01.02.2019 Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında

1471-VQD

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444; 2006, № 12, maddə 1029; 2007, № 5, maddə 442, № 6, maddə 562, № 8, maddə 756; 2009, № 12, maddə 948; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 643; 2013, № 3, maddə 214; 2014, № 4, maddə 325; 2015, № 1, maddə 1; 2016, № 1, maddə 7; 2017, № 11, maddə 1961; 2018, № 3, maddə 406, № 5, maddə 848) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.1.3-cü maddə ləğv edilsin.

2. 22.2-ci maddənin birinci cümləsində “Gəminin üzgüçülüyə yararlığı haqqında şəhadətnaməni, ölçü” sözləri “Ölçü” sözü ilə əvəz edilsin.

3. 35-ci maddədə “üzgüçülüyə yararlı olması haqqında şəhadətnamə aldıqdan” sözləri “yoxlamanın nəticəsinə uyğun olaraq üzgüçülüyə yararlı olduğu müəyyən edildikdən” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2019-cu il
№ 1471-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi