DEPUTATIMIZ KOREYADA SƏFƏRDƏ OLACAQ

21/06/19

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov   Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-dən  bu ölkənin  paytaxtı Seulda səfərdə olacaq.
Səfər müddətində millət vəkili bir sıra görüşlər keçirəcək, Səhiyyə və Rifah komitəsinin üzvləri ilə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da artırılması məsələlərini müzakirə edəcək. Görüşdə tərəflər dostluq əlaqələrinin genişləndirilməsi  və digər məsələləri də diqqət mərkəzində saxlayacaq. 
 Səfər iyunun 28-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi