DEPUTATIMIZ TÜRKİYƏDƏ REFERENDUMU MÜŞAHİDƏ EDƏCƏK

13/04/17

Milli Məclisin  deputatı  Vüsal Hüseynov  Türkiyə Konstitusiyasına  dəyişikliklərlə əlaqədar  referendumu  müşahidə  etmək  üçün  aprelin 14-də  Ankara və Antalya şəhərlərinə  səfərə gedəcək.
Millət vəkili prosesin gedişini Avropa Şurası Parlament Assambleyasının seçki missiyasının tərkibində izləyəcək.
Deputatımız  bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq,  vətəndaşların fəallığına diqqət yetirəcək.
Səfər aprelin 17-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi