Arxiv

19.01.18

AŞPA-nın QIŞ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.


ətraflı

17.01.18

PARLAMENT GÖRÜŞLƏRİ

Yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları komitə sədri Səməd Seyidov salamlayaraq bildirdi ki, Azərbaycan-Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələri sarsılmaz bir təməl üzərində qurulub, münasibətlərimiz hər zaman başqa dövlətlərə nümunə olub.

***

Sonra qonaqlar Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.


ətraflı

17.01.18

OQTAY ƏSƏDOV: “AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ DİGƏR DÖVLƏTLƏR ÜÇÜN NÜMUNƏDİR”

Yanvarın 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.


ətraflı

15.01.18

DEPUTATLARIMIZ BOLQARISTANDA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin deputatları Rauf Əliyev, Ağacan Abıyev və Sabir Hacıyev yanvarın 16-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.


ətraflı

13.01.18

DEPUTATIMIZ FRANSAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Cavanşır Feyziyev yanvarın 15-də Fransanın Strasburq şəhərinə səfərə gedəcək.

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi