28.12.2018 "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777; 2015, № 2, maddələr 74, 96, № 3, maddə 253; 2016, № 2, I kitab, maddə 184, № 3, maddə 416; 2017, № 7, maddə 1290; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1245-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 14.2-1-ci maddə əlavə edilsin:

"14.2-1. Bu Qanunun 14.2-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya icbari sığorta müqaviləsinə uyğun olaraq ödənilən sığorta haqqının 5 faizi "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əsasən yaradılan icbari tibbi sığorta fonduna ödənilir.".

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi