PARLAMENT SƏDRİNİN MÜAVİNİ POLŞAYA SƏFƏR EDƏCƏK

10/07/18

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin 3-cü Zirvə toplantısında iştirak etmək üçün iyulun 11-də Polşanın paytaxtı Varşavaya səfər edəcək.
Tədbirdə “Parlament əməkdaşlığının gücləndirilməsi: Regionun inkişafı naminə imkan kimi” və “Beynəlxalq siyasətdə parlamentlər” mövzularında müzakirələr aparılacaq.
Səfər çərçivəsində vitse-spiker Valeh Ələsgərov Polşa parlamentarizminin 550 illik yubileyi və ölkənin müstəqilliyinin bərpa edilməsinin 100 illiyinə həsr olunmuş mərasimlərə qatılacaq.
Səfər iyulun 14-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi