01.02.2019 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Layihə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344; № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, №7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; № 12 (I kitab), maddə 2217; 2018, № 1, maddə 19; № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646; № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1251-VQD, 1254-VQD, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə hər iki halda "açıq məkanda" sözlərindən əvvəl "tikintisinə icazə tələb olunan" sözləri əlavə edilsin.

2. 394.0.7-ci maddəyə "habelə" sözündən sonra "tikintisinə icazə tələb olunan açıq məkanda" sözləri əlavə edilsin.

3. 395.1-1-ci maddədə "ölçülərindən asılı olmayaraq" sözləri "tikintisinə icazə tələb olunan" sözləri ilə əvəz edilsin.

4. 395.2-ci maddəyə "açıq məkanda" sözlərindən əvvəl "tikintisinə icazə tələb olunan" sözləri əlavə edilsin.

5. 428.7.1-ci maddədən ", texniki şərtlər pasportu və icazə müqaviləsi" sözləri çıxarılsın və "onların" sözü "onun" sözü ilə əvəz edilsin.

6. 428.7.3-cü maddəyə "sahəsində" sözündən sonra "(o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində)" sözləri əlavə edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi