HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

23/05/19

Mayın 23-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə  yaradılmış işçi qrup tərəfindən hazırlanıb.

Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, 10 maddədən ibarət bu sənəd Azərbaycan Konstitusiyasında təsbit olunmuş müddəalara uyğun hazırlanıb, müvafiq qanunvericiliklə bağlı  beynəlxalq təcrübə nəzərə alınıb. Qanun Azərbaycan vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və həmin sahədə yaranan münasibətləri  tənzimləyir.
Sonra deputatlar Azay Quliyev, Çingiz Qənizadə, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elşən Musayev, komitə sədrinin müavini Məlahət İbrahimqızı, MSK-nın nümayəndəsi Rövzət Qasımov fikirlərini, təkliflərini bildirdilər.
Yekunda qanun layihəsi plenar iclasa tövsiyə olundu.

  

 Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi