NATO PA-nın YAZ SESSİYASINDA

29/05/19

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün mayın 30-da Slovakiyanın paytaxtı Bratislavaya səfər edəcəklər.
Əvvəlcə, NATO PA-nın komitələrinin iclasları olacaq. Komitələrdə “NATO 70 il: Alyans dəyərlərinin yenidən təsdiqlənməsi”, “Sərhəd təhlükəsizliyi”, “Nüvə silahından çəkindirmənin yeni erası. Modernizasiya, silahlara nəzarət və müttəfiq nüvə qüvvələri”, “İqtisadi sanksiyalar xarici siyasət aləti kimi”, “Rəqəmsal bazara və kiber təhlükəsizliyə Şimali Amerika və Avropa yanaşması”, “Kiber dövrdə NATO: Təhlükəsizlik və müdafiənin gücləndirilməsi”, bir sıra digər mövzularda məsələlər müzakirə ediləcək.
Sonra NATO Parlament Assambleyasının plenar iclası öz işinə başlayacaq. Tədbirdə qurumun sədri Madelayn Mun, NATO Baş katibinin müavini Ros Gottenmoeller çıxış edəcəklər. Toplantıda son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq,  maliyyə sənədləri təqdim olunacaq.
Nümayəndə heyətimizin üzvləri tədbirlərdə müzakirəyə çıxarılacaq  məsələlərə münasibət bildirəcəklər.
Səfər iyunun 4-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi