DEPUTATIMIZ ALMANİYADA SƏFƏRDƏ OLACAQ

15/03/19

Milli Məclisin deputatı Xanlar Fətiyev martın 17-də Almaniyanın paytaxtı Berlinə səfər edəcək.
Millət vəkili “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri” mövzusunda keçiriləcək simpoziumda iştirak edəcək.
Tədbirdə bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, bu sahədə parlamentarilərin rolu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Səfər martın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi