01.02.2019 “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında

1463-VQD

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq    qərara alır:

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun 2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanunun 1.2.1-ci, 1.4-cü, 1.8.2-ci və 1.8.4-cü maddələri 2018-ci il iyulun 1-dən tətbiq edilir.
2.2. Bu Qanun (1.2.1-ci, 1.4-cü, 1.8.2-ci və 1.8.4-cü maddələr istisna olmaqla) 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2019-cu il
№ 1463-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi