DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏK

12/11/19

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları  komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də   Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.
Toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və diqər aktual məsələlər müzakirə olunacaq.
Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.
Səfər noyabrın 16-da başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi