12.10.2018 "Hərbi vəzifə və hərbi xidmət haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə

"Hərbi vəzifə və hərbi xidmət haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56; 2015, № 2, maddə 92, № 5, maddə 496, № 7, maddə 821; 2016, № 6, maddələr 999, 1007; 2017, № 10, maddə 1769; Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1209-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikiklər edilsin:

1. Preambulada "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə" sözləri "hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara)" sözləri ilə əvəz edilsin.

2. 2.0.2-ci maddədə "və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə" sözləri "və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)" sözləri ilə əvəz edilsin.

3. 2.0.4-cü və 2.0.5-ci maddələrdən "və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri" sözləri çıxarılsın.

4. 2.0.6-cı, 3.2-ci və 3.4-cü maddələrdən "və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə" sözləri çıxarılsın.

5. 6.1-ci maddədə "16" rəqəmləri "15" rəqəmləri ilə əvəz edilsin.

6. 11-ci maddə ləğv edilsin.

7. 12.1-ci maddədən "və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin" sözləri çıxarılsın.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi