SOFİYA GÖRÜŞLƏRİ

31/10/18

Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rauf Əliyev Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində  Bolqarıstanın paytaxtı Sofiyada rəsmi səfərdədir.
Oktyabrın 31-də deputatımız səfər çərçivəsində Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə keçirilən görüşlərdə, o cümlədən  Bolqarıstan Milli Assambleyasının sədri Tsveta Karayançeva ilə görüşdə iştirak edəcək. Daha sonra Azərbaycanla Bolqarıstan  arasında Strateji Dialoqun birinci iclasına qatılacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi