AŞPA-NIN MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

24/05/19
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün  mayın 25-dən 30-dək Parisdə səfərdə olacaqdır. 
İclasda Yeni media mühitində media təhsili, Rəqəmsal erada təhsilin rolu,  Texnologiyada və elmdə sürətli inkişafın etik aspektləri, Yəhudi mədəni irsinin qorunması, Avropada universitetlərə muxtariyyətin və akademik azadlığın verilməsi və digər mövzularda müzakirələr aparılacaqdır.
Deputatımız müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək, münasibətini bildirəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi