VƏTƏNDAŞLAR ÜÇÜN

CARİ FƏALİYYƏT

01.10.2018 "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Layihə
"Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 1992-ci il 7 iyul tarixli 201 nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 607; 2005, № 10, maddə 905; 2008, № 8, maddə 701; 2014, № 6, maddə 620; 2015, № 2, maddə 93, № 11, maddə 1255, № 12, maddə 1442; 2016, № 8, maddə 1367; 2017, № 6, maddə 1059; 2018, № 2, maddə 161) ilə təsdiq edilmiş "Qızıl Ulduz" medalının təsviri"nin ikinci hissəsinin ikinci cümləsində "Yuxarı şüanın küncündə" sözləri "Arxa tərəfinin aşağı hissəsində" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti