Arxiv

01.06.17

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

İyunun 1-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verdi. Qeyd olundu ki, həm İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər, həm də “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunda dəyişiklik edilməsi qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır. Əhliman Əmiraslanov bildirdi ki, ölkə əhalisinin dərman təchizatını yaxşılaşdırmaq, həmçinin keyfiyyətsiz dərman və dərman vasitələrinin Azərbaycan bazarına daxil olmasının qarşısını almaq istiqamətində dövlət səviyyəsində görülən tədbirlər müsbət nəticəsini verib.


ətraflı

01.06.17

MİLLİ MƏCLİSDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ QEYD OLUNDU

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirildi.
Toplantıda Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, parlamentin komitə sədrləri, bir sıra məktəb və liseylərin şagirdləri iştirak edirdilər.


ətraflı

01.06.17

MİLLİ MƏCLİSDƏ AŞPA-nın SOSİAL MƏSƏLƏLƏR, SAĞLAMLIQ VƏ DAVAMLI İNKİŞAF ÜZRƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

İyunun 1-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirildi. İclası Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva açaraq iclasın gündəliyi barədə məlumatı diqqətə çatdırdı.
ətraflı

31.05.17

MİLLİ MƏCLİSİN 2017-Cİ İLİN YAZ SESSİYASININ SON İCLASI KEÇİRİLDİ

Mayın 31-də Milli Məclisin 2017-ci il yaz sessiyasının sonuncu iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı.
Gündəliyin təsdiqindən sonra müzakirələr başlanıldı. Əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumatı diqqətə çatdırdı. O, bildirdi ki, yeni layihəyə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq.
ətraflı

31.05.17

MİLLİ MƏCLİSDƏ AŞPA-NIN UŞAQLAR ÜZRƏ ALT KOMİTƏSİNİN SEMİNARI KEÇİRİLDİ

Mayın 31-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Uşaqlar üzrə alt komitəsinin seminarı keçirildi.
“Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən parlament seminarını Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açdı.

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi