2013-ci il 5 aprel tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU  № 61

Milli Məclisin iclas salonu.
5 aprel 2013-cü il
.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 13.04 dəq.)
İştirak edir 99
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesa-blama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Seyfəddin Talıbov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.

* * *

Ramiz Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.

* * *

Əliməmməd Nuriyev, Konstitusiya Araşdırmaları Fondunun prezidenti.
Vaqif Həsənov, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin SEDA proqramının nümayəndəsi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesa-batı haqqında.
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Diplomatik xidmət haqqında” Azərbaycan Respubli-kasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay-can Respublikası qanununun layihəsi haqqında.
7. İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov


Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Heydər Əsədov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, İlham Məmmədov, Siyavuş Novru-zov, Qənirə Paşayeva, İlyas İsmayılov, Hadi Rəcəbli, Müba-riz Qurbanlı, Tahir Rzayev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 103
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Zahid Oruc, Sahib Alıyev, Qənirə Paşayeva, Ramiz Hüseynov, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 95
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

4. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası-nın Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

6. “Diplomatik xidmət haqqında” Azərbaycan Respub-likasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov, Sabir Rüstəmxanlı, Asim Mollazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.28 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

7. İctimai iştirakçılıq haqqında Azərbaycan Respubli-kası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Azay Quliyev, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Qüdrət Həsənquliyev, Tahir Rzayev, İlham Məmmədov, Cavanşir Feyziyev, Mübariz Qurbanlı, Eldar İbrahimov

Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.05 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ MƏCLİSİN İCLASI

5 aprel  2013-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 13.04 dəq.)
İştirak edir  99
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik sizə paylanılıb. Xahiş edirəm, gündəliyə müna-sibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.05 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Sağ olun, gündəlik təsdiq olundu.
Hörmətli millət vəkilləri, bugünkü gündəlikdə cəmi 7 məsələ var. Əsas məsələ Hesablama Palatasının illik hesa-batıdır. Bu gün bir çox tədbirlərimiz də var. Ona görə, təklif edərdim ki, iclasımızı tənəffüssüz keçirək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Kimin sözü olsa, çıxış vaxtı deyə bilər. Hesablama Palatasının sədri Heydər Əsədova söz verilir. Buyurun.
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Pala-tasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar, hörmətli media nümayəndələri! Azərbaycan Res-publikasının Hesablama Palatasının illik fəaliyyəti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin maliyyə intizamı-nın möhkəmləndirilməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliyinin yüksəldilməsi, şəffaflığın və cavabdehliyin artırılması və eləcə də, korrupsiya hallarına qarşı mübarizə-nin yüksəldilməsi sahəsində nəzarət orqanları qarşısında qoyduğu vəzifələrə istiqamətlənmişdir. Palatanın illik iş planı da cənab Prezidentin bu tapşırıq və tövsiyələrinə, “Hesablama Palatası haqqında” Qanuna, digər normativ hüquqi sənədlərə əsasən tərtib edilmiş, illik fəaliyyətimiz məhz yuxarıda qeyd olunan istiqamətlərə  yönəlmişdir.  
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bizim fəaliy-yətimizin əsas klassik, ənənəvi istiqaməti dövlət büdcəsi və dövlət büdcəsinin icrası haqqında, hesabat ilindən əvvəlki ildə dövlət büdcəsinin icrası barədə qanun layihələrinə və Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinə rəy verməkdən ibarətdir. Əgər zərurət yarandıqda il ərzində büdcədə dəyişikliklər olarsa, Hesablama Palatasının ənənəvi funksiyalarından biri həmin dəyişikliklərə rəy verməkdən ibarətdir.
Məlumunuz olduğu kimi, bu sənədlər hesabat ilində vaxtlı-vaxtında tərtib edilərək Milli Məclisə təqdim olunmuş və onun mahiyyəti və məzmunu haqqında məlumatlar verilmişdir. Bu gün onu xatırlatmaq niyyətində deyiləm.
Bizim fəaliyyətimizin ikinci əsas istiqaməti maliyyə nəzarəti tədbirlərindən ibarətdir. Cari hesabat ilində də bu funksional vəzifəmizin icrası üçün kollektiv əlindən gələni etmişdir. Belə ki, həyata keçirilən maliyyə nəzarəti tədbirl-ərinin həm kəmiyyət etibarilə sayının artırılması, həm key-fiyyətinin yüksəldilməsi, həm də yeni audit metodlarının və strategiyalarının tətbiqi istiqamətində müəyyən işlər görül-müşdür.
Hər şeydən əvvəl, auditin və yaxud nəzarət tədbirlərinin dinamikası haqqında onu deyə bilərəm ki, əgər hesabat ilindən əvvəlki ildə palata tərəfindən 48 nəzarət tədbiri ke-çirilmişdirsə, bu hesabat ilində onun sayı 68-ə çatmışdır. Bu, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, ekologiya və sair sahələri əhatə etməklə investisiya xərclərinin yoxlanılmasına, tikintiyə və hesabat ilində ilk dəfə olaraq dövlət mülkiyyətində olan torpaqlardan istifadənin vəziyyətinin araşdırılmasına yönəlmişdir. 
Hesabat ilində müxtəlif səfirliklərə ayrılan vəsaitlərin istifadə vəziyyəti tərəfimizdən araşdırılmışdır. Digər orqan-larla, nəzarət qurumları ilə əməkdaşlıq çərçivəsində də bir sıra yoxlamalar həyata keçirmişik. Azərbaycan Respublika-sının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə 2 yoxlamamız, Vergilər Nazirliyinin müvafiq de-partamentləri ilə müştərək yoxlamalarımız keçirilmişdir. Hesabatda müəyyən olunmuş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə sizə ətraflı məlumat verilmişdir. Mən, sadəcə, bu yoxlamaların yekunu haqqında  bir neçə kəlmə demək istəyirəm.
Mütərəqqi hal ondan ibarətdir ki, bir neçə il bundan əvvəl audit yoxlamaları apardığımız yerlərdə təkrarən keçirilən auditlər burada maliyyə vəsaitlərindən, ictimai resurslardan istifadənin xeyli yaxşılaşdığını göstərir. Bunu mən səmimi deyirəm. Sənəd dövriyyəsinə, mühasibat sənədlərinə, sisteminə fikir versək, burada da xeyli yaxşılaşma müşahidə olunmuşdur ki, bu da, hesab edirəm, işimizin səmərəliyinin və keyfiyyətinin, eləcə də, cənab Prezidentin xüsusilə son dövrlərdə korrupsiyaya qarşı mübarizə sahəsində atdığı addımların və verdiyi tapşırıqların məntiqi nəticəsidir.
Xüsusilə vurğulamaq istəyirəm ki, apardığımız nəzarət tədbirləri nəticəsində ayrı-ayrı qruplar tərəfindən idarə olunan qlobal xarakterli  nöqsanlar, yeyintilər, çatışmazlıqlar müəyyən olunmamışdır. Biz dünyanın bütün audit qurumları ilə əlaqəli şəkildə işləyirik və daim söhbətlərimiz olur. Mən dövlətlərin adlarını sadalamaq istəmirəm, elə yerlər var ki, 10 milyonlarla açılmış vəsaitin istifadəsi barədə hesabat verildikdən sonra belə, həmin işlərin başlanmaması müəyyən olunur. Bu bizim üçün ona görə mütərəqqi haldır ki, bizdə belə vəziyyət müşayiət olunmamışdır. Əgər sizə təqdim olunan hesabatlara baxsanız, görərsiniz ki, oradakı nöqsanların böyük əksəriyyəti cinayət xarakterli deyil. Onlar bu və ya digər mühasibin peşəkar olmaması, bu və ya digər şəxsin düzgün göstəriş verməməsi və eləcə də digər səbəblərdən asılı olmuşdur.
Tendensiya nədən ibarətdir? Tendensiya ondan ibarət olmuşdur ki, son dövrlərdə əmək haqqı və sosial müdafiə xərclərinin artması ilə əlaqədar olaraq əmək haqqı vəsait-lərindən və sosial vəsaitlərdən istifadə halları nisbətən art-mışdır. Apardığımız təhlillərin dinamikası göstərir ki, belə halların əsas hissəsi qadınların üzərinə düşür. Mühasib qadınlar olan yerlərdə belə halların xüsusi çəkisi daha da artmışdır. Bununla bərabər, onu da qeyd etmək lazımdır ki, bu halları yaradan səbəblər də tərəfimizdən araşdırılmışdır. Bu səbəblər, əsasən, bəzi yerlərdə maliyyə işinə kifayət  qədər diqqət yetirilməməsi, maliyyə xidmətinin peşəkar kadrlarla təmin olunmamasından ibarətdir. Bəzi yerlərdə – podratçı, mal satan, xidmət göstərən təşkilatlarda isə maliyyə xidməti işinin büdcə təşkilatlarına nisbətən daha yaxşı, daha çevik təşkil olunmasının nəticəsidir ki, onlar daha yüksək qiymətlə mal alışını sifarişçi təşkilatlardan ala bilmişlər.
Təhqiqatlar göstərir ki, bu nöqsanlara yol verilməsinin mühüm səbəblərindən biri qanun boşluqları, normativ sə-nədlərin çatışmaması, köhnə, hətta keçmiş SSRİ dövründən qalmış sənədlərdən istifadə olunmasıdır. Tərəfimizdən bu boşluqların aradan qaldırılması üçün hər il onlarca təklifi hökumətə təqdim edirik. Təşəkkür edirəm ki, bu təkliflərin çox böyük əksəriyyəti normativ sənədlərlə aradan qaldırılır. Bu il də ənənəmizə sadiq qalaraq onlarca təklifi hökumətə təqdim etmişik. Bu təkliflər hesabatımızın sonuna əlavə edilmişdir.
Növbəti ildə planlaşdırırıq ki, Hesablama Palatası tərəfindən hökumətə təqdim olunmuş yüz təklifin icrası vəziyyəti barədə sizə hesabat verək. Bu boşluqların mövcudluğu özü-özlüyündə nöqsan yaradır və bunların aradan qaldırılması, hesab edirik ki, gələcəkdə audit işinin səmərəliyinin artırılmasına şərait yaradacaqdır. Demək olar ki, büdcə təşkilatlarının əksəriyyəti aşkar olunmuş nöqsanların  aradan qaldırılması üçün ciddi tədbirlər görür. Keçən hesabat ilindən əvvəlki ildə tərəfimizdən büdcə təşkilatlarına bu nöqsanların aradan qaldırılması üçün 57 təqdimat göndərilmişdisə, keçən il 100 təqdimat göndərilmişdir. Bunun 35 faizi yerli icra hakimiyyəti orqanlarına, 25 faizi isə nazirliklərə göndərilmişdir. Komitələr bura daxil edilmir. Onların böyük əksəriyyəti həvəslə yerinə yetirilmiş və müəyyən şəxslər müvafiq qaydada cəzalandırılmışdır. Amma mən açıq şəkildə qeyd etmək istəyirəm ki, bəzi hallarda bu təqdimatların zəif yerinə yetirilməsi və nöqsanlara yol vermiş şəxslərin müdafiəsi hallarına da rast gəlmişik. Bunun da qarşısının alınması üçün növbəti ildən adekvat tədbirlər görməliyik. Maliyyə Nazirliyi ilə birlikdə təqdimatı yerinə yetirməyən büdcə təşkilatlarının hesablarının bağlanması haqqında düşünürük. Qanunvericilikdə bu hüquq artıq bizə verilmişdir, yəqin ki, biz bunu tətbiq edəcəyik.
Xarakterik nöqsanlar nədən ibarətdir? Təhsil, səhiyyə müəssisələrində bu nöqsanların mahiyyəti ştatın, kontin-gentin artıq saxlanması, tarifləşmə siyasətinin düzgün aparılmaması və sairdir. Təsadüfi deyil ki, il ərzində tərəfimizdən 550 ştat ləğv edilmiş, 220 qrup, 15 kafedra bağlanmışdır. Proses bu gün də davam etdirilir.
Digər xarakterik nöqsanlar, əsasən, satınalma proseslərindədir. Satınalma proseslərində nöqsanların xarakteri, əsasən, satınalma prosesinə çıxarılan malın ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, lisenziyası olma-yan aidiyyəti işlərin yerinə yetirilməsi üçün təşkilatların satınalma prosesinə buraxılması, qalib elan olunması, onla-rın lazımi maddi-texniki bazaya malik olmaması və sair bu kimi hallardır ki, bu da son nəticədə malın, işin, xidmətin təhvil verilməməsinə, bəzən isə işin keyfiyyətsiz yerinə ye-tirilməsinə səbəb olur. Biz işin keyfiyyətsiz yerinə yetirilməməsi səbəbindən aşkar edilmiş nöqsanların, demək olar ki, aradan qaldırılması üçün səyimizi əsirgəməmişik. İl ərzində 1 milyon 144 min manatlıq keyfiyyətsiz yerinə yetirilmiş iş nəzarət altında yenidən yerinə yetirilmişdir. Eyni zamanda, həmin təşkilatlar tərəfindən büdcə təşkilatlarına təhvil verilməmiş 1 milyon 100 min manatdan artıq mal-material yerinə mədaxil olunaraq aidiyyəti şəkildə təhvil verilmişdir.
Digər nöqsan son zamanlarda infrastruktur layihələrinin artdığı bir dövrdə inşa edilmiş, alınmış əsas vəsaitlərin, əsas fondların mədaxil edilməməsi, balanslara təhvil verilməməsi, müvafiq qaydada uçota alınmamasıdır ki, bu da son nəticədə büdcə təşkilatlarında ciddi fəsad yaratmasa da, təsərrüfat təşkilatlarına verildikdə tabelikdə olan amortizasiyaların, maya dəyərinin düzgün hesablanmamasına və digər bu kimi hallara gətirib çıxarıb. Bu, tərəfimizdən xüsusi nəzarət altına alınaraq hesabat ilində 88,8 milyon manat əsas vəsait uçota alınmışdır. Eyni hal material qiymətlərində də müşayiət olunmuşdur. Bu səbəbdən 2 milyondan artıq mal-material qiymətləri və dəyərlərinin uçota götürülməsi üçün tədbirlər görülmüşdür.
Növbəti xarakterik nöqsan debitor və kreditor borclarının artmasıdır. Debitor borclar, bildiyiniz kimi, ayrı-ayrı təşkilatların aldıqları vəsaitə görə büdcə təşkilatlarına olan borclardır. Bəzi hallarda bu təşkilatlara pullar vaxtından əvvəl, yaxud avans qaydasında köçürülərək süni olunaraq faizsiz maliyyə resursu yaradılır. Bəzi hallarda onun müəyyən hissəsi debitor borcu kimi ümidsiz borclara çevrilir. Bu da tərəfimizdən planlı şəkildə araşdırılmışdır. İl ərzində tərəfimizdən 40 milyondan artıq debitor borcu bağlanmış, 2 milyondan artıq debitor borcu isə yenidən uçota götürülmüşdür.
Bu nöqsanların hər biri haqqında müvafiq tədbirlər gö-rülür. Biz bu hesabat ilində prokurorluqla birlikdə 2 yox-lama keçirərək onun nəticələrini araşdırılmaq üçün Korrup-siyaya qarşı Mübarizə İdarəsinə təqdim etmişik. Bundan başqa, özümüz tərəfindən aparılan yoxlamalardan ikisində yol verilən nöqsanların ciddiliyi nəzərə alınaraq prokurorluğa göndərilmişdir.
Vergilər Nazirliyinin aidiyyəti departamenti ilə həyata keçirdiyimiz vergi yoxlamaları zamanı verdiyimiz təqdi-matlar əsasında 3 vergi ödəyicisi barəsində cinayət işi baş-lanmışdır. Yalnız Vergilər Nazirliyi ilə gördüyümüz tədbirlər nəticəsində 2 milyondan artıq əlavə vəsait hesablanıb, 1 milyon 140 min manat vergi isə büdcənin təşkilatlara borcu ilə əvəzləşdirilib, yəni büdcənin yükü azaldılıb.
Bunlardan başqa, prokurorluq orqanı ilə görülmüş yalnız 2 tədbir nəticəsində nağd və köçürmə qaydasında dövlət büdcəsinə 2 milyon 250 min manat ödənilmişdir. Proku-rorluq orqanları ilə görülən tədbirlər nəticəsində nağd və köçürülmə yolu ilə 4 milyon 366 min manat vəsait dövlət büdcəsinə ödənilmişdir. Bu yoxlamalar prosesində sosial müdafiə xərclərinə diqqət yetirilmiş, Dövlət Sosial Müdafiə Fonduna 144 min manat hesablamalar aparılmış və maliy-yələşdirmənin azaldılması, əvəzləşdirilməsi kimi digər maliyyə tədbirlərindən və maliyyə elementlərindən istifadə olunmuşdur.
Hüquq mühafizə orqanlarına göndərişlərdən başqa, təsərrüfat subyektlərinin rəhbərləri tərəfindən də müxtəlif cəza tədbirləri həyata keçirilmişdir. Hesabat ili ərzində audit tədbirləri nəticəsində 44 adam işdən çıxarılmışdır. Onlardan 13 nəfəri vəzifəli şəxs – 3-ü müavin, 10-u baş mühasib olmuşdur. 44 nəfərə şiddətli töhmət elan olunmuşdur. Bunlardan da 18 nəfəri rəhbər işçi, 13 nəfəri isə baş mühasib olmuşdur. 92 nəfərə töhmət elan olunmuşdur. Onların da 36 nəfəri rəhbər işçi, 35-i isə baş mühasib olmuşdur. 71 nəfərə xəbərdarlıq elan edilmiş, bir neçə vəzifəli şəxs aşağı maaşlı işə keçirilmişdir. Mən bunları geniş şəkildə sadalamaq istəmirəm, çünki hamısı hesabatımızda var.
Bir neçə kəlmə də fəaliyyətimizin beynəlxalq və digər istiqamətləri haqqında demək istəyirəm. Əvvəlki illərdə olduğu kimi, audit qurumlarının bütün beynəlxalq təşkilat-ları ilə əlaqələrimiz davam etmişdir. Bunlar INTOSAI, EU-ROSAI və sairdir. Təsadüfi deyil ki, bu il, daha doğrusu, bir həftədən sonra EUROSAI ARABOSAI-nın (ərəb dövlətləri-nin audit qurumları və Avropa dövlətlərinin audit qurumları) beynəlxalq konfransı məhz Azərbaycanda keçiriləcək. Bu bir tərəfdən, bizim əməkdaşlığımızla əlaqəli bir iş olsa da, digər tərəfdən, cənab Prezidentin korrupsiyaya qarşı apardığı mübarizənin məntiqi nəticəsidir ki, onlar BMT-nin qətnaməsi qəbul edildikdən sonra ilk konfransı məhz Azərbaycanda təşkil ediblər. Beynəlxalq konfrans 16–18 aprel tarixlərində keçiriləcək. Burada 100-dən artıq xarici nümayəndə iştirak edəcək ki, onlardan da 42 nəfəri birinci şəxsdir.
İstəyirəm, konfransın mövzusunu biləsiniz. BMT özünün 66-cı sessiyasında ali audit qurumlarının rolunun güclən-dirilməsi vasitəsi ilə dövlət idarəçiliyinin səmərəliyinin və cavabdehliyinin artırılması barədə yeni qərar qəbul etmişdir. Bu qərarın icrasına həsr olunmuş konfrans məhz Bakıda keçiriləcəkdir.
Beynəlxalq əlaqələrimiz treninqlər səviyyəsində, qarşılıqlı təcrübə mübadiləsi şəraitində davam etmişdir ki, bunlar barədə də mən çox danışmaq istəmirəm. İnformasiya təminatımız xeyli yaxşılaşmış, həm ingilis, həm də Azər-baycan dilində vebsaytımız daimi fəaliyyət göstərir, ictimaiyyətlə və şikayətçilərlə qaynar xətlərimiz var. Ora daim müraciətlər olur və iş planı tərtib olunarkən bunlar nəzərə alınır. Ümumilikdə, bütün fəaliyyətimiz ictimai resurslardan istifadənin səmərəliyinin yüksəldilməsinə və ölkə Prezidentinin qarşımızda qoyduğu vəzifələrin həllinə yönəlmişdir. Diqqətinizə görə təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. Heydər müəllim elə hesabat verdi ki, müzakirə eləmək də istəmirik. Başqa təklif, sualı olan yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Artıq yazıldılar, aydındır. Mən də elə bildim ki, yəqin, Heydər müəllimə sual olmayacaq. Maşal-lah. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Heç ol-masa, 5 dəqiqə də olsa, Hesablama Palatasının rəyi ilə bağlı fikirlərimizi deyək. Mən 5 dəqiqədən çox danışmaram. Təbii ki, biz hər il bu rəyi müzakirə edirik. Dövlət büdcəsinin vəsaitlərinin hansı istiqamətə xərclənməsinə nəzarət eləyən bir qurum kimi Hesablama Palatası kifayət qədər geniş bir araşdırma aparıb və dövlət büdcəsinə vəsait qaytarılıb. Amma mən hesab edirəm ki, Heydər müəllimin səsləndirdiyi 4–5 milyon dövlət büdcəsindən xərclənən vəsaitlərin çox cüzi bir hissəsini təşkil edir.
Sadəcə, elə kənardan müşahidələr onu göstərir ki, istər təmir-tikinti işlərində, istərsə də başqa sahələrdə böyük is-rafçılıq var və bu məsələlərin daha fərqli bir formada üzə çıxarılması vacibdir. Təbii ki, bütün sahələri eyni vaxtda yoxlamaq imkanları o qədər geniş deyil, amma burada bütün mədəniyyət obyektlərinə, Təhsil Nazirliyinə, demək olar ki, eyni xarakterdə vəsaitlərin xərclənməsini müşahidə edirik. Hamı əlavə ştatlar ayırır, əlavə təmir məsələlərində eyni metoddan istifadə edir. Bu da yuxarıdan aşağıya qədər eyni metodun mənimsənilməsidir. Ona görə də xüsusi analitik təhlillərin nəticəsində büdcə vəsaitinin dağıdılmasının qarşısını  almaq üçün təkliflərin olması daha məqsədəuyğun olardı ki, gələcəkdə bunları ortadan qaldırmaq mümkün olsun.
Oqtay müəllim, Siz söylədiniz ki, çıxış zamanı gündəliyə aid olan məsələlərə toxunmaq olar. Mən elə bu rəy ilə bağlı vacib bir məsələyə toxunmaq istəyirəm. Şəhid ailələrinə vəsaitin qaytarılması və şəhid ailələrinə kommunal xidmətlər 2001-ci ildə ləğv olundu. Bunun yerinə onlara ayda 12 manat pul verilir. Burada oturan hər bir insan bilir ki, heç bir kommunal xərc 12 manat miqdarında olmur. Bu xərclər haradasa minimum 70 manat edir. Vətəndaşımızın bu vəsaitlə yaşamasının mümkün olmamasını görə-görə praktik olaraq bunun artırılması yollarını da düşünmürük. Bu məsələ ilə əlaqədar xeyli şikayət daxil olur. Bunun artırılması, real kommunal xərclərə uyğunlaşdırılması vacibdir, çünki bu kateqoriyadan olan insanlar, həqiqətən, böyük əziyyət çəkirlər.
İkinci, əvvəl təqaüd 100 manat idi, indi cənab Prezident tərəfindən 165 manata qaldırıldı. Bu təqaüd də şəhid ailələrinə verilərkən bildirilir ki, şəhidin atası, anası və yoldaşı varsa, onların arasında bölüşdürülür. Bu, uşaqlara şamil edilmir. Eləsinin 2–3 uşağı var. Bu, uşaqlara aid ol-madan  bölünəndə hərəyə təxminən 60 manat pul düşür ki, bu da yaşamaq üçün minimuma uyğun bir vəsait deyil. Uşaqlara da ayrılan 200 manatlıq vəsait onların  18 yaşı tamam olandan sonra dayandırılır. Təsəvvür edin, bu uşağın 18 yaşı tamam olub, amma heç bir iş tapa bilmir, başqa gəlir mənbəyi yoxdur. Ana o ailəni dövlət tərəfindən verilən kiçik bir müavinətlə dolandırmalıdır. Ona görə də hesab edirəm, Sosial siyasət komitəsi bu məsələ ilə bağlı təkliflərini versə, yaxşı olar. Heç olmasa, ən azı onların bu sıxıntılarını yüngülləşdirmək mümkün olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev.  Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də Hesablama Palatasının he-sabatına diqqətlə qulaq asdım. Sözün doğrusu, burada Hey-dər müəllim söylədi ki, bizdəki bu hüquqpozmalar cinayət xarakterli deyil və bu, sevindirici haldır. Amma biz hesaba-tla tanış olanda görürük ki, yoxlamalar zamanı kifayət qədər büdcə vəsaitinin mənimsənilməsi faktları aşkarlanıb. Mən hesab edirəm ki, bu faktların hər biri üzrə cinayət işi başlamalıdır. Məsələn, adi bir kollecdə yoxlama aparılır və bəlli olur ki, 147 ştat vahidi artırılıb. 20 min manatdan artıq vəsait nağd formada geri qaytarılıb. 20 min manat mənim-sənilibsə, bu, cinayət məsuliyyəti yaradır. On manat oğur-layanı tuturlar.
Hesablama Palatası bu istiqamətdə elə fəaliyyət gös-tərməlidir ki,  gələcəkdə  hüquqpozmaların, büdcə vəsaitinin dağıdılmasının qarşısını ala bilsin. Misal üçün, tutaq ki, həmin kollecin direktoruna, müavininə xəbərdarlıq edildi, baş mühasib işdən çıxarıldı. Yoxlama başa çatandan sonra başqa bir baş mühasib işə götürüləcək. Hamı bilir ki, Azərbaycan reallığında müəssisə rəhbərinin razılığı olmadan həmin mühasib bir manatı da xərcləyə bilməz. Belə olan halda cəzalandırmanın bu formasının seçilməsi büdcə vəsaitlərinin dağıdılmasının qarşısının alınmasında hansı rol oynaya bilər?
İkincisi, artıq ictimaiyyət bu hesabatdan xəbər tutur və deyir ki, oğurlayacağam, aşkarlansa, uzaq başı geri qay-tararam, bir dənə xəbərdarlıq alaram. Biz də bilirik ki, cəzanın ümumi xəbərdarlıq məqsədi var. Cəza həm də başqalarını cinayət törətməkdən çəkindirməlidir. Heydər müəllim, seçilən forma heç bir halda büdcə vəsaitlərinin dağıdılmasının qarşısının alınmasında səmərəli rol oynaya bilməz.
Cənab Prezidentin özü müşavirədə çıxış edib deyir ki, bizdə məlumatlar var, icra başçıları ayrılmış vəsaitdən yox, ayrı-ayrı sahibkarların vəsaitindən rayonlarda bu və ya digər abadlıq işlərində istifadə edirlər. Yoxlama zamanı belə faktlar aşkar olunub. Məsələn, İmişli Rayon İcra Hakimiyyətinin başçısının qardaşı (kənar adam demir ki) deyir ki, qardaşım mənə iş gördürüb, amma pulumu vermir. Mətbuata çıxır, bar-bar bağırır, münasibət bildirən yoxdur. Mən hesab edirəm ki, bu cür hallarda müvafiq dövlət qurumları, o cümlədən Hesablama Palatası müvafiq yoxla-malar aparmalı, belə faktları aşkara çıxarıb həmin şəxsləri ciddi şəkildə cəzalandırmalıdır. Ölkədə korrupsiyaya qarşı mübarizə elan olunan bir dövrdə biz də Milli Məclis, Hesablama Palatası olaraq öz töhfəmizi verə bilərik. Amma “hər şey yaxşıdır”, “hər şey gözəldir”, “baş verən hüquq pozuntuları cinayət xarakterli deyil”, “300 nəfərə xəbərdarlıq edildi”, “200 nəfərə töhmət verildi” kimi ifadələrlə büdcə vəsaitinin dağıdılmasının qarşısını ala bilmərik.
Sonda bir təklif vermək istəyirəm. Mən bu məsələni dəfələrlə qaldırmışam. Büdcəni biz bölüşdürürük, onun necə xərclənməsinə nəzarətdə bizim məsuliyyət payımız var. Ona görə də hesab edirəm ki, Milli Məclisdə büdcəyə nəzarət komitəsinin yaradılmasına çox böyük ehtiyac var. Ayrı-ayrı auditorlar vasitəsilə yox, parlamentin özü birbaşa bu prosesdə iştirak etməlidir. Parlament müstəqil audit şirkətləri, auditorlarla müqavilə bağlayıb bu yoxlamaları təşkil eləməlidir. Belə olacağı təqdirdə, hesab edirəm ki, parlament bu işə öz töhfəsini verə bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, Siz hüquqşü-nassınız, məsələlərə də hüquqşünas kimi baxırsınız. Ancaq Hesablama Palatasının istintaq idarəsi yoxdur. Onun əsas məqsədi pozuntuları tapmaq, aradan qaldırmaq, lazım olan-ları prokurorluğa verməkdir. Hesablama Palatası cinayət işi açmır axı. Maliyyə pozuntularının qarşısını almaq, dövlətin pulunu geri qaytarmaq özü böyük işdir. Biz hamını cinayət-kar elan eləyib içəri sala bilmərik.  Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Qeyd eləmək istəyirəm ki, Hesablama Palatası üçün çox əlamətdar olub, o özünün 10 illik yubi-leyini qeyd edib. Keçən müddət ərzində Hesablama Palatası maliyyə nəzarəti ilə əlaqədar çox böyük işlər görüb. Son illər Hesablama Palatasının yoxlamalar aparması, veb say-tının bir neçə dildə yaradılması, o cümlədən elektron formadan geniş istifadə etməsi müsbət hallardır. 2012-ci ildə Hesablama Palatası 68 audit, 2 təhlil aparmış və 2010-cu illə müqayisədə təxminən 70 faizdən çox yoxlama həyata keçirmişdir. Bilirsiniz ki, bu işlərlə əlaqədar təqdimat verilmiş, amma həmin yoxlamalarla əlaqədar dövlət büdcəsinə ödənilən vəsaitin məbləği cəmi 5 milyon manat olmuşdur. Bu məbləğ daha çox ola bilərdi.
Bir neçə misal gətirim. Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal təsərrüfat departamentini, Dövlət Yol Polisi ida-rəsini, yolların təmiri ilə əlaqədar ayrılan vəsaiti yoxladılar. 68 yoxlamanın hamısının da maliyyə pozuntuları var. Elə bir yoxlama olmayıb ki, orada maliyyə pozuntuları olmasın. Hesablama Palatasının apardığı yoxlamaların əsas məqsədi dövlət büdcəsindən mənimsənilən vəsaitin geri qaytarılmasıdır. Hesablama Palatası bu sahədə işini yüksək səviyyədə qurmalıdır.
Bir təklifim var. Birinci, Hesablama Palatası bu yoxlama-larla əlaqədar Milli Məclisə mütəmadi olaraq hesabatlar verir. Yaxşı olar ki, bu hesabatlar müəyyən komitələrə ver-ilsin və biz də millət vəkilləri olaraq həmin hesabatlarla tanış olaq. Belə olarsa, həm əlimizdə materiallar, həm də müəyyən nazirliklərlə gərginliyi aradan qaldırmaq, necə deyərlər, büdcədən yayınan vəsaiti qaytarmaq üçün müəyyən bir iş görmək imkanı olar. Burada elə bir ciddi problem yoxdur.
İkinci, Hesablama Palatası hesabat verəndə dövlət büd-cəsi ilə əlaqədar rəyləri hesabata salır, amma biz hər il dövlət büdcəsi müzakirə olunanda və büdcədə dəyişiklik olanda rəyi alırıq. Hesablama Palatası rəy verib və bunu hesabata daxil etməyə artıq ehtiyac yoxdur, çünki dövlət büdcəsi ilə əlaqədar 40 səhifəlik hesabat ikinci dəfə bizə təqdim edilir.
Mən Hesablama Palatasının Nazirlər Kabinetinə verdiyi təklifləri çox yüksək qiymətləndirirəm. Bunlar tamamilə dürüst təkliflərdir. Mən bu təkliflərin arasında dövlət satınalmaları ilə əlaqədar tenderlərin keçirilməsini xüsusi qeyd etmək istəyirəm. Bu təkliflər hökumət tərəfindən yerinə yetirilməlidir. Burada informasiya, texnologiya sahələrinə vəsaitin az ayrılması, Torpaq Məcəlləsi, torpaq icarəçiliyi ilə əlaqədar qanuna dəyişiklik edilməsi və sair təkliflər vardır. Bu təkliflər həm Azərbaycan hökuməti, həm də Milli Məclis tərəfindən həyata keçirilməlidir.
Ümumiyyətlə, mən elə hesab edirəm ki, Hesablama Pa-latasının  əsas məqsədi dövlət büdcəsindən yayınan və-saitin qaytarılmasıdır. Bayaq da qeyd etdim, aparılan yoxlamalar göstərir ki, dövlət büdcəsindən mənimsəmələr çoxdur. Yaxşı olardı ki, iri layihələri Hesablama Palatası nəzarətə götürsün və onların həyata keçirilməsini yoxlasın. Azərbaycanda çox böyük investisiya layihələri həyata keçirilir. Bizim dövri mətbuatdan, kütləvi informasiya vasitələrindən aldığımız məlumata görə bu sahədə dövlət büdcəsindən mənimsəmələr həddindən artıq çoxdur. Dövlət büdcəsinə vəsaitin az daxil olmasına baxmayaraq, mən elə hesab edirəm ki, Hesablama Palatası ümumi işin öhdəsindən gəlir. Mən bir daha nəzarət mexanizminin təkmilləşməsini, şəffaflığın artırılmasını, operativliyin təmin edilməsini xahiş edərdim. Hesablama Palatasının hesabatını müsbət qiymətləndirirəm, ona səs verəcəyəm və millət vəkillərini də ona səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid müəllim, Siz bir neçə təklif verdiniz. Birinci təklifinizlə bağlı deyim ki, Hesa-blama Palatası bütün yoxlamaların hesabatını Milli Məclisə təqdim edir. Bu, gizli sənəd deyil, onlar şöbədədir. İstənilən komitə, istənilən millət vəkili o sənədləri götürüb baxa bilər. Bu sənədlər Milli Məclisə göndərilir. Lazımdırsa, versinlər. Buyurun, Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Cənab Sədr, Hesablama Pala-tasının  fəaliyyətini obyektiv qiymətləndirməkdən ötrü meyarlar sistemindən istifadə etmək lazımdır. Hesab edirik ki, bir sıra meyarları tətbiq etməklə Hesablama Palatasının fəaliyyətinə qiymət vermək daha obyektiv olar.
Birinci, Hesablama Palatası öz fəaliyyəti barədə sənədi hüquqi normativ aktlara uyğun surətdə bizə təqdim eləyə bilmişdirmi? Buna müsbət cavab vermək olar, təqdim olunan hesabat normativ hüquqi aktlara uyğundur.
İkinci, Hesablama Palatası 2013-cü ilin iş planına tam əməl edə bilmişdirmi? Bu suala da müsbət cavab vermək olar. Hesablama Palatası iş planına uyğun işləmiş və oradakı bütün bəndləri yerinə yetirə bilmişdir.
Hesablama Palatası özündən əvvəlki illərlə müqayisədə fəaliyyətində müsbət dinamizmə nail ola bilmişdirmi? Bu suala da konkret rəqəmlərlə cavab vermək olar ki, 2007-ci ildə 23, 2008-ci ildə 43, 2009-cu ildə 41, 2010-cu ildə 47, 2011-ci ildə 53, 2012-ci ildə isə 70, yəni 17 tədbir  çox, yaxud da 32 faiz artıq audit və analitik tədbir apara bilmişdir. Deməli, dinamizm var.
Ən sanballı meyar isə budur ki, Hesablama Palatası ona çəkilən xərcləri doğrulda bilirmi? Hesablama Palatası səd-rinin çıxışında qeyd olunan rəqəmləri üst-üstə gələndə məlum olur ki, Hesablama Palatası 2012-ci ildə ona çəkilən 2,9 milyon manat xərcin müqabilində ondan artıq vəsaiti büdcəyə qaytara bilmişdir. Amma maksimalist olmadan, həm də Azərbaycan reallıqlarını nəzərə almaqla bir nüansı qeyd etmək istərdim ki, professionallardan ibarət bir komanda kimi formalaşan Hesablama Palatasına şərait yaradılsa, onun üçün əlavə tədbirlər görülsə, o öz koordinasiya işlərini genişləndirə bilsə, burada sadalanan rəqəmlərdən qat-qat artıq, bəlkə də yüz milyon manatlarla vəsaitin büdcəyə qaytarılması və onun dağıdılmasının qarşısının alınması istiqamətində addım ata bilər.
Dördüncü, Hesablama Palatası öz fəaliyyətini quran za-man işin səmərəliyini artırmaqdan ötrü digər qurumlarla koordinasiyaya girə bilmişdirmi?  Həm Nazirlər Kabineti-nin, həm Maliyyə Nazirliyinin, həm Vergilər Nazirliyinin, həm də inzibati orqanlarla birgə işin timsalında qeyd eləmək olar ki, Hesablama Palatası başqa qurumlarla koordinasiya işini genişləndirə bilmişdir. Hesab edirəm ki, o bu istiqamətdə fəaliyyəti daha da genişləndirməklə büdcəyə on milyon manatlarla əlavə vəsaitin daxil olmasına şərait yarada bilər.
Nəhayət, sonuncu meyar. Hesablama Palatası beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərə bil-mişdirmi?  Buradakı çıxışdan da göründü ki, Hesablama Palatası davamlı olaraq beynəlxalq əlaqələrini genişləndirib. Bu bir tərəfdən Hesablama Palatasının dünyada gedən prosesləri nəzərə almaqla öz fəaliyyətini təkmilləşdirməsinə, digər tərəfdən isə Azərbaycanı tanıtmaq istiqamətində çox sanballı addımlar atmasına gətirib çıxara bilər.
Eyni zamanda, Hesablama Palatasının ali maliyyə nəza-rəti orqanı kimi fəaliyyətini gücləndirməsi üçün bir sıra təkliflərimi də qeyd etmək istərdim. Son 3 ildə (2010-cu ildə 17, 2011-ci ildə 21, 2012-ci ildə 16) 54 təklif hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilmişdir. Biz hesab edirik ki, həmin təkliflərin sistemli şəkildə həyata keçirilməsi və vaxtında tədbirlərin görülməsi Hesablama Palatası tərəfindən on milyonlarla əlavə vəsaitin üzə çıxarılmasına və səmərəliyinin artırılmasına xidmət eləyə bilər. Həmin təkliflərə dair bir arayışın Milli Məclisə təqdim olunması həm Milli Məclisin nəzarət funksiyasının artırılmasına, həm də o qurumların Hesablama Palatası qarşısında məsuliyyətinin artırılmasına müsbət təsir göstərmiş olar.  Hesablama Palatasının irəli sürdüyü təkliflərin içərisində korrupsiyaya qarşı mübarizə...
Sədrlik edən.  Çox sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Biz bu qurumun yaranmasını, sonra institusial səviyyəyə gəlib çatmasını müşahidə eləyə bilmişik və bu, danılmaz faktdır. Hər dönəmdə burada qeyd edirik ki, Hey-dər Əsədov kimi peşəkar bir kadrın bu quruma rəhbərlik eləməsi həm Milli Məclisin qəbul etdiyi qanunların icrasına nəzarəti gücləndirməyə imkan verdi, həm də ölkə miqya-sında vəsaitlərin xərclənməsinə müəyyən bir nəzarəti həyata keçirmək imkanları yaratdı. Bu, faktdır.
Heç şübhəsiz ki, Azərbaycanda audit yoxlamalarının hə-yata keçirilməsi müxtəlif qurumlar tərəfindən hər zaman ağrılı qarşılanır. Çox istəyirəm ki,  ilk olaraq hörmətli Heydər Əsədovdan soruşum ki, o, fəaliyyəti dövründə ciddi təzyiqlərlə qarşılaşıbmı? Çünki bəzən biz bunları bəzi yerlərdə müəyyən formada deyirik və xüsusilə media orqanları müxtəlif hökumət strukturlarının fəaliyyətini çox ciddi tənqid atəşinə tuturlar. Gündəlik media məlumatlarının axınında sanki bəzi fikirlər həqiqət kimi meyara çevrilir. Odur ki, düşünürəm, bu məsələlər fonunda Hesablama Palatası bir qurum olaraq mətbuatdan gələn çağırışları necə qiymətləndirir? Çünki sadəcə, bunları qərəz, tendensiya halı, kimlərinsə davasının bir elementi kimi saymaq da yanlış olardı. Ümumiyyətlə, mətbuatın fəaliyyəti Hesablama Palatası üçün köhnə dəyirman deyil ki. Bayaq söylədiyim kimi, o təsirlər bu qurumun fəaliyyətində necə hiss olunub?
Başqa bir məqam. Burada qeyd olundu ki, 68 audit yox-laması fonunda problemlər, vəsaitin yayındırılması, belə demək mümkündürsə, oxşar zəncir üzrə gedir. Yəni proqnozun şişirdilmiş səviyyədə götürülməsi, sonradan lazım olan maliyyə sənədlərinin yerinə qoyulmaması və sair. Hörmətli cənab Sədr də vurğuladı ki, əsas niyyət bütün ölkə miqyasında Korrupsiyaya qarşı mübarizə idarəsinin missiyasını üzərinə götürmək deyil,  vəsaitlərin bərpasıdır. Bu vəsaitlər necə bərpa olunur? Yəni konkret olaraq, elə maliyyə termini ilə desək, burada maddi məsul şəxslər kimlər müəyyənləşdirilir? Lap belə deyək, bu elə inzibati xarakterli cinayətlərdir ki, burada təkcə mühasib, 3–5 nəfər iştirak etmir. Mən niyə bu məsələni vurğulayıram? Bir sıra hallarda bu yoxlamaların nəticəsindən sonra həmin müəs-sisənin kollektivinin üzərinə müəyyən ödəmələrin qoyulması kimi fikirlər cəmiyyətdə dövriyyəyə çıxır və bu da ciddi neqativ hallara yol açır. Yəni başlıca məqsəd vəsaitin bərpa olunması ilə yanaşı, burada hamını məsuliyyətkeş elan eləməməkdir.
İş planları ilə bağlı xüsusi fəsil ayrılıb. Mən çox istərdim biləm ki, bunlar necə müəyyənləşir? Burada bir neçə həm-karım vurğuladı ki, investisiya xərcləri əsas hədəf olmalıdır. Bir musiqi məktəbinin, bir estetik mərkəzin, rayon təhsil şöbəsinin hədəf olması çox önəmlidir. Əlbəttə, dövlət büdcəsinin hər bir manatı qiymətlidir, ancaq düşünürəm ki, əsas maliyyə resursları olan sahələr yoxlamaların hədəfi olmalıdır.
Burada Milli Məclisin çox mühüm bir mexanizm vasitə-silə nəzarətinin həyata keçirilməsindən söhbət açıldı. Cə-nab Sədr də cavab verdi ki, bunlar şöbəyə gəlir və bütün yoxlamalar haqqında Milli Məclisə məlumat verilib. Amma biz çox arzulayırıq ki, həm də mətbuata məlumat verilsin. Çünki bu qurumun çox məhdud tərkibi olsa da, orada tanıdığımız savadlı, peşəkar iqtisadçılar çalışırlar. Mən çox arzulayıram ki, o insanlar bayaq qeyd etdiyimiz neqativ hallara qarşı mediada fəaliyyətlərini göstərsinlər. Gerçəyin nədən ibarət olduğunu, yayınmış vəsaitin nə miqdarda olduğunu bildirsinlər.
Cənab Sədr, biz Nazirlər Kabinetinin hesabatını beşinci iclasda dinləyirik. Bu hesabat sanki bir əlavəyə çevrilir. Bir iclas əvvəl olsa, sonrakı dövrdə hökumətin fəaliyyətindəki qeyd etdiyimiz problemləri burada söyləyə bilərik. Mən bütövlükdə bu hesabata səs verəcəyəm, amma deyilənlərin nəzərə alınmasını istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Axırıncı verdiyiniz təkliflə əlaqədar deyim ki, birinci, hökumətin hesabatında Hesa-blama Palatasının rəyi olur. Rəy sizin hamınıza əvvəlcədən paylanılır. Bunun Hesablama Palatasının hesabatına heç bir aidiyyəti yoxdur.
Bir sualınıza da cavab verə bilərəm, qalanlarını Heydər müəllim cavablandırar. Soruşdunuz ki, Heydər Əsədova  Hesablama Palatasının sədri kimi təzyiqlər olurmu? Mənə elə gəlir ki, Heydər Əsədov fizikanın qanunlarını yaxşı bilir. Ona edilən təsir eyni qaydada əks-təsir alır. Yəni Hesablama Palatasına heç kim təsir edə bilmir. Qalan məsələlərə isə yəqin ki, özü cavab verər. İlham Məmmədov buyursun.
İ.Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör-mətli millət vəkilləri! Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabatı ilə yaxından tanış olmuşam. Palatanın sədri hörmətli Heydər Əsədov ölkəmizin ali maliyyə nəzarəti orqanının səmərəli işini aydın təhlillərlə təqdim etdi. Bizə bir daha aydın oldu ki, Hesablama Palatası 2012-ci ildə ekspert-analitik fəaliyyətinin vasitəsi ilə dövlət büdcəsinin icrasına nəzarət üçün tələb olunan makroiqtisadi şəraiti dəqiq təhlil etmiş və özünün illik hesabatını hazırlamışdır.
Hesabat ilində palata qanunvericiliklə müəyyən olunmuş funksiyalarına uyğun olaraq fəaliyyət göstərmişdir. Hörmətli Heydər Əsədov öz təqdimatında qeyd etdi ki, Hesablama Palatası Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında illik hesabata, 2012-ci ildə büdcə haqqında qanuna dəyişikliklərə, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsinə rəy hazırlamışdır. Əlbəttə, qeyd etdiyimiz kimi, bu, Hesablama Palatasının qanunla müəyyən olunmuş funksiyalarıdır.
Hörmətli millət vəkilləri, elə hesab edirəm ki, arxasında böyük zəhmət, intellektual elmi təhlil duran bu işlər Hesa-blama Palatasının 2012-ci ildəki fəaliyyətinin səmərəliyinin əsas göstəricilərindən biridir. Mən hesab edirəm ki, belə əlaqəli hesabatın hazırlanması ali maliyyə nəzarəti mexanizminin yeni bir inevativ formasıdır. Təbii ki, bu fəaliyyət büdcə vəsaitinin səmərəli və məqsədyönlü xərclənməsinə, büdcə-vergi və sosial siyasətin ümumi iqtisadi siyasətə uyğunlaşmasına xidmət edir.
Hörmətli millət vəkilləri, bu gün ölkəmizin iqtisadi inki-şafı, dövlətimizin qüdrətinin artması, möhtərəm Preziden-timiz cənab İlham Əliyevin düşünülmüş və gələcəyə hədəf-lənmiş uğurlu siyasətinin nəticəsidir. Bu uğurları davam etdirmək üçün bundan əvvəlki illərin iqtisadi, sosial uğurları vacib şərtlərdən biridir və hesab edirəm ki, dövlətimizin ali maliyyə nəzarət orqanı olan Hesablama Palatasının uğurlu, cəsarətli və qeyd etdiyim kimi, analitik təhlillərə əsaslanmış fəaliyyəti məhz elə bu siyasətə xidmət üzərində qurulmuşdur.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən fikrimi hesabatda diqqətimi çəkən bir neçə arqumentlə əsaslandırmaq istəyirəm. Məsələn, Hesablama Palatası hesabat ilində 68 audit tədbiri keçirib və bu da 2010-cu ildəkindən 27 audit çoxdur. Bu, 2012-ci ildə palatanın gərgin işlədiyinin göstəricisidir. Yoxlanılan qurumlara, on-ların tabe olduqları nazirliklərə 100-ə qədər təqdimat göndərilib və müvafiq formada cəza tədbirləri görülübdür. Təbii ki, bu, növbəti illərdə nöqsanların aradan qaldırıl-masını şərtləndirir. Palatanın sədri hörmətli Heydər Əsədov da qeyd etdi ki, təkrar yoxlamalar bu nöqsanların aradan qalxmasına şərait yaratmışdır.
Diqqətimi çəkən məqamlardan biri də palatanın korrup-siyaya qarşı mübarizəni cari fəaliyyətinin prioriteti hesab etməsidir. Bu sahədə əsas fəaliyyət büdcə vəsaitlərinin tə-yinatından yayındırılmasının qarşısını almağa yönəldilmişdir. Hesabatın bu bölümündə görülən işlərdən konkret olaraq bəhs edilir. Bu barədə danışıb vaxtınızı almaq istəmirəm, audit bölməsində aparılan yoxlamalar barəsində geniş məlumat verilmişdir.
Mənim diqqətimi çəkən məqamlardan biri də Hesablama Palatasının icbari tibbi sığorta ilə əlaqədar son 4 ilin dövlət büdcəsindən ayrılan vəsaitdən istifadə olunmaması ilə əlaqədar narahatlığını bildirməsi və bunun tətbiqini zəruri hesab etməsidir. Mən təklif edərdim ki, Hesablama Palatası elə bu sahəni daim zəruri hesab etsin və öz təklif və rəylərini versin. Çünki icbari tibbi sığorta olmadan tibbin inkişafı çətin bir məsələdir. Bütün bu deyilənləri nəzərə alaraq, hesab edirəm ki, Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti çox uğurlu olmuşdur. Təbii ki, belə hesabata mən səs verəcəyəm və hörmətli millət vəkillərini də buna səs verməyə çağırıram. Hesablama Palatasının növbəti illərdəki fəaliyyətinə uğurlar arzulayıram. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən hörmətli Heydər müəllimin geniş və əhatəli təqdimatına qulaq asdıqdan sonra hesab edirəm ki, biz bunu səsə qoyub, qəbul edə bilərik. Çıxış edən deputat həmkarlarım da Hesablama Palatasının hesabatını yüksək şəkildə qiymətləndirirlər. Hesab edirik ki, ildən-ilə bu hesabatlar daha geniş, daha əhatəli şəkildə Milli Məclisə təqdim olunur.
Həm Heydər müəllimin özünün professionallığı, həm professional bir komandanın formalaşdırılması, həm də aparılan işlərin keyfiyyətli olması onu göstərir ki, büdcəyə nəzarət edən digər strukturlar da əgər büdcə vəsaitlərinin geri qaytarılması və korrupsiya hallarına yol verilməməsi ilə bu cür məşğul olsalar, bizim büdcəmizə qeyri-qanuni yolla düşən bir manat vəsait də olmaz. Mən hesab edirəm ki, ölkəmizin iqtisadi inkişafı, dövlət büdcəsinin vəsaitləri artdıqca bunlara nəzarət mexanizmi də güclənməlidir. 
Vaxtilə bizim dövlət büdcəmiz bir milyard idisə, indi 25 milyarddır. Amma həmin kollektivdir, belə deyək, Hesa-blama Palatasının tərkibi, sayı və aparatı eynidir. Mən he-sab edirəm ki, büdcə vəsaitləri artdıqca aparatın say tərkibini də çoxaltmaq lazımdır, çünki burada işlər çoxalır. Bura xüsusi işçilər lazımdır. Yəni biz artımı nəzərə alırıq, amma kollektivin sayı olduğu kimi qalır. Biz gələcəkdə Hesablama Palatasına şərait yaratmalıyıq ki, istənilən sayda işçilərlə təmin olunsun və dövlətin büdcəsindən hər hansı bir yolla gedən vəsait geri qaytarılsın.
İkinci bir məsələni mən xüsusi qeyd etmək istəyirəm. Təbii ki, həm Milli Məclisə, həm də ayrı-ayrı strukturlara Hesablama Palatası öz rəylərini göndərir. Lakin mən hesab edirəm ki, gələcəkdə ictimaiyyətə  aparılan yoxlamaların nəticələrinin çatdırılması da vacib olan məsələlərdən biridir. Çünki ictimaiyyət bilməlidir ki, artıq dövlətin büdcəsindən kim nəyi isə oğurlamaq, mənimsəmək istəyirsə, bu haqda ölçü götürülür və həmin adam gec-tez məsuliyyətə cəlb olunacaq.
Başqa bir məsələyə də toxunmaq istəyirəm. Burada qeyd olundu ki, hüquq mühafizə orqanları müəyyən ölçü götür-məlidir və yaxud da Hesablama Palatası yalnız maddi vəsaitin qaytarılması ilə deyil, eyni zamanda, onların məsuliyyətə cəlb olunması ilə məşğul olmalıdır. Biz Cinayət Məcəlləsində də sadələşmə işləri aparırıq. Görürsünüz ki, bir çox cəzaları maddi ödəmələrlə əvəzləyirik. Mən hesab edirəm ki, gələcəkdə bu istiqamətə daha çox getmək lazımdır. Əsas, aradan çıxan vəsaitin geri qaytarılmasıdır. O insan əgər o vəsaiti qaytarırsa və işdən azad olunursa, bu onun üçün kifayət qədər cəzadır. Mən hesab edirəm ki, ona əlavə cəza verib, həbs etməyə və sairə o qədər də ehtiyac qalmır. Mən hesab edirəm ki, Hesablama Palatasının hesabatı Milli Məclisə çox yüksək səviyyədə təqdim olunub. Deputat həmkarlarımdan bu sənədə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva. 
Q.Paşayeva. Hörmətli həmkarlar, hörmətli millət vəkilləri! Mən də Hesablama Palatasının hesabatına səs verə-cəyəm, amma hesabatda əksini tapan bir məsələyə çox istərdim ki, hörmətli Heydər müəllim münasibətini açıqlasın. Çünki onun da bu məsələnin vacibliyinə, zəruriliyinə inanan bir insan olduğunu bildiyim üçün bu məsələyə aydınlıq gətirilməsini istəyirəm.
Öncə hesabatda yazılan bir cümləni diqqətinizə çatdırmaq istərdim: “...Rəydə icbarı tibbi sığorta ilə əlaqədar son 4 ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar vəsaitin proqnozlaşdırılmasına baxmayaraq, həmin vəsait istifadə edilmədiyinə görə Hesablama Palatası icbari tibbi sığortanın tətbiqi və ayrılmış büdcə vəsaitlərindən istifadə mexanizminin hazırlanması üçün müvafiq tədbirlərin həyata keçirilməsini zəruri hesab etmişdir”. Biz bu məsələni dəfələrlə parlamentdə səsləndirmişik. Hökumətin hesabatı zamanı da bunu səsləndirdik və hər kəs, hətta səhiyyəyə aidiyyəti olmayan hər bir insan bilir ki, tibbin, səhiyyənin inkişafı tibbi sığorta sisteminin inkişafı olmadan çox çətindir. Yəni səhiyyə tibbi sığorta sisteminin üzərində durur. Bütün sivil ölkələrdə bunun praktikası var. 
Deməli, 4 ildir, icbari tibbi sığortanın tətbiqi ilə bağlı dö-vlət büdcəsindən vəsait nəzərdə tutulub. Yəni biz parla-mentdə müzakirə edirik və nəticə olaraq da dövlət tərəfindən o vəsait nəzərdə tutulur. Amma bu vəsait xərclənmədən geri qaytarılır. Bu nə deməkdir? İcbari tibbi sığortanın tətbiqi ilə bağlı iş getmir. Bunun həyata keçirilməsi ilə bağlı cənab Prezident, dövlət səviyyəsində iradə ortaya qoyulub, vəsait nəzərdə tutulur, amma iş görülmür, vəsait qaytarılır. Hər il Hesablama Palatası öz rəyində bu məsələni qeyd edir və növbəti il üçün yenə vəsait nəzərdə tutulur. O vəsait isə xərclənmədən geri qaytarılır. Növbəti illərdə də bu, davam edir. 4 ildir, Hesablama Palatası bunu rəyləri ilə təqdim edir.
Heydər müəllim, Sizə nə deyirlər? Şəxsən bir millət vəkili kimi bu məsələ mənim üçün çox maraqlıdır. Mən bunun ciddi izahını eşitmədim. Niyə dövlət büdcəsində icbari tibbi sığorta ilə bağlı vəsait nəzərdə tutulur və dövlət bu siyasətin həyata keçirilməsi üçün cənab Prezident səviyyəsində göstərişlər verir, amma 4 ildir, bu vəsait istifadə olunmadan geri qaytarılır? İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ciddi addımlar ortada yoxdur. Mən Sizin fikrinizi bilmək istərdim, çünki bu çox ciddi bir məsələdir. İcbari tibbi sığorta həyata keçirilməlidir və Siz hansı mexanizmləri təklif edirsiniz? Burada qeyd edirsiniz ki, müəyyən tədbirlərin, mexanizmlərin həyata keçirilməsi zəruridir. Mən bunları ona görə  bilmək istəyirəm ki, növbəti 5-ci ildə bununla üzləşməyək.
Digər bir vacib məsələyə həmkarım Zahid Oruc toxundu. Təbii ki, biz insanların cəzalandırılmasının tərəfdarı kimi çıxış etmirik. Amma problem bundan ibarətdir ki, bəzən o mənimsənilən vəsaitlərin geri qaytarılması məsələsi var. Zahid müəllim çox gözəl sual verdi ki, kim onu qaytarmalıdır? Bəzən onu qaytarmalı adam bir xəbərdarlıqla canını qurtarır və o məsələ kollektivin, işçilərin üzərinə düşür. Biz bunu eşidirik, mətbuat səhifələrində oxuyuruq. Bu məsələ ilə bağlı Sizə müraciətlər olurmu? Siz bunun qarşısının alınması üçün gələcəkdə hansı isə bir mexanizm düşünürsünüzmü ki, bunun əziyyətini kollektiv çəkməsin?
Sonuncu sualım. Təbii ki, siz cəza verən qurum deyilsiniz, rəylər göndərirsiniz. Şiddətli töhmətdən yuxarı daha sərt cəzalar, fikrinizcə, Sizin rəyləriniz əsasında yetərlidirmi? Bu halların qarşısını...
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, hörmətli Heydər müəllim! Hər şeydən əvvəl, qeyd etmək istərdim ki, son illər Hesablama Palatasının əsas fəaliyyət göstəricilərində müsbət dinamika müşahidə olunur. Doğrudan da, bu, çox kiçik aparatdır, amma böyük işlər görür. Ölkənin büdcə həyatının, demək olar ki, bütün növ subyektləri yoxlamalarla əhatə edilir. Palata “Azərbaycan Respublikasının  Hesablama Palatası haqqında” Qanununda göstərilən müddəaları, ələlxüsus özünün əsas funksiyalarını, demək olar ki, yerinə yetirir. Bununla yanaşı, palataya  gələcək fəaliyyətində bəzi məsələlərə daha çox diqqət ayırmasını tövsiyə edərdim. Ötən il hesabatı təqdim edərkən cənab Heydər Əsədov göstərmişdir ki, nöqsanların əsas hissəsi dövlət alışlarında, mənzil-kommunal sistemində normativlərin düzgün tətbiq edilməməsində və sairdə aşkarlanıb. Builki hesabatda da əsas nöqsanlar eyni sahələrdə aşkar olunub. Bu isə o de-məkdir ki, burada sistemli problemlər mövcuddur. Yəni göstərilən sahələrdə struktur, kadr heyətinin düzgün for-malaşması, işçilərin  peşə hazırlığının artırılması kimi ciddi islahatlara ehtiyac var.
Aydındır ki, Hesablama Palatasının işində yoxlamalar əsas yer tutur. İkinci əsas istiqamət isə sədrin qeyd etdiyi kimi, dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verməkdir. Qanun layihələrini Milli Məclisin müzakirəsinə çıxarmazdan əvvəl prioritet saydığımız məsələlərə daha dərin analitik rəyin verilməsini məqsədəuyğun sayıram.
Büdcə xərclərinin əsas istiqamətləri hansılar olmalıdır? Bu suala cavab vermək üçün bir faktı xatırladım. Yadınız-dadırsa, Avropa İnkişaf Bankı 2011-ci ildə əhali arasında rəy sorğusu keçirmişdir. Verilən sualların biri dövlət xərclərinin prioritetlərinə aid idi. Sorğu iştirakçılarının 55 faizi büdcə vəsaitinin, əsasən, təhsil, səhiyyə və kasıbların müdafiəsi məsələlərinə yönəldilməsini istəmişdi. Təsadüfi deyil ki, keçid dövrü ölkələri içərisində Azərbaycan kasıblar və varlılar arasında kəskin fərqin azalması və bərabərliyin müdafiə olunması sahəsində, təəssüf ki, sonuncu yerdədir. Zənnimcə, Hesablama Palatası məhz təhsil, səhiyyə və kommunal təsərrüfat təşkilatlarında qayda-qanun yaradılmasına indikindən daha çox vaxt ayırmalı, əhalini narahat edən məsələləri daha prinsipial həll etməlidir.
Düşünürəm ki, Hesablama Palatası öz işində tarif məsələlərini də diqqətdən kənara qoymamalıdır. Təbii inhisarçılar olan “Azərsu”, “Azərenerji”, Dövlət Neft Şirkəti və başqalarının öz xidmət qiymətlərini hansı prinsiplər əsasında və nə dərəcədə düzgün təyin etdikləri daim dövlətin və ictimaiyyətin nəzarəti altında olmalıdır.
Nəhayət, ölkənin inkişafına əngəl törədən ən ağrılı məsələyə – korrupsiyaya qarşı mübarizəyə toxunmaq istər-dim. Palatanın hesabatında bu məsələyə cəmi iki səhifə yarım yer ayrılıb və orada da yalnız iki-üç xırda təşkilatın yoxlanması haqda məlumat verilir. Mənə elə gəlir ki, büdcə xərclərinin struktur və təyinatı üzrə vaxtında icrasına nə-zarəti həyata keçirməli olan palatamız büdcədən maliy-yələşən nəhəng infrastruktur layihələri üzərində daha ciddi nəzarət qurmalı, il ərzində həyata keçirilən belə layihələrin hamısının icrasını mütəmadi şəkildə yoxlamalıdır. Çıxışımın sonunda bildirirəm ki, palatanın illik hesabatını qəbul edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Hesablama Palatası Azərbaycan üçün yeni bir təsisatdır. Bu qurum gözümüzün önündə günbəgün inkişaf edir. 10 ildən bir az çox yaşı olan bu struktur təkmilləşib, maddi-texniki bazası möhkəmlənib. Mən vurğulamaq istəyirəm ki, bu strukturda çox düzgün kadr siyasəti aparılır. Burada ağıllı, dövlətçiliyə bağlı və sözün tam mənasında təmənnasız insanlar çalışırlar. Bu, vacib və önəmli məsələlərdən biridir.
Mən burada deyilən müsbət fikirlərin əksəriyyəti ilə razılaşıram, amma xüsusi vurğulamaq istəyirəm ki, ictimai rəyə təzyiq, təsir etmək olmaz. Yerlərdə, rayonlarda bu strukturun apardığı yoxlamalardan məlumatımız var. Bu yoxlamalar ümumi işin xeyrinə olur, həmin strukturun maliyyə təməlinin düzgün qurulmasına yönəlir. Yekunda o strukturlara daim tövsiyələr verilir. Hörmətli Heydər müəl-lim də vurğuladı ki, o yoxlamalar aparılan təşkilatlarda so-nradan nöqsanlar, demək olar ki, sıfıra endirilib. Düşünü-rəm ki, bu ən vacib məsələlərdən biridir. Hesablama Palatası  parlamentə, deputat həmkarlarımıza yaxından kömək edir. O baxımdan ki, büdcə təqdim olunarkən öz rəyini bildirir. Rəylər çıxışlarımızda bizim üçün çox önəmli olur, bundan istifadə edirik.
Bununla yanaşı, mən bir neçə fikrimi səsləndirmək is-təyirəm. Məsələn, istərdik ki, yaşayış minimumu parla-mentə təqdim olunarkən  Hesablama Palatası bunu daha dərindən təhlil etsin, bu rəqəmlər daha dərindən öyrənilsin. Hesablama Palatası bizə elə tutarlı faktlar versin ki, biz bununla həmin rəqəmləri bizə təqdim edən strukturları, bir az kobud desək, yerində otuzdura bilək. Çünki o əmək haqqı fondu, yaşayış minimumu və digər məsələlər ondan  asılıdır. Mən çox istərdim ki, Hesablama Palatası bu sahədə də bizə yardımçı olsun, kömək etsin. 
Nədir vacib məsələ? Bu gün Hesablama Palatası büdcənin mədaxilindən daha çox məxaricinə nəzarət edir. Büdcəmizin böyük bir hissəsi, təxminən 70 faizi  sosial məqsədlərə xərclənir. Bu xərclərin səmərəliyinə nail olmaq həmin strukturun çox vacib missiyasıdır. Bu missiyanı həmin qurum və onun əməkdaşları çox yüksək səviyyədə yerinə yetirirlər. 
Mən iki təkliflə fikrimi yekunlaşdırmaq istəyirəm. Bi-rinci, Heydər müəllimin rəhbərliyi ilə bu kollektiv, sözün əsl mənasında, qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsinə nail ola bilir. Mən hesab edirəm ki, bu gün bizim bu qurumla əməkdaşlığımız lazımi səviyyədə deyil. Düşünürəm ki, deputatlar, komitə sədrləri Hesablama Palatası ilə daha sıx əməkdaşlıq etməlidirlər, onların fəaliyyətini bir az da canlandırmalıdırlar.
İkinci, burada bir fikir səsləndi, mən xüsusi olaraq onu vurğulamaq istəyirəm. Hamımız mətbuata açığıq, mətbuatı sevirik. Mətbuat bu gün açıq cəmiyyət quruculuğunda böyük iş görür. Amma nədən narahatam? Bəzən görürsən ki, Hesablama Palatasının bir yoxlamasının nəticəsini bir mətbuat orqanı tələsik ortaya çıxarır və bunu sonradan yığıb-yığışdırmaq olmur. Digərləri də ondan köçürür, yayır və beləliklə, cəmiyyətdə bir ajiotaj yaranır ki, sonradan təkzib versən də, onu oxuyan olmur. Burada çox diqqətli olmaq lazımdır. Mən hesab edirəm ki, Hesablama Palatası cəmiyyət üçün, mətbuat üçün daima  açıq olmalıdır. Eyni zamanda, o qədər diqqətli olmalıdır ki, yanlış fikirlər o ajiotaj cəmiyyətə yol tapmasın, yeri gələndə onun qarşısını alsın.
Hesablama Palatasının 2012-ci ildəki fəaliyyətini çox yüksək qiymətləndirirəm, kollektivə gələcək işlərində uğurlar diləyirəm. Hesab edirəm ki, deputat həmkarlarım bu sənədə böyük məmnuniyyətlə səs verəcəklər. Ziyafət müəllim, təklif edirəm ki, səsə qoyaq.
Sədrlik edən. Mübariz müəllim, buyurun.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabatı müsbət qiymətləndirirəm. Həmkarlarımın söylədikləri bir çox müsbət fikirləri dəstəkləyirəm, amma bir məqama toxunmaq istəyirəm. Bəzi çıxışlarda deyildi ki, Hesablama Palatası büdcəyə nə qədər vəsait qaytarır və sair. Hesablama Palatasının vəzifəsi büdcə vəsaitinin hər hansı bir formada dağıdılmasının qarşısını almaqdır. Qaytarmaqdan söhbət getmir. Ola bilər, Hesablama Palatası hər hansı bir il yoxlama aparsın, büdcəyə heç 1 manat da qaytarılmasın. Deməli, büdcə dağıdılmayıbsa, büdcə vəsaiti normal xərclənibsə, Hesablama Palatasının işini qiymətləndirərkən biz ona deyə bilmərik ki, sən niyə bu il pul qaytarmamısan? Yaxud da kimsə büdcə vəsaitini bu və ya digər qeyri-qanuni yolla mənimsəməyibsə, Hesablama Palatası bunu necə qaytarsın? Ona görə biz bu meyarı deyə bilmərik.
Hesablama Palatasının özünün 2,9 milyon manat büdcəsi ola bilər, gələn dəfə lap 3 milyon olar. Hesablama Pala-tasının yoxlamaları hər şeyin  düz olduğunu göstərə bilər. Mənə bir az qəribə gəldi, belə yanaşma doğru deyil. Hesa-blama Palatası büdcəyə nəzarət  funksiyasını yerinə yetirir. Biz büdcəni təsdiq edirik, Hesablama Palatası da qanuna uyğun şəkildə nəzarət edir ki, büdcə düz xərclənir, ya xər-clənmir.
Əvvəla, büdcəyə nəzarəti yalnız Hesablama Palatası həyata keçirmir. Hər bir nazirlik, hər bir dövlət qurumu öz daxilində də bu və ya digər vəsaitin xərclənməsinə nəzarəti həyata keçirir. Hesablama Palatası bütövlükdə  nəzarəti həyata keçirir. Azərbaycanın iqtisadi inkişafının yüksək ol-duğu, büdcənin ilbəil artdığı şəraitdə Hesablama Palatasının fiziki imkanı yoxdur ki, bütün sahələri yoxlasın. Hörmətli Heydər müəllim çıxışında dedi, Hesablama Palatası yoxlamaları da seçmə qaydasında həyata keçirir və müəyyənləşdirir ki, harada vəsait düz xərclənib, harada düz xərclənməyib.
Qənirə xanım büdcə vəsaitlərinin xərclənməməsi və növbəti ilə keçməsi ilə bağlı məsələ qaldırdı. Bu çox ciddi məsələdir. Siz fikir vermisinizsə, ilin axırında – noyabr, dekabr aylarında ayrı-ayrı yerlərdə möhkəm hay-küy, ajiotaj yaranır, büdcə vəsaitlərinin növbəti ilə keçməməsi üçün müxtəlif qurumlar büdcə vəsaitlərini dərhal xərcləmək istəyir və sair. Buna yol vermək olmaz. Hesablama Palatası Maliyyə Nazirliyi ilə bu yöndə iş aparmalıdır, büdcə vəsaitlərinin bərabər surətdə ayrılmasını həyata keçirmək lazımdır. Əlbəttə, bu, şərti olaraq qeyd edilir. Elə ola bilər ki, bir yerdə 1 ay daha çox ayrılsın, o biri ayda bir qədər az ayrılsın. Yol vermək olmaz ki, təsdiq olunmuş büdcə növbəti ilə qalsın. Bu qalırsa, həmin nazirlik, həmin qurum bu büdcə vəsaiti ilə əlaqədar təklif veribsə, növbəti ildə onu nəzərə almaq lazımdır. Əgər xərcləyə bilməyibsə, deməli, mühüm dövlət proqramını və ya proqramın bir hissəsini lazımi səviyyədə yerinə yetirə bilməyib. Bu, Hesablama Palatası tərəfindən nəzərə alınmalıdır.
İndi Azərbaycanda əsas aparıcı şirkətlərdə beynəlxalq audit tərəfindən yoxlamalar aparılır və verilən rəylərə də Hesablama Palatası baxır və sair. Bizdə daxili audit də, Au-ditorlar Palatası da var. Hesablama Palatasının da bununla əlaqədar fəaliyyəti vardır. Mən bununla əlaqədar hesabata baxdım, digər sənədlərlə də tanış oldum. Hesab edirəm, bu istiqamətdə işlər uğurla davam etdirilir. Əsas məsələ iqtisadiyyatda şəffaflığı təmin etməkdir. Korrupsiyaya qarşı mübarizənin ən başlıca amili iqtisadi islahatlar və iqtisadiyyatda şəffaflığın təmin edilməsidir. Bu yöndə də hörmətli Heydər müəllim geniş məlumat verdi. Eyni zamanda, Hesablama Palatasının hesabatında bununla bağlı bəzi təkliflər vardır. Mən bütövlükdə bu hesabatı müsbət dəyərləndirirəm və ona səs verəcəyəm. Həmkarlarımı da buna səs verməyə çağırıram. Təşəkkür edirəm.   

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun, Mübariz  müəllim. Buyursun Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Vaxtınızı çox almaq istəmirəm. Mən də  Hesablama Palatasının  2012-ci ildə fəaliyyəti haqqında hesabatı məqbul hesab edirəm. Burada məni düşündürən bir çox məsələ var idi, həmkarlarım o barədə  danışdılar. Xüsusilə icbari tibbi sığorta, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar və  torpaq  icrası haqqında öz fikirlərini bildirdilər. Ona görə də mən bunları təkrar etmək istəmirəm. 
Bir məsələyə münasibət bildirmək istəyirəm. Həqiqətən də, Hesablama Palatası son illərdə  öz fəaliyyətini genişlən-dirib. İstər xarici əlaqələri, istərsə də audit yoxlamalarının aparılmasını xeyli təkmilləşdirib. Biz bununla məlumatlıyıq. Ancaq mən istərdim ki, gələcəkdə Hesablama Palatasının yoxlamaları barədə ictimaiyyətə daha geniş məlumat verilsin, çünki bu, yoxlamaların təsirini daha da artıra bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Heydər müəllim qısaca bəzi sualları cavablandırsın, sonra səsverməyə keçək. Buyurun.
H.Əsədov. Çox sağ olun, cənab Sədr. Hər şeydən əvvəl mən hörmətli millət vəkillərinə ünvanımıza dedikləri xoş sözlər üçün təşəkkürümü və hörmətimi bildirirəm. Mən hesab edirəm, biz bir az da yaxşı çalışmalıyıq ki, ən azından bu gün deyilən sözlərə layiq olaq.
Mən müəyyən məsələlərə aydınlıq gətirmək istərdim. Parlament üzvləri Hesablama Palatasının işini, funksi-yalarını çox dərindən bilirlər. Mən hesab edirəm ki, deyilən təkliflər, verilən tövsiyələr ümumi işimizdə çox böyük rol oynayır. Burada vacib məsələlər  qaldırıldı. Sadəcə, mən vaxt azlığından bəzi məsələlərə aydınlıq gətirə bilmirəm.
Vəsaitlərin bərpası ilə bağlı mən yalnız nağd və köçürmə yolu ilə qaytarılanlardan danışdım. Vergilər xətti ilə biz xeyli vəsait qaytarmışıq və bəzi məsələləri natural formada bərpa etmişik. Təmir-tikintidə nə qədər işlər görülüb. Bunlar, bizim qeyd etdiyimiz kimi, 10 milyonlardan da artıqdır. İxtisarlar hesabına da xeyli iş görülüb. 500–550 ştat ixtisarlarımız şərtidir. Bizim təqdimatlarımız əsasında daha böyük  masştablı ixtisarlar həyata keçirilir. Təkcə elə Səhiyyə Nazirliyinə verdiyimiz bir təqdimat əsasında  mindən çox çarpayı ixtisar olunub. Bunun hesabına nə qədər büdcə vəsaitinə qənaət olunduğunu nəzərə alsaq, fəaliyyətin parametrləri daha aydın olar.
Amma burada bir məsələ var. Bu da ondan ibarətdir ki, qanunvericiliyə uyğun olaraq hələlik biz yalnız maliyyə auditi aparırıq. Amma dünya praktikasında, xüsusilə böyük 20-lərdə auditin digər növləri – səmərəlik və strateji audit aparılır. Bu nədir? Strateji hədəflər dövlət proqramları ilə müəyyən olunduqdan sonra aparılan auditlərdir. Məbləğ, maliyyə vəsaiti nəzərə alınmadan (100 min hara və necə xərclənib, bununla korrupsiya orqanları məşğul olurlar) o hədəflərə nail olmanın strategiyasını müəyyənləşdirirlər və hökumətə, parlamentə bu barədə təkliflər verirlər. Yaxud da səmərəlik auditi aparılır. Məsələn, Səhiyyə Nazirliyinə ayrılmış vəsaitin müqabilində səhiyyədə ölüm halları nə qədər azalıb, doğuşların sayı nə qədər artıb və sair bu kimi göstəricilər müəyyən edilərək onların yerinə yetirilməsi səviyyəsi parlamentə məruzə olunur.
Maliyyə auditi dünya praktikasında, demək olar ki, ən sonuncu auditlərdən biridir. Biz artıq səmərəlik auditinin elementlərini tətbiq etməyə başlamışıq. Dünya Bankı ilə Seko bizə yardım edib, 2 milyon dollara yaxın qrant ayırıb. Gələcəkdə hədəfimiz qanunvericilik aktlarında dəyişiklik edərək auditi hörmətli millət vəkillərinin qaldırdığı isti-qamətlərə yönəltməkdən ibarət olacaqdır.
Hörmətli Qüdrət müəllim məsələ qaldırdı ki, cinayət xa-rakterli deyil. Mən qeyd etdim ki, hadisələrin xarakteri qlo-bal xarakterli deyil, lokal xarakterlidir. Cinayət xarakterli olmasaydı, 7 işin  Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi təmin olunmazdı.
Burada vəsaitin qaytarılması məsələsi çox narahatçılıq doğurur. Mən sizi əmin edirəm ki, vəsaitlərin qaytarılması məsələsi birbaşa özümün nəzarətindədir. Bir nəfər də olsun günahı olmayan şəxs o vəsaiti qaytara bilməz. Həmin vəsaitin qaytarılmasını tərəfimizdən birbaşa  müəyyənləş-diririk. Bu işi videolarla,  müvafiq fotolarla, alboma tikil-məklə həyata keçiririk və mən bunu istənilən yerdə istənilən adama təqdim edə bilərəm. Məhz onların hesabına təmin olunur. Biz çalışırıq ki, günahı və yaxud bu işdə iştirakı olmayan, sadəcə, imzası olan adamlar yalnız inzibati məsuliyyət daşısınlar.
Burada bir neçə çox ciddi məsələ qaldırıldı. İş planının formalaşması. Biz, adətən, Maliyyə Nazirliyi ilə həyata keçirilməmiş audit subyektlərini müəyyənləşdiririk. Biz birinci onları seçirik. Hansı prinsip üzrə? Birinci, onun şaxələnməsinə diqqət yetirilir. Çalışırıq ki, bütün sahələri – təhsil, səhiyyə, mədəniyyət və sairi əhatə edək. Bu, müəyyən edildikdən sonra ən gec hansı subyektlərdə audit yoxlaması olub, onları iş planına salırıq. Amma eyni zamanda, yerdən gələn bəzi məktublar, şikayətlər burada əsas rol oynayır. Qanunvericiliklə Milli Məclisin komitələri, Prezident Administrasiyasının təklif və tövsiyələri iş planının formalaşmasında xüsusi  rol oynamalıdır. Biz belə təklif və tövsiyələr almamışıq. Ona görə də iş planları, sadəcə, özümüzün analitik təhlillərimizin nəticəsi əsasında meydana gəlmişdir.
Qənirə xanım icbari tibbi sığorta məsələsini qaldırdı. Hesablama Palatası bir neçə dəfə bu məsələni qeyd edib. Amma Qənirə xanım, Sizə tam səmimi deyirəm, sığorta or-qanları hansı səviyyədə olmalıdır, təkrar sığortalar necə olmalıdır – bu barədə özümün subyektiv fikirlərim var.  Amma mən bu sahədə sırf peşəkar deyiləm, sadəcə, təkliflər verməklə bu işin təşkili mexanizmini aidiyyəti təşkilatlara təqdim etmək mümkündür. Ona görə də biz, sadəcə, bu təklifləri verməklə kifayətlənirik.
Zahid müəllim sual verdi ki, bizə qarşı təzyiqlər olurmu? Cənab Sədr də qeyd etdi, mən sizə səmimi deyirəm, işlədi-yim dövrdə hələ bir dəfə də olsun mənə haranısa yoxlamaq, nəyisə bağışlamaqla bağlı heç bir təzyiq olmamışdır. Ümumiyyətlə, bu barədə mənə və kollektivə təzyiq olmayıb. Mən açıq söyləyirəm, əgər bu sahədə bir az liberal mövqemiz varsa, bu da sırf öz təxəyyülümüzün məhsuludur. Məsələn, lap bu dəqiqə belə bir yoxlamanın içindəyəm. Bir neçə qadın müəyyən qədər vəsaiti dövriyyədən kənarlaşdırıb. Ailəsinə qədər yoxlamışıq. 3 qaçqın ailəsi bir yerdə yaşayır və biz onlar haqqında çox ciddi tədbirlər görə bilmirik. Əgər bu tədbiri görmürüksə, mən açıq deyirəm, bu, sırf öz təxəyyülümüzün və liberal yanaşmamızın məhsuludur. Burada bizə təzyiqlərdən söhbət gedə bilməz.
İlyas müəllim çox düzgün qeyd etdi. Biz satınalma proseslərinin, mənzil-kommunal sisteminin maliyyələşmə mexanizminin təkmilləşdirilməsi üçün çox ciddi təkliflər hazırlayıb, İqtisadi İnkişaf Nazirliyinə təqdim etmişik. Çox böyük təkliflər toplusudur, hökumətə də təqdim etmişik. Bizə verilən məlumata görə, bu sistemin tamamilə yenidən qurulması və bu prosesin təkmilləşdirilməsi üçün hökumətdə komissiya yaradılır və böyük işlər aparılır.
Hesablama Palatasının tariflərin, yaşayış minimumlarının tətbiqində və digər bu kimi qlobal məsələlərdə iştirakı, doğrudan da, aktualdır. Digər ölkələrdə olduğu kimi, belə həyati əhəmiyyətli göstəricilərin təsdiqinin ilk öncə Hesablama Palatasından rəy aldıqdan sonra müzakirəsinə başlanması məsələsini,  yəqin ki, biz qanunvericilik aktlarına dəyişiklik kontekstində qaldıracağıq.  
Bir daha hər birinizə təşəkkür edirəm. Kimin sualına cavab verə bilmədimsə, xahiş edirəm, vaxt məhdudiyyəti ilə əlaqələndirəsiniz. Sadəcə, onu bilin ki, hər bir təklif qeyd olunur. Yenə deyirəm, işimizin təkmilləşməsində təklifləriniz çox böyük rol oynayır. Hər birinizə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabata münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.30 dəq.)
 Lehinə  103
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  105
 Nəticə: Qəbul edildi

Çox sağ olun, hesabat qəbul olundu.
Heydər müəllim, Sizə və kollektivinizə müvəffəqiyyətlər arzulayırıq. Sağ olun.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Cənab Sədr, öncə Sizdən bir icazə almaq istəyirəm. Mümkünsə, 2-ci, 3-cü, 4-cü və 5-ci məsələləri birgə məruzə edim. Çünki bunların hamısı yol hərəkəti qanunvericiliyi və nəqliyyat vasitələri ilə bağlı olan məsə-lələrdir, həm də üzvi surətdə bir-biri ilə bağlıdır. Əgər icazə versəydiniz, belə edərdik.
Sədrlik edən. Buyurun. Amma sonra ayrı-ayrılıqda səsə qoyarıq. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar! Məlumat üçün qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 26 dekabr tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbir-lərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı mövcuddur. Bu sərəncamın icrası ilə bağlı müvafiq strukturlara, o cümlədən Nazirlər Kabinetinə, Daxili İşlər Nazirliyinə müvafiq göstərişlər ver-ilmişdir. Məsələlərin qanunvericilikdəki dəyişikliklərlə bağlı tənzimlənməsi bizim öhdəmizə düşür. Cənab Prezident tərəfindən bununla bağlı 4 qanun layihəsi təqdim edilmişdir.
Birinci layihə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlıdır. Bu Məcəllənin 155-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat va-sitələrinin istismarı qaydalarının pozulmasına, məsələn, nə-qliyyat vasitələrində hansısa bir uyğun olmayan avadanlığın quraşdırılmasına, idarə sisteminin əvəz olunmasına, o cümlədən ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə cərimə sanksiyası 50 manat miqdarında nəzərdə tutulmuşdu. Təklif olunur ki, sanksiya ciddiləşdirilsin, 150 manat miqdarında müəyyən edilsin. Yəni İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik ancaq bu maddənin sanksiyasının sərtləşdirilməsindən ibarətdir. Elə bilirəm ki, mövcud vəziyyətdə millət vəkilləri də bu fikri dəstəkləyəcəklər.
3-cü məsələ “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinə edilən dəyişiklikdir. Bu, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması ilə bağlı məsələdir. Arayışda görürsünüz ki, Qanunun 34-cü maddəsinə görə, sürücülük vəsiqəsinin verilməsi hazırda necə həyata keçirilir. 35-ci maddə iki məsələni həll edir. Birincisi, sürücülük vəsiqəsinin verilməsi proseduru daha da sadələşdirilir və ikincisi, sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.
Mövcud vəziyyət belədir ki, yaşdan asılı olmayaraq sürücülük vəsiqəsini almaq üçün müəyyən sənədlər, o cüm-lədən tibbi arayış təqdim olunmalıdır. Gizli deyil ki, bəzən bu arayışın alınması və təqdim olunması, əslində, formal xarakter daşıyır. Təklif olunan layihədə 35-ci maddəyə edilən dəyişiklik bu məsələni, hesab edirəm, yaxşı tənzimləyir. 35-ci maddədə konkret göstərilir ki, bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulan hallarda tibbi arayış təqdim edilir. Bu hansı hallardır? Yaşı 60 və daha çox olan şəxslərin sürücülük vəsiqəsi alarkən həm də tibbi arayış təqdim etməsi. Məncə, bu, tam başa düşüləndir. Yaşı 60 və daha çox olan şəxslərin həm də tibbi arayış təqdim etməsi məqsədəmüvafiqdir.
Hesab edirəm, 35-ci maddənin yeni redaksiyasında bir müsbət məqam da “Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir” müddəasının ol-masıdır. Amma ümumilikdə məlumat üçün demək istəyirəm ki, hazırda sürücülük vəsiqəsinin dəyişdirilməsi prosedurunu artıq cənab Prezident tərəfindən yaradılmış “ASAN” xidməti və onun bölmələrində həyata keçirmək mümkündür. Bundan hətta bizim millət vəkilləri də istifadə ediblər və görüblər ki, bu nə dərəcədə şəffaf bir prosesdir.
4-cü məsələ bəzən ictimaiyyətdə də müzakirələrə səbəb olan texniki baxışın keçirilməsi qaydaları ilə bağlıdır. Hesab edirəm ki, cənab Prezident tərəfindən təklif  olunmuş bu layihə və xüsusən də 30-cu maddə ilə bağlı təklif olunan dəyişiklik texniki baxışın həyata keçirilməsini çox sadələşdirir. Həm şəffaf edir, həm də əsası olmayan bir sıra hallarda texniki baxışın keçirilməsini aradan qaldırır. Təklif olunur ki, maşınlar istehsal olunduqları vaxtdan ancaq 4 il keçdikdən sonra onlara texniki baxış keçirilməyə başlasın. Beləliklə, ehtiyac olmadığı halda maşına texniki baxışın keçirilməsi aradan qalxmış olacaq.
Hamımız bilirik ki, yeni maşınlara texniki baxış formal xarakter daşıyır. Deməli, istehsal olunduğu vaxtdan 4 il keçdikdən sonra maşına texniki baxış başlayır və bu texniki baxış da indi olduğu kimi, hər il yox, 2 ildən bir həyata keçirilir. Özü də istehsal olunduğu vaxtdan ancaq 10 il keçdikdən sonra maşına hər il texniki baxışın keçirilməsi nəzərdə tutulur.
Hesab edirəm ki, bu, kifayət qədər ciddi dəyişiklikdir. Təbii ki, texniki baxış keçirilən ünvanların da sayı azalacaq, bu növbələr də olmayacaq. Məlumat üçün demək istəyirəm ki, artıq Azərbaycanda 11 regionda avtotexniki baxışın həyata keçirilməsi nəzərdə tutulur.
Nəhayət, sonuncu, yəni 5-ci məsələ Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlıdır. Təklif olunur ki, Cinayət Məcəlləsinə “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin is-tismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma” adlı 263-1-ci maddə əlavə olunsun. Hörmətli millət vəkilləri, bilirəm ki, siz də bu maddə ilə tanış olmusunuz. Burada sanksiyalar kifayət qədər ciddiləşdirilir, yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır ziyan yetirilibsə, 3 ilə qədər azadlıqdan məhrumetmə, ağır zərər vurulubsa, 4 ilədək müddətə azadlıqdan məhrumetmə, bir şəxsin ölümü ilə nəticələnibsə, 8 ilə qədər azadlıqdan məhrumetmə, 2 və ya daha çox şəxsin ölümünə səbəb olubsa, 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Mən hesab edirəm ki, bu sanksiyalar kifayət qədər nor-maldır və ümidvaram ki, millət vəkilləri də Cinayət Məcəlləsinə təklif olunan bu dəyişikliyi dəstəkləyəcəklər. Məlumat üçün demək istəyirəm ki, Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi buradadır. Hansısa bir sual olarsa, biz yenə cavablandırmağa hazırıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən ilk öncə İnzibati Xətalar Məcəlləsinə təklif olunmuş dəyişikliklə bağlı fikrimi söyləmək istəyirəm. Burada 155.2.4-cü mad-dədə cərimə 50 manatdan 150 manata qaldırılır. Mən bilirəm ki, bu təşəbbüs cənab Prezidentin çıxışından sonra yaranıb. Cənab Prezident söyləmişdi ki, bəzi hallarda avtomobillərin arxa yan şüşələri qanunsuz olaraq qaraldılır. O səbəbdən bu əməllərə görə cərimələr sərtləşdirilir.
Oqtay müəllim, amma mən güman eləmirəm ki, Prezident o sözü deyərkən avtomobil sənayesində xüsusi nailiyyətlər əldə eləmiş və əsas fəaliyyətini komfortdan çox insanların təhlükəsizliyinə yönəltmiş, böyük elmi tədqiqat institutlarına malik olan dünya şöhrətli şirkətlərin istehsal etdikləri avtomobilləri nəzərdə tutub. Elə iri Amerika, Yaponiya, Almaniya, Koreya şirkətləri var ki, orada hər şey ilk növbədə təhlükəsizliyə hesablanır. Bu avtomobillərin çoxu da istehsal olunarkən zavod tərəfindən yan şüşələrdə pərdələr nəzərdə tutulur. Yəni bunun üzərində böyük mütəxəssislər çalışır, elmi tədqiqat institutları işləyir və onlar bilirlər ki, nə təhlükəlidir, nə təhlükəli deyil.
Məncə, burada arxa şüşələrə qalın örtüklər çəkən şəxs-lərdən və onların cəzalandırılmasından söhbət getməlidir. Yoxsa biz, məsələn, Çində də, Şərq ölkələrində də... Yəqin ki, ərəb ölkələrində olmusunuz. Orada hətta qabaq yan şüşələr də müəyyən mənada rənglənir. Ona görə ki, günəş şüası yandırır. İndi Bakının küçələrində, əsasən, tıxaclardır. Bəzən 10–15 kilometr yolu qət eləmək üçün bir saat vaxt tələb olunur və hava kondisionerləri avtomobilin içərisini soyuda bilmir. Siz yəqin ki, Dubayda, başqa ərəb ölkələrində olmusunuz. Orada günəş şüalarından qorunmaq üçün hətta qabaq şüşənin də yuxarı hissəsi rənglənir. Yoxsa bu gün yan pərdələrin qaldırılması ədabazlıq məsələsi deyil. Bu kimdən isə gizlənmək üçün də deyil.
Əgər hansısa bir cinayətkar kriminal əməl törətmək istəyirsə, Hacı Məmmədov kimi, vəsiqəsini qoyur cibinə, heç onu polis saxlamır. Meyiti də baqaja basır, aparır. Arxa oturacağın üstündə qoyub aparmır ki. Yaxud bunun üçün xüsusi avtomobillərdən, tutaq ki, qapalı avtomobillərdən, yük maşınlarından və sairə istifadə edir. Ona görə də mənə elə gəlir ki, burada insanları incitmək lazım deyil.
Bakıda keçən il yay aylarında temperatur 44 dərəcəyə çatırdı. Belə olan halda, dediyim kimi, böyük institutların işləyib hazırladığı... Yəni biz onlardan bu məsələdə daha ağıllı və daha uzaqgörən, təhlükəsizlik barədə daha çox düşünən insanlar deyilik. Belə imkanlarımız olsaydı, elə o avtomobillərdən biz özümüz istehsal edərdik. Yəni bu halda, mən düşünürəm ki, standartdankənar pərdələrin vurulmasına görə məsuliyyət nəzərdə tutulmalı və bu qanunun dispozisiyasında məsələyə aydınlıq gətirilməlidir. Yalnız bundan sonra mən bu qanun layihəsinə səs verə bilərəm.
Növbəti məsələ “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsi ilə bağlıdır. Burada qeyd olunur ki, 70 yaşından sonra insanlar sürücülük vəsiqəsini hər iki ildən bir dəyiş-məlidirlər. Elə adam var, 70 yaşındadır, çox sağlamdır. Elə adam da var, 50 yaşındadır, tökülüb gedir, səhhətində min dənə problem var. Bu məsələni bu cür qoymaq, mənə elə gəlir ki, yaşlı nəslə qarşı həm hörmətsizlikdir, həm onların işini artırmaqdır, həm də burada bir diskriminasiya var. Yaşlı insanlara deyirik ki, sən həyatını bir növ başa vurmusan, artıq o dünyalıqsan, sənin üzün artıq o tərəfədir. İnsanlarla bu cür davranmaq olmaz. 80 yaşında insan var ki, dediyim kimi, kifayət qədər sağlamdır və özünü cavan insanlardan da gümrah hesab edir. Mən hesab edirəm ki, bu bizim yaşlılarımıza, ahıl insanlarımıza qarşı diskriminasiya və hörmətsizlik olduğuna görə buradan çıxarılmalıdır.
Bir də sağlamlıq arayışının verilməsi ilə bağlı məsələ. Bu sağlamlıq arayışları heç kim üçün tələb olunmamalıdır. Əlbəttə, sürücülük vəsiqəsini verən şəxs hiss edərsə ki, o vəsiqəni almaq istəyən şəxsin psixi problemləri var...
Sədrlik edən. Biz 5 dəqiqə danışdıq axı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda o biri, məsələn, 25 dəqiqə danışacaq. Qüdrət müəllim, mən indi sənədlərə baxdım. Bu məsələ sizin komissiyada da müzakirə olunub. Siz də bu komis-siyada...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, 1 dəqiqə verirəm. Xahiş edirəm, reqlamentə riayət edin. Buyur.
Q.Həsənquliyev. Mən texniki baxışın, ümumiyyətlə, ləğv olunmasının tərəfdarıyam. Hesab edirəm ki, bizdə həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz vəziyyətdə istifadəsinə görə məsuliyyət nəzərdə tutulduğu üçün burada məsuliyyət sürücülərin üzərinə qoyulmalı, texniki baxış, ümumiyyətlə, ləğv olunmalıdır.
Cinayət Məcəlləsində edilən dəyişikliyə gəldikdə isə, mən bunu alqışlayıram. Amma hesab edirəm, avtomobilin sərxoş vəziyyətdə və alkoqollu vəziyyətdə idarə olunması fərqləndirilməlidir. Burada bizim hörmətli həkimlər, tibb sahəsi üzrə mütəxəssislər əyləşiblər. Sərxoşluq başqadır. Məsələn, sərxoşluq alkoqol intoksikasiyasının nəticəsi olaraq nevroloji pozğunluq yaradır, göz və nitqin pozulmasında, sifət cizgilərinin dəyişməsində, gözlərin qızarmasında, hafizənin itirilməsində və zəifləməsində, eyforiya hissinin yaranmasında, əzələ koordinasiyasının itirilməsində, cəmiyyətə hörmətsizlikdə və sair ifadə olunur. Mən sadalamıram, vaxtım azdır.
Hər halda bu birmənalıdır ki, az miqdarda alkoqol qəbul etmək və sərxoşluq eyni şey deyil. Məsələn, Amerikanın bəzi ştatlarında az miqdarda alkoqol qəbul etmiş şəxslərin maşın sürməsinə icazə verilir. Ona görə də, məncə, alkoqol qəbul etməklə sərxoşluğu bir-birindən fərqləndirmək lazımdır. Qanda alkoqol varsa, bu hələ sərxoşluq demək deyil. Sərxoşluğa görə daha ciddi məsuliyyət nəzərdə tutulmalıdır. Sərxoş vəziyyətdə avtomobil idarə eləyən şəxs... Ümumiyyətlə, il ərzində bu təkrarlanarsa, hətta bunun ağır nəticələrə səbəb olub-olmamasından asılı olmayaraq həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Mənim vaxtım azdır. Ona görə ətraflı danışa bilmədim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən elə düşünürəm ki, bu dörd qanuna edilən dəyişikliklər, həqi-qətən də, yollarda təhlükəsizliyə, qəzaların azalmasına və sairə müsbət təsir göstərəcək addımlardır. Mən çox arzula-yıram ki, bugünkü addımları media orqanları cəmiyyətə doğru-dürüst təqdim eləsinlər. Çünki işimiz bundan çox  asılıdır. Adətən, sürücülərin xeyrinə atılan bir sıra addımlar kütləvi informasiya vasitələrində onların ziyanına kimi təqdim olunur və bundan da yanlış nəticələr meydana çıxır. Məsələn, nəqliyyat vasitələrinə texniki baxışın onların istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə olmağı çox normal bir haldır. Eyni sözləri istismar ilə əlaqəli müddəalar barədə də söyləmək olar.
Mən hörmətli Qüdrət Həsənquliyevə çox böyük sayğı ilə yanaşıram. Amma şüşələrin zavod istehsalı qaydasında rəngli olmasının qəza vəziyyətinə nə qədər təsir göstərdiyini biz elə burada Dövlət Yol Polisi nümayəndəsinin dilindən eşitsək, daha yaxşı olar. Əlbəttə, heç kimin başlıca hədəfi o deyil ki, biz Almaniyadan Azərbaycana göndəriləcək maşınların xüsusi texniki göstəricilərə malik olmasını təklif eləyək. Hərçənd, məsələn, ərəb ölkələrində bu praktika geniş yayılıbdır. Belə dövlətlərarası razılaşmalar da mövcuddur və bir sıra texniki parametrlər dəyişdirilə bilir. Amma təbii ki, əsas konstruksiya elementləri olduğu kimi saxlanılır.
Məsələnin mahiyyəti başqa problemdədir. O qəzalar ki hər gün ekranlarda müşahidə edirik, nə qədər insanların həyatını alır. Buna bağlı bir sıra müddəalar burada yer alıb. Məsələn, birinci layihədə sanksiya rejiminin 150 manata qaldırılması belə müddəalardandır. Əlbəttə, cinayət qanunvericiliyində də dəyişikliklər çox önəmlidir. Bəlkə də biz elə hesab edirik ki, bunlar təsadüfi qəzalardır. Amma Allah eləməsin, hər hansı bir yaxın adamımıza dəyəndə, tox-unanda biz ağrıyırıq və onda düşünürük ki, türklərin dediyi kimi, yol canavarından xilas olma yollarından biri də elə sərtləşdirmə rejimidir. Ona görə də mən bu dəyişiklikləri məqbul hesab edirəm və ona səs verəcəyəm.
Bir daha xüsusi vurğulamaq istəyirəm ki, bunun parla-mentin özü tərəfindən də media orqanlarında təbliğinə, əhalinin daha geniş şəkildə  məlumatlandırılmasına ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Dəyərli həmkarlar, mən də bu dəyişiklikləri zəruri hesab edirəm və belə fikirləşirəm ki, bu, doğrudan da, cənab Prezidentin məlum 2012-ci il 26 dekabr tarixli Sərəncamından irəli gə-lən məsələlərdir. Sevindirici budur ki, ötən günlər Dövlət Yol Polisinin yol-patrul xidmətində məhz bu məsələdən irəli gələn yoxlamalar aparılaraq nöqsanlar üzə çıxarılıb. Kim ki nöqsanlara yol verir, onlar cəzalandırılır. Şübhəsiz ki, bütün bu tədbirlər hərəkət təhlükəsizliyinin, eyni zamanda, yol polisinin işində şəffaflığın artırılmasına xidmət edəcək.
Amma orasını da deməliyik ki, bu, çox sürətlə artan qə-zaların və o qəzalar nəticəsində baş verən ölüm hadisə-lərinin sayını müəyyən dərəcədə azaltsa da, kəskin təsir etməyəcək. Bunun üçün daha təsirli tədbirlərin olması lazımdır.
Yəqin fikir verdiniz, ötən gün Türkiyənin Baş naziri də öz çıxışında, – əvvəllər yol canavarı deyirdilər, – indi artıq yol terroru məsələsini diqqətə çatdırdı və bildirdi ki, Türkiyədə PPK terrorçularının qurbanlarından daha çox yol qəzası qurbanları qeydə alınır. Çox təəssüf ki, eyni vəziyyət hazırda Azərbaycanda da var. Biz, məsələn, bayram həftəsi ərzində, elə bu həftənin özündə olan statistikaya fikir versək, görəcəyik ki, ölkəmizdə yol qəzalarında qeydə alınan itkilər Dağlıq Qarabağ savaşının ən qızğın çağlarında verilən itkilərlə müqayisə oluna bilər.
Əlbəttə, bu qəbildən olan tədbirlər çox əhəmiyyətlidir. Müəyyən dərəcədə təhlükəsizlik tədbirlərinin artırılması, cəza sanksiyalarının sərtləşdirilməsi öz təsirini göstərir. Amma mənim demək istədiyim odur ki, burada sosial reklamın yeri görünür. Keçən dəfə həmkarlarım da qeyd etdilər, xüsusilə sosial reklamın həyatın ayrı-ayrı sahələrinə təsirinin əhəmiyyəti var. Çox təəssüf ki, bizdə sosial reklama o qədər də geniş yer verilmir. Reklam bazarı kifayət qədər zəngin olmadığından televiziyalar bir sıra hallarda sosial reklamların getməsində o qədər də maraqlı deyillər.
Mənim təklifim nədən ibarətdir? Təklifim ondan ibarətdir ki, biz cərimə sanksiyalarını artırırıqsa, həmin cərimələrin bir hissəsi  məhz sosial reklamların televiziyalarda getməsinə yönəldilsin. Söhbət təkcə televiziyalardan getmir. Məsələn, mən Ağcabədidə bunun yaxşı bir nümunəsi ilə rastlaşmışam. Yollar boyu yazılır ki, sürəti artırmayın, sizi evdə ailəniz gözləyir. Mənə elə gəlir ki, bu qəbildən olan reklamlar da, qəzetlərdə gedən reklamlar da müəyyən dərəcədə bu bəlanın qarşısının alınmasına kömək edərdi. Yoxsa, doğrudan da, yol terroru sözün həqiqi mənasında çox böyük canlar alır.
Mən Dövlət Yol Polisinin bununla bağlı təliminə bax-mışam. Çox təəssüf ki, qəza törədənlər çox zaman təcrübəli sürücülərdir. Hər halda Dövlət Yol Polisi xidməti bunu belə deyir. Deməli, bu ondan xəbər verir ki, bizdə sürücülük mədəniyyəti aşağı səviyyədədir. Biz özümüz də yollarda görürük ki, ən azı qarşıdan gələn maşınlar qanunsuz qaydada ötməyə keçirlər. Gəncədən Bakıya gələndə yol boyu ən azı əlli dəfə belə hadisənin şahidi oluruq. Ona görə mənə elə gəlir ki, bu sahədə maarifləndirməyə böyük ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu dəyişikliklərin böyük bir hissəsini dəstəkləməklə bərabər Dövlət Yol Polisi nümayəndələrinin burada olmasından istifadə edərək bəzi məsələləri də diqqətinizə çatdırmaq istəyirəm. Təbii ki, tək cərimələrin artırılması ilə bu məsələlərin tənzimlənməsində ciddi nəticələr əldə etmək mümkün deyil. Cərimələrin artırılması ilə bərabər Dövlət Yol Polisinin də bu sahədə işini daha da artırması gərəkdir. Yəni cərimələr daha çox hansısa sui-istifadə hallarının art-masına yol açmamalı, tam əksinə, bu sahədə vəziyyətin daha yaxşı tənzimlənməsinə şərait yaratmalıdır. Məsələn, biz nəqliyyat vasitələrinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsini yasaqlayırıq. Hətta cənab Prezident səviyyəsində bununla bağlı çox sərt mövqe ortaya qoyulmuşdur. Amma çox təəssüf ki, bunu edənlərin böyük əksəriyyəti sadə insanlar deyil. Təbii ki, buna qarşı ciddi tədbirlər həyata keçirilməlidir.
İkinci məsələ. O gün mən yolla gedirəm, görürəm, bir avtomobil təcili yardım maşınının siqnalını verə-verə gedir. İnsanlar da elə bilirlər, bu, təcili yardım maşınıdır, buna yol verirlər. Maşınlara müxtəlif növ avadanlıqlar quraşdırır, hər nə heyvanın səsini desəniz çıxarırlar. Biabırçı vəziyyətdir. Bunları edənlərin çoxu, baxırsınız, adi insanlar deyil, kifayət qədər imkanı olan insanlardır və bu maşınlar da onların ailələrinin, övladlarının maşınlarıdır. Biz bu halların qarşısını almaq üçün cərimələri artırırıq. Amma bu cərimələr gerçəkdən də belə halların qarşısının alınmasına xidmət eləməlidir, yeni sui-istifadə hallarının artırılmasına yox.
Burada tibbi arayışla bağlı məsələlər vurğulandı. Mən şəxsən bunu dəstəkləyirəm, 60 yaşdan yuxarı olan şəxslərlə bağlı müddəanı mən diskriminasiya hesab etmirəm. Bu, təbiətin qanunauyğunluğudur. Bizim yaşımız artdıqca xəstələnmə ehtimalımız, risklərimiz də artır və bir çox qəzalar da məhz səhhətdəki hansısa problemlərlə bağlı olur. Ona görə tibbi arayış məsələsi də ciddi olmalı, formal xarakter daşımamalıdır. Biz yalnız o zaman ciddi nəticəyə nail olacağıq ki, tibbi arayış gerçəkdən də tibbi arayış xarakteri daşıyacaq.
Burada bəzi həmkarlarım təklif etdilər ki, texniki baxışı tamamilə ləğv eləyək. Doğrudan da, formal xarakterli sənədlər kimə lazımdır? Yox, əgər o, formal deyilsə, ger-çəkdən təhlükəsizliyə xidmət edirsə, o zaman bu məsələlər ciddiləşdirilməlidir. Şəxsən mən düşünürəm ki, bizdə məsuliyyət hissi bir az zəif olduğuna görə hər halda bunların qanunla tənzimlənməsinə ehtiyac var.
Bu məsələyə birbaşa aidiyyəti olmasa da, mən bir məsələni də səsləndirəcəyəm. Söhbət təcili yardım maşın-larının Bakı şəhərində hərəkətindən gedir. Mən özüm neçə dəfə şahidi olmuşam ki, təcili yardım maşını tıxacda qalıb. Təcili yardım maşınının sərbəst keçə biləcəyi yol yoxdur. O maşının içərisində bir gün hər birimiz ola bilərik. İnsan ömründə bəzən saniyələr hər şeyi həll edir. Bəzi ölkələrdə təcili yardım maşınları üçün xüsusi yol nəzərdə tutulur. Əgər biz ayrıca yol məsələsini hələ həll edə bilmiriksə, hansısa bir xətlə bunu...
Sədrlik edən. Təkid eləyən yoxdur? Mən də bəzi fikirlərimi demək istəyirəm. Ramiz Hüseynov buradadır. Biz lazım olan qanunları qəbul edirik, ancaq bəzən onlar zəif icra olunur. Məsələn, yadınızdadırsa, keçən il biz qanun qəbul etdik, sükan arxasında telefonla danışanların cəriməsini 7 manatdan 50 manata qədər qaldırdıq. Bunun üstündən ancaq bir il keçib, hara gedirsən, görürsən, insanların əksəriyyəti sükan arxasında telefonla danışır. Qəzaların əsas səbəblərindən biri də elə budur. Bu mənim xahişimdir, bu məsələdə bir az diqqətli olsunlar. Qanunlar qəbul olunur,  icrası başlayır, ancaq bir müddət sonra tamam soyuyur. O ki qaldı bu qanunların məğzinə, mən xahiş edərdim, Ramiz müəllimin əgər statistik məlumatları varsa, sərxoş halda sükan arxasına keçənlərin və ya avtomobil idarə etmək hüququ olmayan şəxslərin maşın sürməsi üzündən Azərbaycanda baş verən fəlakətlər, insan ölümləri haqqında bizə qısa məlumat versin.
R.Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İcazə verin, yol hərəkəti sahəsində qanunvericiliyin təkmilləşdiril-məsi məsələlərinə son illərdə ayırdığınız diqqətə görə sizə öz minnətdarlığımızı bildirək. Həqiqətən, bu çox aktual mə-sələdir. Sizin də bu sahədə zəhmətiniz çoxdur. Hörmətli Əli müəllim yeni layihələrə dair öz fikrini, müvafiq izahlarını verdi. Biz bu layihələri tam dəstəkləyirik. Hesab edirik ki, bunlar, həqiqətən, çox vacib sənədlərdir. Təkcə onu qeyd etmək istəyirəm ki, 2012-ci il ərzində respublikada sərxoş sürücülər tərəfindən törədilmiş 96 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 43 nəfər həlak olub, 105 nəfər yara-lanıb. 2012-ci ildə 88 belə hadisədə 34 nəfər həlak olmuş, 91 nəfər yaralanmışdı. Hər il yol polisi əməkdaşları tərəfindən yollarda 17–18 mindən artıq sərxoş sürücü saxlanılır. Bunların hamısı onu göstərir ki, həqiqətən də, bu sahədə qanun pozuntularına görə insanların məsuliyyətinin artırılmasına ehtiyac var. Bugünkü qanun layihələri də məhz bunlar barədədir.
Hörmətli Zahid Oruc pərdə, plyonka ilə bağlı məsələyə toxundu.  Yol polisinin pərdə və plyonkalardan istifadəyə münasibəti belədir. Sürücü üçün görünüş dairəsi ilə bağlı mövcud standartlar var və bu standartlara əməl olunduğu halda polisin belə maşınların sürücülərini saxlayıb incitməsi halları, demək olar ki, yox dərəcəsindədir, olduğu halda da onlar araşdırılır. Hamınız bilirsiniz ki, bu, əsasən, minik avtomobillərinə aid  məsələdir. Tündləşdirilmiş şüşələr olduğu təqdirdə sürücünün ətrafdan ala biləcəyi informasiya məhdudlaşır. Ona görə hesab edirik ki, vətəndaşlarımızın  bu qaydalara əməl etməsinə ehtiyac var. Düşünürük ki, bu qaydaların sərtləşdirilməsi bəlkə də lazımdır.
Texniki baxışla bağlı məsələ burada qeyd olundu. Biz hesab edirik ki, nəqliyyat vasitələrinin istehsal olunduqları vaxtdan dörd il keçənədək texniki baxışa təqdim olunmasına ehtiyac yoxdur. Sonrakı illərdə isə onların iki ildən bir texniki baxışa təqdim olunması və 10 ildən sonra hər il təqdim olunması nəzarətin həyata  keçirilməsi üçün kifayət edər. Bizim yanaşmamız belədir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, iki nəfərə də söz verək və bununla məsələni yekunlaşdıraq. Vahid Əhmədov.
V.Əhmədov. Oqtay müəllim, Qüdrət müəllim artıq bu məsələyə toxundu. Zavod əgər maşını yan pərdələrlə bura-xırsa, bizdə buna niyə icazə yoxdur? Elədirsə, onda Azərbaycan qoy sifariş versin, Azərbaycana daxil olan maşınlar  yan pərdəsiz gəlsin. Bu, dövlət standartına uyğun bir məsələdir. Biz Azərbaycan üçün ayrıca bir qanun çıxarmaq istəyiriksə, gəlin çıxaraq. Əgər zavod maşını elə buraxırsa, sonradan ona əlavə heç bir pərdə qoyulmursa, buna niyə icazə verilməməlidir? Səbəbini bilməliyik də. Yoxsa Dövlət Yol Polisi belə istəyir, belə də olmalıdır? Bu, qanun deyil axı. Xahiş edirəm, cavab versinlər.
Sədrlik edən. Birincisi, Vahid müəllim, maşın elə gəlmir. Maşını necə sifariş edirsən, elə gəlir. Gələn maşınların ha-mısında pərdə yoxdur, o aksesuardır, bunu biləsiniz. Buyu-run.
R.Hüseynov. Suala cavab olaraq demək istəyirdim ki, bu, Dövlət  Yol Polisinin tələbi deyil, qanunun tələbidir. Biz, sadəcə, bu qanunu icra edirik. Bayaq qeyd elədiyim kimi, “Yol hərəkəti haqqında” Qanuna görə minik avtomobillərinin yan şüşələrinə hər hansı şəkildə örtüklərin çəkilməsi qadağandır. Burada mən hansısa başqa bir məna görmürəm.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Mən də hesab edirəm ki, bu maşınlar Azərbaycanda buraxılmadığına, kənardan gəldiyinə və bizim sifarişimizlə gəlmədiyinə görə onların sahibləri çaşqın vəziyyətdə qalır. Maşını alır, sonra məlum olur ki, o maşını şəhərdə sürmək olmaz. Tündləşdirilmiş şüşədir, ona pərdə çəkilmir ki. Gərək şüşə dəyişilsin. Bu da əlavə xərcdir. Ona görə ya maşınları özümüzə uyğunlaşdırmalıyıq, ya da qanunumuzu maşınlara uyğunlaşdırmalıyıq.
İkincisi, yol məsələsi çox ciddi məsələdir. Bakıda artıq hərəkət eləmək mümkün deyil. Mən şəhərə çıxanda heyrətə gəlirəm, çünki Bakıda səki yoxdur, bütün səkilər maşınlar tərəfindən tutulub. Biz vətəndaşa yer qoymamışıq. Camaat, o cümlədən xaricdən gələn turistlər məcbur olub, avtomobil yolları ilə hərəkət edirlər. Yolların kənarında bir sıra yox, iki-üç sıra maşın dayanır. Buna bir nəzarət də yoxdur. Bu maşınların dayanma yeri olmalıdır.
Xarici ölkələrdə təcrübə var. Elə ölkələr var ki, şəhərin mərkəzinə bir gün cüt  nömrəli, o biri gün tək nömrəli ma-şınlar buraxılır. Bəlkə biz də bu yoldan istifadə edək, yoxsa şəhərdə maşınların sıxlığından tərpənmək olmur.
Bir də görürsən, “Azərneft” meydanında beş yol polisi maşını dayanıb. Bir-biri ilə danışırlar, zarafatlaşırlar. 15 metr o tərəfdə tıxac var, nəzarət yoxdur. 15 kilometr gedirsən, bir yol polisinə rast gəlmirsən. Bir yerdə də görürsən, 5-6 yol polisi bir yerdə durub. Camaat əsəbiləşir. Bu qədər yol polisi olduğu halda Bakının bir çox yollarında axşamlar tıxaclar yaranır. Məsələn, İnqilab küçəsi ilə getmək mümkün deyil, ya o dükanlar oradan yığışdırılmalıdır, ya da hər dükanın qabağında yekə bir yük maşını durub vətəndaşın keçməsinə mane olmamalıdır. Ona görə, məncə, bu yollarda maşınlar üçün ayrıca dayanma yerləri olmalı və maşınlar xarici ölkələrdəki kimi ancaq orada dayanmalıdır. Yer yoxdursa, getsin özünə dayanacaq yeri tapsın.
Bir də görürsən, evakuatorlar, – mən onlara maşın oğruları deyirəm, – yolda qeyri-qanuni dayanan maşınları götü-rüb aparır. Ona qalsa, Bakının mərkəzindən bütün maşınlar aparılmalıdır. Çünki heç biri normal dayanacaq yerində da-yanmayıb. Kim yazıqdır, kim ələ keçirsə, yoldan onun maşınını götürüb aparırlar. Bu işlərdə hansısa bir irəliləyişə nail olmaq üçün, mənə elə gəlir ki, qanundan əlavə, yol polisi sahəsində çalışanların ümumi mədəniyyət məsələsi, rəftar məsələsi də diqqətdən kənarda qalmamalı, şəhərimizdə bu şeylərin hamısı, xüsusən yol işarələrinin, maşın dayanacaqlarının müəyyənləşdirilməsi hökmən qaydaya salınmalıdır. Yoxsa, doğrudan, şəhərdə hərəkət eləmək mümkün deyil. Hər gün adam... Mən, məsələn, bura gələndə saat 11-in yarısı çıxıram,  saat yarıma Milli Məclisə gəlib çata bilmirəm, gedəndə də elə. Təşəkkür edirəm.
Sədrlik edən. Qaldırdığınız məsələ bugünkü qanunun predmeti deyil, amma mən suala özüm cavab vermək istərdim. Həqiqətən, şəhərdə duracaqlar çox azdır. Bunları nəzərə alaraq bu saat Bakı şəhərinin bir çox yerlərində böyük yeraltı duracaqlar tikilir. Bakıda yüksək mərtəbəli duracaqların da tikilməsi nəzərdə tutulub. Bu duracaqlar olandan sonra, həqiqətən, biz yeni bir qanun qəbul etməliyik ki, şəhərdə maşınlar ancaq duracaqlarda saxlanılsın. Hazırda isə insan maşınla şəhərin mərkəzində yerləşən iş yerinə və ya evinə gəlir. Bu, maşını hara qoymalıdır? Yəni biz əvvəl bu insanları duracaqlar ilə təmin etməliyik, sonra o barədə qanun qəbul etməliyik.
Sizin dediyiniz cüt nömrə, tək nömrə məsələsinə gəlincə, bu heç vaxt problemin həllinə kömək etməyib. Bunları bir çox böyük meqapolislərdə, məsələn, London şəhərində tətbiq etdilər, heç bir xeyri olmadı. İmkanı olan adam cüt nömrə də, tək nömrə də alacaq, maşının sayı azalmayacaq. Ona görə bunun yolu ancaq duracaqların tikilməsi, artırıl-masıdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Getdikcə suallar artır. Nə sualınız var? Ay-tən xanım, buyurun.
A.Mustafayeva. Təşəkkür edirəm. Məni çox maraqlan-dıran və narahat edən bir sualım var. Bu ictimai nəqliyyatla bağlıdır. Bizim avtobus sürən uşaqlardan söhbət gedəcək. Sürücülük vəsiqəsi olmayan, yanlarında heç sənəd olmayan 17–18 yaşında uşaqlar marşrut avtobuslarını idarə edir, özü də elə sürürlər ki, elə bil rallidə iştirak edirlər. Tez çataq, sonra tıxac olacaq. Tez çataq, sonra nə bilim nə olacaq. Ca-maat deyir: “Sən axı insan aparırsan. Dönəndə aşacaq avto-bus”. Sürücü deyir: “Xoşuna gəlmir, düş”. Belə bir avtobus şəhərin düz mərkəzində, Kukla teatrı ilə üzbəüz mənim öz maşınımın güzgüsünü qoparıb atıb. Gedib sürücünün ya-xasından tuturam, məlum olur ki, bunun heç bir sənədi yox-dur. Nə istəyirsən elə. Bilirəm, onlardan nə isə tələb etmək mənasızdır. Amma bu avtobusların axı yiyələri var. Qanun-da bu məsələlər əks olunubmu? Burada deyilirmi ki, sürücülük vəsiqəsi, sürücülük təcrübəsi olmayan insanlar ictimai nəqliyyatı idarə edə bilməzlər? Mən ictimai nəqliy-yatda insanların təhlükəsizliyindən danışıram. Çox xahiş edirəm, buna bir cavab verəsiniz. Təşəkkürlər.
Sədrlik edən. Aytən xanım, bu qanunda hamısı var. Vəsiqəsiz adamın maşın sürməyə ixtiyarı yoxdur. Müvafiq sürücülük kateqoriyası olmayan adam avtobus sürməli deyil. Bunlar hamısı aydındır. Əsas məsələ bu qanunlara riayət edilməsidir. Mən Sizinlə razıyam ki, bu qanunları çox hallarda sürücülər özləri pozurlar. Sürücülük vəsiqəsi olmayan insanlar sükan arxasına keçir, ictimai nəqliyyatda sürücülər hamının gözünün qabağında siqaret çəkirlər.
Ramiz müəllim, bayaq mən sükan arxasında telefon söhbətlərini qeyd elədim. Amma təhlükəsizlik kəmərini taxmadan maşın sürən, siqaret çəkə-çəkə nəqliyyat idarə edən sürücülər də var. Hərdən müəyyən reydlər keçirilsə də, yol-patrul xidməti kəmərlərə lazımi diqqət yetirmir. Bir həftə də belə keçir. Bu qayda pozuntularına qarşı fasiləsiz olaraq ciddi mübarizə aparılmalıdır ki, insanlar yavaş-yavaş bunları öyrənə bilsinlər.
Mən hesab edirəm, artıq sual-cavab da bəsdir. Xahiş edirəm, səsverməyə keçək. Gündəliyin ikinci məsələsinə – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
 Lehinə  95
 Əleyhinə  3
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun.
Gündəliyin üçüncü məsələsinə – “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.15 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Çox sağ olun.
Gündəliyin dördüncü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.16 dəq.)
 Lehinə  97
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun.
Nəhayət, beşinci məsələyə – Cinayət Məcəlləsində dəyi-şikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.16 dəq.)
 Lehinə  98
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Diplomatik xidmət haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Buyursun cənab Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! “Diplomatik xidmət haqqında” Qanun bizim parlamentdə bir neçə il bundan əvvəl geniş müzakirə edilmiş və nəticədə qəbul olunaraq Azərbaycanın diplomatik xidmətini tənzim-ləyən ən əsas sənədlərdən birinə çevrilmişdir. Bu müddət ərzində Azərbaycanın diplomatik xidmət əməkdaşlarının fəaliyyəti “Diplomatik xidmət haqqında” Qanun əsasında çox yüksək səviyyədə təşkil olunmuşdur. Ancaq həyat davam edir və bu dəyişikliklər də “Diplomatik xidmət haqqında” Qanunun günün tələblərinə uyğunlaşdırılmasına xidmət edir. Ona görə bizim komitə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini Milli Məclisin müzakirəsinə tövsiyə edib.
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublika-sının Qanununa aşağıdakı dəyişikliklərin edilməsi təklif olunur. 6.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin: “6.3.2. səfir müavini, daimi nümayəndənin müavini, baş konsul”. 6.3.3-cü maddədən “daimi nümayəndənin müavini” sözləri çıxarılsın. 13.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Səfir müavini, daimi nümayəndənin müavini və ya baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti 4 ildir”. Üçüncü cümlədə “müddət” sözü “müddətlər” sözü ilə əvəz edilsin.
Burada bir vacib məsələ də ondan ibarətdir ki, bizim “Diplomatik xidmət haqqında” Qanunda müddət bir qayda olaraq 5 ilə qədər idi. İndi  konkret olaraq yazılır: “4 il müəyyən olunsun”. Doğrudur, müvafiq icra hakimiyyətinin qərarı ilə həmin müddət uzadıla bilər. Amma bizim  komitənin üzvləri də hesab edirlər ki, 4 il tamamilə kifayət-dir. 4 il müddəti dünya praktikasında da var. Əksər ölkələrin müvafiq qanunlarında bu vəzifələrə təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti hətta bundan da aşağıdır. Misal üçün, Böyük Britaniyada 3 il, bəzi ölkələrdə 2 ildir.
Bu dəyişikliklər, – təkrar edirəm, – diplomatik xidmətin yalnız daha yüksək səviyyədə həyata keçirilməsinə xidmət edəcək. Ona görə bizim  komitə bu dəyişikliklərin lehinə çıxış etmişdir. Mən hesab edirəm ki, millət vəkilləri də bu dəyişiklikləri dəstəkləyəcəklər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Təkid edənlər var? Buyurun, Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Mən də hesab edirəm, bizim komitənin sədrinin dediyi kimi, bu dəyişikliklər işin xeyrinədir və zəruridir. Şübhəsiz, səs veriləcək. Amma indi bu bir ənənə halını alıb ki, burada hər hansı məsələ müzakirə olunarsa, o sahənin başqa məsələləri də yada düşür və o barədə də fikirlərimizi deyirik.
Mən sevinirəm ki, son illər bizim diplomatik korpusda çox ciddi addımlar atılıb. Mən indi dünya ölkələrini çox gəzirəm və bizim səfirliklərlə, onların işçiləri ilə tez-tez görüşürəm. Xaricdə alınan binalar, Azərbaycan mədəniyyət evləri, əlbəttə, müstəqil dövlətin atributları kimi hamımızı ürəkdən sevindirir.
Amma narahat edən məsələlər də var. Onu deyim ki, gənc diplomatlar çoxdur və onların çoxu da, doğrudan, yaxşı işləyir. Amma narahatçılıq doğuran məsələlərdən biri budur ki, bizim diplomatik korpusun işçilərinin çoxu xarici dilləri çox gözəl bilsə də, öz dilini bilmir. Çünki bunlar tanınmış ailələrin və müəyyən dairənin uşaqlarıdır. Təəssüf ki, bunlar öz ana dilini öyrənmək haqqında az düşünüblər. İngilis dilini, başqa dilləri bilirlər, öz dillərində danışmaqda çətinlik çəkirlər. Buna görə də öz tariximizi az bilirlər. Öz tarixini bilməyən, bu regionda baş verən prosesləri kifayət qədər, bütün konteksti, kökü ilə bilməyən adamlar belə gərgin münaqişələr dövründə Azərbaycanın maraqlarını nə cür müdafiə edə bilərlər? Yalnız bu gün öyrəndikləri qəzet məlumatları ilə keçinmək olmaz. Bu adamlara, heç olmasa, kurs keçmək lazımdır ki, öz tarixlərini bir az bilsinlər, bilsinlər ki, münaqişə etdiyi tərəfin diplomatı ilə üz-üzə gələndə hansı məsələlərdə necə danışmaq lazımdır.
İkincisi, Azərbaycan nümayəndəliyinə girirsən, bəziləri, – mən onları qınamıram, çünki bu uşaqlar o cür düşünürlər, – diplomatik korpusun içində öz aralarında başqa bir dövlətin dilində, məsələn, rusca danışırlar. Gələn qonaq bilmir, bu, Azərbaycanın daimi nümayəndəliyidir, yoxsa Rusiyanın. Əlbəttə, hər bir adam gedib öz evində, ailəsində istədiyi dildə danışa bilər. Amma ora ki Azərbaycanın rəsmi nümayəndəliyidir, orada ünsiyyət hökmən ana dilində getməlidir, başqa dildə danışmaq Azərbaycanın dövlət olaraq nüfuzuna zərbə vurur. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, mən Sizinlə razılaşa bil-mərəm, çünki mən Sizdən az gəzmirəm. Özü də hansı səfirliyə gedirəm, o səfirliyin bütün işçiləri ilə görüşürəm. Çox savadlı uşaqlardır, dillərini də bilirlər. Son illərdə on-ların elə Milli Məclisə göstərdiyi dəstək də, birgə işlərimiz də göstərir ki, həqiqətən, indiki dövrdə Xarici İşlər Na-zirliyinin xaricdə təmsil olunan işçiləri çox savadlı, yüksək səviyyədə hazırlıqlı insanlardır. Onlar institutda da oxu-yanda tarix dərsi keçiblər, lap İngiltərədə oxuyanda da bəl-kə Azərbaycan tarixi keçiblər. Hər biri də öz vətəninin tarixini yaxşı bilir. Biz öz diplomatlarımızı belə aşağılamalı deyilik. Mən xahiş edirəm, belə şeylərdə bir az diqqətli olaq. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, cənab Sədr. Mən, sadəcə olaraq, onu xatırlatmaq istərdim ki, Azərbaycan parlamen-tində “Diplomatik xidmət haqqında” Qanun qəbul ediləndən sonra Azərbaycanın diplomatik sistemində çox müsbət dəyişikliklər baş vermişdir. İlk növbədə mən rotasiya prinsipini qeyd etmək istədim. Bunun nəticəsində orta səviyyəli Azərbaycan diplomatları vətənə daha çox bağlı oldular. 10–15 il xarici ölkədə yaşayaraq vətənlə əlaqələrini müəyyən qədər itirmiş diplomatlar  rotasiya prinsipinə görə Azərbaycana daha çox yaxınlaşdılar.
Mən Sabir bəyin fikri ilə müəyyən qədər razı deyiləm. İndi Azərbaycanın diplomatik sistemində, səfirliklərdə çox istedadlı gənc  diplomatlarımız var və onlar bəzən ağır şəraitdə işləyirlər. Azərbaycanın bir sıra diplomatik uğurları da yeni nəsil diplomatların bu sistemə qatılmağı ilə bağlıdır. Təklif olunan dəyişikliklər də Azərbaycanın diplomatik sistemini vətənə daha çox bağlayır. Bu rotasiya prinsipi imkan verir ki, müəyyən müddət Azərbaycanı xaricdə təmsil edən diplomat sonra mərkəzə qayıdaraq vətənlə daha sıx əlaqədə olsun.
Hörmətli millət vəkilləri, mən təklif edərdim, biz bu qanun layihəsini qəbul edək. Mənim fikrimcə, bu, ölkənin diplomatik sisteminin güclənməyinə xidmət edən bir addım olardı. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.28 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, sonuncu məsələ – İctimai iştirakçılıq haqqında qanun layihəsi barədə. Bu qanun layihəsinin təşəbbüskarı Hüquq siyasəti və dövlət quruculuğu komitəsidir. Ancaq bu məsələyə üç komitədə baxılıb. Ona görə sözü Azay Quliyevə veririk. Buyursun, qanun layihəsini təqdim etsin.
A.Quliyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  üzvü. 
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, dəyərli həmkarlar! Bu qanun layihəsi bir neçə dəfə ictimai müzakirədən keçirilib. Eyni zamanda, ona bizim üç komitənin ayrı-ayrı iclaslarında baxılıb, müəyyən təklif və rəylər verilib. O baxımdan düşünürəm ki, sizin bu qanun layihəsi haqqında müəyyən məlumatınız vardır. Amma ilk növbədə, cənab Sədr, istərdim Sizə təşəkkürümü bildirəm ki, Siz bizim  təşəbbüsü dəstəkləmiş, İctimai iştirakçılıq haqqında qanun layihəsinin Milli Məclisin yaz sessiyasına və bugün-kü iclasın gündəliyinə daxil olunmasına razılıq vermisiniz.
Konstitusiyanın 55-ci maddəsində deyilir: “Azərbaycan Respublikası  vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər”. Ona görə də düşünürəm ki, bugünkü qanun layihəsinin əsas hüquqi istinadgahı Azərbaycan Konstitusiyasıdır, onun qeyd olunan maddəsidir.
Bununla yanaşı, deməliyəm ki, bizdə indiyə qədər də bununla bağlı çox uğurlu qanunvericilik aktları, hüquqi aktlar olub. Xüsusilə 1998-ci ildə ulu öndərin təsdiq etdiyi İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququnun həyata keçirilməsi ilə bağlı çox mühüm müd-dəalar var idi. 2012-ci il sentyabrın 5-də  cənab Prezidentin təsdiq etdiyi Açıq hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planında da ictimai iştirakçılıq elementləri açıq-aşkar şəkildə hiss olunur. Hesab edirəm ki, bugünkü qanun layihəsi də indiyə qədər dövlətimiz tərəfindən bu isti-qamətdə həyata keçirilən  uğurlu siyasətin davamı kimi qəbul oluna bilər.
İctimai iştirakçılıq nədir? Bu suala bir cümlə ilə belə cavab vermək olar ki, ictimai iştirakçılıq dövlət siyasətinin həyata keçirilməsində, mərkəzi və yerli səviyyədə qərarların qəbulu və icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının bu və ya digər formada iştirakı, dövlət orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınmasıdır. Bugünkü qanun layihəsi əgər qəbul olunarsa, hesab edirəm ki, bu fəaliyyət bütövlükdə bir sistem halına gələ və bu istiqamətdə işimizi xeyli stimullaşdıra, təkmilləşdirə bilər. 
Qanun layihəsi 4 fəsil, 20 maddədən ibarətdir. Bu qanun layihəsini hazırlayan  zaman biz qarşımıza bir neçə vəzifə qoymuşduq. Həmin vəzifələrdən birincisi ictimai iştirakçılıq anlayışı və məqsədlərinin dəqiqləşdirilməsi idi. Bu barədə, yəqin, sizin məlumatınız var. Layihədə anlayışın açılışı aydın şəkildə verilibdir.
İkinci, ictimai iştirakçılığın mümkün formaları və onların həyata keçirilməsi qaydasının müəyyən olunması. Bugünkü qanun layihəsinin əsas mahiyyəti də ondan ibarətdir ki, bu formalar burada kifayət qədər aydın şəkildə verilibdir. Bundan sonra biz bu formaların tətbiqində artıq konkret və aydın  düşüncəyə sahib ola biləcəyik.
Üçüncü, ictimai iştirakçılığı təmin edən institusional qu-rumların statusu, səlahiyyətləri, tərkibi, yaradılma və fə-aliyyət qaydasının dəqiq tənzimlənməsi.
Hörmətli həmkarlar, bununla bağlı biz təklif edirik  ki, institusional qurum ictimai şura formasında  yaradılsın və ictimai şura bütövlükdə mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də yerli özünüidarəetmə orqanları, yəni bə-lədiyyələr yanında yaradılsın. Şuranın səlahiyyət müddəti-nin 2 il olmasını təklif edirik. Şuranın tərkibinə minimum 5 və maksimum 15 nəfər üzvün seçilməsi  təklif olunur. Burada da biz Azərbaycan qanunvericiliyinin tələblərini qorumağa çalışmışıq. Yəni Azərbaycan Respublikasının 18 yaşına çatmış, seçki hüququna malik olan hər bir vətəndaşı ictimai şuraya üzv ola bilər.
Burada önəmli məsələlərdən biri budur ki, ictimai şuraya üzvlərin hər hansı bir orqan tərəfindən deyil, vətəndaş cə-miyyəti institutları tərəfindən seçilməsinə qanun səviy-yəsində təminat verilir. Şuranın işində iştirak könüllüdür və buna görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və ya başqa ödənişlər verilmir. Lakin ictimai şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır.
Layihə ictimai şuraların müstəqil fəaliyyəti üçün əsaslar yaradır və bununla onlar həm icra strukturlarının, həm də bələdiyyələrin  fəaliyyətinə ictimai nəzarəti sərbəst şəkildə həyata keçirmək imkanı qazanırlar. İctimai şuraların apardığı monitorinqlərin nəticələri  mətbuatda açıqlanacaq və jurnalistlər də bu işə cəlb ediləcəklər.
İctimai şuranın qərarlarının hüquqi səviyyəsinin və qüv-vəsinin müəyyən olunması. Əlbəttə, bu, ən çox müzakirə olunan məqamlardan biridir. İctimai şuralar bütövlükdə ictimai iştirakçılığı təmin etmək üçün bir çox alətlərdən is-tifadə edir. Bu alətlər  ilk növbədə ictimai müzakirələr, ictimai dinləmələr, ictimai ekspertizalardır. Hər müzakirənin, hər dinləmənin sonunda onun yekun sənədi hazırlanır və 3 gün müddətində müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təqdim olunur. Bunu mən xüsusi qeyd etmək istəyirəm ki, ictimai şuranın rəy və təkliflərinin nəzərə alınmaması müvafiq orqan və ya vəzifəli şəxs tərəfindən ciddi şəkildə əsaslandırılmalıdır. İctimai şuranın qəbul etdiyi aktlara ünvanlandığı icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı tərəfindən hökmən baxılmalıdır. Mən bu detallara varmaq istəmirəm. Bu barədə, yəqin ki, müzakirələrdə siz də fikirlərinizi bildirəcəksiniz.
İctimai şuranın fəaliyyətinin təmin edilməsi. Bu da çox müzakirə olunan məsələlərdən biridir. Əgər biz bu qanunda müstəqil şuraların yaradılmasından söhbət aparırıqsa, şüb-həsiz ki, burada onların maliyyə təminatı da bilinməlidir. Bununla bağlı bir neçə təklif var. Bir təklif ondan ibarətdir ki, bu şuraların fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən ayrıca bir xətlə  dəstəklənsin. Digər bir təklif var ki, onların xərcləri müvafiq icra hakimiyyəti orqanlarının və bələdiy-yələrin büdcələrinə daxil edilsin və onların maliyyə ehtiyacları həmin qurumlar tərəfindən qarşılansın. Bizim bu layihədə ikinci variant təklif olunur. Çünki burada müəyyən maliyyə tutumu var. Əlbəttə, bu, Maliyyə Nazirliyi ilə dəqiqləşdirilməli, razılaşdırılmalıdır. Amma bütövlükdə mən düşünürəm ki, istənilən halda  şuraların müstəqilliyini təmin etmək üçün onların maliyyə təminatı da olmalıdır. Onlar, əsasən, böyük bir maliyyəyə ehtiyac duymurlar. Lakin müəyyən tədbirlərin keçirilməsi üçün, ola bilsin ki, müəyyən texniki dəstəyə ehtiyac olsun. 
Hörmətli həmkarlar, bu layihə birinci oxunuşa təqdim olunduğundan mən onu daha çox konseptual baxımdan təq-dim etməyə çalışdım. İndiyə kimi sizlərin iştirakı ilə keçirilən ictimai müzakirələrdə səslənən  bütün fikir və tövsiyələr, o cümlədən yerli və beynəlxalq ekspertlərin rəyi tərəfimizdən diqqətlə öyrəniləcəkdir. Əmin ola bilərsiniz ki, qanun layihəsinin daha da təkmil olmasına kömək edə biləcək bütün təklifləriniz sonrakı mərhələdə nəzərə alınacaqdır. 
Bütövlükdə inanıram ki, bu qanun layihəsinin qəbulu vətəndaşların dövlət idarəçiliyində rolunu artıracaq və cəmiyyətin tərəqqisinə xidmət edəcəkdir. Belə bir təşəbbüsün gerçəkləşməsi vətəndaş–dövlət münasibətlərində olduqca mütərəqqi addım olmaqla yanaşı, Azərbaycanda yeni bir tərəfdaşlıq mühitinin formalaşmasına, vətəndaşların gündəlik həyatda üzləşdikləri problemlərin çevik və effektiv şəkildə həllinə, dövrümüzün tələblərinə və çağırışlarına uyğun olaraq yeni yanaşmaların və ideyaların meydana  çıxmasına öz töhfəsini verəcəkdir.
Çıxışımın sonunda layihənin hazırlanmasında yaxından iştirak edən işçi qrupuna və beynəlxalq ekspertlərə, layihəni birinci oxunuşa tövsiyə edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Sosial siyasət komitələrinin bütün üzvlərinə, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə dərin minnətdarlığımı bildirir, deputat həmkarlarımı müzakirələrdə fəal iştirak etməyə, dəyərli təkliflərini əsirgəməməyə və əlbəttə ki, bu layihəyə səs verməyə çağırıram.  Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Azay müəllim.  Qanun layi-həsinin müzakirəsinə başlayırıq. Valeh Ələsgərov. Buyurun.
V.Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim.  Hörmətli deputatlar, xanımlar və cənablar! İki təklifim var. İkinci oxunuşda, yəqin, daha çox təklifim və bəlkə iradlarım da olacaq. İndi çox önəmli məsələlərə toxunmaq istəyirəm. 
Birincisi, 7.5-ci maddədə deyilir: “İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır”. Əgər bu, ictimai işdirsə, bu adam canından, vaxtından, pulundan keçib millətə, xalqa xidmət etmək istəyirsə, mən şəxsi mülkiyyətimdə olan müəssisəmdə işləyən belə bir adamın maaşını niyə verməliyəm, iş yerini niyə saxlamalıyam? Siz onda bu qanunla mənim işimə, iş fəaliyyətimə qarışırsınız. Bu şuralar hər yerdə yaradılandan sonra bir neçə min adam canfəşanlıqla ictimai iştirakçılıqla məşğul olacaq. İşi də yerində qalır, pulunu da verirlər, hələ mükafatını da tələb edəcək. Ona görə əgər bu, ictimai iştirakçılıqdırsa, elə ictimai də olsun. Heç kim özəl müəssisəyə və ya dövlət müəssisəsinə göstəriş verə bilməz ki, bu adam ictimai işlə məşğul olur, onun işini saxla, maaşını saxla. Mənim fikrimcə, 7.5-ci maddə buradan çıxarılmalıdır. 
19-cu maddənin birinci cümləsini oxuyuram. “İctimai iştirakçılığın təşkili və həyata keçirilməsi ilə əlaqədar məsələlər dövlət  büdcəsindən maliyyələşdirilir”. Bu nə söhbətdir, bu nə sözdür? Onda bu nə ictimai iştirakçılıq oldu? Onda Azərbaycanın yarısı elə ictimai iştirakçılıqla məşğul olacaqdır. Yerimi də ver,  otağımı da ver, oturacağımı da ver, maaşımı da ver. Bu, ictimai iştirakçılıqdırsa, büdcədən niyə maliyyələşdirilməlidir? İclas keçirəcək. İcra hakimiyyətində zalı var. Sabah bundan istifadə edərək dirənəcək ki, büdcədən 5 milyon, 10 milyon, 20 milyon pul ayır, biz ictimai iştirakçılıqla məşğul olacağıq. Mənim fikrimcə, bu da qəbuledilməzdir, bu maddə də buradan çıxarılmalıdır. Dövlətin hesabına ictimai iştirakçılıqla məşğul olmaq olmaz. 
Başqa məsələlər də var. Misal üçün, 7.1-ci maddədə deyilir ki, ictimai şura 5–15 üzvdən ibarət tərkibdə vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Deyək ki, hansısa rayonda 55 dənə cürbəcür cəmiyyət var və bunların da hərəsindən 2 nəfər olmaqla 110 namizəd irəli sürüldü. Kim bunların içindən 5–15 nəfəri seçəcək? Kim müəyyən edəcək ki, harada 5, harada 15 üzv olmalıdır? Bunları kim tənzimləyəcək? Buna dəqiqlik gətirilməlidir.
Bir də ki, məncə, bu mərhələdə ictimai iştirakçılıq ümumdövlət məsələlərinə aid edilməməlidir. Sabah  Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illər üçün sosial-iqtisadi inkişafı  Dövlət Proqramı hazırlanacaqdır. Hansı ictimai qurum o dərinlikdə bilgilərə malikdir? Onda gərək o nazirliklərin, yerli icra hakimiyyəti orqanlarının işçiləri ilə bir yerdə otursunlar, gecə-gündüz işləsinlər. Başqa cür bunlar necə təhlil edə biləcəklər? O işin içində olmayan adam o qədər mürəkkəb bir sənədi təhlil edə biləcəkmi? Yox. Onda deməli, bir neçə min adam onun hazırlanması ilə məşğul olacaq, bir neçə min adam da onun təhlili ilə məşğul olacaq, sonra fikirlərində məsuliyyət daşımayan adam fikrini söyləyəcək.
Ona görə mənim fikrimcə, yaxşı olardı ki, “sahə”, “yerli” sözləri qalsın, amma “ümumdövlət” sözü çıxarılsın. Ola bilsin, 10 ildən, 15 ildən sonra o səviyyəyə gəlib çatacağıq ki, ictimai təşkilatlar ümumdövlət məsələlərinin hazırlan-masında, həyata keçirilməsində hansısa formada iştirak etmək iqtidarında olacaqlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən Valeh müəllimin fikirlərini bölüşürəm. Amma bu gün biz konseptual baxımdan bu qanun layihəsini müzakirə edirik. Ona görə mən hesab edirəm ki, yanaşma bir az fərqli ol-malıdır.
Əvvəla, qeyd edim ki, bu qanun layihəsinin 2.0.1-ci maddəsində ictimai iştirakçılığın anlayışı verilir. Oxuyuram: “ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulu, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının bu qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması”.  Bu maddədə “ictimai nəzarətin” sözlərinə qədər olan hissə çıxarılmalıdır. Burada yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarət funksiyası saxlanmalıdır.
İctimai şuralar dövlət siyasətinin müəyyənləşdirilməsində iştirak edə bilməzlər. Bu, siyasi partiyaların fəaliyyətinə aid olan məsələdir. Seçkilərdə qalib gəlmiş siyasi partiya öz platforması ilə xalqın qarşısına çıxır. Xalq həmin siyasi platformanı dəstəkləyir və sonra onun icrasına başlanır. Ona görə də burada dövlət siyasətinin həyata keçirilməsinə yalnız ictimai nəzarətdən söhbət gedə bilər.
Biz bir tərəfdən bürokratiyadan yayınmaq istəyirik, o biri tərəfdən buna rəsmi forma verir, yeni bürokratik orqan yaradırıq. Baxın – sədr, müavin, katib, reqlament, gündəlik. Əslində, burada qeyd olunmalıdır ki, bu, sırf ictimai nəzarət funksiyasını yerinə yetirir və o ictimai nəzarət funksiyasının həyata keçirilməsi üçün də Azərbaycan Respublikasının Prezidenti, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, yəni nazirlər, dövlət komitələrinin sədrləri, dövlət agentliklərinin direktorları və yerli icra hakimiyyəti orqanlarının başçıları yanında ictimai nəzarət şuraları yaradılır. Bələdiyyələr onsuz da kollegial orqandır. Onları xalq seçir. Bələdiyyədir, parlamentdir, burada nə ictimai nəzarət? Elə biz özümüz ictimai nəzarəti həyata keçirməliyik – xalq tərəfindən seçilən insanlarıq. Kollegial orqanların elə əsas funksiyası budur. Ona görə bələdiyyələr də qırağa qoyulmalıdır.
İctimai nəzarət şurasının nə sədri olmalıdır, nə katibi olmalıdır, nə də başqa şey olmalıdır. Bu şura, tutaq ki, hansı-sa nazirin yanında yaradılmalıdır. Nazir özü o iclasa sədrlik etməlidir və həmin o ictimaiyyətin nümayəndələri nazirliyin fəaliyyəti ilə əlaqədar olaraq ictimaiyyətdən gələn fikirləri səsləndirməli, yəni deməlidirlər ki, harada nəyi düz edirsiniz, nəyi düz etmirsiniz, harada hansı nöqsan var, harada vəziyyət yaxşıdır və sair.
Mən Əli müəllimə təşəkkür edirəm ki, bizim Hüquqşünaslar Konfederasiyası Amerikanın USAID təşkilatı ilə ayın 2-də “Kempinski Hotel”də  dinləmələr keçirdi. İctimaiyyətin çox geniş nümayəndələri o tədbirə dəvət olunmuşdular, iştirak etdilər.
Mən Azay müəllimə, işçi qrupunun nümayəndələrinə minnətdarlığımı bildirirəm ki, bu məsələni, nəhayət ki, bizim siyasi gündəmə gətirə biliblər və bu gün biz bu məsələni müzakirə edirik. Bunun özü çox mütərəqqi, müsbət haldır. Amma konseptual baxımdan, mən hesab edirəm ki, qanun bu şəkildə qəbul olunarsa, nəticədə yeni bir bürokratik  orqan əmələ gələcək. Bizim  başqa nazirliklərin tərkibində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Ədliyyə Nazirliyində artıq belə qurumlar fəaliyyət göstərir. Heç onların, mən bilmirəm, iclasında nə vaxtsa ədliyyə naziri, yaxud ekologiya və təbii sərvətlər naziri özü iştirak edibmi, onları dinləyibmi?
Bu qanun layihəsində həm də qeyd olunmalıdır ki, ictimai nəzarət funksiyalarının yerinə yetirilməsində təkcə qeyri-hökumət təşkilatları yox, həm də siyasi partiyalar iştirak edir. Mən hesab edirəm, parlament partiyaları da bu ictimai nəzarət şuralarının yaradılmasında yaxından iştirak edib, nümayəndələr təqdim  edə bilər və buna çox böyük ehtiyac da var. Bu da qanunda öz əksini tapsa, doğru olar.
Büdcədən maliyyələşmə məsələsini də Valeh müəllimin söylədiyi kimi, tamamilə kənara qoymaq lazımdır. Bu, sırf ictimai qurumdur. İki aydan bir, yaxud kvartalda bir dəfədən gec olmayaraq müvafiq... Rusiyanın təcrübəsi var da. Prezident çağırır, 40–50 nəfər də oturub onları dinləyir. Oradakı insanların hər biri durur, ölkə həyatının  müxtəlif sahələri ilə bağlı öz münasibətini bildirir, təkliflərini verir. Prezidentin də, istənilən nazirin də özünün aparatı var. Aparat lazımi qeydlər götürür, hansıları məsləhət bilirlərsə, nəzərə alırlar, hansıları məsləhət bilmirlərsə, nəzərə almırlar. Biz bunlara qərar qəbul etmək səlahiyyəti versək, qanunda yazsaq ki, bunlar qərar qəbul edirlər, tövsiyə verirlər, rəy öyrənirlər, bu tamamilə yeni bir dövlət orqanı, yeni bir bürokratik orqan olacaq. Buna da qətiyyən yol vermək olmaz. O heç bir  gözləntiyə cavab verməyəcək.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli deputat həmkarlarım! Bu qanun layihəsi demokratiyanın daha da genişləndirilməsinə, insanların hüquq və mənafelərinin  daha təkmil həyata keçirilməsinə, qanunvericiliyin qorun-masına, aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət etdiyinə görə qəbul edilməlidir.  Əlbəttə, qanun layihəsinin təkmilləşdirilməsinə çox ciddi ehtiyac var. Çünki buradakı müəyyən maddələr, həqiqətən, sual doğurur, bəzi maddələr çıxarılmalı, bəzi maddələr üzərində isə redaktə işləri aparıl-malıdır.
Qanun layihəsinin məqsədi sırf ictimai nəzarətin təmin edilməsidir. Əgər, doğrudan da, ictimai nəzarət insanlar tə-rəfindən  təmin olunursa, o zaman cəmiyyətin əksər qurumlarının üzvləri burada iştirak etməlidirlər. Qanun layihəsində göstərilir ki, şura üzvləri vətəndaş cəmiyyəti institutları tərəfindən seçilirlər. Əlbəttə, bələdiyyələr də vətəndaş cəmiyyəti institutunun bir formasıdır. Mənim üçün maraqlıdır ki, burada bələdiyyə üzvləri iştirak edə bilərlər, ya yox? Qüdrət müəllimin dediyi kimi, İctimai Şuraya çox böyük səlahiyyətlər verilir. Şura reqlament, iclaslar keçirmək, müəyyən qərarlar qəbul etmək səlahiyyətlərinə malikdir. Lakin burada müəyyən məsələlərə aydınlıq gətirilməlidir.
Birinci, əgər İctimai Şura üzvlərinə, sədrə, müavinə belə səlahiyyətlər verilirsə, onların təhsil və partiyalılıq məsələsi burada öz əksini tapmalıdır. Şuranın sədri təhsilsiz bir adamdırsa, o, qərarları qəbul etmək səlahiyyətinə, məsələlərə obyektiv qiymət vermək imkanına necə malik ola bilər? Ona görə də düşünürəm ki, təhsil, partiya və şura sədrinin təkrarən seçilməsi məsələləri burada öz əksini tapmalıdır.
Digər bir məsələyə – İctimai Şuranın sədr və müavinlərinin seçilməsi qaydalarına münasibətimi bildirmək is-təyirəm. Burada nəzərdə tutulur ki, 10–15 nəfərdən ibarət şura seçilsin. Ancaq sədrin, müavinin seçkisinin hansı texnologiya əsasında aparılması qeyd edilməyib. Onlar sadə səs çoxluğu ilə, yaxud üçdə iki səs çoxluğu ilə seçilməlidirlər? Ola bilər ki, gələcəkdə sədrin vəzifədən azad edilməsi məsələsi ortaya çıxsın. Ancaq bu da burada qeyd edilməyib.
Mən istərdim ki, qanun layihəsi üzərində iş aparılsın və daha təkmil bir formaya salınsın. Əlbəttə, ikinci oxunuşda müəyyən təkliflər də olacaq. Mən bu qanun layihəsini birinci oxunuşun tələblərinə cavab verdiyinə görə məqbul hesab edirəm və düşünürəm ki, bunun təkmilləşdirilməsinə ehtiyac var. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İdarəetmənin, vətəndaş cəmiyyətinin tam mənada inkişafını şərtləndirən, tərəfdaşlığın yeni bir innovativ modeli olan ictimai iştirakçılıq bu gün cəmiyyətimiz üçün yeni kateqoriyadır. Hesab edirəm ki, icra strukturları və vətəndaşların tərəfdaşlığı səviyyəsində nəzərdə tutulan ictimai iştirakçılığın əsas fəlsəfəsi tərəflərin bir-birini bərabərhüquqlu səviyyədə qəbul etməsidir. Təbii ki, bu münasibətlərin ictimai iştirakçılıq formasında həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması, yəni İctimai iştirakçılıq haqqında qanun layihəsinin hazırlanması özü təqdirəlayiq bir haldır. Mən də hesab edirəm ki, bu qanun layihəsi konseptual olaraq birinci oxunuşun tələbinə tam cavab verir.
Məndən əvvəl çıxış edən deputat həmkarlarım, o cümlə-dən Qüdrət müəllim qeyd etdi ki, burada şuraya böyük sə-lahiyyətlərin verilməsi qanun layihəsinin mahiyyətini aşağı salır. Xeyr. Mən hesab edirəm ki, bu qanun layihəsi konseptual olaraq birinci oxunuşun tələblərinə cavab verir.  Qanun layihəsinin əsas konsepsiyası ondan ibarətdir ki, vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüquqlarının ictimai iştirakçılıq formasında həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlər tənzimlənsin. Yəni bu qanunun əsas fəlsəfəsi bundan ibarətdir.
Qanun layihəsi Milli Məclisin komitələrində və təbii ki, ictimai mühitdə qeyd olunan kimi, geniş müzakirə edilmiş və vətəndaş iştirakçılığının, cəmiyyətin, dövlətin inkişafına, tərəqqisinə xidmət etməsi əsas amillərdən biri hesab olunmuşdur. Hesab edirəm ki, əsas konsepsiyası, fəlsəfəsi dövlət idarəetməsində ictimai tərəflərin bir-birinə bərabərhüquqlu yanaşmasından ibarət olan İctimai iştirakçılıq haqqında qanun layihəsində ikinci oxunuşda hörmətli həmkarlarımın təklif etdikləri düzəlişlər öz əksini tapacaq. Təbii ki, bu qanun layihəsinə mənim də öz təkliflərim var.
Hörmətli qanunvericilik təşəbbüsü hüququnun subyekt-lərinə sual vermək istərdim ki, “Əsas anlayışlar” hissəsində “ictimai müzakirə” və “ictimai dinləmə” terminləri var. “İc-timai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu za-manı müvafiq məsələlər barəsində əhalinin, müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün vətəndaşların, bu qanunda nəzərdə tutulan obyektlərin toplaşmasıdır, yığıncağıdır”. “İctimai dinləmə” isə müvafiq sahə və ya in-zibati ərazi vahidinin ayrı-ayrı aktual məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin mövqeyinin öyrənilməsi və sair üçün vətəndaş yığıncağının çağırılmasıdır. Göründüyü kimi, ictimai müzakirə ictimai əhəmiyyətli qərarların, ic-timai dinləmə isə müvafiq sahə və ya inzibati ərazi vahidinin ayrı-ayrı məsələləri üzrə vətəndaşların son nəticədə yenə də toplanmasını və orada olan məsələlərin, gedən prosedurun eyni əhəmiyyətli olmasını şərtləndirir. Hesab edirəm ki, iki terminin – “ictimai müzakirə” və “ictimai dinləmə” terminlərinin birləşdirilməsi daha yaxşı olardı.
Digər bir təklifim ictimai şuranın maliyyələşdirilməsi məsələsi ilə bağlıdır. Layihənin 7.6-cı maddəsində qeyd edilir: “İctimai Şuranın fəaliyyətinin maliyyələşdirilməsi, maddi, texniki və informasiya təminatı ilə bağlı məsələlər mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən həll edilməlidir”.
Sonuncu maddədə isə qeyd edilir ki, ictimai iştirakçılıq məsələləri dövlət büdcəsindən maliyyələşdirilir. Olmazmı ki, elə maliyyələşdirilmə məsələləri müvafiq icra hakimiyyəti orqanına və yaxud yerli özünüidarəetmə orqanının növbəti il üçün ayrılmış maliyyəsində nəzərdə tutulsun. Əlbəttə, əlavə büdcənin ayrılması bu ictimai birliyin bürokratik təşkilata çevrilməsinə şərait yarada bilər.
Digər bir təklifim 8.3-cü maddə ilə bağlıdır. Burada qeyd edilir: “İctimai Şura üzvlərinin mərkəzi və yerli icra haki-miyyəti və yerli özünüidarəetmə orqanının yerləşdiyi bi-naya müəyyən olunmuş qaydada daxil olmaq hüququ vardır”. Hesab edirəm, aydınlıq gətirmək lazımdır ki, müəyyən olunmuş qayda nə deməkdir? Necə daxil olmaq lazımdır? Qanunun tam, mükəmməl olması üçün ikinci oxunuşda bu kimi terminlərin düzəldilməsi yaxşı olardı.
Qanun layihəsinin 15.1-ci maddəsində yazılır: “İctimai dinləmənin və ictimai müzakirənin təşkili üçün 3–5 nəfərdən ibarət Təşkilat komitəsi yaradılır”. Təklif edirəm ki, burada ictimai dinləmənin...
Sədrlik edən. Sağ olun. Cavanşir Feyziyev.
C.Feyziyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İc-timai iştirakçılıq haqqında qanun layihəsi dövlətin idarə olunmasında ictimai iştirakçılığın təmin edilməsi kimi çox aktual bir məsələyə həsr olunmuşdur. Qanun layihəsinin mətnindən göründüyü kimi, bunun hazırlanmasında başlıca məqsəd dövlətin idarə olunmasında vətəndaşların iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləş-məsi üçün təminatlar yaratmaqdır. Qanun layihəsinin məz-munu və əsas müddəaları da bu məqsədə nail olmaq üçün yetərli hüquqi zəmin yaradır.
Bu qanun layihəsində dövlət işlərinin idarə olunmasında vətəndaşların bilavasitə iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, eləcə də dövlət siyasətinin formalaşdırılmasında vətəndaşların rə-yinin nəzərə alınması kimi bir çox zəruri məsələlər öz əksini tapmışdır. Burada təsbit olunan ictimai iştirakçılığın təşkilati-hüquqi formaları, yəni ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və müvafiq təkliflərin hazırlanmasında istifadə edilməsi kimi vasitələrlə, doğrudan da, vətəndaşların dövlətin idarə olunmasında iştirakı hüquqlarını daha geniş formada reallaşdırmaq mümkün görünür.
Qanun layihəsində İctimai Şuranın seçilmə  qaydaları da kifayət qədər demokratik bir formada tərtib edilib. İctimai Şuraya funksiyalarını daha dolğun şəkildə həyata keçirmək üçün daha geniş hüquqlar verilib. Belə ki, bu şura ictimai yoxlama və ekspertizalar keçirmək, öz fəaliyyət dairəsini genişləndirmək, apardığı təhqiqatların mükəmməlliyini təmin etmək üçün xüsusi alt qurumlar yaratmaq və sair səlahiyyətlər əldə edir. Bu da nəticə etibarilə ictimai qurumun səmərəli fəaliyyəti üçün müəyyən bir zəmin yaratmış olur.
Hesab edirəm ki, belə bir qanunun qəbulu vətəndaş cəmiyyətinin təşəkkülü prosesində mühüm addımlardan biridir və ictimai münasibətlərdə demokratiyanın, şəffaflığın daha da  dərinləşməsinə xidmət edəcəkdir. Bununla belə, ola bilər ki, müəyyən dəqiqləşdirmələrin aparılmasına və bəzi sualların aydınlaşdırılmasına ehtiyac yaransın. Hesab edirəm ki, ikinci oxunuş zamanı səslənən bütün təkliflər daha geniş şəkildə müzakirə olunacaq.
Ümumiyyətlə, qanun layihəsinin bütövlükdə birinci oxunuşun tələblərinə cavab verdiyini düşünürəm. Ona görə də layihənin birinci oxunuşda qəbul edilməsinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyulsun. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mübariz Qurbanlı da fikrini söyləsin, sonra qanun layihəsinə münasibət bildirək. Mübariz Qurbanlı, buyurun.
M.Qurbanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Bizim Daxili Nizamnaməyə görə qanunun müzakirə metodları, formaları var. Birinci oxunuşda belə bir suala cavab tapılmalıdır: bu qanun niyə lazımdır və ya niyə lazım deyil? Niyə lazım olduğunu cənab Azay Quliyev izah etdi. Ancaq “niyə lazım deyil” sualı ilə bağlı konkret fikir eşitmədim. Ayrı-ayrı yanaşmalar var idi. Bu yanaşmalarda da yalnız və yalnız ikinci oxunuşa dair bəzi məqamlar gördüm. Qədim Yunanıstandan başlamış indiyə qədər  demokratiyanın ən yüksək inkişaf etdiyi ölkələrdə bir məsələ var – vətəndaşların hakimiyyətin idarəsində daha çox iştirakını təmin etmək. Vətəndaşlar dövlətin, hakimiyyətin qəbul etdiyi qərarlarda daha çox iştirak edirlərsə, bu, demokratiyanın ən ali göstəricisi sayılır.
Bəllidir ki, artıq Azərbaycan müstəqilliyinin 20 ilini arxada qoyub. Bu gün biz demokratik yolla irəliyə doğru gedirik. Demokratik yolla irəlilədiyimiz bir mərhələdə, dövrdə qəbul edilən qərarların, qanunların həyata keçirilməsində vətəndaşların iştirakını geniş şəkildə təmin etməliyik.
Mən bu qanun layihəsini diqqətlə oxumuşam və bununla bağlı keçirilən müzakirələrlə, ayrı-ayrı ekspertlərin rəyləri ilə tanış olmuşam. Burada ictimai nəzarətdən deyil, işti-rakdan söhbət gedir. Yəni vətəndaş bu ölkənin idarəçiliyində necə iştirak edəcək? Əgər dövlətin icra strukturlarında, hakimiyyətin müxtəlif qolları üzrə sahələrdə çalışan şəxslərin sayını götürsək, elə böyük bir rəqəm alınmır. Vətəndaşın hakimiyyətin, dövlətin idarəçiliyində birbaşa iştirakı nomenklatura ilə həyata keçirilmir, burada daha çox kütləvi şəkildə iştirakdan söhbət gedir. Ona görə də qanun layihəsinin adı məntiqi olaraq “İctimai iştirakçılıq haqqında”dır.
Bu qanun “göydən” götürülməyib, Azərbaycan Konstitu-siyasındakı müvafiq müddəalara istinad edilərək hazırlanıb. Buna oxşar qanunlar başqa ölkələrdə də var. Ayrı-ayrı ölkələrdə, məsələn, Avropa ölkələrində vətəndaşlar bələdiyyə, yerli idarəçiliyin müxtəlif formaları, habelə dövlət səviyyəsində müxtəlif qərarların qəbul edilməsində çox böyük iştirakçılığa malikdirlər. Məsələn, regionda müəyyən yerli şəraitdə hətta rəy sorğularının keçirilməsi, ümumi referendumda iştirak və sair.
Əlbəttə, biz qlobal, ümummilli xarakterli məsələləri referenduma çıxarırıq. Yerli ərazilərdə də bu və ya digər məsələlərin həllində ictimai iştirakçılıq vasitəsi ilə qərarların qəbul edilməsinə təsir göstərə bilirik. Burada söhbət nədən gedir? Tövsiyə veriləcək, tövsiyəni qəbul etmək də olar, etməmək də. Mən bunun detallarına varmaq istəmirəm. Hörmətli Valeh müəllimin dediyi fikirlərin əleyhinə deyiləm. Qanun layihəsinin ikinci oxunuşu zamanı problemləri tapıb mütləq həll etmək lazımdır. Maliyyə məsələsi çox ciddi məsələdir, bunu həll etmək vacibdir. Hamıya bəllidir ki, maliyyəsiz heç bir iş görmək mümkün deyil. İctimai də olsa, burada mütləq maliyyə vəsaiti lazımdır. Amma əlbəttə, maliyyənin mənbəyi məsələsi üzərində fikir mübadiləsi etmək olar. Bununla ekspertlər, qanun layihəsini hazırlayan müəlliflər məşğul ola bilərlər.
Bütövlükdə, hesab edirəm ki, bu qanun Azərbaycanda cəmiyyətin demokratikləşdirilməsi baxımından çox mühüm ictimai-siyasi əhəmiyyət kəsb etdiyinə görə biz layihəni birinci oxunuşda qəbul etməliyik. Sonra, ikinci oxunuşda deyilən detalların üzərində işləyərik. Bu suala da cavab verək: belə bir qanunun qəbul edilməsinə, Azərbaycanın qanunvericilik sisteminə daxil olmasına tərəfdarıq və ya tərəfdar deyilik? Mən tərəfdaram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Hesab edirəm, əsasən, fikirlər aydındır. Eldar İbrahimov, buyurun.
E.İbrahimov. Mən çox üzr istəyirəm. İclasın axırıdır, qanun layihələrinin müzakirəsi çətin olur, hamı yorulub və tez getmək istəyir. Bu qanun çox aktualdır. Mən də bunun birinci oxunuşda qəbul edilməsinə tərəfdaram. İkinci oxunuş zamanı isə bunun maliyyə tərəfini həll edərik. Bilmirəm, hörmətli həmkarım Azay müəllim Maliyyə Nazirliyindən rəy alıb, ya yox, buna pul ayrılacaqmı, ayrılmayacaqmı? Mən də 10 ildir ki, ictimai təşkilatın – Azərbaycan–Özbəkistan dostluq cəmiyyətinin rəhbəriyəm, ancaq bir manat da pul vermirlər. Bunun daimi, işlək orqanı olmalıdır. Əgər pul yoxdursa, kim pulsuz işləyəcək? Nəticədə bunun mahiyyəti olmayacaq. Ona görə də ikinci oxunuş zamanı belə bir qanunun lazımlığını, aktuallığını nəzərə alıb, ancaq və ancaq maliyyə məsələsini həll etməyə çalışmalıyıq. Birinci oxunuş üçün qanun layihəsi hazırdır, xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.05 dəq.)
 Lehinə  91
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır. 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi