01.02.2017 “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

520-VQD

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 301-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016,  № 3, maddə 411, № 11, maddə 1756) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.3.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.3.6-cı maddə əlavə olunsun:
“6.3.6. investisiya qiymətli kağızlarının sertifikatının nümunəsi (investisiya qiymətli kağızları sənədli formada buraxılarsa).”.

2. 23.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“23.1. İnvestisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla, adlı formada buraxılır. Sənədsiz investisiya qiymətli kağızları mərkəzi depozitarda saxlanılmalıdır.”.

3. 91.1-ci maddə ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral  2017-ci il
№ 520-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi