01.02.2019 “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

1481-VQD

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 451; 1999, № 5, maddə 293; 2001, № 12, maddələr 731, 736; 2004, № 7, maddə 507; 2007, № 5, maddə 401, № 6, maddə 561, № 11, maddə 1078; 2008, № 7, maddə 602) 6-cı maddəsinə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“Bu Qanunun 12-ci maddəsinin 7-ci hissəsində və 14-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 2. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738; 2005, № 6, maddə 466; 2007, № 5, maddə 401, № 11, maddə 1071; 2008, № 2, maddə 49; 2018, № 5, maddə 866) 4-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
“4.1. Dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır.
 4.2. Dövlət sosial sığorta sistemində fərdi uçot sahəsində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 3. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 710; 2011, № 12, maddə 1088; 2018, № 7 (I kitab), maddə 1382) aşağıdakı məzmunda 6.3-cü maddə əlavə edilsin:
“6.3.  Bu Qanunun 6.1.7-ci maddəsində nəzərdə tutulan birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2019-cu il
№ 1481-VQD

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi