Arxiv

02.10.19

MİLLİ MƏCLİSDƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ DƏSTƏK MƏQSƏDİLƏ DİNLƏMƏ KEÇİRİLDİ

Oktyabrın 2-də Milli Məclisdə Parlamentin Əmək və sosial siyasət komitəsi BMT-nin İqtisadi və sosial məsələlər üzrə departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqı ilə birgə “Heç bir əlilliyi olan şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” mövzusunda dinləmə keçirdi.

ətraflı

02.10.19

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Oktyabrın 2-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Gündəliyə 9 məsələ daxil edilmişdi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə danışdı. Qeyd etdi ki, ölkəmizdə belə bir qanunun tətbiqi demokratiyanın təzahürlərindən biridir.


ətraflı

01.10.19

MƏRAKEŞDƏ İLK DƏFƏ ATƏT PA-nın SESSİYASI KEÇİRİLƏCƏK

ATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək. Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvləri Azay Quliyev, Ülviyyə Ağayeva və Tahir Mirkişili tədbirlərdə iştirak edəcəklər.

ətraflı

30.09.19

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI İŞƏ BAŞLADI

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

ətraflı

30.09.19

AZƏRBAYCAN-FRANSA ƏLAQƏLƏRİ DAHA DA DƏRİNLƏŞİR

Sentyabrın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov Fransa-Qafqaz Dostluq qrupunun rəhbəri Alen Uperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi