VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

19.11.2019 "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Layihə
"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360) 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 77-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"77. şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün müəyyən sahədə xüsusi biliklərə malik olduğunu təsdiq edən sənəd (özəl məhkəmə ekspertinin şəhadətnaməsi, auditor adı almaq üçün verilən ixtisas imtahanının nəticələrini təsdiq edən sənəd);".
Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti