12.07.2019 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

BİRİNCİ OXUNUŞ

LAYİHƏ

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846,  № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1 (I kitab), maddələr 4, 6, 15, 18, 23, 44; 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli, 5 mart tarixli 1520-VQD, 1522-VQD nömrəli, 29 mart 1534-VQD, 1538-VQD nömrəli, 9 aprel tarixli 1558-VQD və 1562-VQD nömrəli, 3 may tarixli 1577-VQD nömrəli qanunları) aşağıdakı məzmunda 391-1-ci maddə əlavə edilsin:
"Maddə 391-1. Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi

Fəaliyyətinə xitam verilmiş xüsusi notarius tərəfindən aparılmış notariat hərəkətləri barədə sənədlərin bir ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə -

üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.".

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi