PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ İRANA SƏFƏR EDƏCƏK

04/08/17
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti avqustun 5-də  İran İslam Respublikasının  paytaxtı Tehranda səfərdə olacaq.
Səfər zamanı Milli Məclisin Sədri və onu müşayiət edən şəxslər İran Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcəklər. Oqtay Əsədovun tədbirə qatılan nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulmuşdur.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi