QADIN SİYASİ LİDERLƏRİN SAMMİTİNDƏ

21/06/19

Milli Məclisin deputatı Sahibə Qafarova Qadın Siyasi Liderlərin 2019-cu il Sammitində iştirak etmək üçün iyunun 23-də Yaponiyanın paytaxtı Tokio şəhərinə səfər edəcək.
Tədbir Yaponiya Nümayəndələr Palatası və Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən həyata keçirilir.
Toplantıda qadınların ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında fəallığının artırılması, qadın siyasi xadimlərinin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Səfər iyunun 29-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi