının xoşuna gəlmir. Dediyiniz o ikili standartların hamısı bundan irəli gəlir ki, Azərbaycan hamı ilə bərabərhüquqlu ikitərəfli münasibət qurmaq istəyir və bunu çoxları qəbul etmək istəmir. Ona görə də Azərbaycanın bir yolu var – inkişaf eləməli, güclü olmalı, ikili standartlardan yüksəkdə durmalıdır. Bunu hər dəfə deyirik, qabardırıq. Bu hamımıza aydın olmalıdır. Çox sağ olun.
İndi keçək gündəliyə. Gündəliyin birinci məsələsi. Əli Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Qeyd olunduğu kimi, cənab Prezident tərəfindən Konstitusiyanın 109-cu maddə-sinin 9-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin hakimi vəzifəsinə təyin edilməsi üçün Əli Məhəmməd oğlu Rüstə-movun namizədliyi müzakirəmizə təqdim olunmuşdur. Mən Məhkəmə-Hüquq Şurasının üzvü kimi sizləri məlumatlan-dırmaq istəyirəm ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun müddəalarına görə 65 yaş hakimlik üçün ən yük-sək yaşdır, amma şuranın tövsiyəsi ilə müstəsna hallarda hakimin məhkəmə hakimiyyətinə verdiyi töhfələr nəzərə alınaraq bu yaş müddəti uzadıla bilər.
Məhkəmə-Hüquq Şurası artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir və bu dövr ərzində hakim təyinatları ilə yanaşı, öz fəaliyyətlərində nöqsanlara yol vermiş bir çox hakimləri də vəzifələrindən kənarlaşdırmışdır. Amma mən tam məsuliyyəti ilə qeyd etmək istəyirəm ki, Əli Rüstəmov 25 ildən artıqdır, Ali Məhkəmədə çalışır və bizim hakim korpusunun nümunəvi üzvlərindən biri və gənc hakimlər üçün ən yaxşı nümunədir. Qanunun aliliyini rəhbər tutan, vicdanlı, təmiz hakimlərimizdən biridir. Təsadüfi deyil ki, Məhkəmə-Hüquq Şurası Əli Rüstəmovun təcrübəli bir hakim olmasını nəzərə alaraq yenə də məhkəmə hakimiyyətində çalışması ilə bağlı təşəbbüslə çıxış etmiş və cənab Prezident tərəfindən onun namizədliyi yenidən irəli sürülmüşdür.
Qeyd etmək istəyirəm ki, əgər parlament də onun nami-zədliyini dəstəkləyərsə, o, son yaş həddinə, yəni 70 yaşadək Ali Məhkəmənin üzvü qismində çalışmaq hüququ əldə etmiş olacaqdır. Mən həm özümün, həm də Məhkəmə-Hüquq Şurasının mövqeyini sizə çatdırdım və əminəm ki, Əli müəllim indiyədək olduğu kimi bundan sonrakı dövrdə də məhkəmə sisteminə öz töhfəsini verəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim çox yaxşı açıq-lama da verdi, izah da elədi. Başqa fikir və mülahizələr yoxdursa, Əli Rüstəmovun təyin edilməsi haqqında məsələyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.38 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi 

Çox sağ olun, qəbul edildi. Əli müəllim, Sizi təbrik edir, uğurlar arzulayırıq.
Gündəliyin ikinci məsələsi. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə. Bildiyiniz kimi, həmkarımız Mübariz Qurbanlı icra strukturuna keçdiyinə görə Azərbaycan–Bosniya–Herseqovina parlamentlərarası dostluq qrupunun rəhbəri yeri boşdur. Mən həmin yerə deputat Gülçöhrə Məmmədovanın namizədliyini təklif edirəm. Əgər etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 12.39 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi 

Çox sağ olun, qəbul edildi.
Üçüncü məsələ. “İnzibati icraat haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, “İnzibati icraat haqqında” Qanun inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardımın necə həyata keçirilməsini də özündə ehtiva edir. Belə ki, bu qanunun 5-ci maddəsinə görə inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Bu çox vacib bir normadir. Çünki əks təqdirdə dövlət orqanları arasında anlaşılmazlıq baş verə bilər. İndiyədək qanunda bu hüquqi yardımın göstərilməsi ilə bağlı dəqiq müddətlər mövcud deyildi. Təklif olunan əlavələr bu müddətləri müəyyənləşdirir.
Layihədə göstərilir ki, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsi təmin edilmə-lidir. Bunun üçün əgər daha artıq müddət tələb olunursa, onda bu məqsədlə müraciət etmiş digər inzibati orqana öncədən əsaslandırılmış yazılı məlumat verilməklə müddəti 15 günə qədər uzatmaq olar. Yəni beləliklə, dövlət orqanları arasında hüquqi yardımın göstərilməsi ilə bağlı konkret müddətlər müəyyənləşdirilir.
İkinci bir vacib məsələ ekspert və mütəxəssislərin cəlb edilməsi ilə bağlı 41-ci maddədir. Belə ki, mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.
Digər bir əlavə də inzibati şikayətin geri götürülməsi qaydası ilə bağlı olan məsələdir.
Bir daha vurğulamaq istəyirəm ki, bu dəyişikliklər “İnzibati icraat haqqında” Qanunda hüquqi yardım göstərilməsi ilə bağlı müddəaları dəqiqləşdirdiyi üçün çox əhəmiyyətlidir, çünki dövlət orqanları bir-birinə hüquqi yardımla bağlı müraciət edir. Onlar vaxtında bu yardımı göstərməlidirlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Azərbaycanda məhkəmə-hüquq sisteminin peşəkar əsasda qurulması üçün ötən on illər ərzində çox böyük işlər həyata keçirilib və bu da öz əksini müxtəlif sahələr üzrə məhkəmələrin yaradılmasında tapıb. İnzibati məhkəmələrin “İnzibati icraat haqqında” Qanunla müəyyənləşməsi vətəndaş hüquqlarının və azadlıqlarının təminatında çox böyük rol oynayıbdır.
Ancaq düşünürəm ki, bir sıra məsələlərdə hələ də xeyli problem qalmaqdadır. Yəni ümumi məhkəmələr hansı məsələlərə baxır, inzibati məhkəmələr hansı məsələlərə baxır, iqtisad məhkəmələri hansı məsələlərə baxır. Bu təsnifatda problemlər bu gün də real həyatda qalmaqdadır.
Məsələn, biz hamımız onunla rastlaşırıq ki, vətəndaş inşaat sahəsində fəaliyyət göstərən hər hansı bir özəl qurumla mülkiyyət alğı-satqısına gedir və yeni tikilən bir binadan mənzil alır. Ona mülk kağızı yox, müvafiq sənədlər verilir. Mən xatırlayıram, Mənzil Məcəlləsi müzakirə olunanda deyilirdi ki, binanın təməli qoyulandan vətəndaşa mülkiyyət haqqında akt verilməli, onun mülkiyyət hüququ tanınmalıdır. Amma biz indi o vətəndaşın mülkiyyət hüququnu sonrakı dövrlərdə binada bütün infrastruktur bərqərar olunandan sonra tanıyırıq. Bu halda isə çox vətəndaş aldadılmış olur. Onların hüquqlarının müdafiəsi sahəsində xeyli problem bu gün də qalmaqdadır.
Başqa bir məsələ. Ölkədə qaz, elektrik enerjisi və su təminatında çox böyük işlər həyata keçirilibdir. Təbii ki, həmin sahələri idarə edən məlum strukturlar inzibati orqan sayılmır. Amma bunlar təbii inhisar subyektləri olduqlarından müstəsna hüquqlara sahibdirlər. Vətəndaş o strukturlarla da heç bir müqavilə bağlaya bilmir.
Mən bircə xatırlayıram ki, “Barmek”lə belə bir məsələ meydana çıxmışdı. Hamımıza təxminən bir kitab qalınlığında müqaviləni göstərib demişdilər ki, vətəndaşların da maraqları burada təsbit olunacaq. İndi nə meydana çıxır. Mə-sələn, haradasa yüksək gərginlikli xətt qırılır və kiminsə əmlakına, eləcə də sağlamlığına ziyan dəyir. Bu halda vətəndaş öz hüququnun təminatı üçün hansı quruma gedəcəyini bugünkü günə qədər müəyyənləşdirə bilmir.
Biz bayaq cari məsələlər sırasında dövlət qulluğu ilə bağlı məqamlara toxunduq. Heç şübhəsiz ki, dövlət qulluğu üzrə müvafiq qurumun yaradılması şəffaflığa, təmizliyə, ədalətliliyə, peşəkarlığa yol açmalı idi. Üzgörənliyə, qohum-əqrəbanın hansısa bir formada dövlət idarəçiliyinə müdaxiləsinə yol verməmək üçün beşinci, doqquzuncu təsnifat üzrə qulluqda olanları bu vasitə ilə seçib gətirməli idik. Amma cənab Sədr, gerçəklikdə nə baş verdi. Birinci mərhələdən keçənlər, yəni dövlət imtahanından keçənlər ikinci mərhələdə, müsabiqə mərhələsində dayanıb qalırlar.
Dünən mən İsmayıllıdan Araz Nuriddinov adlı bir şəxsin məktubunu almışam. Bu adam birinci mərhələni yeddi dəfə keçibdir. İndi biz ikinci mərhələni süzgəc adlandıraq. Bu süzgəc nə qədər sərt qoyulub ki, vətəndaş bu baryeri adlayıb bir dövlət qulluqçusuna çevrilə bilmir və özünün apellyasiya hüququnun hansısa bir təsisatda təminatı yollarını da görmür. Çünki biri deyir, bu, inzibati məsələ deyil, biri deyir, bu, mülki hüququn predmetidir və sair. Ancaq mən bilmirəm, həmin o dövlət qurumunun rəhbəri özü o süzgəcdən keçə bilər, yoxsa yox.
Etiraf etmək lazımdır ki, bu sahədə boş yerlər mövcuddur. Vətəndaşlar da bizə müraciət edirlər ki, o boş yerləri tutmaq istəyirik, amma iş hüququnu gerçəkləşdirə bilmirik, çünki buna heç məhkəmə vasitəsilə də nail ola bilmirik. Ona görə düşünürəm ki, bu məsələlərin hamısı müvafiq qurumların arasında funksional bölgü üzrə tam aydınlaşmalıdır. Mən hələ onu demirəm ki, vətəndaş notarial qaydada etibarnamə ilə maşın alır, sonra bəlli olur ki, bu maşın üzərində həbs qoyulub və o, artıq vicdanlı alıcı kimi qurbandır. Yəni mülkiyyət məsələlərində də bu sıradan problemlər var.
Ona görə hesab edirəm ki, Əli müəllim… Hər dəfə mən bu barədə söz düşəndə deyirəm ki, Əli müəllim bu dövlətin, bu millətin sərvətidir, kifayət qədər böyük hüquqi bilgilərə malik olan bir insandır, bütün bu məsələlərin müvafiq qu-rumlarla birgə aydınlaşdırılmasına və vətəndaş üçün daha aydın bir hüquqi bazanı təqdim etməyimizə yol açmalıdır.
Dəyişiklikləri qəbul edəcəyik və mən ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid müəllim, mən heç vaxt çıxış edənlərdən kiminsə xətrinə dəymək istəmirəm. Amma indi hansı məsələyə baxırıq, bu məsələnin adı nədir – “İnzibati icraat haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Sənin çıxışında bu barədə bir kəlmə də deyilmədi. Biz burada, ümumiyyətlə, məhkəmə-hüquq sistemi haqqında danışsaydıq, bu çıxış düz olardı. Hər bir iclasda bəzi məsələləri böyüdüb, böyüdüb deyirik ki, bu bizim haqqımızdır. Haqqımız olmağına haqqımızdır, ancaq mövzudan kənara çıxmayaq da. İndi, Əli müəllim, xahiş edirəm, bu çıxışa münasibət bildirin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxış etmisən, indi xahiş edirəm, münasibət bildirəsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri  (saat 12.48 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi 

Qəbul edildi, çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid Oruc, gördün ki, mən fikrimi necə yumşaq formada dedim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sən öz fikrini dedin, qulaq asdım. Fikir deyiləndə sən də qulaq as. Özü də bu xasiyyəti burax, yerindən danışma, xahiş edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Lazım olar, təkrar söz alarsan. Parlament üzvü başa düşməyəndə gərək başa salasan da.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sənə söz verməyəcəyəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qulaq as, söz güləşdirmə. Mən sənə izah etdim, başa düşmədin.
Növbəti məsələ. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Sədr. Hörmətli həmkarlar, insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq halları, qiyam və kütləvi iğtişaşlar və “Polis haqqında” Qanunun 26-cı maddəsi ilə müəyyən edilmiş digər hallar baş verdikdə polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı fiziki qüvvə tətbiq edə bilər.
“Polis haqqında” Qanunun “Əsas anlayışlar” adlı 1-ci maddəsində polis əməkdaşı tərəfindən bu cür hallarda istifadə olunan xüsusi vasitələrə dəyənəklər, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr və sair aid edilmişdir. Amma “Polis haqqında” Qanunun 26-cı maddəsinin səkkizinci hissəsində o da müəyyən edilib ki, insanın anatomik bütövlüyünə müxtəlif dərəcəli xəsarətlər yetirməklə dağıdıcı təsir göstərə bilən və ya özünü doğrultmayan, yüksək təhlükə mənbəyi olan xüsusi vasitələrin polisin sərəncamına verilməsi qadağandır.
Bununla yanaşı, qeyd etməliyəm ki, beynəlxalq təcrübədə bir sıra dövlətlərin polis orqanları tərəfindən elektroşok xüsusi vasitəsi də tətbiq olunur. Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, İrlandiya, Kanada, İsrail, Malayziya və Sinqapur kimi inkişaf etmiş ölkələrin qanunvericiliyində elektroşok xüsusi vasitə kimi göstərilmişdir.
“Polis haqqında” Qanunda edilməsi təklif olunan dəyişikliyin də mahiyyəti Azərbaycan Respublikasında polis tərəfindən xüsusi vasitə qismində elektroşokun tətbiqinin normativ əsaslarını yaratmaqdır. Layihədə elektroşok vasitələrinin hansı hallarda istifadəsi konkret göstərilmişdir. Bunlar qanunun 26-cı maddəsinin 2-ci hissəsinin 1, 2, 4, 6, 7-ci bəndlərində nəzərdə tutulmuş hallardır.
Bu o deməkdir ki, insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə, qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə, yaşayış binalarına, habelə müəssisələrin, idarələrin, təşkilatların binalarına qrup halında basqın dəf edildikdə, tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyini ehtimal etməyə kifayət qədər əsas olduqda və nəhayət, cinayət törədilməsində şübhələnildiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya müəyyən müddətə azadlıqdan məhrumetmə, yaxud ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısının alınması ilə bağlı olan hallarda elektroşok vasitələrindən istifadə oluna bilər.
Mən hesab edirəm ki, ümumiyyətlə, xüsusi vasitələrdən istifadənin əsas ölçü meyarı adekvatlıqdır. Bu, Avropa İnsan Haqları Məhkəməsinin qərarında da öz əksinı tapıb. Polis əməkdaşının qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələrdən istifadə etmək üçün çox əsaslar olmasına baxmayaraq, yalnız qeyd etdiyim əsaslara görə elektroşokdan istifadə oluna bilər. Onu da qeyd edim ki, elektroşok daha çox məsafədən təsir göstərdiyinə görə həm sıradan insanların, həm də polis əməkdaşlarının bu cür hallarda fiziki xəsarətlərdən qorunmasına da gətirib çıxaran bir vasitədir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Hüquq həyatda mövcud olan real ictimai münasibətləri nizama salır və bu münasibətləri hüquq münasibətlərinə çevirir. Ehtimal olunan münasibətlər isə başqa elm sahələrinə aiddir.
Bu barədə mən hörmətli həmkarım Fazil Mustafanın keçən iclasdakı çıxışını müdafiə edirəm. Hesab edirəm ki, biz qanun yaradıcılığında da bundan istifadə etməliyik və “ehtimal olunan” sözlərini buradan çıxarmalıyıq.
Bu baxımdan 26-cı maddənin üç bölməsinə – 6-cı, 8-ci və 10-cu bölmələrinə iradım var. Burada yazılıb: “tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyini ehtimal etməyə kifayət qədər əsas olduqda”. Mənə elə gəlir ki, bu bölmə “göstərildikdə” sözü ilə qurtarmalı, yəni “və ya göstərəcəyini ehtimal etməyə kifayət qədər əsas olduqda” sözləri buradan çıxarılmalıdır.
26.II.8-ci maddədə yazılıb: “ictimai təhlükəli əməl törət-miş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və qaçma ehtimalı olduqda”. Konkret yazılmalıdır: “müqavimət göstərdikdə və qaçmağa cəhd etdikdə”. “Ehti-mal” sözü buradan tamamilə çıxarılmalıdır.
10-cu bənddə yazılıb: “şəxsin təhlükəli hərəkətləri…” Təhlükəli hərəkətləri yox, “ictimai təhlükəli hərəkətləri” yazılmalı, yəni buraya “ictimai” sözü əlavə olunmalıdır. Ardınca yazılıb: “...hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda”. Amma yazılmalıdır: “şəxs ictimai təhlükəli hərəkətləri ilə özünə və ətrafındakılara real zərər yetirdikdə”. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən cənab Prezident tərəfindən təqdim edilmiş bu qa-nun layihəsinə səs verəcəyəm. Bu dəyişiklik beynəlxalq konvensiyaya və qabaqcıl ölkələrin qanunvericiliyinə tamamilə uyğundur. Amma fürsətdən istifadə edərək son vaxtlar polisimizlə bağlı dərc olunan bəzi yanlış yazılar barədə fikirlərimi bildirmək istəyirəm.
Biz dövlətimizin sütunlarından biri olan polisimizin gözdən salınmasına qətiyyən yol verməməliyik. Polisimizin nüfuzunun artırılması ilə bağlı mümkün olan nə varsa, hamısını etməliyik. Çünki xaricdə bir sıra mərkəzlər hələ ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində hər hansı bir dövləti zəiflətməkdən ötrü hesab edirdilər ki, ilk növbədə onun polisini gözdən salmaq lazımdır. Ona görə də bu gün mən bizim bəzi mətbuat orqanlarımızda polisimizi gözdən salan yazıların verilməsini məhz həmin mərkəzlərin sifarişli yazıları hesab edirəm.
Hər bir Azərbaycan vətəndaşı polisin nüfuzunun güclü olması üçün çalışmalıdır. Çünki polis siyasi mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq hər hansı bir vətəndaşın deyil, bütün vətəndaşların ictimai təhlükəsizliyini qoruyur. O, dövlətin bel sütunudur. Ona görə də mən dərc edilən həmin məqalələri ziyanlı hesab edir və onların müəlliflərini qınayıram. Hesab edirəm ki, Azərbaycan polisi daim güclü olmalıdır və bugünkü qanun layihəsi də buna xidmət edir. Diqqətinizə görə sağ olun.


Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Əslində, danışmaq istəmirdim, amma gördüm ki, bir az ehtiyac var, çünki bu iclasdan öncə də bəzi mətbuat orqanları oxucuda artıq bir vahimə yarada biləcək suallarla müraciət edirdilər ki, polis nə üçün bu elektroşok vasitələri ilə gəzəcək, harada gəzəcək və sair. Əvvəla, qanunun 26-cı maddəsində konkret göstəriş var ki, bunu xüsusi icazəsi olan polis əməkdaşları gəzdirəcək, yəni hər bir polis gəzdirməyəcək. Yenə qeyd edirəm, bunu gəzdirmək üçün icazə yalnız müəyyən polis əməkdaşlarına veriləcək. Bayaq hörmətli Əli müəllim də qeyd etdi ki, bütün hallarda polis bundan istifadə edə bilməyəcək.
Qanunun 26-cı maddəsinin ikinci hissəsində bundan əvvəl də polis tərəfindən güc tətbiqi ilə xüsusi vasitələrdən istifadə olunmasına icazə verilən hallar var idi. Amma indi burada cəmisi beş halda, yəni 26-cı maddənin ikinci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda elektroşokdan istifadəyə icazə veriləcək. Bayaq Əli müəllim bunları ardıcıllıqla açıqladı. Bunlara diqqət etdikdə fikirləşirsən ki, bu halda polis nə etsin? Silahdan istifadə edərsə, qarşısındakı şəxs zərər çəkə bilər. Söhbət təkcə fiziki zərərdən getmir, silahdan istifadə o şəxsin psixoloji durumuna da güclü mənfi təsir göstərə bilər.
Bu gün ölkədə ictimai-siyasi sabitliyin qorunmasında hüquq mühafizə orqanlarının, təbii ki, hamısının rolu var. Amma biz polisin rolunu ayrıca qeyd etməliyik. Ağır cinayətlərin qarşısının alınması üçün təsiri müvəqqəti xarakter daşıyan elektroşok vasitələrindən istifadə olunmasını insan haqlarının pozulması və sair kimi qiymətləndirmək, mən hesab edirəm, düzgün deyil.
Bir daha qeyd etmək istəyirəm ki, elektroşok vasitələrindən yalnız onların gəzdirilməsinə və tətbiqinə icazə verilən polis əməkdaşları istifadə edəcəklər. Komitədə bu məsələ müzakirə olunarkən biz beynəlxalq təcrübəyə də müraciət etmişdik. Dünyanın və Avropanın inkişaf etmiş və bizim də zaman-zaman istinad etdiyimiz bir çox ölkələrdə elektroşok vasitələrindən istifadə olunur. Bu da, mənə elə gəlir ki, təhlükəli bir amil deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim də bir-iki kəlmə sözüm var. Amma mənim deyəcəyim sözü Musa müəllim dedi, məni bir az qabaqladı. Sağ olsun.
Həqiqətən də, polisi nüfuzdan salmaq üçün Azərbaycan mətbuatında, – mən də mətbuat işçisiyəm, – Azərbaycan polisinə qarşı çox güclü bir hücum var. Polis təhqir olunur, ona böhtan atılır və sair. Polis də ona böhtan atan şəxsi məhkəməyə verərkən ona qarşı ikinci bir hücum, artıq bey-nəlxalq hücum başlayır. Məlum olur ki, onun məhkəməyə verdiyi şəxs hansısa bir partiyanın üzvü imiş. Allaha şükür, Azərbaycanda 757 partiya var. Nəticədə bunu siyasi bir şouya çevirirlər ki, polis niyə hansısa bir siyasətçini və ya jurnalisti məhkəməyə verib. Bu mənada Musa müəllimin dediyi kimi, müxtəlif qüvvələr Azərbaycan polisini nüfuz-dan salmaq üçün dəridən-qabıqdan çıxırlar.
Qonşu Rusiyadan tutmuş Avropaya qədər polislərin elə səlahiyyətləri var ki, Azərbaycan polislərində yoxdur. Ola bilər, bu ona görədir ki, bizdə əmin-amanlıqdır, ictimai asayiş yaxşı qorunur. Yəni baxırsan, Rusiyada bütün yol polisi işçiləri, yaxud postpatrullar hamısı silahla, avtomatla gəzirlər. Amma bizdə, bildiyiniz kimi, bu yoxdur. O da görünür, ölkədəki əmin-amanlıqla bağlıdır. Heç istəmərik ki, onlar avtomatla gəzsinlər. Sadəcə olaraq, onu demək istə-yirəm ki, Azərbaycan polisi bizi qoruyur, bəs polisi kim qoruyacaq? Bu yoxdur.
İlyas müəllimə təşəkkür edirəm ki, “ehtimal” sözü ilə bağlı fikrini bildirdi. Bu söz məni də maraqlandırdı. İlyas müəllim görkəmli hüquqşünasdır, bu məsələlərə dair fikrini bildirməsi təbiidir.
Əli müəllim, məni bir şey maraqlandırır – polisin atəş açma məsələsi. Çünki mən bunun dəfələrlə şahidi olmuş, bu barədə yazılar da yazmışam. Məsələn, deyək ki, Maştağa qəsəbəsi yolu ilə gedərkən cinayətkarlar iki polis zabitini öldürdülər, birini də ağır yaraladılar. Cinayətkarlar istədikləri vaxtda istədikləri an atəş açırlar, amma polis əvvəlcə xəbərdarlıq etməli, birinci gülləni göyə atmalıdır. Xəbərdarlıq edir, nəticədə ikinci gülləni atana qədər 27 güllə yarası almış olur. Demək istəyirəm ki, məncə, müvafiq qanunda polisin hansı halda xəbərdarlıq etmədən atəş aça bilməsi məsələsi müəyyənləşdirilməlidir. Çünki polis ilk xəbərdarlıq atəşi açana qədər...
Mən bir hadisənin şahidi olmuşam. Vaxtilə bir polis cina-yətkarları yaxalamaq üçün 3 gün zəmidə yatıb, cinayətkar-lardan birini vurub, sonra özü yaralanıb, 2 ay da xəstəxanada yatıb. Sonra hakim qərar çıxarıb ki, polis birinci gülləni göyə atmadan həmin cinayətkara atəş açıb. O polis cəzalandırılmışdı. Yəni mən onu demək istəyirəm ki, Əli müəllim, yaxşı olardı, bu hala da diqqət çəkilsin, məsələn, polis silahdan qanunsuz istifadə edəndə hansı məsuliyyət daşıyır. Təbii ki, birinci gülləni havaya atmayıbsa, bu, qanunsuzluq sayılır. Ona görə Əli müəllim, xahiş edirəm, bu məsələyə ayrıca baxılsın və buna bir aydınlıq gətirilsin. Məncə, o da qanunla müəyyənləşdirilməlidir ki, polisin hansı halda xəbərdarlıq etmədən atəş açmaq hüququ var.
Azərbaycan polisi olmasa, nəinki şəhərdə, heç ölkədə də yaşaya bilmərik. Ona görə xahiş edirəm ki, bu məsələyə diqqət çəkilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, dəyərli həmkarlar! Mən də az öncə deputat həm-karlarımın toxunduğu məsələyə toxunmaq istəyirəm. Qanuna dəyişikliklər qüvvəyə minmədən mediada və sosial şəbəkələrdə bununla bağlı təbliğat başlanılmışdır.
Öncə onu demək istəyirəm ki, Azərbaycan polisi deyəndə 2003-cü ilin oktyabr iğtişaşları zamanı iğtişaş törədənlərin ayaqları altında qalan bir körpəni xilas edərək ona nəfəs verən xüsusi təyinatlı mənim gözümün önünə gəlir. Biz Azərbaycan polisinin bu cür davranışını və o kampaniyanı sifariş verənlərin polislərinin kütləvi iğtişaşlarda necə davrandıqlarını dəfələrlə görmüşük.
Kimsə deyə bilməz ki, Azərbaycan polisi elektroşok vasitələrindən yersiz istifadə edəcək. Heç kəs burada xatırlamır ki, Azərbaycan polisi bir dəfə də olsun öz xidməti silahından qeyri-qanuni və ya qeyri-adekvat istifadə edib. Amma Amerika Birləşmiş Ştatlarında, demək olar ki, hər həftə Amerika polisinin öz xidməti silahından qeyri-qanuni istifadə etməsi, silahsız insanları atəşə tutması və bəzən bunun irqçilik zəminində baş verməsi haqqında çoxlu informasiya gedir, buna qarşı geniş aksiyalar keçirilir. Bu hər kəsə bəllidir.
Bizdə bu baxımdan heç bir təhlükə yoxdur. Qanunda edilən bu dəyişikliklər, əslində, Azərbaycan polisinin ölkədə sabitliyin təmin edilməsində rolunu və nəticədə sabitliyi daha da gücləndirəcək.
Mən bir məsələni deyim. Son zamanlar sosial şəbəkə üzərindən bu məsələni izləyirdim. Çox maraqlıdır ki, bu kampaniyanın arxasında müəyyən xarici qüvvələr durur. Azərbaycanla bağlı ancaq mənfi məsələləri qabardan, Azərbaycanla bağlı mənfi kampaniyaya başçılıq edən Keti Pirs və Rebekka Vinsent kimi adamların ölkəmizlə bağlı qərəzli yazıları birbaşa onların yayımları ilə bura ötürülür və Azərbaycanın sosial şəbəkəsində də bizim polisi bu cür gözdən salmaq yönümündə kampaniyalar gedir.
Hörmətli sədarət, bir halda ki bu kampaniyadan söz düşdü, – az öncə çıxışa yazılmışdım, deyə bilmədim, – mən girovlarımızla bağlı məsələyə toxunmaq istəyirəm. Bilirsiniz ki, internet üzərindən sosial şəbəkədə girovlarımızın azadlığa buraxılması uğrunda kampaniya başladı. Bu kampaniyanın təşəbbüsçülərindən biri də mənəm. Həmin girovlardan biri Tərtər rayonunun sakinidir. Digərinin isə qohum-əqrəbasının böyük əksəriyyəti Tərtərdə yaşayır, özü Kəlbəcərdə doğulub, böyüyüb. Çox sevindirici haldır ki, bu kampaniyaya 80 mindən artıq soydaşımız qoşuldu. Bununla soydaşlarımız bir daha göstərdilər ki, Azərbaycan Prezidentinin həmin girovlarımızın azad olunması haqqında tələbini dəs-təkləyirlər və bu məsələdə də cənab Prezidentin arxasın-dadırlar.
Mən istəyirəm, Fransada görüş zamanı da bu məsələni xüsusi olaraq qaldırdığına görə tərtərlilər adından, Tərtərdə məskunlaşan kəlbəcərlilər adından cənab Prezidentə təşək-kürümü bildirim. Əgər cənab Prezident orada bu məsələni qaldırmasaydı, görüşün nəticələrindən biri kimi, ümumiy-yətlə, girov götürülənlər haqqında informasiya mübadilələri və sair məsələlər haqqında açıqlamalar olmazdı. Bu bir daha onu göstərir ki, Azərbaycanın dövlət başçısı başqa dövlətlərdə olanda da haqsızlıqla üzləşən soydaşlarımızın arxasında durur.
Cənab Prezident Ramil Səfərovu Macarıstandan dəmir barmaqlıqlar arxasından qoparıb Azərbaycana gətirdi. Bütün dünyanın təpkisinə baxmayaraq, ona mayor rütbəsi verildi, o, evlə təmin edildi. Ermənilər Mübariz İbrahimovun nəşini vermək istəmirdilər. Onun nəşi geri qaytarıldı, ona milli qəhrəman adı verildi. Başqa ölkələrdə bizim girov götürülənlər, əsassız yerə həbs edilənlər vardı. Onlar geri qaytarıldılar. Tərtər camaatı, orada məskunlaşan kəlbəcərlilər bu fikirdədirlər ki, bu məsələdə də gec-tez ermənilər məcbur olub bizim girovları qaytaracaqlar.
Erməni tərəfi həmin girovların məhkəməsini məhz prezi-dentlərin görüşü gününə salmaqla bir daha göstərdi ki, mü-naqişənin sülh yolu ilə həllində maraqlı deyil və status-kvonu olduğu kimi saxlamaq istəyir. Amma həmsədr dövlətlər də, görüşün moderatoru da susur. Yeri gəlmişkən, burada balaca bir haşiyə çıxım. Bilmirəm, tarixin istehzası idi, yoxsa nə idi, həmin görüş Ermənistan parlamentində məlum gülləbarandan 15 il ötən günə, məhz 27 oktyabra təsadüf etdi. Bu isə Ermənistan rəhbərliyinin bu danışıqlarda nə dərəcədə müstəqil subyekt olduğunun və nə qədər azad hərəkət edə bildiyinin daha bir göstəricisidir. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Mən hesab edirəm ki, Azərbaycan polisi çox yüksək səviyyədə fəaliyyət göstərir və polisin bugünkü çox səmərəli fəaliyyətində daxili işlər naziri hörmətli Ramil Usubovun böyük xidmətləri var. Ümumiyyətlə, Ramil müəllim el içində ən həssas və müraciətlərə ən tez reaksiya verən bir nazir kimi tanınıb. Biz bunu da qeyd etməliyik.
Amma açığını deyim, mən bu layihəyə səs verməyəcəyəm. Hesab edirəm ki, belə bir dəyişikliyə səs vermək mənim tərəfimdən antihumanist bir hərəkət olardı. Çünki mən bu elektroşokun tətbiqi və təsiri haqqında kifayət qədər həm filmlər görmüş, həm də oxumuşam. Elektroşok çox antihumanist bir xüsusi vasitədir.
Bizim polisimizin əlində istənilən cinayətkarı dayandırmaq üçün bu gün kifayət qədər digər vasitələr var. Şəxsən mən hesab edirəm, cinayətkarın ayağına güllə atmaq elektroşokun tətbiqindən daha yaxşı, daha az ağrıvericidir. Elektroşok tətbiq edilən cinayətkar ömrü boyu həm mənəvi, həm də fiziki xəstə olacaq və bunu heç cür cəmiyyətimizə bağışlamayacaq. Mənim fikrim budur, mən bu qanun layihəsinə səs verməyəcəyəm. Sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, media nümayəndələri! Mən sözümü ilk öncə bizim çox hörmətli Gövhər xanımın çıxışında səslənən irada münasibətimi bildirməklə başlamaq istəyi-rəm. Əslində, bu elektroşokun tətbiqi humanizmdən qaynaqlanır. Mən hüquq mühafizə orqanlarında az da olsa işləmişəm. Adi bir misal çəkim. Tutaq ki, hər hansı bir cinayətkarın əlində bıçaq var. Bu halda polis ya ona güllə atmalı, ya da elektroşokdan istifadə etməlidir. Hansı daha humanist addım olar? Biz Gövhər xanımın dediyi kimi, filmlərə də baxmışıq, əlavə olaraq bir ay bundan əvvəl Amerika Birləşmiş Ştatlarında məhkəmə sistemi və cinayətkarların zərərsizləşdirilməsi üçün istifadə olunan metodlarla da tanış olmuşuq.
Burada hörmətli İlyas müəllim 26-cı maddənin II hissə-sinin 6-cı bəndində qeyd olunan “ehtimal etməyə kifayət qədər əsas olduqda” sözlərinə irad bildirdi. Bilirsiniz, hansı hallarda belə ehtimallar olur? Polisdə əməliyyat məlumatları olur ki, axtarışda olan şəxs xüsusi təhlükəli residivistdir, yaxud hansısa bir cinayətkar qruplaşmanın üzvü və ya hətta təşkilatçısıdır. Həmin şəxslər silahla gəzirlər. Belə şəxslərin həbsinə cəhd edilərkən onların silahlı müqavimət göstərmək ehtimalı çox böyükdür. Belə olduğu halda, sözsüz ki, ya gərək silah tətbiq edilə, ya da elektroşokdan istifadə oluna. Təbii ki, elektroşok silahdan daha humanist bir xüsusi vasitədir. Biz bunu komitənin iclasında geniş müzakirə etmişik.
Burada mənim hörmətli həmkarlarım ad çəkmədən bəzi məsələlərə toxundular. Mən hesab edirəm ki, bu barədə açıq danışmaq lazımdır. Onsuz da mətbuat yazır. Söhbət Eldəniz Quliyevin son vaxtlar daxili işlər orqanlarının əməkdaşları haqqında verdiyi açıqlamalardan gedir. Mən hesab edirəm, daxili işlər naziri haqlı olaraq polisin şərəf və ləyaqətini qoruyaraq onu məhkəməyə verib. İndi beynəlxalq təşkilatlar da bu məsələyə müdaxilə edirlər.
Burada Musa müəllim çox gözəl söylədi, – başqa həmkarlarım da söylədilər, – bəzi hallarda ölkələrdə gələcək təxribatlara hazırlıq məqsədilə ilk növbədə ictimai asayişi qoruyan orqanlar xalqın gözündən salınır. Sonradan müəyyən iğtişaşlar olanda artıq polisin öz daxilində elə bir proses gedir ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirmirlər, polisdə özünə hörmət hissi itir. Polisin özündə haqlı davranıb-davranmamağı ilə bağlı ciddi tərəddüdlər yaranır və son nəticədə ölkədə böyük xaos, qarşıdurmalar, ağır nəticələrə aparıb çıxaran hadisələr baş verir. Ona görə də Daxili İşlər Nazirliyinin birbaşa borcudur ki, polisin şərəf və ləyaqətini qorusun. Ramil Usubov da bunu edir.
Eldəniz Quliyevə gəldikdə isə bu adam təxribatçıdır. Siz bilirsiniz ki, Prezident seçkiləri ərəfəsində bu adam Azər-baycan türkü ola-ola talışların hüquqlarını müdafiə komitəsi yaratmışdı. Bəs indi niyə müdafiə etmir, niyə onun fəaliyyətindən bir əsər-əlamət yoxdur? Ona görə ki, seçki ərəfəsidir, yenə də xaricdən ayrı-ayrı qüvvələrin tövsiyə və tapşırıqları ilə təxribatla məşğul olurdu. Bu adam peşəkar təxribatçıdır və ona görə də məhkəmə qarşısında cavab verir.
Onu müdafiə edənlərə gəlincə, bilirsiniz, onlar kimlərdir və polisi necə görmək istərdilər? Mərhum Prezident Əbülfəz Elçibəyin vaxtında ölkənin Baş naziri, Milli Məclisin Sədri, dövlət katibi gedib daxili işlər nazirinin otağından mərhum Prezident Heydər Əliyevə telefon açmış və Azərbaycan Respublikasının Prezidenti Elçibəydən xəbərsiz onu Bakıya hakimiyyətə dəvət etmişdilər. Bu xəyanətə imza atanlar, əlbəttə, istərdilər ki, bu gün də daxili işlər naziri elə Elçibəyin dövründəki kimi bir şəxs olsun. İndi bunu kimsə təsəvvür edər? Birinci, o vəzifəli şəxslər bu addımı atmazlar, ikincisi də, Ramil Usubov belə bir addımı atmağa cəhd edənin elə öz kabinetində qolunu qandallayar. Ona görə də mən düşünürəm ki, hamının bildiyi şeylər barədə belə üstüörtülü danışmağa ehtiyac yoxdur. Bu barədə açıq danışmaq, açıq fikirlər söyləmək lazımdır.
Hesab edirəm ki, bu qanunu biz mütləq qəbul etməliyik. Bu qanunun qəbul olunması, əksinə, bəzi hallarda cinayət-karlar həbs olunarkən onların daha ağır bədən xəsarətləri almasının, yaxud həyatının itirilməsinin qarşısını alacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mən belə baxıram, bu qanunun əleyhinə gedən yoxdur, hamı birmənalı olaraq bu qanun layihəsini bəyənir. Ona görə təklif var, səsə qoyaq. Buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.19 dəq.)
 Lehinə 90
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  90
 Nəticə: Qəbul edildi 
 
Sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bu qanuna təklif edilmiş əlavələr texniki xarakterlidir. Məsələ burasındadır ki, biz 2014-cü ilin mart ayında “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər etmişdik. İndi həmin o maddələrin nömrələri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun “Əsas anlayışlar” adlı 1-ci maddəsində öz əksini tapmalı, yəni bu qanunda da göstərilməlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 13.21 dəq.)
 Lehinə  87
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  87
 Nəticə: Qəbul edildi 

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bir sıra hallarda məhkəmə prosesi zamanı həm ittiham tərəfi, həm də müdafiə tərəfi bir və ya bir neçə şəxsdən ibarət olur. Bu, cinayət işinin həm materialları, həm də xüsusiyyətləri və bəzən böyük cinayət işləri ilə bağlı olur. Bu zaman onların hamısının bir-bir çıxış edib faktiki olaraq eyni şeyləri təkrarlaması məhkəmə prosesini uzadır.
Bu layihədə Cinayət-Prosessual Məcəlləsinə edilməsi təklif olunan dəyişikliklər ilk növbədə məhkəmə çıxışları mərhələsində məhkəmə icraatının daha sürətlə aparılmasına şərait yaradaraq həm təqsirləndirilən şəxsin müdafiə hüququnun daha səmərəli həyata keçirilməsinə, həm də zərərçəkmişin daha keyfiyyətli hüquqi yardım almasına xidmət edir.
Siz layihəyə baxsanız, görərsiniz ki, burada həm təqsirləndirilən şəxs tərəfdən onun qanuni nümayəndəsinin və müdafiəçinin, həm də ittihamçı tərəfdən prokurorun çıxışlarının prosedur məsələləri dəqiq göstərilib. Yəni əgər müdafiə tərəfini və ya ittiham tərəfini bir neçə şəxs təmsil edirsə, onda razılaşdırılmış şəkildə onlardan birinin çıxışı ilə də kifayətlənmək olur. Bir daha vurğulamaq istəyirəm ki, bu dəyişikliklər məhkəmə prosesinin daha sürətlə aparılmasına xidmət edir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə əlaqədar Fazil Mustafa çıxış eləmək istəyir. Buyurun, Fazil müəllim.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, burada, təbii ki, müsbət dəyişikliklər olan maddələr var. Xüsusilə də zərərçəkmiş şəxsin notarial qaydada verdiyi etibarnamə əsasında nümayəndənin və ya vəkilin iştirak eləməsi, onun hüquqlarını qoruması müsbət bir haldır. Çünki çox vaxt burada bir natamamlıq olurdu. Amma burada mənim üçün bir az anlaşılmaz olan bir-iki maddə var. Onlara diqqətinizi yönəltmək istəyirəm
92.5-ci maddədə deyilir ki, müdafiəçidən imtina etmiş şübhəli və ya təqsirləndirilən şəxsə bu Məcəllənin 92.3.1-ci maddəsinə əsasən sonradan müdafiəçi təyin edilməsi həmin vaxtadək aparılmış prosessual hərəkətlərin təkrarlanmasını məcburi edən hal deyil. Mən başa düşürəm, elə prosessual hərəkətlər var ki, onların təkrar edilməsinin heç bir mənası qalmır. Amma bəzən yeni təyin olunan müdafiəçi elə əsaslandırılmış bir vəsatət qaldırır ki, prosessual hərəkətlərin təkrar olunması tamam fərqli bir situasiya yarada bilər. Müdafiə taktikası hamıda eyni olmaya bilər. Köhnə müdafiəçinin taktikası ilə bununku fərqlənə bilər. Yəni ən azı müdafiəçi üçün bu şansı yaratmaq lazımdır. O əgər əsaslandırılmış vəsatət təqdim eləyirsə, buna mane olan halları bizim qanunda saxlamağımız, məncə, doğru olmaz. Çünki bu onun hüquqlarının pozulması mənasına gələ bilər.
Digər bir məsələ isə 340.2-1-ci maddə ilə bağlıdır. Mən başa düşürəm ki, dövlət ittihamı ilə bir neçə ittihamçı çıxış eləyəndə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin bir neçə müdafiəçisi olanda onlardan yalnız birinin çıxış eləməsi bu məhkəmə prosesinin vaxtına bir qədər qənaət olunması, məhkəmə prosesinin bir az daha çevik aparılması üçün nəzərdə tutulur. Təbii ki, bu, müsbət niyyətdir. Amma burada problemlər ortaya çıxacaq. Yəni bizim ittihamla müdafiəni bərabərləşdirməyimiz heç bir halda doğru deyil.
İttihamçı tərəfdən bir nəfər çıxış eləyə bilər. Çünki bir orqanı təmsil eləyirlər, bir orqanın baxış bucağından problemə yanaşırlar. Onların kompromisə gəlib bir nümayəndə ilə çıxış etməsini məqbul hesab eləmək olar. Müdafiədə fərqli taktikalardan istifadə olunur. Bir nəfər, tutaq ki, Füzulidən bir şeir deyib orada oturan hakimin ürəyini yumşaltmağa başlayacaq, biri də Siserondan misal gətirəcək və duyğusal yox, sırf hüquqi çıxış eləyib təsir eləyəcək. Yəni bu iki fərqli taktikanı bir araya gətirib bunu birləşdirmək nə dərəcədə məntiqli görünər? Bu o şəxsin müdafiə hüququna kifayət qədər mənfi təsir eləyə bilər. Bəlkə o zərərçəkmiş şəxs və ya təqsirləndirilən şəxs dörd müdafiəçi tutur ki, o dörd müdafiəçi problemə fərqli aspektdən yanaşıb onun orada hüququnu daha etibarlı müdafiə eləsin. O baxımdan da, məncə, bunu bərabərləşdirmək doğru olmaz. Yəni mən 340.2-1-ci maddənin prosesdə ittiham tərəfinə tətbiq olun-ması ilə razıyam. Amma müdafiə tərəfinə bunun tətbiq olunması, məncə, doğru deyil. Çünki bu, vətəndaşın müdafiə hüququnun pozulmasına, yaxud məhdudlaşdırılmasına gətirib çıxara bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Fazil müəllim, təşəkkür edirəm. Dediyiniz məsələdə, doğrudan, məntiq var. Amma 340.2-1-ci maddədə axırıncı cümləyə fikir verin: “Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər”. Yəni imkan verilir ki, digər müdafiəçilər də çıxış eləsinlər. Ola bilsin ki, başqa bir müdafiəçidə başqa sübutlar var, o da əlavələr səsləndirə bilər. Yəni müdafiəyə imkan verilir. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən elə axırıncıdan baş-lamaq istəyirəm. Ziyafət müəllim doğru izah elədi. Amma bu maddə qanuna nə üçün əlavə olunur. Çünki prosesdə iştirak eləyən bir neçə vəkil prosesin uzadılmasında maraqlı olduqda bilərəkdən bu çıxışlara vaxt alır və bəzən də çıxışa hazırlaşmaq üçün günlərlə vaxt istəyir. Bu isə məhkəmə prosesinin uzanmasına gətirib çıxarır. Mən vəkil də işləmişəm, bu proseslərdə olmuşam, bilirəm. Orada müxtəlif məqsədlər ola bilər. Amma əslində, bu qaydanın tətbiqi və bu əlavənin edilməsi normal haldır. Mən hesab edirəm ki, bunu bu cür qəbul etmək olar.
Cinayət-Prosessual Məcəlləsinin 92.5-ci maddəsində edilən dəyişikliyin haradan qaynaqlandığını indi hörmətli Əli müəllim qeyd elədi. Mən də bu barədə öz mövqeyimi bildirmək istəyirəm. Bəzən istintaq və məhkəmə proseslərində təqsirləndirilən şəxs vəkildən könüllü qaydada imtina edib deyir ki, mənim vəkilə ehtiyacım yoxdur. Amma vəkilin iştirakı olmadan bu prosesin aparılması beynəlxalq konvensiyaya da ziddir və Avropa Məhkəməsi də bununla bağlı qərarlar qəbul eləyib. Vəkilin iştirakı məcburidir, o, mütləq iştirak etməlidir.
Bəzən nə baş verirdi? Təqsirləndirilən şəxs müəyyən mərhələdə vəkil istəyir və tələb eləyirdi ki, məsələyə bu vəkilin iştirakı olmadan baxıldığı üçün indiyə qədər aparılmış bütün istintaq hərəkətləri yenidən təkrarlansın. Amma indi biz bunu Məcəllədə təsbit edirik ki, müdafiəçidən imtina etmiş şübhəli və ya təqsirləndirilən şəxs sonradan müdafiəçi təyin olunması məsələsini qaldırdıqda bu vaxta qədər aparılan bütün istintaq hərəkətləri qüvvədə qalır və bunun yenidən təkrarlanmasını məcburi edən hal kimi qəbul edilə bilməz. Bu da yenə istintaq və məhkəmənin əsassız uzadılmasının qarşısının alınması üçün tətbiq olunan maddədir və belə hesab edirəm ki, gələcəkdə bizim hörmətli vəkillərimiz və yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndələri bu maddənin artıq real olduğunu bilərək istintaqın əsassız uzadılmasına yol verməyəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən bu qanun layihəsinə səs verəcəyəm. Amma bunun motivi izah olunanda ona yanaşma tərzi düzgün olmadı. Deyildi ki, bu, vaxtın azaldılmasına xidmət etməlidir. Məhkəmə dövlətdən maaş alır. Onun işi oturub orada o işlə məşğul olmaqdır. Bunun üçün iş günü var, iş müddəti var. Qaçaraq insan taleyi ilə məşğul oluruq, insan taleyini qaça-qaça həll edirik ki, təcili elə bunun taleyini həll edək və qərar qəbul edək, getsin, istirahət eləsin. Bu cür yanaşma tərzi, – doğrusunu deyim, – heç xoşuma gəlmədi. Bu, düzgün yanaşma deyil.
Kifayət qədər arqument və faktlar varsa, bunlar araşdırılmalıdır. İttihamçı tərəf öz ittihamlarını əsaslandırmalı, müdafiəçi tərəf də çalışmalıdır ki, bu ittihamlara qarşı öz müdafiəsini təşkil etsin. Məhkəmənin vaxtını azaltmaq, əslində, düzgün fikir deyil. Fikrin özü düzgün formalaşdırılmayıb. Ola bilsin, gələcəkdə buna başqa bir motiv tapıb o motivə əsaslansınlar. Amma məhkəmə prosesi çox zaman almasın fikri düzgün fikir deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, mən bir məsələyə aydınlıq gətirməyə məcburam. Burada məsələ, əslində, düz qoyu-lub, yanaşma düzdür. Bəzən görürsən ki, məhkəmə prosesində məhkəmənin baxış predmetinə aid olmayan məsələlər üzrə mənasız və məzmunsuz çıxışlar edib məhkəmə baxışının vaxtını süni surətdə uzadırlar. Axı, məhkəmə baxışının özünün də müddətləri var. Yaxşı, deyək ki, müdafiə olunan tərəfi üç-dörd vəkil təmsil edir. Bunlar gəlib bilərəkdən vaxtı uzatmağa başlayırlar. Məhkəmə predmeti qalır kənarda, biri ayrı şeydən danışır, biri filan şeydən danışır. Vaxt süni surətdə uzanır. Bax, bu uzanmanın qarşısını almaq və vaxta qənaət etmək məqsədilə bu dəyişiklik edilir, Siyavuş müəllim. Xahiş edirəm, bu məsələyə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.32 dəq.)
 Lehinə  92
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi


Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi, bir müddət öncə biz həm İnzibati Xətalar Məcəlləsinə, həm də “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna bir çox yeni anlayışlar gətirdik. Bunlar ilk növbədə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri ilə bağlı anlayışlar idi. Ona görə də təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinin “Hüquqi şəxslərin inzibati məsuliyyəti” adlı 17-ci maddəsinə “və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri” sözləri əlavə olunsun.
Məcəllənin “İnzibati məsuliyyətə cəlbetmə müddətləri” adlı 36-cı maddəsinə də bu anlayışlarla bağlı “qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi qaydaları”, “habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə” sözləri əlavə edilir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.34 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqın-da” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Yenə Əli müəllim məruzə edəcək. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi, bu qanun son illər qəbul olunmuş qanunlar sırasındadır. Xatırlayırsınızsa, fərdi identifikasiya kartı Azərbaycan vətəndaşlarının Avropa İttifaqı standartlarına cavab verən yeni identifikasiya kartına keçidi ilə bağlı idi. Bu barədə qanun qəbul olunanda biz bunları geniş müzakirə eləmişdik. Orada qeyd olunmuşdu ki, bu keçid mərhələsində bir sıra maddi-texniki işlər görünməlidir. Hazırda o fəaliyyət həyata keçirilir və bu qanunda edilməsi təklif olunan dəyişikliklər də məhz fərdi identifikasiya kartında göstərilən məlumatlarla bağlıdır.
Qanun layihəsində təklif olunur ki, 2.1-ci maddədə gös-tərilən məlumatlar sırasında vətəndaşın doğulduğu yer də öz əksini tapsın və 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartında bu məlumatlardan əlavə vətəndaşın fotoşəkli də yerləşdirilsin. Bu, fərdi identifikasiya kartında göstərilən məlumatlardır və məhz buna görə 2.2-ci maddədə deyilir ki, fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya, yəni çipə artıq identifikasiya kartında göstərilən məlumatlar daxil edilir. Vətəndaşın doğulduğu yer və gözlərinin rəngi haqqında məlumat buradan çıxarılır.
3.3-1-ci maddədə göstərilir ki, 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və ya dəyişdirilməsinə görə, həmçinin fərdi identifikasiya kartının sənədlər müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə “Dövlət rüsumu haqqında” Qanuna müvafiq olaraq rüsum alınır.
3.6-1-ci maddədə deyilir ki, fərdi identifikasiya kartının üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə həmin kart bir iş günü ərzində dövlət rüsumu alınmadan dəyişdirilir. Bu müddəa, təbii ki, fərdi identifikasiya kartlarının verilməsi ilə bağlı meydana çıxa bilən problemlərin həllinə yönəlib.
Qanun layihəsində bu qanunun qüvvəyə minməsi ilə bağlı bir müddəa da öz əksini tapmışdır. Burada konkret olaraq göstərilir ki, bu qanun qüvvəyə minənədək 16 yaşı tamam olmamış vətəndaşlara verilən şəxsiyyət vəsiqələri bu qanunun 3.4-cü maddəsində göstərilən hallar baş verənədək qüvvədə qalır. Yəni müəyyən bir keçid müddəası da var ki, hansısa problemlər yaranmasın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Fazil Mustafa.
F.Mustafa. Mən bir sual verəcəkdim. Amma o, Əli müəllimin çıxışından anlaşıldı.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən hesab edirəm ki, bu, normal bir qanundur. Amma biz bu dəyişiklikləri edəndə əgər vətəndaşı yenidən şəxsiyyət vəsiqəsini dəyişdirmək məcburiyyətində qoyuruqsa, onu gərək bununla bağlı xərclərin ödənilməsindən azad edək. Ona görə ki, biz hər dəfə qanunu dəyişəndə vətəndaş əziyyət çəkməməlidir. Düzdür, burada qeyd var ki, bu qanun qüvvəyə minənədək 16 yaşı tamam olmamış vətəndaşlara verilən şəxsiyyət vəsiqələri bu qanunun 3.4-cü maddəsində göstərilən hallar baş verənədək qüvvədə qalır.
Mən burada istərdim, bu qanunun özündən daha çox bir məsələni müvafiq dövlət qurumlarının diqqətinə çatdırım. Sovet dövründə çox gözəl bir ənənə var idi. Məsələn, mən pasport alanda biz orta məktəbdə oxuyurduq. Sovet dövründə pasport 16 yaşında verilirdi. Bizə məktəbdə gətirib anket verdilər, doldurduq, yenə məktəbdə şəkil çəkdirdik, verdik. O anketləri yığıb apardılar, bir müddətdən sonra da pasportları gətirib bizə payladılar. Bu çox müsbət bir ənənə idi. Amma indi 15 yaşında yeniyetmə gərək dura, kənddən rayon mərkəzinə gələ. Çox vaxt o yaşda yeniyetməni heç tək də buraxmaq olmaz. Gərək yanında bir valideyni gələ. Ona görə məncə, bu işdə sovet təcrübəsindən istifadə eləmək lazımdır.
Gələn il parlament seçkiləridir. Bu il bələdiyyə seçkiləri-dir. Mən düşünürəm ki, bizdə unikal və doğrudan da, mütə-rəqqi bir “ASAN xidmət” yaradılıb və onun işi əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Onların avtobusları da var. Müvafiq avadanlıqlar qurulmalıdır, onların sayı artırılmalıdır. Vətəndaşlara təkcə bu identifikasiya kartları yox, həm də onların pasportları verilməlidir. Bunlar ya kənd-kənd gəzib fərdi identifikasiya kartlarını və pasportları camaata verməlidir, ya da bu işə kənd icra nümayəndəliyi qoşulmalıdır.
Ziyafət müəllim, mən bilmirəm, Siz necə pasport almısınız, amma mən sovet dövründə pasport almağımı söylədim. Anketi məktəbdə doldurdum, pasportu da məktəbdə aldım. Görün nə qədər mütərəqqi bir hal idi.
Amma indi kənd yerindən durub 30 kilometr, 40 kilometr rayon mərkəzinə gəl, sənədləri ver, sonra bir dəfə də onun dalıyca gəl. Bunların hamısı ağır işlərdir. Müvafiq dövlət orqanlarını da bu işə qoşmaq lazımdır ki, biz bu şəxsiyyət vəsiqəsi ilə, pasportla bağlı məsələləri həll edək. Diqqətinizə görə sağ olun. Sadəcə, diqqətinizə çatdırmaq istədim.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, Siz sovet hökumətini çox tərifləməyin. Sabah jurnalistlər yazacaqlar ki, Qüdrət Həsənquliyev sovet hökuməti üçün darıxıb. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən, əslində, bu əlavə və dəyişikliklərin tərəfdarıyam. Əli müəllim onlar barədə tam məlumat verdi. Onları, təbii ki, müsbət dəyərləndirirəm. Amma Ziyafət müəllim, biz bu qanunu 2013-cü ilin dekabrında qəbul etdik. Bu yeni qanundur. Bunun üstündən heç bir il keçməyib, əlavə və dəyişikliklər gəlməkdə davam edir. Elə bu 5 yaşla bağlı müddəaları biz o vaxt da qanuna daxil edə bilərdik də. Sözümü nəyə gətirirəm? Mən çox istərdim ki, bizə bu qanun layihələrini göndərən subyektlər bunları tam və dolğun şəkildə işləyib göndərsinlər. Baxın, nə qədər məcəllələrə dəyişikliklər gəlməkdə davam edir. Onlarla qanuna əlavə və dəyişikliklər gəlir. Baxırsan ki, bu bir dəfə həll olunması mümkün olan məsələdir.
İndi bu qanun layihəsində təklif olunur ki, 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartında müvafiq məlumatlardan əlavə onun fotoşəkli də yerləşdirilsin. Bu normaldır. Çünki uşaqlar olduqca tez dəyişirlər – simaları dəyişir, boy-buxunları dəyişir. Ona görə də bu kartlardan istifadə olunduqda bəzən şübhə yarana bilərdi ki, bu uşağın 3 yaşından sonrakı görüntüləri yoxdur, biz bunu necə tanıyaq. Ona görə fotoşəklin olması vacibdir. Bu qanunun ilk müzakirəsi zamanı da fotoşəkillə bağlı məsələlər qaldırılmışdı, amma o vaxt qəbul olunmadı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə səs verək.


 Səsvermənin nəticələri  (saat 13.42 dəq.)
 Lehinə  91
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  91
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov. Eldar müəllim, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım! “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində birinci hissəyə “Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək verilir” məzmununda ikinci cümlənin və “Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir” məzmununda dördüncü hissənin əlavə edilməsi təklif olunur.
Bu dəyişikliklərin edilməsində məqsəd Azərbaycan Respublikasına idxal olunan və istifadə müddəti keçmiş yeyinti məhsullarının dövriyyədən çıxarılması, onların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, insanların həyat və sağlamlığına təhlükə törədə biləcək halların aşkar edilməsi sahəsində işlərin daha da ciddiləşdirilməsi, habelə sertifikatın alınmasına görə dövlət rüsumunun ödənilməsi zamanı korrupsiya və digər neqativ halların qarşısının alınması və müasir ödəmə, yəni nağdsız sistemlərin tətbiqinin genişləndirilməsidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsi ilə bağlı Arif müəllim danışmaq istəyir. Buyurun, Arif Əşrəfov.
A.Əşrəfov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar! “Yeyinti məhsulları haqqında” Qanuna olunan bu dəyişiklik, şübhəsiz ki, cənab Prezidentin rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə ilə bağlı imzaladığı sərəncamın icrası istiqamətində atılan bir addımdır. Mən bu sənədə səs verəcəyəm.
Sadəcə olaraq, mənim bu qanunvericilik aktına iki təkli-fim var. Birincisi, bu qanunvericilik aktında olan dəyişiklik dövlət rüsumu ilə bağlı olduğundan mənim təklifim ondan ibarətdir ki, bu dəyişiklik “Dövlət rüsumu haqqında” Qa-nunda da öz əksini tapsın, “nağd” sözü oradan çıxarılsın və bu fəaliyyət növü bütün mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə şamil olunsun.
Mənim ikinci təklifim ondan ibarətdir ki, Azərbaycan Respublikasında idxala uyğunluq sertifikatı yox, yalnız tanınma sertifikatı verildiyi üçün bu qanunvericilikdə “uyğunluq” sözü “tanınma” sözü ilə əvəz olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.46 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi


Qəbul edildi, sağ olun.
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Eldar müəllim, buyurun.
E.İbrahimov. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Qanunda dəyişikliklərin edilməsi Azərbaycan Respublikası Prezidentinin mərkəzi icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərinin məhdudlaşdırılması hallarını aradan qaldırmaq üçündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının yaradılması Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətindədir. Mərkəzi icra hakimiyyəti orqanının hüquq və vəzifələri isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunan Əsasnamə ilə müəyyən edilir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 64.9-cu maddəsinə uyğun olaraq qanunda normaların həddindən artıq detallaşdırılması Konstitusiya ilə müəyyən edilmiş icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Lakin hazırda qüvvədə olan “Balıqçılıq haqqında” Qanunun 20-ci maddəsində dövlət balıqmühafizə və akvakultura xidmətlərinə, 21-ci və 22-ci maddələrdə isə bu xidmətlərin hüquq və vəzifələrinə dair müddəalar əks olunmuşdur. Ona görə də bu qanunun 20-ci maddəsi yeni redaksiyada verilmiş, 21 və 22-ci maddələr isə ləğv edilmişdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu çox mütərəqqi bir qanundur. Bu qanunda ilk dəfə olaraq sahibkarın hüquqlarının əhəmiyyətli dərəcədə qorunması istiqamətində... Məsələn, 22-ci maddədə sonuncu bəndi oxuyuram: “Bu qanunla nəzərdə tutulan hallarda akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul etmək, bu fəaliyyətin dayandırılması və ona xitam verilməsi barədə məhkəməyə təqdimat vermək”.
Xatırlayırsınızsa, bir-iki iclas bundan öncə mən bu məsələni burada qaldırmışdım ki, Azərbaycanda lisenziya ilə işləyən sahibkarların səhhətini gedib yoxlasanız, görərsiniz ki, onların 85 faizi ya əsəb xəstəsi, ya ürək xəstəsi, ya da şəkər xəstəsidir. Yəni burada söhbət ondan gedirdi ki, bu lisenziyanın vaxtı qurtaranda ya onun vaxtını uzatmır, ya da istənilən vaxt lisenziyanı ləğv edirlər. Ona görə də hörmətli Eldar müəllim, buradan “məhdudlaşdırılması barədə qərar qəbul etmək” sözləri də, məncə, çıxarılmalıdır. Ümumiyyətlə, məhdudlaşdırılma da məhkəmə qaydası ilə olmalıdır.
Mən bir misal çəkim. Biz indi Mərkəzi Bankla da bağlı qanun qəbul edəcəyik. Mən orada təkrar çıxış etməmək üçün elə indi, – eyni xarakterli məsələdir, – münasibət bildirirəm. Məsələn, Mərkəzi Bank, – mən ad çəkmirəm, – bir bankın fəaliyyətinə faktiki surətdə imkan vermək istəmir və onun fəaliyyətini dayandırır. Həmin bank gedir, məhkəmə qərarı ilə, – bir il yarım məhkəmə prosesləri çəkir də, – fəaliyyətini bərpa edir. Bir ildən sonra Mərkəzi Bank başqa bir bəhanə tapır, bu dəfə həmin bankın lisenziyasını ləğv edir. Bu bank yenidən məhkəmələrə düşür və faktiki surətdə fəaliyyət göstərə bilmir. Ona görə də lisenziyaların ləğv olunması hökmən məhkəmə qaydasında olmalıdır. Biz bütün digər qanunlarda da bunu qeyd etməliyik.
Bax, indi Mərkəzi Bank haqqında yenə qanun gəlib. Orada da qeyd olunmalıdır ki, lisenziyanı Mərkəzi Bankın rəhbərliyi istədiyi vaxt ləğv edə bilməz. Bunu başqa dövlət qurumları da ancaq məhkəmə qaydasında etməlidir. Yoxsa bu, yenə də deyirəm, sahibkarlara faktiki surətdə zülm etməkdir. Lazım olsa, mən bunu konkret faktlarla sübut etməyə hazıram. Ona görə də təklif edirəm ki, bu mütərəqqi müddəa digər sahələrə də şamil olunsun. Yoxsa belə olmamalıdır ki, bir nazirlik daha hörmətli nazirlikdir, o icra strukturunun başında duran şəxs istənilən vaxt hüquqi şəxsin lisenziyasını ləğv edə, fəaliyyətini dayandıra bilər, amma başqa birisi bunu məhkəmə qaydasında etməlidir. Belə şey olmamalıdır. Bu müddəanı bütün icra strukturlarına şamil etmək lazımdır ki, nəhayət, sahibkarların canı qurtarsın.
Bilirsiniz, mən istəyirəm, deputat həmkarlarım da buna seyrçi mövqe tutmasınlar. Keçən dəfə misal çəkdim. Farma-septik fəaliyyətlə məşğul olan bir şəxs 280 min manatlıq dərman alıb gətirib. Bunun lisenziyasının müddəti bitib, indi lisenziyanın vaxtını uzatmırlar. Nazirlə görüşə bilmir. Nazirin nəinki özü, heç köməkçisi də telefona cavab vermir. Bu yazıq adam gəlib diz çöküb yalvarır ki, mənə kömək edin. Necə kömək edək? Onun üçün hesab edirəm ki, biz bu insanlara qanunvericilik qaydasında kömək etməliyik. Süründürməçiliyin və rüşvətxorluğun qarşısını almaq üçün ən gözəl yol budur ki, o da bu qanunda öz əksini tapıb. Bunu bura salanlara bir daha öz minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Eldar müəllim, danışmaq istəyirdiniz? Buyurun.
E.İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli Qüdrət müəllim çox düzgün fikirlər dedi, təklif verdi. Bu qanunda bu cür xeyli məsələ var idi. Onlardan bir çoxunu biz bu qanunu göndərən Prezident Administrasiyası ilə bir-likdə düzəltmişik. Amma verilən təklif ağıllı təklifdir, düzgün təklifdir. Bunu bir daha biz qanunu göndərən təşkilatın nümayəndələri ilə birlikdə müzakirə edər və çalışarıq ki, həmin fikir burada öz əksini tapsın.
Sədrlik edən. Aydındır. Buyurun, xahiş edirəm, müna-sibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.53 dəq.)
 Lehinə  83
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  84
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Eldar müəllim, buyurun.
E.İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı və ixracı” adlanan 18-ci maddəsinin dördüncü hissəsində “istifadə haqqında məlumatlar” sözlərinin “istifadə edilmə-məsi haqqında məlumat” sözləri ilə əvəz edilməsi təklif olunur. Bundan sonra həmin hissə belə səslənəcək: “Azər-baycan Respublikasına idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqa-nizmlərdən və onların törəmələrindən istifadə edilməməsi haqqında məlumat göstərilməlidir”.
Bu dəyişiklik “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunu “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanuna uyğunlaşdırmaq, ümumiyyətlə, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və idxalı ilə bağlı məsələləri bir daha ciddiləşdirmək məqsədini daşıyır.
Xatırlatmaq istəyirəm ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanuna görə Azərbaycan Respublikasının ərazisində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilib rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. Ölkəmizə idxal edilən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində təklif olunan qaydada məlumatın göstərilməsi tələbi əhalinin sağlamlığının daha da ciddi qorunmasına xidmət edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc müəllim danışmaq istəyir. Buyurun, Fərəc Quliyev.
F.Quliyev. Eldar müəllim, qeyd etdiyiniz 18.4-cü maddənin qüvvədə olan mətnində yazılıb ki, ərzaq məhsullarının etiketi üzərində onların istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən və onların törəmələrindən istifadə haqqında məlumatlar göstərilməlidir. Həmin maddənin təklif olunan redaksiyasında isə “istifadə haqqında məlumatlar” sözləri “istifadə edilməməsi haqqında məlumat” sözləri ilə əvəz edilir.
Mən bilmək istəyirəm ki, ölkəyə, ümumiyyətlə, belə məhsullar gətirilir, yoxsa gətirilmir? Yəni belə bir məhsul ölkəyə gətirilə bilərmi? Mən bu sualı niyə verirəm? Əgər gətirilə bilərsə, onda “istifadə edilməməsi haqqında məlumat” əvəzinə “istifadə edilib-edilməməsi haqqında məlu-mat” sözləri yazılmalıdır. Çünki elə məhsul ola bilər ki, onun istehsalı prosesində genetik modifikasiya olunmuş orqanizmlərdən istifadə olunubdur və istehsalçı bunu heç gizlətmək istəmir. Siqaret qutularının da üstündə yazılır ki, siqaret çəkmək sağlamlıq üçün zərərlidir, amma biri çəkir, biri çəkmir.
Əgər istehsalında GMO-dan istifadə olunan məhsullar da ölkəyə gətirilə bilərsə, onda etiketdə GMO-dan istifadə edilib-edilməməsi haqqında məlumat göstərilməlidir. Yox, əgər belə məhsullar ölkəyə, ümumiyyətlə, gətirilməməlidir-sə, onda təklif olunan ifadə doğrudur. Təşəkkür edirəm.
Sədrlik edən. Buyurun, Eldar müəllim.
E.İbrahimov. Çox sağ olun. Suala görə minnətdaram. Əlbəttə, hamınız çox yaxşı bilirsiniz ki, biz modifikasiya olunmuş məhsulların ölkəmizə daxil olmasının qarşısını almaq üçün altı qanunda dəyişiklik etmişik, qəti qadağalar qoymuşuq. İndiyə qədər deyirdik ki, etiketdə məhsulun istehsalı prosesində genetik modifikasiya olunmuş orqa-nizmlərdən istifadə haqqında məlumatlar göstərilməlidir, ancaq indi bunu bir az da ciddiləşdirib yazırıq ki, ümumiy-yətlə, istifadə edilməməsi haqqında məlumat göstərilməlidir. Bu da, təbii ki, ölkəmizə geni dəyişdirilmiş məhsulların daxil olmasının qarşısını almaq məqsədi daşıyır. Siz yaxşı bilirsiniz ki, qanun da var, bu sahədə iş də gedir, amma nə qədər çalışsaq da, bunun qarşısını almaq olmur. Ona görə ki, bir çox ölkələrdə bunun qarşısı alınmır. Bizim məqsədimiz isə ancaq ondan ibarətdir ki, ölkəmizdə bunun qarşısı alınsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. İsmayıl Hacıyev.
İ.Hacıyev. Sadəcə, Ziyafət müəllim, qanunun adı ilə bağlı bir fikir demək istəyirəm. Elə bil, qanunun adında nə isə çatmır. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”. Kənd təsərrüfatı ekoloji cəhətdən bu cür ifadə oluna bilməz. Çünki qanunun özündə ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarından söhbət gedir. Yəni burada “məhsul” sözü kənd təsərrüfatına da aiddir. “Ərzaq məhsulları” sözləri çıxanda olur “ekoloji təmiz kənd təsərrüfatı”. Ona görə də qanunun adı “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında” olsaydı, mahiyyəti daha düz əks etdirərdi.
Sədrlik edən. Əslində, İsmayıl müəllimin dediyində məntiq var. Amma İsmayıl müəllim, bu qanunu artıq qəbul etmişik, işləyir. Gələcəkdə, mənə elə gəlir, buna baxmaq olar, Eldar müəllim. Amma hal-hazırda biz qanuna əlavələr, dəyişikliklər edirik. Təklifə görə çox sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, buyurun, xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 13.58 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bizim fikrimiz var ki, fasiləsiz işləyək. Ona görə də xahiş edirəm, hamımız mahiyyəti üzrə da-nışaq və işimizi vaxtında yekunlaşdıraq.
Növbəti məsələ Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Gömrük Məcəlləsində edilməsi təklif olunan dəyişikliklər “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli Fərmanının 7-ci bəndinin icrası ilə əlaqədardır. Gömrük Məcəlləsinin 73.1-ci maddəsində göstərilmişdi ki, gömrük orqanları tələb olunan sənəd və məlumatları 3 günədək müddətə götürüb saxlamaq hüququna malikdir. Təklif edilir ki, bu 3 gün 1 gün ilə əvəz edilsin, 108-ci maddə isə tamamilə yoxlama xarakteri daşıdığı üçün ləğv edilsin. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyulsun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.00 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Qrant haqqında” Qanunun “Qrant” adlı 1-ci maddəsinə sub-qrantla bağlı 1-1-ci hissə əlavə olunur. Həmin əlavəni oxuyuram: “1-1. Sub-qrant qrant müqaviləsi (qərarı) üzrə alınmış vəsaitdən həmin müqavilədə (qərarda) resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin (qərarın) icrası məqsədilə ayrıca qrant müqaviləsinə (qərarına) əsasən verilən vəsaitdir”. Yəni həmin maddəyə “sub-qrant” termini əlavə olunur və onun mahiyyəti açıqlanır. Bu çox vacibdir. Çünki qrantla bağlı məsələlərin icrası prosesində çətinliklər meydana çıxır, mütəxəssislər çatışmır, ixtisaslı mütəxəssislərə ehtiyac olur. Ona görə ixtiyar verilir ki, üçüncü şəxslə müqavilə bağlanılsın. Yəni “Qrant haqqında” Qanuna belə bir imkan yaradan müddəa əlavə olunur. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən düşünürəm ki, bu dəyişiklik çox önəmli bir məsələyə həsr olunubdur. Ona görə önəmlidir ki, indiyə qədər Azərbaycan gerçəkliyində hər hansı bir donor mənbə ilə müqavilə bağlayıb qrant vəsaiti alan tərəf onu üçüncü bir tərəfə yönəltməklə sanki hüquqi, maliyyə və mühasibatlıq məsuliyyətindən kənara çəkilir və beləliklə də, həmin vəsaitlərin təyinatı üzrə yönəldilməsinə dövlət nəzarəti həyata keçirilə bilmirdi. Yeri gəlmişkən, QHT qanunvericiliyində ötən dəfə edilən dəyişikliklərə, eyni zamanda, “Qrant haqqında” Qanunda aparılmış dəyişikliklərə görə Azərbaycana müxtəlif beynəlxalq reaksiyaların göstərilməsi başadüşüləndir.
Hörmətli Valeh müəllim ötən dəfə demişdi ki, burada maliyyə varsa, nəzarət olmalıdır, şəffaflıq olmalıdır. Ancaq nəyə görə bu qədər ajiotaj doğurur? Azərbaycana bu məsələ üzərində ən müxtəlif ölkələrin rəhbərləri səviyyəsində belə reaksiyalar var. Niyə? Mən hesab edirəm ki, bunun səbəbi çox sadədir. Çünki qrantlar nəticə etibarilə partiyalara gedib çıxan vəsaitlərdir. 1996-cı ildə o qanun qəbul olunandan bu yana biz onun şahidi olmuşuq ki, qrant alan QHT qurumlarının əksəriyyəti müxtəlif partiyaların çevrəsində təmərküzləşibdir. Əksər hallarda onların sədrləri də həmin partiyaların rəhbərliyində yer alır. Beləliklə də, həmin qrant vəsaitləri partiyaların maliyyələşməsində rol oynayır. Necə rol oynadığını da keçmiş dövrlərdə hamımız görmüşük.
İkinci məsələ. Maliyyə-iqtisadi əsaslandırma. Biz 2009-cu ildə referendumda “Normativ hüquqi aktlar haqqında” Qanuna da dəyişiklik etdik. Orada mühüm məsələlərdən biri istənilən qanunun maliyyə-iqtisadi cəhətdən əsaslandırılması məsələsi idi. Niyə qrantların alınmasında o cür maliyyə-iqtisadi əsaslandırma prinsipi qoyulmasın? Çox normal bir mövqedir, Azərbaycan dövləti də onu tətbiq edir.
Donorlarla saziş. Ötən dəfə də bu məsələyə toxunanda deyilirdi ki, donorlarla sazişlər istər-istəməz ölkədə bu cür müxtəlif qrantları verən həmin qurumları Azərbaycandan bu və ya digər formada qaçıracaq. Onlar qonşu ölkələrin üzərindən Azərbaycana vəsaitlər verəcəklər və bu daha çirkli maliyyələşmə olacaq. Amma bu sazişdən həmin qurumlar niyə imtina etsinlər ki? Bu çox normal bir mövqedir.
Mən bu məsələ barədə təkrar danışmamaq üçün bir faktı demək istəyirəm. Ötən on illər ərzində hansı yönümlü layi-hələrə qrantlar daha çox verilib? Bilirsiniz, xalq diploma-tiyası da olsun, sülh diplomatiyasını da kimlərsə aparsın və sair. Amma mən bu 15 ildə bircə dəfə də görməmişəm ki, hansısa beynəlxalq qurum qrant verib, məsələn, çox sadə bir layihəni – qanuni qaydada Şuşaya, öz evinə qayıtmaq istəyən vətəndaşların doğma yurda dönüşünü maliyyələşdirsin.
Ən başlıca məsələ nədir? Hökuməti müxtəlif sahələr üzrə monitorinq edən QHT qurumları özləri bütün bu monitorinqdən kənarda qalmaq istəyirlər. Onlar qara dövriyyə ilə işləyirlər. Yaxşı edirlər. Qara mühasibatlıqları var, yenə də yaxşı. Amma bu dövr ərzində malik olduqları bütün imkanları hüquq istismarçılığı ilə əldə ediblər. Mən heç kimin adını çəkmək istəmirəm. Bilirəm ki, indi hamı fasilə barədə daha çox düşünür. Mən heç kimin mədəsinə mane olmaq istəmirəm, hamımız eyni mədəyə malikik. Onu demək istəyirəm ki, 570 min avroya kimsə ev alır, hüquq müdafiəsində ən mühüm bir simaya çevrilir və beynəlxalq aləm tərəfindən müdafiə olunur. Hamımız da bunu hüquq etalonu kimi qəbul edirik.
Ziyafət müəllim, sonuncu fikrim nədir? Ötən dəfə də de-yilirdi ki, bütün QHT-lərə bərabər şərait yaradılsa, xaricdən maliyyə asılılığı kəsilər. Yəni Azərbaycan hökuməti, Azər-baycan hakimiyyəti özünü tənqid edən QHT-ləri bəri başdan kənarda qoyur, onlara vəsait vermir. Onlar da guya bu vasitə ilə xarici qurumlardan maliyyə asılılığında olur. Ancaq mən sizə başqa bir məsələni deyirəm. Bu dövr ərzində, təbii ki, qrantlar müxtəlif hökumət strukturlarına da verilib, hökumət yönümlü qurumlara da verilib. Lakin əksər hallarda qrantlar bu dövlətin, bu hökumətin əleyhinə olan qeyri-milli, mənşəyi çox şübhəli olan insanlara verilir. Ona görə də kimsə deməsin ki, hakimiyyət bərabərlik prinsipini pozur. Pozan həmişə beynəlxalq tərəf olub.
Və sonda. Rusiya və İran. Azərbaycanda qrant...
Sədrlik edən. Gəlin Rusiya və İranda saxlayaq. Bu çıxışı Siz onsuz da keçən dəfə etmişdiniz. Elə etdiyiniz bəsdir. Xahiş edirəm, yekunlaşdırın.
Z.Oruc. Ziyafət müəllim, təşəkkür edirəm. Yəni qrant vəsaitlərini Rusiya və İran vermiş olsalar, bu gün Azərbaycan hakimiyyətini müxtəlif məsələlərə görə tənqid edən dairələr susacaqlarmı? Bu məsələ çox önəmlidir ki, dərhal hansı dövlətin qrant verməsi üzərində də ixtisaslaşan dairələr var. Ona görə bunu həssaslıqla müdafiə edirlər. Mən bu sənədə səs verəcəyəm. Doğru, dürüst məsələdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.08 dəq.)
 Lehinə  94
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  94
 Nəticə: Qəbul edildi


Qəbul edildi, sağ olun.
14-cü məsələ. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsində təklif olunur ki, “Dövlət rüsumu haqqında” Qanunun 18.41-ci maddəsində “Əmtəə nişanı barəsində qeydə alınmış lisenziya müqavilələrində” sözləri “Əmtəə nişanına dair” sözləri ilə əvəz edilsin. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliyə səs versinlər.
Sədrlik edən. Buyurun, xahiş edirəm. Təklif var, səsə qoyulsun. Münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.09 dəq.)
 Lehinə  86
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  86
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, 15-ci məsələdən 19-cu məsələyə qədər olan qanun layihələri bir paketdə cənab Prezident tərəfindən daxil olub. Ona görə Ziyad müəllim, imkan varsa, 15–16-cı məsələləri bir yerdə məruzə edək, səsverməni ayrıca apararıq. Mümkündür?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hər iki qanunda edilməsi təklif olunan dəyişik-liklər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Res-publikasının Konstitusiya Qanununun 53-cü və 61-ci mad-dələrinin müddəalarına müvafiq olaraq uyğunlaşdırılma məqsədilə hazırlanmışdır.
Gündəliyimizdə 15-ci məsələ olan qanun layihəsində təklif edilir ki, vaxtilə qəbul edilmiş “Banklar haqqında” Qanunda “edilə bilər”, “edə bilər”, “keçirə bilər”, “tələb edə bilər”, “məlumat ala bilər” sözləri “edilir”, “edir”, “keçirir”, “tələb edir”, “məlumat alır” sözləri ilə, “qüvvədə olan qanunvericilik” sözləri isə “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla bağlı layihədə də bu xarakterli dəyişikliklər təklif edilir. Mən Qüdrət müəllim Həsənquliyevin qaldırdığı məsələni alqışlayıram. Yəqin ki, bu barədə bizim qanunvericilik təşəbbüsü ilə çıxış edən təşkilatla danışıqlarımız olmalıdır. Millət vəkillərindən bu dəyişikliklərə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Azay müəllim, buyurun.
A.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən banklarla bağlı bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, bəzi banklar xidmət göstərən zaman öz müştəriləri arasında çox ciddi fərq qoyurlar. Xüsusilə son zamanlar bir çox qeyri-hökumət təşkilatları bizə bununla bağlı müraciət edirlər. Təsəvvür edin ki, “Unibank”, “Bank Respublika” və digər banklar başqa müştərilərindən 1,5 manat aylıq xidmət haqqı tələb edirlərsə, qeyri-hökumət təşkilatlarından 100 manat, bəzən isə 1000 manat tələb edirlər. Bu açıq şəkildə qanunsuzluqdur. Hesab edirəm ki, bu qanunsuzluq aradan qaldırılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.12 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə səs verək.

 Səsvermənin nəticələri  (saat 14.13 dəq.)
 Lehinə  95
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, icazə verin, həm 17, həm də 19-cu məsələləri birgə məruzə edim.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Məlumat üçün deyim ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda, eləcə də “Narkotik vasitə-lərin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda edilən dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərindən irəli gəlir və bu tələblərə uyğun olaraq “edilə bilər”, “keçirilə bilər” sözləri “edilir”, “keçirilir” sözləri ilə əvəz olunur. Çox sağ olun.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Başqa təklif yoxdursa, buyurun, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Taxıl haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyurun, Eldar müəllim.
E.İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. “Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsində məqsəd həmin qanunu “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 53-cü və 61-ci maddələrinin müddəalarına uyğunlaşdırmaqdır. Bu qanunla həmkarlarım tanış olublar. Bu çox lazımlı qanundur. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Buyurun, xahiş edirəm, “Taxıl haqqında” Azərbaycan Respublikasının Qa-nununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

 Səsvermənin nəticələri  (saat 14.15 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Narkotik vasitələrin, psixotrop mad-dələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Bu barədə Əli müəllim artıq məlumat verdi. İndi səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.16 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitə-sinin sədri.
Sağ olun, Ziyafət müəllim. Milli Məclisin yaz sessiyasın-da biz Gürgən qəsəbəsini və bələdiyyəsini Xəzər rayonun-dan Pirallahı rayonuna verdik. Bu layihədə də təklif ondan ibarətdir ki, bələdiyyələrin siyahısında müvafiq düzəliş edək. Qanun layihəsi bundan ibarətdir.
Etiraz etməsəydiniz, ikinci məsələni də məruzə edərdim.
Sədrlik edən. Buyurun.
A.Rəhimzadə. “Bələdiyyələrin statusu haqqında” Qanunda, ümumiyyətlə, bələdiyyə qanunvericiliyində bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi kifayət qədər açılıbdır. Nəzərdə tutulur ki, məhkəmənin qüvvəyə minmiş qərarından sonra bələdiyyə qərar qəbul edir və ondan sonra bələdiyyə üzvünün səlahiyyətinə xitam verilir. Ancaq iş burasındadır ki, bu müddət ərzində bələdiyyə üzvünün statusu qeyri-müəyyən qalır. Qanuna əlavə olunan 22.1-ci maddədə nəzərdə tutulur ki, məhkəmənin qərarı ilə bələdiyyənin qərarı arasındakı müddət ərzində bələdiyyə üzvünün fəaliyyəti dayandırılsın.
Bu qanuna əlavə edilən 22.2-ci maddədə bələdiyyənin vaxtından əvvəl buraxılmasından söhbət gedir. Nəzərdə tutulur ki, bələdiyyənin fəaliyyəti Milli Məclis tərəfindən qeyri-qənaətbəxş hesab edildikdə Mərkəzi Seçki Komissiyası bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir.
Bələdiyyələrin hesabatı qanunun 52.2-ci maddəsində öz əksini tapıbdır. Mövcud qanunvericiliyə görə bələdiyyələr iki halda hesabat verirlər – qanunvericiliklə bələdiyyələrə əlavə səlahiyyətlər verildikdə o səlahiyyətlərin icrası barədə və bir də dövlət büdcəsindən yerli büdcələrə vəsait veriləndə o vəsaitin icrası barədə.
52.2-ci maddəyə əlavə olunan 3-cü hissədə nəzərdə tutulur ki, bələdiyyələr hər ilin yekununa görə seçiciləri qarşısında hesabat versinlər. Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir.
Burada bir texniki düzəliş də var. Sizin vaxtınızı almamaq üçün o haqda danışmaq istəmirəm. Ümumiyyətlə, bu düzəlişlər bələdiyyələrin məsuliyyətini artırır, bələdiyyələrin fəaliyyəti ilə bağlı normal bir hesabatlılıq şəraiti yaradır və qanunvericilikdə olan boşluğu aradan qaldırır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Birinci məsələ ilə bağlı heç bir problem yoxdur. Mən ona səs verəcəyəm. Amma ikinci məsələni reallaşdırmaq qeyri-mümkün olduğuna görə, hesab edirəm ki, o, gündəmdən çıxarılmalıdır.
Xatırlayırsınızsa, biz Konstitusiyaya əlavə və dəyişiklik-lər eləyəndə bələdiyyələrin sayı 2000-dən artıq idi, indi təqribən 1700-dür. O zaman söyləmişdim ki, bu qədər bələdiyyə orqanı Milli Məclisdə hesabat verə bilməz. Bax, hökumət Milli Məclisdə hesabat verir. Baş nazir qarşımızda çıxış edir. Eyni qaydada bələdiyyənin sədri Milli Məclisdə çıxış eləməlidir, biz ona suallar verməliyik, müzakirə eləməliyik və sonda qərar verməliyik ki, onun hesabatını qəbul eləyirik, ya eləmirik.
“Azərbaycan Respublikasının Milli Məclisinin Azərbay-can Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” bizim Konstitusiya Qanunumuz var. Ölkədə hər şeyə görə məsuliyyət daşıyan hökumətin fəaliyyətini Milli Məclisdə müzakirə edirik. Bu qanunda elə müddəa yoxdur ki, biz hökumətə etinasızlıq göstərəndə o hökumət istefaya gedir. Amma bu qanun layihəsində deyilir ki, Milli Məclis tərəfindən bələdiyyəyə etimadsızlıq göstəriləndə Mərkəzi Seçki Komissiyası bələdiyyənin fəaliyyətinə vaxtından əvvəl xitam verir.
Dünya praktikasında belədir ki, parlament əgər hökumətə etimadsızlıq göstərirsə, etimadsızlıq haqqında qərar həmin hökumətin istefaya göndərilməsi deməkdir və dərhal hökumət fəaliyyətini dayandırır. Burada da bunu qəbul ediriksə, yazmalıyıq ki, Milli Məclis etimadsızlıq göstərirsə, həmin qərar qüvvəyə mindiyi andan bələdiyyənin fəaliyyətinə xitam verilir. Mərkəzi Seçki Komissiyası tamamilə başqa funksiyaları yerinə yetirən orqandır. Onun nə səlahiyyəti var? Heç onun statusu haqqında qanunda da ona belə bir səlahiyyət verməmişik ki, o, bələdiyyənin fəaliyyətinə Milli Məclisin qərarı ilə bağlı xitam versin.
İkincisi, niyə deyirəm, bu məsələ gündəmdən çıxarılmalıdır. Biz bunu Konstitusiyaya daxil eləsək də, bunu tətbiq eləmək mümkün deyil. 1700 bələdiyyə Milli Məclisdə hesabat verə bilməz. Bu, əlavə neqativ söz-söhbətə yol açacaq. Milli Məclisin Aparatının əməkdaşları ayrı-ayrı bələdiyyələrdən hesabat qəbul eləyə bilməzlər. Yenə deyirəm, hesabat yalnız Milli Məclisin iclasında verilməli və bu bizim iştirakımızla olmalıdır. Ona görə icrası mümkün olmayan qanunu burada qəbul eləməkdənsə, eləməmək yaxşıdır. Təəssüf ki, o vaxt biz bu məsələni referenduma çıxardıq və referendumda xalq digər məsələlərlə yanaşı buna müsbət səs verdi. Amma bunu fiziki baxımdan reallaşdırmaq mümkün deyil.
Başqa məsələ də var, Ziyafət müəllim, buna da diqqətinizi cəlb eləyim. 52.2-ci maddəyə əlavə olunan 3-cü hissənin ikinci abzasını oxuyuram: “Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti  həyata keçirən orqana göndərməlidir. Müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin iştirakını təmin edən və nəticələri protokolla rəsmiləşdirilən yığıncaqlarda iştirak edənlərin yarısından çoxu hesabat dövründə bələdiyyənin fəaliyyətinin qeyri-qənaətbəxş hesab edilməsinin lehinə səs verdikdə bu barədə qərar qəbul edilir...” Mən axıra kimi oxumuram.
Bizim Bakının bələdiyyələrində bilirsiniz nə qədər seçici var? O yığıncaqlar Azadlıq meydanında keçirilməlidir ki, orada çar Rusiyası dövründəkitək yerdən kim çox qışqırdı, kimin səsi çox gəldi, onun sözü keçsin, onun istədiyi qərar qəbul olunsun. O qədər adamı necə yığacaqlar? Məsələn, Nəsimi rayonunda 300 min adam yaşayır, 200 mindən çox seçici var. Bunun 25 faizini hesablayın, görün nə qədər eləyir. İclaslar harada və necə keçiriləcək?
Qanunu hazırlayıb təqdim edən şəxslər ciddi düşünmə-liydilər ki, bunu həyata keçirmək mümkün olacaq, ya olma-yacaq. Ona görə mən təklif edirəm ki, natamam hazırlanmış, düşünülməmiş layihə olduğuna görə bunu müvəqqəti olaraq müzakirədən çıxaraq, növbəti iclasımızda baxarıq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən həmka-rım Qüdrət müəllimlə tam razıyam. Əlavə vaxt almamaq üçün bu barədə qeyd və iradlarımı Arif müəllimə yazılı su-rətdə təqdim edəcəyəm. O qədər bələdiyyənin Milli Məclis-də hesabat verməsi, mən də hesab edirəm ki, düzgün deyil. İkinci də, necə ola bilər ki, Mərkəzi Seçki Komissiyası bələdiyyənin fəaliyyətinə xitam versin? Axı, bu, Mərkəzi Seçki Komissiyasının səlahiyyətinə aid deyil.
Mən hesab edirəm ki, bu layihə ya yenidən işlənilməli, ya da hansısa başqa formada olmalıdır. Mən bunu yazılı şəkildə Arif müəllimə təqdim edəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qalib Salahzadə.
Q.Salahzadə. Ziyafət müəllim, mən Qüdrət müəllimin dediklərinin hamısı ilə razıyam. Çox düz danışır. Mən bələ-diyyələrlə işləmişəm və indi də onlarla ünsiyyətdə oluram. Məsələ nədən ibarətdir? Bələdiyyə ərazilərinin xəritəsi yoxdur, – xüsusilə Bakı bələdiyyələrindən danışıram. Bələdiyyə torpaqları ilə bağlı baş verən bütün qanun pozuntu-larının da səbəbi odur. Yəni bələdiyyənin xəritəsi olsa, onun verdiyi torpaq sahəsini qanunsuz verilmiş torpaq sahəsi kimi qeydiyyata almazlar.
İndi hamımız istəyirik ki, bələdiyyələrə kömək eləyək. Amma nə qədər ki icra hakimiyyətləri bələdiyyələrə nəzarət edirlər, o bələdiyyələr həqiqi deyil. Bu dəqiqə bizim elə Sabunçu rayonunda bələdiyyələrə kimin seçiləcəyi indidən məlumdur. Camaata da deyirlər, gəlin, səs verin. Mən təzə heç nə demirəm, bunu bütün deputatlar bilirlər. Sonra da deyirlər ki, kadr yoxdur. Kadr var, qoymurlar, cürbəcür məsələlər qaldırırlar. Bələdiyyələrin inkişafından ötrü bələdiyyə polisi olmalıdır, bələdiyyə polisi olmasa, heç bir vergi yığmaq olmaz.
Mən də deyilənlərlə razıyam, xüsusilə Qüdrət müəllimin dedikləri ilə. Bir az cürətli danışdım, ancaq düz danışdım. Sağ olun.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadə.
A.Rəhimzadə. Mən məsələyə aydınlıq gətirmək istəyi-rəm. Burada yazılmayıb ki, Azərbaycanda olan bələdiyyələrin hamısı, yəni 1607 bələdiyyə Milli Məclisdə hesabat verəcək. O bənddə aydın yazılıb, fəaliyyəti seçicilər tərəfindən qeyri-qənaətbəxş hesab edilən bələdiyyələrin lazımi sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərilir. O orqan məsələyə baxır və əgər bələdiyyənin fəaliyyətini qeyri-qənaətbəxş hesab edirsə, onun vaxtından əvvəl buraxılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir. Yalnız bu halda Milli Məclis bələdiyyənin hesabatını dinləyir və nəticədə onun fəaliyyətini qeyri-qənaətbəxş hesab edirsə, Mərkəzi Seçki Komissiyası bizim qərarımız əsasında həmin bələdiyyənin vaxtından əvvəl buraxılması haqqında qərar qəbul edir. Bu o demək deyil ki, Mərkəzi Seçki Komissiyası bələdiyyələri ləğv edə bilər.
Ancaq burada, əlbəttə, müəyyən çətinlik olacaq. O da o bələdiyyələrdə ki, onların əhalisinin sayı, seçicilərinin sayı həddən artıq çoxdur. 10 yığıncaq da ola bilər, 20 yığıncaq da ola bilər. Sonra bunların hamısının nəticələri ümumiləş-dirilib yekun qərar qəbul ediləcək. Ancaq mən sizə demə-liyəm ki, Azərbaycan bələdiyyələri arasında Bakının Nəsimi və digər rayonlarındakı kimi böyük bələdiyyələrin xüsusi çəkisi cəmi 3 faizdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Ziyafət müəllim, mən bir məsələyə çox qısa şəkildə toxunmaq istəyirəm. Arif müəllim həmkarımız ola-raq çox dəyər verdiyimiz bir insandır və özü də həmişə bə-lədiyyə qurumlarının fəaliyyətinə tənqidi mövqedən yanaşıb. Mən keçmişdə onun çox cəsarətli çıxışlarını yaxşı xatırlayıram. Bu çıxışlarda bələdiyyələrə status vermək, mülkiyyət vermək, səlahiyyətlər vermək, onları icra orqanlarının müəyyən mənada təsirindən azad eləmək və vətəndaş cəmiyyətinin formalaşmasında hörmətə layiq bir quruma çevirmək niyyətləri güdülüb.
Mən nəyi burada vurğulamaq istəyirəm. Biz seçkili orqa-nıq, başqa bir seçkili orqanın ləğvi məsələsini qoyuruq. Mən düşünürəm ki, bu çox ciddi bir hüquqi məsələdir. Hörmətli Ziyafət müəllim, burada bərabərlik prinsipinin nə qədər pozulacağı ayrı bir söhbətin mövzusudur. Kimsə hansısa bələdiyyədən yaxa qurtarmaq üçün Ədliyyə Nazirliyi yanında müvafiq quruma müraciət edəcək, o qurum da bizə lazımi sənədləri göndərəcək və biz məhkəmə səlahiyyətlərini daşımış olacağıq.
Avropa ölkələrinin çoxunda parlamentdə həm də məhkə-mə səlahiyyətləri var, millət vəkillərinin özündən ibarət istintaq qurumu formalaşır. Onların istintaqı əsasında belə bir qərar verilsə, başa düşmək olar. Bizim parlamentdə belə bir səlahiyyətimiz yoxdur.
1993-cü ildə ulu öndər bu parlamentə müəyyən bir dövr rəhbərlik eləyəndə burada hörmətli Səfa müəllim Mirzəyev çalışıb və bu gün də çalışmaqda davam eləyir. Onun hüquqi təfəkkürünə Azərbaycan dövləti yer verib, ulu öndər yer verib. Gəlin bu məsələlərdə ona müraciət eləyək. Həqiqətən də, çox prinsipial mövzudan danışırıq. Biz qərar veririk, MSK da həmin bələdiyyə qurumunu ləğv edir. Beləliklə, bir kənd, bir camaat bələdiyyəsiz qalır.
Sonuncu bir təklifimi də səsləndirmək istəyirəm. Bakı şəhər bələdiyyəsinin yaradılması. Uzun müddət bu mövzu ətrafında söhbətlər getdi, bələdiyyə üzvlərinin sayı azaldıldı və sair ki, onların işi effektli olacaq. Amma böyük şəhər bələdiyyələrinin yaradılması bir proses kimi yarımçıq qaldı. Bakı şəhəri mühüm bir meqapolisdir, ən böyük qayğıları, ictimai, sosial yükü olan bir məkandır. Niyə burada bələdiyyə formalaşmadı? Yalnız ona görəmi ki, o hansısa icra orqanları ilə paralellik yaradacaq? Mənə elə gəlir ki, bu yanlış yanaşma olar, çünki biz istəyirik ki, bir mərkəzləşmə olsun. Ona görə də məncə, məqsədəuyğun olardı ki, bu məsələ ilə bağlı Səfa müəllimə müraciət olunsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən deputat həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram, ancaq hörmətli Arif müəllim çox düzgün izah elədi. Hesabatlılıq bələdiyyələrin hamısına aid deyil. Konstitusiyada da, “Bələdiyyələrin statusu haqqında” Qanunda da göstərilir ki, bələdiyyələrdən hesabat iki halda tələb edilə bilər – bir, dövlət tərəfindən onlara verilən əlavə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı, bir də dövlət büdcəsindən onlara ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı.
Dövlət gələcəkdə bələdiyyələrin inkişafını nəzərə alıb onlara əlavə səlahiyyətlər – su təsərrüfatı, yol təsərrüfatı, mədən təsərrüfatı və sair kimi bir sıra təsərrüfat növlərini idarə etmək səlahiyyətləri verə bilər. Bu halda dövlət məc-burdur ki, bələdiyyələrdən o səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar hesabat tələb etsin. Yəni gələcəkdə bu sahədə müəyyən nöqsanlar olarsa, konkret bələdiyyənin seçiciləri məsələ qaldırarlarsa ki, filan bələdiyyə bu təsərrüfatları idarə eləyə bilmir, onda həmin bələdiyyə Milli Məclis qarşısında hesabat verə bilər.
İkinci hal artıq dediyim kimi, bələdiyyəyə dövlət büdcə-sindən ayrılan vəsaitlərin xərclənməsi ilə bağlıdır. Büdcəyə nəzarət eləyən Milli Məclisdir, onu burada biz formalaş-dırırıq. Ona görə də təklif olunan dəyişiklik bu baxımdan da, elə bilirəm, məqbuldur.
Sonra, Arif müəllim bələdiyyənin ərazisində yaşayan seçicilərin 25 faizinin toplanması tələbi ilə bağlı bildirdi ki, bələdiyyələr gördükləri işləri bir yığıncaqda yox, yığıncaq-larda müzakirə edib yekun qərar qəbul eləyə bilərlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilən ərəfədə burada müəyyən müzakirələr oldu. O müzakirələrdəki çıxışımı xatırladığıma görə bir daha ona təmas eləmək istəyirəm. Orada Zahid Oruc o məsələyə toxundu. O əlavə və dəyişikliklərdə insan hüquq və azadlıqları ilə bağlı kifayət qədər müsbət məqamlar var idi. O vaxt biz o layihəni dəstəklədik. Çünki o layihə
Azərbaycanda icra orqanlarının fəaliyyətini tənzimləyən, müəyyən mənada yeniliklər gətirən əlavə və dəyişiklikləri özündə əks etdirirdi.
Amma orada yol verilən bir səhv indiyə qədər də Azərbaycanda problem yaradır, həmin problemi hələ də çözə bilmirik. Bu nə idi? Fərqli seçki proseduru olan iki qurum var – biri yerli özünüidarənin seçki proseduru ilə, biri də ümumi majoritar qaydada seçilir. Bu fərqli seçki proseduru olan qurumlardan birinin digərinə hesabat verməsi deyilən bir anlayışı hansı hüquq məkanında qaldırsam, hamı təəccüblənər ki, bu necə hesabat verə bilər? Bu hesabatdan əlavə biz indi ona təzədən 25 faizlik seçici kvotasını tətbiq edirik, təzədən onun hesabat verməsi məsələsini qaldırırıq.
Bələdiyyənin əlində faktiki olaraq mülkiyyət yox, təsər-rüfat yoxdur. Reklam bir şey verə bilmir. Bakının ən aparıcı bələdiyyələrinə baxın. Hansının reklamına rast gəlmisiniz? Heç bir reklam yoxdur. Öz ərazisində nəqliyyata nəzarət eləyə bilmir, öz ərazisində buradan ora marşrutun müəyyən olunmasına gücü çatmır, ancaq torpaq pulu yığır. Onu da ancaq bir az qabiliyyətli bələdiyyə işçiləri gedib əhalidən yığa bilirlər. Başqa cür bunu da yığmaq mümkün olmur. Ona görə də praktikada bunu tətbiq eləmək olmur.
Konstitusiyaya referendum yolu ilə əlavələr və dəyişikliklər etdiyimiz 2009-cu ildən 5 il keçib. 5 ildə burada kimdən hesabat istəyə bildik? Demək istədiyim odur ki, praktikada bunu tətbiq etmək mümkün deyil, çünki kökündə hüquqi nonsens var. Ona görə də bələdiyyənin statusunu kifayət qədər ciddi şəkildə qaldırmalıyıq. Burada həmkarım Qüdrət Həsənquliyev haqlı söylədi, axı, bələdiyyə öz məkanımızdır. Bələdiyyə Azərbaycan dövləti əleyhinə hansısa qurum deyil ki, biz onun zəifləməsinə daha çox maraq göstəririk. Bu, bilavasitə onun zəiflədilməsinə yönələn bir fəaliyyətdir. Buna niyə getməliyik? Onsuz da səlahiyyəti yoxdur, onsuz da işgörmə qabiliyyətinə sahib deyil, hələ bir az da zəiflədək.
Nə olsun seçki başlayır? Bələdiyyə üzvü olmağa namizədliyini vermək istəyən adamlar tapmaqda çətinlik çəkirsən, hamı deyir, nəyə gedim. Bunu stimullaşdırmaq lazımdır ki, insanlar yerli özünüidarəyə həvəslənsinlər. Parlament seçkilərində niyə bir dairədən 50 nəfər, 30 nəfər namizədliyini irəli sürür? Lokal səviyyədə liderlərin özünü tanıtma imkanı məhdudlaşanda hamı parlament seçkilərinə doluşur, hamı qanunverici orqanda təmsil olunmağa can atır. Təmsilçilik imkanlarının məhdudlaşması dövlətin özünə ziyandır. Kanalizasiya problemini dövlət niyə həll etməlidir? Buraxın vətəndaşın öhdəsinə, özü öz küçəsində bilsin ki, zibili necə təmizləyəcək? Bu baxımdan çox prinsipial məsələdir.
Mən də o fikirdəyəm ki, belə tələsik qərar qəbul eləmək gülüş doğuracaq. Mərkəzi Seçki Komissiyasına deyirik, bələdiyyəni ləğv eləsin. Bayaq o məsələyə toxundum. Görün nə yerə gəlib çıxmışıq. Konstitusiya Məhkəməsi Konstitusiyada nəzərdə tutulmadığı halda qərar qəbul edir ki, Milli Məclisə tövsiyə edirik, filan qaydaları qəbul eləsin. Belə bir şey yoxdur. Konstitusiya Məhkəməsinin bu hüququ yoxdur. Nə var ki, sığorta şirkətləri icbari sığorta yoluyla vəsait yığır, o vəsaiti özləri mənimsəsin deyə, vətəndaşa onun cüzi bir hissəsini də xərcləmək istəmir və ona görə də insanları süründürməçiliyə salırlar.
Dediyim odur ki, gəlin bu məsələyə bir az prinsipial yanaşaq, bunu gündəmdən çıxaraq, həqiqətən, bu bir az cilalansın. Belə cilalanmamış məsələnin bələdiyyə seçkisi ərəfəsində gündəmə gətirilməsi başa düşülən deyil. İndi hamının diqqəti Azərbaycandadır ki, seçkilər keçirilir. Seçkilər ərəfəsində burada bələdiyyənin vaxtından əvvəl buraxılması barədə məsələ qaldırılır. Layihədə deyilir ki, bələdiyyənin taleyi istənilən vaxt həmin bələdiyyənin ərazisində yaşayan seçicilərin 25 faizinin toplaşdığı yığıncaqda iştirak edənlərin yarısından çoxunun əleyhinə səs verməsi ilə həll edilə bilər. Yığıncağı formal olaraq toplayacaqlar, icra hakimiyyəti deyəcək ki, hər şey qanuna uyğundur, qol çəkin, bələdiyyəni buraxıram. Yəni özbaşınalığa yol veriləcək. Ona görə də mən bu layihənin əleyhinəyəm. Bələdiyyənin hüquqlarını məhdudlaşdırmaq əvəzinə genişləndirmək barədə düşünülməlidir ki, insanlar bir az o istiqamətə yönəlsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fazil müəllim, bax, indi mən deyəcəyəm, Siz yenə də inciyəcəksiniz ki, Ziyafət müəllim niyə belə deyir. Xahiş edirəm, qanunu bir daha oxuyun. Burada bələdiyyələrin hüquqlarının məhdudlaşdırılmasından söhbət getmir. Siz məişət məsələlərindən danışırsınız. Siz hüquqşünassınız, elə danışın ki, hüquqi kökü olsun, yoxsa bunu eləyə bilmir, bu belə olacaq, icra başçısı belə deyəcək... Bu, hüquqşünas söhbəti deyil. Burada məqsəd tamamilə başqadır. Söhbət bələdiyyələrə köməkdən, bələdiyyələrin statusunun möhkəmləndirilməsindən gedir. Deyirsiniz ki, bələdiyyə seçkilərində namizədliyini verməyə adam tapa bilmirik. İndi mən sözü Siyavuş müəllimə verəcəyəm. Öyrənin, görün, adamı necə tapırlar. Buyurun, Siyavuş müəllim.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən neçə iclasdır, müşahidə edirəm ki, QHT-lərdə şəffaflıq məsələsi qoyulanda nədənsə bəzi adamlar diksinirlər, bələdiyyələrdə hesabatlılıq məsələsi qoyulur, yenə diksinirlər. Nədən qorxurlar, nədən çəkinirlər? Düz adamsan, get hesabat ver də. Burada nə var ki? Seçici tələb edir, deyir, səni seçmişəm, gördüyün işlər barəsində mənə hesabat ver. Milli Məclisin üzvü mütəmadi olaraq seçiciləri ilə görüşür və onlara qəbul olunan qanunlar, görülən işlər, ölkənin siyasəti barəsində məlumat verir. Bələdiyyə isə bilavasitə məişət məsələlərini həll edir. Vətəndaş da öyrənmək istəyir ki, bu məsələlərin həlli nə yerdədir. Deyir, qardaş, mənim məsələmi hansı formada həll eləmisən? Başım qarışıq olub, məlumat ala bilməmişəm, bir hesabat ver. Bu hesabatda nə qorxulu məqam var, mən başa düşə bilmirəm.
Bələdiyyələrin, bilirsiniz ki, məhəllə komitələri var. İndi çox adam bələdiyyələrdən danışır, amma onlarla bağlı çox şeydən xəbəri yoxdur. Bakı şəhəri üzrə olan bələdiyyələrdə məhəllə komitələri yaradılıb. Yasamal rayonunda da var, Səbail rayonunda da, Xətai rayonunda da. Həmin komitələr vasitəsilə bütün əhali ilə daim ünsiyyət saxlanılır. Söhbət rayonun bütün əhalisini bir yerə yığmaqdan getmir. Hesabat o cür verilə bilməz. O komitələr vasitəsilə binalarda, həyətlərdə görüşlər keçirib insanlar qarşısında hesabat verməyin nəyi pisdir ki? Həm insanlar onları maraqlandıran sualları verə, həm də bələdiyyə gördüyü işlər barədə onları məlumatlandıra bilər.
Bələdiyyələrin statusu ilə bağlı heç bir problem yoxdur. Onların kifayət qədər səlahiyyətləri də var, hansı istiqamətdə fəaliyyət göstərdikləri də məlumdur. Burada, nə bilim, icra başçısının müdaxiləsindən, başqa-başqa məsələlərdən danışırlar. Tamamilə yanlış fikirlərdir.
Bəzi həmkarlarıma xatırlatmaq istəyirəm ki, bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçiriləcək. Kimin məlumatı yoxdursa, məlumat alsın. Bələdiyyə seçkilərinin prosedur qaydaları var, Seçki Məcəlləsi var. Mərkəzi Seçki Komissiyası seçkini elan edir. Qəzetdə bu barədə məlumat dərc olunur. Ondan sonra namizədlər irəli sürülür. Hər bir siyasi partiya bələdiyyə seçkilərinə namizəd irəli sürməlidir. Burada Arif müəllim qeyd elədi, Azərbaycanda 1607 bələdiyyə var. 15035 nəfər namizəd irəli sürülməlidir.
Bu gün yenə dedilər ki, bələdiyyə üzvlüyünə namizədlər sırasına düşmək üçün Yeni Azərbaycan Partiyasında qırğındır. Bəzilərini hədələyirik ki, bizim qərardan kənar siz namizədliyinizi versəniz, hətta partiyadan çıxaracağıq. Bu fikrə qədər gəlmişik ki, bunların qarşısını alaq. Halbuki digər bir partiyanın heç namizədi yoxdur. Təbii ki, seçkilər-də namizədlərin olması üçün sosial baza, elektorat lazımdır. Buna sahib olmayanlar bələdiyyəni aşağılamağa, onun statusunun, fəaliyyətinin olmadığını iddia edərək bələdiyyə üzvlüyünə namizədlərinin olmamasını bununla izah etməyə çalışırlar. Əslində, siyasi partiyaların imkanlarını müəyyənləşdirmək üçün ən vacib seçkilər məhz bələdiyyə seçkiləridir. Çünki parlament seçkilərində, Prezident seçkilərində özlərinin və 5–10 nəfər yaxın ətraflarının namizədliyini irəli sürürlər. Amma bələdiyyə seçkilərində bilavasitə yerlərdə gecə-gündüz bunların əziyyətini çəkənlər, rayon, şəhər təşkilatlarının fəal üzvləri və təəssübkeşlər namizəd göstərilməli, onlar seçki kampaniyasında fəal surətdə iştirak etməlidirlər. Təbii ki, bu onlarda yoxdur. Ona görə də bu və ya digər şəkildə bələdiyyəni aşağılamaq istəyirlər.
Mən hesab edirəm, bu gün Azərbaycanda bələdiyyələrin kifayət qədər fəaliyyəti var və bu fəaliyyət getdikcə də tək-milləşir. Yeni qurumdur, yeni institutdur. Biz onu, məsələn, hər hansı bir Avropa ölkəsinin bələdiyyəsi ilə eyniləşdirə bilmərik. Kimsə Türkiyədə gedib 5–6 ay nə isə oxuyub gəlibsə, orada gördüyü bələdiyyə sistemini bura sırımamalıdır. Hər bir ölkənin öz dövlət quruluşu, idarəetmə sistemi var. Türkiyə bələdiyyəsi ilə Azərbaycan bələdiyyəsi eyni ola bilməz. Hər bir ölkədə bələdiyyənin statusu məxsus olduğu dövlətin strukturuna və quruluşuna uyğun olmalıdır.
Bu gün Azərbaycanda bələdiyyə seçkilərinə fəal hazırlıq gedir. Yalan sözdür ki, artıq kimlərsə təyin olunub, əvvəldən kimlərsə seçilib. Mən burada tam məsuliyyətlə deyirəm ki, bu söz-söhbətlərə səbəb yenə də kiminsə seçilə bilməməsi, kiminsə adamlarını ora sala bilməməsidir. Çünki rəsmi qaydada Yeni Azərbaycan Partiyası hər bir yerə öz namizədlərini irəli sürür. Qalanları isə fərdi qaydada namizədliklərini irəli sürə, seçkilərdə adi bir vətəndaş kimi iştirak edə bilərlər. Bir də xatırladıram ki, bələdiyyə seçkiləri dekabrın 23-dədir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim, təşəkkür edirəm. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən Sizin bayaq söylədiyiniz fikirlərlə tam razıyam. Siyavuş müəllimin söylədikləri ilə mənim fikirlərim tam üst-üstə düşdüyünə görə eyni fikirləri təkrar eləməyəcəyəm.
Yeganə bir şeyi demək istəyirəm. Dekabr ayında bələdiyyə seçkilərinə gedirik. Son bələdiyyə seçkiləri dövründə mən Prezident Administrasiyasında işləyərkən 7 rayon mənim kurasiyamda olub və mən bu prosesdə yaxından iştirak eləmişəm. Bu gün bəzi həmkarlarımın söylədiyi fikirlərlə mən qəti razı deyiləm ki, bələdiyyələrin işləmək imkanları yoxdur, fəaliyyətləri zəifdir.
Əfsuslar olsun ki, Azərbaycanda bəzən çox şey insan amilindən asılı olur. Biz indi burada sadalayası deyilik ki, hansı rayonların bələdiyyələri səmərəli fəaliyyət göstərir. Uzağa getməyə ehtiyac yoxdur. Abşeron rayonunun bələdiyyəsi bir nümunədir. Binəqədi rayonunun, Sumqayıt şəhərinin, elə mənim millət vəkili seçildiyim Xaçmaz rayonunun bələdiyyələrini də qeyd etmək olar. Bu bələdiyyələri sadalamaqla bitməz.
Harada ki bələdiyyə sədrləri, bələdiyyə üzvləri səmərəli fəaliyyət göstərirlər, onların fəaliyyətindən insanlar da razıdır, rəhbərlik də razıdır, biz millət vəkilləri də razıyıq. Amma elə bələdiyyə üzvləri və sədrləri də var ki, işin öhdə-sindən gələ bilmirlər. Hesab edirəm ki, dekabr ayında yeni seçkilərə gedəndə bu adamlar yeniləri ilə əvəz olunacaqlar.
Mənim də fikrimcə, “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə bu qanun qəbul olunmalı, onsuz da güclü olan status daha da güclənməlidir. Siz demişkən, biz bu qanunu qəbul eləməklə bələdiyyələrin fəaliyyət dairəsini daraltmırıq, əksinə, onlara kömək eləyirik. Mən hesab edirəm ki, bu qanun mütləq qəbul olunmalı-dır. Əminəm ki, bələdiyyələrin fəaliyyəti ilbəil daha geniş vüsət alacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, İlham müəllim. Fəzail İbrahimli.
F.İbrahimli. Çox təşəkkür edirəm. Mənim danışmaq fikrim yox idi. Amma burada müəyyən fikirlər səsləndi. Təbii ki, mən Regional məsələlər komitəsinin üzvü və bu məsələyə səs verən bir insan kimi sözügedən layihə ilə bağlı fikrimi sizinlə bölüşmək məcburiyyətində qaldım.
Mən burada maraqlı məqamlar görürəm. Bir az əvvəl biz “Polis haqqında” Qanunda müəyyən dəyişikliklər edən zaman bu məsələnin fəlsəfəsindən kənar münasibətlər gör-düm. Bu polis nəyi qoruyur? Dövləti. Bu polis kimi qoruyur? Milləti, xalqı, bizi. Bu polisin güclü olmağı nəyə xidmət edir? Bizim təhlükəsizliyimizə. Bu sualları qoyanda gəldiyimiz nəticə ondan ibarət olmalıdır ki, polis güclü olmalıdır. Polis adi vətəndaşa hücum eləmir axı. O, dələduzla, yaramazla, oğru ilə mübarizə aparır. Bu oğrunun, silahlı adamın qabağına çıxan insan güclü olmalıdır. Sən qar-şındakına yalnız güclü olanda qələbə çalırsan. Bu həqiqətə fərqli münasibət məni bir az təəccübləndirdi.
Bax, burada da həmin məqamı görürəm. Birincisi, bələ-diyyə haqqında bələdiyyə ilə bağlı olan, bələdiyyə barədə kifayət qədər əsaslı düşüncəsi olan insanlar danışmalıdırlar. Çox üzr istəyirəm, mənim burada bütün 14 illik fəaliyyətim bələdiyyə ilə bağlı olub və bu komitədə olub. Burada səslənən fikirlər bəzən şəhərdə yaşayıb kənddən yazan şairlərin misralarına oxşayır. Sən kəndi görməmisən, bilməmisən, kənd həyatını tanımırsan, kəndə şeir yazırsan. Bu necə təbii görünə bilər?
“Bələdiyyələrin statusu haqqında” Qanuna dəyişikliklər etməkdə məqsəd ondan ibarətdir ki, ay bələdiyyə, sən yeyirsən, dağıdırsan, seçiciyə lazımi xidməti göstərə və vəzifələrini yerinə yetirə bilmirsən, özünü pis aparırsan. Səninlə necə rəftar edək? Sənin qeyri-məhdud, mütləq hakimiyyətin var, səni seçildiyin müddətin sonuna qədər geri çağırmaq olmaz, dəyişmək olmaz, filan olmaz.
Burada, əksinə, bələdiyyələrin səlahiyyətinə xidmət edən maddə irəli sürülür. Seçici səndən narazıdırsa, iclas çağırır, məsələni qoyur, müzakirə edir. Bəs bunun fəaliyyətinin müzakirəsi harada olmalıdır? Milli Məclisə biz təklif irəli sürmüşük. Bunu qəribə bir formada təfsir eləmək o demək deyil ki, elə dediklərinizin hamısı realdır, obyektivdir.
Konstitusiyaya müraciət olunur. Deputat səlahiyyətinin alınması harada müzakirə olunub? Milli Məclisdə. Harada bu təsdiq olunur? Mərkəzi Seçki Komissiyasında. Bu da həmin prosedur qaydasıdır. Biz bunu təklif edirik. Bunu belə götürmək ki, ay qoyma, Konstitusiya məhv oldu getdi, qətiyyən belə deyil. Bu, bələdiyyələrin hüquqlarının güclənməsinə, bələdiyyələrin möhkəmlənməsinə, Azərbaycanda demokratik proseslərin inkişafına rəvac verə bilən bir qanundur. Xahiş edirəm, səsə qoyun.
Sədrlik edən. Çox təşəkkür edirəm, Fəzail müəllim. Yekunlaşdırırıq. Mən bir kəlmə demək istəyirəm. Burada indi hörmətli həmkarlarım danışdılar. Mən bizə opponentlik edən həmkarlarıma müraciət edirəm. Ümumiyyətlə, bələdiyyələr haqqında danışanda, xahiş edirəm, nəzərə alın ki, yerli özünüidarəetmə orqanı konstitusion orqandır, konstitusion institutdur. Ona görə bu institutlara hörmətlə yanaşaq. Bir də, bunu xalq seçir, formalaşdırır. Bu mənada da biz xalqa hörmət etməliyik, çünki bu, xalqın seçimidir. Bunu məişət səviyyəsinə endirib, bələdiyyələr haqqında ağlımıza gələni danışmaq yaxşı hal deyil. Bu, hər halda nə Konstitusiyaya, nə xalqa, nə də qanunvericiliyə hörmətdir.
Mənə elə gəlir ki, həmkarlarım məsələyə kifayət qədər aydınlıq gətirdilər. Qüdrət bəy, Sizi narahat edən məsələ o idi ki, 1607 bələdiyyə burada necə hesabat verəcək. Məncə, o məsələyə kifayət qədər aydınlıq gətirildi. Yəni hamı gəlib burada eyni vaxtda hesabat verməyəcək ki. Bayaq bizim deputat həmkarımız Tahir Rzayev də dedi. Dövlət müəyyən səlahiyyətlər verdiyi və büdcədən vəsait verdiyi bələdiyyələrə nəzarət edir. Sözsüz ki, fəaliyyətində bir qanun pozun-tusu və ya digər ciddi çatışmazlıqlar olan bələdiyyələr burada hesabat verəcək. Yəni hesabata hamının cəlb olun-masına heç ehtiyac da yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, bir arayış verin.
Q.Həsənquliyev. Hörmətli Ziyafət müəllim, mən dediklərimə qayıtmayacağam. Hərənin öz fikri var, amma burada emosional çıxışlar oldu. Bilirsiniz, faktın üstündən keçmək olmur, fakt fakt olaraq qalır.
Sizə əlavə bir arqument deyirəm. Biz yenidən presedent yaradırıq. Bilirsiniz ki, vaxtilə deputatın geri çağırılması məsələsi də var idi. Biz bundan imtina etdik. Biz indi yerli özünüidarəetmə orqanlarının səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi məsələsini qoyuruq və deyirik ki, camaat yığıncaqlar keçirib bu məsələni həll edə bilər. Arif müəllim dedi ki, çoxlu yığıncaq keçirilə bilər. Özü də bilir ki, 200 min adamın yığıncağını keçirmək mümkün deyil. Fərz edək ki, bu 200 min adam 20 məhəllədə yaşayır. Bu 20 məhəllənin hərəsində 10 min adam olsa, onların 25 faizi 2500 adam edir. Hər yerdə də bu sayda insanın sığışacağı zallar tapıb, bu qədər adamın yığıncağını keçirmək texniki baxımdan mümkün deyil.
Amma tutaq ki, bu, mümkün oldu, biz bu presedenti yaratdıq. Onda sabah sual olunacaq ki, niyə bələdiyyəni pis fəaliyyət göstərdiyinə görə camaat yığışıb kənarlaşdıra bilər, deputatı, yaxud Prezidenti yox. Bilirsiniz, axı, biz geriyə qayıdırıq. Artıq imtina etdiyimiz məsələdən təkrar həmin məsələyə qayıdırıq. Bunun bu biri tərəfini də düşünmək lazımdır. Ona görə mən xahiş edirəm, bunu növbəti iclasa saxlayaq. Qalsın növbəti iclasa, bu məsələni təkrar müzakirə edək də. Bir həftə tez, bir həftə gec. Nə baş verir ki, belə təcili bunu qəbul etməliyik? Sağ olun.
Sədrlik edən. Mən aydınlıq gətirim. Qüdrət müəllim, biz onu səsə qoyacağıq və mən əminəm ki, deputat həmkarlarım bunu müdafiə edəcəklər. Ən azından ona görə ki, Siz bunu əsaslandıra bilmədiniz. Biz hüquqşünasıq. Siz bələdiyyə ilə deputatı gətirib eyniləşdirirsiniz. Çox qüsurlu müqayisədir. Əvvəla, Siz bir şeyi qəbul edin ki, deputat millətin vəkilidir. O, dövlət orqanına seçilir. Bələdiyyə isə dövlət orqanı deyil, yerlərdə məişət-texniki problemləri həll etmək üçün yaradılan yerli özünüidarəetmə orqanıdır. Siz nə danışırsınız? Siz deputatla bələdiyyə üzvünü gətirdiniz, bir sıraya qoydunuz, Prezidentlə bələdiyyə üzvünü bir sıraya qoydunuz. Bu nə müqayisədir, ay Qüdrət müəllim? Belə yanaşma olmaz axı.
Biz azad mandatla seçilirik. Bizdə icbari mandat yoxdur artıq. Geri çağırılma institutu çoxdan ləğv olunubdur. Bələ-diyyələrin seçilməsi qaydası Milli Məclisə seçkiləri tənzimləyən qanunvericiliklə həyata keçirilmir. Onun üçün ayrıca qanun var. Bələdiyyə dövlət orqanı deyil. Bələdiyyənin səlahiyyətləri və qarşısında duran vəzifələrlə bizim qarşımızda duran vəzifələr tamamilə başqa məsələlərdir. Sizin məntiqinizlə belə çıxır ki, bələdiyyə yerli özünüidarəetmə haqqında qanun da qəbul etməlidir, çünki onu da xalq seçir. Deputatla müqayisə edirsiniz də. Sizin məntiqinizlə belə çıxır. Olmaz axı. Yerli xarakterli normativ aktlar qəbul edir, amma qanun qəbul edə bilməz axı.
Nə isə, əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, gündəlikdəki 20-ci məsələyə – “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.56 dəq.)
 Lehinə  99
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.

 Səsvermənin nəticələri  (saat 14.56 dəq.)
 Lehinə  97
 Əleyhinə  2
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

 

 


 
EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ


28 oktyabr 2014-cü il

———

Sədaqət Vəliyeva. Hələ iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun çıxışı zamanı bankların fəaliyyəti ilə əlaqədar fikirlərini və tövsiyələrini bildirmişdir. Əlbəttə, banklar fəaliyyət istiqamətlərində bundan irəli gələn müəyyən düzəlişlər etməyə cəhdlər göstəriblər. Elə “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlara edilən əlavə və dəyişikliklər də bu sektorun inkişafına əlavə stimul verəcək. Amma bank sektorunda, əsasən, istehlak kreditlərinin verilməsi ilə əlaqədar müşahidə olunan bəzi narahatedici hallar barədə də danışmaq lazımdır.
Bildirməliyəm ki, bu gün müəyyən işlərini həll etməyə çalışan insanlar ən asan yolu banklardan kredit götürməkdə görürlər. Sonradan isə ödəmək qabiliyyəti aşağı düşən insanların hansısa formada mülkü əlindən alınır. Bununla da həmin vətəndaşlar müxtəlif orqanlara müraciət etməyə başlayırlar ki, evim yoxdur, dövlət mənə yaşamağa yer versin. Mən əminəm ki, buradakı deputatların bir çoxunun qərargahına bu cür onlarla müraciət daxil olub.
Təbii ki, bank sektoru özünün maddi vəsaitlərini qoruyur və qorumalıdır, eyni zamanda, inkişaf etməlidir. Bankların fəaliyyətinə qarışmaq kimi çıxmasın, lakin prosesin bu tərəfini də görmək lazımdır. Xahişim ondan ibarətdir ki, banklar vətəndaşlara istehlak, yaxud təmir və ya biznes kreditləri verərkən kredit götürənin bütün məlumatlarını əldə etsin, onun krediti qaytarma qabiliyyətini proqnozlaşdırsın. O vətəndaşa kredit versin ki, onun daimi iş yeri və əlavə mülkü və ya hansısa bir obyekti var. Elə olmasın ki, krediti ödəyə bilməyən vətəndaş sabah küçələrdə qalsın.
Eyni zamanda, kredit verərkən zamin duran şəxslərə də diqqət yetirmək lazımdır. Bir də görürsünüz ki, qərargaha bir neçə şəxs müraciət edib və xahiş edirlər ki, onları za-minlik yükündən xilas edək. Bunlar, əlbəttə, sosial xarakterli problemlərdir, amma bunun böyüməsinə imkan vermək olmaz.
Bir daha xahiş edirəm ki, banklar kredit verərkən çox diqqətli və tələbkar olsunlar. Bilirik ki, istehlak krediti gəlir gətirir. Amma bu, eyni zamanda, bankları deyil, dövləti narahat edə biləcək problemlərə gətirib çıxara bilər. Bu mənada banklar daha çox Prezident cənab İlham Əliyevin tövsiyə etdiyi kimi, iqtisadiyyatın real sektoruna vəsait yönəltsələr, həm onlar, həm də ölkəmiz üçün daha səmərəli olar.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi