BALTİK ASSAMBLEYASININ TƏDBİRDƏ

29/05/19

Milli Məclisin deputatı Azər Kərimli Baltik Assambleyasının  Şərq tərəfdaşlığı üzrə konfransında iştirak etmək üçün mayın 30-dan iyunun 1-dək Litvanın paytaxtı Vilnusda səfərdə olacaq.
Tədbirdə “Şərq Tərəfdaşlığı: Aİ ilə assosiasiya sazişlərini imzalamış ölkələr üçün 2025-2028-ci illərdə perspektivlər”, “Sözlərdən hərəkətə keçmək: Növbəti on ilə beynəlxalq dəstəyin səfərbərliyi”, və digər mövzular müzakirə olunacaq. 
Deputatımız iclasda müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətini bildirəcək, mövzu ilə əlaqədar çıxış edəcək.


Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi