AŞPA-NIN SİYASİ İŞLƏR VƏ DEMOKRATİYA KOMİTƏSİNİN İCLASINDA

17/05/19
Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaqdır.
Komitə iclasında Terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, Hücuma məruz qalmış demokratiya,  Beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament  Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaqdır.
Sabir Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcəkdir.


Milli Məclisin
Mətbuat xidməti

  

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi