27.06.2019 "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

 

"Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 203, № 3, maddə 404; 2017, № 7, maddə 1269) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci maddədən "və ya publik hüquqi şəxs tərəfindən" sözləri çıxarılsın.
2. 3.2-ci maddədə "tutulmuş" sözü "tutulduğu" sözü ilə əvəz edilsin.
3. 4.1-ci və 6.3-cü maddələrdə "orqanı" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz edilsin.
4. 4.2-ci maddə ləğv edilsin.
5. 4.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir.".
6. 6.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"6.2.3. fəaliyyətin istiqamətləri, hüquq və vəzifələri;".
7. 6.2.8-ci maddəyə "təsərrüfat" sözündən əvvəl "sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq," sözləri əlavə edilsin.
8. 8.2.1-ci, 8.2.2-ci və 8.2.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:
"8.2.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
8.2.2. idarəetmə orqanlarının yaradılması;
8.2.4. strukturun, işçilərin say həddinin və əmək haqlarının (o cümlədən əmək haqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;".
9. aşağıdakı məzmunda 8.2.2-1-ci maddə əlavə edilsin:
"8.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;".
10. 8.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.7-ci və 8.2.8-ci maddələr əlavə edilsin:
"8.2.7. bu Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;
8.2.8. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi.".
11. 8.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"8.3. Publik hüquqi şəxsin təsisçisi bu Qanunun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərinin (onların bir hissəsinin) həyata keçirilməsini müəyyən etdiyi orqana (quruma, o cümlədən publik hüquqi şəxsin özünə) verə bilər.".
12. 8.4-cü maddədə "rəhbər" sözü "idarəetmə orqanlarının rəhbərləri (üzvləri)" sözləri ilə, "verməlidir" sözü "verməlidirlər" sözü ilə əvəz edilsin.
13. 8.5-ci maddədən "rəhbərin" sözü çıxarılsın.

 

Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi