BÖYÜK AZƏRBAYCAN ŞAİRİ NƏSİMİ SERBİYADA ANILACAQ

18/06/19

Milli Məclisin deputatı Cavanşir Feyziyev böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak etmək üçün iyunun 18-də Serbiyanın paytaxtı Belqrada səfər edəcək.
Tədbir çərçivəsində ölkəmizin Serbiyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə şairin serb dilinə tərcümə edilmiş şeirlərindən ibarət kitabın təqdimat mərasimi keçiriləcək, onun həyat və yaradıcılığından bəhs edən  “Nəsimi” filmi serb dilində nümayiş etdiriləcək.
Səfər iyunun 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi