30.10.2018 "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

1-ci oxunuş

 

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan  Respublikasının Konstitusiya Qanununun və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar q ə r a r a  a l ı r :

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206; № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699; № 11, maddə 960; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddənin ikinci hissəsinin ikinci və dördüncü bəndlərindən "və əlavələr" sözləri çıxarılsın, üçüncü bəndində "qüvvədən düşməsi" sözləri "ləğv edilməsi" sözləri ilə əvəz edilsin.

2. 16-cı maddənin birinci hissəsində "deputat etikasını gözləməlidir" sözləri "etik davranış qaydalarına əməl etməlidir" sözləri ilə, ikinci hissəsində "oluna bilər" sözləri "olunur" sözü ilə əvəz edilsin.

3. 17-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 17. Deputatın etik davranış qaydaları 

Deputatın etik davranış qaydaları və həmin qaydalara əməl olunmasının hüquqi mexanizmi "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.".


 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi