Arxiv

14.06.19

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

İyunun 14-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə 3 məsələ daxildir.
Əvvəlcə “Lombardlar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edildi. Bildirildi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunub. Qanun barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquq departamentinin rəisi Əfqan Baxışov məlumat verdi. Qeyd edildi ki, 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb.


ətraflı

14.06.19

MİLLİ MƏCLİSİN HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASI KEÇİRİLİB

İyunun 14-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.


ətraflı

14.06.19

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sabah xalqımız 15 iyun - Milli Qurtuluş Gününü qeyd edəcək. Bildiyiniz kimi, 26 il əvvəl 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı illərin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında canlı şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik.

ətraflı

13.06.19

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI İŞƏ BAŞLADI

İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirildi. 
Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sədr  bildirdi ki, iyunun 13 və 14-də keçiriləcək iclasların gündəliyinə 36 məsələ daxildir.

ətraflı

13.06.19

İSPANİYA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

İyunun 13-də Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu ölkənin xarici işlər nazirinin müavini Fernando Martin Valensuela Marsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi