Arxiv

24.09.19

Milli Məclisin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 23-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfərə gəlib. Səfər çərçivəsində Oqtay Əsədovun və Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopun rəhbərliyi ilə nümayəndə heyətləri Beynəlxalq Türk Akademiyasında olub, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10 illiyi münasibətilə keçirilən dəyirmi masada iştirak ediblər.


ətraflı

23.09.19

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK

Sentyabrın 25-də və 26-da Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin 54-cü iclası keçiriləcək. 

ətraflı

23.09.19

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA ƏLƏT AZAD İQTİSADİ ZONASI İLƏ BAĞLI MƏSƏLƏ MÜZAKİRƏ OLUNDU

Sentyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirildi. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov iclası açaraq bildirdi ki, gündəliyə “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.


ətraflı

21.09.19

AVRASİYA ÖLKƏLƏRİ PARLAMENT SƏDRLƏRİNİN IV KONFRANSINDA

Sentyabrın 23-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərinə səfər edəcək.


ətraflı

20.09.19

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov deputatlara payız sessiyanda müvəffəqiyyətlər arzuladı və iclasın əlamətdar bir günə - “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə təsadüf etdiyini söylədi. Bildirildi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi