TURKPA KOMİSSİYA İCLASINDA

24/05/19

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman ƏmiraslanovTURKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının 5-ci iclasında iştirak etmək üçün mayın 28-dən 31-nə kimi Qırğızıstanın Biskek  şəhərində səfərdə olacaq.
 İclası komissiyanın sədri, Azərbaycanın TÜRKPA-daki nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov açacaq. Gündəlik təstiq edildikdən sonra “Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək” mövzusuna dair müzakirələr aparılacaq və bununla bağlı tövsiyə qərarı layihəsi təsdiq ediləcək.
Toplantıda komissiyanın 6-cı iclasının yeri, tarixi, və gündəliyi də müzakirə olunacaq. Komissiya üzvləri TÜRKPA-nın 10 illik yubileyinə həsr olunmuş foto sərgi ilə tanış olacaq.

 

Milli Məclisin

Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi