BƏLƏDİYYƏLƏRARASI ƏMƏKDAŞLIĞA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCK

25/06/19

Milli Məclisin deputatı Rasim Musabəyov “Müasir şəraitdə bələdiyyələrarası beynəlxalq əməkdaşlıq: imkanlar və perspektivlər” mövzusunda konfransda iştirak etmək üçün iyunun 26-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcək.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi və Ümumrusiya Bələdiyyə Təşkilatları Konqresinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirə deputatlar, aidiyyəti nazirlik və idarələrin nümayəndələri, özünüidarəetmə orqanlarının təmsilçiləri qatılacaqlar.
Toplantıda bələdiyyələrarası beynəlxalq əməkdaşlığın tənzimlənməsi və bununla bağlı hüquqi sahənin təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.
Səfər iyunun 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi