BEYNƏLXALQ TƏDBİRLƏRDƏ

31/05/19

Milli Məclisin deputatı Sahibə Qafarova  Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün  iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfərə gedecək. Millət vəkili iclasda çıxış edəcək mövzu ilə bağlı fikirlərini səsləndirəcək.
Deputatımız iyunun 6-dan 8-nə kimi isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq. O, Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100-cü illiyi ilə əlaqədar Azərbaycanda qadın hərəkatına, qadın hüquqlarının tarixinə və perspektivlərinə həsr olunmuş elmi konfransda iştirak edecək.
 * * *
Deputat Elşad Həsənov Avropa Şurası Parlament Assambleyasının Prosedur qaydaları komitəsinin iclasında iştirak etmək üçün iyunun 2-dən 4-nə kimi Fransanın paytaxtı Parisə  səfər edecək. Millət vəkili komitə qaldırılan məsələlərə münasibətini bildirəcək.


Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi