MİLLİ MƏCLİSİN DEPUTATI ABŞ-DA SƏFƏRDƏ OLACAQ

24/05/19
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Monterey-Lənkəran Dostluq Assosiasiyasının dəvəti ilə mayın 25-dən 29-dək ABŞ-ın Monterey şəhərində səfərdə olacaqdır.
Səfər zamanı keçiriləcək görüşlərdə Monterey və Lənkəran şəhərləri arasında yaradılmış qardaşlaşmış şəhər münasibətləri çərçivəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq, kənd təsərrüfatı və turizm sahəsində yeni imkanlar dəyərləndiriləcəkdir.

Milli Məclisin 
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi