29.06.2018 "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Layihə

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

"İcra haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7 maddə 591; 2011, № 6, maddə 482, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494; 2015, № 12, maddə 1434; 2016, № 12, maddə 2050; 2017, № 2, maddə 156, № 6, maddə 1056, № 8, maddə 1511; 2018, № 2, maddə 151; Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1062-VQD nömrəli və 24 aprel tarixli 1080-VQD nömrəli qanunları) 56.2-ci maddəsinin birinci cümləsinə, 78.3-cü maddəsinə, 79.1-ci maddəsinin ikinci cümləsinə, 81.1-ci maddəsinin ikinci cümləsinə və 86.2-ci maddəsinə "icra məmurlarının" sözlərindən əvvəl "icra xidməti" sözləri əlavə edilsin.

 


Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi