09.04.2019 Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Layihə

 

Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü və 17-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1469-VQD və 1470-VQD nömrəli qanunları) aşağıdakı məzmunda 196-cı maddə əlavə edilsin:

"Maddə 196. Dəfnlərin reyestri

Dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.".

Maddə 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD, 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD, 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD nömrəli, 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli, 5 mart tarixli 1522-VQD nömrəli qanunları) 54.2-ci maddəsinə "445-1," rəqəmlərindən sonra "516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə)," sözləri əlavə edilsin.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi